Məhkəmə qərarları › İş №2(103)-5195/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5195/2025

12.08.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-5195/2025 12.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qızına qarşı iş üzrə (Açar sözlər: pul və qızıl-zinət əşyalarının qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), X6 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi Xəlilov Tural Xəlil oğlunun katibliyi, İddiaçı İddiaçı və onun nümayəndəsi və vəkili Rzazadə İqbal Kamil oğlunun iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul və qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e- *(***)-**/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Cavabdeh iddiaçının xalasıdır.

2. Azərbaycan Respublikası DİN Bakı şəhəri Nizami RPİ-nin İŞ tərəfindən İddiaçı ilə Cavabdeh arasında ##.##.2022-ci il tarixdə üzləşdirmə istintaq hərəkəti keçirilmişdir.

3. ##.##.2022-ci il tarixli üzləşdirmə protokoluna əsasən İddiaçı bildirmişdir ki, istintaqa verdiyi ifadəni təsdiq edərək qarşısında oturan Cavabdeh üzünə qarşı deyir ki, 2019cu ilin sonlarında onun yaşadığı Nizami rayonu, Neftçilər metrostansiyasının yaxınlığında yerləşən ünvanını tam xatırlamadığı evin yaxınlığı ona təhlükəli gəldiyindən özünə məxsus 7.000 manat pulu daha təhlükəsiz şəraitdə saxlaması üçün xalası Solmaza verdi. Bir müddət sonra o, əlaqə yaradaraq həmin 7.000 manat pulu bir digər şəxsə şəxsə faizli ödəmə etmək şərti ilə vermək istədiyini bildirdi, onunla razılaşaraq bunu etməsinə etiraz etmədi. Təqribən 2021-ci ilin yanvar ayında xalası qızı Aytən onlara gələrək anasının hazırda qeyd etmək istəmədiyi bir problemini həll etmək üçün 15.000 manat pul lazım olduğunu bildirdi, o da evində olan puldan 15.000 manat pul verdi, bu hadisə bir ay sonra təkrarlandı, yəni o, əlavə olaraq 15.000 manat pul aldı. 2021-ci ilin aprel ayında xalası Solmaz bir yığıncağa gedəcəyindən taxmaq üçün ondan qızıl-zinət əşyaları istədi, buna görə də o, özünə məxsus təqribən 12.000 manat qiymətində olan 3 ədəd briliyant qaşlı qızıl üzük, 01 ədəd 750 əyarlıq qızıl qolbaq, 01 ədəd 12-13 qram çəkidə anasından yadigar qalan boyunbağını ona verdi. Bundan iki-üç gen sonra o, xalası qızı Aytən ilə əlaqə yaradaraq anası Solmaz ilə əlaqə yarada bilmədiyini, qızılları qaytarmalarını bildirdi. Aytən isə anasının həmin qızları pula ehtiyacı olduğu üçün Lombarda qoyduğunu bildirdi. ... Solmaz bir aya yaşadığı evi satıb ona olan borcunu və qızılları qaytaracağını bildirdi. Daha sonra hissə-hissə 2.000 manat pul qaytardı. 2021-ci ilin oktyabr ayında ondan pulunu tələb etdikdə o, evinə gələrək təklikdə ona 600 dollar pul verdi və lombarda vermək üçün 420 manat pul istədi, o da verdi. ... valyuta dəyişmə məntəqəsinə apardıqda ona həmin 600 dolların saxta olduğu bildirilmişdir.

4. Üzləşdirmə protokoluna əsasən Cavabdeh bildirmişdir ki, o, Günel Həsənovadan müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə pullar almış və bu pulları qaytarmışdır, onun qızı Aytən vasitəsi ilə ondan ayrı–ayrı vaxtalarda 15.000 manat və 15.000 manat pul almağı yalandır, belə bir şey olmamışdır. Qızıl məsələsinə gəldikdə isə Güneldən özü yox, onun qızı Aytən təqribən 3-4 il bundan qabaq onun qeyd etdiyi 3 ədəd briliyant qaşlı qızıl üzüyü, 01 ədəd qolbaq, 01 ədəd boyunbağını hansısa yığıncağa taxmaq üçün almışdır. Bundan təqribən 2-3 gün sonra həmin zinət əşyalarını özü şəxsən Günelə qaytarmışdır. Həmin zinət əşyalarının lombarda qoyulması ilə bağlı bildirilənlər yalandır. Bildirir ki, o, Güneldən borc aldığını səmimi şəkildə etiraf edir, ona hazırda 10.000 manat borcu vardır və bu borcu qısa müddətdə ödəyə bilər, bu borc ondan faizli ödəmə şərti ilə aldığı pulların kök hissələridir. Bildirir ki, o, Günelə dollarla ödəməni sonuncu dəfə 3-4 il bundan əvvəl etmişdi, 2021-ci ilin oktyabr ayında və ya digər aylarında ona dollarla ödəmə etməmişdir, ona saxta pul verməyi ilə bağlı qeyd etdikləri yalandır.

5. Cavabdeh Sadiq qızının 2021-ci ilin oktyabr ayında İddiaçı olan borcunun bir qismini ödəmək məqsədi ilə saxta xarici valyutanı verməklə satmasına dair toplanmış material əsasında Nizamı rayon Polis İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2022-ci il tarixli “cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işinin icraatı cinayəti törədən şəxs müəyyən edilənədək dayandırılmışdır.

6. Həmin qərara əsasən cinayət işi üzrə şahid qismində dindirilmiş Cavabdeh Sadiq qızı ifadəsində bildirmişdir ki, ... İddiaçı onun mərhum bacısı Şəhlanın qızıdır. Onunla münasibətləri normal olmuşdur, heç bir ədavətləri olmamışdır. Təqribən 8 il bundan əvvəl Günel ona bildirmişdir ki, ondan faizə pul götürmüş İlahə adlı qadının ona 5.000 manat pulu qaytardığını, istəyirsə bunu götürə biləcəyini və kimlərəsə faizlə verib əldə etdiyi pulu onunla bölməyi təklif etmişdir. O, razılaşıb 5.000 manat pulu almış və ona 5.000 manatı tam ödəyənədək hər ay 500 manat pul ödəməklə bağlı razılaşmışdır. Bu pul vasitəsi ilə ticarət etməyə davam etmişdir. Təqribən 2 ay sonra Güneldən eyni şərtlərlə 5.000 manat pul almışdır. ... Bildirmişdir ki, o, Günelə sonuncu dəfə 2021-ci ilin oktyabr ayında oğlu Ramil vasitəsi ilə 410 manat pul göndərmişdir, bunu Ramil apararaq Nizami rayonu, Bəhruz Nuriyev küçəsində yerləşən evdə ona vermişdir.

7. “xxxx”nın ##.##.2025-ci il tarixli hesabatından görünür ki, təqdim olunan siyahı və fotoşəkillərə əsasən 5 adda qızıl-zinət əşyasının satış qiyməti və istifadə nəticəsində yaranan aşınma nəzərə alınmaqla hal-hazırda nəzəri qaydada ümumi dəyəri tələblə təklifin qarşılıqlı təsiri nəticəsində satış qiyməti 11.965 manat, aşınması nəzərə alınmaqla, 11.140 manat müəyyən edilmişdir.

8. “xxxx”nın ##.##.2025-ci il tarixli hesabatdan görünür ki, təqdim olunan siyahı və fotoşəkillərə əsasən 5 adda qızıl-zinət əşyasının satış qiyməti və istifadə nəticəsində yaranan aşınma nəzərə alınmaqla hal-hazırda nəzəri qaydada ümumi dəyəri tələblə təklifin qarşılıqlı təsiri nəticəsində satış qiyməti 10.590 manat, aşınması nəzərə alınmaqla, 9.190 manat müəyyən edilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul və qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh 38.000 manat pulu və bir ədəd 8.000 manat dəyərində olan brilyant qaşlı üzüyü, hər birinin qiyməti 300, 200 manat olmaqla digər üzükləri, bir ədəd dəyəri 2.000 manat qızıl qolbağı və bir ədəd dəyəri 1.500 manat olan 15.5 qram, 585 əyar boyunbağının Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, yaxın qohumu olan Cavabdeh onun xahişi ilə hissə-hissə 38.000 manat pul vermişdir. Bundan başqa Cavabdeh toyda istifadə etmək üçün ondan 12.000 manat dəyərində qızıl-zinət əşyalarını almış və qaytarmamışdır. Onlar yaxın qohum olduğuna görə o, ondan borc müqaviləsi bağlamağı tələb etməyə utanmışdır. Cavabdeh ondan aldığı 38.000 manat pulu Lənkəran şəhərindəki evini satdıqdan sonra qaytaracağına söz vermişdir. Cavabdeh həmin evini 2022-ci ildə satmış, lakin onun pulunu qaytarmaqdan boyun qaçırmağa başlamışdır. Dəfələrlə tələb etdikdən sonra 38.000 manat puldan 2022-ci ildə ona 600 ABŞ dolları qaytarmışdır. Onun verdiyi 600 ABŞ dolları manata dəyişərkən məlum olmuşdur ki, verdiyi saxtadır. Bu səbəbdən həmin pulları Bakı şəhəri polis şöbəsinə təhvil vermişdir. Fakt üzrə başlanmış cinayət işi hazırda dayandırılmışdır. Eyni zamanda Cavabdeh əsassız olaraq qızıllarını geri qaytarmayaraq onun hesabına əsassız varlanmışdır, o səbəbdən də həmin pulu geri qaytarmalıdır.

11. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən cavabdeh Cavabdeh 38.000 manat məbləğində pul vəsaitinin, dəyəri 8.000 manat olan 583 əyarlı, çəkisi 8.3 qram ortasında 2.5 karat olan 5 ədəd, qıraqlarında 0.50 sot olan 20 ədəd səpmə şəklində sibir brilyant qaşlı üzük, dəyəri 2.000 manat olan 750 əyarlı, çəkisi 14.5 qram qızıl italyan qolbağı, dəyəri 1.500 manat olan 585 əyarlı, çəkisi 15.5 qram qızıl boyunbağını, dəyəri 300 manat olan 585 əyarlı, çəkisi 2 qram qızıl üzük və dəyəri 200 manat olan 585 əyarlı, çəkisi 1.5 qram qızıl üzüyün alınaraq ona qaytarılması, qaytarılması mümkün olmayan qızıl-zinət əşyalarının dəyərinin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. İddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul və qızıl-zinət əşyalarının qaytarılması tələbinə dair mülki iş üzrə iddiaçı İddiaçı iddia tələbində “Cavabdeh 38.000 manat pulu və bir ədəd dəyəri 8.000 manat olan brilyant qaşlı qızıl üzüyü, hər birinin qiyməti 200, 300 manat olmaqla digər üzükləri, bir ədəd dəyəri 2.000 manat olan qızıl qolbağı və bir ədəd dəyəri 1.500 manat olan 15.5 qr, 585 əyar boyunbağını Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nizami rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-*(***)-***/**** saylı qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Keçirilmiş sonuncu məhkəmə iclasında ekspert rəyi ilə tanış olmuşdur. Ekspert rəyinə qəti şəkildə etiraz edirlər. Bildirir ki, ekspert rəyində yalnız bir qızıl-zinət əşyasının dəyəri müəyyənləşdirilmişdir. Ekspert rəydə qeyd etmişdir ki, 4 adda zərgərlik məlumatlarının kütləsi, əyarı göstərilməmişdir. Bununla bağlı bildirir ki, hələ ekspertiza təyin edilməmişdən əvvəl, yəni ##.##.2024-cü il tarixdə vəkili olmuş Kənan İsmayılova qızıl-zinət əşyalarının xarakteristikası, dəqiq çəkisi, əyarı və s. barədə yazılı şəkildə bildirmiş və danışıq zamanı bu məlumatları məhkəməyə təqdim etməsini xahiş etmişdir. Lakin, rəylə tanış olan zaman vəkili Kənan İsmayılova bildirdiyi məlumatları məhkəməyə təqdim etmədiyinə, habelə iddia tələbini dəqiqləşdirmədiyinə görə ekspert tərəfindən yalnız bir qızıla münasibət bildirilmiş, qalan qızıl-zinət əşyaları barədə qiymətləndirmə aparılmamışdır. Halbuki, bununla bağlı vəkilinə hələ ekspertiza təyin edilməmişdən əvvəl məlumat vermişdir. Vəkili Kənan İsmayılovun səhlənkarlığı nəticəsində bu cür rəy verilmiş, iddia tələbi dəqiqləşdirilməmişdir. Qeyd olunanları nəzərə alınaraq hüquqlarının pozulmasının qarşısının alınması üçün iddia tələbinin dəqiqləşdirilməsi, tələb olunan qızıl-zinət əşyalarının əyarı, çəkisi və digər məlumatların qeyd edilməsi zərurəti yaranmışdır.

13. İddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən cavabdeh Cavabdeh 38.000 manat məbləğində pul vəsaitinin, dəyəri 8.000 manat olan 583 əyarlı, çəkisi 8.3 qram ortasında 2.5 karat olan 5 ədəd, qıraqlarında 0.50 sot olan 20 ədəd səpmə şəklində sibir brilyant qaşlı üzük, dəyəri 2.610 manat olan 750 əyarh, çəkisi 14.5 qram qızıl italyan qolbağı, dəyəri 2.092,5 manat olan 585 əyarlı, çəkisi 15.5 qram qızıl boyunbağını, dəyəri 300 manat olan 585 əyarlı, çəkisi 2 qram qızıl üzük və dəyəri 200 manat olan 585 əyarlı, çəkisi 1.5 qram qızıl üzüyün alınaraq ona qaytarılması, qaytarılması mümkün olmayan qızıl-zinət əşyalarının dəyərinin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. İddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-*(***)-***/**** saylı qərrardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, */** saylı ekspert rəyi məhkəməyə təqdim edilmişdir. Ekspert rəyində 1. 750 əyarlı, çəkisi 14.5 qram italyan qızıl qolbağı - 2.030 manat, 2. 585 əyarlı, çəkisi 15.5 qram türk qızıl boyunbağı - 1.783 manat, 3. 585 əyarlı, çəkisi 2 qram türk qızıl üzük - 230 manat, 4.585 əyarlı, çəkisi 1.5 qram türk qızıl üzük - 173 manat olmaqla, ümumilikdə 4.216 manat qiymətləndirilmişdir. Lakin, 583 əyarlı, çəkisi 8.3 qram ortasında 2.5 karat olan 5 ədəd, qıraqlarında 0.50 sot olan 20 ədəd səpmə şəklində sibir brilyant qaşlı üzük barəsində qiymətləndirmə aparılmamışdır. Ekspert sonuncu qeyd olunan qızıl-zinət əşyası ilə bağlı rəy vermədiyi, habelə rəy verilmiş qızıl-zinət əşyalarının dəyərinin orta bazar qiyməti kifayət qədər aşağı hesablandığı üçün “xxxx” MMC-yə müraciət olunmuşdur. xxxx” MMC tərəfindən verilmiş “Qızıl-zinət əşyalarının qiymətləndirilməsi barədə” Hesabatdan görünür ki: 1. 583 əyarlı, çəkisi 8.3 qram ortasında 2.5 karat olan 5 ədəd, qıraqlarında 0.50 sot olan 20 ədəd səpmə şəklində sibir brilyant qaşlı üzük – 6789.5 manat 2. 750 əyarlı, çəkisi 14.5 qram italyan qızıl qolbağı - 2610 manat, 3. 585 əyarlı, çəkisi 15.5 qram türk qızıl boyunbağı – 2.092,5 manat, 4. 585 əyarlı, çəkisi 2 qram türk qızıl üzük - 270 manat,

5. 585 əyarlı, çəkisi 1.5 qram türk qızıl üzük – 202,5 manat olmaqla, ümumilikdə 11.965 müəyyən edilmişdir. Hazırda iddia tələbinin dəqiqləşdirilməsi zərurəti yaranmışdır. Belə ki, tələb olunan qızıl-zinət əşyalarının dəyəri ekspert, mütəxəssislər tərəfindən verilmiş rəylərlə müəyyənləşdirilmişdir.

15. Cavabdeh Cavabdeh nümayəndəsi və vəkili iddia tələbinin dəlillərinə qarşı etiraz ərizəsi ilə, həmçinin “iddia müddətinin tətbiqinə dair” ərizə ilə məhkəməyə müraciət edərək, aralarında yaranmış münasibətin 2018-ci ilə aid olduğunu bildirməklə hər iki tələb üzrə iddia müddətinin ötürüldüyünü və AR MM-nin 375.2-ci maddəsinə əsasən iddiadan imtina barəsində qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul və qızıl-zinət əşyalarının qaytarılması tələbinə dair iddia ilə müraciət etmişdir. İddiaçı qeyd etmişdir ki, qohumu olan cavabdeh Cavabdeh onun xahişi ilə hissə-hissə 38.000 manat pul vermiş, həmçinin toyda istifadə üçün 12.000 manat dəyərində qızıl-zinət əşyaları almış və qaytarmamışdır. Hesab edir ki, iddiaçının iddiası əsassızdır və o, təmin edilə bilməz. Həmçinin o qeyd edir ki, Cavabdeh iddiaçının qızıllarını qaytarmayaq onun hesabına əsassız olaraq varlanmışdır. Lakin, bu doğru deyildir. İddiaçı qızılları cavabdehə deyil, cavabdehin qızına vermişdir. Qızıda həmin qızılları geri qaytarmışdır. İddianın cavabdehi X3 ola bilməz. Əgər iddiaçının qeyd etdiyi kimi olsa belə, bu halda da müddət ötürülmüşdür.

17. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-*(***)-***/**** nömrəli qərardadları ilə iş üzrə məhkəmə-fonoskopik və məhkəmə-əmtəəşünaslıq ekspertizaları təyin edilmişdir.

18. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2024-cü il tarixli, *-**-*/*-*/***-*/*** nömrəli ekspert rəyindən görünür ki, adından eyniləşdirici tədqiqat tələb olunan Cavabdeh eksperimental səs və nitq nümunəsi ekspertiza tədqiqatına təqdim olunmadığından ekspert qarşısında qoyulmuş 1-cü sual (təqdim olunan CD diskdə olan 02 dəqiqə 16 saniyədən ibarət səs yazısında Cavabdeh danışıqları vardırmı?) üzrə tədqiqat (eyniləşdirici tədqiqata yararlılıq dərəcəsinin müəyyən edilməsi və eyniləşdirici tədqiqat) aparılmamışdır. Ekspertizaya təqdim olunmuş 01 ədəd Bingo markalı, DVD-R tipli diskdə olan mübahisəli fonoqramda situasiya ilə əsaslanmayan, yarımçıq söz və ifadələr, diktorun emosional-psixoloji vəziyyətinin əsaslanmamış dəyişməsi, danışıqlarda sözlərarası və cümlələr arası məntiqi rabitənin pozulması, yazılışın aparıldığı akustik şəraitə məxsus fonun kəskin dəyişməsi montaj əlamətləri müəyyən olunmamışdır. Lakin, mübahisəli fonoqramın qeydə alındığı yazı qurğusu ekspertizaya təqdim olunmadığından digər dəyişikliklərin olubolmaması müəyyən etmək mümkün olmamışdır.

19. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2024-cü il tarixli, */**** nömrəli ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərardadda və iş materiallarına qeyd edilən 15.5 qr kütləli, 585 əyarlı boyunbağının 2024-cü ilin aprel ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 1.318 manat müəyyən edilir.

20. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2024-cü il tarixli, */****-*/**** nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd ağ rəngli optik diskdə olan mübahisəli fonoqramdakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətndən ibarətdir. Ekspertizaya təqdim olunmuş 1 ədəd ağ rəngli optik diskdə olan mübahisəli fonoqramdakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnində “Q1” kimi işarə olunmuş diktorun səsi və nitqi Cavabdeh məxsusdur. Ekspertizaya təqdim olunmuş 1 ədəd ağ rəngli optik diskdə olan mübahisəli fonoqramdakı danışıqlarda diktorların emosional vəziyyətinin və sayının əsaslanmamış dəyişməsi, akustik fonun kəskin şəkildə dəyişməsi, keçid prosesi üçün xarakterik siqnalın olması, sözlərarası və cümlələrarası məntiqi rabitənin pozulması kimi montaj əlamətləri müəyyən olunmamışdır.

21. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-*(***)-***/**** nömrəli qərardadı ilə iş üzrə əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir.

22. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, */** nömrəli ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərardadda və mülki iş materiallarında qeyd edilən zərgərlik məlumatlarının 2024-cü ilin noyabr ayına orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 4.216 manat müəyyən edilmişdir. Digər 01 adda zərgərlik məlumatının üzərində olan brilyant qaşların keyfiyyəti, ölçüsü və.s barədə məlumat olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır.

23. Məhkəmə iclasında (##.##.2025) şahid qismində dindirilən X5 izahatında bildirmişdir ki, o, cavabdehin iddiaçıdan pul almasını görmüşdür. Cavabdeh iki dəfə iddiaçıdan pul alıb. İddiaçı ilə cavabdeh arasında olan borc məsələsinə görə onun cavabdehlə münasibəti pozulub. Cavabdeh 2021-ci ilin yanvar ayında gəlib iddiaçıdan 15.000 manat, fevral ayında da 15.000 manat pul almışdır. Cavabdeh iddiaçıdan pul alanda iddiaçının evində olmuşdur. O, tək olduğu üçün daim iddiaçının evində olur. Ona görə bu borc məsələsinin şahidi olmuşdur. Həmçinin bildirmişdir ki, cavabdeh pulları alanda onu tutduqları üçün pul lazım olduğunu bildirmişdir. Cavabdeh döyülmüş vəziyyətdə idi, iddiaçıya bildirdi ki, pul ver qaytaracam. O, pulu alarkən evi satıb iddiaçının pulunu qaytaracağını bildirmiş, lakin aralarında müddətlə bağlı danışıq olmamışdır. İddiaçının xahişi ilə o, borcun verilməsindən uzağı bir il keçdikdən sonra gedib pulu istəmiş, lakin verməmişdir. Daha sonra biliblər ki, cavabdeh evi satmışdır. Tərəflər arasında əvvəllər borc münasibətləri olmasından xəbəri yoxdur. İddiaçının anasından qalan qızıllar var idi, cavabdeh həmin qızılları taxmaq üçün götürmüşdür.

24. Məhkəmə iclasında (##.##.2025) şahid qismində dindirilən X1 izahatında bildirmişdir ki, o, 2018-ci ildə əmisi oğlunun toy məclisində istifadə etmək üçün qızıllar götürmüş və taxdıqdan sonra qızılları geri qaytarmışdır. Uşağa görə özü gedə bilmədiyi üçün həmin qızılları geri qaytarması üçün anasına vermişdir. Anası da hamısını iddiaçıya qaytarmışdır. O, iddiaçıdan qızılları özü götürsə də, nə qədər qızıl alması yadında qalmamışdır. O, özü 3 ədəd qızıldan istifadə etmişdir. İstifadə etdiyi qızıllar - qaşlı üzük, klonlu sep və qolbaq olmuşdur. Anasının iddiaçıdan borc olaraq pul vəsaiti alması barədə məlumatlı, olsa da detalları barədə məlumatı yoxdur. Bundan əvvəl də qızıl alıb taxdıqları olmuşdur. Həmişəki kimi bu dəfədə alıb qaytarmışlar. Qızılları ancaq taxmaq üçün almış, lombarda qoymamışdır. Daimi olaraq qızıl və paltar götürmüş və istifadə etdikdən sonra geri qaytarmışlar.

25. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-**/**** nömrəli qətnaməsi ilə (hakim S.V.Əliyeva) iddia tələbi qismən təmin edilmiş, cavabdeh Cavabdeh 3.604,5 manat dəyərində olan 583 əyarlı, çəkisi 8.3 qram ortasında 2.5 karat olan 5 ədəd, qıraqlarında 0.5 sot olan 20 ədəd səpmə şəklində brilliant qaşlı üzük, 2.030 manat dəyərində olan 750 əyarlı, çəkisi 14.5 qram italyan qızıl qolbaq, 1.783 manat dəyərində olan 585 əyarlı, çəkisi 15.5 qram türk qızıl boyunbağı, 230 manat dəyərində olan 585 əyarlı, çəkisi 2 qram türk qızıl üzük və 173 manat dəyərində olan 585 əyarlı, çəkisi 1.5 qram türk qızıl üzüyün alınaraq iddiaçı İddiaçı qaytarılması, həmin qızıl-zinət əşyalarının qaytarılması mümkün olmadığı halda qızıl-zinət əşyalarının dəyərini təşkil edən 7.820,5 manat məbləğində vəsaitin cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

26. Məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh arasında şifahi borc müqaviləsi bağlanmışdır.

27. Belə ki, iddiaçı iddia tələbinin faktiki halları qismində məhkəməyə bildirmişdir ki, cavabdehə 2021-ci ilin yanvar ayında 15.000 manat, fevral ayında 15.000 manat, daha sonra 2000, 3000 manat məbləğində pul vəsaitini borc olaraq vermişdir. Cavabdeh tərəf isə bildirmişdir ki, tərəflər arasında 2018-2019-cu illərdə borc münasibətləri yaranmış və cavabdeh iddiaçıdan faizlə qaytarmaq şərti ilə borc olaraq pul vəsaiti almış, lakin həmin məbləği tam şəkildə ödəmişdir.

28. Hazırki işin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflər arasında predmeti 3.000 manatdan yuxarı olan şifahi borc müqaviləsindən irəli gələn borc münasibətləri yaranmışdır.

29. Etibarsız borc müqaviləsinin olması o deməkdir ki, tərəflər arasında bağlandığı andan hər hansı müqavilə yoxdur və bu baxımdan iddiaçıdan aldığı və qaytarmadığı pul vəsaiti miqdarında cavabdeh əsassız varlanmışdır.

30. Göstərilənlərə əsasən məhkəmə qeyd etmişdir ki, nəzərdən keçirilən halda, iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin “əsassız varlanma” ilə bağlı müddəaları nəzərdən keçirilə bilər.

31. İlk növbədə iddiaçının məhkəməyə bildirdiklərinə münasibətdə qeyd etmişdir ki, iddiaçı cavabdehə 2021-ci ildə borc olaraq 38.000 manat məbləğində pul vəsaitini verdiyini bildirsə də, qeyd edilən halları sübuta yetirə bilməmişdir.

32. Ümumiyyətlə iddiaçının nə məhkəmə iclasında vediyi izahatlara, nə də iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş üzləşdirmə protokoluna əsasən iddiaçının borc olaraq cavabdehə 38.000 manat məbləğində pul vəsaitini verməsi müəyyən edilməmişdir.

33. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş üzləşdirmə protokolunda iddiaçı bildirmişdir ki, o, cavabdehə 2019-cu ildə 7.000 manat, 2021-ci ilin yanvar ayında 15.000 manat, bir ay sonra isə 15.000 manat məbləğində pul vəsaitini vermişdir. Məhkəmə iclaslarında verdiyi izahatında isə bildirmişdir ki, o, cavabdehə 2021-ci ilin yanvar ayında 15.000 manat, fevral ayında 15.000 manat, daha sonra isə 2.000, 3.000 manat məbləğində pul vəsaiti vermişdir. Beləliklə, iddiaçının iddia etdiyi 38.000 manat məbləğində pul vəsaitinin yaranma əsası (yəni izahatlarında ümumi olaraq 35.000, 37.000 manat verdiyini bildirməsinə baxmayaraq necə 38.000 manat borc yaranması) müəyyən edilməmişdir.

34. İddiaçı tərəfindən qeyd edilən halları, yəni 2021-ci ildə iddiaçı tərəfindən cavabdehə 38.000 manat borc verməsi faktını təsdiq etmək üçün məhkəməyə təqdim edilmiş şahidin verdiyi ifadə məhkəmə tərəfindən mötəbər sübut olaraq qiymətləndirilməmişdir.

35. Nəzərə alınmalıdır ki, şahid ifadəsi o halda mötəbər sübut qismində qiymətləndirilə bilər ki, şahidin verdiyi ifadə şübhədən kənar olsun və işin müəyyən edilmiş digər faktiki halları ilə üst-üstə düşsün. Hazırki mülki iş üzrə isə şahid məhkəmə iclasında verdiyi izahatında işin mübahisəsiz halı olan iddiaçı tərəfindən qızıl-zinət əşyalarının cavabdehin qızına verməsi faktı barədə ziddiyyətli izahat verərək qızılın iddiaçı tərəfindən onun yanında cavabdehin özünə verildiyini bildirmişdir. Qeyd edilən halda onun verdiyi ifadənin mötəbərliyini şübhə altına alır.

36. Beləliklə, iddiaçı tərəfindən cavabdehə 2021-ci ildə 38.000 manat məbləğində pul vəsaitinin borc olaraq verilməsinə dair iddiaçı tərəfindən məhkəməyə mötəbər sübut təqdim edilməmişdir.

37. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfin bildirdiklərinə əsasən müəyyən edilmişdir ki, cavabdeh iddiaçının hesabına 10.000 manat pul vəsaiti məbləğində əsassız olaraq varlanmışdır və tərəflər arasında olan münasibətlər isə 2019-cu ildən əvvəl yaranmışdır.

38. Belə ki, cavabdehin vəkil-nümayəndəsi iddia tələbinə etiraz ərizəsində bildirmişdir ki, tərəflər arasında yaranmış münasibətlər 2018-ci ilə aiddir. Həmçinin məhkəmə iclasında tədqiq edilmiş üzləşdirmə protokolunda cavabdeh bildirmişdir ki, onun iddiaçıya 10.000 manat borcu vardır. Məhkəmə iclasında tədqiq edilmiş “cinayət işi üzrə icraatın dayandırılması haqqında” ##.##.2022-ci il tarixli qərarda cavabdeh bildirmişdir ki, iddiaçıdan 8 il əvvəl faizlə qaytarmaq şərti ilə, hər ay 500 manat ödəmək şərtilə 5.000 manat məbləğində pul vəsaiti, həmin məbləği götürdükdən 2 ay sonra yenidən eyni şərtlərlə 5.000 manat məbləğində pul vəsaiti götürmüşdür. Birinci götürdüyü məbləği 2019 cu ildə tam şəkildə ödəmişdir.

39. Belə olan halda məhkəmə qeyd etmişdir ki, cavabdehin iddiaçıdan 10.000 manat məbləğində pul vəsaitini alması işin mübahisəsiz halı olduğundan həmin pul vəsaitinin iddiaçıya qaytarılmasını sübut etmək yükü cavabdehin üzərinə düşür.

40. Cavabdehin vəkil-nümayəndəsi cavabdehin 10.000 manat məbləğində pul vəsaitini iddiaçıya tam şəkildə ödədiyini bildirsə də, məhkəməyə həmin məbləğin ödənilməsini təsdiq edən mötəbər sübut təqdim edə bilməmişdir.

41. Cavabdehin vəkil-nümayəndəsi tərəfindən hazırki iddia tələbinə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edilərək məhkəmədən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir.

42. Belə olan halda məhkəmə qeyd etmişdir ki, iddiaçının pozulmuş hüquqlarının bərpası üçün qanunvericilikdə 1 il ərzində məhkəməyə müraciət edilməsi nəzərdə tutulduğundan, iddiaçının tələbi qismən əsaslı olsa da, iddia tələbi təmin edilməməlidir.

43. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında olan münasibətlərin yaranma vaxtını dəqiq müəyyən etmək mümkün olmadığından, iddiaçı tərəfindən 2021-ci ildə yarandığı bildirilməsinə baxmayaraq sübuta yetirilə bilmədiyindən, cavabdeh tərəfindən etiraz ərizəsinə əsasən tərəflər arasında münasibətlərin 2018-ci ildə yarandığı bildirildiyindən tərəflər arasında münasibətlərin yaranma vaxtı olaraq 2018-ci il götürülməlidir.

44. Məhkəmə qeyd edir ki, hazırki mülki iş üzrə cavabdehin vəkil-nümayəndəsi tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiqi haqqında ərizə hər iki tərəfin məhkəməyə bildirdikləri baxımından yoxlanıldıqda iddiaçı tərəfindən məhkəməyə bir illik müddət ötürülməklə müraciət edilmişdir.

45. İlk növbədə iddiaçı tərəfin məhkəməyə bildirdiklərinə əsasən qeyd edilmişdir ki, iddiaçı tərəfindən məhkəmə iclasında bildirilmişdir ki, pul vəsaitini cavabdehə onun təcili pula ehtiyacı olduğu üçün vermişdir və verərəkən cavabdeh evi satıb borcu qaytaracağını bildirdiyindən ona qısa müddət üçün vermişdir.

46. İddiaçı tərəfin məhkəməyə təqdim etdiyi şahid ifadəsində bildirmişdir ki, iddiaçı tərəfindən pul qısa müddət üçün verilmişdir. Borc verilərkən evin satılıb qısa müddət ərzində borcun qaytarılacağı bildirilmişdir. Dəqiq yadında qalmasa da borcun verildiyi vaxtdan, yəni 2021-ci ilin yanvar, fevral ayından 6 ay, ən uzağı bir il keçdikdən sonra iddiaçı ondan xahiş etmişdir ki, o, cavabdehdən pulu tələb etsin.

47. Yəni iddiaçı tərəfindən məhkəməyə bildirilən o, olmuşdur ki, pul vəsaiti qısa müddət üçün verilmişdir. İddiaçı tərəfin məhkəməyə bildirdiyi faktiki hallar baxımından yoxlanıldıqda 2021-ci il yanvar, fevral ayında borc verilmişdirsə, iddiaçı artıq 2022-ci ildə hüququnun pozulduğunu bilirdi. Nəzərə alınmalıdır ki, iş materiallarında olan üzləşdirmə protokolu, cinayət işi üzrə icraatın dayandırılmasına dair qərara əsasən müəyyən edilir ki, iddiaçı cavabdehdən 2021-ci ilin oktyabr ayında pulu tələb etmiş, tərəflər arasında pul vəsaitinin qaytarılması ilə bağlı mübahisələr isə artıq 2022-ci il əvvəlindən başlamışdır. Hətta iddiaçı tərəfin məhkəməyə bildirdiyi əsasla, cavabdeh tərəfindən borcun etiraf edilməsi iddia müddətinin axımının yenidən başlanması müddəti olaraq müəyyən edilsə belə, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün qanunvericilikdə müəyyən edilmiş bir illik müddət keçmişdir.

48. Cavabdeh tərəfin məhkəməyə bildirdiklərinə münasibətdə isə qeyd edilmişdir ki, cavabdeh tərəf bildirmişdir ki, tərəflər arasında yaranmış münasibətlər 2018-ci ilə aiddir. Cavabdeh iddiaçıdan qeyd edilən kimi 2021-ci ildə pul vəsaiti borc almamışdır.

49. “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, cavabdeh bildirmişdir ki, onun tərəfindən iddiaçıdan 8 il əvvəl faizlə qaytarmaq şərti ilə, hər ay 500 manat ödəmək şərtilə 5000 manat məbləğində pul vəsaiti, həmin məbləği götürdükdən 2 ay sonra yenidən eyni şərtlərlə 5000 manat məbləğində pul vəsaiti götürmüşdür. Birinci götürdüyü məbləği 2019-cu ildə tam şəkildə ödəmişdir. O, borcdan sonuncu ödənişi 2021-ci ilin oktyabr ayında etmişdir.

50. Məhkəmə qeyd etmişdir ki, cavabdehin həmin qərardakı izahatına əsasən cavabdeh tərəfindən iddiaçıya hər ay qeyd etdiyi kimi ödəniş etdiyini, sonuncu ödənişi isə 2021ci ilin oktyabr ayında etdiyini qəbul etsək və iddiaçı tərəfindən cavabdehə hər ay hissə-hissə ödəmək üçün möhlət verildiyini qəbul etsək belə, iddiaçı tərəfindən hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunvericilikdə müəyyən edilmiş 1 illik müddət ötürülmüşdür.

51. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflər arasında artıq 2022-ci ilin əvvəlində pul vəsaitinin qaytarılması ilə bağlı mübahisə olmuşdur. Nəzərə alınmalı əsas məqam ondan ibarətdir ki, üzləşdirmə protokolunda iddiaçının izahatından görünür ki, o izahatında artıq 2021-ci ilin oktyabr ayında cavabdehdən pulu tələb etdiyini bildirmişdir.

52. İddiaçı iddia tələbinin “qızıl-zinət əşyalarının qaytarılması, olmadığı halda dəyərinin tutulması” hissəsini cavabdehə toy məclisində istifadə etməsi üçün qızıl-zinət əşyalarını verməsi, lakin cavabdeh tərəfindən qaytarılmaması ilə əsaslandırmışdır.

53. Cavabdeh Cavabdeh vəkil-nümayəndəsi iddia tələbinə etiraz ərizəsində iddiaçı tərəfindən qızıl-zinət əşyalarının cavabdeh Cavabdeh deyil, qızı X1 verildiyindən iddia tələbinin düzgün cavabdehə qarşı yönəlmədiyini bildirməklə iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

54. Həmçinin cavabdeh Cavabdeh vəkil-nümayəndəsi tərəfindən məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə verilərək iddiaçı tərəfindən bildirildiyi kimi qızıl-zinət əşyaları cavabdehə verilmiş olsa belə əsassız varlanma ilə bağlı qanunvericilikdə müəyyən edilmiş iki illik iddia müddətinin ötürüldüyü nəzərə alınaraq iddia müddəti tətbiq edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.

55. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, iddiaçı İddiaçı qızıl-zinət əşyalarını cavabdeh Cavabdeh deyil, cavabdehin qızı X1 toy məclisində istifadə etmək üçün götürmüşdür.

56. İddiaçı tərəfindən qızıl-zinət əşyalarının cavabdehin istifadə etməsi üçün verildiyi, cavabdehə təqdim etmək üçün onun qızına verildiyi bildirilsə də, qeyd edilən hallara dair məhkəməyə mötəbər sübut təqdim edilməmişdir.

57. İşin mübahisəsiz halı odur ki, qızıl-zinət əşyalarını iddiaçı ona məxsus olan mənzildə cavabdehin qızına təqdim etmişdir. Lakin daha sonra həmin qızıl-zinət əşyaları cavabdehin qanunsuz sahibliyinə keçmişdir.

58. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş “üzləşdirmə protokolu”na əsasən məyyən edilir ki, cavabdeh bildirmişdir ki, qızıl-zinət əşyalarını iddiaçı təxminən 3-4 il bundan əvvəl istifadə etməsi üçün onun qızına vermişdir, lakin həmin qızıl-zinət əşyalarını o, şəxsən iddiaçıya qaytarmışdır. Həmçinin məhkəmə iclasında şahid qismində dindirilmiş cavabdehin qızı X1 izahatında bildirmişdir ki, iddiaçı toyda istifadə etməsi üçün qızıl-zinət əşyalarını ona vermiş, o isə iddiaçıya qaytarması üçün anasına vermişdir.

59. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbi mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı olaraq vindikasiya (mülkiyyətdə olan əmlakın qanunsuz sahiblikdən geri istənilməsi) tələbidir.

60. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ilə cavabdehin qızı arasında əvəzsiz istifadə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaransa da, həmin qızıl zinət əşyaları cavabdehin qanunsuz sahibliyinə keçmişdir.

61. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən tələb edilən qızıl-zinət əşyalarının iddiaçıya məxsus olması, onun mülkiyyətində olması işin mübahisəsiz halıdır.

62. Belə ki, ilk növbədə tərəflər arasında aparılmış ##.##.2022-ci il tarixli üzləşdirmə istintaq hərəkətinə dair “üzləşdirmə protokolu”ndan görünür ki, iddiaçı izahatında onun tərəfindən 12.000 manat qiymətində olan 3 ədəd brilliant qaşlı qızıl üzük, 01 ədəd 750 əyarlıq qızıl qolbaq, 01 ədəd 12-13 qram çəkidə olan boyunbağını cavabdehə verdiyini bildirmiş, cavabdeh isə izahatında iddiaçıdan o yox, onun qızının iddiaçının qeyd etdiyi 3 ədəd brilliant qaşlı qızıl üzüyü, 01 ədəd qolbaq, 01 ədəd boyunbağını istifadə etmək üçün aldığını, daha sonra şəxsən həmin qızıl-zinət əşyalarını iddiaçıya qaytardığını bildirmişdir.

63. Yəni qeyd edilən izahata əsasən müəyyən edilir ki, cavabdeh tərəfindən iddiaçı tərəfindən bildirilən qızıl-zinət əşyaları tələbinə münasibətdə yeganə etirazı həmin qızılların ona deyil qızına verilməsi və həmin qızıl-zinət əyalarının onun tərəfindən qaytarılması olmuşdur. Həmin qızıl-zinət əşyalarının sayı, növü, əyarı, qramı, məbləğinə münasibətdə hər hansı bir etiraz bildirilməmişdir. Cavabdehin izahatından görünür ki, o izahatında “iddiaçının qeyd etdiyi 3 ədəd brilliant qaşlı üzük” qeyd etməklə, iddiaçı tərəfindən təqdim edilən qızıl-zinət əşyalarının brilliant qaşlı olmasını da təsdiq etmişdir. Məhkəmə icraatı zamanı da cavabdeh tərəf bunun əksi bildirməmiş və əksini təsdiq edən sübut təqdim etməmişdir.

64. Həmçinin, məhkəmə icraatı zamanı cavabdehin vəkil-nümayəndəsinin qızıl-zinət əşyaları tələbinə münasibətdə yeganə etirazı onların cavabdehə deyil, onun qızına verilməsi olmuşdur. Məhkəmə tərəfindən cavabdehin vəkil-nümayəndəsi ilə cavabdehin iddiaçı tərəfindən tələb edilən qızıl-zinət əşyalarına etirazı olub-olmaması aydınlaşdırıldıqda o, bildirmişdir ki, cavabdeh həmin qızıl-zinət əşyalarının bəzilərini xatırladığını bildirmiş, bəzilərini isə tanımadığını bildirmişdir. Cavabdehin iştirakı ilə dəqiqləşdirmə aparmaq üçün məhkəmə baxış iclası təxirə salınsa da cavabdeh iştirak etməmiş, cavabdeh ilə məhkəmə iclasında telefon ilə əlaqə saxlanılmağa çalışılsa da mümkün olmamışdır.

65. Eyni zamanda şahid qismində məhkəmə iclasında dindirilmiş cavabdehin qızı X1 izahatında bildirmişdir ki, qızıl-zinət əşyalarını iddiaçıdan o 2018-ci ildə məclisdə istifadə etmək üçün almışdır. Qızılları özü götürsə də, amma nə qədər qızıl alması yadında qalmamışdır. Toy məclisində onun özü 3 ədəd qızıldan- qaşlı üzük, klonlu sep və qolbaqdan istifadə etmişdir.

66. Məhkəmə tərəfindən şahidə iş materiallarında olan fotoşəkillər təqdim edilən zaman şahid izahatında dəqiq xatırlamadığını, götürdüyü qolbağın şəkildəki qolbağa oxşadığını, onun götürdüyü üzüyün qaşlı üzük olduğunu, sepdə klon olduğunu bildirmişdir. Yəni şahid fotoşəkildə olan qızılların həmin qızıllar olduğunu xatırlamadığnı, bəzisinin oxşadığını bildirmiş, yəni etiraz bildirməmişdir ki, qızıllar həmi qızıllar deyil.

67. Beləliklə, iddiaçı tərəfindən tələb edilən qızıl-zinət əşyalarının iddiaçının mülkiyyətində olması, iş materiallarında olan fotoşəkildəki qızılların deyil, başqa qızılların onlara təqdim edilməsi cavabdeh tərəf tərəfindən mübahisələndirilməmişdir.

68. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən tələb edilən qızıl-zinət əşyaları cavabdehin sahibliyindədir.

69. Belə ki, işin mübahisəsiz halı odur ki, qızıl-zinət əşyaları iddiaçı tərəfindən toy məclisində istifadə etmək üçün cavabdehin qızına verilmişdir. Cavabdehin qızı tərəfindən isə həmin qızıl-zinət əşyaları cavabdehə verilmişdir. Qeyd edilən hal cavabdehin üzləşdirmə protokolunda olan izahatı, cavabdehin qızının ifadəsi, həmçinin iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş səs yazısı ilə öz təsdiqini tapmışdır.

70. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş səs yazısının cavabdehə məxsus olması cavabdehin vəkil-nümayəndəsi tərəfindən mübahisələndirildiyi üçün məhkəmə tərəfindən məhkəmə fonoskopik ekspertizası təyin edilməklə ekspert rəyi alınmışdır.

71. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2024-cü il tarixli, */****-*/**** nömrəli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, ekspertizaya təqdim olunmuş 1 ədəd ağ rəngli optik diskdə olan mübahisəli fonoqramdakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnində “Q1” kimi işarə olunmuş diktorun səsi və nitqi Cavabdeh məxsusdur. Ekspertizaya təqdim olunmuş 1 ədəd ağ rəngli optik diskdə olan mübahisəli fonoqramdakı danışıqlarda diktorların emosional vəziyyətinin və sayının əsaslanmamış dəyişməsi, akustik fonun kəskin şəkildə dəyişməsi, keçid prosesi üçün xarakterik siqnalın olması, sözlərarası və cümlələrarası məntiqi rabitənin pozulması kimi montaj əlamətləri müəyyən olunmamışdır.

72. Belə olan halda məhkəmə qeyd etmişdir ki, qızıl-zinət əşyalarının iddiaçıya qaytarılmasını sübutemə yükü cavabdeh tərəfin üzərinə düşsə də, cavabdeh tərəfindən məhkəməyə qızıl-zinət əşyalarının iddiaçıya qaytarılmasına dair sübut təqdim edilməmişdir.

73. Cavabdehin vəkil-nümayəndəsi qeyd etmişdir ki, səs yazısında olan qızıl-zinət əşyalarına dair danışıq tərəflər arasında əvvəl alınmış qızıl-zinət əşyaları ilə bağlı aparılan danışıqdır.

74. İlk növbədə cavabdehin vəkil-nümayəndəsinin qeyd edilən izahatı məhkəmə tərəfindən qızıl-zinət əşyalarının qaytarılmasından boyun qaçırmaq üçün verilmiş izahat olaraq qiymətləndirilmişdir.

75. Digər tərəfdən də məhkəmə onu qeyd etməyi zəruri hesab etmişdir ki, həmin səs yazısında olan danışığı daha əvvəl alınmış qızıl-zinət əşyaları ilə bağlı aparılmış danışıq olaraq qiymətləndirsək belə, cavabdeh iddiaçı tərəfindən tələb edilən qızıl-zinət əşyalarını, hansı ki, üzləşdirmə protokolunda öz əksini tapmışdır, iddiaçıya qaytarmasına dair məhkəməyə sübut təqdim etməmişdir.

76. O da nəzərə alınmalıdır ki, tərəflər arasında qızıl-zinət əşyaları ilə bağlı mübahisə yarandıqdan sonra, iddiaçı tərəfindən cavabdehə yenidən qızıl-zinət əşyalarıın verilməsi real olmadığından tədqiq edilən səs yazısı elə mübahisə obyekti olan qızıl-zinət əşyaları ilə bağlıdır.

77. Beləliklə, cavabdeh tərəf məhkəməyə cavabdeh tərəfindən qızıl-zinət əşyalarının iddiaçıya qaytarılması ilə bağlı sübut təqdim etmədiyindən, qızıl-zinət əşyaları cavabdehin sahibliyindədir.

78. Məhkəmə qeyd etmişdir ki, iddiaçı qızıl-zinət əşyalarının istifadə etmək üçün cavabdehə verdiyini bildirsə də sübuta yetirə bilmədiyindən, cavabdeh qızıl-zinət əşyalarının iddiaçı tərəfindən ona deyil, onun qızına verildiyini bildirdiyindən, işin tədqiq edilən halları ilə qızıl-zinət əşyalarının cavabdehin qızı tərəfindən cavabdehə verildiyi müəyyən edildiyindən həmin qızıl-zinət əşyalarına cavabdehin sahibliyi qaununsuz sahiblik olaraq qiymətləndirilməlidir. Yəni cavabdehin qızıl-zinət əşyalarına dair hər hansı hüququ yoxdur, əmlakın hazırda onun sahibliyində olmasının qanuni əsası mövcud deyil.

79. Buna görə də məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

80. Məhkəmə qeyd etmişdir ki, mübahisə obyekti olan qızıl-zinət əşyalarının cavabdeh tərəfindən iddiaçıya geri qaytarılması iddiaçının pozulmuş mülkiyyət hüququnu bərpa edəcəkdir.

81. Yuxarıda qeyd edildiyi kimi, cavabdehin nümayəndəsi və vəkili məhkəməyə idda müddətinin tətbiqi barədə ərizə verərək məhkəmədən əsassız varlanma ilə bağlı qanunvericilikdə müəyyən edilmiş iki illik iddia müddətinin ötürüldüyü nəzərə alınaraq iddia müddəti tətbiq edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

82. Məhkəmə cavabdehin nümayəndəsinin hazırki iddia tələbinə 2 illik iddia müddətinin tətbiq edilməli olmasına dair ərizəsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin nümayəndəsinin hazırki iddia tələbinə iddia müddətinin tətbiq edilməli olmasına dair etirazı əsassızdır.

83. Belə ki, mülki qanunvericiliyə əsasən mülkiyətçinin və ya digər sahibin hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə iddia müddəti şamil edilmir (Mülki Məcəllə maddə 384.0.4 ).

84. Beləliklə, məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən tələb edilən qızıl-zinət əşyaları cavabdehin qanunsuz sahibliyindən alınaraq iddiaçıya geri qaytarılmalıdır.

85. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin */** nömrəli, ##.##.2025-ci il tarixli ekspert rəyinə əsasən, qərardadda qeyd edilən zərgərlik məmulatlarının hazırkı orta bazar qiyməti nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən edilmişdir:- 750 əyarlı, çəkisi 14.5 qram italyan qızıl qolbaq– 2030 manat (140x14.5), 585 əyarlı, çəkisi 15.5 qram türk qızıl boyunbağı– 1783 manat (115x15.5), 585 əyarlı, çəkisi 2 qram türk qızıl üzük– 230 manat (115x2), 585 əyarlı, çəkisi 1.5 qram türk qızıl üzük-173 manat (115x1.5). Digər 01 adda zərgərlik məmumatının üzərində olan brilyant qaşların keyfiyyəti, ölçüsü və.s barədə məlumat olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır.

86. Belə olan halda məhkəmə ekspert rəyini nəzərə alaraq qeyd etmişdir ki, 2.030 manat dəyərində olan 750 əyarlı, çəkisi 14.5 qram italyan qızıl qolbaq, 1.783 manat dəyərində olan 585 əyarlı, çəkisi 15.5 qram türk qızıl boyunbağı, 230 manat dəyərində olan 585 əyarlı, çəkisi 2 qram türk qızıl üzük və 173 manat dəyərində olan 585 əyarlı, çəkisi 1.5 qram türk qızıl üzüyün cavabdehdən alınaraq iddiaçıya verilməsi mümkün olmadıqda dəyəri tutularaq iddiaçıya ödənilməlidir.

87. Məhkəmə iddiaçı tərəfindən tələb edilən 583 əyarlı, çəkisi 8.3 qram ortasında 2.5 karat olan 5 ədəd, qıraqlarında 0.5 sot olan 20 ədəd səpmə şəklində sibir qaşlı üzüyə münasibətdə isə qeyd etməyi zəruri hesab edir ki, həmin qızıl-zinət əşyasına münasibətdə iddiaçı tərəfindən üzükdə olan qaşların sibir qaşı olması ilə bağlı məhkəməyə sübut təqdim edilmədiyindən, lakin cavabdehin “üzləşdirmə protokolu”ndakı izahatına əsasən verilən üzüyün brilliant qaşlı olduğu mübahisəsiz olduğundan, məhkəmə iclasında üzüyün şəkli cavabdehin qızına təqdim edilərkən oxşadığı bildirildiyindən və ekspert tərəfindən qeyd edilən üzüyə dair hissədə rəy verilməsə də, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən mütəxəssis rəyində mütəxəssis tərəfindən fotoşəkil əsasında üzüyə dair hissədə rəy verildiyindən məhkəmə qeyd edir ki, iddiaçının pozulmuş hüquqlarının bərpası üçün, vicdanlılıq prinsipi (həmçinin anasından yadigar qalması nəzərə alınmaqla) əsas götürülməklə ##.##.2025-ci il tarixli mütəxəssis rəyində müəyyən edilmiş sadə brilliant qaşın qiyməti (2.5 karat x 1.000 = 2.500, 0.50 x 20 = 150manat), qızıl qramının qiymətinə münasibətdə isə ekspert rəyi ilə müəyyən edilmiş qiymət əsas götürülməklə üzüyün qiyməti 3.604,5 (8.3 x 115 + 2.500 manat + 150 manat) manat müəyyən edilməlidir.

88. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 329.1, 329.2, 372.1, 373.2, 375.1, 375.2, 377.1, 377.3, 380.1, 380.2, 384.0.4, 390.2, 427.2, 427.4, 739.1, 740.1, 740.2, 1091.1, 1091.2-ci maddələrinə, “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının ## #### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” # ### 2008-ci il tarixli Qərara, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## ##### 2021-ci il tarixli qərara, Azərbaycan Respublıkası Konstıtusıya Məhkəməsı Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” ## #### 2013-cü il tarixli Qərara, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il ## #### tarixli Qərara, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il ## ###### tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il # #### tarixli Qərarlara, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair qərara, Mülki Prosessual Məcəllənin 14.2, 77, 107, 119.1, 217.3, 218.3, 222.1-ci maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

89. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

90. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən pul tələbinə dair hissədə tətbiq edilməli hüquq norması düzgün müəyyən edilməmiş, nəticə etibarı ilə həmin həmin hissədə iş üzrə yanlış nəticəyə gəlinmişdir. Odur ki, pul tələbinə dair hissədə qətnamə əsassız olduğundan ləğv edilməlidir. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. İddia müddətinin axımı isə şəxsin öz hüququnun pozulduğunu bildiyi gündən başlayır. O cümlədən, qanunvericiliyin tələbinə əsasən, icra müddəti müəyyənləşdirilimiş öhdəliklər üzrə iddia müddəti icra müddəti bitdikdə başlanır. İşin faktiki hallarından isə aydın olur ki, hazırkı iş üzrə tərəflər arasında borc münasibətləri olmuş, iddiaçı tərəfindən cavabdehə borc pul məbləği verilmişdir. Məhkəmə araşdırması zamanı sübut olunan bu xüsusat işin mübahisəsiz halıdır. Məhkəmə sübut olmadığı halda, yalnız cavabdehin formal mülahizəsinə əsaslanaraq tərəflər arasında 2018-ci ildə borc münasibətlərinin yarandığı qənaətinə gəlmişdir. Qətnamədə 38.000 manat məbləğində pul vəsaitinin qaytarılması tələbi ilə əlaqədar bir illik iddia müddəti tətbiq edilmiş, iddia tələbini rədd olunmuşdur. Bunun üçün məhkəmə tərəflər arasında əldə olunan borc razılaşmasının 2018-ci il tarixində əldə edildiyinə əsaslanmış, o cümlədən, razılaşmanı əhəmiyyətsiz əqd hesab etmiş, cavabdehə aid öhdəliyi icra müddəti müəyyənləşdirilməmiş öhdəlik qismində müəyyən edərək iddia müddətinin kreditorun icranı tələb etdiyi vaxtdan yeddi gün keçdikdən sonra başlaması, borcun 2018-ci il tarixində verilməsi qənaətinə gəlmişdir. Bununla əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir: 1) Aydındır ki, icra müddəti müəyyənləşdirilməmiş borc münasibətləri üzrə həmin münasibətlərin yaranma vaxtının müəyyənləşdirilməsi iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi cəhətdən olduqca əhəmiyyətlidir. Məhz Nizami rayon Məhkəməsi də öhdəliyi icra müddəti müəyyənləşdirilməmiş öhdəlik hesab etməklə, iddia müddətinin kreditorun icranı tələb etdiyi vaxtdan yeddi gün keçdikdən sonra başlaması qənaətinə gəlmişdir. Bu zaman Məhkəmə bu barədə hər hansı sübut olmadığı halda, yalnız cavabdehin formal mülahizəsinə əsaslanaraq borc münasibətlərinin 2018-ci ildə yarandığını qət etmişdir. Halbuki, bununla bağlı məhkəmə araşdırmasında hər-hansı sübut olmamış, cavabdeh tərəfindən bununla bağlımüvafiq sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə isə öz növbəsində borc münasibətlərinin 2018-ci ildə yaranmasına qənaət gətirmiş, öhdəliyin icra müddəti müəyyənləşdirilməmiş, əqd isə etibarsız əqd hesab edildiyi üçün bir illik iddia müddəti fonunda müddətin borcun tələbindən bir il sonra başa çatdığını qət etmişdir. Bununla əlaqədar heç bir sübut olmadığı halda borc münasibətlərinin yaranma tarixinin yanlış müəyyən edilməsi - həm iddia müddətinin başlanğıcının müəyyən edilməsində yanlışlığa gətirib çıxarmış - digər bir tərəfdən isə 2022-ci il tarixində cavabdehin borcun etirafı səbəbiylə müddətin kəsilməsi əsasını əsassız olaraq aradan qaldırmışdır. Burada qeyd edilməli olan xüsusat ondan ibarətdir ki, məhkəmə öhdəliyi icra müddəti müəyyənləşdirilməmiş öhdəlik hesab etməklə iddia müddətinin başlanğıcını icranın kreditor tərəfindən tələb vaxtına indeksləmiş - tərəflər arasında münasibətin isə 2018ci il tarixində yaranmasına qənaət gətirmişdir. Hesab edir ki, məhkəmə tərəfindən idda müddətinin axımının başlanğıcı yanlış müəyyən edilmişdir. Bu isə hansı növ iddia müddətinin tətbiq edilib-edilməməsindən asılı olmayaraq iddia müddətinin ötürülməsinə gətirib çıxarmışdır. Belə ki, İddiaçı tərəf hazırkı tələb üzrə 2023-cü ildə Lənkəran Rayon Məhkəməsinə müraciət etmişdir. Cavabdeh isə satıldığı təqdirdə satılmasından əldə olunan vəsaiti borcun bağlanması üçün verəcəyi əmlakı 2022-ci ildə satmış, iddiaçı bundan həmin tarixdə məlumatlı olmuşdur. Məhz borc üzrə ödənişlərə dair yeganə sübut da həmin tarixə - 2022-ci ilə təsadüf edir. Belə olan halda aydındır ki, iddia müddətinin axımı 2022-ci ildən hesablanmalı idi. Məhkəmə isə yalnız cavabdehin formal mülahizəsinə əsaslanaraq, tərəflər arasında münasibətin 2018-ci ildə yaranmasına qənaət gətirdyindən iddia müddətinin başlanğıcını yanlış müəyyən etmişdir. 2) O cümlədən, məhkəmə üç illik iddia müddəti əvəzinə əhəmiyyətsiz əqd üzrə icra olunmuşların geri qaytarılmasına dair 1 illik iddia müddəti tətbiq etmiş, iddianı rədd etmişdir. İlk əvvəl tərəflər arasında əldə olunmuş razılığın etiabrsız hesab edilməsi üçün hər hansı əsas mövcud olmamışdır. Tərəflər arasında real razılıq əldə edilmiş, razılığın predmeti sonradan cavabdeh tərəfindən etiraf edilmişdir. Məhkəmə tərəfindən bu hal nəzərə alınmamışdır. Beləliklə, müqavilənin etibarsız hesab edilməsi üçün əsas olmadığından, məhkəmənin iddia müddətinin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılmasına dair bir illik müddət tətbiq etməsi əsassızdır. Odur ki, tərəflər arasında bağlanan əqdin etibarlı olması, borcun qaytarılmasının müəyyən müddət daxilində - mənzilin satışından sonra razılaşdırılması, iddiaçının hüquqlarının pozulmasının ona mənzilin satılmasını bildiyindən sonra məlum olması, beləliklə, iddia müddətinin müqavilələr üzrə üç illik iddia müddəti hesab edilməsi onu deməyə əsas verir ki, iddia müddəti 2022-ci ildən başlamış, söüzgedən iddia müddəti isə üç il olmuşdur. O cümlədən, məhkəmə tərəfindən nəzərə alınmalı olan məqam bundan ibarətdir ki, cavabdeh tərəf borcunu Azərbaycan Respublikası DİN Bakı şəhəri Nizami RPİ-nin İŞ tərəfindən həyata keçirilmiş İddiaçı ilə Cavabdeh arasında olan üzləşdirmə zamanı da etiraf etmişdir. Bununla bağlı aparılmış üzləşdirmə istintaq hərəkətinə dair ##.##.2022-ci il tarixli üzləşdirmə protokolu tərtib edilmişdir. Həmin protokol məhkəməyə təqdim edilmişdir. Bu isə, öz növbəsində iddia müddətinin axımının kəsilməsi üçün əsasdır. Lakin məhkəmə yuxarıda qeyd edilən xüsusatları nəzərə almamış - ilk öncə tərəflərin borc münasibətlərinin başlanğıcını – öz növbəsində iddia müddətinin başlanğıcını yalnız cavabdehin formal mülahizəsinə əsaslanaraq yanlış müəyyən etmiş - tərəflər arasında bağlanmış müqaviləni əsassız olaraq etibarsız hesab etmiş; - bu səbəbdən üç illik iddia müddətinin əvəzinə əhəmiyyətsiz əqd əsasında əldə olunanların geri qaytarılmasına dair bir illik müddət tətbiq etmiş; - tərəflər arasındakı borc münasibətlərinin xarakterini - borcun qaytarılmasının cavabdehə məxsus mənzilin satılması ilə şərtləndirildiyini, borcun həmin mənzilin satılmasına qədər verildiyini nəzərə almamış; - o cümlədən, iddia müddətinin axımının başlanğıcını düzgün müəyyənləşdirməmiş, iddiaçının hüququnun mənzilin artıq çoxdan satılmış olması barədə məlumatının olduğu vaxtdan hesablamamışdır. 3) Digər bir tərəfdən öhdəliyin Məhkəmə tərəfindən icra müddəti müəyyənləşdirilməmiş öhdəlik hesab edilməsi üçün hər hansı əsas olmamışdır. Məhkəmə bu zaman işin faktiki halları qismində nəzərə almamışdır ki, tərəflər borcun qaytarılmasını cavabdehə məxsus mənzilin satışının həyata keçirilməsi ilə şərtləndirmişdir. Yəni iddiaçı tərəfindən borc məbləği – müddət daxilində cavabdehin mülkiyyətində olan daşınmaz əmlak satılana qədər verilmişdir. Öz növbəsində, cavabdeh tərəf mülkiyyətində olan daşınmaz əmlakı 2022 - ci ildə özgəninkiləşdirmiş, bu zaman isə aralarında əldə olunan razılaşmaya zidd olaraq, iddiaçıdan aldığı vəsaiti geri qaytarmamışdr. Beləliklə yuxarıda qeyd edilənlərdən aydın olur ki, məhkəmə əsasssız olaraq öhdəliyi icra müddəti müəyyənləşdirilməmiş öhdəlik hesab etmiş, nəticədə həmin öhdəliklərlə bağlı maddi hüquq normasını – iddia müddətinin hansı tarixdən başlanması ilə əlaqədar maddi hüquq normasını işə əsassız olaraq tətbiq etmişdir. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklərlə əlaqədar qanunvericiliyin tələbi bundan ibarətdir ki, İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. O cümlədən, qanunvericiliyin tələbinə əsasən, İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İstənilən halda mümkün hallardan heç biri – öhdəliyin icra müddəti müəyyənləşdirilmiş, yaxud müəyyənləşdirilməmiş öhdəlik olması faktı iddia müddətinin tətbiqi nəticəsində iddiadan imtina edilməsi üçün əsas deyil. Burada nəzərə alınmalı olan əsas məqam bundan ibarətdir ki, məhkəmə hər hansı sübut olmadığı halda, yalnız cavabdehin mülahizəsi əsasında borc münasibətlərinin 2018-ci il tarixində yaranması qənaətinə gəlmiş, öhdəliyin icra müddəti müəyyənləşdirilməmiş öhdəlik olduğuna - iddia müddətinin kreditorun icranı tələb etdiyi vaxtdan yeddi gün keçdikdən sonra başlamasına qənaət gətirmişdir. Hesab edir ki, məhkəmə iddia müddətinin başlanğıcını yalnız əlində olan sübutlar əsasında müəyyən etməli idi. Məhkəmə araşdırmasında olan sübutlardan isə aydın olur ki, ilk dəfə 2022-ci il tarixində cavabdeh iddiaçıya 600 dollar məbləğində borc üzrə ödəniş həyata keçirmişdir. Bu xüsusat məhkəmə araşdırması kimi işin mübahisəsiz halı kimi müəyyən edilsə də, ümumiyyətlə nəzərə alınmamış, nəticədə əsassız olaraq bir illik iddia müddəti 2018-ci il tarixindən hesablanmışdır. 4) Məhkəmə tərəfindən digər bir maddi hüquq pozuntusuna iddia müddətinin axımının başlanması zamanının müəyyən edilməsi zamanı yol verilmişdir. Belə ki, Məhkəmə tərəfindən iddia müddətinin başlanğıcı yanlış müəyyən edilmişdir. Bununla əlaqədar yuxarıda qeyd edildiyi kimi, məhkəmə öhdəliyin icra müddəti müəyyənləşdirilmiş, yaxud müəyyənləşdirilməmiş öhdəlik olmasının müəyyənləşdirilməsi zamanı yanlışlığa yol verildiyindən iddia müddətinin başlanğıcı da yanlış müəyyən edilmişdir. Borcluya münasibətdə öhdəliyin icrasımənzilin satışı ilə şərtləndirildiyindən, mənzilin satışı isə 2022-ci ilə təsadüf etdiyindən hesab edir ki, iddia müddətinin axımı 2022-ci ildən etibarən başlanmalıdır. Belə ki, mənzilin satıldığı zaman borcunun qaytarılacağı barədə cavabdehlə razılıq əldə etmiş iddiaçıya hüquqlarının pozulduğu faktı o zaman məlum olmuşdur ki, o, artıq mənzilin çoxdan satıldığı barədə məlumat əldə etmişdir. Cavabdeh evini 2022-ci ildə satmış, lakin onun pulunu qaytarmaqdan boyun qaçırmağa başlamışdır. Dəfələrlə tələb etdikdən sonra 38.000 manat puldan 2022-ci ildə ona 600 ABŞ dolları qaytarmışdır. Belə olan halda hesab edir ki, iddia müddətinin başlanğıcı şəxsin hüquqlarının pozulduğunu bildiyi gündən – yəni mənzilin satılması faktının ona məlum olmasından etibarən hesablanmalıdır. Məhkəmə tərəfindən qızıl-zinət əşyalarına dair iddia tələbi bazar dəyərindən qat-qat aşağı - 7.820 manat həcmində dəyərləndirilmişdir. Hesab edir ki, məhkəmə tərəfindən yol verilmiş müvafiq prosessual pozuntu qətnamənin ləğvi üçün əsasdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

91. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

92. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı ilə onun nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək məzmununa uyğun izahat verdilər və şikayətin təmin edilməsini xahiş etdilər.

93. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin o, (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

94. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Maddə 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

95. “Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin və 29cu maddəsinin İ və II hissələrinin tələbləri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1, 337.1 və 739.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2026-cı il tarixli qərarı Mülki dövriyyədə ən çox müraciət edilən müqavilə növlərindən biri borc müqaviləsidir ki, bu müqaviləyə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür (Mülki Məcəllənin 739.1-ci maddəsi). Mülki Məcəllənin 739.2-ci maddəsi ilə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsinin yazılı formada bağlanılmalı olduğu təsbit edilmişdir. Nəzərə alınmalıdır ki, bərabər hüquqlu subyektlər arasında yaranan münasibətləri tənzimləyən və əsasən dispozitivlik prinsipinə əsaslanan Mülki Məcəllənin 6.3-cü maddəsinə müvafiq olaraq ictimai mənafenin və şəxsiyyətin qorunması zərurəti olduğu halda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. Odur ki, sırf yazılı formaya riayət edilməməsi səbəbindən tərəflər arasında faktiki yaranmış borc münasibətinin etibarsız hesab edilməsi və bununla da qanunvericilikdə müqavilə öhdəlikləri üçün nəzərdə tutulmuş hüquqi müdafiədən məhrum edilməsi müqavilə azadlığı, mülki dövriyyənin təmin edilməsi və mülkiyyət hüququnun müdafiəsi prinsipləri ilə uzlaşmır. Bu baxımdan əqdin (müqavilənin) forması ilə bağlı tələb yalnız qanunda imperativ qaydada, aşkar şəkildə müəyyən edildiyi təqdirdə müvafiq hüquqi nəticələrə səbəb ola bilər. Vurğulanmalıdır ki, Mülki Məcəllənin 329.1-ci maddəsində məhz qanunla başqa hal müəyyən edilmədiyi təqdirdə forma tələblərinə riayət etməməklə bağlanılmış əqdin etibarsızlığı təsbit edilmişdir. Məcəllənin 329.1-ci maddəsində nəzərdə tutulmuş “başqa hal”a hansı halların aid olduğu müəyyən edilmədiyi üçün borc müqaviləsi üzrə forma tələbinə riayət edilməməsinin hüquqi nəticələrinin də tənzimlənməsində boşluq yaranmışdır. Beləliklə, qanunvericilikdə müşahidə edilən bu boşluq 739.2-ci maddə üzrə borc müqaviləsi üçün müəyyən edilmiş forma şərtinin tərəflərin məhz yazılı sübutlar ilə tələblərini əsaslandırmalı olduqları məzmunda şərh edilməsi mülkiyyətin qorunması prinsipi baxımından yolverilən hesab edilməlidir. Belə yanaşmanın məqsədi fiziki şəxslər (tərəflər) arasında borc münasibətinin mövcudluğunun, onun məbləğinin və digər şərtlərinin məhkəmə mübahisələri zamanı mötəbər şəkildə sübuta yetirilməsini təmin etməkdən ibarətdir. Bu halda forma tələbi mövcud hüquq münasibətini inkar etməyə deyil, mübahisə zamanı sübutetmə prosesini asanlaşdırmağa və mötəbərliyini təmin etməyə xidmət edəcəkdir. Beləliklə, fiziki şəxslər (tərəflər) arasında mövcud etimada əsaslanan münasibətlər və ya digər səbəblərdən borc müqaviləsi Mülki Məcəllənin 739.2-ci maddəsində nəzərdə tutulan sadə yazılı formada (kağız üzərində və ya həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən maddi daşıyıcıda əks olunan elektron və ya digər texniki vasitələrin köməyi ilə) bağlanılmasa belə, mübahisə zamanı yazılı və digər sübutların (telefon danışıqları, elektron yazışmalar, ödəniş qəbzi, köçürmə sənədi, borcalanın etirafı və s.) borca dair iddianın təsdiq edilməsi üçün təqdim olunması tərəflərin hüquqlarının qorunması baxımından istisna olunmamalıdır.

96. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır.

Apellyasiya baxışının hədləri

97. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

98. Hazırkı işdə iddia qismən edildiyindən, apellyasiya şikayətinin məzmununa əsasən iddiaçı qətnaməni iddianın təmin olunmayan hissəsində və qızıl-zinət əşyalarının qiymətinin müəyyən edilməsinə münasibətdə mübahisələndirdiyindən, qətnamənin əsaslığı yalnız həmin hissələrdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

99. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi pul tələbinə dair iddianın təmin edilməyən hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilməli, cavabdehdən 10.000 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

100. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının pul tələbi ilə bağlı hissədə qətnamə qəbul edərkən maddi hüququ normalarının tədbiqində səhvə yol vermişdir. Bu isə qətnamənin həmin hissədə ləğv edilməsi üçün əsasdır.

101. İşdə olan sübutlarla müəyyən edilir ki, tərəflər arasında borc münasibətləri olmuşdur. İddiaçının bildirdiyinə görə, cavabdehə verdiyi borc məbləğindən 38.000 manatı qaytarılmamışdır.

102. ##.##.2022-ci il tarixli üzləşdirmə protokoluna əsasən polis orqanlarında araşdırma zamanı cavabdeh izahatında iddiaçıya hazırda 10.000 manat borcu olduğunu və bu borcu qısa müddətdə ödəyə biləcəyini, bu borcun ondan faizli ödəmə şərti ilə aldığı pulların kök hissələri olduğunu qeyd etmişdir.

103. Mülki-prosessual qanunvericiliyin sübutetmə ilə bağlı normalarına əsasən baxılan iş üzrə cavabdehin həmin pul vəsaiti iddiaçıya qaytardığını sübut etmək yükü cavabdehin üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının qeyd edilən pulu cavabdehə verməsi sonuncu tərəfindən etiraf olunduğundan iddiaçı həmin halı sübut etmək yükündən azad olur.

104. Kollegiya hesab edir ki, qeyd olunan məbləğin cavabdeh tərəfindən iddiaçıya qaytarılması iş materialları ilə sübut olunmadığından, həmin hissədə iddia tələbi təmin olunmalı və 10.000 manat vəsait cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

105. Birinci instansiya məhkəməsi hazırkı mübahisə üzrə şifahi borc müqaviləsini etibarsız müqavilə hesab etdiyindən iddia tələbinin qanuni əsası kimi əsassız varlanma ilə bağlı hüquq normalarına istinad etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad olunan ##.##.2026-cı il tarixli qərarındakı hüquqi mövqeyə görə fiziki şəxslər (tərəflər) arasında mövcud etimada əsaslanan münasibətlər və ya digər səbəblərdən borc müqaviləsi Mülki Məcəllənin 739.2-ci maddəsində nəzərdə tutulan sadə yazılı formada (kağız üzərində və ya həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən maddi daşıyıcıda əks olunan elektron və ya digər texniki vasitələrin köməyi ilə) bağlanılmasa belə, mübahisə zamanı yazılı və digər sübutların (telefon danışıqları, elektron yazışmalar, ödəniş qəbzi, köçürmə sənədi, borcalanın etirafı və s.) borca dair iddianın təsdiq edilməsi üçün təqdim olunması tərəflərin hüquqlarının qorunması baxımından istisna olunmamalıdır...Borc müqaviləsi üzrə öhdəliyin icrası (borcun geri qaytarılması) tələbi üzrə iddia müddəti geri qaytarma ilə bağlı öhdəliyin icra edilməli olduğu gündən etibarən üç il təşkil etdiyi halda (Mülki Məcəllənin 373, 377-ci maddələri), müqavilənin etibarsızlığı səbəbindən əsassız varlanma tələbi üzrə iddia müddəti icra (pulun qarşı tərəfə-əsassız varlanan şəxsə verildiyi) günündən etibarən bir il təşkil edir. Forma tələbinin etibarlılıq şərti kimi qəbul edildiyi halda, borc alanlar tərəfindən şifahi razılaşma üzrə borcun verilməsindən (müqavilənin icrasından) bir il sonra müqavilənin əhəmiyyətsizliyini irəli sürməklə borcun geri qaytarılmasından yayınmağa şərait yarana bilər. Belə yanaşma borcun verildiyi andan etibarən iddia müddətinin axımının da başlanıldığı nəticəsinə səbəb olmaqla, faktiki olaraq əldə edilmiş əşyanın geri qaytarılması öhdəliyindən yayınmaq məqsədilə hüquqi mexanizmdən istifadə olunması riskini yaradır. Borc alan üçün belə bir əsassız üstünlüyün tanınması, əqdin etibarsızlığı nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş qısa müddət nəticədə borc verənlərin mənafelərinə əhəmiyyətli dərəcədə zidd olmaqla, onların məhkəmə müdafiəsi hüququnu əsassız məhdudlaşdırmaqla hüququn yekun və əsas məqsədi olan ədalətlilik prinsipinin pozulmasına gətirib çıxarar.

106. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülməklə məhkəmədə iddia qaldırıldığı iş üzrə müəyyən edilmir. Belə ki, iddiaçı tərəfindən ##.##.2023-cü il tarixdə hazırki tələblə məhkəməyə müraciət edilmiş və iddia mülki qanunvericilikdə nəzərdə tutulmuş üç illik iddia müddəti ötürülmədən verilmişdir.

107. Nəzərə alınmalıdır ki, iddiaçı hüquqlarının pozulmasını 2022-ci il tarixdə bilmiş və həmin vaxt hüquq-mühafizə orqanlarına müraciət etmişdir. Həmçinin, tərəflərin izahatlarından və işdə olan sənədlərdən borcun qaytarılma müddətinin (icra müddəti) müəyyənləşdirildiyi müəyyən edilmir. Mülki qanunvericiliyin tələblərinə əsasən icra müddəti müəyyənləşdirilməmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır.

108. Kollegiya qalan 28.000 manat borc tələbi ilə bağlı hissədə qeyd edir ki, iş materiallarına əsasən sözügedən məbləğin iddiaçı tərəfindən cavabdehə borc olaraq verilməsi və cavabdehin iddiaçıya qaytarmaqla bağlı öhdəlik götürməsi barədə mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Kollegiya qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə məhz 38000 manat borc verməsi faktını təsdiq etmək üçün məhkəməyə təqdim edilmiş şahidin ifadəsi iş üzrə müəyyən edilmiş digər hallarla ziddiyyət təşkil etdiyindən, mötəbər sübut kimi qiymətləndirilə bilməz.

109. Apellyasiya şikayətinin dəlillərindən biri də tələb olunan qızıl-zinət əşyalarının qiymətinin bazar dəyərindən qat-qat aşağı müəyyən edilməsi ilə bağlıdır. Kollegiya iddianın bu hissəsi ilə bağlı birinci instansiya məhkəməsinin araşdırması və gəldiyi nəticə ilə razılaşır və əlavə əsaslandırılmanın aparılmasına zərurət görmür.

110. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-**/**** nömrəli qətnaməsi pul tələbinə aid iddianın təmin edilməyən hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilsin. Cavabdeh Cavabdeh 10.000 manat məbləğində pul tutularaq iddiaçı İddiaçı xeyrinə ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun 143,46 manatı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 71,73 manatı cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakimlər: Məhəmməd Rüstəmli Fərrux Qasımov Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar