Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5205/2020 11.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənova Ülkər Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onun nümayəndəsi və vəkili X12 iştirakları ilə, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-984/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 1 070 633 ABŞ dolları borcun müştərək qaydada iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-984/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, Cavabdeh2 borca görə ******* ABŞ dollarının ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və dövlət rüsumuna görə 30 manatın iddiaçının xeyrinə tutulması qət edilmiş, iddia ərizəsi qalan hissədə təmin edilməmişdir. İddiaçı tərəfindən qətnamə mübahisələndirilməmişdir. Cavabdeh2 və Cavabdeh1 qətnamədən birgə apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə Cavabdeh1 apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh2 qətnamədən apellyasiya şikayəti vermiş və apellyasiyaşikayətinin dəlilləri kimi qeyd etmişdir ki, rayon məhkəməsi onun iştirakı təmin edilməmiş, məhkəmə tərəfindən maddi və prosesual hüquq normaları pozulmuşdur. Bu səbəbdən, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək qeyd etdi ki, iddiaçı onun keçmiş arvadının əmisidir, arvadından 2018-ci ildə boşanmışdır. Həmçinin 1990-cı ildə Moskva şəhərində iddiaçının yanında işləmişdir, bu səbəbdən, onu yaxşı tanıyır. İddiaçıya 2014-cü ilin dekabr ayında avtomobil ehtiyat hissələrinin satışını təşkil etmək istədiyini bildirmiş, iddiaçı da onun işinə maraq göstərmiş, onun biznesinə yatırım etmək istədiyini bildirmişdir. Bundan sonra iddiaçı ona 2014-cü ilin dekabr ayından 2015-ci ilin aprel ayına kimi hissə-hissə olmaqla iddiaçının işçisi olmuş Cəfərov Fədayət vasitəsilə 600.000 ABŞ dolları göndərmişdir. O da, 2015-ci ildə “xxxx” MMC-ni təsis etmiş, Tayvan, Cənubi Koreya və Dubaydan avtomobil ehtiyyat hissələri gətirərək Bakıda topdan və pərakəndə satışını təşkil etmişdir. İddiaçı ona 2015-ci ilin axırına kimi yenə biznesə investisiya qoymaq məqsədilə pul göndərmiş, ümumilikdə isə ona ******* ABŞ dolları göndərmişdir. Bu pulların hamısı onun tərəfindən avtomobilin ehtiyyat hissələrinin biznesinə qoyulmuşdur. Sonradan dollar bahalaşmış, onun işləri də zəifləmişdir. Həmin vaxt, təxminən 2015-ci ildə öz işçisi Fədayət və tanımadığı Vüsal adlı şəxslə birlikdə iddiaçı onun Binəqədi rayonu, S.Axundov, ev 1 B ünvanında yerləşən 34 saylı mənzilinə gəlmiş, söhbət əsnasında Vüsalı ona təqdim edərək, Vüsalın Azərbaycanda qapı və mebel istehsalı, satışı və quraşdırılması ilə məşğul olduğunu, işlərinin yaxşı getdiyini, hal-hazırda Vüsalla birgə işlər gördüyünü və yaxşı qazanc əldə etdiyini bildirdi. Bu səbəbdən də, Vüsalla iş birliyini inkişaf etdirmək istədiyini bildirdi, ona görə də onunla avtomobil ehtiyyat hissələri biznesindəki şərikliyindəki pulları hissə-hissə Vüsala verməyi tapşırdı. Bundan sonra o, həmin pulları hissə-hissə Vüsala vermişdir. Sonradan iddiaçıya da, ona da məlum olmuşdur ki, Vüsal müflis olub, barəsində dələduzluqla bağlı cinayət işi açılıb. Həmin vaxt iddiaçı onun yanına gəlib pulun verilməsi ilə bağlı əlində bir sənəd olması üçün ondan formal qəbz yazmasını xahiş etmiş, o da razılaşaraq belə bir qəbz vermişdir. Onların arasında heç bir borc münasibəti olmamışdır. Qeyd etdikləri ilə bağlı o, Vüsal Abazərli barəsində aparılan cinayət işi üzrə verdiyi ifadələrdə də ətraflı məlumat vermişdir. Həmin cinayət işi üzrə o, zərərçəkmiş şəxs qismində tanınmışdır. İddiaçının pulların Vüsalda olduğunu bilə-bilə ona qarşı belə bir iddia qaldırması onun üçün gözlənilməz olmuşdur. Bu səbəbdən ki, sonuncu söhbətləri zamanı iddiaçı ilə razılığa gəlmişlər ki, pulun Vüsaldan alınması ilə bağlı birgə səy göstərəcəklər. Cavabdeh əlavə olaraq göstərdi ki, onun rəsmi qeydiyyat ünvanı Bərdə şəhəridir, orada yaşayır, sahibkarlıq fəaliyyəti ilə orada məşğul olur, rayon məhkəməsi işə ona məlumat vermədən, onu dinləmədən baxmışdır. O, digər Cavabdeh1 ilə 2018-ci ildə boşanmışdır, iddiaçı tərəf uydurma əsasla, formal olaraq keçmiş arvadını cavabdeh qoyaraq aidiyyət qaydalarını pozmaqla Binəqədi Rayon Məhkməsinə müraciət etmiş, rayon məhkəməsi də aidiyyət qaydadlarını kobud şəkildə pozmaqla işə baxmışdır, iddia ərizəsindəki imza da iddiaçıya aid deyil, saxtadır. Göstərilənlərə əsasən, apellyasiya şikayətinin təmin edilməsini və rayon məhkəməsi qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək qeyd etdi ki, iddiaçı onun əmisidir, əmisi ilə bu gün də münasibətləri çox yaxşıdır, əmisi ona ata əvəzidir. Digər Cavabdeh2 2018-ci ildə rəsmi boşanmışdır. Əmisinin onun keçmiş əri Cavabdeh2 ilə birlikdə əvvəllər iş birliyi olmuş, əmisi onun əri ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Həmin vaxt əri avtomobil ehtiyyat hissələrinin satışı ilə məşğul idi. Əmisi dəfələrlə onlarda olmuş, sonradan işlərinin zəifləməsi ilə bağlı sonuncu dəfə 2015-ci ildə əmisi işçisi Fədayət və tanımadığı Vüsal adlı bir şəxslə onların evinə gələrək Natiqlə olan biznesindəki pullarını artıq işlər yaxşı getmədiyi üçün hissə-hissə geri götürmək istədiyini, Vüsalın işinə investisiya qoymaq istədiyini bildirmiş, bu səbəbdən həmin pulları hissə-hissə Vüsala verməyi Natiqə tapşırmışdır. Əmisi tərəfindən Natiqə nəğd nə qədər pul verildiyini, həmin pulların nə qədər hissəsinin Vüsala verildiyini konkret bilmir, amma ümumi söhbətlərdən ona məlumdur ki, Natiq əmisinin tapşırığı ilə bir milyondan artıq pulu Vüsala vermişdir, əmisi pulu Natiqə borc deyil, birgə biznes qurmaq üçün göndərmişdir. Sonradan Vüsalın başqa adamların pullarını mənimsəyərək aradan çıxdığını və barəsində cinayət işinin olmasını eşitmişlər, əmisi də ərinin yanına gələrək pulun verilməsi ilə bağlı əlində yazılı sənəd olması üçün Natiqdən formal qəbz verməyini xahiş etmiş, həmin vaxt əmisinin Natiqlə də münasibətləri çox yaxşı olduğundan Natiq razılaşmış, eyni zamanda razılığa gəlmişlər ki bütün vasitələrdən istifadə edərək Vüsaldan pulu almaq üçün birgə səy göstərsinlər. Özünün guya ki, əmisindən borc alması ilə bağlı iddiada yazılanlar açıqaşkar uydurmadır, heş vaxt borc pula ehtiyacı olmamışdır, çox güman ki, bu işə Bakı şəhərində baxılmasına nail olmaq üçün düşünülmüşdür. Eyni zamanda, bildirdi ki, əmisi son iki ildə, 2018-ci ildən sonra Azərbaycana gəlməmişdir, iddia ərizəsindəki imza da əmisinə aid deyil, saxtalaşdırılmışdır. Bu səbəbdən apellyasiya şikayətinin təmin edilməsini və rayon məhkəməsi qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 nümayəndəsi və vəkili F.Kərimov apellyasiya şikayətini müdafiə edərək qeyd etdi ki, iddiaçı ilə Cavabdeh2 arasında heç bir borc münasibətləri olmamış, iddiaçı cavadeh Cavabdeh2 biznesinə investisiya qoymuşdur. Sonradan Cavabdeh2 işləri zəifləmiş, iddiaçı da Vüsal Abazərli adlı şəxslə ortaq biznes qurduğundan və həmin sahədə işləri yaxşı getdiyindən, Natiqlə ortaq biznesindəki pulları, V.Abazərli ilə yaratdığı biznesə transfer etmək istədiyini Natiqə bildirmiş, Natiq də buna razılaşmış, qərar gəlmişlər ki, həmin pulları Natiq hissə-hissə Vüsal Abazərliyə versin. Natiq iddiaçının tapşırığı ilə, birgə biznesindəki pulları hissə-hissə olmaqla V.Abazərliyə vermişdir. Bir müddət sonra eşitmişlər ki, Vüsal bir çox başqa şəxslərin də pulunu mənimsəyərək aradan çıxmışdır. Bundan sonra, iddiaçı pulun verilməsi ilə bağlı əlində bir yazılı sənəd olması üçün, Cavabdeh2 ona formal qəbz verməsini xahiş etmişdir. İddiaçı ilə Cavabdeh2 arasında yaxşı münasibət olduğu üçün həmin qəbzi vermişdir. Yasamal Rayon Polis İdarəsi İstintaq şöbəsinin icraatında olan X14 barəsində ********* nömrəli cinayət işi üzrə Cavabdeh2 zərərçəkmiş kimi tanınmışdır ki, bu da cavabdehin izahatının həqiqiliyini təsdiq edir. Həmin halları təsdiq edən başqa sübutları, şahidlərin də mövcud olduğunu bildirərək, cavabdehə sonuncu iclas barədə məlumat verilmədiyini, məhkəmə iclasının onların iştirakı olmadan və onlar dinlənilmədən keçirildiyini, bu səbəbdən də onların sübutları apellyasiya instansiyası məhkəməsinə təqdim etmək məcburiyyətində qaldıqlarını qeyd edərək, şahidlər F.Cəfərov və M.Həsənovun dindirilməsini xahiş etdi. Eyni zamanda, nümayəndə F.Kərimov (məhkəməyə yazılı vəsatət təqdim edərək) bildirdi ki, hazırkı iş üzrə ərazi aidiyyəti pozulmuşdur. Belə ki, Cavabdeh2 Bərdə rayonunda qeydiyyatdadır, digər cavabdeh isə Bakı şəhəri, Binəqədi rayonunda qeydiyyatdadır. İddiaçı cavabdehlərin ər-arvad olması, onlara verdiyi pulları ümumi təsərrüfata xərclədiklərinə əsaslanaraq, hər ikisini cavabdeh qoymuş, cavabdehlərdən Cavabdeh1 Binəqədi rayonunda qeydiyyatda olduğu üçün iddia ərizəsini Binəqədi Rayon Məhkəməsinə vermişdir. Halbuki, cavabdehlər 2018-ci ildə boşanıblar. Hesab edir ki, Cavabdeh2 mülki hüququnun müstəqil subyekti olduğundan və o, Bərdə rayonunda qeydiyyatda olduğundan iddia ərizəsi aidiyyət qaydaları pozulmaqla verilmişdir. Digər Cavabdeh1 qarşı iddianın əsaslandırılmaması, hər hansı sübutun olmaması, həmin cavabdehə aid hissədə iddia tələbinin rədd edilməsinə baxmayaraq iddiaçının qətnamənin həmin hissəsini mübahisələndirməməsi də bunu təsdiq edir. Bu səbəbdən, ərazi aidiyyəti pozulduğu üçün qətnamənin ləğv edilərək iş üzrə icraata xitam verilməli olduğunu bildirdi. Nümayəndə, həmçinin məhkəməyə digər bir vəsatət təqdim edərək bildirdi ki, iddia ərizəsindən onun həm nümayəndə, həm də vəkil kimi Nümayəndə və iddiaçının özü tərəfindən imzalandığı görünür. İş materiallarının 8-ci vərəqində olan xx.xx.2019-cu il tarixi vəkil orderi 3786 nömrəli müqaviləyə əsasən verilmişdir, həmin orderdə iddiaçı vəkilə yalnız sənədlərin toplanmasını tapşırmışdır, bu tapşırıq nümayəndənin məhkəmədə çıxış etmək səlahiyyətlərini nəzərdə tutmur. Həmçinin İddiaçı iddia ərizəsihdəki imzası ilə vəkilə verdiyi etibarnamədəki və digər sənədlərdə olan imzaları arasında aşkar uyğunsuzluqlar var, əlavə olaraq Cavabdeh1 də bir mənalı şəkildə bildirdi ki, əmisi 2018-ci ildə sonra azərbaycana gəlməmişdir. Belə olan halda, 05.12.19-cu il tarixli məhkəməyə daxil olmuş iddia ərizəsinin ona aid olmasi mümkünsüzdür, bu səbəbdən də, iddia ərizəsidəki həmin imzanın ona aid olub-olmamasının müəyyən edilməsi üçün xətşünaslıq ekspertizası keçirillməli, ya da MPM-in 259.0.3-cü maddəsinə əsasən, iddia ərizəsi səlahiyyəti olmayan şəxs tərəfindən imzalanması əsası ilə baxılmamış saxlanılmalıdır. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti ilə razılaşmayaraq qeyd etdi ki, Cavabdeh1 apellyasiya şikayəti verməsi absurddur, çünki o qətnamənin ləğv edilərək, iddianın rədd edilməsini xahiş etdir. Halbuki, qətnamə ilə iddia ona aid hissədə rədd edildiyindən onun apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə vəkil qeyd etdi ki, mülki işin 38 və 39-cu vərəqlərində qəbzlər mövcuddur. Cavabdeh2 xx.xx.2014-cü il tarixdə imzaladığı qəbzdən müəyyən olunur ki, o, İddiaçı xx.xx.2016-cı il tarixədək qaytarmaq şərti ilə 760 000 ABŞ dollarını almışdır. Mülki işdə olan Cavabdeh2 xx.xx.2015-ci il tarixdə imzaladığı qəbzdən müəyyən olunur ki, o, İddiaçı 2017-ci ildək qaytarmaq şərti ilə 250 000 ABŞ dollarını borc almışdır. Həmin qəbzlərdəki imzanın və yazının ona aid olmasını Cavabdeh2 mübahisələndirmir. Bu səbəbdən, şikayətin əsassız olduğunu bildirdi və təmin edilməməsini xahiş etdi. Sübuların tədqiqi: Cavabdeh2 xx.xx.2014-cü il tarixdə imzaladığı qəbzdən müəyyən olunur ki, o, iddiaçıdan xx.xx.2016-cı il tarixədək qaytarmaq şərti ilə 760 000 ABŞ dollarını almışdır. Cavabdeh2 xx.xx.2015-ci il tarixdə imzaladığı qəbzdən müəyyən olunur ki, o, iddiaçıdan 2017-ci ildək qaytarmaq şərti ilə 250 000 ABŞ dollarını borc almışdır. DİN Baş X2 İdarəsinin xx.xx.2020-ci il tarixli 007-2617-1220 saylı məktubundan müəyyən olunur ki, Rusiya Federasiyasının vətəndaşı X4 həyat yoldaşı olan iddiaçının pulunun Cavabdeh2 tərəfindən ələ keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinə daxil olmuş müraciətinə baxılmış və tərəflər arasında birgə kommersiya fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə verilmiş pul vəsaitlərinin qaytarılmaması səbəbindən yaranmış mübahisənin mülki xarakterli olması müəyyən edilməklə mülki mühakimə icraatı qaydasında məhkəmədə baxılması qənaətinə gəlinmişdir. BMCMİ-nin İstintaq və X7 bölməsinin baş təhqiqatçısı Y.X3 vətəndaşı X4 (O, hazırkı İddiaçı arvadıdır) müraciətinin araşdırılmasının nəticəsinə dair tərtib etdiyi arayışdan müəyyən olunur ki, X9 Daxili İşlər Nazirliyinə ünvanladığı müraciətində həyat yoldaşı olan iddiaçının 2014-cü ildən 2018-ci ilədək olan müddət ərzində qohumu Cavabdeh2 Azərbaycan Respublikasında biznes qurması məqsədi ilə 1 304 804 ABŞ dolları pul verdiyini və Cavabdeh2 həmin pulu ələ keçirdiyini bildirmişdir. Araşdırma zamanı məlum olunmuşdur ki, Sklyarova Yelenanın həyat yoldaşı İddiaçı birgə iş qurmaq üçün qohumu Cavabdeh2 külli miqrdarda pullar vermiş, sonuncu da həmin pulu İddiaçı göstərişi ilə işin təşkili məqsədi ilə X10 vermişdir. Cavabdeh2 1 080 000 ABŞ dollarının dələduzluq yolu ilə ələ keçirilməsi ilə bağlı Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək Vüsal Abazərli barəsində analoji faktlar əsasında Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə xx.xx.2019-cu il tarixli qərarla zərərçəkmiş şəxs qismində tanınmış və ifadəsi alınmışdır. Cavabdeh2 Yasamal RPİ-nin istintaq şöbəsinin müstəntiqi N.Şiriyevə verdiyi izahatından müəyyən olunur ki, o, xx.xx.2014-cü il tarixdə həyat yoldaşı Cavabdeh1 əmisi İddiaçıla söhbət edərkən avtomobillər üçün ehtiyat hissələrini xaricdən gətirib Azərbaycanda parakəndə satışını təşkil etmək istəməsini bildirmiş, İddiaçı onun qurmaq istədiyi biznesə maraq göstərib onun biznesinə yatırım etmək niyyətində olduğunu demiş, bu məqsədlə İddiaçı 2014-ci ilin dekabr ayından 2015-ci ilin aprel ayına kimi hissə-hissə olmaqla təxminən 600000 ABŞ dollarını Moskva şəhərindən ona göndərmişdir. O, 2015-ci ildə xxxx MMC təsis etmiş, ehtiyat hissələri almaq üçün Tayvana, Cənubi Koreyaya və Dubaya getmiş, orada ehtiyat hissələrini göndərə bilən müəsisələrlə danışıqlar aparmış, razılaşmalar əldə etmişdir. Şirkətin əsas fəaliyyət növü Xətai rayonunda Babək prospektində yerləşən mağazada avtomobil ehtiyat hissələrini pərakəndə və topdan satmaq olmuşdur. Şirkətin adına Tayvandan 2, Koreyadan 2, Dubaydan da 1 konteyner mallar gəlmiş və 2015-ci ilin sonuna gədər İddiaçı ona əlavə pullar göndərmiş və ümumilikdə ona verdiyi pulların məbləği 1 380 000 ABŞ dolları təşkil etmişdir. Həmin gündən pullar tərəfindən avtomobil ehtiyat hissələrinin satışı üçün qoyulmuşdur. Həmin ərəfədə devalvasiya baş verdiyindən o, aldığı ehtiyat hissələrini zərərlə satıb ehtiyat hissələri ilə əlaqədar biznesini Bakı şəhərində dayandırmış, yalnız Bərdədə ehtiyat hissələri satan kiçik mağazanı işlədir. 2015-ci ilin aprel ayında İddiaçı dostu F.Cəfərovla və Vüsal adlı şəxslə onun yaşadığı Binəqədi rayon X17 ev 1 B ünvanda yerləşən 34 saylı mənzilə gələrək onu Abazərli Vüsal adlı şəxslə tanış edib Vüsal Abazərlinin Azərbaycanda qapı, mebel istehsalı, satışı və quraşdırması ilə məşğul olduğunu bildirmiş, özünün də Vüsal Abazərli ilə birlikdə işlər görüb yaxşı qazanc əldə ediyini demişdir. Daha sonra İddiaçı ona verdiyi pullardan Vüsala da verməsini onun məşğul olduğu qapı, mebel istehsalı, satışı və quraşdırması ilə bağlı olan biznesinə şərik olub ondan yaxşı qazanc əldə etmələrini demişdir. O, İddiaçı sözünə inanıb 2015-ci ilin aprel ayından başlayaraq İddiaçı ona verdiyi puldan Vüsal Abazərliyə hissə-hissə cəmi 200000 ABŞ dolları vermişdir. Əvvəllər verdiyi pulların müqabilində Vüsal Abazərli bir neçə dəfə ona hissə-hissə olmaqla, cəmi 10000 dollar pul vermişdir. Vüsal ona aldığı pulun qaytarılmasının gecikdirməsinin səbəbini satışdan əldə etdiyi qazancı yenidən biznesinə yatırması ilə izah etmişdir. Bu səbəbdən o, Vüsaldan 200000 ABŞ dolları pulun müqabilində ona hər hansı bir əmlakı təminat kimi girov qoymasını tələb etmiş, razılaşma əsasında Vüsal mülkiyyətində olan Nabranda yerləşən torpaq sahəsini alqı-satqı müqaviləsinə əsasən onun adına keçirmişdir. Bundan sonra o, Vüsala yenidən hissə-hissə 700000 ABŞ dolları vermiş, lakin Vüsal ondan aldığı cəmi 900000 ABŞ dollarını ona qaytarmamış, 2016-cı ilin yanvar ayında isə Vüsalın həbs olunması ona məlum olmuşdur. 2016-cı ilin yazında həbsdən çıxdıqdan sonra Vüsal ondan aldığı pullarının geri qaytarılması üçün möhlət verilməsini, mebel, qapı istehsalının yenidən təşkil etmək üçün ona əlavə pul verməsini xahiş etmişdir. 2016-cı ilin aprel ayından 2016-cı ilin dekabr ayına kimi Vüsal Abazərli ondan hissə-hissə olmaqla ümumilikdə 180000 ABŞ dolları pul almışdır. Bu günə kimi Vüsal Abazərlinin ona olan borcu (900000 ABŞ dollar + 180000 ABŞ dollar) 1 080 000 ABŞ dollar təşkil edir. Həmin borcu Vüsal Abuzərli ona qaytarmamışdır. X8 xx.xx.2018-ci il tarixli iltizamının surətindən müəyyən olunur ki, X1 Natiq Əkbər oğluna borclu olduğu 140000 ABŞ dollarını iki il müddətinə qaytaracağını öhdəsinə götürmüşdür. Cavabdeh2 vəkili F.Kərimov məhkəməyə “Bakcell” tərəfindən xx.xx.2020-ci il tarixdə göndərilmiş sorğuya cavabı təqdim etmişdir, həmin məktubdan görünür ki, X5 adına Bakcell sistemində hər hansı nömrə qeydiyyatdan keçməmişdir. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X11 ifadə verərək göstərdi ki, Yusifi də Natiqi də yaxşı tanıyır, münasibətləri yaxşıdır. Yusif Moskvada bizneslə məşğuldur, o da Moskvada bir müddət Yusifə aid olan mağazaların idarəçiliyini həyata keçirmişdir. Natiq avtomobil ehtiyyat hisələrinin biznesi ilə məşğul olmuş, Yusif onun biznesinə şərik olmaq qərarına gəlmişdir. Yusif bu işə bir milyondan artıq pul yatırmışdır, həmin pulları o özü, Cavabdeh2 verib. Sonradan Natiqin işləri zəifləmiş, o, Yusif və Vüsalla birlikdə Natiqgilə getmiş, həmin vaxt X21 təqdim edərək Vüsalın mebel biznesi və qapı düzəldilib quraşdırılması ilə məşğul olduğunu bildirmiş, onun işinə pul qoymaq istədiyi üçün onunla birgə iş üçün verdiyi pulları hissə-hissə Vüsala verməyi tapşırmış, Natiq də onun tapşırığı ilə həmin pulları onun vasitəsi ilə Vüsala verirdi, lakin Vüsala verilən pulun ümumi məbləğini və dəqiq tarixini bilmir, həmin məbləğin 1 mln dollardan artıq olduğunu bildirdi. Pulun Vüsala verilməsi ilə bağlı hər dəfə İddiaçı məlumat verirdi. Yusif də pulun Vüsalda olduğunu bilir. Sonradan məlum oldu ki, Vüsal başqa başqa şəxslərdən də böyük məbləğdə pullar alıb və aradan çıxıb, barəsində cinayət işi var. Vüsalın ona da 5000 borcu var, aralarında məhkəmə mübahisələri də olub. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X13 ifadə verərək göstərdi ki, Vüsal Abazərli ilə həm qonşu olub, həm də 7 il birlikdə işləyiblər. Vüsal mebel biznesi və qapıların düzəldilməsi və quraşdırılması ilə məşğul idi, Yusif, Fədayət Natiq, onun işlədiyi mebel mağazasında olmuşlar, onların söhbətləri əsnasında da ona məlum olmuşdur ki, Yusifin həm Natiq, həm də Vüsalla şərikli biznesi olmuşdur. Sonradan eşitmişdir ki, Vüsal bir çox adamların, o cümlədən Yusifin də pullarını mənimsəyərək aradan çıxmışdır, bildiyinə görə barəsində cinayət işi var axtarışdadır. X20 nə qədər pul göndərdiyini, Natiqin Vüsala nə qədər pul verdiyini dəqiqliyi ilə bilmir. Hüquqi dəyərləndirmə: Prosessual məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə Cavabdeh1 apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. Bu səbəbdən, hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh2 şikayətinə əsasən, ona aid (iddia tələblərinin təmin olunduğu) hissədə tam yoxlayır. Məhkəmə kollegiyası MPM-in 372.7-ci maddəsinin prosessual hüquq normalarına riayət edilməsinin yoxlanması ilə bağlı göstərişindən çıxış edərək aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 nümayəndəsi və vəkili F.Kərimov vəsatətlə çıxış edərək, iddia ərizəsinin iddiaçı tərəfindən imzalanmaması, vəkilin səlahiyyəti olmaması barədə dəlilinə münasibətdə qeyd edir ki, iddia ərizəsində, etibarnamədə, eləcə də cavabdeh tərəfin təqdim etdiyi sənəddə İddiaçı aid edilən imzalar arasında vizual fərqlərin olduğu sezilsə də, bu hal qətnamənin ləğv edilərək iddia ərizəsinin baxılmamış saxlanması üçün əsas ola bilməz. Çünki, MM-in 357-ci maddəsinə görə əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Həmçinin, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür (MM, maddə 777.1.) Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir (MM, maddə 777.2.) . Özgəsinin (sahibkarın) işlərini tapşırıq və ya digər əsas olmadan aparan şəxs (icraçı) onu vicdanla aparmağa borcludur (MM, maddə 1087.1.). İşlərin tapşırıqsız aparılmasını sonradan sahibkar bəyəndikdə bu bölmənin müddəaları əvəzinə tapşırıq haqqında müddəalar tətbiq olunur (MM, maddə 1087.2.). Hazırkı iş materialarının 7-ci vərəqində olan xx.xx.2019-cu il tarixli etibarnamədən görünür ki, İddiaçı Nümayəndə beş il müddətinə olmaqla işlərin aparılması ilə bağlı bir sıra səlahiyyətlər vermişdir, həmin səlahiyyətlər sırasında iddia ərizəsinin imzalanması xüsusi ilə göstərilmişdir. Bundan başqa, xx.xx.2019-cu il tarixli, 3786 saylı orderdən görünür ki, iddiaçı Ə.Yusifov Bakı şəhər 5 saylı Vəkil Bürosunun vəkili Nümayəndəla hüquqi yardım göstərilməsi ilə bağlı müqavilə bağlamış, həmin müqavilədə tapşırıq kimi sənədlərin toplanması qeyd edilmişdir (i/v səh. 8) Belə olan halda məlum olur ki, hazırkı iddia ərizəsi iddiaçının maraqlarına uyğundur və çox böyük ehtimalla onun hazırkı iddia ilə çıxış etməklə bağlı iradəsinin olduğu müəyyən olunur. Beləliklə də, vəkil F.Kərimovun iddia ərizəsinin səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmaması, başqa sözlə, iddiaçının iradəsinin olmaması ilə bağlı dəlili ilə əlaqədar işin yuxarıda qeyd olunan faktiki halları və istinad olunan maddi hüquq normalarının sistemli təhlilinə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, hazırkı halda həmin dəlili ərizənin baxılmamış saxlanılması üçün əsas ola bilməz. Cavabdehin nümayəndəsi və vəkili F.Kərimovun digər vəsatəti ərazi aidiyyətinin pozulması ilə bağlı olmuşdur. Bununla bağlı cavabdehin dəlili ondan ibarətdir ki, iddia ərizəsi Cavabdeh1 aid hissədə, ümumiyyətlə, əsaslandırılmamışdır, ona qarşı tələbə dair hər hansı sübut təqdim edilməmişdir, eyni zamanda rayon məhkəməsi, ona aid hissədə iddia tələbini rədd etsə də, iddiaçı qətnamənin həmin hissəsini mübahisələndirməmişdir. İddiaçı düşünülmüş şəkildə, Bərdə Rayon Məhkəməsinə aid olan işə Bakıda baxılmasına nail olmaq üçün Cavabdeh1 formal olaraq cavabdeh kimi göstərmişdir. Bununla bağlı Kollegiya qeyd edir ki, iddiaçı iki cavabdeh göstərmişdir: - Cavabdeh2- qeydiyyat ünvanı ünvan 2 -Cavabdeh1 - qeydiyyat ünvanı isə ünvan 3 mənzil 34 (i/v, səh 6) MPM-in 36.2-ci maddəsinə görə, rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Belə olan halda, aydın olur ki, cavabdehin vəkili F.Kərimovun ərazi aidiyyətinin pozulması barədə vəsatəti də əsaslı deyildir və onun göstərdiyi xüsusatlar isə işin mahiyyəti ilə bağlıdır. Bundan başqa, cavabdeh rayon məhkəməsində sonuncu iclas barədə lazımi qaydada xəbərdar edilmədiyini, rayon məhkəməsi tərəfindən göndərilmiş sms bildirişdən məlumatı olmadığını, ümumiyyətlə, həmin telefon nömrəsinin ona məxsus olmadığını bildirmişdir. Mülki iş materiallarında olan elektron sistemdən çıxarışdan görünür ki, rayon məhkəməsi xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli məhkəmə iclasları barədə Cavabdeh2 məhkəmə iclası barədə 055 894 84 72 telefonnömrəsinə sms bildiriş göndərmişdir (i/v səh. 29) Bununla bağlı, Cavabdeh2 vəkili F.Kərimov məhkəməyə “Bakcell” tərəfindən xx.xx.2020-ci il tarixdə göndərilmiş sorğuya cavabı təqdim etmişdir, həmin məktubdan görünür ki, X5 adına Bakcell sistemində hər hansı nömrə qeydiyyatdan keçməmişdir. Bundan başqa, mülki iş materiallarından görünür ki, məhkəmə iclası barədə bildiriş poçt vasitəsilə göndərilsə də, həmin bildirişin cavabdehlər tərəfindən alınmasına dair mülki iş materiallarında hər hansı sübut aşkar olunmamışdır (i/v səh 34). Bununla da müəyyən olunur ki, cavabdeh həqiqətən də məhkəmə iclaslarından məlumatsız olmuşdur və birinci instansiya məhkəməsinin işə onun iştirakını təmin etmədən baxmasına dair apellyasiya şikayətinin dəlili əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.2.2-ci maddəsi işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini şərtləndirir. Məhkəmə kollegiyasıtərəflərin izahatını və şahid ifadələrini dinləyərək, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə qismən, iddia tələbinin təmin olan hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi həmin hissədə də (Cavabdeh2 borca görə iddiaçının xeyrinə pulun tutulmasına dair hissədə) rədd edilməlidir. Məhkəmə ilk növbədə iddia tələbinin qanuni əsasını yoxlamalıdır. Hazırkı halda iddiaçının tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin (daha sonra MM) 739-cu maddəsi təşkil edir. Həmin normanın tələbinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (maddə 739.1) Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir(MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə kollegiyası qeyd edir ki, MPM-nin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və iş üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən qanunla müəyyən olunmuş qaydada əldə edilmiş məlumatlar sübut hesab olunur. Həmin məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, eləcə də işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2). İddiaçı hazırkı tələbi ilə bağlı məhkəməyə sübut kimi yalnız iki qəbz təqdim etmişdir. Həmin qəbzdə aşağıdakılar qeyd edilmişdir. 1.Cavabdeh2 xx.xx.2014-cü il tarixdə imzaladığı qəbzdən müəyyən olunur ki, o, İddiaçı xx.xx.2016-cı il tarixədək qaytarmaq şərti ilə 760 000 ABŞ dollarını almışdır. 2.Cavabdeh2 xx.xx.2015-ci il tarixdə imzaladığı qəbzdən müəyyən olunur ki, o, İddiaçı 2017-ci ildək qaytarmaq şərti ilə 250 000 ABŞ dollarını borc almışdır. Cavabdeh iddiaya qarşı etirazında həmin qəbzin başqa məqsədlə verildiyini, reallıqda isə iddiaçı ilə onun arasında borc münasibətləri yox, iş birliyinin olduğunu, iddiaçının həmin pulları ona birgə iş görmək, sahibkarlıq fəaliyyət ilə məşğul olaraq gəlir əldə etmək üçün verdiyini qeyd edir. Bununla yanaşı, Cavabdeh2 bildirmişdir ki, dolların bahalaşması ilə əlaqədar olaraq onun işləri zəifləmiş, iddiaçı da Abazərli Vüsal adlı şəxsin işlərinin yaxşı getdiyini onun biznesinə investisiya qoymaq istədiyini bildirmiş, bu məqsədlə, ona verdiyi pulları Vüsala verməsini tapşırmış, o da öz növbəsində həmin pulları Vüsala vermişdir. Cavabdeh etirazının əsası kimi öz izahatı ilə yanaşı aşağıdakı sübutları təqdim etmişdir: - Cavabdeh1 izahatı -Yasamal Rayon Polis İdarəsi İstintaq şöbəsinin icraatında olan X14 barəsində ********* nömrəli cinayət işi üzrə Cavabdeh2 zərərçəkmiş şəxs qismində tanınmasına dair xx.xx.2019-cu il tarixli qərarın surəti - həmin cinayət işi üzrə onun xx.xx.2019-cu il tarixdə vermiş olduğu izahatının surəti. - şahid M.Həsənovun ifadəsi; - şahid F.Cəfərovun ifadəsi; Bundan başqa, mülki iş materiallarında olan BMCMİ-nin İstintaq və X7 bölməsinin baş təhqiqatçısı Y.X3 vətəndaşı X4 müraciətinin araşdırılmasının nəticəsinə dair tərtib etdiyi arayışdan müəyyən olunur ki, X9 (O, hazırkı İddiaçı arvadıdır) Daxili İşlər Nazirliyinə ünvanladığı müraciətində həyat yoldaşı olan iddiaçının 2014-cü ildən 2018-ci ilədək olan müddət ərzində qohumu Cavabdeh2 Azərbaycan Respublikasında biznes qurması məqsədi ilə 1 304 804 ABŞ dolları pul verdiyini və Cavabdeh2 həmin pulu ələ keçirdiyini bildirmişdir. Araşdırma zamanı məlum olunmuşdur ki, Sklyarova Yelenanın həyat yoldaşı İddiaçı birgə iş qurmaq üçün qohumu Cavabdeh2 külli miqdarda pullar vermiş, sonuncu da həmin pulu İddiaçı göstərişi ilə işin təşkili məqsədi ilə X10 vermişdir. Cavabdeh2 1 080 000 ABŞ dollarının dələduzluq yolu ilə ələ keçirilməsi ilə bağlı Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək Vüsal Abazərli barəsində analoji faktlar əsasında Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə xx.xx.2019-cu il tarixli qərarla zərərçəkmiş şəxs qismində tanınmış və ifadəsi alınmışdır (i/v 42-43). İşə apellyasiya qaydasında baxılarkən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli sorğusuna əsasən, Yasamal Rayon Polis İdarəsi İstintaq şöbəsinin icraatında olan X14 barəsində ********* nömrəli cinayət işi üzrə cinayət işinin başlanması, təqsirləndirilən şəxs qimində cəlb etmə, zərərçəkmiş şəxs qismində tanınma barədə qərarları, eləcə də, təqsirləndirilən və zərərçəkmiş şəxslərin ilkin izahatlarının (ifadələrinin) təsdiq edilmiş surətləri istənilmişdir. Yasamal Rayon Polis İdarəsi İstintaq şöbəsi tərəfindən Məhkəməyə göndərilmiş materiallardan müəyyən olunur ki, Vüsal Abazərli barəsində analoji faktlar əsasında Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrəCavabdeh2 xx.xx.2019-cu il tarixli qərarla Vüsal Abazərli tərəfindən ******* ABŞ dollarının mənimsənilməsi epizodu üzrə zərərçəkmiş kimi qismində tanınmışdır. Eyni zamanda müəyyən olunmuşdur ki, Cavabdeh2 həmin cinayət işi üzrə xx.xx.2019-cu il tarixdə vermiş olduğu ifadə də hazırkı məhkəmə iclasındakı izahatı ilə mahiyyət etibarı ilə eyniyyət təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1-ci maddəsinə görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (324.5-ci maddə). Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Diqqət yetirmək lazımdır ki, müqavilə şərtlərinin və əqdə tərəfin iradə ifadəsinin təfsirinin zəruriliyini nəzərdə tutan həmin normaların tələbləri imperativdir. Beləliklə, aparılmış araşdırmalar nəticəsində iddiaçı ilə Cavabdeh2 arasında Mülki Məcəllənin 739-cu maddəsinin dispozitiv şərtlərinin təsiri altına düşən borc münasibətlərinin olması müəyyən olunmamışdır. Belə ki, iddiaçının təqdim etdiyi sübut (qəbzlər) kifayət qədər güclü, aydın və konkret olmadığından, habelə təkzibolunmazlıqla bağlı və əsaslı şübhədən kənar sübut tələblərinə cavab vermədiyindən, tərəflər arasında borc münasibətlərinin olmasını iddiaçı sübut edə bilməmişdir. Əksinə, tədqiq olunmuş sübutlarla tərəflər arasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı birgə əməkdaşlığa dair razılaşma olduğu, bu məqsədlə, İddiaçı Cavabdeh2 şərikli biznes qurmaq üçün pul vəsaiti göndərdiyi, tərəflərin birgə biznesindəki işlərinin sonradan yaxşı getməməsi səbəbindən iddiaçının özünün tapşırığı ilə, Cavabdeh2 biznesinə qoyduğu pul vəsaitinin iddiaçının digər biznes şəriki V.Abazərliyə verildiyi müəyyən olunmuşdur. Qeyd olunanlar cavabdehlərin izahatları, Yasamal Rayon Polis İdarəsi İstintaq şöbəsinin icraatında olmuş ********* nömrəli cinayət işi üzrə Cavabdeh2 xx.xx.2019-cu il tarixli qərarla zərərçəkmiş şəxs qismində tanınması və həmin cinayət işi üzrə onun xx.xx.2019-cu il tarixdə vermiş olduğu ifadəsi, şahid M.Həsənovun və şahid F.Cəfərovun ifadələri, eləcə də BMCMİ-nin İstintaq və X7 bölməsinin xx.xx.2020-ci il tarixli məktuba qoşulmuş arayışda əks olunan məlumatları ilə təsdiq olunur. Yuxarıda da artıq qeyd edildiyi kimi hazırkı işə baxan rayon məhkəməsi MPM-in 387.2.2-ci maddəsinin təsiri altına düşən prosessual pozuntuya da yol verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məcəllənin 388-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə sübutlara və faktiki hallara düzgün hüquqi qiymət verməyərək nəticədə iş üzrə düzgün olmayan qənaətə gəldiyindən apellyasiya şikayəti təmin edilməli, qətnamə qismən, iddia tələbinin təmin olan hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi həmin hissədə də (Cavabdeh2 borca görə iddiaçının xeyrinə pulun tutulmasına dair hissədə) rədd edilməlidir. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, qətnamə qismən, iddia tələbinin təmin olan hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi həmin hissədə də (Cavabdeh2 borca görə iddiaçının xeyrinə pulun tutulmasına dair hissədə) rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda iddia təmin edilmədiyindən iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli, apelyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu isə cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məjəlləsinin 372, 382, 384.0.2, 387, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-984/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi qismən, iddia tələbinin təmin olunan, Cavabdeh2 borca görə iddiaçının xeyrinə pulun tutulmasına dair hissədə ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin, iddia tələbi həmin hissədə də təmin edilməsin. İddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə, apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu isə cavabdehə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-5205/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5205/2020
11.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver