Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5203/2021 21.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Xəyal Sarıyev və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, şikayət vermiş şəxslər Elmir Qurbanov və Maraqlı şəxs vəkili və nümayəndəsi Vəkil1 və Cavabdeh1 X1 vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 X3 və Cavabdeh2 qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin 26.02.2021-ci il tarixli qərardadından X4 və Maraqlı şəxs vəkili və nümayəndəsi Vəkil1 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin qəbul etdiyi 01.12.2017-ci il tarixli qərardadla qərara alınıb ki, Bakı Şəhər İcra Hakimiyyətinin 02.05.2016-cı il tarixli, 167 №-li sərəncamı əsasında Cavabdeh1 X3 tərəfindən Nəsimi rayonu, Vaqif prospekti, 987-ci məhəllədə inşa edilmiş yaşayış binasından mənzillərin satışı cavabdehlərə və üçüncü şəxslərə iddianı təmin etmə tədbiri kimi qadağan edilsin. İşdə iştirak etməyən X4 və Maraqlı şəxs ayrı-ayrılıqda vəsatətlə məhkəməyə müraciət ediblər. X2 vəsatətində xahiş olunub ki, həmin yaşayış binasının 1-ci mərtəbəsində yerləşən, sahəsi 109,7 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinə aid hissədə 01.12.2017-ci il tarixli qərardad ləğv olunsun. Maraqlı şəxs vəsatətində xahiş olunub ki, həmin yaşayış binasının 1-ci mərtəbəsində yerləşən, sahələri 68,3 kv.m və 78,664 kv.mdən ibarət 2 qeyri-yaşayış sahəsinə aid hissədə 01.12.2017-ci il tarixli qərardad ləğv olunsun. Nəsimi Rayon Məhkəməsinin 26.02.2021-ci il tarixli qərardadı ilə qərara alınıb ki, vəsatətlər təmin edilməsin. Elmir Qurbanov və Maraqlı şəxs vəkili və nümayəndəsi Vəkil1 şikayət verərək xahiş edib ki, həmin qərardad ləğv edilsin, Elmir Qurbanov və Maraqlı şəxs vəsatətləri təmin edilsin. Məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Nəsimi Rayon Məhkəməsinin 26.02.2021-ci il tarixli qərardadı ləğv edilməli, Elmir Qurbanov və Maraqlı şəxs vəsatətlərinin rədd edilməsi barədə yeni qərardad qəbul olunmalıdır. Belə ki, Nəsimi Rayon Məhkəməsinin 01.12.2017-ci il tarixli qərardadı ilə Cavabdeh1 X3 tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti, 987-ci məhəllədə inşa edilmiş yaşayış binasından mənzillərin satışı qadağan edilib, həmin binadakı qeyriyaşayış sahələrinə münasibətdə qadağa tətbiq edilməyib. Göründüyü kimi, binadakı qeyriyaşayış sahələrinə münasibətdə iddianı təmin etmə tədbiri mövcud deyil. Mövcud olmayan iddianı təmin etmə tədbirinin ləğv edilməsi barədə vəsatət təmin edilə bilməz, çünki Mülki- Prosessual Məcəllənin 162-ci maddəsində mövcud olan iddianı təmin etmə tədbirinin ləğvindən bəhs olunur. Nəsimi Rayon Məhkəməsi 26.02.2021-ci il tarixli qərardadı ilə Elmir Qurbanov və Maraqlı şəxs vəsatətlərini ona görə rədd edib ki, vəsatətlər əsassız və qanunsuzdur. Lakin əsassız və qanunsuzluğun nədən ibarət olduğu göstərilməyib. Ona görə də qərardad ləğv edilməli və yeni qərardad qəbul olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin 26.02.2021-ci il tarixli qərardadı ləğv edilsin. X4 və Maraqlı şəxs tərəfindən verilmiş, Cavabdeh1 X3 tərəfindən Nəsimi rayonu, Vaqif prospekti, 987-ci məhəllədə inşa edilmiş yaşayış binasının 1-ci mərtəbəsində yerləşən, 109,7 kv.m, 68,3 kv.m və 78,664 kv.m-dən ibarət qeyri-yaşayış sahələrinə münasibətdə iddianı təmin etmə tədbirinin ləğv edilməsi barədə vəsatətlər təmin edilməsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-5203/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5203/2021
21.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver