Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5200/2025 24.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı – cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 ("xxxx" ASC-yə və Səbail rayon İcra Şöbəsi 3-cü şəxs qismində) qarşı «hərracın yekun nəticələrinin etibarsız hesab edilməsi» tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “hərracın yekunlarına dair protokolun etibarsız hesab edilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Quliyeva Gültac Sadıq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh X8, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X4, X7 iştirakları ilə, Səbail Rayon Məhkəməsinin 2(009)-1239/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 ("xxxx" ASC-yə və Səbail rayon İcra Şöbəsi 3-cü şəxs qismində) qarşı “hərracın nəticələri haqqında protokolun etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC tərəfindən qeyri-iş günü olan xx.xx.2025-ci il tarixdə keçirilmiş hərracın qanunsuz sayılması, hərrac yekunları barədə həmin tarixli Protokolun, MMC ilə Cavabdeh2 arasında Səbail rayonu, X19 küçəsi,ev 25, 3 otaqlı, ümumi sahəsi 72.1 kv.m olan 13 saylı mənzilimin satılmasına dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməкlə onların hüquqi nəticələrinin ləğv edilməsi və Səbail rayonu, X19 küçəsi,ev 25, 3 otaqlı, ümumisahəsi 72.1 kv.m olan 13 saylımənzilimə mülkiyyət hüquqlarımın bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Yasamal Rayon Məhkəməsinin 2(004)- 9116/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən “Bank VTB (Azərbaycan)” ASC ilə X17 oğlu arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 120352-1-10135 nömrəli “Girovlu istehlak krediti müqaviləsi”nin ləğv olunması, müqaviləyə əsasən xx.xx.2016-cı il tarixə ödənilməmiş 36.920 manat əsas, 2.384,10 manat faiz, 160 manat cərimə borcu olmaqla, cəmi 39.464,10 manat məbləğində borcun, dövlət rüsumu qismində ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün dövlət rüsumu qismində ödənilmiş 10 manat və xidmət haqqı qismində ödənilmiş 20 manat, ümumilikdə 39.524,10 manat məbləğində pulun Qasım-X11 tutularaq “Bank VTB (Azərbaycan)” ASC-yə ödənilməsi, tutmanın mənim tərəfimdən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Səbail rayonu, X19 küçəsi,ev 25, 3 otaqlı, ümumisahəsi 72.1 kv.m olan 13 saylımənzilə yönəldilməsi qət edilmişdir. Bildirmək istəyirəm ki, mənim tərəfimdən xx.xx.2025-ci il tarixdə borcun tam və nağd şəkildə ödənilməsiməqsədilə saat 17:10 radələrinndə “Bank VTB (Azərbaycan)” ASC-yə getdiм və tam şəkildə borcun bağlamaq niyyənimin olmasını bildirdiм. Bank əməkdaşları bildirdilər ki, bank sistemi 16:30-dək işlədiyinə görə və 12 gün respublikada qeyri iş günləri olduğuna görə ödənişi qəbuletməkdən imtina edilər. Bununla əlaqədar tərəfimdən xx.xx.2025-ci il tarixlərdə “Bank VTB (Azərbaycan)” ASC-yə olan borcu tam şəkildə digər bank vasitəsilə Səbail rayon İcra Şöbəsinin depozit hesabına ödədim və Səbail rayon İcra Şöbəsinə həmin günü ərizə ilə müraciət edərək qəbzi əlavə edərək ərizəmdə qeyd olunanları, yəni borcun tam şəkildə ödənilməsini nəzərə alaraq icra işinə xitam verilməsi barədə qərar qəbuledilməsini xahiş etdim. Lakin mənə təqdim edilmiş Səbail rayon İcra Şöbəsinin rəisi Anar Qocayevin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi Dövlət Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubundan aydın oldu ki, Şöbə tərəfindən qanunsuzluğa yol verilmişdir. Belə ki, sözügedən məktubda göstərilmişdir ki, Yasamal Rayon Məhkəməsinin 2(004)- 9116/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi xx.xx.2017-ci il tarixdə şöbənin icraatına daxil olmuş və qanunvericiliklə nəzərdə tutulmuş qaydada icraya yönəldilmişdir. "xxxx" MMC-nin **********3974912 saylı protokolunda Bakı şəhəri, Səbail rayonu, X19 küçəsi ev 25, 3 otaqlı mənzilin «İpoteka haqqında” Azərbaycan Respublikasının qanununun 43.5-ci maddəsinə əsasən X14 tərəfindən 115824.00 manata alması göstərilmişdir. Məktubda həmçinin göstərilmişdir ki, «İpoteka haqqında” Azərbaycan Respublikasının qanununun 42.8-cimaddəsinə əsasən hərracın nəticələri haqqında protokol ipotekanın xitam verilməsinə və yenimülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxiledilməsi üçün əsas hesab olunur. Bununla əlaqədar yuxarıda qeyd olunan icra sənədinin icrasını təmin etmək məqsədilə Bakı şəhəri, Səbail rayonu, X19 küçəsi ev 25, 3 otaqlı mənzilin Cavabdeh2 Yamin oğlunun adına rəsmiləşdirilməsi xahiş olunur. Məktuba icra vərəqəsi və hərrac protokolunun surəti əlavə edilmişdir. Hərrac protokolunun surətindən görünür ki, hərrac 23 mart 2025-ci ildə keçirilmişdir. Hesab edirəm ki, ipoteka predmeti olan mənim mülkiyyətim Bakışəhəri, Səbail rayonu, Neftçi QurbanAbbasov küçəsiev 25, 3 otaqlımənzilin X14 tərəfindən 115824.00 manata almasına dair «Daşınar və Daşınmaz Əmlakın Satışı X22» MMC-nin əmlakın nəticələri ilə bağlı **********3974912 saylı protokolu qanunsuzdur. Belə ki, əvvəl hərrac xx.xx.2025– xx.xx.2025-ci il tarixlərdə respublikada qeyri-iş günləri olan müddətdə, yəni 23 mart 2025ci ildə keçirilmişdir. Bu "xxxx" MMC-nin də iş fəaliyyətinə aiddir. Bu barədə 2025-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli qərarı qəbul edilmiş, orada martın 20–24, 30–31-i, daha sonra qərara düzəliş edilərək 12 gün, yəni 20.03.–xx.xx.2025-ci il tarixlərdə respublikada qeyri iş günləri olması qərara alınmışdır. Daha sonra, keçirilmiş hərracdan xəbərim olmamış, hərrac iştirakım olmadan keçirilmişdir. “İpoteka haqqında” Qanunun 41.2-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Qanuna uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata hərracın keçirilməsi barədə sifarişi verir. İcra məmuru "xxxx" MMC-yə sifariş verməmişdən qabaq həmin maddənin tələblərinə riayət etməli, hansı hərrac təşkilatına sifarişin göndərilməsi barədə qarşılıqlı razılıq əldə edilməli idi. 5 gün ərzində qarşılıqlı razılıq əldə edilmədiyi təqdirdə, icra məmuru həmin qanuna uyğun olaraq növbəti hərəkətləri həyata keçirməli idi. “İpoteka haqqında” Azərbaycan Respublikasının qanununun 42.1-cimaddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişialdığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Mənə göndərilmiş bildirişin çatdırılması ilə bağlı qəbz ümumiyyətlə yoxdur. “İpoteka haqqında” Azərbaycan Respublikasının qanununa əsasən, hərrac təşkilatısifarişli poçt bildirişi göndərməlidir. “Poçt haqqında” Azərbaycan Respublikasının qanununun 1.0.10-cu maddəsinə əsasən, sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Göründüyü kimi, ünvan sahibi kimi tərəfimdən hərracla bağlı bildirişlərin alınmasını təsdiq edən, imzam olan hər hansı poçt qəbzləri mövcud deyil.
3. Cavabdeh2 iddiaya yazılı etiraz edərək qeyd etmişdir ki, hazırda o, 23 mart 2025ci il tarixində açıq hərrcdan əldə etdiyi Bakı şəhəri, Səbail rayonu, X19 küçəsi, ev 25, 3 otaqlı mənzilinə iddiaçının qanunsuz əməllərinə görə daxil ola bilmir. Nəticədə onun konstitusion hüquqları əsassız məhdudlaşdırılmışdır. Halbuki, işdəki sənədlərdən də aydın görünür ki, iddiaçıya bildiriş verilmiş, hərrac barədə 481609, 481610 saylı qəbzlərlə FM Express sifarişli Poçt vasitəsi ilə məlumat verilmiş, xx.xx.2025-ci il tarixində iddiaçı tərəfindən şəxsən qəbul edilmişdir. Birja qəzetinin xx.xx.2025-ci il tarixli buraxılışında mənzilin hərraca çıxarılması barədə elan dərc edilmişdir. Beləliklə iddiaçının hərracdan vaxtında məlumatı olmuşdur. Buna baxmayaraq, iddiaçı həmin hərracdan xəbəri olmadığını, guya ona bildiriş verilmədiyi barədə məhkəməyə əsassız dəlillər gətirmişdir. Qeyd olunanlardan başqa cavabdeh özü şəxsən mübahisəli mənzilə getmiş və iddiaçının ailə üzvləri ilə görüşmüş və hərrac barədə məlumat vermişdir və iddiaçının ailə üzvləri hərracdan xəbərləri olduğunu bildirmişdir. İş materiallarında olan sənədlərdən müəyyən olunur ki, elektron qaydada keçirilmiş hərrac xx.xx.2025-ci il tarixdə başlayıb xx.xx.2025-ci il tarixdə bitmiş, buna baxmayaraq iddiaçı isə icra sənədi üzrə kredit borcunu xx.xx.2025-ci il tarixdə, yəni elektron qaydada keçirilmiş hərrac artıq bitdikdən sonra icra qurumunun depozit hesabına köçürmüşdür ki, bu da iddiaçının gətirdiyi dəlillərin əsassız olduğunu göstrir. Əlavə olaraq, ərizəçi X2 müvəqqəti təminat tədbirləri barədə ərizəsi ilə Bakı şəhəri, Səbail rayonu, X19 küçəsi, ev 25, mənzil 13 ünvanında yerləşən mənzilin üzərinə həbsin qoyulması barədə qərardad ləğv edilmiş və Bakı Apellyasiya Məhkəməsinin 16(103)- 318/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadına əsasən X2 şikayəti təmin edilməmiş, Səbail Rayon Məhkəməsinin "müvəqqəti təminat tədbirinin ləğv edilməsi barədə" xx.xx.2025-ci il tarixli 16(009)-57/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi İddiaçı iddia ərizəsində göstərdikləri həqiqətə uyğun olmamaqla əsassız və qanunsuzdur. Odur ki, iddia tələbi yuxarıda qeyd olunanlara əsasən rədd edilməlidir.
4. Səbail Rayon Məhkəməsinin 2(009)-1239/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi (hakim İlkin Rüstəmli) ilə iddia tələbləri təmin edilməmişdir.
5. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
6. İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş və şikayətin dəlili kimi qeyd etmişdir ki, hazırkı hərrac etibarsız sayılmalıdır. Hərrac protokolunun surətindən görünür ki, hərrac 23 mart 2025-ci ildə, yəni ölkədə novruz bayramı ilə əlaqədar qeyri-iş günü olarkən keçirilmişdir. Bu "xxxx" MMC-nin də iş fəaliyyətinə aiddir. İddiaçının şəxsən özünün keçirilmiş hərracdan xəbəri olmamış, hərrac onun iştirakı olmadan keçirilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının qanununun 42.1-cimaddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. İddiaçıya göndərilmiş bildirişin çatdırılması ilə bağlı qəbzlərə əslində iddiaçı özü şəxsən imza atmamışdır. Buna görə hesab edir ki, həm icra məmuru, həm də hərrac təşkilatı tərəfindən hərracın keçirilməsi ilə bağlı qanunun tələblərinə riayət edilməmişdir. Göstərilənlərə əsasən, apellyasiya şikayətinin təmin edilərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2025-ci il tarixdə apellyasiya şikayətinə əlavə yükləyərək, bildirmişdir ki, hazırda məhkəməyə təqdim edilmiş 24 aprel 2025-ci il tarixli mediasiya arayışından müəyyən edilir ki, İddiaçı rəsmi nikahda olan həyat yoldaşı Şəfaqət Mustafayeva məhz tərəflər arasında olan rəsmi nikahın pozulması və əmlak bölgüsünə dair tələb irəli sürmüşdür. Yəni hazırda İddiaçı məxsus olmuş və sonradan hərracda hazırki iş üzrə cavabdehə satılmış mənzil İddiaçılə onun həyat yoldaşı Şəfaqət Mustafayeva ilə birgə nikahda olarkən əldə edildiyindən, həmin mənzil üzərində ər və arvadın payları mövcud olmuşdur, lakin həmin mənzil hərracda satılarkən bu hallar nəzərə alınmamışdır. Ona görə də bu əsasları da apellyasiya şikayətinə əlavə kimi qəbul edilməsini və apellyasiya şikayətinin tam təmin edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir.
8. Cavabdeh apellyasiya şikayətinə yazılı etiraz edərək, etirazını belə əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixli əmlakın satışı ilə bağlı hərracın nəticələrinə dair protokoldan görünür ki, sözügedən hərrac 16 mart 2025-ci il tarixdə saat 16:51-də başlamış və 23 mart 2025-ci il tarixdə saat 17:45-də bitmişdir. Ona görə də elektron hərracın qeyri-iş günündə keçirilməsinə dair dəlillər əsassızdır. Belə ki, Hərrac elektron qaydada keçirildiyindən sonuncu 23 mart 2025-ci il bir gününün qeyri-iş gününə təsadüf etməsi onun nəticələrinin etibarsız hesab edilməsi üçün əsas deyil. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 61.1-ci maddəsinə əsasən borclunun əmlakının satılması üzrə hərraclar, həmin Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında, eyni zamanda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının xx.xx.2024-cü il tarixli 1-N nömrəli Qərarı ilə təsdiq edilmiş “İcra sənədinin icrası ilə bağlı borclunun əmlakının elektron hərracda satılması Qaydası”na uyğun təşkil edilir və keçirilir. Elektron hərracda onlayn qaydada iştirak etmək mümkündür və qeyri-iş gününə təsadüf etməsi əhəmiyyət kəsb etmir. Bu barədə qaydalarda hər hansı qadağa nəzərdə tutulmamışdır. Bundan başqa işdə olan ABB-yə məxsus ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 39524,1 manat məbləğində pul vəsaiti Səbail rayon İcra şöbəsinin depozit hesabına 01 aprel 2025-ci il tarixdə köçürülmüşdür. Halbuki ipoteka haqqında qanunvericiliyin tələbinə əsasən borclu o halda əsas borcu ödəyərək ipoteka predmetinin satışına xitam verə bilər ki, bu hərəkət hərracın nəticələri üzrə protokol imzalanana yaxud ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə protokol imzalanana kimi baş tutsun. Lakin işdə olan ödəniş tapşırığından görünür ki, xx.xx.2025- ci il tarixdə Cavabdeh2 tərəfindən banka ödənilməli olan 39,960 manat məbləğində iddiaçıdan məhkəmə qətnaməsi ilə tutulan borc məbləği Səbail rayon icra şöbəsinin depozit hesabına köçürülmüşdür. Göründüyü kimi, iddiaçı tərəfindən icra şöbəsinin depozit hesabına borc məbləği köçürülənə kimi artıq hərrac baş tutmuş və hərracın qalibi ilə hərracın nəticələri üzrə protokol imzalanmış və ödəniş edilmişdir. Belə olan halda iddiaçının 01 aprel 2025-ci il tarixində ödəniş etməsinin də heç bir hüquqi nəticəsi olmamışdır. Odur ki, tələbin bu əsası hərracın keçirilməsinin qanunsuzluğuna dəlalət etmir. “İpoteka haqqında” Qanunun 46.1-ci maddəsinə İpoteka predmetinin açıq bazarda və ya hərracda satışına (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə protokol imzalananadək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas öhdəlik üzrə bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər.
9. Apellyasiya şikayətinin iddiaçının hərracın keçirilməsindən məlumatsız olması barədə gətirdiyi dəlilləri də əsassızdır. Belə ki, iş materiallarında olan 481609 və 481610 nömrəli mədaxil qəbzinin talonlarının surətindən görünür ki, cavabdehlər "xxxx" MMC tərəfindən mənzilin ilkin satış qiymətini və hərracın keçirilmə yerini və vaxtını göstərməklə müvafiq bildirişlər İddiaçı ünvanına poçt vasitəsi ilə göndərilmiş və xx.xx.2025-ci il tarixdə isə Mustafayev soyadlı şəxs tərəfindən imzalanmaqla qəbul edilmişdir. Bundan başqa Birja qəzetinin 24 fevral 2025-ci il tarixli buraxılışından görünür ki, hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı, hərracda iştirak üçün behin məbləği barədə elan da hərrac təşkilatı tərəfindən qəzetdə dərc edilmişdir. Burdan belə bir nəticəyə gəlinir ki, iddiaçı hərracın keçirilməsi, onun vaxtı və yeri barədə məlumatlı olmuşdur. Qeyd olunanlardan başqa mən özüm şəxsən mübahisəli mənzilə getmiş və iddiaçının ailə üzvləri ilə görüşmüş və hərrac barədə məlumat vermişəm və iddiaçının ailə üzvləri hərracdan xəbərləri olduğunu bildirmişdir. İddiaçının apellyasiya şikayətində göstərdiyi mübahisəli mənzilin bazar dəyərinin ən azı 250.000 manat olduğu halda həmin mənzilin 115.000 manata yaxın dəyərdə satılması barədə üçüncü dəlili də tam əsassızdır. Belə ki, mənzilin bazar qiymətinin yuxarı olması mənzilin elektron hərracda aşağı qiymətə satılması qanunsuz hesab oluna bilməz. Bundan başqa iddiaçı birinci instansiya məhkəməsində əmlakın dəyərinin 250 000 manat olması barədə hər hansı sübut təqdim etməmiş və apellyyasiya şikayətindən yeni sübuta istinad etmişdir. MPM-nin 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. ”Daşınar və Daşınmaz Əmlakların Satışı X22" MMC-nin **********3974912 nömrəli 23 mat 2025-ci il tarixli protokoluna əsasən Bakı şəhəri, Səbail rayonu, X19 küçəsi, ev 25, 3 otaqlı mənzilin “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun 43.5-ci maddəsinə əsasən hərracın qalibi Cavabdeh2 tərəfindən 115 824.00 (bir yüz on beş min səkkiz yüz iyirmi dörd) manata alınması göstərilmişdir. Göründüyü kimi iddiçı apellyaisya şikayətində mənzilin dəyərinin 250000 manat olması barədə dəlillər gətirsə də birinci instansiya məhkəməzi zamanı bu barədə heç bir sübut təqdim etməmiş və həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırmamışdır. Qeyd edilənlərə əsasən, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
10. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5200/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə Yasamal Rayon Məhkəməsinin 2(004)-9116/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən verilmiş icra sənədi üzrə İddiaçı məxsus olmuş Bakı şəhəri, Səbail rayonu, X19 küçəsi, ev 25, 3 otaqlı, ümumi sahəsi 72.1 kv.m olan 13 saylı mənzil barəsində keçirilmiş hərrac zərfi, yəni mübahisələndirilən hazırkı hərracın keçirilməsi barədə icra məmurunun sifariş qərarı da daxil olmaqla, hərracın keçirilməsi barədə tərəflərə bildiriş göndərilməsi və çatdırılması, hərrac barədə elanların verilməsi, hərracda iştirak edən şəxslərin sayı və kimlikləri barədə məlumatlar, hərracın nəticəsi barədə protokol, eləcə də digər əlaqəli sənədlərin əsli və ya lazımi qaydada təsdiq edilmiş surəti "xxxx" MMC-dən götürülməsi, tələb edilən sənədlərin Məhkəməyə təqdim edilməsinin "xxxx" MMC-yə tərəfindən təmin edilməsi, müvafiq sənədlər təqdim edilənədək iş üzrə icraatın dayandırılması qərara alınmışdır.
11. "xxxx" MMC tərəfindən müvafiq sənədlər təqdim edildiyindən Məhkəmənin eyni nömrəli, xx.xx.2026-cı il tarixli qərardadı ilə mülki iş üzrə icraat təzələnmişdir. Tərəflərin izahatı:
12. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətininin məzmununa uyğun izahat verərək və onu müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdi və əlavə etdi ki, iddiaçı şəxsən özü xx.xx.2025-ci il tarixdə borcu ödəmək məqsədilə "xxxx" ASC-yə getmiş və borcu bağlamaq niyyətinin olmasını bildirmiş, lakin Bank əməkdaşları ona bildirmişlər ki, həmin gün qısa iş günü olduğuna görə onlar ödənişi qəbul etməkdən imtina edirlər. Bununla əlaqədar iddiaçı məcbur qalaraq xx.xx.2025-ci il tarixində "xxxx" ASC-yə olan borcunu tam şəkildə digər bank vasitəsilə Səbail rayon İcra Şöbəsinin depozit hesabına ödəmiş, lakin iddiaçıya təqdim edilmiş məktubdan aydın olmuşdur ki, rayon məhkəməsinin qətnaməsi əsasında verilmiş icra sənədi icraya yönəldilmiş, mənzil X15 tərəfindən 115.824 manata alınmışdır. Hərrac 23 mart 2025-ci ildə keçirilmişdir. İddiaçının xx.xx.2025-ci il tarixdə pulu ödəmək üçün banka müraciət etməsi barədə sübutları yoxdur.
13. Məhkəmə kollegiyasının iclasında A.Vəlibəyov apellyasiya şikayəti ilə razılaşmayaraq, şikayət əsassız olduğundan təmin edilməməsini xahiş etdi və bildirdi ki, X16nda mənzilin hərraca qoyulduğunu görüb. O da həmin hərracda iştirak edib. 22 mart axşamı yoldaşı ilə birlikdə həmin mənzilə gedib. Onları qarşılayan xanıma bu mənzilin artıq hərraca çıxarıldığı və əgər satılsa buradan çıxmalı olduqları barədə bildirib və həmin xanım da bu barədə məlumatlı olduqlarını deyib. Hərracdan sonra isə iddiaçı ona zəng edib bildirmişdir ki, gedəcək başqa yerləri yoxdur və mənzili onlara qaytarmağı xahiş etmişdir. O isə 120.000 manat ödəmək qarşılığında razı olub, lakin iddiaçı ödəmək üçün imkanlarının olmadıqlarını bildirib.
14. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs "xxxx" ASC-nin nümayəndələri F.Hüseynov və M.İsmayılov apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdilər.
15. Apellyasiya şikayəti ilə bağlı mülki işə baxılmasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq digər cavabdeh "xxxx" MMC və üçüncü şəxs Səbail rayon İcra şöbəsi məhkəmə iclasına gəlməmişlər, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
16. Belə olan halda Məhkəmə kollegiyası (bundan sonra Məhkəmə) Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:
17. X3 xx.xx.2015-ci il tarixli, Bakı şəhəri 2 saylı notariat kontorun xüsusi notariusu X5 imzası ilə həqiqiliyi təsdiq olunan ərizədə qeyd edilmişdir ki, “ərim- İddiaçı məxsus olan Bakı şəhəri, Səbail rayonu, X19 küçəsi, ev 25, 13 saylı mənzilin "Bank VTB (Azərbaycan)" ASC-yə ipotekaya qoyulmasına razıyam. İpotekaya qoyulmuş əmlaka ödəniş yönəldiyi halda öhdəmə götürürəm ki, onu heçbir məhkəmə qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən qeyd-şərtsiz tərk edəcəyəm.
18. Yasamal Rayon Məhkəməsinin 2(004)-9116/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən “Bank VTB (Azərbaycan)” ASC ilə X17 oğlu arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 120352-1-10135 nömrəli “Girovlu istehlak krediti müqaviləsi”nin ləğv olunması, müqaviləyə əsasən xx.xx.2016-cı il tarixə ödənilməmiş 36.920 manat əsas, 2.384,10 manat faiz, 160 manat cərimə borcu olmaqla, cəmi 39.464,10 manat məbləğində borcun, dövlət rüsumu qismində ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün dövlət rüsumu qismində ödənilmiş 10 manat və xidmət haqqı qismində ödənilmiş 20 manat, ümumilikdə 39.524,10 manat məbləğində pulun Qasım-X11 tutularaq “Bank VTB (Azərbaycan)” ASC-yə ödənilməsi, tutmanın mənim tərəfimdən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Səbail rayonu, X19 küçəsi,ev 25, 3 otaqlı, ümumisahəsi 72.1 kv.m olan 13 saylı mənzilə yönəldilməsi qət edilmişdir. Həmin qətnamə apellyasiya və kassasiya instansiyalarında dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
19. İddiaçı cavabdehlər “X1 Mərkəzi” MMC və “Bank VTB (Azərbaycan)” ASC-yə qarşı (müstəqil tələb irəli sürməyən şəxs kimi Səbail rayon İcra Şöbəsi və ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı şəhər Ərazi İdarəsi cəlb olunmaqla) hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə tələbinə dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin 2(005)-186/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Səbail rayonu, X19 küçəsi,ev 25, 3 otaqlı mənzilin açıq hərracdan satılması ilə bağlı “X1 Mərkəzi” MMC tərəfindən keçirilmiş hərracın nəticələri, o cümlədən hərracın yekunları barədə xx.xx.2021-ci il tarixli, YP 154 nömrəli "Satış protokolu" və bu protokol əsasında "Bank VTB (Azərbaycan)" ASC ilə "X1 Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2021-ci il tarixli "hərracın yekunları üzrə əmlakın alqı-satqısı" barədə müqavilə etibarsız hesab olunması, Azərbaycan Respulbikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən "Bank VTB (Azərbaycan)" ASC-nin adına verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, iş üzrə dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat məbləğində pul cavabdehlər "Bank VTB (Azərbaycan)" ASC və "X1 Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətindən müştərək qaydada tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
20. Birja qəzetinin 24 fevral 2025-ci il tarixli buraxılışından görünür ki, hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı, hərracda iştirak üçün behin məbləği barədə elan da hərrac təşkilatı tərəfindən qəzetdə dərc edilmişdir
21. Kuryer xidmətləri üçün 481609, 481610 seriya nömrəli mədaxil qəbzinin talonlarından müəyyən olur ki, “Daşınar və Daşınmaz Əmlakların satışı X22” MMC tərəfindən hərrac bildirişi iddiaçının həm rəsmi qeydiyyatda olduğu ünvana (ünvan 3xs tərəfindən qəbul edilmiş, həm də ipoteka predmetinin yerləşdiyi ünvana (Bakı şəhəri, Səbail rayonu, X19 küçəsi, ev 25, mənzil 13) sifarişli poçt vasitəsi ilə göndərilmiş, xx.xx.2025-ci il tarixdə Mustafayeva soyadlı şəxs tərəfindən imzalanmaqla qəbul edilmişdir.
22. "Соurеr service" kuryеr хidmətinin № 968151 poçt qəbzindən müəyyən olur ki, "Bank VTB (Azərbaycan)" ASC tərəfindən bоrсlu İddiaçı ünvan 5 ünvanına göndərilmiş bildiriş xx.xx.2025-ci il tarixdə Mustafayev soyadlı şəxs tərəfindən qəbul edilmişdir.
23. Əmlakın satışı ilə bağlı hərracın nəticələrinə dair xx.xx.2025-ci il tarixli, **********3974912 nömrəli protokola əsasən, hərracın keçirilməsi ilə bağlı elan xx.xx.2025ci il tarixdə “X16”nda dərc edilmişdir. Hərrac 16 mart 2025-ci il tarixdə saat 16:51-də başlamış və 23 mart 2025-ci il tarixdə saat 17:45-də bitmiş, ilkin satış qiyməti 76.000 manat məbləğində olan əmlak 115.824 manat məbləğində son satış qiymətinə satılmış, Cavabdeh2 hərracın qalibi elan olunmuşdur. Hərracın keçirilmə yeri “X16” – https://herrac.gov.az saytı olmuşdur.
24. Mülki iş materiallarında olan ABB xx.xx.2025-ci il tarixli №BPM**********96, №BPM**********35 və №BPM**********53 ödəniş tapşırıqlarından müəyyən olunur ki, 27 mart 2025-ci il tarixdə Cavabdeh2 tərəfindən müvafiq olaraq 39.960 manat, 39.960 manat və 32.104 manat məbləğində pul vəsaiti 54568/2017-16-12 saylı icra işi ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin depozit hesabına köçürülmüşdür.
25. xx.xx.2025-ci il tarixli, №-BPM**********88 ödəniş tapşırığından müəyyən olur ki, İddiaçı tərəfindən Səbail rayon İcra şöbəsinin depozit hesabına 39524.1 manat (otuz doqquz min beş yüz iyirmi dörd manat on qəpik) ödənilmişdir.
26. İddiaçı Səbail rayon İcra şöbəsinə ünvanladığı xx.xx.2025-ci il tarixli ərizədə bildirmişdir ki, o, xx.xx.2025-ci il tarixdə borcun tam və nağd şəkildə ödənilməsi üçün “Bank VTB (Azərbaycan)” ASC-yə saat 17:10 radələrində getmişdir. Bank əməkdaşları ona qısa iş günü olduğuna görə bank sisteminin 16:30-a qədər işlədiyini və respublikada 12 gün qeyri-iş günü olduğuna görə xx.xx.2025-ci il tarixdə ödənişi edə biləcəyini bildirmişlər. Lakin iddiaçı xx.xx.2025-ci il tarixdə saat 09:30 radələrində “Bank VTB (Azərbaycan)” ASC-yə getməsinə baxmayaraq ödənişi qəbul etməkdən imtina ediblər. Tərəfindən digər bank vasitəsilə “Bank VTB (Azərbaycan)” ASC-yə olan borcunu tam şəkilldə ödənmişdir. Buna əsasən, icra işinə xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
27. Səbail rayon İcra şöbəsi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan müəyyən olur ki, icra sənədinin icrasını təmin etmək məqsədilə Bakı şəhəri, Səbail rayonu, X19 küçəsi,ev 25, 3 otaqlı mənzilin X8 adına rəsmiləşdirilməsinə dair göstəriş verilməsi xahiş olunmuşdur.
28. Bakı 6 saylı Mediasiya Təşkilatının xx.xx.2025-ci il tarixli, MŞB/6-00576 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışa əsasən nikahın pozulması və əmlak bölgüsü tələbi üzrə X6 İMS-də iştirak etmiş, İddiaçı iştirak etməmişdir.
29. “Bank VTB (Azərbaycan)” ASC tərəfindən xx.xx.2025 ci il tarixli, 2427 nömrəli mülahizədə qeyd edilmişdir ki, İddiaçı keçirilmiş hərracdan məlumatının olmadığını və hərracın onun iştirakı olmadan keçirilməsinə istinad edərək, arqument kimi iddia ərizəsində qeyd etmişdir. Məhkəmənin nəzərinə çatdırırıq ki, hazırki iddia tələbinin əsas məqsədi uzun müddət əvvəl qanuni qüvvəyə minmiş və icraya yönəldilmiş məhkəmə qərarının icrasının və ümumilikdə, ədalət mühakiməsinin həyata keçirilməsinin qarşısını alınmasından ibarətdir. İddiaçı sistematik olaraq, “heç nədən xəbərinin olmadığı” əsasını gətirərək hər dəfə əsassız şikayət və iddialar verərək hüquqlarından sui-istifadə edir. Hərrac bildirişlərinin ipoteka qoyan İddiaçı həm rəsmi qeydiyyatda olduğu ünvanına (ünvan 7 ünvanına (Bakı şəhəri, Səbail rayonu, X19 küçəsi, ev 25, mənzil 13) sifarişli poçt vasitəsi ilə göndərilməsinə və ailə üzvləri tərəfindən qəbul edilməsinə baxmayaraq, İddiaçı hüquqlarından yenə sui-istifadə edərək, əvvəl keçirilən hərracdan guya məlumatının olmadığını əsas gətirmişdir.
30. “Bank VTB (Azərbaycan)” ASC tərəfindən xx.xx.2025 ci il tarixli, 2484 nömrəli mülahizədə qeyd edilmişdir ki, borclu İddiaçı hazırkı iddia ərizəsində göstərdiyi arqumentin heç bir əsası yoxdur və bu hal iddia tələbinin təmin olunması üçün əsas ola bilməz. Belə ki, işdə olan “Əmlakın satışı ilə bağlı hərracın nəticələrinə dair” 23 mart 2025-ci il tarixli **********3974912 nömrəli “X16” vasitəsi ilə keçirilmiş (https://herrac.gov.az/) Protokoldan müəyyən olunur ki, elektron qaydada keçirilən mübahisələndirilən hərrac 16 mart 2025-ci il tarixdə saat 16:51-də başlamış və 23 mart 2025-ci il tarixdə saat 17:45-də bitmiş, ilkin satış qiyməti 76.000 manat məbləğində olan əmlak 115.824 manat məbləğində son satış qiymətinə satılmış, Cavabdeh2 hərracın qalibi elan olunmuşdur. İşdə olan ABB xx.xx.2025-ci il tarixli №BPM**********96, №BPM**********35 və №BPM**********53 ödəniş tapşırıqlarından müəyyən olunur ki, 27 mart 2025-ci il tarixdə Cavabdeh2 tərəfindən müvafiq olaraq 39.960 manat, 39.960 manat və 32.104 manat məbləğində pul vəsaiti 54568/2017-16-12 saylı icra işi ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin depozit hesabına köçürülmüşdür, ABB 01,04.2025-ci il tarixli №BPM**********88 ödəniş tapşırığından müəyyən olunur ki, İddiaçı tərəfindən 39.524,10 manat məbləğində pul vəsaiti 01 aprel 2025-ci il tarixdə Səbail rayon İcra şöbəsinin depozit hesabına köçürülmüşdür. Beləliklə iş materiallarında olan sənədlərdən müəyyən olunur ki, elektron qaydada keçirilmiş hərrac xx.xx.2025-ci il tarixdə başlayıb xx.xx.2025-ci il tarixdə bitmiş, borclu İddiaçı isə icra sənədi üzrə kredit borcunu xx.xx.2025-ci il tarixdə, yəni elektron qaydada keçirilmiş hərrac artıq bitdikdən sonra icra qurumunun depozit hesabına köçürmüşdür. Qanunvericiliyin tələbindən göründüyü kimi, ipoteka predmetinin açıq hərracda satışına hərracın nəticələri üzrə protokol imzalananadək və ipoteka qoyan tərəfindən ipoteka saxlayanın əsas öhdəlik üzrə bütün tələbləri ödənildiyi halda ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Lakin iş materiallarından müəyyən olunduğu kimi, hərracın nəticələri üzrə protokol (xx.xx.2025-ci il tarixdə) imzalananadək icra sənədi üzrə kredit borcu ödənilməmiş, hərrac artıq bitdikdən sonra borclu İddiaçı pul vəsaitini icra qurumunun depozit hesabına köçürmüşdür (xx.xx.2025-ci il tarixdə). Bu hal isə özü-özlüyündə həm faktiki baxımından, həm də qüvvədə olan qanunvericiliyə əsasən ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verilməsini qeyri-mümkün edir. Məhkəmənin nəzərinə çatdırılır ki, borclu tərəfindən pul vəsaitinin icra qurumunun depozit hesabına köçürüldüyü an (xx.xx.2025-ci il) elektron qaydada keçirilən hərrac (xx.xx.2025-ci il) artıq bitmiş, hərracın qalibi elan olunmuş və o, hərracda son satış qiyməti müəyyən olunmuş 115.824 manat məbləğində pul vəsaitini (3.800 manat məbləğində ödənilmiş beh və 112.024 manat məbləğində ödəniş) artıq ödəmişdir (xx.xx.2025-ci il). Qeyd olunanlara əsəsən hesab edilir ki, iddia ərizəsində göstərilən bu dəlilin heç bir hüquqi əsası yoxdur, iddia tam əsassızdır, ona görə də, təmin oluna bilməz.
31. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyinə əsasən, Bakı şəhəri, Səbail rayonu, X19 küçəsi, ev 25, mənzil 13 ünvaında yerləşən mənzilin xx.xx.2025-ci il tarixə bazar dəyəri 238000 (iki yüz otuz səkkiz min) manat təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:
32. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.
33. Maddə 414.2. Hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir.
34. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.
35. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Maddə 42.3. İstənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir. Maddə 42.4. Hərracda iştirak edən ipoteka saxlayan beh ödəmir. Hərracı udduğu halda, ipoteka saxlayan tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunur. Maddə 42.5. Ən yüksək qiymət təklif etmiş şəxs hərracı udmuş sayılır. Maddə 42.6. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Maddə 42.7. Hərracı udmuş şəxs hərrac qurtardıqdan sonra ən geci 7 təqvim günü ərzində iştirak üçün verdiyi behi çıxmaqla alış qiymətini ödəməlidir. Əgər alış qiyməti hərracı udmuş şəxs tərəfindən həmin müddət ərzində ödənilməzsə ipoteka predmetini hərracda ikinci ən yuxarı qiymət təklif etmiş şəxs həmin qiymətə ala bilər. Bu məqsədlə hərrac təşkilatı həmin şəxsə müraciət edir, sonuncu ipoteka predmetini almağa yazılı razılıq verdikdə hərracı udmuş şəxs statusu qazanır. Alış qiymətinin ödənilməməsi bu Qanunla müəyyən edilmiş nəticələrə səbəb olur. Maddə 42.8. Hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. Maddə 43.1. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi mediada və özünün rəsmi internet saytında məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. 43.2. Bu Qanunun 43.1.1 - 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. 43.3. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.6. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. Maddə 44. Hərracın etibarsız sayılması bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. “İcra haqqında” Qanunun 53.2-ci maddəsinə əsasən borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. “İcra haqqında” Qanunun 61.1-ci və 61.2-ci maddəsinə əsasən borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunın sifarişi əsasında keçirirlər. Tətbiq edilən prosessual hüquq normaları:
36. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.
38. Hazırkı halda, Məhkəmə Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
39. Məhkəmə gəlmiş tərəflərin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
40. Belə ki, mülki iş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 2(004)- 9116/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən “Bank VTB (Azərbaycan)” ASC ilə X17 oğlu arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 120352-1-10135 nömrəli “Girovlu istehlak krediti müqaviləsi”nin ləğv olunması, müqaviləyə əsasən xx.xx.2016-cı il tarixə ödənilməmiş 36.920 manat əsas, 2.384,10 manat faiz, 160 manat cərimə borcu olmaqla, cəmi 39.464,10 manat məbləğində borcun, dövlət rüsumu qismində ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün dövlət rüsumu qismində ödənilmiş 10 manat və xidmət haqqı qismində ödənilmiş 20 manat, ümumilikdə 39.524,10 manat məbləğində pulun Qasım-X11 tutularaq “Bank VTB (Azərbaycan)” ASC-yə ödənilməsi, tutmanın mənim tərəfimdən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Səbail rayonu, X19 küçəsi,ev 25, 3 otaqlı, ümumi sahəsi 72.1 kv.m olan 13 saylı mənzilə yönəldilməsi qət edilmişdir.
41. Bakı şəhəri, Səbail rayonu, X19 küçəsi,ev 25, 3 otaqlı, ümumi sahəsi 72.1 kv.m olan 13 saylı mənzil iddiaçının mülkiyyətində olmuş, xx.xx.2025-ci il tarixdə keçirilən elektron hərracda Cavabdeh2 qalib gələrək mənzili almışdır.
42. İddiaçı həmin hərracın xx.xx.2025-ci il tarixdə - qeyri-iş günündə keçirilməsinə əsaslanaraq, hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə tələb irəli sürmüşdür.
43. Məhkəmə bununla bağlı ilk növbədə qeyd edir ki, açıq hərracın keçirilməsi barədə xx.xx.2025-ci il tarixli bildirişdən də müəyyən edildiyi kimi ilkin hərracın başlanma tarixi və saatı xx.xx.2025-ci il, saat 16:51 olmaqla, hərracın davam etmə müddətinin 7 təqvim günü olduğu qeyd edilmişdir. Burdan da aydın olur ki, hərracın başa çatma tarixi xx.xx.2025-ci il tarixə təsadüf etmişdir. Həmin tarixin qeyri-iş günü olması elektron hərracın keçirilməsinə maneə olmamaqla əhəmiyyət kəsb etmir.
44. İddiaçı apellyasiya şikayətində hərracın keçirilməsi barədə ona məlumat verilməməsini də mübahisələndirmişdir.
45. Məhkəmə iddiaçının bu dəlilinə münasibətdə qeyd edir ki, mülki iş materiallarında olan 481609, 481610 seriya nömrəli mədaxil qəbzinin talonlarından müəyyən olduğu kimi “Daşınar və Daşınmaz Əmlakların satışı X22” MMC tərəfindən hərrac bildirişi iddiaçının həm rəsmi qeydiyyatda olduğu ünvana (ünvan 3xs tərəfindən qəbul edilmiş, həm də ipoteka predmetinin yerləşdiyi ünvana (Bakı şəhəri, Səbail rayonu, X19 küçəsi, ev 25, mənzil 13) sifarişli poçt vasitəsi ilə göndərilmiş, xx.xx.2025-ci il tarixdə Mustafayeva soyadlı şəxs tərəfindən imzalanmaqla qəbul edilmişdir. Eyni zamanda “Birja” qəzetinin 24 fevral 2025-ci il tarixli buraxılışından görünür ki, hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı, hərracda iştirak üçün behin məbləği barədə elan da hərrac təşkilatı tərəfindən qəzetdə dərc edilmişdir.
46. Cavabdeh2 həm birinci instansiyada icraat zamanı keçirilən xx.xx.2025-ci il tarixli məhkəmə baxış iclasında, həm də apellyasiya icraatı zamanı məhkəmə kollegiyasının iclasında izahatında bildirmişdir ki, elektron hərracda qeydiyyatdan keçdikdən sonra yoldaşı ilə birlikdə həmin mənzilə gedib. Onları qarşılayan xanıma bu mənzilin artıq hərraca çıxarıldığı və əgər satılsa buradan çıxmalı olduqları barədə bildirib və həmin xanım da bu barədə məlumatlı olduqlarını deyib. Hərracdan sonra isə iddiaçı ona zəng edib bildirmişdir ki, gedəcək başqa yerləri yoxdur və mənzili onlara qaytarmağı xahiş etmişdir.
47. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının bildirişi şəxsən almaması da keçirilmiş hərracdan məlumatsız olması anlamına gəlmir və hərracın etibarsızlığı üçün əsas ola bilməz. Çünki, Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında da vurğulanmışdır ki, ...bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur.
48. “İpoteka haqqında” Qanunun 46.1-ci maddəsinə İpoteka predmetinin açıq bazarda və ya hərracda satışına (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqısatqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə protokol imzalananadək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas öhdəlik üzrə bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər
49. Məhkəmə qeyd edir ki, xx.xx.2025-ci il tarixli, BPM**********96, BPM**********35 və BPM**********53 nömrəli ödəniş tapşırıqlarından müəyyən olunur ki, 27 mart 2025-ci il tarixdə Cavabdeh2 tərəfindən müvafiq olaraq 39.960 manat, 39.960 manat və 32.104 manat məbləğində pul vəsaiti 54568/2017-16-12 saylı icra işi ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin depozit hesabına köçürülmüşdür, xx.xx.2025-ci il tarixli BPM**********88 nömrəli ödəniş tapşırığından isə müəyyən olunur ki, iddiaçı tərəfindən 39.524,10 manat məbləğində pul vəsaiti 01 aprel 2025-ci il tarixdə Səbail rayon İcra şöbəsinin depozit hesabına köçürülmüşdür. Beləliklə iş materiallarında olan sənədlərdən müəyyən olunur ki, elektron qaydada keçirilmiş hərrac xx.xx.2025-ci il tarixdə başlayıb xx.xx.2025-ci il tarixdə bitmiş, borclu – iddiaçı isə icra sənədi üzrə kredit borcunu xx.xx.2025-ci il tarixdə, yəni elektron qaydada keçirilmiş hərrac artıq bitdikdən sonra icra qurumunun depozit hesabına köçürmüşdür. Qanunvericiliyin tələbindən göründüyü kimi, ipoteka predmetinin açıq hərracda satışına hərracın nəticələri üzrə protokol imzalananadək və ipoteka qoyan tərəfindən ipoteka saxlayanın əsas öhdəlik üzrə bütün tələbləri ödənildiyi halda ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Lakin iş materiallarından müəyyən olunduğu kimi, hərracın nəticələri üzrə protokol (xx.xx.2025-ci il tarixdə) imzalananadək icra sənədi üzrə kredit borcu ödənilməmiş, hərrac artıq bitdikdən sonra borclu İddiaçı pul vəsaitini icra qurumunun depozit hesabına köçürmüşdür (xx.xx.2025-ci il tarixdə).
50. Göründüyü kimi, tədqiq olunmuş sübutlarla hərracın “İpoteka haqqında” Qanunla təsbit edilmiş qaydalara əməl edilməklə keçirildiyi müəyyən edilmişdir.
51. Eyni zamanda iddiaçı həm iddia ərizəsində, həm də apellyasiya şikayətində xx.xx.2025-ci il tarixdə borcu tam şəkildə ödəmək üçün Banka getdiyini bildirsə də, buna dair sübutları Məhkəməyə təqdim edə bilməmişdir.
52. İddiaçının apellyasiya şikayətinə əlavəsindəki dəlili isə onun həyat yoldaşının nikahın pozulması və əmlak bölgüsü tələbinə əsasən mübahisə predmeti olanda mənzil birgə nikah dövründə alındığına görə onun həyat yoldaşı Şəfaqət Mustafayevanın da həmin mənzil üzərində payının mövcud olması ilə bağlıdır.
53. Məhkəmə bununla bağlı qeyd edir ki, mülki iş materiallarında olan Şəfaqət Mustafayevanın xx.xx.2015-ci il tarixli, Bakı şəhəri 2 saylı notariat kontorun xüsusi notariusu X5 imzası ilə həqiqiliyi təsdiq olunan ərizədə qeyd edilmişdir ki, “ərim- İddiaçı məxsus olan Bakı şəhəri, Səbail rayonu, X19 küçəsi, ev 25, 13 saylı mənzilin "Bank VTB (Azərbaycan)" ASC-yə ipotekaya qoyulmasına razıyam. İpotekaya qoyulmuş əmlaka ödəniş yönəldiyi halda öhdəmə götürürəm ki, onu heçbir məhkəmə qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən qeyd-şərtsiz tərk edəcəyəm”. Ərizədən göründüyü kimi Ş.Mustafayeva həmin mənzilə dair hər hansı tələbinin olmayacağını təsdiq etmişdir. Bununla da müəyyən olur ki, apellyasiya şikayətinin bu dəlili də əsassızdır.
54. Yuxarıda qeyd edilənlərə əsasən, Məhkəmə belə qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından əsassızdır və təmin edilə bilməz.
55. MPM-in 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
56. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
57. Məhkəmənin qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
58. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Nəticə:
59. Göstərilənlərə əsasən, Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuş, mahiyyət etibarı ilə qətnamə qanuni və əsaslıdır, apellyasiya şikayəti isə əsassız olduğundan və qətnamənin ləğvinə səbəb olmadığından təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
60. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
61. Məhkəmə hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir.
62. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Səbail Rayon Məhkəməsinin 2(009)-1239/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.