Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5199/2024 04.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-738/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı1 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 14000 manat məbləğində pulun tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, 2021-ci ilin axırlarında əvvəllər qonşu kimi tanıdığım Cavabdeh iddiaçıların etibarından sui-istifadə edərək, guya Rəna və rəfiqəsi Mehriban xanımı yaratmaq istədiyi iş birliyinə qatmaq üçün Rəna vasitəsilə onlardan 14 min manat pul almışdır. Lakin sonradan məlum olmuşdur ki, onun hər hansı iş qurmaq fikri olmayıb. O, sadəcə olaraq, etibardan suiistifadə edərək onların pulunu ələ keçirib. Bizdən ələ keçirdiyi pulu hara xərcləyiblər, sualımıza o, heç bir ağıla batan səbəb göstərə bilmir. Bildirir ki, guya, biznes fəaliyyəti ilə məşğul olan xalası Sayalıya verib. Deyirdi ki, xalası hündürmərtəbəli binalar tikir. Guya xalası onları öz iş birliyinə qatmalı idi. Əslində isə Rənaya məlum olmuşdur ki, onun kimlərəsə borcu olub və onları dələduzluq yolu ilə aldadıb ələ keçirdiyi pulları öz məqsədləri üçün xərcləyib və ya olan borcuna ödəyib. Bundan sonra iddiaçılar cavabdehdən ələ keçirdiyi pulu geri qaytarmasını tələb etsələr də, o müxtəlif bəhanələrlə bundan boyun qaçırır, Rənanın telefon zənglərinə cavab vermir, Rəna ilə görüşdən qaçır, gizlənirdi. Nəhayət Rəna polisə müraciət etmək məcburiyyətində qaldı. Lakin Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin təhqiqatçısı Vüqar Mirzəyevin xx.xx.2023-cü il tarixli qərarı ilə mübahisə mülki mübahisə kimi qiymətləndirilməklə, ərizəsi üzrə cinayət işi başlanması rədd edilmiş və ona mülki mühakimə icraati qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Ərizəsi araşdırılarkən, Cavabdeh ondan və bilavasitə Rənanın zəmanəti ilə Mehriban xanımdan ümumilikdə 14.000 manat götürdüyünü təsdiq etmiş, lakin eyni zamanda bu məbləğin bir hissəsini qaytardığını iddia etmişdir. Həm təhqiqatçı, həm də Rəna tərəfindən qaytarılan pul məbləği ilə bağlı sübutlarının təqdim edilməsi təklif edilsə də, cavabdeh tərəfindən bu sübutlar təhqiqat zamanı təqdim edilməmişdir. Cavabdeh izahatında bildirmişdir ki, 2020-ci ilin yanvar ayında Rəna adlı şəxsi tanışı Mehriban adlı şəxsin işlədiyi 7-ci mikrorayonda yerləşən ərzaq malları almaq üçün Rənanın vasitəsi ilə Mehribandan faizə 3000 manat, daha sonra 2550-1500 manat pulu götürmüşdür. Hər ay onlar Mehribana 290 manat və 75 manat məbləğində faiz ödəmişlər. 3 il keçdikdən sonra Mehriban faizi saxlamağı istəmiş, Mehriban faizi saxlamış və o hər ay əlinə pul düşdükcə verəcəyini bildirmişdir. Bundan sonra o 5500 manata görə 1000 manat, 1500 manat isə 200 manat Mehribana vermiş və etdiyi ödənişlərin qəbzi özündə qalmışdır. Sonra Rəna ona zəng edib Mehriban onu polisə verdiyini bildirmişdir. Rənanın izahatında yazdığı artıq məbləğ digər 6000 manat Rənaya borcludur. Rəna ərizədə qeyd etdiyi kimi həmin borc məsələsi onun xalasının oğlundan götürdüyünə görə ona bağışladığını demişdir. Rənanı izahatında onun barəsində yazdıqları yalan və böhtandır. O Rənaya zəng edib bunu araşdırmasını deyəndə sonuncu onu söyüb təhqir etmişdir. İddiaçı1 2015-ci ildə 8-ci mikrorayonda onun qonşusu olub, Mehriban ona həmin məbləği faiz olaraq vermişdir. Mehriban adlı şəxsə 6000 manatın faizini ödəyərkən Rəna ona borc verib ona hissə-hissə ödəməsini demişdir. Sonra Rəna onun xalası oğluna 105 min manat faizə pul vermişdir. Ona bildirmişdir ki, orada qalan puldan onun 6000 manat borcunu siləcəkdir və Rəna onun qardaşına 6000 manatdan çox pul silmişdir. Onun Rənaya borcu yoxdur, sonuncu izahatında şər və böhtan göstərmişdir. Rəna dəfələrlə ona zeng edib onu və qohumlarını söyüb təhqir etmişdir. O, Rənadan pulu onunla şərik biznes qurmaq üçün almayıb, həmin pulu ondan özü üçün borc almışdır. Həmin borc pulu da ondan faizə götürüb. Valideynləri koronavirus xəstəliyinə tutularaq vəziyyətləri ağır olduqları üçün müalicələri üçün Mehribandan 6000 manat faizə pul götürmsüşdür. Hazırda onda həmin qəbzlər mövcuddur, Mehribanın adına ödəmişdir. İzahatı alınmış İddiaçı2 göstərmişdir ki, o, 10 il əvvəl özünə məxsus Gəncə şəhərində yerləşən evini sataraq həmin pulu banka qoymuşdur. İşlədiyi bağçada rəhbərlik ilə yaxın olduğu üçün Lalə adlı qadını onların vasitəsi ilə tanımışdır. 2021-ci ilin sonunda Lalə adlı şəxs onlara Rəna xanımla ona işin artırılması məqsədi ilə 4000 manat pul istəmişdir. İlk öncə 14000 manat aldıqdan sonra hissə-hissə əlavə olaraq 3000 manat, ayrı-ayrı vaxtlarda ondan pul istəyib verdikdən sonra həmin pulu 5-6 ay müddətində qaytarmağa söz vermişdir. Lakin vədinə əməl etməyib həmin puldan yalnız 200 manat qaytarmışdır. Lalə bu günədək pulu qaytaracağına söz versə də, pulun qalan hissəsini qaytarmamışdır. Lalə adlı qadın işə yatırım edib qazanc əldə etmək məqsədi ilə ondan pul almışdır. 5-6 ay ərzində pulun tam hissəsini qaytarmaqdan imtina etmişdir. Göründüyü kimi, cavabdeh ümumilikdə iddiaçılardan, yarısı İddiaçı2 məxsus olan, 14 min manat pul götürdüyünü inkar etmir. Lakin bu pulu borc olaraq götürdüyünü iddia edir. Bu isə, əslində, borclu kimi onların qarşısında öhdəlik daşımasının qəbul edilməsidir. Lakin artıq 2 ilə yaxındır ki, o iddiaçıların pulunu hardasa istifadə edir, gəlir götürür, daim qayratacağını vəd edir. Lakin götürdüyü pulu geri qaytarmaqdan boyun qaçırır. Nəticədə iddiaçılara xeyli miqdar ziyan dəymiş, həmçinin aralarına nifaq düşmüşdür. Belə ki, Mehriban xanım itkilərinin Rənanın tanışı olan Lalənin təqsirindən baş verdiyini bildirməklə tələbini Rənaya qarşı yönəldir. Sonradan məhkəmənin 24 yanvar 2024-cü il tarixli qərardadı ilə İddiaçı2 Abbaqulu qızı və İddiaçı3 iddiaçılar qismində mülki işə cəlb olunmuşlar. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-738/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Etibar Mustafayev) iddianın qismən təmin edilməsi, Cavabdeh 7.000 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı2 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə tamamilə ləğv edilməli və iddia İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, hazırda işdə olan sənədlərdən görünür ki, iş üzrə ilkin olaraq İddiaçı1 tərəfindən iddia ərizəsi təqdim edilmiş, sonradan həmin şəxs özü İddiaçı2 və İddiaçı3 işə əlavə iddiaçı qismində cəlb olunması barədə ərizə ilə müraciət etmişdir. İlk növbədə kollegiya qeyd edir ki, Mülki Prosessual Məcəllədə iş üzrə bir neçə iddiaçının və cavabdehin iştirakının xüsusiyyətləri konkret müddəalarla tənzimlənmiş, onların işə cəlb olunma əsasları dəqiq olaraq öz əksini tapmışdır. Bu cür müddəaları əks etdirən MPM-in 51-ci maddəsində iş üzrə yalnız birgə cavabdehlərin işə sonradan qoşulmasına dair məsələlər tənzimlənmiş, birgə iddiaçıların isə iddia ilkin olaraq qaldırılan zaman öz tələblərini irəli sürməsi təsbit olunmuşdur və “işə sonradan iddiaçı kimi cəlb olunma” deyə bir anlayış qeyd edilməmişdir. Lakin hazırki iş üzrə İddiaçı1 məhkəməyə bu məzmunlu ərizə ünvanlamış, birinci instansiya məhkəməsinin 24 yanvar 2024-cü il tarixli qərardadı ilə İddiaçı2 Abbaqulu qızı və İddiaçı3 iddiaçılar qismində mülki işə cəlb olunmuşlar və bu da prosessual normaların pozulması ilə nəticələnmişdir. Bundan əlavə digər şəxslərin iddiaçı kimi işə əlavə olunması barədə sözüdən ərizədən görünür ki, “əlavə iddiaçılar”, yəni İddiaçı3 və İddiaçı2 hər birinin cavabdehdən ayrı-ayrılıqda tələblərinin nədən ibarət olması, o cümlədən həmin tələbi əsaslandıran dəlillərin siyahısı öz əksini tapmamış və beləliklə, iddia ərizəsinin forma və məzmununa aid mülki prosessual qanunvericiliyin imperativ göstərişlərinə riayət edilməmişdir. Halbuki Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Həmin Məcəllənin 149.2.3-ci maddəsinə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə görə iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Göründüyü kimi birinci instansiya məhkəməsi hər hansı bir əsası olmadan prosessual qaydaları pozaraq cavabdehə qarşı yönəlmiş, aydın və konkret şəkildə göstərilməyən tələbə dair ərizəni icraata götürmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə görə isə, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1-150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə, iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən digər şəxslərin iş üzrə iddiaçı qismində cəlb olunmasının mümkünlüyü yoxlanılmadığından və cavabdehə yönəlmiş qeyri-müəyyən iddia tələbinə baxaraq prosessal normaları pozduğundan, qətnamə ləğv edilməli, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.5-ci maddəsində təsbit edilmişdir ki, apellyasiya instansiyası birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya bilər. Kollegiya həmçinin qeyd edir ki, hazırki iş üzrə iddianın baxılmamış saxlanılması birgə iddiaçılar kimi cəlb olunmuş şəxslərin ayrılıqda yenidən həmin iddia tələbi ilə məhkəməyə müraciət etmək hüquqlarını istisna etmir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.5 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-738/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova
Məhkəmə qərarları › İş №2(103)-5199/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5199/2024
04.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver