Məhkəmə qərarları › İş №2(103)-519/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-519/2021

09.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-519/2021 09.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İş № 2(103)-6585/20 Məhkəmə iclasının protokolu xx xxxxxxx 2020-ci il Bakı şəhəri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X3, Cavabdeh Zülfüqar oğlunun iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı2 Cavabdeh Zülfüqar oğluna "qarşı maddi və mənəvi zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların şərəf və ləyaqətini alçaldan məlumatların təkzib edilməsinin və üzr istənilməsinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması, iddiaçıların hər birinə dəymiş mənəvi zərərə görə cavabdehdən 20 (iyirmi) min manatın tutulması tələbinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3511/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə baxılır. Sədrlik edən məhkəmə iclasını saat 11:20-də açır və baxılacaq işi elan edir. Sədrlik edən proses iştirakçılarının gəlib-gəlməmələri barədə məlumat vermək üçün məhkəmə iclas katibinə söz verir. Məhkəmə iclas katibi məlumat verərək bildirir ki, iddiaçının nümayəndəsi və vəkili X10, Cavabdeh Zülfüqar oğlu məhkəmə iclasında iştirak edirlər. Sədrlik edən işdə iştirak edən şəxslərin şəxsiyyətini müəyyən edir və səlahiyyətlərini müəyyənləşdirir. İddiaçının nümayəndəsi və vəkili X10-“Ədalət” vəkil bürosunun vəkili Müqavilə № 1039 Cavabdeh Zülfüqar oğlu –xx.xx.1974-cü ildə anadan olmuş, ünvan 1 V ünvanında qeydiyyatda olan Sədrlik edən məhkəmə kollegiyasının tərkibini və məhkəmə iclas katibini elan edir, tərkibə və iclas katibinə etirazın əsaslarını izah edir və onlara etirazların olub-olmadığını soruşur. Etirazlar daxil olmadı. Sədrlik edən işdə iştirak edən şəxslərə prosessual hüquq və vəzifələrinin izahı haqqında bildirişin çatdırılıb-çatdırılmadığını müəyyən edir. Sədrlik edənin sualına cavab olaraq şəxslər hər biri ayrı-ayrılıqda bildirişə zərurət olmadığını, hüquq və vəzifələrinin onlara aydın olduğunu və bununla bağlı əlavə suallarının olmadığını bildirirlər. Sədrlik edən işdə iştirak edən şəxslərdən iş üzrə əlavələrinin, vəsatətlərinin olubolmadığını soruşur. Vəsatət daxil olmur. Sədrlik edən iş üzrə iddiaçının vəkilinin X4 və X5 şahid qismində dindirilmələri ilə bağlı ərizəsinin məhkəməyə daxil olduğunu bildirir və işdə iştirak edən şəxslərdən ərizəyə dair münasibətini soruşur. İddiaçının vəkili: Ərizənin təmin edilməsini xahiş edirəm. Cavabdeh: Məsələnin həllini məhkəmənin mülahizəsinə buraxıram. Məhkəmə kollegiyası yerində müşavirə edərək Q Ə R A R A A L İ R: Ərizə təmin edilsin. İş üzrə tərəflərin izahatları alındıqdan sonra X4 və X5 şahid qismində ifadələri dinlənilsin. Sədrlik edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 378-ci maddəsinə əsasən işi məruzə edir, işin hallarını, birinci instansiya məhkəməsinin qətnaməsinin məzmununu, apelyasiya şikayətinin dəlillərini elan edir. Sədrlik edən işdə iştirak edən şəxslərin apelyasiya şikayətinə münasibətini soruşur. Cavabdeh: Apelyasiya şikayətini müdafiə edirəm. İddiaçının nümayəndəsi və vəkili: Apelyasiya şikayətini qəbul etmirəm. Sədrlik edən Cavabdeh Zülfüqar oğluna apelyasiya şikayəti ilə bağlı izahat verməsini təklif edir. Cavabdeh Zülfüqar oğlunun izahatı: Möhtərəm məhkəmə kollegiyası! Mən daş karxanasında sahibkar olaraq fəaliyyət göstərmişəm. İddiaçı Cavanşir aramızda pul məsələsi ilə bağlı mübahisəmiz olub, belə ki, o mənə qarşı qanunsuz əməllərə yol vermiş və mənə məxsus külli miqdarda ziyan vurmuşdur. Onun iddia qaldırmaqda məqsədi də mənim ondan şikayət etməyimin qarşısını almaq olmuşdur. Mən 2017-ci ildə məhkəmənin hökmü ilə azadlıqdan məhrum edildim, 2018-ci ildə şərti olaraq azadlığa buraxılmışam, mənə elektron nəzarət vasitəsi verilmişdi, polisin müəyyən etdiyi yerlərdən başqa yerlərə getməyim mümkün deyildi, bu isə iddiaçının mənim onu təhqir etməyimlə bağlı iddialarının əsassız olduğunu sübut edir. Qeyd edilənlərə əsasən məhkəmədən apelyasiya şikayətinin təmin edilməsini xahiş edirəm. Sədrlik edən sualların olub-olmadığını soruşur. Sual olmur. Sədrlik edən İddiaçının nümayəndəsi və vəkili X6 apelyasiya şikayəti ilə bağlı izahat verməsini təklif edir. X3 izahatı: Möhtərəm məhkəmə kollegiyası! Apelyasiya şikayəti əsassızdır. İş üzrə tərəflər eyni ərazidə fəaliyyət göstərən daş karxanasında sahibkarlıqla məşğul olmuşlar, cavabdeh iddiaçı ilə aralarında yaranmış maliyyə problemlərinə görə onu mütəmadi olaraq təhqir etmişdir, bunu sübut edə bilən şahidlər də var. İddiaçı məruz qaldığı nalayiq, təhqiramiz ifadələrə görə sarsıntı keçirib, sağlamlığı pozulub. Məhkəmədən apelyasiya şikayətinin təmin edilməməsini xahiş edirəm. Sədrlik edən sualların olub-olmadığını soruşur. Sual olmur. Sədrlik edən X1nu məhkəmə iclasına dəvət edir və sonra onun şəxsiyyətini müəyyən edir. X1–xx.xx.1974-xx.xx.1960-cı ildə Ağdam rayonunda anadan olmuş, Ağdam rayonu, Eyvazxanlı kəndində qeydiyyatda olan Sədrlik edən şahidə ifadə verməkdən imtina etməyə və ya bilə-bilə yalan ifadə verməyə görə Azərbaycan Respublikası CM-nin 297 və 298-ci maddələrinin məsuliyyətini izah edir və bu barədə ondan iltizam alır. Sədrlik edən şahidə iş üzrə ifadə verməyi təklif edir. X4 ifadəsi: Hörmətli məhkəmə! Bildirirəm ki, mən İddiaçı5 tanıyıram, biz onunla həmkəndliyik, lakin onunla qohumluğumuz yoxdur. Mən Cavabdeh də tanıyıram, onunla qohumluğumuz yoxdur, onların heç biri ilə ədavətim yoxdur. Mən Müşfiq ilə ilk dəfə 2-3 il öncə Buta qəsəbəsində kafedə olarkən onun əmisinin oğlu Ədalət adlı şəxs vasitəsi ilə tanış olmuşam, belə ki, mən Ədalətlə Buta qəsəbəsində yerləşən kafedə olan zaman Müşfiq də təxminən 10 dəqiqədən sonra gəldi və bizə qoşuldu, biz üçümüz ayrıca kabinetdə əyləşmişdik. Söhbət əsnasında Müşfiq Cavanşir haqqında daşınırdı və onun ünvanına nalayiq sözlər işlətdi, mən bu zaman Müşfiqə etirazımı bildirdim, o, mənə əsəbi cavab verdi və Cavanşir haqqında yenə nalayiq sözlər işlətdi. Mənim Müşfiqin əmisinin oğlu Ədalətlə Lökbatan qəsəbəsində yerləşən kafedə görüşməli idik, mən oraya getdim, kafedə çox müştəri vardı, lakin Ədalət orada yox idi, Müşfiq orada idi, o məni görən zaman ayağa qalxaraq mənə dedi ki : “Səni buraya Cavanşir göndərib?” Bundan sonra mən ona yaşlı olduğumu bildirdim, Müşfiq Cavanşiri təhqir etməyə başladı, mən də qarşılığında ona sözünü Cavanşirə şəxsən bildirməyi təklif etdim. Sədrlik edənin s/c: Müşfiq mənim Cavanşirlə eyni kənddən olduğumu bilmirdi. S/C: Mən Müşfiqi 2-ci dəfə əmisi oğlu Ədalətlə görüşmək üçün getdiyim kafedə gördüm, yay fəsli idi, həmin kafe Lökbatan qəsəbəsindəki dayanacağın sağ tərəfində yerləşir, həmin görüşdə Müşfiq uca səslə danışırdı, hətta məndən ona kömək etməyimi istədi, mən isə bununla razılaşmadım. S/C: Mən Müşfiqi 2-ci dəfə kafedə görəndən sonra onu evimin yaxılığında 2 dəfə görmüşəm, bu səbəbdən polis şöbəsinə gedərək şifahi şəkildə Müşfiqin məni izlədiyini bildirmişəm. X13 haqqında nalayiq ifadələr işlədən zaman mən ona etirazımı bildirmişdim. S/C: Mən Müşfiqə zənf edərək onun əmisi oğlu Ədaləti soruşmuşam. S/C: Müşfiqlə Lökbatan qəsəbəsindəki kafedə 2-ci dəfə görüşəndən sonra o məndən Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis bölməsinə şikayət etmişdi. S/C: Mənim məhkumluğum olmayıb. Sədrlik edən şahidə sualların olub-olmadığını soruşur. İddiaçının nümayəndəsi və vəkilinin S/C: Mənim hazırda Cavanşirlə əlaqəm yoxdur, işdən çıxmışam. İddiaçının nümayəndəsi və vəkilinin S/C: Lökbatan qəsəbəsində yerləşən kafedəki görüş zamanı Müşfiqin Cavanşir barədə işlətdiyi nalayiq sözləri başqa şəxslər də eşidə bilərdi, çünki o, sözlərini yüksək səslə deyirdi. Sual olmadı. Sədrlik edənin göstərişi ilə şahid məhkəmə iclas zalını tərk edir. Sədrlik edən X2nu məhkəmə iclasına dəvət edir və sonra onun şəxsiyyətini müəyyən edir. X2–FİN 2X6HN72 Sədrlik edən şahidə ifadə verməkdən imtina etməyə və ya bilə-bilə yalan ifadə verməyə görə Azərbaycan Respublikası CM-nin 297 və 298-ci maddələrinin məsuliyyətini izah edir və bu barədə ondan iltizam alır. Sədrlik edən şahidə iş üzrə ifadə verməyi təklif edir. X7 ifadəsi: Hörmətli məhkəmə! Bildirirəm ki, mən Ağdam şəhərində anadan olmuşam, Cavanşiri və Müşfiqi tanıyıram, onlarla qohum deyiləm. Heç biri ilə ədavətim yoxdur. Mən Cavanşirin daş karxanasında nəzarətçi işləyirdim, Müşfiq ondan daş almağa gəlirdi, bir müddətdən sonra aldığı daşın pulunu verməməyə başladı, daşı pulsuz götürmək istəyirdi, Cavanşir buna etiraz edəndə də onu söyürdü, təhqiramiz ifadələr işlədirdi. Sədrlik edənin S/C: Cavanşirin daş karxanası Qaradağ rayonunda Gülbağ adlı yerdədir. S/C: Müşfiq 2-3 dəfə daş karxanasına gələrək Cavanşiri söyüb, onun işlətdiyi sözləri 5-6 nəfər fəhlə də eşidib. Sədrlik edən şahidə sualların olub-olmadığını soruşur. Cavabdehin S/C: Sən Cavanşiri təhqir etdiyin ilk gün daş karxanasına Kamazla gəlmişdin, Kamazı özün idarə etmirdin. İddiaçının nümayəndəsi və vəkilinin S/C: Müşfiq Cavanşiri karxananın “polkası”nda söyürdü. Sual olmadı. Sədrlik edənin göstərişi ilə şahid məhkəmə iclas zalını tərk edir. Məhkəmə kollegiyası yerində müşavirə edərək Q Ə R A R A A L İ R: İş üzrə yaranmış zərurətlə əlaqədar olaraq Ağdam rayonu, Eyvazxanbəyli kəndində qeydiyyatda olan X11 tərəfindən (xx.xx.1960-cı il təvəllüdlü,) ünvan 1 V ünvanında qeydiyyatda olan Cavabdeh Zülfüqar oğlu (xx.xx.1974-cü il təvəllüdlü) barəsində Bakı Şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə hər hansı müraciətin daxil olub-olmaması, daxil olmuşdursa, araşdırmanın nəticələri barədə Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə sorğu verilsin. Məhkəmə iclası xx xxxxxx 2020-ci il tarixə, saat 10:00-a təxirə salınsın. Məhkəmə iclası saat 12:38-də bağlı elan edilir. Məhkəmə iclası protokolu xx xxxxxxx 2020-ci il tarixində tərtib olundu. Sədrlik edən Emin Mehdiyev Məhkəmə iclas katibi Şəfəq Cəfərova İş № 2(103)-6585/20 Məhkəmə iclasının protokolu xx xxxxxx 2020-ci il Bakı şəhəri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, Cavabdeh Zülfüqar oğlunun iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı2 Cavabdeh Zülfüqar oğluna "qarşı maddi və mənəvi zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların şərəf və ləyaqətini alçaldan məlumatların təkzib edilməsinin və üzr istənilməsinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması, iddiaçıların hər birinə dəymiş mənəvi zərərə görə cavabdehdən 20 (iyirmi) min manatın tutulması tələbinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3511/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə baxılır. Sədrlik edən məhkəmə iclasını saat 10:00-da açır və baxılacaq işi elan edir. Sədrlik edən proses iştirakçılarının gəlib-gəlməmələri barədə məlumat vermək üçün məhkəmə iclas katibinə söz verir. Məhkəmə iclas katibi məlumat verərək bildirir ki, Cavabdeh Zülfüqar oğlu məhkəmə iclasında iştirak edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçının nümayəndəsi və vəkili iddia üzrə iddiaçı iclasda təmsil olunmamış və bunun səbəblərini bildirməmişdir. Sədrlik edən məhkəmə iclasında iştirak edən cavabdehdən iclasın iddiaçının iştirakı olmadan keçirib-keçirilməməsi barədə münasibətini soruşur. Cavabdeh: Məsələnin həllini məhkəmənin mülahizəsinə buraxıram. Məhkəmə kollegiyası yerində müşavirə edərək QƏRARA ALDİ: İş üzrə iddiaçının nümayəndəsinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlmədiyinə görə məhkəmə iclası onun iştirakı olmadan keçirilsin. Sədrlik edən Bakı Şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə edilmiş məhkəmə soğrusuna cavabın daxil olmadığını elan edir. Sədrlik edən məhkəmə iclasında iştirak edən cavabdehdən əlavələrinin, vəsatətlərinin olub-olmadığını soruşur. Cavabdeh: Əlavəm yoxdur. Məhkəmə kollegiyası yerində müşavirə edərək Q Ə R A R A A L İ R: İş üzrə yaranmış zərurətlə əlaqədar olaraq Ağdam rayonu, Eyvazxanbəyli kəndində qeydiyyatda olan X11 tərəfindən (xx.xx.1960-cı il təvəllüdlü,) ünvan 1 V ünvanında qeydiyyatda olan Cavabdeh Zülfüqar oğlu (xx.xx.1974-cü il təvəllüdlü) barəsində Bakı Şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə hər hansı müraciətin daxil olub-olmaması, daxil olmuşdursa, araşdırmanın nəticələri barədə Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə təkrar sorğu verilsin. Məhkəmə iclası xx xxxxxx 2020-ci il tarixə, saat 11:20-yə təxirə salınsın. Məhkəmə iclası saat 10:10-da bağlı elan edilir. Məhkəmə iclası protokolu xx xxxxxx 2020-ci il tarixində tərtib olundu. Sədrlik edən Emin Mehdiyev Məhkəmə iclas katibi Şəfəq Cəfərova İş № 2(103)-519/21 Məhkəmə iclasının protokolu xx xxxxxx 2021-ci il Bakı şəhəri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X3, Cavabdeh Zülfüqar oğlunun iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı2 Cavabdeh Zülfüqar oğluna "qarşı maddi və mənəvi zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların şərəf və ləyaqətini alçaldan məlumatların təkzib edilməsinin və üzr istənilməsinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması, iddiaçıların hər birinə dəymiş mənəvi zərərə görə cavabdehdən 20 (iyirmi) min manatın tutulması tələbinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3511/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə baxılır. Sədrlik edən məhkəmə iclasını saat 09:20-də açır və baxılacaq işi elan edir. Sədrlik edən proses iştirakçılarının gəlib-gəlməmələri barədə məlumat vermək üçün məhkəmə iclas katibinə söz verir. Məhkəmə iclas katibi məlumat verərək bildirir ki, iddiaçının nümayəndəsi və vəkili X10, Cavabdeh Zülfüqar oğlu məhkəmə iclasında iştirak edirlər. Sədrlik edən məhkəmə soğrusu əsasında akı Şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin məhkəməyə ünvanladığı xx xxxxxx 2021-ci il tarixli ***-**** saylı məktubunun məzmununu elan edir. Sədrlik edən işdə iştirak edən şəxslərdən əlavələrinin olub-olmadığını soruşur. Əlavələr olmur. Sədrlik edənin cavabdehə S/C: Mən 102 Xidmətinə zəng edərək Cavanşirdən şikayət etdim, bundan sonra məni Qaradağ RPİ 10-cu Polis bölməsinə dəvət etdilər, lakin orada izahat yazmadım. S/C: 102 Xidmətinə zəng etməyimi sübut edən sənədi məhkəməyə təqdim etməyə çalışaram. Sədrlik edənin iddiaçının nümayəndəsi və vəkilinə S/C: Cavabdeh əgər 102 Xidmətinə zəng etmişdirsə, ondan ərizə alınmalı idi. Sədrlik edən məhkəməyə iş üzrə digər İddiaçı1 tərəfindən verilmiş ərizə daxil olduğunu bildirir və ərizənin məzmununu elan edir. Məhkəmə kollegiyası yerində müşavirə edərək QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı2 Cavabdeh Zülfüqar oğluna "qarşı maddi və mənəvi zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların şərəf və ləyaqətini alçaldan məlumatların təkzib edilməsinin və üzr istənilməsinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması, iddiaçıların hər birinə dəymiş mənəvi zərərə görə cavabdehdən 20 (iyirmi) min manatın tutulması tələbinə dair mülki iş apelyasiya baxışından çıxarılsın və digər İddiaçı1 tərəfindən verilmiş apelyasiya şikayətinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün həmin məhkəməyə göndərilsin. Məhkəmə iclası saat 09:35-də bağlı elan edilir. Məhkəmə iclası protokolu xx xxxxxx 2021-ci il tarixində tərtib olundu. Sədrlik edən Emin Mehdiyev Məhkəmə iclas katibi Şəfəq Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar