Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5174/2020 19.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbi” barədə iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən işə, X3nin nümayəndələri X1, Sultanlı Mələk Rövşən qızının və cavabdehin özünün iştirakları ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X3 iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək dəymiş ziyanın əvəzi olaraq 2.700 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,40 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2017-ci il tarixdə idarə etdiyi “xxxxxxxxxx” markalı, **-UU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Y.Səfərov küçəsində manevretmə qaydasını pozaraq X2 məxsus və İddiaçı Sığorta Şirkətində sığortalanmış “Audi A7” markalı, **-LB-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Nəticədə sonuncuya məxsus avtomobil istismara yararsız vəziyyətə düşmüş və bununla da, ona maddi ziyan vurulmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli olması DYPİ-nin YPXA-nın əməkdaşları tərəfindən tərtib TYP seriyalı 138149 nömrəli “İnzibati xəta haqqında protokolda” öz əksini tapmışdır. “X7” Baku Şirkətinin təqdim etdiyi xx.xx.2017-ci il tarixli qüsur aktından müəyyən edilir ki, “Audi A7" markalı, **-LB-*** dövlət qeydiyyat nişanlı avtomobilin istismara yaralı vəziyyətə gətirilməsi üçün tələb olunan vəsait 8.200 manat məbləğindədir. Cavabdehin İcbari sığorta Şirkəti iddiaçı Şirkət olduğundan subroqasiya qaydasında dəymiş zərərin 5.000 manatı ödənilmişdir. **********733 saylı sığorta müqaviləsinin 046016 saylı sığorta aktına əsasən 500 manat azadolma məbləği çıxılmaqla 2.700 manat sığorta ödənişi həyata keçirilmişdir. Göstərilənlərə əsasən, 2.700 manat məbləğində pulun və iddia ərizəsinin verilməsi üçün 30.40 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı Şirkətə verilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunur. Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-cı il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Bundan başqa işə baxmış Rayon Məhkəməsi ekspert rəyinə əsaslanmışdır, lakin ekspert rəyi aydın və tam deyil, həqiqəti əks etdirmir. Çünki, tədqiqat zamanı avtomobilə baxış keçirilməmiş, yalnız sənədlərə əsasən avtomobilin təmir-bərpa xərci müəyyən olunmuşdur. Apellyasiya baxışı iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi. Apellyasiya baxışı iclasında iştirak edən iddiaçı Şirkətin nümayəndələri apellyasiya şikayətinə etiraz etdilər və Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin məzmununa uyğun izahat verdilər. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi cavabdehə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli “Sığorta aktından” və digər sənədlərdən görünür ki, X2 məxsus “Audi A7” markalı, **-LB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 2700 manat müəyyən edilmiş və ödənilmişdir. “İcbari sığorta müqaviləsinə” dair məlumatdan görünür ki, Cavabdeh idarə etdiyi “xxxxxxxxxx” markalı, **-UU-*** dövlət qeydiyyat nişanlı avtomobil X3 tərəfindən sığortalanmışdır. ABN seriyalı, 458656 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən” görünür ki, “xxxxxxxxxx” markalı, 10-UU- 095 dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh məxsusdur. TYP seriyalı, 138149 nömrəli, xx.xx.2017-ci il tarixli “İnzibati xəta haqqında protokoldan” görünür ki, Cavabdeh, xx.xx.2017-ci il tarixdə idarə etdiyi “xxxxxxxxxx” markalı, **-UU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Y.Səfərov küçəsində hərəkətdə olarkən manevretmə qaydasını pozaraq K.Qasımova məxsus və X3ndə sığortalanmış “Audi A7” markalı, **-LB-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur və bunun nəticəsində həmin avtomobilin sahibinə maddi zərər yetirmişdir. Cavabdeh hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş xətanın tərkibi var. “X7” Baku Şirkətinin təqdim etdiyi xx.xx.2017-ci il tarixli “Qüsur aktından” görünür ki, “Audi A7" markalı, **-LB-*** dövlət qeydiyyat nişanlı avtomobilin istismara yaralı vəziyyətə gətirilməsi üçün tələb olunan vəsait 8.200 manat məbləğindədir. İşdə olan sənədlərdən görünür ki, cavabdehin icbari sığorta Şirkəti iddiaçı Şirkət olduğundan subroqasiya qaydasında dəymiş zərərin 5.000 manatı ödənilmişdir. **********733 saylı sığorta müqaviləsinin 046016 saylı sığorta aktına əsasən 500 manat azadolma məbləği çıxılmaqla 2.700 manat sığorta ödənişi iddiaçı Şirkət tərəfindən həyata keçirilmişdir. İddiaçı Şirkət sığorta ödənişini etdiyi üçün cavabdehdən həmin məbləğin subroqasiya qaydasında ona ödənilməsini tələb etsə də, cavabdeh həmin məbləği Şirkətə ödəməmişdir. “Ödəniş qəbzindən” görünür ki, hazırki iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı Şirkət tərəfindən 30 manat məbləğində dövlət rüsumu və 0,40 mnat məbləğində xidmət haqqı ödənilmişdir. Göstərilənləri nəzərə alan Məhkəmə tərəflər arasında yaranmış mövcud mübahisənin həlli ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Odur ki, Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin cavabdehin mülki hüquq pozuntusu törətməsi barədə gəldiyi nəticə düzgündür. Törədilmiş mülki hüquq pozuntusuna görə cavabdeh mülki məsuliyyət daşıyır və vurduğu zərərin əvəzini ödəməyə borcludur. Belə ki, Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 936.1-ci maddəsinə görə, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Məcəllənin 936.5-ci maddəsinə görə, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həm şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 37.1-ci maddəsinə görə, sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqress qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. X6 dəymiş ziyanın əvəzi olaraq 2.700 manat məbləğində pulun subroqasiya qaydasında cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir. Rayon Məhkəməsi iddia ərizəsi ilə cavabdehdən tutulması xahiş edilən borc məbləğlərinin həqiqəti əks etdirib-etdirməməsini yoxlamaq üçün iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizası təyin etmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin tərəfindən keçirilmiş tədqiqatın nəticəsi ilə verilmiş xx.xx.2020-ci il tarixli, 31871 saylı rəydən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan, “X7” Baku Şirkətinin xx.xx.2017-ci il tarixli “Qüsur aktındakı” məlumatlara əsasən, təzə ehtiyat hissələrin qiymətləri nəzərə alınmaqla, 2016-cı il buraxılışlı “Audi A7” markalı, **-LB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 8.229 manat, o cümlədən dəyişilməli hissələrin qiyməti 7.479 manat, təmir bərpa işlərinin qiyməti isə 750 manatdır. Rayon Məhkəməsi ekspertizanın rəyini nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən X3n xeyrinə tutulmalı olan məbləğ realdır. Belə ki, artıq yuxarıda qeyd edildiyi kimi, cavabdehin icbari sığorta Şirkəti iddiaçı Şirkət olduğundan subroqasiya qaydasında dəymiş zərərin 5.000 manatı ödənilmişdir. **********733 saylı sığorta müqaviləsinin 046016 saylı sığorta aktına əsasən 500 manat azadolma məbləği çıxılmaqla (8.200-5.000-500=) 2.700 manat sığorta ödənişi iddiaçı Şirkət tərəfindən həyata keçirilmişdir. Cavabdeh apellyasiya şikayətində bildirir ki, ekspert rəyi həqiqəti əks etdirmir, lakin Rayon Məhkəməsi həmin rəyə üstünlük vermişdir. Belə ki, tədqiqat zamanı avtomobilə baxış keçirilməmiş, yalnız sənədlərə əsasən avtomobilin təmir-bərpa xərci müəyyən olunmuşdur. Buna görə də rəy əsaslı hesab edilə bilməz. Apellyasiya şikayətinin dəlili ilə bağlı Məhkəmə bildirir ki, ekspert rəyini səhv hesab edən cavabdeh, rəyi şübhə altına ala biləcək digər ekspertin və ya mütəxəssisin alternativ hesablamalarını məhkəmələrə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, apellyasiya şikayətinin müzakirə edilən dəlili də əsassızdır. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5174/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5174/2020
19.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver