Məhkəmə qərarları › İş №2(103)-5151/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5151/2020

17.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5151/2020 17.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası DİN-nin Bakı şəhər Baş Polis İdarəsinin Dövət X9, Bakı şəhər BPİ DYPİ-nin YPX inspektoru Cavabdeh2, Bakı şəhər BPİ DYPİ-nin X5 işlər üzrə icraat şöbəsinin inspektoru polis mayoru Cavabdeh3, Bakı şəhər BPİ DYPİ-nin YPX əməkdaşı polis mayoru Amil Abdullayevə qarşı "dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1350/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası DİN-nin Bakı şəhər Baş Polis İdarəsinin Dövət X3 verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı dəymiş maddi ziyana görə 1924 manat, mənəvi ziyana görə 1 manat məbləğində pul vəsaitinin, 30 manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə 1955 manat pul vəsaitinin cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən olunmuşdur ki: Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 3(009)-1463/2019 nömrəli qərarı ilə İddiaçı şikayəti təmin edilmiş və Bakı şəhəri BPİ Dövlət X8 İddiaçı inzibati tənbeh vermə haqqında xx.xx.2019-cu il tarixli İQ seriyalı ******* nömrəli qərarı ləğv olunmuş və inzibati iş üzrə icraata xitam verilmişdir (səh.14); Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 3(103)-2725/2019 nömrəli qərarı ilə Bakı şəhəri BPİ Dövlət X8 rəisi Nüşrəvan Səfərovun apellyasiya qaydasında verilmiş şikayət təmin edilməmiş, İddiaçı barəsində olan Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 3(009)-1463/2019 nömrəli qərarı dəyişiklik edilmədən saxlanılmışdır. (səh.22); icarəyə verən “xxxxxxxxxxxxxx” MMC ilə icarəçi İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli 12 nömrəli icarə müqaviləsi və “xxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2020-ci il tarixli 01 nömrəli məktubu ilə təsdiq edilir ki, X6 ilə “xxxxxxxxxxxxxx” MMC arasında bağlanmış xx.xx.2019cu il tarixli 12 nömrəli icarə müqaviləsinə əsasən “BMW 525” markalı **-AU-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2019-xx.xx.2019-cu ilədək İddiaçı istifadəsinə verilmişdir, İddiaçı “xxxxxxxxxxxxxx” MMC-dən icarəyə götürdüyü “BMW 525” markalı **-AU-*** dövlət nömrə nişanlı avtomobilin 71 gün istifadəsinə görə hər günü 26 manat olmaqla ümumilikdə 1846 manat pulu “xxxxxxxxxxxxxx” MMC-yə ödəmişdir (səh.20,55) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1350/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ilə İddia qismən təmin edilmiş, İddiaçı dəymiş maddi ziyanın əvəzi olaraq 1924 manat, mənəvi zərərin əvəzi olaraq 01 manat və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 1955 (bir min doqquz yüz əlli beş) manat pul cavabdeh Azərbaycan Respublikası DİN-nin Bakı şəhər Baş Polis İdarəsinin Dövət X7 tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin- cavabdehlər Bakı şəhər BPİ DYPİ-nin YPX inspektoru Cavabdeh2, Bakı şəhər BPİ DYPİ-nin X5 İşlər üzrə İcraat Şöbəsinin inspektoru polis mayoru Cavabdeh3, Bakı şəhər BPİ DYPİ-nin YPX əməkdaşı polis mayoru Amil Abdullayevə qarşı olan hissəsində rədd edilməsi qət edilmişdir. Qətnamədə Mülki Məcəllənin 21, 1096, 1100; "Polis haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə; "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına istinadən qeyd edilmişdir ki, Bakı şəhər BPİ Dövlət X8 Müşayiət-Eskort bölüyünün Yol patrul xidmətinin inspektoru Cavabdeh2 Qoçaq oğlu tərəfindən İXP seriyalı ******* nömrəli xx xxxx 2019-cu il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuş və həmin protokol əsasında Bakı şəhər BPİ Dövlət X8 səlahiyyətli şəxsi Cavabdeh3 Cəmşid oğlunun inzibati tənbeh vermə haqqında «TP» seriyalı ******* nömrəli xx.xx.2019-cu il tarixli qərarı ilə İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.3-cü maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinib 150 manat cərimə edilmiş və avtomobilin İddiaçı alınaraq Bakı şəhər BPİ Dövlət X8 duracağına 78 gün müddətində (xx.xx.2019-xx.xx.2019) qanunsuz və əsassız olaraq saxlanılmaqla, İddiaçı mülkiyyət hüququnun pozulmuş, həmçinin Bakı şəhər BPİ DYPİ-nin digər səlahiyyətli şəxsləri tərəfindən qanunsuz olaraq İddiaçı barəsində inzibati tənbeh verilməsi haqqında qərarlar qəbul edilmişdir. İdarəsinin duracağından götürərkən Cavabdeh3 imzaladığı xx.xx.2019-cu il tarixli 004218 seriyalı arayışa əsasən 78 manat pul ödəmiş, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixə kimi 71 gün müddətində İddiaçı məcbur olaraq “xxxxxxxxxxxxxx” MMC-dən avtomaşınım qaytarilanadək şəxsi hesabıma icarəyə maşın götürdüm və xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək “xxxxxxxxxxxxxx” MMC-dən götürdüyü BMW 525 markalı **-AU-*** dövlət nömrə nişanlı avtomobildən istifadəyə görə hər gün üçün 26 manat olmaqla, “xxxxxxxxxxxxxx” MMC-yə cəmi 1846 manat pul ödəmişdir. Cavabdeh Azərbaycan Respublikası DİN-nin Bakı şəhər Baş Polis İdarəsinin Dövət X2 şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(004)- 1350/2020 saylı qətnaməsinin ləğv edilməsi, yeni qətnamə qəbul edilərək iddiaçının iddia tələbi təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Mülki Proscssal Məcəllənin 50, 217, 385, 386-cı maddələrinə; Azərbaycan Respublikası Prezidentinin x xxxxxx 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamənin 1-ci bəndinə; “Təhqiqat, ibtidai istintaq prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinəistinadən qeyd edilmişdir ki, Birincisi, birinci instansiya məhkəməsi işi tam və hərtərəfli araşdırmadan yalnız İddiaçı təqdim etdiyi sübutlara istinad edərək “xxxxxxxxxxxxxx” MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli 12 nömrəli müqaviləyə əsasən 1924 manat pul vəsaitinin tutulması nəticəsinə gəlmişdir. Halbuki, həqiqətən də “xxxxxxxxxxxxxx” MMC-yə ”BMVV 525” minik markalı **-AU-*** dövlət nömrə nişanlı avtomobilə görə 1846 manat icarə haqqı ödənilmişdirsə, bu barədə maliyyə sənədi hesab edilən kassa mədaxil qəbzi olmalı idi. Lakin maddi ziyanın əsasını təşkil edən bu hal birinci instansiya məhkəməsində araşdırılmamış və sübut qismində qəbul edilmişdir. Həmçinin işin hallarından məlum olur ki, İddiaçı mülkiyyətində “VAZ-21214” minik markalı **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobil olduğu halda, nəyə görə o icarəyə həmin avtomobildən deyil, məhz bahalı olan “BMV 525” minik markalı **-AU-*** dövlət nömrə nişanlı avtomobili icarəyə götürmüşdür. İkincisi, birinci instansiya məhkəməsi iddia ərizəsini icraata qəbul edərkən araşdırmamışdır ki, bu iddia yönələn şəxs (dövlət orqanları fiziki və hüquqi) şəxslər iddiaya cavab verməli olan şəxslərin dairəsinə aiddirlərmi. Dövlət büdcəsinin icrasını təmin edən mərkəzi icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının Maliyyə Nazirliyidir. Belə olan halda iddia tələbi Maliyyə Nazirliyinə qarşı qaldırılmalı olduğu halda iddiaçı, iddia tələbinə cavab verməli olmayan İdarəni cavabdeh kimi göstərmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, icarəyə götürdüyü avtonəqliyyat vasitəsinin icarə qiymətinin daha münasib olduğunu, cavabdehliklə əlaqədar isə bundan öncə də eyni səciyyəli məhkəmə qərarının artıq icra edildiyini bildirmiş və apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən, cavabdehlərin iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası MM-in 21, 1096, 1097.1, 1099 -1101, 1114; "Polis haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə; "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına; MPM-in 4.1, 14.2, 76.1, 77.1, 80- 82, 89.3, 106.2, 119, 217.4, 220.5, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən hesab edir ki, apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri formal mülahizə xarakteri daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Diqqətə çatdırılmalıdır ki, "Polis haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin Vİ hissəsinə müvafiq şəxsin hüquqları, azadlıqları və qanuni mənafeləri polis əməkdaşları tərəfindən pozulduqda polis orqanı həmin şəxsin pozulmuş hüquqlarının, azadlıqlarının və qanuni mənafelərinin bərpa olunması üçün zəruri tədbirlər görməyə, vurulan ziyanı ödəməyə borcludur. Ziyanın məbləğinə və icarə üzrə qəbzin olmamasına gəldikdə isə apellyasiya şikayətinin bu dəlilləri iddiaçı tərəfindən ziyana düşmədiyini və qeyd edilən məbləğin ödəmədiyini sübut etmir. Şərh edilənlərə əsasən və MPM-in 372-376, 378-382, 384, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh Azərbaycan Respublikası DİN-nin Bakı şəhər Baş Polis İdarəsinin Dövət X8 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1350/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar