Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5201/2020 14.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X6 (sədrliyi və məruzəsi ilə), Mərdanova Xumar Afət qızı və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı və nümayəndələri vəkillər X9 və Vəkil, Cavabdeh2 və nümayəndəsi vəkil X13 və Cavabdeh1 və nümayəndəsi vəkil X11 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı "pul tələbi"nə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1255/2020 saylı işi üzrə xx xxxx 2020-ci il tarixli qətnamədən cavabdehlər Cavabdeh2 nümayəndəsi və vəkili X13 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 734098,24 ABŞ dolları məbləğində borcun ödəniş günü Azərbaycan manatınınməzənnəsi ilə tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsində aparılmış araşdırma prosesində Cavabdeh2 etiraf etdiyi borc məbləğindən ödənilməmiş 55000 ABŞ dollarının da qaldırılmış iddia məbləğinə əlavə edilərək,cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 789098,24 ABŞ dolları məbləğində borcun ödəniş günü Azərbaycan manatının məzənnəsi ilə tutulub iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinə Cavabdeh1 Baş X3 İdarəsində verdiyi izahat verdiyi izahatda göstərmişdir ki, o, kürəkəni Cavabdeh2 İddiaçı pulunun qaytarılmasına zamindir. İddiaçı bildirmişdir ki, əgər Cavabdeh2 onun pulunu qaytarmasa, onun pulunun qaytarılmasına zamindir və cavabdehdir. Onun bildiyinə görə Cavabdeh2 İddiaçı 109000 ABŞ dolları borcu vardır. 2014-cü ildə Novruz Sədərək və Karvan ticarət mərkəzində iki ədəd obyekt almış, obyektlərdən birinin qiyməti 157000 dollar, digəri isə 87000 dollar dəyərində idi. Həmin obyektlərin pulunu Tural vermişdir (səh.12), Cavabdeh2 Baş X3 İdarəsində verdiyi izahatda göstərmişdir ki, Novruzun mallara görə verdiyi pullar təxminən ******* dollar olmuşdur. O, həmin malların satışından əldə etdiyi puldan ona ******* dollardan artıq pul göndərmişdir. O, da Sədərək ticarət mərkəzində 81600 manat məbləğində 40 kvadrat metr sahədən ibarət obyekt, Karvan ticarət mərkəzindən isə 100000 manat məbləğində 110 kvadrat metr sahədən ibarət obyekt aldı. Həmin vaxt onun İddiaçı təxminən ******* dollar borcu var idi. O, Novruzun göndərdiyi ******* dollarlıq malın satışından əldə edilmiş puldan 127000 dollara Karvan ticarət mərkəzində obyekt almış, Sədərək ticarət mərkəzində 103950 dollara obyekt almışdır. Həmin obyektlər hazırda Novruzun adınadır. O, bundan başqa, 2.173.687 dollar cəmi pul vermişdir.O, cədvəldə göstərilən 375615 dollar pulu qəbul etmir. Bundan başqa, o, 31847 dollar Karvandakı obyektin təmirinə, 20382 dollar isə Sədərəkdəki olan obyektin təmirinə sərf etmişdir. Bundan əlavə olaraq, o, Novruzun sözü ilə 19535 dollar məbləğində malları onun tanışlarına vermiş, yerdə isə 307510 dollar pul qalır, o, həmin pulun 116000 dollarını nağd şəkildə xx xxxx 2019-cu il tarixə qədər verəcəkdir. Qalan 191000 dollar (324000 manat) pulun məbləğində ona mənzil verməyi söz verir (səh.14),Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, polis polkovnikleytenantı X14 tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli "pul vəsaitinin ödənilməsi haqqında” protokoluna əsasən, Cavabdeh2 İddiaçı 116000 ABŞ dolları məbləğində nağd pul vəsaiti ödədi və «xxxx» MMC-nin yaşayış binasından 206,24 kvadrat metr sahədə olan mənzilin İddiaçı satılması haqqında xx xxxx 2019-cu tarixli, 72 nömrəli müqaviləni ona təqdim etdi, eyni zamanda Cavabdeh2 55000 ABŞ dolları pul vəsaitini ən geci 1 ay müddətində İddiaçı ödəyəcəyinə dair öhdəlik götürdüyü müəyyən edilmişdir (səh.16), "Faqihi Enterprises LLC” şirkətinin hesabdan çıxarışına əsasən müəyyən edilir ki, Cavabdeh2 və Cavabdeh1 xx.xx.2019-cu il tarixə toplam borcu 734098,24 ABŞ dolları təşkil edir (səh.19) sübut kimi təqdim edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1255/2020 saylı işi üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 789098,24 ABŞ dolları ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pul, habelə 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 1091, 1091.2,1092.1; Mülki Prosesual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 217.3, 119.1, 217.4cü maddələrinə istinadən qeyd edilmişdir ki, cavabdehlər iddiaçıya cəmi 55.000 ABŞ dolları borclu olduqlarını etiraf etmiş, habelə iş materiallarında olan sənədlərdən görünür ki, cavabdehlərin iddiaçıya 55000 ABŞ dollarından əlavə, xx.xx.2019-cu il tarixə 734098,24 ABŞdolları,ümumilikdə 789.098,24 ABŞ dolları borcları vardır. Belə ki, cavabdeh T.Ə.X10 Nazirliyinin Baş X3 İdarəsinin İstintaq şöbəsində verdiyi izahatında da təsdiq etmişdir ki, İddiaçı mallara görə verdiyi pullar təxminən ******* ABŞ dolları olmuş, həmin məbləğdən o, İddiaçı ******* ABŞ dollardan artıq pul göndərmişdir (bir hissəsi əlbəəl, bir hissəsi isə bank köçürmələri vasitəsilə verilmişdir). Həmin məsələ Baş X3 İdarəsinin İstintaq şöbəsində araşdırılarkən İddiaçı 116000 ABŞ dolları nağd pul vəsaiti ödəmiş və "xxxx” MMC-nin yaşayış binasından 206 kv.m sahəsi olan mənzili ona təqdim etmişdir (mənzilin qiyməti 120000 ABŞ dolları kimi razılaşdırılmışdır). Həmin pul vəsaitləri "Faqihi Enterprises LLC” şirkətinin hesabdan çıxarışında da ödənilmiş pul vəsaitləri kimi nəzərə alınmışdır. Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1255/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli, qətnaməsini ləğv edib, iddianın tamamilə rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətində MPM-nin 357.1, 385.1.1; MM-nin 470-477, 471, 477.0.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, İddiaçı iddiasında göstərmişdir. İdman mallarını kürəkəni Cavabdeh2 göndərmişdir. İddiaçı öz iddia ərizəsində onu zamin kimi təqdim etmiş, məhkəmə isə həmin mövqe ilə razılaşaraq iddia məbləğinin həm də ondan tutulmasını qət etmişdir. Məhkəmə mülki iş üzrə zamin kimi gəldiyi nəticə onun Baş X3 İdarəsində verdiyi izahata istinad etmişdir. Hesab edirki, məhkəmə düzgün hüquqi qiymət verməmiş, absurd olan nəticəyə gəlmişdir. Belə ki, Cavabdeh2 kürəkənidir, o da bir atası kimi Baş X1 müdafiəsinə durmuşdu. Verdiyi izahatda göstərmiş ki, İddiaçı hansı məbləğdə mal göndərməsin bilmir, lakin bilir ki, Tural satdığı malların pulunu Novruza göndərirdi. X15 arasında alış verişin tam incəliyini bilmir, çünki iş onların öz aralarında baş verirdi. Göründüyü kimi bunun hüquqi mənada zaminliklə bir əlaqəsi yoxdur. Həmin izahat predisual xarakter daşımır. Bu öz yerində, indi isə zaminliyin forması və müddətinə nəzər salaq. Mülki iş materiallarından görünür ki, onunla İddiaçı arasında heç bir müqavilə bağlanmamışdır. Digər tərəfdən isə yenə həmin Məcəllənin 477.0.4-cü maddəsinə görə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir, əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir (kəsici müddət). İşin əvvəlki abzasda göstərilən xüsusatları nəzərə alındıqda aydın olur ki. zaminə qarşı tələb irəli sürmək üçün müddət çoxdan buraxılmışdır. On görə də digər dəlillərlə yanaşı həm də tələb müddəti ötdüyü üçün zamin adı altında ona qarşı yönəlmiş tələb rədd edilməlidir. Bundan başqa, məhkəmənin gəldiyi nəticəsində göstərmişdir ki, İddiaçı Cavabdeh2 və Cavabdeh1 xarici ölkədən ticarət məqsədilə müxtəlif vaxtlarda ******* ABŞ dolları məbləğində idman malları göndərmiş, lakin cavabdehlər iddaçı qarşısında aldıqları mala görə ödənişə dair öz öhdəliklərini tam yerinə yetirməmişlər. Hazırda iddiaçı vurulmuş maddi zərərin əvəzinə görə 789098,24 ABŞ dollar tələb edir, cavabdehlər isə iddiaçıya 55000 ABŞ dollar borclu olduqlarını etiraf edirlər. Məhkəmənin bu nəticəyə gəlməsi absurtdur. Çünki iddiaçı özü iddia ərizəsində göstərmişdir ki, həmin malları kürəkəni Cavabdeh2 göndərmişdir, zamin kimi cəlb etmişdir. Məhkəmə isə gəldiyi nəticədə göstərirki, həmin malları cavabdehlər Cavabdeh2 və Cavabdeh1 göndərilmişdir. Məhkəmənin gəldiyi nəticədə göstərilir ki, cavabdehlər 55000 ABŞ dolları borcu olduqlarını etiraf etmişdirlər, Ümümiyyətlə birinci instansiya məhkəməsində lazımı qaydada məlumatlandırılmadığıdan məhkəmə iclaslarında iştirak etməmiş, hansı əsasla məhkəmə hesab etmişdir ki, o, 55 000 borcun olmasını etiraf edir, müəmmalıdır. Əgər məhkəmə Baş X3 İdarəsində verdiyi izahatı nəzərdə tuturdusa, həmin izahatda Turalın dəqiq hansı məbləğdə borcu olduğunu göstərməmişdir. Göründüyü kimi həmin izahatda Turalın borcu olub olmamasında yazılmışdır. Onun 55000 ABŞ dolları borcu etiraf etməsindən ümumiyyətlə söhbət gedə bilməz. Məhkəmə isə heç bir sübuta istinad etmədən göstərmişdir ki, cavabdehlər 55000 ABŞ dolları borcu olduqlarını etiraf etmişdirlər. Bunda başaqa, İddiaçı iddiasında tələb etdiyi pulu 3 hissəyə bölmüşdür. Belə ki, iddiada göstərilmişdir ki, 1-ci hissə göndərilən malların satışından əldə edilən gəlirə görə Tural tərəfindən 375615 ABŞ dolları verilməli idi (guya 4 il ərzində satılan mallara görə gəliri), 2ci hissə 231209 ABŞ dolları tələb edir (Sədərək və X8 İddiaçı aid obyektlərin pulunu), 3-cü hissə guya 373176 dollar isə rəsmi qaimələr əsasında göndərdiyi malların dəyəridir. Gəlir tələbi kürəkəni Cavabdeh2 biznes zərərə uğradığı üçün əsassızdır. Cavabdeh2 bu biznesdən özü pul qazansaydı iddiaçı da gəlirdən pay tələb etməkdə haqlı ola bilərdi. Lakin biznesdən gəlir olmayıb. Ticarət mərkəzlərindəki obyektərə gəldikdə isə həmin obyektlərin onu və Cavabdeh2 biznesinə aidiyyatı yoxdur. Həmin obyektlərin alınmasına pullar Tural tərəfindən ödənilib. İddiaçı iddiasında göstərmişdir ki, həmin obyektlərin alqısatqısı prosesində iştirak etməmişdir, çünki həmin vaxt Dubayda olmuşdur. Lakin iş materiallarında olan etibarnamədən görünür ki, İddiaçı həmin obyektin alınması üçün kürəkəni Turala etibarnamə vermişdir. Əgər həmin obyekt İddiaçı üçün alınmırdısa onda kürəkəni Cavabdeh2 elə öz adına ala bilərdi. Digər obyekt isə iddiaçının tanışı Zahidin adına alınmışdır. Həmin obyektlərin pullarını bizdən tələb etməsi absurtdur. Nə iddia ərizəsində, nə də məhkəmə baxışı zamanı belə bir hüquqi əsasa, hər hansı qanunun hansısa maddəsinə istinad edilməmişdir. 1-ci instansiya məhkəməsi də obyektlərlə bağlı pulu bizdən tutarkən hər hansı qanuna əsaslana bilməmişdir. Göründüyü kimi məhkəmə bu hala düzgün hüquqi qiymət verməmişdir. O ki qaldı göndərilmiş malların qalıq qiymətinə iddiaçının özünün də etiraf etdiyi kimi kürəkəni Cavabdeh2 ona 2019-cu ilin aprel ayında 116000 dollar nağd pul, “xxxx” MMC-nin yaşayış binasından qiyməti 207489 dollar olan 206,24 kv.m mənzil vermişdir. Ümumiyyətlə iddiaçı 373176 dollar məbləğində olan mallara dair sübut təqdim elməmişdir. Məhkəmə tərəfindən iddiaçı tərəfindən təqdim edilmiş “Faqihi Enterprises LLC” şirkətinin hesabdan çıxarışına əsasən Cavabdeh2 və Cavabdeh1 xx.xx.2019-cu il tarixə bocu 734098, 24 ABŞ dollar təşkil etməsini sübut kimi qəbul etməsi absurtdur. Çünki həmin çıxarış ciddi hesabat blankı hesab edilmir, həmin sübutu iddiaçı tərəfindən təqdim edilmişdir və istənilən məbləğ yazıla bilərdi, bununla bağlı heç bir ekspertiza aparılmamışdır. Cavabdeh2 nümayəndəsi və vəkili X13 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1255/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli, qətnaməsini ləğv edib, iddianın tamamilə rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətdə MPM-nin 9.3, 385.1.1; MM-in 375.2, 383, 439.1, 470-477, 1091, 1092, 1095-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Məsələnin mahiyyəti bundan ibarətdir ki, 20 ildən çoxdur ki, Bakı şəhərində idman mallarının satışı ilə məşğuldur. Təqribən 2011-ci ildə qaynatası Cavabdeh1 vasitəsilə İddiaçı ilə tanış olub. Novruz onun hazır biznesinə qoşulmaq istəyirdi. Onunla birgə biznes fəaliyyəti barədə razılaşdıq. Razılaşmalarına görə o xaricdən idman mallarını ona göndərməli, o, isə onları satmalı, gəliri və zərəri bölməli idilər. Belə də oldu. 2015-ci ildə baş vermiş devolvasiyaya qədər Novruz xaricdən cəmi ******* dollar dəyərində mallar göndərdi. Baxmayaraq ki, devolvasiya və başqa iqtisadi səbəblərə görə işlər yaxşı getməyib münasibətlərini qorumaq üçün həmin məbləği qəpiyinə kimi Novruza qaytarmışdır. Həmin məbləğin qaytarılmasını iddiaçı özü də etiraf edir. Tərəflər arasındakı birgə biznes fəliyyəti müqaviləsi təkcə gəliri deyil, zərəri də əhatə edir 1-ci instansiya məhkəməsi öz qətnaməsində tərəflər, yəni onunla İddiaçı arasında yaranmış hüquq münasibətinin xarakterini aydınlaşdırmamış, yalnız əsassız varlanma barədə müddəalara əsaslanmışdır. Halbuki, onunla İddiaçı arasında birgə biznes fəaliyyəti haqqında şifahi müqavilərazılaşma bağlanmışdır. Biznesdə isə mənfəətlə yanaşı zərər də olub İddiaçının da inkar etmədiyi kimi məlum devolvasiya nəticəsində məlum idman mallarını sata bilmədiyindən birgə biznesləri zərərə uğramışdır. Həmin zərərin yükü təkcə onun üzərində qala bilməz. Novruzla aralarında olan razılaşmaya uyğun olaraq zərər onunla aralarında bölüşdürülməlidir. Bu mənada təfərrüata varmadan qeyd edilməlidir ki, iddiaçının zərərə uğramış biznesə görə ondan göndərdiyi malların pulunu istəməsi əsassızdır. Buna baxmayaraq yuxarıda da bildirdiyi kimi ona qarşı narazı qalmaması üçün onun göndərdiyi malların pulunu məcbur olmasa da tam qaytarmışdır. Ona göndərilmiş malların dəyəri ******* dollar deyildir. İddiaçı ona qarşı irəli sürdüyü haqsız ittihamlar bundan ibarətdir ki, guya o ******* dollarlıq mal göndərmiş və həmin məbləğdən əvvəlcə ******* dollar, 2019-cu ildə X5 İdarəsində araşdırma zamanı isə 196215 dollar qaytarmış, hazırda isə 789098,24 dollar borclu qalmışdır. Əvvəla İddiaçı məhz ******* dollar məbləğində pul verməsi həqiqətə uyğun olmadığı üçün iş materialları ilə sübut olunmur. İddiaçı tərəf həmin məbləği təsdiq edəcək hər hansı sübutu (həmin sübut mövcud olmadığı üçün) məhkəməyə təqdim etməmişdir. Halbuki, MPM- in 77.1-ci maddəsinə əsasən hər bir tərəf istinad etdiyi halları sübut etmək vəzifəsi daşıyır. O, polisə verdiyi izahatda ******* dollarlıq mal aldığını bildirməmiş 1-ci instansiya məhkəməsi həmin məbləğin verilməsinin yeganə sübutu kimi DİN Baş X3 İdarəsində (BMCMİ) verdiyi izahata istinad etmişdir. Halbuki, heç vaxt və heç bir yerdə, həmçinin həmin İdarədə aparılan araşdırma zamanı da İddiaçı ******* dollarlıq mal aldığını bildirməmiş, bu barədə mövqeyini məhkəmədə qəti şəkildə ifadə etmişdir. Əgər sözləri Nəsimi məhkəməsi üçün belə 'mötəbər" idisə onda nəyə görə hüquqi status baxımından daha üstün və birbaşa sübut sayılan məhkəmədə dediyim izahatı deyil polisdə alınmış izahatı əsas götürür. MPM-in 9.3-cü maddəsinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən məhkəmədə müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla əsaslandırmalıdır. Bu maddənin tələbləri baxımından 1-ci instansiya məhkəməsi verilmiş malların qiymətini müəyyən edərkən yalnız bilavasitə məhkəmədə verilmiş izahatını əsas götürməli idi. Polisin aldığı izahatın mötəbərliyi Ümumiyyətlə indiki halda polisdə verdiyi izahatın mötəbərliyi və hüquqi statusuna şübhə ilə yanaşılmalıdır. Belə ki, əvvəla bu Cinayət Məcəlləsinin 297-ci maddəsində nəzərdə tutulmuş bilə-bilə yalan məlumat verməyə görə məsuliyyət xəbərdarlığı altında verilmiş ifadə deyil, belə bir xəbərdarlıq edilmədən verilmiş ilkin izahatdır. Həmin izahatı verərkən müdafiə hüququ təmin olunmamış, vəkilinin işitirakına şərait yaradılmamışdır. Belə olan təqdirdə DİN Baş X3 İdarəsində izahatın alındığı psixoloji vəziyyəti başa düşmək çətin deyildir. Bundan əlavə polisdə aparılmış araşdırma hər hansı bir qərarla yekunlaşmamış, sadəcə olaraq mübahisənin mülki xarakterli olması göstərilərək İddiaçı məhkəməyə müraciət etməsi adi bir məktubla tövsiyyə edilmişdir. Əgər polis araşdırma nəticəsində mübahisə üzrə hər hansı nəticəyə gələ bilsəydi onda mövcud təcrübəyə uyğun olaraq araşdırma üzrə qərar qəbul edib öz mövqeyini orada göstərə bilərdi. Lakin polis qurumu mülki mübahisə üzrə həqiqəti müəyyən edə bilmədiyi və ya etməli olmadığı üçün işin məhkəmədə baxılmalı olduğu qənaətinə gəlmişdir. Məhkəmə isə mübahisəni bilavasitə özünün məhkəmə iclaslarında tədqiq etdiyi sübutlarla əsaslandırmaq əvəzinə yeganə sübut kimi ondan polisdə alınmış izahata əsaslanıb hazırkı mübhəm qətnaməsini çıxarmışdır. İddiaçının özünün gətirdiyi dəlillər belə hazırkı iddianı təsdiq etmir. Polisdəki izahatların hazırkı işdə sübut kimi qəbul etsək belə orada yazılanlar iddianı, yəni onun İddiaçı borclu olmağını təsdiq etmir. Ümumiyyətlə, iddiaçının tələb etdiyi 789098,24 dollar borc təkcə sübut edilmədiyi üçün deyil, onun özünün gətirdiyi izah və dəlillərə görə də əsassız sayılır. Belə ki, iddiaçının göndərdiyi malların qiymətinin ******* dollar olduğunu və ******* dollar ödədikdən sonra ona hələ 985313 manat borcu qaldığını bir anlıq qəbul edilsə idi, əvvəla işin hallarında görünür ki, İddiaçı pul deyil mal almışdır. Özü də Azərbaycan Respublikasının ərazisində. Belə olan təqdirdə onun tələbi haqlı olsa belə malların qiymətini dollarda tələb etməsi əsassız və qanunsuzdur. Belə ki, malların qiyməti onlar verilən an Azərbaycan manatında olan dəyəri ilə hesablanmalıdır. Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Dollarla götürülsə belə devalvasiyalardan qabaq 1 manat = 0,78 dollar olan dövrdə ******* dollar ******* manat edirdi. İndiki 1 manat = 1,7 dollar məzənnəsi ilə götürdükdə isə həmin ******* manat ******* dollar edir. İddiaçının özünün etirafına görə isə ona cəmi ******* dollar pul ödəmişdir. Göründüyü kimi onun mallarının pulunu artıqlaması ilə yəni, 1,13 məzənnəsi ilə qaytarmışdır. Devolvasiya onlara ümumi təsir etdiyi üçün yaranmış fərqin yükünü niyə o, tək çəkməlidir ki? Nəticə etibarilə İddiaçı aldığı malların pulunu milli valyutalarında qaytarmalı idi və qaytarmışdır da. Digər tərəfdən hətta malların qaytarılması pulunu indiki məzənnəyə uyğun dollarla götürülsə belə iddiaçının hesabına görə qalıq pul 3 hissədən ibarətdir - 375615 dollar 4 illik gəlir, 231209 dollar Sədərək və X8 Novruza aid obyektlərin pulu, qalan 378489 dollar isə göndərilmiş malların qiymətinin qalığı. Gəlir tələbi yuxarıda da qeyd edildiyi kimi biznes zərərə uğradığı üçün əsassızdır. O, bu biznesdən özü pul qazansaydı iddiaçı da gəlirdən pay tələb etməkdə haqlı ola bilərdi. Lakin biznesdən gəlir olmayıb. Ticarət mərkəzlərindəki obyektlərə gəldikdə isə həmin obyektlərin və Novruzla birgə biznesləri aidiyyatı yoxdur. Onunla razılaşması yalnız göndərilən idman mallarının satışı ilə bağlı olub. Bu mənada sözügedən obyektlərə görə ödənilmiş pulun onun üzərinə qoyulması əsassız və qanunsuzdur. Əgər o obyektlər adına olsaydı hardasa iddianı haqlı saymaq olardı. Lakin obyektlərdən biri İddiaçı öz adına, digəri isə ona yaxın başqa bir şəxsin adınadır. Bundan əlavə İddiaçı həmin obyektlərin pulunu ondan tələb etmək üçün hüquqi əsası da yoxdur. Nə iddia ərizəsində, nə də məhkəmə baxışı zamanı belə bir hüquqi əsasa, hər hansı qanunun hansısa maddəsinə istinad edilməmişdir. 1-ci instansiya məhkəməsi də obyektlərlə bağlı pulu ondan tutarkən hər hansı qanuna əsaslana bilməmişdir. O ki qaldı göndərilmiş malların qalıq qiymətinə iddiaçının özünün də etiraf etdiyi kimi tərəfindən ona 2019-cu ilin aprel ayında 116000 dollar nağd pul, "xxxx” MMCnin yaşayış binasından qiyməti 207489 dollar olan 206,24 kv.m mənzil verilmişdir. Lakin yenə də bildirmək istəyir ki, qanuna və ədalətə qalsa ona bu qədər pul ödəməli deyildir. İddiaçının əsassız varlanma tələbi müddətə görə qüvvədən düşmüşdür. İddiaçının tələbi haqlı olsa belə ən yaxşı halda 2015-ci ilin əvvəlində birinci devalvasiyadan əvvəl yaranmış, məhz həmin vaxtdan iddiaçı öz hesabına görə onun pullarını qaytarmayaraq əsassız varlandığını güman etmiş, hüququnun pozulduğunu bilmişdir. Deməli MM-in yuxarıda göstərilən 1095-ci maddəsinə əsasən onun əsassız varlanma obyektini qaytarma tələbi 2 il sonra - 2017-ci ilin əvvəlində qüvvədən düşmüşdür. Hazırda o bu tələbi irəli sürə bilməz. MM-in 1095-ci maddəsindəki 2 il iddia müddəti deyil, kəsici müddət olduğu üçün 2019-cu ilin aprel ayında iddiaçıya ödəniş etməyi müddətin axımının kəsilməsinə, dayandırılmasına və ya bərpasına səbəb ola bilməz. Nəticə etibarilə, iddia tələbi digər əsaslı dəlillərlə yanaşı, həm də qanunda nəzərdə tutulmuş müddət ötdüyü üçün qüvvədən düşüb və rədd edilməlidir. Cavabdeh1 zamin kimi pulun tutulması tamamilə qanunsuzdur. İddiaçı öz iddia ərizəsində qaynatası Cavabdeh1 öhdəliyinə zamin kimi təqdim etmiş, məhkəmə isə həmin mövqe ilə razılaşaraq iddia məbləğinin həm də ondan tutulmasını qət etmişdir. Şübhəsiz ki, iddia tələbinin əsassız olması barədə yuxarıda göstərilən dəlillər eyni zamanda Cavabdeh1 münasibətdə də nəzərə alınmalıdır. Əlavə olaraq qeyd olunmalıdır ki, Cavabdeh1 ona zamin durmamış, sadəcə olaraq İddiaçı müraciətinə cavab olaraq biznes ortağı kimi ona tövsiyə etmiş, düzgünlüyünə zamin olduğunu bildirmişdir. Göründüyü kimi bunun hüquqi mənada zaminliklə bir əlaqəsi yoxdur. Bu öz yerində. İndi isə zaminliyin forması və müddətinə nəzər salaq. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Deməli, indiki halda Cavabdeh1 zamin olsaydı belə bu barədə yazılı müqavilə olmadığı üçün həmin zaminlik etibarsız sayılacaqdı. İşin əvvəlki abzasda göstərilən xüsusatları nəzərə alındıqda aydın olur ki, zaminə qarşı tələb irəli sürmək üçün müddət çoxdan buraxılmışdır. Ona görə də digər dəlillərlə yanaşı həm də tələb müddəti ötdüyü üçün zamin adı altında Cavabdeh1 qarşı yönəlmiş tələb rədd edilməlidir. Cavabdeh2 nümayəndəsi və vəkili X13 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, hüquqlarını müdafiə etdiyi şəxslə İddiaçı arasında 2011-ci ildən başlayaraq birgə bzineslə məşğul olmaq barəsində razılıq olduğunu, İddiaçının Dubay şəhərindən idman mallarını Azərbayacana göndərdiyini, təmsil etdiyi şəxsin isə həmin malları burada sataraq əldə edilən gəliri aralarında bölüşdürdüyünü, lakin sonradan 2015-ci ildən devalivasiya ilə əlaqədar olaraq aralarında problemlər yarandığını, İddiaçı tərəfindən 2011-ci il tarixdən 2015-ci il tarixədək 2 milyon 173 min dollar məbləğində mal göndərdiyini, lakin qarşı tərəfin bu məbləği 3 milyon 159 min dollar olduğunu iddia etdiklərini, lakin bununla bağlı heç bir sübut olmadığını, tərəflər arasında borc müqaviləsinin olmadığını, sadəcə şifahi razılıq olduğunu, Cavabdeh2 tərəfin borcun tam olaraq ödədiyini, qarşı tərəfin pul tələb etməsinin əsassız olduğunu, eyni zamanda əsassız varlanma ilə bağlı qanunvericiliklə müəyyən edilən illik kəsici müddəti ötürüldüyünü bildirmişdir. Cavabdeh2 məhkəmənin xx.xx.2020-ci il tarixli iclasında apellyasiya apellyasiya şikayətini müdafiə edərək, 2011-2015-ci illər ərzində iddiaçı ilə birgə ticarətlə məşğul olduqlarını, iddiaçının ******* dollar məbləğində mal göndərdiyini, bu müddət ərzində daha sonra devalivasiya ilə bağlı aralarındakı münasibətin pozulduğunu, son 116000 dollar borcunun qaldığını, lakin onu da 2019-cu ilin aprel ayında tam olaraq ödədiyini, borcun qarşılığı olaraq qarşı tərəfə mənzil də verildiyini, borcun qalmadığını, birgə biznes fəaliyyəti zamanı göndəilmiş mallardan əlavə 2 mülk alındığını, bunların “Karvansaray” Ticarət Mərkəzində və “Sədərək” Ticarət Mərkəzində yerləşən dükanlar olduğunu, onların başqa adamların adına olduğunu, həmin dükanda idman mallarının satıldığını, tərəflə dəfələrlə pulların hesablanması məqsədilə danışıqlarln ararıldığını, lakin hesablarının düz gəlmədiyini,“Karvansaray” Ticarət Mərkəzində yerləşən dükan aramızda olan ticarətin həyat keçirlməsi məqsədilə alındığını, “Sədərək” Ticarət Mərkəzində yerləşən dükanla isə əlaqəsinin olmadığını, sadəcə iddiaçının birgə ticarət nəticəsində əldə edilən və onun payına düşən puldan götürərərk həmin dükanı aldığını, onun da gedib pulu həmin şəxsə verərək dükanı aldığını, polisdə yazılan izahatın səhf olduğunu və onu təsdiq etmədiyini bildirmişdir. Cavabdeh1 nümayəndəsi vəkil X16 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək, hüquqlarını müdafiə etdiyi şəxsin cavabdeh olaraq qoyulmasının hüquqa zidd olduğunu, çünki tərəflər arasında zaminlik müqaviləsinin olmadığını, qanunvericiliyə əsasən zaminlik müqaviləsinin yazılı formada bağlanmasının müəyyən edildiyini, lakin belə bir müqavilənin mövcud olmadığını, Cavabdeh1 tərəfləri sadəcə olaraq tanış etdiyini, bundan əlavə məbləğləri də mübahisələndirildiklərək borcun tam olaraq ödənildiyini bildirmişdir. Cavabdeh1 məhkəmənin xx.xx.2020-ci il tarixli iclasında apellyasiya şikayətini müdafiə edərək, tərəflərlə aralarında heç bir zaminlik müqaviləsinin olmadığını, sadəcə olaraq İddiaçı ilə kürəkəni Cavabdeh2ı tanış etdiyini və ilkin danışıqlarda iştirak etdiyini bildirir. İddiaçının nümayəndəsii Vəkil məhkəmənin xx.xx.2020-ci il tarixli iclasında etirazı məhkəməyə təqdim edərək, apellyasiya şikayəti ilə razı olmadıqlarını, tərəfin bildirdiyi məbləğlər arasında ziddiyyət olduğunu, borcun ******* dollar olduğunu, bunu polisdə izahat zamanı verilən zaman təsdiq etdiklərini və borcun tam olaraq ödənilmədiyini, dəfələrlə müraciət etdikdən sonra araşdırma materialları üzrə polisdən yalnız izahatların nüsxələrinin ala bildiklərini bildirir. Etirazda qeyd edilmişdir ki, işin qısa mahiyyəti ondan ibarətdir ki, xarici ölkədə sahibkarlıq fəaliyyəti ilə məşğul olur və Bakı şəhərində bir sıra şəxslərlə tanışlığı var. Cavabdehlərdən Cavabdeh1 ilə uzun müddətdir ki, tanışdır. 2011-ci ildə o, kürəkəni, hazırda digər cavabdeh olan Cavabdeh2 idman mallarının alqı-satqısı ilə məşğul olduğunu bildirərək xahiş etdi ki, Turalla birlikdə bizneslə məşğul olur. Amil ondan xahiş etdi ki, Dubaydan idman mallarını Bakı şəhərinə göndərsin, Tural da həmin malları Bakı şəhərində satsın, sonra həmin malların pulunu ona qaytarsın. Amil həmçinin bu işə zamin olaraq bildirdi ki, əgər Turalla birgə işdə hər hansı bir problem olarsa, Tural pulu qaytarmazsa o öz evini, mülklərini satıb pullarını qaytaracaq. O, də Amilin sözünə görə bu məsələ ilə razılaşıb və Amil, Tural və o bu işin detallarını müzakirə ediblər. Amil bu müzakirə vaxtı da Turala bildirdi ki, bu işə zamin durub, burada başqa söhbət ola bilməz, o, bu işə cavabdehlik daşıyır. Tural isə onun dediyini qəbul edib təsdiq etdi. 2011-ci ildə Turalla birgə fəaliyyətə başladılar.İlk vaxtlarda Amilin nəzarəti altında Tural göndərilən malları alınaraq pulları qaytarıb. 2011-ci ildən başlayaraq hissə-hissə olmaqla Turala ******* ABŞ dolları məbləğində idman malları göndərmişdir. Tural göndərilən malların dəyərinin bir ssəsini, 986000 ABŞ dolları məbləğində malın pulunu bu günə qədər qaytarmamışdır. O, dəfələrlə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə görüşüb, üzərlərinə götürdükləri öhdəlikləri erinə yetirməyi, boclu qaldıqları həmin məbləği ödəməyi tələb edib. Eyni zamanda onlara izah etmişdir ki, o da həmin malları aldığı şirkətlərə borcludur və malların pulunu ödəməlidir. Cavabdehlər 2015-ci ilin aprel ayında ona söz verdilər ki, ümumi məbləği 2016-cı ilin sonunadək tam ödəyəcəklər. Onların verdikləri vədlərini təsdiq edən səs yazıları da vardır. Amil və Tural 2 il ərzində pulları qaytarmadıqlarına görə onların şirkət qaytarılmamış pulların aylıq faiz hissəsini tələb edir. O da həmin pulları qaytara bilmir. Buna görə də onlar onun barəsində hüquq mühafizə orqanlarına müraciət edəcəklərini bildirmişlər. Belə bir vəziyyətdə 2019-cu ilin əvvəllərində məsələ ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinə müraciət edib. Müraciət etməmişdən əvvəl cavabdehlərlə bir daha görüşüb məsələni sülh yolu ilə həll etməyi təklif etmişdir. Ancaq bu da nəticəsiz qalmışdır. Cavabdeh2 ona olan borcunu təsdiq edən, yəni aldığı və ödədiyi pullar göstərilən cədvəl mövcuddur, eyni zamanda Turala göndərilən mallara dair ciddi hesabat sənədləri var ki, həmin sənədlər əsasında hazırda tələb olunan borc məbləği müəyyən edilmişdir. Müraciəti əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsində aparılmış araşdırma prosesində Cavabdeh1 verdiyi izahatda təsdiq etmişdir ki, Novruza demişdir ki, kürəkəni Tural göndərilən malların satışı ilə məşğul ola bilər, əgər o, pulu qaytarmazsa pulun qaytarılmasına zamindir və cavabdehdir. Cavabdeh2 da müraciətilə bağlı həmin idarədə verdiyi izahatında təsdiq etmişdir ki, həqiqətən də ona göndərdiyi malların dəyəri təxminən ******* ABŞ dolları olmuşdur. Həmin göndərilən mallara görə təxminən ******* ABŞ dollarından artıq pul ödəmişdir. Həmçinin ticarət obyektləri almışdır və onları təmir etmişdir. Eyni zamanda ona təqdim edilən cədvəldə göstərilən pullardan gəlir kimi hesablanan 375615 ABŞ dollarını borc olaraq qəbul etmir. Bunu da o, devalvasiya ilə əlaqələndirmişdir. Cavabdeh2 tərəfindən Baş X3 İdarəsində özünün etiraf etdiyi borc məbləğindən bir hissəsi pulla və mənzillə ödənilmiş, qalan 55000 ABŞ dollarının 1 ay müddətinə ödəyəcəyi barədə xx xxxxx 2019-cu il tarixdə öhdəlik götürmüşdür, lakin sonradan həmin məbləği ödəməkdən imtina etmişdir. Cavabdeh2 götürdüyü öhdəlik üzrə borclu qaldığı həmin 55000 ABŞ dolları nəzərə alınmadan cavabdehlərin xx.xx.2019-cu il tarixə qalan borcları 734098,24 ABŞ dolları təşkil etmişdir. Həmin məbləğə dair məhkəmədə cavabdehlərə qarşı iddia qaldırılmış, məhkəmə prosesində Tural tərəfindən öhdəlik götürülərək sonradan ödənilməsindən imtina edilən 55000 ABŞ dolları da həmin tələbə əlavə edilmişdir. Məhkəməyə təqdim edilmiş sənədlər və cavabdehlərin Baş X3 İdarəsində verdikləri izahatlarmdakı etirafları əsasında işimi rayon Məhkəməsi tərəfindən ətraflı və hərtərəfli araşdırma aparılaraq iddia tələbini əsaslı hesab edilərək təmin edilmişdir. Apellyasiya şikayətində Cavabdeh2 onunla 2011-ci ildə digər cavabdeh olan qaynatası Cavabdeh1 vasitəsi ilə tanış olaraq biznes adiyyəti barədə razılığa gəldiklərini etiraf etmişdir. O, Baş Mütəşəkkil Cinayətkarlıqla lübarizə İdarəsində verdiyi izahatında “Sədərək” və “Karvan” ticarət mərkəzlərində iki obyekt aldığını göstərmişdir və qeyd etmişdir ki, “Sədərək” ticarət mərkəzindəki obyekti 103950 dollara, “Karvan” ticarət mərkəzindəki obyekti 127259 dollara alıb və tahmin obyektlərin alınmasına ümumilikdə 231209 dollar pul sərf etmişdir. Obyektlərdən birinin, yəni “Karvan” TM-də yerləşən obyektin müqaviləsi onun adındadır, “Sədərək” TM-də yerləşən obyektin müqaviləsi isə tanışlıqları Zahidin adınadır. Ancaq həmin obyektlərdən Tural istifadə etmişdir. Tural həmin obyektləri malların satışını həyata keçirmək üçün almışdır və hazırda da bu məqsədlə istifadə edir. Apellyasiya şikayətində Tural özü də etiraf edərək göstərir ki, ticarət mərkəzlərindəki obyektlərə gəldikdə isə həmin obyektlərin Novruzla birlikdə bizneslərinə aidiyyatı yoxdur. Onunla (qeyd: Novruzla) onun razılaşması yalnız göndərilən idman mallarının saatışı ilə bağlı olub. Bu mənada sözügedən obyektlərə görə ödənilmiş pulun onun üzərinə qoyulması əsassız və qanunsuzdur. Qeyd edilməsi zəruridir ki, o, borc məbləğinə dair verdiyi izahatda borcun 375615 dolların 4 illik gəlirdən, 231209 dollarının “Sədərək” və “Karvan” ticarət mərkəzlərində alman obyektlərin pulundan ibarət olmasını göstərmişdir. Qeyd edilməsi zəruridir ki, göndərilən malların satışından əldə edilən gəlirə görə Tural tərəfindən mənə 375615 ABŞ dolları verilməli idi. Həmin gəlir məbləğini o, özü hesablayıb çıxarmışdır, lakin o, 1 sent də olsun gəlir hesabına pul verməmişdir. Ancaq özü fəaliyyət göstərdikləri illər ərzində hər ay qazanc hesabına 5000 manat götürdüyünü öz əli ilə tərtib etdiyi hesabatda qeyd etmişdir. Eyni zamanda qeyd edilməlidir ki, borc əvəzinə verdikləri mənzilin hər kv.m üçün rəsmi müqavilə əsasında 1000 manat göstərildiyi halda apellyasiya şikayətində həmin mənzilin hər kv.m-ni 1000 ABŞ dolları məbləğində hesablamışlar ki, bu da real həqiqətə uyğun deyildir. Cavabdeh2 göndərilən idman malları ilə bağlı “Faqihi Enterprises LLC” şirkəti tərəfindən rəsmiləşdirilmiş sənədlər mövcuddur ki, həmin sənədlərdə də tərəfimdən iddia etdiyi məbləğdə malların göndərilməsi və Tural tərəfindən alınaraq satılmış mallara görə ödənilmiş məbləğlər çıxıldıqdan sonra qalıq məbləği əks olunmuşdur. Cavabdeh1 da Baş X3 İdarəsində verdiyi izahatında göstərmişdir ki, Novruza bildirmişdir ki, kürəkəni Tural idman mallarının satışı ilə məşğul ola bilər. Eyni zamanda ona bildirir ki, əgər Tural onun pulunu qaytarmasa, onun pulunun qaytarılmasına zamindir və cavabdehdir. Bundan sonra Novruzla Tural öz aralarında işləməyə başladılar. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 apellyasiya şikayətlərində Cavabdeh1 zaminliyinə dair Mülki Məcəllənin 470-477-ci maddələrinə istinad edərək zaminlik müqaviləsinin yazılı formasına riayət edilməməsini və iki il ərzində zaminə qarşı iddia qaldırılmadıqda həmin müqaviləyə xitam verilməli olduğuna istinad etmələri də əsassızdır. Cavabdehlərlə dəfələrlə üzbəüz görüşlərində onlar həmin borc məbləğini qaytaracaqlarına söz vermişlər. İndi isə belə məlum olur ki, onlar məqsədli şəkildə, borcu ödəməkdən yayınmaq üçün hər dəfə vaxtı uzatmağa çalışmışlar. Məhkəmə qətnaməsinin Mülki Məcəllənin əsassız varlanma maddəsi üzrə əsaslandırılmasına dair də apellyasiya şikayətinin dəlillərini əsassız hesab edirlər. Belə ki, həqiqətən də, satılmış malın dəyərinin onu göndərənə qaytarılmaması nəticədə mal satıb pulu özündə saxlayan şəxsin əsassız varlanmasına səbəb olur. Bu nöqteyi-nəzərdən məhkəmə qətnaməsi düzgün əsaslandırılmışdır.Göstərilənlərə əsasən müəyyən edilir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla məhkəmə qətnaməsinin ləğv edilməsi üçün hüquqi əsas yaratmır. İddiaçının nümayəndəsii vəkil X9 məhkəmə iclasında apellyasiya şikayətini qəbul etməyərək, borcun tam olaraq ödənilmədiyini, Cavabdeh1 zamin duraraq, cavabdehlər Cavabdeh2 pulu ödəyə bilməyəcəyi təqdirdə özünün ödəyəciyini bildirdiyini, Cavabdeh2 əldə etdiyi gəliri Cavabdeh1 verdiyini və bu pullarla onun mənzillər tikdirdiyini, araşdırma materialları üzrə polisdən yekun qərarın təqdim edəcəklərini bildirir. (Sonradan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Nərimanov RPİ-nin xx.xx.2020-ci il tarixli qərarını təqdim etmişdir) İddiaçı məhkəmənin xx.xx.2020-ci il tarixli iclasında apellyasiya şikayətini müdafiə edərək, 2011 ci ilin aprel ayından 2014-cü ilin 31 dekabrına kimi aralarında ticarət münasibətlərinin olduğunu, Cavabdeh2 Dubaya gələrək idman mallarını özünün seçdiyini, mallrın pulunun Dubayda olan özünə məxsus şirkət tərəfindən ödənildiyini, mallrın ölkəyə gömrükdən “kargo” vasitəsilə daxil olduğunu, lakin bunlara dair sənəd olmadığını, Cavabdeh1 onları tanış edərək Cavabdeh2 qarant durduğunu bildirdiyini, şirkət vasitəsi ilə ödənilən pulların özünə məxsus olduğunu bildirmişdir. Qeyd edilməlidir ki, İddiaçı nümayəndəsi vəkil X9 vasitəsi ilə soğu verilsədə, sorğuya cavab təqdim edilməmiş, “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Nərimanov RPİ-nin xx.xx.2020-ci il tarixli qərarı vəkil tərəfindən təqdim edilmişdir. Bu qərarla (onun qəbul edilmə tarixi ilə) birinci instansiya məhkəməsinin izahatlara istinad etdiyi sübut növünün mötəbərliyi istisna edilir. Belə ki, mülki prosessual qanunvericiliyin göstərişləri cinayət təqibi üzrə qüvvəyə minmiş qərarın mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburi olmasını ehtiva etdiyi halda, birinci instansiya məhkəməsində qətnamə qəbul edilən zaman hazırki qərar nəinki qüvvəyə minməmiş, heç mövcud belə olmamışdır. Bundan əlavə diqqətə çatdırılmalıdır ki, birinci instansiya məhkəməsinin (Cavabdeh2 və Cavabdeh1 xx.xx.2019-cu il tarixə bocu 734098,24 ABŞ dollar təşkil etməsi kimi) istinad etdiyi “Faqihi Enterprises LLC” şirkətinin hesabdan çıxarışı ilkin olaraq sübutların mümkünlüyü baxımından müzakirə edilməmişdir. Belə ki, sübut qismində təqdim edilmiş əcnəbi dil tərtibatında təsdiq etmə vasitələri ilə dərc edilən bu sənədin səciyyəsi və hüquqi statusu müəyyən edilmir. Birinci instansiya məhkəməsi şirkətin çıxarışına istinad edərək pulun tutulmasını qət etdiyi zaman iddiaçının qeyd edilən şirkət deyil fiziki şəxs olduğuna diqqət yetirməmiş, orada qeyd edilən cavabdehlərin borcunun kimə, hansı əsaslarla, nəyə görə mövcud olmasını və sair kimi xüsusatları müəyyən etməmişdir. Apellyasiya icraatı zamanı iddiaçı bu şirkətdə dövriyyə etdiyi pulların ona məxsus olduğunu qeyd etsədə buna dair sübutlar təqdim etməmişdir. Mülki prosessual qanunvericilik müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin hallarının başqa sübutlarla təsdiq oluna bilmədiyini ehtiva edir. Beləliklə, iddia tərəfinin isinad etdiyi sübutlar mümkünlük, aidiyyət və mötəbərlik baxımından müvafiq sənədləşmə (müqavilə, məxaric və mədaxil qəbzləri və s.) ilə dəqiq müəyyən edilməli olan pul-mal dövriyyəsi üzrə iddia tələbini təsdiq etmir və prosessual qanunvericiliklə müəyyən edilmiş etiraf etmə proseduru istisna edilməklə, ehtimallara (izahat, ifadə və sair bu növ yanakı sübutlara) əsasən belə əhəmiyyətli məsələdə iddianın xeyrinə qənaətin bərqərar edilməsi sui-istifadəyə şərait yaradan hal kimi yolverilməzdir. Apellyasiya şikayətlərində iddiaçının əsassız varlanma tələbi üzrə müddətə görə qüvvədən düşməsinə istinad edilməsinə isə qanuni zərurət mövcud deyil. Belə ki, bu zərurət iddianın mahiyyəti təsdiq edildiyi halda mövcud ola bilərdi. Mövcud olmayan (sübuta yetirilməyən) “əsassız varlanma”ya dair müddətin tətbiqi isə mümkünsüzdür. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası MMnin 21,385-388, 399, 470, 560, 739, 1091.; MPM 14.2, 76, 77.1, 52, 80-82, 106.2, 119.1, 191, 216, 217.3, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinin tələblərin nəzərə alalraq və iş üzrə təqdim edilmiş sübutlara əsasən mübahisələndirilən dəlillərə (hissəyə) münasibətdə araşdıran məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun qətnaməni düzgün əsaslandırılmamış, mülki (prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada cavabdeh tərəfindən etiraf edilməmiş) qanunvericiliklə əsassız varlanma üzrə münasibətləri tənzimləyən maddi hüquq normaları ehtimal edilən və mülki hüquqi əsası olmayan öhdəliyə tətbiq etmişdir. Ona görə, apellyasiya şikayətləri təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilməlidir. Məhkəmələrə müraciətlərlə əlaqədar ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərcləri isə (tələb olmadığından) tərəflərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdehlər Cavabdeh2 nümayəndəsi və vəkili X13 və Cavabdeh1 apellyasiya şikayətləri təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1255/2020 saylı işi üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə edilsin. İddiaçı İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı "pul tələbi"nə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5201/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5201/2020
14.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver