Məhkəmə qərarları › İş №2(103)-5159/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5159/2022

09.09.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5159/2022 09.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, əsas borc kimi 14.000 ABŞ dolları, 2019-cu ilin fevral ayından hesablanmaqla qətnamə çıxarılan günədək hər ay üçün əsas məbləğin 10 faizi həcmində əldə çıxmış fayda cavabdehdən tutularaq iddiaçıya verilsin. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, 14.000 ABŞ dolları cavabdehdən alınaraq iddiaçıya verilsin, iddianın qalan hissəsi təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə dəyişdirilsin. Apellyasiya şikətində bildirilib ki, cavabdeh borc aldığı 15.000 ABŞ dollarıdan 4.000 ABŞ dolları qaytarıb. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı iddia ərizəsində bildirib ki, 2019-cu ilin yanvar ayında cavabdehə 15.000 ABŞ dolları borc verib. Borc verilməsi barədə yazılı müqavilə yoxdur. Qəbz tərtib olunub (iş v. 6). Həmin qəbzdə cavabdeh yazılı şəkildə etiraf edib ki, 2019-cu ildə iddiaçıdan 14.000 ABŞ dolları məbləğində borc alıb. İddiaçının bu məsələyə dair şikayəti üzrə polisdə araşdırma aparılıb və cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunub (iş v. 29). İddiaçı polisə verdiyi izahatından bildirib ki, 15.000 ABŞ dolları borc verib, 2.500 ABŞ dolları geri qaytarılıb. Cavabdeh apellyasiya şikayətində 15.000 dollar aldığını etiraf edib, ona görə də hesab olunur ki, 15.000 ABŞ dolları iddiaçı tərəfindən cavabdehə borc verilib. İddiaçı 15.000 ABŞ dollarından 2.500 ABŞ dollarının qaytarıldığını etiraf etdiyinə görə, hesab olunur ki, cavabdehdə qalan pulun məbləği 12.500 ABŞ dollarıdır. Qanunvericiliyə görə, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa, borc müqaviləsi yazılı formada bağlanmalıdır (Mülki Məcəllə, maddə 740.2). Hazırkı mübahisədə borcun məbləği üç min manatdan çoxdur, lakin tərəflər borc müqaviləsini şifahi formada bağlayıblar, ona görə də borc müqaviləsi əhəmiyyətsiz əqd kimi etibarsızdır (Mülki Məcəllə, maddə 329.1). Borc müqaviləsinin əhəmiyyətsiz əqd kimi etibarsız sayılması üçün iddia verilməsinə zərurət yoxdur, məhkəmə həmin müqavilənin əhəmiyyətsiz olduğunu işin halı kimi müəyyən edə bilər (Mülki Məcəllə, maddə 337.3). Odur ki, məhkəmə iddiaçının əsaslandığı borc müqaviləsinin əhəmiyyətsiz əqd kimi etibarsız olduğunu hazırkı qətnamə ilə müəyyən edir. Əqd etibarsız olduqda, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalıdır (Mülki Məcəllə, maddə 337.5). O cümlədən Ali Məhkəmə Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.2005-ci il tarixli qərarının 6.10-cu bəndinə görə, əqd məhkəmə tərəfindən etibarsız hesab edildikdə qətnamənin nəticə hissəsində əqdin iştirakçılarının əqd üzrə aldıqlarını eyni vaxtda geri qaytarmalı olmaları göstərilməlidir. Odur ki, 15.000 ABŞ dollarının qalan hissəsinin – 12.500 ABŞ dollarının cavabdeh tərəfindən iddiaçıya qaytarması qət olunmalıdır. Beləliklə, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etmədiyindən və maddi hüquq normasını pozduğunada qətnamə mübahisələndirilən hissədə, yəni iddianın təmin edilən hissəsində ləğv edilməli, həmin hissədə iddia qismən təmin edilməli, 12.500 ABŞ dolları cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi iddianın təmin edilən hissəsində, yəni 14.000 ABŞ dollarının tutulması hissəsində ləğv edilsin. Həmin hissdə iddia qismən təmin olunsun. 12.500 (on iki min beş yüz) ABŞ dolları məbləğində pul Cavabdeh tutularaq İddiaçı verilsin. Tələbin qalan hissəsi təmin edilməsin. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar