Məhkəmə qərarları › İş №2(103)-5188/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5188/2021

09.12.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5188/2021 09.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Həsənovun sədrliyi və məruzəsilə, Məmməd Allahverdi oğlu Məmmədovdan və Şeyda Ədalət qızı Məhərrəmovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Hüseynli Gültəkin Xalıq qızının katibliyi, iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli, 2(008)- 600/2020 saylı qətnaməsindən iddiaçı X1 və Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 MMC-yə qarşı “qiymətləndirmə barədə rəylərin ləğv edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qiymətləndirmə Xidməti Mərkəzi MMC tərəfindən ona məxsus Qəbələ şəhərində yerləşən 0,80 ha torpaq sahəsinin qiymətləndirilməsinə dair 23.08.2019-cu il tarixli QR-2400 saylı “Qiymətləndirmə rəyinin” və 0.78 ha torpaq sahəsinin qiymətləndirilməsinə dair 23.08.2019-cu il tarixli QR-2400/1 saylı qiymətləndirmə rəyinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şəki Apellyasiya Məhkəməsinin 12 noyabr 2018-ci il tarixli 2(107)-304/2018 saylı icra vərəqəsinin icrası üzrə tədbirlər Qəbələ rayon İcra və Probasiya Şöbəsi tərəfindən aparılır. Qəbələ Rayon İcra və Probasiya Şöbəsi tərəfindən icra tələbinin iddiaçıya məxsus olan **-HU-*** dövlət qeydiyyat nişanlı avtomobilə, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasına, Qəbələ şəhərində yerləşən 0.80 ha sahibkarlıq məqsədli (30.03.2006-cı il tarixli Dövlət Aktı (JN744, KOD: ********) torpaq sahəsinə və 0,78 ha (23.01,2006-cı il tarixli Dövlət Aktı (JN 739. KOD: ********) torpaq sahəsinə yönəldilməsi qərara alınmışdır. Qəbələ rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş təqdimat əsasında Qəbələ rayon Məhkəməsinin 15.02.2019-cu il tarixli 8(025)-70/2019 saylı qərardadına əsasən qeyd olunan əmlaklara həbs qoyulmuşdur. Qəbələ rayon İcra və Probasiya Şöbəsinin 02.07.2019-cu il tarixli qərarı və 3299/2 saylı 02.07.2019-cu il tarixli sifariş məktubu əsasında ona məxsus Qəbələ şəhəri ərazisində yerləşən sahibkarlıq və tikinti məqsədli 0.78 ha torpaq sahəsinin və 0.80 ha torpaq sahəsinin qiymətləndirilməsi Cavabdeh1 MMC tərəfindən aparılmış 0.78 ha torpaq sahəsinin bazar dəyərinin 234.000 (iki yüz otuz dörd min) manat 0.80 ha torpaq sahəsinin bazar dəyərinin 320.000 (üç yüz iyirmi min) manat olmasına dair 23.08.2019-cu il tarixli №ıQR 2400/1 və №QR 2400 «Qiymətləndirmə rəyləri» tərtib edilmişdir. Qiymətləndirmə rəyində göstərilən torpaq sahələrinin bir sotıınun (0,01 ha) bazar dəyəri 3000 (üç min) manat göstərilmişdir. Hesab edir ki, Cavabdeh1 MMC tərəfindən barəsində Qiymətləndirmə rəyi tərtib edilmiş iddiaçıya məxsus Qəbələ şəhərində yerləşən 0.78 ha və 0.80 ha sahibkarlıq və tikinti məqsədli torpaq sahələri real bazar dəyərindən həddən aşağı qiymətləndirilmişdir. Eyni zamanda, cavabdeh MMC tərəfindən qiymətləndirmə aparılarkən qanun pozuntularına yol verilməklə, iddiaçının qanuni mənafeləri və maraqları pozulmuşdur. Belə ki, MMC-nin əməkdaşları qiymətləndirmə aparılan torpaq sahələrinə gəlməmişlər və bu ərazidə qiymətləndirmə üçün zəruri tədqiqat işləri aparmamışlar. Belə ki, qiymətləndirməyə təqdim olunmuş torpaq sahələrinin üzərində qanuni əsaslarla inşa olunmuş sahibkarlıq obyektləri - tikililər olduğu, bu tikililər real olaraq ayrı-ayrı sahibkarlar tərəfindən icarə hüququ ilə istifadə olunduğu halda, qiymətləndirmə rəyində bu barədə hər hansı məlumat verilməmişdir. Bundan başqa, qiymətəndirmə aparan əməkdaşlar əmlakın mülkiyyətçisi kimi iddiaçıdan hər hansı sənədin, məlumatın alınmasına cəhd belə göstərməmişlər, torpaq sahəsinin yerləşdiyi ərazidə müvafiq ölçmə tədqiqat işləri aparmamış, torpaq sahəsinin real bazar dəyərinə təsir edən amilləri araşdırmamışlar. Qəbələ şəhərinin mərkəzində yerləşən, real bazar dəyəri rəydə göstərildiyindən qat-qat yuxarı olan torpaq sahəsinə dair yalnlz sifarişçi təşkilat tərəfindən verilmiş sifariş əsasında Bakı şəhərində oturaraq həqiqətə uyğun olmayan, real vəziyyəti əks etdirməyən rəy yazaraq onun əmlakının dəyərini dəfələrlə azaltmaqla sadəcə sifarişi yerinə yetirmişlər. Daha sona İddiaçı iddia tələbinin artırılması barədə ərizə təqdim edərək, Cavabdeh1 MMC tərəfindən ona məxsus Qəbələ şəhərində yerləşən 0,80 ha torapq sahəsinin qiymətləndirilməsinə dair 23.08.2019-cu il tarixli QR- 2400 saylı “Qiymətləndirmə rəyinin” və 0.78 ha torpaq sahəsinin qiymətləndirilməsinə dair 23.08.2019-cu il tarixli QR-2400/1 saylı qiymətləndirmə rəyinin ləğv edilməsi, ona məxsus torpaq sahəsinin real bazar dəyərinin hər sotu (0,01 ha) üzrə 30.000 manat, tikililərin isə ayrılıqda qiymətinin 3.000.000 manat müəyyən olunması, cavabdeh “Qiymətləndirmə "xxxx" MMC-dən maddi zərərin əvəzi olaraq 12.000 manat və mənəvi zərərin əvəzi olaraq 30.000 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli, 2(008)- 600/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 MMC tərəfindən tərtib edilmiş İddiaçı məxsus Qəbələ şəhərində yerləşən 0,80 ha torpaq sahəsinin qiymətləndirilməsinə dair 23.08.2019-cu il tarixli QR-2400 saylı və 0,78 ha torpaq sahəsinin qiymətləndirilməsinə dair 23.08.2019-cu il tarixli QR-2400/1 saylı qiymətləndirmə rəyləri ləğv edilmiş, İddiaçı məxsus Qəbələ şəhəri ərazisində yerləşən sahibkarlıq və tikinti məqsədli 0.78 ha torpaq sahəsi 273.000 manat və Qəbələ şəhər ərazisində yerləşən 0,80 ha sahibkarlıq məqsədi ilə torpaq sahəsinin orta bazar qiymətinin 280.000 manat olduğu əsas götürülməklə Şəki Apellyasiya Məhkəməsinin 12 noyabr 2018-ci il tarixli, 2(107)- 304/2018 saylı icra sənədinin icrasının davam etdirilməsi, ekspertiza tədqiqatının dəyəri olan 3.000 manat məbləğində pulun Cavabdeh1 MMC-dən tutularaq "xxxx" Xidməti MMCnin hesabına ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qeyd edilən qətnamədən narazı qalan İddiaçı, habelə Cavabdeh1 MMC ayrıayrılıqda apellyasiya şikayəti vermişlər. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxan birinci instansiya məhkəməsi mübahisələndirilən rəydəki qiymətlərin real olmadığını müəyyən etsə də, sonradan özünün təşəbbüsü ilə "xxxx" Xidməti MMC-nin müəyyənləşdirdiyi qiymət də ona məxsus əmlakın real bazar qiymətini əks etdirmir və əvvəlki qiymətləndiricinin yol verdiyi qanun pozuntularına təkrar qiymətləndirmədə də yol verilmişdir. Belə ki, qiymətləndirici tərəfindən ona məxsus torpaq sahəsinə baxış keçirilməmiş, torpaq sahəsi üzərində qanuni əsaslarla inşa edilmiş sahibkarlıq obyektlərinin mövcudluğu nəzərə alınmamışdır. Göstərilənləri nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən - «İddiaçı məxsus Qəbələ şəhəri ərazisində yerləşən sahibkarlıq və tikinti məqsədli 0,78 ha torpaq sahəsi 273000 (iki yüz yetmiş üç min) manat və Qəbələ şəhər ərazisində yerləşən 0.80 ha sahibkarlıq məqsədi ilə torpaq sahəsinin orta bazar qiymətinin 280000 (iki yüz səksən min) manat olduğu əsas götürülməklə Şəki Apellyasiya Məhkəməsinin 12 noyabr 2018-ci il tarixli, 2(107)- 304/2018 saylı icra sənədinin icrası davam etdirılsin» - hissəsində ləğv edilərək, iddia tələbitin tam həcmdə təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 MMC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə ekspertiza təhqiqatının dəyəri olaraq 3.000 manat məbləğində pulun ondan tutularaq "xxxx" Xidməti MMC-nin hesabına ödənilməsi qənaətinə gələrkən, məhkəmə "xxxx" Xidməti MMC-nin təqdim etdiyi ekspertiza təhqiqatı üzrə xidmət haqqına dair hesabfakturanı əsassız və qanunsuz olaraq qabaqcadan sübut əhəmiyyəti verməklə, mübahisəsiz qaydada mötəbər sübut kimi qəbul edərək həmin məbləğin cavabdehdən tutulmasını qət etmişdir. Halbuki, “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 13-cü maddəsinə əsasən göstərilən xidmətlərə görə qiymətləndiriciyə ödənilən haqq qiymətləndirmə obyektinin yekun dəyərindən asılı olmamahdır. Azərbaycan Respublikasının qanunlarında başqa hal nəzərdə tutulmamışdırsa, qiymətləndirmə keçirilməsi ilə bağlı xərclər, o cümlədən ekspertin əməyi qanunvericiliyə uyğun olaraq qarşılıqlı razılaşma əsasında ödənilməlidir. "xxxx" Xidməti MMC-nin təqdim etdiyi ekspertiza təhqiqatı üzrə xidmət haqqına dair hesab-faktura mahiyyət etibarilə Mülki Məcəllənin 560.3.5.1, 560.3.6.1-ci maddələrinə zidd olmaqla hüquqlardan sui-istifadədir. Eyni zamanda, "xxxx" Xidməti MMC qeyd olunan mülkiyyət obyektlərini qiymətləndirərkən müəyyən etdiyi xidmət haqqlarını hansı tariflərə əsasən müəyyən etdiyini, çəkdiyi xərcləri və məsrəfləri əsaslandırmamışdır. Məhkəmə "xxxx" Xidməti MMC tərəfindən təqdim edilmiş hesab-faktura üzrə xidmət haqqı məbləğini onun tənasübsüz qaydada yüksək olmasına baxmayaraq, çəkilən xərclərin və məsrəflərin mənbələrini, hesab-faktura üzrə tələb olunan xidmət haqqının hansı tariflərə əsasən tərtib edildiyini araşdırmadan, bu barədə qiymətləndirmə şirkətindən hər hansı bir məlumat tələb etmədən birbaşa təmin etmişdir. Göründüyü kimi, "xxxx" Xidməti MMC-nin təqdim etdiyi xərclər üzrə hesab-faktura məntiqi həddə deyil və bu məbləğ hesablanarkən işdə iştirak edən şəxslərin nəinki razılığı, heç mövqeyi öyrənilməmişdir. Məhkəmə sözügedən predmetlərin qiymətləndirilməsini "xxxx" Xidməti MMC-yə həvalə edərkən ekspertin qeyd olunan tələblərə cavab-verib verməməsini müəyyən etməyə belə cəhd göstərməmişdir. Mülki iş üzrə materiallarda "xxxx" Xidməti MMC-nin qiymətləndiricisinin 5 illik fəaliyyət stajına malik olmasını təsdiq edən hər hansı bir sənəd, habelə onun məhkumluğunun olmaması barədə arayış mövcud deyildir. Halbuki, Ali Məhkəmənin birinci instansiya və apellyasiya məhkəmələrinə ünvanladığı qiymətləndirmə ekspertizalarının təyin olunması ilə bağlı müvafiq tövsiyə məktubunda da qiymətləndiricilərə münasibətdə qeyd olunan tələblərin gözlənməsinə riayət edilməsi məhkəmələrə və məhkəmə kollegiyalalanna tövsiyə olunmuşdur. Həmçinin, "xxxx" Xidməti MMC-nin məhkəmə tərəfindən əsassız və qanunsuz olaraq prioritet verilən mübahisəli qiymətləndirmə rəyinin məzmunundan göründüyü kimi mübahisəli qiymətləndirmə rəyində qiymətləndirici müəssisənin rəhbərliyi və ya Qiymətləndirici ekspert qrupunun rəhbəri tərəfindən bilə-bilə yalan rəy verməyə görə məsuliyyət haqqında xəbərdar edilməsi barədə hər hansı qeyd mövcud deyildir və ümumiyyətilə qiymətləndiriciyə belə xəbərdarlıq edilməmişdir. Göründüyü kimi, məhkəmə mülki prosessual qanunvericiliyin və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun tələblərinə zidd olaraq mövcud sübutlar arasında əsassız olaraq "xxxx" Xidməti MMC tərəfindən verilmiş qiymətləndirmə rəyinə üstünlük vermiş, bununla da həmin sübuta qabaqcadan müəyyən edilmiş hüquqi qüvvəyə malik sübut kimi yanaşmış və mübahisəli məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində bu mülahizəsini ümumiyyətlə əsaslandırmamışdır. Qeyd edilənləri nəzərə alaraq apellyasiya şikayətinin tam təmin edilməsini, Sabunçu rayon məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iş üzrə iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətlərinə etiraz edərək bildirdi ki, hazırkı iddia uzun müddət davam edən icra işinin icrasını ləngitmək məqsədi ilə verilmişdir. Hazırkı iş üzrə qiymətləndirmə keçirilmiş və ilkin satış qiyməti müəyyən edilmişdir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayətləri qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iş üzrə icraata xitam verilməsinə dair qərardad qəbul olunmalıdır. İşin araşdırılmış halları ilə müəyyən olunur ki, Şəki Apellyasiya Məhkəməsinin 30.03.2018-ci il tarixli, 2(107)-2018 saylı qətnaməsi ilə İddiaçı 132.500 manat pulun tutularaq X4 verilməsi qət edilmişdir. Həmin qətnamə icraya yönəldilmiş və icra təbirləri çərçivəsində borclu İddiaçı məxsus olan **-HU-*** dövlət qeydiyyat nişanlı avtomobilə, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasına, Qəbələ şəhərində yerləşən 0.80 ha sahibkarlıq məqsədli torpaq sahəsinə və 0,78 ha torpaq sahəsinə yönəldilməsi qərara alınmışdır. Qəbələ rayon İcra və Probasiya Şöbəsinin 02.07.2019-cu il tarixli qərarı və 3299/2 saylı 02.07.2019-cu il tarixli sifariş məktubu əsasında Cavabdeh1 MMC tərəfindən həmin əmlakların qiymətləndirilməsi həyata keçirilmiş və 0.78 ha torpaq sahəsinin bazar dəyərinin 234.000 manat, 0.80 ha torpaq sahəsinin bazar dəyərinin 320.000 manat olmasına dair 23.08.2019-cu il tarixli QR 2400/1 və QR 2400 saylı qiymətləndirmə rəyləri tərtib edilmişdir. Qeyd edilən əmlaklar hərraca çıxarılmamışlar. Hazırda iddiaçı həmin rəylərdə müəyyən edilən əmlakların ilkin satış qiymətinin onların real qiymətindən aşağı olması əsası ilə həmin rəylərin ləğv edilməsini, əmlakların qiymətlərinin daha yuxarı məbləğdə müəyyən edilməsini, habelə cavabdeh MMC-dən onun xeyrinə maddi və mənəvi zərərin tutulmasını xahiş etmişdir. «İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə» Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının 24 noyabr 2021-ci il tarixli Qərardadında müəyyən edilir ki, borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında aidiyyəti məhkəmədə mübahisələndirilir. Hərrac keçirildikdən sonra isə qiymət «Qiymətləndirmə fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilir. Qeyd edilən qərardada əsasən, icra icraatı çərçivəsində ipoteka predmeti olmayan əmlaka tutma yönəldildiyi zaman hərrac keçirilənədək olan dövrdə əmlakın ilkin satış qiymətinin mübahisələndirilməsi yalnız bu qiymət əsasında hərracı sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında həyata keçirilir. Hazırkı mülki iş üzrə İddiaçı isə qanunun normalarının tətbiqi təcrübəsinə ilə bağlı bu Qərardadda müəyyən edilmiş hüquqi mövqeyə zidd olaraq, qiymətləndirmə rəyinin ləğv edilməsinə dair iddianı icra məmurunun hərəkətlərindən şikayət qaydasında ona qarşı deyil, icra məmurunun sifariş məktubu əsasında iddiaçıya məxsus hərraca çıxarılmalı olan daşınmaz əmlakın qiymətləndirməsini həyata keçirmiş qiymətləndirici müəssisəyə - Cavabdeh1 MMC-yə qarşı irəli sürmüş, birinci instansiya məhkəməsi isə maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, verilmiş tələb üzrə mülki işə baxıb iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul etmişdir. Halbuki, bu tələbə qeyd edilən iddia əsasında və qiymətləndirməni həyata keçirmiş müəssisəyə münasibətdə baxıla bilməzdi. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir. Həmin Məcəllənin 391-ci maddəsinə görə, bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə icraata xitam verildiyindən, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə xərclərinin tərəflər arasında hansı qaydada bölüşdürülməsi məsələsinə də qiymət verilməlidir. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə "xxxx" Xidməti MMC tərəfindən keçirilmiş qiymətləndirmənin dəyəri olan 3000 manat məhkəmə xərcinin Cavabdeh1 MMC-dən tutulması qət edilmişdir. Kollegiya ilk növbədə qeyd edir ki, qeyd edilən qiymətləndirmə işinin dəyərinin qiymətləndirici tərəfindən 3000 manat müəyyən edilməsi heç bir sübut və ya dəlillə əsaslandırılmamışdır. Belə ki, qiymətləndirici bu məbləğin hansı xərclər əsasında (qiymətləndiricinin daşınmaz əmlakın yerləşdiyi Qəbələ rayonuna getməsi, bu səfərlə bağlı xərclərin olması, əlavə tədqiqatın aparılması və s.) formalaşması ilə bağlı birinci instansiya məhkəməsində icraat zamanı heç bir sübut təqdim etməmişdir. Kollegiya həmçinin qeyd edir ki, “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 13-cü maddəsinə əsasən göstərilən xidmətlərə görə qiymətləndiriciyə ödənilən haqq qiymətləndirmə obyektinin yekun dəyərindən asılı olmamalıdır. Bundan başqa kollegiya qeyd edir ki, mövcud məhkəmə praktikasında oxşar işlər üzrə həyata keçirilən daşınmaz əmlakın qiymətləndirməsi xərci görülmüş işlərin həcmindən və mürəkkəbliyindən asılı olaraq 200-400 manat civarında müəyyən edilir. Bu səbəbdən məhkəmə kollegiyası "xxxx" Xidməti MMC tərəfindən həyata keçirilmiş daşınmaz əmlakın qiymətləndirilməsi ilə bağlı xərcin 3000 manat müəyyən edilməsini şişirdilmiş və işin həqiqi hallarını əks etdirməyən, habelə mövcud məhkəmə praktikasına uyğun olmayan məbləğ hesab edir və bu qənaətə gəlir ki, qeyd edilən qiymətləndirmə xərci azaldılaraq 300 manat həddində müəyyən edilməlidir. Həmçinin, məhkəmə kollegiyası bildirir ki, hazırkı iş üzrə iddia tələbi təmin edilmədiyindən və iş üzrə icraata xitam verildiyindən, qeyd edilən məhkəmə xərci iddiaçıya aid edilməklə, ondan tutulub qiymətləndirici müəssisəyə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.6-cı maddəsinə əsasən yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 261, 263, 365, 400 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli, 2(008)- 600/2020 saylı qətnaməsi ləğv edilsin. İş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar