Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5157/2022 18.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi ilə, Yasamal Rayon Məhkəməsinin 2(004)-11/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən törətdikləri cinayət əməli nəticəsində qanunsuz olaraq ələ keçirilmiş 30 000 manat pulun, gecikməyə görə illik 5% hesablanmaqla 6000 manat faiz borcunun, mənəvi zərərə görə 100 000 manat olmaqla, ümumilikdə 136 000 manat pulun müştərək qaydada tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı müvəqqəti təminat tədbiri qismində Cavabdeh2 adına qeydiyyatdan keçmiş “Daewoo Nexia” minik markalı, ** BO *** qeydiyyat nömrə nişanlı avtomobil, “Vaz 2101” minik markalı ** BU *** qeydiyyat nömrə nişanlı avtomobil, “Vaz 2106” minik markalı ** BS *** qeydiyyat nömrə nişanlı avtomobil, “Vaz 2101” minik markalı ** BB *** qeydiyyat nömrə nişanlı avtomobil, “Vaz 2101” minik markalı ** BF *** qeydiyyat nömrə nişanlı avtomobil və “X3” minik markalı ** RE *** qeydiyyat nömrə nişanlı avtomobillərin üzərinə həbs qoyulması və onların özgəninkiləşdirilməsinin cavabdehə və üçüncü şəxslərə qadağan edilməsi, Cavabdeh1 adına qeydiyyatdan keçmiş Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, ev 88, 34 saylı mənzilin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5876/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək, Cavabdeh2 məxsus “Daewoo Nexia” minik markalı, ** BO *** qeydiyyat nömrə nişanlı avtomobil, “Vaz 2101” minik markalı ** BU *** qeydiyyat nömrə nişanlı avtomobil, “Vaz 2106” minik markalı ** BS *** qeydiyyat nömrə nişanlı avtomobil, “Vaz 2101” minik markalı ** BB *** qeydiyyat nömrə nişanlı avtomobil, “Vaz 2101” minik markalı ** BF *** qeydiyyat nömrə nişanlı avtomobil və “X3” minik markalı ** RE *** qeydiyyat nömrə nişanlı avtomobillərin üzərinə həbs qoyulmaqla və onun özgəninkiləşdirilməsinin qadağan edilməsi və Cavabdeh1 adına qeydiyyatdan keçmiş Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, ev 88, 34 saylı mənzilin üzərinə həbs qoyulmaqla özgəninkiləşdirilməsinin qadağan olunması qərara alınmışdır. Cavabdeh1 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, ev 88, 34 saylı mənzilin üzərinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5876/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə qoyulmuş həbsin ləğv olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-11/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Həmin qərardaddan narazı qalan cavabdeh tərəfindən qərardaddan verilmiş şikayət Məhkəmənin 20 iyun 2022-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 157.3-cü maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər. Həmin Məcəllənin 157.7-ci maddəsinə əsasən, məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri haqqında əsaslandırılmış ərizəyə mübahisəni həll edən hakim tərəfindən, daxil olduğu gündən sonra təxirə salınmadan ayrıca icraatda baxılır. Mülki-prosessual qanunvericiliyin istinad olunan normalarının tələblərindən göründüyü kimi, müvəqqəti təminat tədbirləri haqqında əsaslandırılmış ərizəyə mübahisəni həll edən hakim tərəfindən ayrıca icraatda baxılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia ərizəsi xx.xx.2018-ci il tarixdə məhkəməyə daxil olduğundan rayon məhkəməsi iddiaçının iddianın təmin tədbiri barədə ərizəsinə xx.xx.2018-ci il tarixdə həmin vaxt qüvvədə olan prosessual qanunvericliyin tələbələrinə uyğun olaraq baxmışdır. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası qeyd edir ki, müvəqqəti təminat tədbiri qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə qoyulduğundan, qərardad qanuni və əsaslı, şikayət isə əsassız olduğundan təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 398-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyrimümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398, 400, 402, maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Yasamal Rayon Məhkəməsinin 2(004)-11/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı onun şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Vahid Sadıqov Xumar Mərdanova
Məhkəmə qərarları › İş №2(103)-5157/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5157/2022
18.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver