Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5189/2021 24.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Məmmədovanın sədrliyi ilə, X8 və X1 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, 3-cü şəxs “xxxx” ASC-nin nümayəndəsi X3 iştirakları ilə, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 2(002)-119/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri 8 saylı Notariat Ofisinə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs «xxxx» ASC-yə qarşı «icra qeydinin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, 8 saylı notariat ofisinin xüsusi notariusu X5 tərəfindən verilmiş 04.12.2019-cu il tarixli, 8İ-9765 reyestr nömrəli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, 8 saylı notariat ofisinin xüsusi notariusu X4 tərəfindən 04.12.2019-cu il tarixdə icra qeydi tərtrib edilərək ondan 6651,02 manat pulun tutulması qərara alınmışdır. Ona 3228,67 manat əsas borc və 3422,35 manat faiz borcu hesablamışlar. Ona hesablanmış faiz borcu əsas borcdan çoxdur. Ona görə də ona əsassız hesablanmış faiz borcuna etiraz edir. Ümumiyyətlə onun icra qeydindən xəbəri olmayıb, icra qeydi qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmiş, qeyddə şikayət vermə vasitələri göstərilməmişdir. Bunlarla yanaşı, onunla bağlanmış kredit müqaviləsi üzrə ödənişlərim kredit üzrə əsas və faiz borclarından düzgün çıxılmamış, nəticədə əsas borcdan çıxılmalı ödənişlər dəbbə (peniya) məbləğindən çıxılmışdır. Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 2(002)-119/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onunla “xxxx” ASC arasında 29 iyul 2015-ci il tarixdə kredit müqaviləsi bağlanmış həmin müqaviləyə əsasən ona 5278 manat kredit verilmişdir. Həmin pulun xeyli hissəsini ödəsə də “xxxx” ASC ondan cəmi 6651.02 manat məbləğində borc vəsaitinin tutularaq “xxxx” ASC-nin xeyrinə ödənilməsi barədə notariata icra qeydi haqqında ərizə ilə müraciət etmişdir Bakı şəhəri 8 saylı notariat ofisinin xüsusi notariusu X5 tərəfindən 04.12.2019-cu il tarixdə icra qeydi tərtrib edilərək ondan 6651,02 manat pulun tutulması qərara alınmışdır.Ondan 3228.67 manat əsas borc və 3422,35 manat faiz borcu hesablamışlar.Ona hesablanmış faiz borcu əsas borcdan çoxdur.Ona görə də ona əsasız hesablanmış faiz borcuna etiraz edir.Ümumiyyətlə, onun icra qeydindən xəbəri olmayıb, icra qeydi qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmiş, qeyddə şikayət vermə vasitələri göstərilməmişdir.Bunlarla yanaşı onunla bağlanmış kredit müqaviləsi üzrə ödənişlərin kredit üzrə əsas və faiz borclarından düzgün çıxılmamış, nəticədə əsas borcdan çıxılmalı idi.Lakin məhkəmədə bütün bunlar tamamilə aydınlaşdırılmamış, ona göründüyü kimi əsas borcdan artıq faiz borcu yazılmışdır. Bu da onun onsuz da ağır olan vəziyyətini daha da ağırlaşdırmışdır. Onunla bank arasında mübahisə olduğu halda əsassız olaraq notarius tərəfindən 04.12.2019-cu il tarixli, 8İ-9765 reyestr nömrəli icra qeydi yazılmışdır. Məhkəmə kolegiyasının iclasında iştirak edən 3-cü şəxs “xxxx” ASC-nin nümayəndəsi X7 apelyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.Məhkəmə Kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-cı maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası 3-cü şəxs “xxxx” ASC-nin nümayəndəsini dinləyərək, iş üzrə materialları və apelyasiya şikayətlərinin dəlillərini araşdıraraq, hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin olunmalı, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 2(002)-119/2021 saylı qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, iş matereilalarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 yanvar 2021-ci il tarixli, 9/4279 saylı məktubundan görünür ki, iş matereilalarında olan cari hesabdan çıxarış, maliyyə arayışı məlumatları, 29 iyul 2015-ci il tarixli, RP/64923/52/1 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla İddiaçı 29 iyul 2018-ci il tarixə “xxxx” ASC-nə olan borcu ümumilikdə 7.274 manat məbləğində kimi müəyyən edilir, o cümlədən 29.07.2018-ci il tarixə əsas kredit borcu – 4.691.64 manat, faiz borcu – 2.582.63 manat təşkil edir. İş materiallarında olan icra qeydinin məzmunundan görünür ki, Bakı şəhəri 8 saylı notariat ofisinin xüsusi notariusu X4 “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən təklif edir ki, həmin sənədlər üzrə AZ1069, BAKİ ŞƏHƏRİ NƏRİMANOV RAYONU, MUSTAFA KAMAL ATATÜRK, ev 42 ünvanında yerləşən "xxxx" ASC-nin xeyrinə BAKİ, LÖKBATAN QƏS H. MƏMMƏDOV KÜÇ 9 8 ünvanında qeydiyyatda olan İddiaçı (AZE 07304432, 27/05/2009 - Qaradağ) RP/64923/5 nömrəli müqaviləyə əsasən müddəti üçün vaxtında ödənilməmiş 6651 manat 02 qəpik (altı min altı yüz əlli bir manat iki qəpik) manat tutulsun. İş materiallarında olan 29 iyul 2015-ci il tarixli Kredit sazişinin məzmunundan aydın olur ki, İddiaçı ilə xxxx ASC arasında kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən bank tərəfindən İddiaçı 5278 manat məbləğində pul vəsaiti 36 ay müddətində illik 28,12 % faiz dərəcəsi ilə kredit verilmişdir. İş materiallarından görünür ki, İddiaçı tərəfindən 29 iyul 2015 iyul kredit müqaviləsi üzrə müxtəlif vaxtlarda ödənişlər həyata keçirilmişdir. İş materialalrından görünür ki, İddiaçı 29 iyul 2015-ci il tarixli kredit müqaviləsi üzrə 5278 manat məbləğində pul vəsaitini 36 ay müddətində hər ay 218,66 manat məbləğində ödəniş etməklə qaytarmağı öhdəsinə götürmüşdür. İş materallarından görünür ki, 24.10.2019-cu il tarixdə bank tərəfindən İddiaçı 29.07.2015-ci il traixli kredit müaviləsi üzrə borcunun olduğu, 24.10.219-ciu il tarixə 3228.67 manat əsas, 3321,21 manat faiz borcunun ödənilməsi tələb eidlmiş, əks halda notarius tərəfindən icra qeydinin aparılacağı barədə xəbərdar olunmuşdur. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 76-cı mddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır.İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır.Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər.Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Həmin qanunun 78-ci maddəsinə əsasən icra qeydləri üzrə ödəniş Azərbaycan Respublikasının qanunvericiliyi ilə məhkəmə qətnamələrinin icrası üçün müəyyən edilmiş qaydada həyata keçirilir. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” 11 sentyabr 2000-ci il tarixli Təlimatın 161-ci bəndinə əsasən borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Həmin Təlimata əsasən notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir.Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə, “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron formada müraciət edirlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofislərinə müraciət edə bilərlər. Həmin Təlimata əsasən tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Həmin Təlimatın 162-ci bəndinə əsasən İcra qeydi əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə və tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə aparılır. Azərbaycan Respublikası Nazirlər Kbainetinin 2 sentyabr 2000-ci il trailxi 156 №-li Qəraraı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısının 2-ci bəndinə əsasən pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq olunmuş əqdlər üzrə icra qeydi almaq üçün notariat qaydasında təsdiq edilmiş əqdin əsli təqdim edilir. Həmin Siyahının 2-ci bəndinə əsasən borclular və onlara tapşırıq verənlər tərəfindən kredit idarələrinin kredit əməliyyatları üzrə ödəniş müddətinin keçirilməsinə yol verilməsi ilə əlaqədar sənədlər üzrə icra qeydi almaq əsasında borcun alındığı sənədlərin, o cümlədən kredit xətti müqaviləsinin əsli, müddəti keçirilmiş borcun məbləği göstərilməklə, borclunun hesabından tələbkar tərəfindən təsdiq olunmuş çıxarış, alınmış borc üzrə faiz və cərimələrin hesablanma tarixi və məbləğləri göstərilməklə, tələbkar tərəfindən tərtib olunmuş təfsilatlı maliyyə arayışı təqdim edilir. Məhkəmə araşdırması zamanı müəyyən eidlmişdir ki, İddiaçı ilə “xxxx” ASC aarsında 29 iyul 2015-ci il tarixdə kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsaəsn 5278 manat məbləğində pul vəsaiti 36 ay müddətində illik 28,12 faiz dərəcəsi ilə kredit verilmiş, iddiaçı həmin məbləğdə krediti 36 ay müddətində hər ay 218,66 manat məbləğində ödəniş etməklə geri qaytarmağı öhədinə götürmüşdür. Həmçinin, məhkəmə aarşdırması zamnaı müəyyən eidlmişdir ki, Bakı şəhəri 8 saylı Notariat Ofisi tərəfindən tələbkar “xxxx ” ASC-nin müraciəti əsasında borclu İddiaçı 29 iyul 2015-ci il traixli kredit müqaviləsi üzrə yaranmış borcuna dair 04.12.2019-cu il tarixdə icra qeydi aparılmışdır. Həmin icra qeydi üzrə borclu İddiaçı 29 iyul 2015-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 3228,67 manat məbləğində əsas borc, 3422,35 manat məbləğində faz borcu olmaqla, cəmi 6651,02 manat məbləğində borcun tutulması müəyyən edilmişdir. İddiaçı notairusun icra qeydinin ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin əsası kimi notariusun icra qeydi tərtib edilərkən ona məlumat verilmədiyini, borcunun düzgün yazılmadığı kimi hallara istinad etmişdir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, Bakı şəhəri, 8 saylı notariat ofisinin xüsusi notariusu X5 tərəfindən verilmiş 04.12.2019-cu il tarixli, 8İ-9765 reyestr nömrəli icra qeydi verilərkən “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinin, “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” 11 sentyabr 2000-ci il tarixli Təlimatın 161-ci bəndinin və həmin Təlimata əsasən notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması, tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməli olması ilə bağlı tələbləri pozulmuşdur. Belə ki, iş materiallarında olan (i/v-28) Bakı şəhəri, 8 saylı notariat ofisinin xüsusi notariusu X5 tərəfindən verilmiş 04.12.2019-cu il tarixli, 8İ-9765 reyestr nömrəli icra qeydinin aparılmasına əsas olan sənədlərin surəti 19 avqust 2020-ci il tarixli 1152 saylı məktubla Qaradağ rayon məhkəməsinə təqdim olunmuşdur.Məktubdan müəyyən olunur həmin sənədlər 5(beş) sənəd-kredit sazişi, kreditləşmə və xidmət şərtləri, ödəniş cədvəli, 2 (iki) ödəniş tapşırığı olmuşdur.Göründüyü kimi, təqdim edilmiş sənədlər arasında tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməsinə dair sübutlar mövcud deyildir. Qeyd edilən icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş hətta 1ci instansiya məhkəməsində də təqdim edilməmiş, yalnız apellyasiya baxışı zamanı 04.06.2021-ci il tarixdə “Məleykə Ekspres” vasitəsilə Bakı apellyasiya məhkəməsinə 24.10.2019-cu il tarixli Bildiriş təqdim edilmişdir. Həmçinin, qeyd edilən 24.10.2019-cu il tarixli Bildirişin icra qeydi verilərkən Bakı şəhəri, 8 saylı notariat ofisinin xüsusi notariusu X2 təqdim edilmədiyi müəyyən olunmaqla bərabər, həmin bildirişdəki məbləğlə, icra qeydi verilməsinə dair ərizədəki və mübahisələndirilən icra qeydində tutulmalı olan məbləğlər arasında fərq vardır. Belə ki, 1-ci instansiya məhkəməsi araşdırma zamanı təyin edilmiş müvafiq ekspertizanın nəticəsinə dair rəyin məzmunundan aydın olur ki, İddiaçı 29.07.2015-ci il tarixli kredit müqaviləsi üzrə 29.07.2018-ci il tarixə olan əsas borc 4691,64 manat, faiz borcu 2582,63 manat müəyyən edilmişdir. Halbuki, iş materiallarında (i/v-7) olan Notariat icra qeydi haqqında Ərizədən görünür ki, İddiaçı 29.07.2015-ci il traixli kredit müaviləsi üzrə tələbkar “xxxx” ASC-yə 3228.67 manat əsas, 3422,35 manat faiz borcu var, 24.10.2019-cu il tarixli Bildiriş də isə faiz borcu 3321,21 manat göstərilmişdir. Lakin Kollegiya bir daha qeyd edir ki, 8 saylı notariat ofisinin xüsusi notariusu X5 tərəfindən verilmiş 04.12.2019-cu il tarixli, 8İ-9765 reyestr nömrəli icra qeydinin aparılmasına əsas olan sənədlərin surəti 19 avqust 2020-ci il tarixli 1152 saylı məktubla Qaradağ rayon məhkəməsinə təqdim olunmuşdur.Təqdim edilmiş sənədlər arasında tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş, yəni 24.10.2019-cu il tarixli Bildiriş göndərməsinə dair sübutlar mövcud deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 2(002)-119/2021 saylı qətnaməsi ləğv edilsin. İddia tələbi təmin olunsun. Bakı şəhəri, 8 saylı notariat ofisinin xüsusi notariusu X5 tərəfindən verilmiş 04.12.2019-cu il tarixli, 8İ-9765 reyestr nömrəli icra qeydi ləğv olunsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-5189/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5189/2021
24.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver