Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5191/2020 27.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Əzizov Sahib Ədalət oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi”nə dair Bakı şəhəri Nəsimi Rayon Мəhkəməsinin 2(006)-1693/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜ ƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər - Cavabdeh1 ona olan 17.780 (on yeddi min yeddi yüz səksən) manat və 4.300 (dörd min üç yüz) ABŞ dolları borcunun (Azərbaycan Respublikası manatının məzənnəsi ilə), Cavabdeh2 isə ona olan 6.515 (altı min beş yüz on beş) manat borcunun, həmçinin 30 (otuz) manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri 1 saylı X1 laborant işləyir. Cavabdeh2 da orada laborant işləyir. Digər Cavabdeh1 isə Əfruzənin bacısıdır. Əfruzə ilə 10 ildən çox olar ki, bir yerdə işləmişlər və o vaxtdan da onu və bacısı Güneli də Əfruzəyə görə tanımışdır. Cavabdehlər Əfruzə və Günel həmişə ondan borc pul almış, sonra borclarını hissə-hissə ödəyərək etibarını qazanmışlar. O, Cavabdeh1 xx xxxxxx 2014-cü ildə 42.906 (qırx iki min doqquz yüz altı) manat borc pul vermişdir və bu barədə Günelin əlyazma şəklində qəbzi var, ərizəsinə əlavə etmişdir. Cavabdeh1 həmin puldan bir hissəsini ona qaytarsa da, qalan hissəsini, yəni 17.780 manatı hələ də qaytarmamışdır. Hazırda Cavabdeh1 ona 17.780 manat və 4.300 ABŞ dolları borcu qalmışdır. Cavabdeh1 ona qalan borcu barədə əlyazmasını ərizəsinə əlavə edir və xx xxx 2015-ci ildə Günelin ona 17.780 manat və 4.300 ABŞ dolları borcu olduğunu təsdiq edir. O, Günelin ona olan borcunu hissə-hissə qaytarmasına razı olmuşdur. Lakin bu günə qədər Günel onun pulunu qaytarmaqdan yayınır. Cavabdeh2 2015-ci ildə 20.000 manat borc pul vermişdir. O, həmin puldan ona hissə-hissə qaytarsa da, hazırda ona 6.515 (altı min beş yüz on beş) manat borclu qalmış və borcunu qaytaracağını desə də, sözünə əməl etməyərək, borcunu bu günə qədər qaytarmamışdır. O, dəfələrlə Günel və Əfruzəyə ona olan borclarını qaytarmalarını xahiş etsə də, onlar tezliklə borclarını qaytaracaqlarını bildirmiş, lakin sözlərinə əməl etməmişlər. Sonuncu dəfə o, hər iki cavabdehə borclarını qaytarmalarıbarədə müraciət etdikdə, 2019-cu ilin iyul-avqust aylarında Əfruzə və Günel ikisi birlikdə ona cəmi 50 manat pul vermişlər. Onların, yəni hər iki bacının ona verdikləri borclarından sonuncu pul o olmuşdur. Bundan sonra cavabdehlər hər dəfə bir bəhanə gətirərək onun pulunu verməkdən boyun qaçırmışlar. O özü xəstə qadındır, daima müalicəyə ehtiyacı var. Özünün bir övladı var. Çox çətin vəziyyətdə, ağır maddi durum içərisində yaşayır. Cavabdehlərin ona borclu olduqları pula çox böyük ehtiyacı var. Cavabdehlərin ona olan borclarına laqeyd yanaşaraq, pulu ona qaytarmamaları onun daha pis vəziyyətə düşməyinə səbəb olmuşdur. Cavabdehlərin ona borclu olduqlarını iş yoldaşları Əliyeva Arzu, Abbasova Sevda və Şıxaliyeva Xalidə də təsdiqləyə bilərlər. Çünki onların yanında dəfələrlə cavabdehlərlə pulunu qaytarmaları barədə mübahisəsi də olmuş və onlar bunun şahidi də olmuşlar. Bakı şəhəri Nəsimi Rayon Мəhkəməsinin 2(006)-1693/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 17.780 (on yeddi min yeddi yüz səksən) manatın və 4.300 (dörd min üç yüz) ABŞ dolları (ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla), Cavabdeh2 6.515 (altı min beş yüz on beş) manatın tutularaq İddiaçı verilməsi, dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun isə cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək onun ləğv edilməsini və cavabdehlərin iddiaçıya 13 906 manat və 4300 ABŞ dolları məbləğində borclarının olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı məhkəməyə ərizə təqdim edərək, cavabdehlərin ona cəmi 15000 manat borclarının olduğunu və həmin borcun ona hissəhissə qaytarılmasını razı olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlər iddiaçıya 15000 manat məbləğində borclarının olmasını qəbul etdiklərini bildirmişlər. Kollegiya iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarından görünür ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixinə Afətə 17780 + 4300 ABŞ dolları borclu olduğunu və həmin sözləri bacısının iş yoldaşlarının (Xalidə Şıxəliyeva, Şəfiqə Nəzərova və Arzu Əliyeva) da təsdiq etdiyini qeyd etmişdir. İş materiallarından görünür ki, Cavabdeh2 xx.xx.2015-ci il tarixdə Afətə 16617 manat borclu olduğunu Sevda Abbasova, Arzu Əliyeva və Xalidə Şıxəliyevanın iştirakı ilə qeyd etmişdir. İş materiallarından görünür ki, Cavabdeh2 xx.xx.2017-ci il tarixdə Afətə 5000 manat borcunun olduğunu qeyd etmişdir. İş materiallarından görünür ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixdə Afətdən 42906 manat pulu borc məqsədilə aldığını, həmin sözləri yazmaqda, ona heç kimin heç bir təsir göstərmədiyini sözlərini öz imzası ilə təsdiq etdiyini qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə görə, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məcəllənin 220.4-cü maddəsinə görə isə, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Kollegiya hesab edir ki, cavabdehlərin iddianı etiraf etməsi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul edilməlidir. Xüsusilə nəzərə alınmalıdır ki, yuxarıda qeyd olunduğu kimi iddiaçı apellyasiya baxışı zamanı ərizə təqdim edərək cavabdehlərin ona cəmi 15 000 manat borclarının olduğunu və bu barədə razılaşdıqlarını bildirmişdir. Məhkəmə tərəflərin öz aralarında razılığa gəldiklərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı xeyrinə 15 000 manat məbləğində pul vəsaiti tutulmalıdır. Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır; 384.0.2-ci maddəsinə əsasən isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Kollegiya, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri məsələsinə də münasibət bildirərək qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün iddiaçının ödədiyi rüsum məbləği cavabdehlərdən onun xeyrinə tutulmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği isə cavabdehlərə aid olunmalıdır. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Мəhkəməsinin 2(006)-1693/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı xeyrinə 15 000 manat məbləğində pul vəsaiti tutulsun. İddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı xeyrinə ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-5191/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5191/2020
27.08.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver