Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5206/2025 12.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və “Azərbaycan Muay Tay-Tayboks Federasiyası” İctimai Birliyinin Cavabdeh qarşı (Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) mülki iş üzrə Açar sözlər: ümumi yığıncağın (konfransın) nəticələrinin etibarsız hesab edilməsi, möhür və təsis sənədlərinin təhvil verilməsi X1 (sədrlik edən və məruzəçi), X18 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X3, İddiaçı1, onun və digər iddiaçı “Azərbaycan Muay Tay-Tayboks Federasiyası” İctimai Birliyinin nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və “Azərbaycan Muay Tay-Tayboks Federasiyası” İctimai Birliyinin Cavabdeh qarşı (Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “ümumi yığıncağın (konfransın) nəticələrinin etibarsız hesab edilməsi, möhür və təsis sənədlərinin təhvil verilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-1539/2025 saylı qətnaməsindən iddiaçılar İddiaçı1 və “Azərbaycan Muay Tay-Tayboks Federasiyası” İctimai Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. xx.xx.2008-ci il tarixli konfransın qərarına əsasən xx.xx.1995-ci il tarixdə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış “Azərbaycan Kikboksinq və X65” ictimai birliyinin nizamnaməsinə edilmiş dəyişikliklər: 1. Nizamnamənin titul vərəqəsində və mətnində təşkilatın adına redaksiya verilərək, “Azərbaycan Muay Tay-Tayboks Federasıya” ictimai birliyi olmuşdur. 2. Nizamnamənin 1.2-ci, 2.1-ci, 2.2-ci bəndləri, 2.9-cu bəndinin 4-cü və 6cı abzaslarında “kikboksinq və muay tay” sözləri “muay tay-tayboks” sözləri ilə əvəz edilmişdir. Azərbaycan Muay Tay-Tayboks Federasiyasının xx.xx.2022-ci il tarixli qərarına əsasən Azərbaycan Muay Tay-Tayboks Federasiyasının nizamnaməsinin (əsasnaməsinin) 6.9-cu və 6.10-cu bəndlərinə edilmiş dəyişiklik/əlavələr: 1. Nizamnamənin 6.9-cu bəndində “İdarə Heyətinin sədri” ifadəsi “Prezidenti” sözü ilə əvəz olunmuşdur. 2.Nizamnamənin 6.10-cu bəndində “Federasiyanın Prezidenti” ifadəsindən sonra “və vitse Prezidentləri” ifadəsi əlavə olunmuşdur.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qeyri-kommersiya Qurumlarının Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, 05/206/4-14 nömrəli çıxarışa əsasən X45 “Azərbaycan Muay Tay-Tayboks Federasıyası” İctimai birliyinin yenidən qanuni təmsilçisi seçilmişdir. İctimai birliyin üzvlərinin əvvəlki sayı 23 nəfər, hazırki sayı isə 24 nəfərdir. Qeyri-hökumət təşkilatının icra orqanlarının əvvəlki tərkibi: X45 (prezident), Şahid, X10, İddiaçı1, X15, X19. Qeyri-hökumət təşkilatının icra orqanlarının hazırki tərkibi: X45 (sədr), X28, X46, X19, X10, Şahid.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qeyri-kommersiya Qurumlarının Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, 05/206/6-14 nömrəli çıxarışa əsasən “Azərbaycan Muay Tay-Tayboks Federasıyası” İctimai birliyinin əvvəlki qanuni təmsilçisi X45, hazırki qanuni təmsilçi isə İddiaçı1 seçilmişdir. İctimai birliyin üzvlərinin əvvəlki sayı 24 nəfər, hazırki sayı isə 23 nəfərdir. Qeyri-hökumət təşkilatının icra orqanlarının əvvəlki tərkibi: X45 (sədr), X28, X46, X19, X10, Şahid. Qeyri-hökumət təşkilatının icra orqanlarının hazırki tərkibi: İddiaçı1 (prezident), X45, X28, X46, X19, X10, Şahid.
4. “Azərbaycan Muay Tay-Tayboks Federasıyası” İctimai birliyinin üzvü olan X20 xx.xx.2024-cü il tarixdə ərizə ilə “Azərbaycan Muay Tay-Tayboks Federasiyası” X39 heyətinə müraciət edərək, işlərinin çoxluğu ilə əlaqədar Federasiyanın üzvlüyündən çıxdığını bildirmişdir.
5. “Azərbaycan Muay Tay-Tayboks Federasiyası” İctimai birliyinin üzvü olan X21 xx.xx.2024-cü il tarixdə ərizə ilə “Azərbaycan Muay Tay-Tayboks Federasiyası” X39 heyətinə müraciət edərək, işlərinin çoxluğu ilə əlaqədar Federasıyanın işində son 3 ildə iştirak etmədiyi üçün üzvlükdən çıxdığını bildirmişdir.
6. “Azərbaycan Muay Tay-Tayboks Federasiyası” İctimai Birliyinin üzvü olan X29 xx.xx.2024-cü il tarixdə ərizə ilə Azərbaycan Kikboksinq Federasıyasının prezidenti cənab Orxan Əliyevə müraciət edərək, Azərbaycan Muay Tay Federasiyasında olan “Mübarizlər” idman klubunun fəaliyyətini müvəqqəti dayandırdığını və 2021-ci ildən fəaliyyətini kikboksinq federasiyasında davam etdirdiyini bildirmişdir.
7. “Azərbaycan Muay Tay-Tayboks Federasıyası” İctimai Birliyinin növbədənkənar konfransının xx.xx.2024-cü il tarixli, 31 nömrəli protokolundan çıxarışa əsasən İddiaçı1 Azərbaycan Muay Tay-Tayboks Federasiyasının prezidenti vəzifəsindən xaric edilmiş, Cavabdeh həmin Federasiyanın prezidenti seçilmiş, Dövlət qeydiyyatına alınması üçün sənədlərin Ədliyyə Nazirliyinə təqdim olunması Cavabdeh həvalə edilmiş və X47, X40, Yekibaşov Mürsəli Xəlil Oğlu, X36, Cavabdeh, Şahid, X28 Azərbaycan Muay X6 idarə Heyətinin üzvləri seçilmişlər.
8. “Azərbaycan Muay Tay-Tayboks Federasıyası” İctimai Birliyinin üzvü olan X22 xx.xx.2024-cü il tarixli ərizə ilə Federasiyanın İdarə Heyətinə müraciət edərək, birliyin xx.xx.2024-cü il tarixdə keçirilən növbədənkənar konfransında xəstə olduğu üçün iştirak edə bilmədiyini, ona görə konfransa onlayn qoşularaq alınan qərarların və Federasiya prezidentinin seçimlərində Cavabdeh lehinə səs verdiyini bildirmiş və öz imzası ilə təsdiq etmişdir.
9. “Azərbaycan Muay Tay-Tayboks Federasıyası” İctimai Birliyinin üzvü olan X23 xx.xx.2024-cü il tarixli ərizə ilə X14 müraciət edərək, xx.xx.2024-cü il tarixdə keçirilən növbədənkənar konfransda ailə vəziyyəti ilə bağlı fiziki olaraq iştirak edə bilmədiyini, lakin konfransa onlayn qoşularaq alınan qərarların, həmçinin Federasiya prezidenti seçimlərində Cavabdeh lehinə səs verdiyini bildirmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
10. İddiaçılar İddiaçı1 və “Azərbaycan Muay Tay-Tayboks Federasiyası” İctimai Birliyi Cavabdeh qarşı (Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iddia və tələbin dəyişdirilməsi barədə ərizələrlə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2024-cü il tarixdə keçirilən “Azərbaycan Muay Tay-Tayboks Federasiyası” İctimai Birliyinin konfransının nəticələrinin, xx.xx.2024-cü il tarixli, 31 saylı protokoldan çıxarışın etibarsız hesab edilməsi və Cavabdeh Federasiyaya aid möhürün, təsis sənədlərinin (nizamnamə, reyestrdən çıxarış) alınaraq birliyə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər.
11. İddiaçılar tələbini onunla əsaslandırmışdırlar ki, Cavabdeh (Federasiyanın xx.xx.2022-ci ilə kimi rəhbəri olub) xx.xx.2024-cü il tarixdə qanunsuz olaraq Federasiyanın ümumi yığıncağı adlı toplantı keçirmiş və həmin toplantıda özünün yenidən Federasiyanın Prezidenti seçildiyini elan etmişdir. Bununla yanaşı Azər Həsənov Federasiyaya aid möhürü və sənədləri mənimsəmişdir. Bundan əlavə Azər Həsənov özünü Federasiyanın prezidenti kimi təqdim edərək və Federasiyaya aid möhür və sənədlərdən istifadə edərək, müxtəlif şəxslərlə əqdlər bağlayır və maddi vəsaitlər əldə edir. Bu səbəblərə görə Azər Həsənovun fəaliyyəti qanunsuzdur. Federasiyanın və onun prezidenti kimi onun maraqlarını və hüquqlarını pozur. Cavabdehin təşəbbüsü və başçılığı ilə xx.xx.2024-cü il tarixdə keçirilən Ümumi yığıncaq qanunvericiliyin və Federasiyanın Nizamnaməsinin tələblərinə cavab vermirdi. Birincisi, Ümumi yığıncağın çağırılması qaydalarına əməl edilməmişdir. Belə ki, belə növbədənkənar Ümumi yığıncağın çağırılması üçün X60 və üzvlərin üçdə bir hissəsinin təşəbbüsü olmamışdır. xx.xx.2022-ci il tarixli qeydiyyata əsasən Təşkilatın üzvlərinin sayı 23 nəfər təşkil edirdi. xx.xx.2024-cü il tarixli Ümumi yığıncaqda isə Federasiya üzvü olan 7 nəfər (Azər Həsənov, Şahid, Elçin Eminov, Rəşad İsayev, Vüqar Əsədov, Rəfael Taşdəmirov və Habil Əliyev) iştirak edib. Bu da Federasiya üzvlərinin 1/3-ni təşkil etmir. Bundan əlavə Federasiyanın İdarə Heyətinin 7 üzvü olsa da, xx.xx.2024-cü il tarixli Ümumi yığıncaqda İdarə Heyətinin 2 üzvü iştirak edib (cavabdeh və Şahid). Bundan əlavə Ümumi yığıncağın keçirilməsi barədə və orada müzakirə ediləcək məsələlər barədə ümumi yığıncağın keçirildiyi günə ən azı 2 həftə qalmış üzvlərə məlumat verilməli idi. Lakin Federasiya üzlərinin və İdarə Heyətinin üzvlərinin əksəriyyətinə ümumiyyətlə belə ümumi yığıncağın keçirilməsi barədə məlumat verilməmiş və onlar yalnız mətbuat və sosial mediadan Ümumi yığıncağın artıq keçirilməsi haqqında postfaktum xəbər tutmuşdular. Ümumi yığıncaq keçirilməsi üçün yetərsayın olması lazım idi. Ümumi yığıncağın səlahiyyətli olması üçün orada Federasiya üzvlərinin yarıdan çox iştirak etməlidir. Federasiya üzvlərinin yarıdan çoxu 12 nəfər edirdi, Ümumi yığıncaqda isə cəmi 7 nəfər Federasiya üzvü iştirak edirdi. xx.xx.2024-cü il tarixli Ümumi yığıncaqdan paylaşılmış şəkildən görünür ki, həmin toplantıda 19 nəfər şəxs iştirak edib. Bunlardan yalnız 7 nəfər Federasiya üzvü olub, qalan 12 nəfərin Federasiyaya heç bir aidiyyəti yox idi. 2022-ci ildə onun Federasiya Prezident seçildiyi gündən bəri bu 12 nəfər şəxsin Federasiyaya üzv olması barədə ərizəsi daxil olmamış və İdarə Heyəti bu şəxslərin üzvlüyə qəbul edilməsi məsələsinə baxmamışdır. Bu səbəbdən də Federasiya üzvlərinin 7 nəfərinin (üçdə birindən də az) iştirak etdiyi Ümumi yığıncaq səlahiyyətli deyildi. Bundan əlavə onun Federasiyanın Prezidenti kimi səlahiyyətləri xx.xx.2026-cı il tarixə kimi idi. Ona məlumat vermədən, onun iştirakı olmadan, onun məruzəsi dinlənilmədən və ya özünün istefa verməsi barədə ərizəsi olmadan və ya hər hansı digər səbəbdən bu vəzifədən uzaqlaşdırılmadan onun yerinə yeni Prezidentin seçilməsi onun hüquqlarını pozmuşdur. Federasiyanın Nizamnaməsinin 6.1-ci bəndinə əsasən “konfransın keçirilməsi barədə X60 və konfransın müzakirəsinə çıxrılacaq məsələlər konfransa ən azı 2 həftə qalmış Federasiya üzvlərinə elan edilir.” a) Nizamnamənin 6.8-ci bəndinə əsasən "İdarə Heyətində qərarlar sadə səs çoxluğu ilə qəbul edilir”. Federasiyanın İdarə Heyətində 7 nəfər üzv vardır, lakin bu üzvlərdən ən azı 5 nəfər belə bir qərara səs verməmişlər; b) Konfrans xx.xx.2024-cü il tarixə təyin edilib, bütün üzvlər bu barədə xəbərdar edilməyib, ən azı cavabdeh bu barədə məhkəməyə sübut təqdim etməyib, konfransın vaxtı dəyişdirilib, xx.xx.2024-cü il tarixə keçirildikdə “2 həftəlik” xəbərdarlıq müddəti pozulmuş, konfransın xx.xx.2024-cü ildə keçirilməsi ilə bağlı ümumiyyətlə İdarə Heyətinin yeni qərarı mövcud olmamışdır. c) X43 üzvləri İddiaçı1, Fərid Qarayev, Vüqar Qasımov, Cabbar Mustafayev, Şahid ümumiyyətlə iştirak etməmişlər; d) Ümumi yığıncağın çağırılması qaydalarına əməl edilməmiş, növbədənkənar konfransın çağırılması üçün X60 və üzvlərin üçdə bir hissəsinin təşəbbüsü ilə bağlı məhkəməyə mötəbər sübutlar təqdim edilməmişdir; e) Nizamnamənin 6.2-ci bəndinə əsasən konfrans nümayəndələrin yarıdan çox iştirak etdikdə səlahiyyətlidir, konfransın Protokoluna görə konfransda 30 üzvdən 22-si iştirak etmişdir, ümumiyyətlə Federasiyanın 30 deyil, cəmi 22 üzvü vardır, cavabdeh həmin konfransda iştirak edən şəxslərin də siyahısın da məhkəməyə təqdim etməmişdir. Cavabdehin məhkəməyə təqdim etdiyi sübutlar məhkəmə tərəfindən qəbul edilməməlidir: a) Üzvlükdən çıxmaq barədə ərizələrin əsli təqdim edilməmişdir, kserosurət olduğu üçün sübut kimi qəbul oluna bilməz. Əhmədov Elxanın ərizəsi (bu ərizə AR Kikboksinq Federasiyamın Prezidenti Orxan Əbiyevə ünvanlanıb) üzvlükdən çıxmaq barədə deyil. Kikboksinqlə məşğul olmaqla bağlıdır və böyük ehtimalla 2001-ci ilə aiddir, 2009-cu il fevral ayından artıq "Kikboksinq Federasiyasının və idman növünün “Azərbaycan Muay Tay-Tayboks Federasiyası” İctimai Birliyinə aidiyyatı yox idi; Qurbanov Pərvin və Mehdizadə Kamran ərizələri ilə bağlı X60 mövcud deyildir. Ümumiyyətlə, Federasiyanın üzvlüyündən çıxmaq da X60 əsasında olmalıdır, nizamnamənin 6.7-ci bəndinin 5-ci abzasında üzvlükdən çıxarılma İdarə Heyətinin səlahiyyətlərinə aid edilmişdir. X79 hüququdur, vəzifəsi deyildir fikri ilə razılaşmaq olmaz, elə həmin bənddə İdarə Heyətinin səlahiyyətlərində “Federasiyanın fəaliyyətinə ümumi rəhbərlik edir, Federasiyanın nəzdində olan mərkəz, klub, məktəblərin və digər qurumların fəaliyyətinə nəzarətini həyata keçir və onların illik hesabatlarını dinləyir, Federasiyanın ştat cədvəlini və strukturunu təsdiq edir, Federasiyaya yeni üzvlərin qəbul edilməsi, üzvlükdən çıxması və xaric edilməsi məsələlərinə dair qərarlar qəbul edir və s. Göründüyü kimi, bu göstərilənlər İdarə Heyətinin təkcə hüququ deyil, həm də vəzifəsidir və bunlara əməl etməmək İdarə Heyəti üçün məsuliyyət yaradır. Eyni hal Federasiyanın Prezidenti üçün nəzərdə tutulmuşdur və Nizamnamənin həmin hissəsində də “səlahiyyət" terminindən istifadə olunur. Digər tərəfdən üzvlükdə olub-olmamaq digər üzvlərin qanuni maraqlarına toxunur, çünki üzvlərin sayından kvorum, ictimai nəzarət və s. məsələlər asılıdır: Məhkəmə təqdim edilmiş üzvlükdən çıxmaqla bağlı ərizələrdən İdarə Heyətinin üzvlərinin və Federasiyanın Prezidentinin xəbəri olmamışdır. b) Votsapp yazışmaları ilə bağlı sübutlar üzrə: Yazışmalardan göründüyü kimi xx.xx.2024-cü il tarixdə İclasın gündəliyi aşağıdakı kimi müəyyən olunmuşdur: Məşqçilər Komitəsi barədə, Peşəkar Liqa haqqında, İdarə heyətinə boş yerlərə seçkilər. Lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə təqdim edilmiş Protokolda isə konfransın gündəliyi bu cür müəyyən olunur: Federasiyanın Prezideninin fəaliyyətinə qiymət verilməsi, yeni Prezidentin seçilməsi, X86nin seçilməsi. Protokola görə iclasda 30 nəfərdən 22 nəfər iştirak edib, lakin bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Səsə qoyulan məsələ ilə bağlı qəbul olunan qərar arasında da bir uyğunsuzluq mövcuddur, Gündəlikdə məsələ “Azərbaycan Muay Tay-Tayboks Federasiyası” X2 fəlaiyyətinə qiymət verilməsi” məsələsidirsə, yekunda qərar qəbul olunur: İddiaçı1 Azərbaycan Muay Tay-Tayboks Federasiyası X9 vəzifəsindən xaric edilir və bu qərar yekdilliklə qəbul edilir, yəni 22 səslə. Halbuki, əgər, gündəlikdə duran məsələlər dəyişdirilirsə, bu konfransda müzakirə olunmalı və iştirakçıların yarıdan çoxunun səsi ilə konfransın gündəliyi dəyişdirilməli idi. Cavabdeh “Azərbaycan Muay Tay-Tayboks Federasiyası” X9 seçilməsi ilə bağlı qərar yekdilliklə qəbul edilir, yəni 22 səslə. “Azərbaycan Muay Tay-Tayboks Federasiyası” X39 Heyətinin üzvlərinin seçilməsi 7 nəfərdən ibarət X86 formalaşmışdır: Cavabdeh, Vüqar Əsədov, Talıbov Qadir, Mürsəli Yekibaşov, Həmidə Xəlilova, Şahid, Fərid Qarayev. X34 seçilməsi ilə bağlı qərar da tam deyildir, səsvermənin nəticələri yoxdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə təqdim edilmiş sənədlərlə bağlı: Yeni siyahıda Cabbar Mustafayev yoxdur, halbuki, o 22 üzv arasında siyahıda var idi. Yeni üzvlərin siyahısında İlqar Alıyev, Yəbir Şıxəliyev, İnsaf Abdullayev, Cavid İsgəndərov, Qadir Talıbov, Bəhram Cəfərli, Mürsəli Yekibaşov, Həmidə Rüzgari, Vasil Abdullayev, Murad Səlimov yer almışdır, X30 isə X5 göstərilmişdir. İlkin olaraq Federasiyanın 22 nəfər üzvü var idi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində də bu siyahı mövcuddur, amma üzvlərin sayı indi 30-a çatdırılıb, nizamnamənin 5.3-cü bəndinə əsasən üzvlüyə qəbul Federasiyanın İdarə Heyətinin üzvlərinin 50%-dən yuxarı səsi ilə qəbul edilir, üzvlüyə qəbul ilə bağlı 1 ay qabaqcadan ərizə verilir, üzvlərin uçotu aparılır və onlara vəsiqə verilir. Məhkəməyə bunlarla bağlı hər hansı bir sübut təqdim edilməmişdir.
12. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, Federasiyanın yığıncağı və gündəliyi 2 həftə öncədən idarə Heyyətinin vatsapp qrupunda və üzvlərin ümumi qrupunda elan olunmuşdur. Ümumi yığıncaq NTK-nın qərarı və üzvlərin üçdə birinin təşəbbüsü ilə çağırılmışdır. Digər bir məsələ Federasiyanın rəsmi blankında faktiki ünvan yazılmış və möhür və yazılı sənədlər həmin ünvandakı ofisdə olmuşdur və hazırda da olmaqdadır. İddiaçı1 məktublara və digər yazışmalara imza atdıqdan sonra məktubları möhürlə təsdiq etmiş, bundan başqa heç vaxt möhürün ona verilməsi tələbi olmamışdır. Heç bir şəxslə Federasiyanın adından əqd bağlanmamış, maddi vəsait əldə olunmamışdır. Ümumiyyətlə İddiaçı1 məhkəmədə Federasiya adından iddiaçı olmaq səlahiyyəti yoxdur. Bununla bağlı mövcud protokol var. Hazırda da qüvvədədir. Cavabdeh Federasiyanın təsisçilərindən biri olaraq Ümumi yığıncağı çağırmaq hüququ var və bu hüquqdan istifadə edərək Ümumi yığıncağı çağırmışdır. Həmçinin yığıncaq üzvlərinin 1/3 hissəsinin təşəbbüsü ilə çağrılmışdır. Ümumi yığıncaq xx.xx.2024-cü il tarixində elan olunmuş, üzvlərində yarıdan çoxu iştirak etdiyi üçün yetərsay olmuşdur. Yığıncağın yeri qeyd edildiyi kimi 2 həftə öncədən elan edilmişdir. Yığıncaq qeyd etdikləri kimi təsisçi olaraq cavabdehin və NTK-nın qərar və üzvlərdən 1/3-nin təşəbbüsü ilə çağırılmışdır. xx.xx.2022-ci il tarixinə üzvlərin sayı 23 deyil, 22 olmuşdur. Əgər bu siyahını əsas götürülsə, xx.xx.2024-cü il tarixinə üvlərdən 4 nəfəri üzvlükdən çıxmışdır. Ona görə də bu siyahıya əsasən üzv sayı 22 deyil, 18-dir və yığıncaqda yetərsay olmuşdur. İddiaçı tərəf yığıncağın çağrılma sayı ilə yığıncağın yetərsayını səhv salmışdır. İdarə Heyətinin üzvlərinin hamısının yığıncaqda iştirakının vacibliyi haqqında Nizamnamədə və qanunvericilikdə bənd yoxdur. Fərid Qarayev xarici ölkədə olduğu üçün və İlqar İbrahimov xəstə olduğu üçün yığıncağa onlayn qoşulmuşlar, həmçinin internet kəsintisini nəzərə alaraq, hər ehtimal onlar səsvermə hüquqlarını digər iştirakçılara yazılı şəkildə vermişlər. Yığıncaq elan ediləndən keçirilən günə kimi İddiaçı1 məşqçilərə zəng edərək, yığncaqda iştirak etməmələri barədə hədə-qorxu gəlmiş, təhqir etmiş və böhtan atmışdır. Həmçinin, o üzvlərə zəng edərək yığıncağın seçim yox, başqa məqsədlə çağırıldığını bildirmiş və bununla bağlı onlara problem yaradacağını demişdir. Bu onu deməyə əsas verir ki, İddiaçı1 və onun ətrafında olan bir neçə üzvün yığıncağın tarixi, yeri, gündəliyi barədə öncədən tam məlumatı olmuşdur. Yetərsayın olması üçün iyul 2022-ci il siyahısına əsasən 10 nəfər iştirakçı olmalı idi. Yığıncaqda həmin siyahıya görə 11 nəfər iştirak etmişdir. Əgər xx.xx.2024-cü il tarixinə rəsmi üzvlərin siyahısı ilə 30 üzvdən 16-sı iştirak etmiş, 5 nəfər isə onlayn olaraq iştirak etmişdir. Ona görə də, iki halda da yetərsay olmuşdur. Bu onu deməyə əsas verir ki, iddaçınını özünün əsasnamələrini imzaladığı yeni üzvlərini unutmuşdur. Yeni üzvlər bir qayda olaraq ərizə ilə müraciət etmişlər və həmin müraciətləri İddiaçı1 şəxsi avtomobilində saxlamışdır. Yeni üvlərin qəbulu ilə bağlı həm əyani, həm də onlayn iclaslar keçirilmişdir.
13. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)- 1539/2025 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. (hakim X63).
14. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək qeyd etmişdir ki, ictimai birlik qeyri-hökumət təşkilatı olmaqla, onun strukturu, tərkibi, idarəetmə orqanlarının səlahiyyəti, formalaşdırılma qaydası və onların səlahiyyət müddəti, qərar qəbul etmə və ictimai birliyin adından çıxış etmə qaydaları qanunvericiliklə və ictimai birliyin nizamnaməsi ilə müəyyən edilir. İş materiallarına əlavə edilmiş “Whatsapp” mobil tətbiqindən çıxarışa əsasən müəyyən olunur ki, Azərbaycan Muay Tay-Tayboks Federasiyası İdarə Heyətinin whatsapp qrupunda və üzvlərin ümumi qrupunda xx.xx.2024-cü il tarixdə “ayrılıqda müraciət edərək yığıncaq çağırılmasını istəyirsiniz, ona görə sorğu keçirmək lazımdır. Kim yığıncaq keçirilməsini istəyirsə + qoysun” yazılmış, üzvlərin üçdə bir hissəsindən çoxu + qoyaraq ümumi yığıncağın çağırılmasını istəmiş, xx.xx.2024-cü il tarixdə ümumi yığıncağın 31 oktyabr tarixinə təyin edilməsi elan olunmuşdur. Daha sonra iclasın vaxtı xx.xx.2024-cü il tarixdən dəyişdirilərək xx.xx.2024-cü il tarixinə (xx.xx.2024-cü il tarixdən 2 həftə sonraya) təyin edilmişdir. İddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X37 hamının Arazın prezident olmasından narazılığını bildirdiyini, Araz prezident olandan sonra hər hansı bir fəaliyyətinin olmadığını, idmançıların öz pulu hesabına yarışlara getdiyini, prezident kimi heç bir rolunun olmadığını, son iki il ərzində Federasiyanın passiv olaraq qaldığını, bu səbəbdən prezident seçkisi ilə bağlı ümumi yığıncaq çağırıldığını, ümumi yığıncağın çağırılması və müzakirəsinə çıxarılacaq məsələlər barədə məlumatlı olduğunu, konfransda şəxsən iştirak etdiyini, ona hər hansı bir təzyiq olmadan öz iradə ifadəsilə səs verdiyini, xx.xx.2024-cü il tarixli Ümumi yığıncaqdan paylaşılmış şəkildə nömrələnmiş şəxslərdən 18 nömrədən başqa hamısının üzv olduğunu bildirmişdir. Bundan başqa, iş materiallarına əlavə edilmiş videoda (flashkart) 19 nəfərin iştirakı ilə ümumi yığıncağın keçirildiyi, yığıncaqda yekdilliklə Cavabdeh Federasiyanın prezidenti seçilməsi öz əksini tapmışdır. Məhkəmə tərəfindən iddiaçının Şahid qismində dindirilməsi ilə bağlı vəsatətinin təmin olunmasına baxmayaraq, Şahid məhkəmə iclasına gəlməmiş, şahid qismində dindirilməmiş, videodan görünür ki, həmin konfransda fəal iştirak etmiş və səsvermədə Cavabdeh lehinə səs vermişdir.
15. Ümumi yığıncağın iclasında iştirak edən üzvlərin sayına münasibətdə məhkəmə qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş ərizələrə əsasən müəyyən olunur ki, Federasiyanın üzvlüyündən çıxmaq barədə ərizələr verilmişdir. Federasiyanın nizamnaməsinin 5.9-cu maddəsinə əsasən könüllü olaraq Federasiyanın üzvlüyündən çıxanda Federasiyanın üzvlüyünə xitam verilir. İddiaçı həmin şəxslərin üzvlükdən çıxarılması barədə qərarın olmadığını əsas gətirsə də, nizamnaməyə əsasən belə qərarın qəbul edilməsi İdarə heyətinin vəzifələrinə deyil, səlahiyyətlərinə aid edilmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş ərizələrdən görünür ki, Federasiyanın üzvü olan X28, X23, X22 üzrlü səbəbdən 2 noyabr 2024-cü il tarixli ümumi yığıncaqda iştirak edə bilməmiş, iclasa onlayn qoşularaq Cavabdeh lehinə səs vermişlər. Məhkəmə həmçinin qeyd etmişdir ki, göründüyü kimi Federasiyanın xx.xx.2024-cü il tarixli növbədənkənar konfransın protokoldan çıxarışı hələ dövlət qeydiyyatına alınmamışdır. Belə olan halda həmin protokoldan çıxarışın qanunsuz hesab edilməsi tələbinin məqsədləri aydın deyil, iddiaçı bu barədə tələbini əsaslandıra bilməmişdir.
16. Məhkəmə iddiaçının Federasiyaya aid möhür və təsis sənədlərinin qaytarılması tələbinə münasibətdə qeyd etmişdir ki, İddiaçı1 2022-ci ildən Federasiyanın prezidenti olsa da, faktiki olaraq səlahiyyətlərini icra etməmiş, bugünədək möhürün və təsis sənədlərinin onda olmaması və hazırda bu tələblə məhkəməyə müraciət etməsi də bu faktı təsdiq edir. Bundan başqa, iddiaçı Federasiyanın prezidenti olmasına baxmayaraq təsis sənədlərinin və möhürün cavabdehdə olması əsası ilə məhkəməyə müraciət etsə də, möhürün itirilməsi barədə qəzetdə elan dərc etdirmiş və yeni görünüşlü Federasiyanın adına möhür almışdır. Yeni görünüşlü möhürün onda olmasına baxmayaraq məhkəməyə müraciət edərək Federasiyanın möhürünün ona təhvil verilməsi tələbini qoymuşdur. Məhkəmə həmçinin qeyd etmişdir ki, İddiaçı1 2022-ci ildə Federasiyanın prezidenti seçilməsindən sonra fəaliyyəti dövründə Federasiyanı idarə etmədiyi, nizamnaməyə əsasən üzərinə götürdüyü səlahiyyətlər daxilində hüquq və vəzifələrini yerinə yetirmədiyi halda hazırda təsis sənədlərinin təhvil verilməsi tələbinin nədə ifadə olunması anlaşılan deyildir.
17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyasına, Mülki Məcəllənin 43-cü, 47-ci, 49-50-ci, 114-cü, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanunun 2-ci, 8-ci, 10-cu, 13-cü, 25-26-cı, 31-ci, Mülki Prosessual Məcəllənin 14.2-ci, 77.1-ci, 106.1-ci, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
18. İddiaçılar İddiaçı1 və “Azərbaycan Muay Tay-Tayboks Federasiyası” İctimai Birliyi qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdilər.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi açıq aşkar qərəzli olduğunu nümayiş etdirmişdir. Hakimin qarşısında duran əsas məsələ xx.xx.2024-cü il tarixdə keçirilən yğıncağının qanuni olub-olmamasını yoxlamaqdan ibarət idi. Lakin, birinci instansiya məhkəməsinin qətnaməsində aşağıdakı arqumentlərdən istifadə edilməklə hakimin bu işdə qərəzli olduğu nümayiş etdirilir: “İddiaçı1 2022-ci ildə Federasiyanın prezidenti seçilməsindən sonra fəaliyyəti dövründə Federasiyanı idarə etmədiyi, nizamnaməyə əsasən üzərinə götürdüyü səlahiyyətlər daxilində hüquq və vəzifələrini yerinə yetirmədiyi halda hazırda təsis sənədlərinin təhvil verilməsi tələbinin nə də ifadə olunması anlaşılan deyildir”. Bununla da, hakim ifadə etmək istəmişdir ki, “İddiaçı1 pis prezidentdir, bu səbəbdən xx.xx.2024-cü il tarixli yığıncaq qanunidir” və ya “İddiaçı1 pis prezidentdir, bu səbəbdən İctimai Birliyinin sənədləri ona qaytarılmamalıdır”. Belə arqumentlərlə çıxış edən hakim özünü sanki Birliyin üzvü kimi aparmış, baxılan mülki mübahisənin həlli üçün əhəmiyyətli hal olmadığı halda Birliyin prezidenti kimi İddiaçı1 və onun fəaliyyətinə qarşı mövqeyini ifadə etmişdir. Bununla da məhkəmə subyektiv qərəzsizlik prinsipini pozmuşdur. Məhkəmə 35 nəfər iştirakçının olduğu whatsapp qrupunun Azərbaycan Muay Tay-Tayboks Federasiyasının nə İdarə Heyətinin, nə də üzvlərinin ümumi qrupu sayıla bilməyəcəyini nəzərə almamışdır. Çünki, Federasiyanın İdarə heyətinin üzvlərinin sayı 23, idarə heyətinin üzvlərinin sayı 7 nəfərdirsə, 35 nəfərin iştirak etdiyi whatsapp qrupu Birliyin üzvlərinin ümumi və ya İdarə Heyətinin qrupu sayıla bilməz. Məhkəmə Birliyin idarə heyətinin və ümumi üzvlərinin whatsapp qrupunda + işarəsi qoymuş şəxslərin kimliyini və onların həqiqətən də Birliyin üzvü olub-olmadıqlarını aydınlaşdırmadan üzvlərin üçdə bir hissəsindən çoxu + qoyaraq ümumi yığıncağın çağırılmasını istəməsi barədə gəlmiş olduğu nəticə yanlış olmuşdur. Yalnız + işarəsi qoymuş şəxslərin kimliyini və Birliyinin üzvü olub-olmadıqlarını müəyyən etdikdən sonra, ümumi yığıncağın çağırılması üçün qanunda və nizamnamədə nəzərdə tutulmuş üçdə bir hissənin yetərsayın olub-olmaması müəyyən edilə bilərdi. Məhkəmə video görüntü əsasında iclasda 19 nəfərin iştirak etdiyini müəyyən etsə də, bu 19 nəfər şəxslərin kimliyini və kimliklərini Birliyinin reyestr məlumatlarına əsasən Birliyin üzvü kimi qeyd olunmuş şəxslərin siyahısı müqayisə etməklə həmin 19 nəfərdən neçəsinin Birliyinin üzvü olubolmadıqlarını aydınlaşdırmamışdır. Yalnız o, 19 nəfər şəxsin kimliyini və Birliyinin üzvü olub-olmadıqlarını müəyyən etdikdən sonra, xx.xx.2024-cü il tarixli ümumi yığıncaqda yetərsayın olub-olmadığını müəyyən edilə bilərdi. xx.xx.2024-cü il tarixli ümumi yığıncağın çağırılması üçün qanunda və nizamnamədə nəzərdə tutulmuş üçdə birlik yetərsayın mövcud olmasını və xx.xx.2024-cü il tarixli ümumi yığıncaqda yetərsayın mövcud olması məhkəmə mötəbər olmayan, natamam və ziddiyyətli sübutlar əsasında müəyyən etmişdir. İş materiallarında olan Birliyin dövlət Reyestrində qeydiyyatında görünür ki, Birliyin 23 nəfər üzvü və bunlardan 7 nəfər İdarə Heyətinin üzvü vardır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə təqdim edilmiş üzvlərin siyahısından görünür ki, birliyin üzvləri aşağıdakı şəxslərdir: 1. İddiaçı1 (prezident, idarəheyətinin üzvü) 2. X45 (idarə heyətinin üzvü) 3. X28 (idarə heyətinin üzvü) 4. X46 (idarə heyətinin üzvü) 5. X19 (idarə heyətinin üzvü) 6. X10 (idarə heyətinin üzvü) 7. Şahid (idarə heyətinin üzvü) 8. X31
9. X32 10. X48 11. X33 12. X24 13. Taştəmirov Rəfail Taştəmir oğlu 14. X20 15. X16 16. X49 17. X4 18. X21 19. X47 20. X23 21. X22 22. X50 23. Bundan əlavə, cavabdehin izahatından görünür ki, yığıncaqda xx.xx.2022-ci il siyahısına əsasən 11 nəfərin, xx.xx.2024-cü il tarixinə rəsmi üzvlərin siyahısı ilə 30 üzvdən 16-nın iştirak etmişdir. Nizamnamənin 5.2-ci bəndinə əsasən Federasiyaya üzvlərin qəbulu Federasiyanın İdarə Heyəti tərəfindən həyata keçirilir. Nizamnamənin 5.3-cü maddəsinə əsasən Federasiyaya daxil olmaq istəyən şəxslər Federasiyanın Prezidentinə yazılı şəkildə müraciət edir. Ərizəyə verildiyi gündən bir ay müddətində baxılır. Səsvermə nəticəsində İdarə Heyəti üzvlərinin yarıdan çoxu bu məsələyə müsbət münasibət bildirdikləri halda, ərizəçi Federasiyanın üzvü seçilmiş hesab edilir. 2022-ci ildə iddiaçının Federasiya Prezidentİ seçildiyi gündən heç bir şəxsin Federasiyaya üzv olması barədə ərizəsi daxil olmamış və İdarə Heyəti bu şəxslərin üzvlüyə qəbul edilməsi məsələsinə baxmamışdır. Belə çıxır ki, yeni üzvlər Birliyə elə xx.xx.2024-cü il tarixli yığıncaqda qəbul edilərək, üzvlərin sayı 30 çatdırılmış və yeni üzvlərin iştirak etməsi ilə yığıncaqda yetərsay təmin edilmişdir. Bu addım özü hüquqa ziddir, çünki, yığıncağın özünün hər hansı qərar, o cümlədən yeni üzvlərin qəbul edilməsi barədə qərar qəbul edə bilməsi üçün səlahiyyətli olması, yetərsayla keçirilməsi zəruridir. Cavabdehin izahatında göstərdiyi kimi, yığıncaqda üzvlərin ilkin siyahsından 11 nəfər iştirak etmişdir. Beləliklə 11 nəfər üzv bütün üzvlərin yarıdan çoxunu təşkil etmədiyi üçün yığıncaqda yetərsay olmamış, yeni üzvlərin qəbul edilməsi barədə qərar qəbul edilməsi üçün səlahiyyətli olmamışdır. Birliyin 23 üzvu olmuş və bunların siyahısı yuxarıda verilmişdir. Beləliklə, ümumi yığıncağın çağırılması üçün Birliyinin üzvlərinin üçdə birinin, yəni 8 nəfərin təşəbbüsü zəruri idi. Məhkəmənin sübut kimi istinad etdiyi whatsapp yazışmalarından görünür ki, bu qrup nə İdarə Heyətinin, nədə üzvlərin qrupudur. Çünki qrupda 35 adam var, bir çoxu da Birliyin üzvü deyillər. Bundan əlavə məhkəmə ümumiyyətlə qrupda yazışmalarında iştirak edənləri şəxsiyyətlərini identifikasiya etməmişdir. Bir çoxları orada sadəcə addan istifadə edib, bəzilərinin adının yanında sadəcə təxəllüs, şəhər adı və ya klubunun adı kimi əlamətlərdən istifadə ediblər. Qrupda olan kim yığıncağın keçirilməsini istəyirsə + qoysun müraciətinə qrupda 17 ədəd + işarəsi qoyulub. Bu işarə qoyanlardan iki şəxs (Vüqar Əsədov və İnsaf adlı şəxs) hərəyə iki dəfə + qoyublar.“+” işarəsi qoyanların siyahısı belədir: 1. Şahid - belə adlı üzv var 2. Qadir Şamaxı – üzv deyil 3. Vüqar Əsədov–belə adlı üzv var 4. İnsaf - belə adlı üzv yoxdur. 5. Pərviz Gəncə - belə adlı üzv yoxdur 6. Rəfael Taştəmirov - belə adlı üzv var 7. Cavid İsgəndərov - belə adlı üzv yoxdur 8. Şəhriyar - əgər Şəhriyar İsayev nəzərdə tutulursa, belə adda üzv var 9. X88 Club - klubun adından güman etmək olar üzv Orxan Ələkbərovdur 10. Elgün Uşu - belə adlı üzv yoxdur, profil adından başa düşülür ki, uşusandaçıdır 11. Vüqar Əsədov – üzvdür, amma bu Vüqar Əsədovun təkrar qoyduğu plusdur
12. Bəhram - belə adlı üzv yoxdur 13. Mürsəl Bozqurd MUAY - belə adlı üzv yoxdur 14. Həmidə Rüzgari - belə adlı üzv yoxdur 15. Elçin Emin – adından ehtimal etmək olur ki, Birliyin üzvü Elçin Eminovdur 16. Aras Sumqayıt - adından ehtimal etmək olur ki, Birlik üzvü Aras Pirməmmədovdur 17. İnsaf - belə adlı üzv yoxdur, həmçinin bu adda şəxsin ikinci qoyduğu plusdur. Beləliklə göründüyü kimi, yığıncağın çağırılması Birliyin üzvü olan 7 nəfər şəxsin: Şahid, Vüqar Əsədovun, Rəfael Taştəmirovun, Şəhriyar İsayevin, Orxan Ələkbərovun, Elçin Eminovun və Aras Pirməmmədovun təşəbbüsü ilə olmuşdur. 7 nəfər şəxs isə Birliyin üzvlərinin 1/3 hissəsini təşkil etmir. Belə olan halda məhkəmə xx.xx.2024cü il tarixli ümumi yığıncağın qanunda və nizamnamədə nəzərdə tutulduğu qaydada Birlik üzvlərin üçdə birinin istəyi ilə çağırılması barədə gəldiyi nəticə işin halların uyğun deyil. Bundan əlavə birinci instansiya məhkəməsi iş materiallarında olan video görüntülər əsasında belə qənaətə gəlib ki, xx.xx.2024-cü il tarixli ümumi yığıncaqda 19 nəfərin iştirak etmişdir. Bunlardan biri Birliyin üzvü olmamışdır. Deməli belə çıxırki, 18 nəfər Birlik üzvü biləvasitə yığıncaqda iştirak etmişdir. Bundan əlavə məhkəmə müəyyən edir ki, X28, X23, X22 üzrlü səbəbdən xx.xx.2024-cü il tarixli ümumi yığıncaqda iştirak edə bilməmiş, iclasa onlayn qoşulmuşlar. Belə çıxır ki, xx.xx.2024-cü il tarixdə keçirilən iclasda 21 nəfər Birlik üzvü iştirak etmişdir. Burdan belə nəticəyə gəlmək olar ki, həmin yığıncaqda üzvlərdən yalnız biri İddiaçı1 və daha bir nəfər iştirak etməmişdir. Lakin elə həmin video görüntülərə baxanda görmək olar ki, idarə heyəti yeddi üzvündən yalnız iki nəfər (Azər Həsənov və Şahid) yığıncaqda iştirak edirlər, qalan idarə heyəti üzvləri (İddiaçı1, Fərid Qarayev, Vüqar Qasımov, Ramiz Quliyev və Cabbar Mustafayev) yığıncaqda iştirak etməmişdir. Bundan əlavə yığıncaqda Birliyin üzvü olan 7 nəfər (Azər Həsənov, Şahid, Elçin Eminov, Rəşadİsayev, Vüqar Əsədov, Rəfael Taşdəmirov və Habil Əliyev) iştirak etmişdir. Qalan 16 üzv video görüntüdə yoxdur. Üstəlik məhkəməyə təqdim edilən Birlik üzvlərinin bir qrupu tərəfindən tərtib edilmiş aktdan görünür ki, İddiaçı1, Şəhriyar İsayev, Xəyyam Həsənov, Kamal Həsənov, Aras Pirməmmədov, Elxan Əhmədov, Vüqar Qasımov və Ramiz Quliyev xx.xx.2024-cü il tarixli ümumi yığıncaqda iştirak etmədiklərini təsdiq etmişlər. Beləliklə xx.xx.2024-cü il tarixli ümumi yığıncaqda iştirakını iddiaçı tərəf olaraq etiraf və qəbul edilən 7 nəfər və yığıncağa onlayn qoşulan 3 nəfər nəzərə alındığı təqdirdə ümumi yığıncaqda Birliyin üzvü olan 10 nəfər iştirak etmişdir. Birliyin nizamnaməsinə görə ümumi yığıncaq (konfrans) üzvlərin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Bundan əlavə, cavabdeh özü də etiraf edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin reyestrində qeydə alınmış Birliyin üzvlərinin 11 nəfəri iştirak edib. 10 nəfər (cavabdehin etiraf etməsinə görə isə 11 nəfər) Birlik üzvünün iştirakı ilə keçirilən ümumi yığıncaq səlahiyyətli deyildir. Bu səbəbdən məhkəmənin bu məsələ ilə bağlı gəldiyi nəticədə işin hallarına uyğun olmamışdır. İddiaçı tərəf birinci instansiya məhkəməsinə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə təqdim edilmiş və reyestr qeydiyyatına alınmış Birliyin üzvlərinin siyahısını təqdim etmişdir. Lakin o sübutu ümumiyyətlə araşdırmamışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə sorğu verərək, Birliyin üzvlərinin siyahısını və sayını dəqiqləşdirməmişdir. Bununla bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə sorğu verilməlidir. Birinci instansiya məhkəməsində iddiaçı tərəf Birliyin üzvlərindən Şahid qismində dindirilməsi barədə vəsatət versə də, məhkəmə hər hansı arqument gətirmədən həmin şəxsi dindirməkdən imtina etmişdir. Şahid qismində dindirilməli olan Şahid xx.xx.2024-cü il tarixli ümumi yığıncaqda iştirak etmiş şəxs, bu səbəbdən həmin yığıncaq, orada iştirak edən şəxslər barədə ətraflı məlumat vermək imkanı var idi. Bu səbəbdən də Şahid qismində dindirilməlidir. Birinci instansiya məhkəməsi şahid qismində dindirilmiş X17 ifadələrini təhrif edib, həmin şəxsin birinci instansiya məhkəməsində verdiyi ifadələr səs yazısı əsasında yoxlanılmalı və mümkünsə yenidən dindirilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
21. Məhkəmə iclasında İddiaçı1 apellyasiya şikayətini müdafiə etmiş və iddia ərizəsinin, habelə apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir.
22. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və “Azərbaycan Muay Tay-Tayboks Federasiyası” İctimai Birliyinin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə etmiş və iddia ərizəsinin, habelə apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir.
23. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətini qəbul etməmiş və iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
24. Məhkəmə iclasında iştirakı iddiaçı tərəfindən təmin edilmiş Şahid məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, birliyin ümumi yığıncağının xx.xx.2024-cü il tarixdə keçirilmiş iclasında şəxsən iştirak etmişdir. İclas Cavabdeh yenidən Federasiyanın prezidenti seçilməsi ilə bağlı idi. Bununla bağlı məlumat onlara iclasdan bir gün əvvəl bildirilmişdir. Ona bu barədə cavabdeh şəxsən məlumat vermiş, eyni zamanda, bütün üzvləri toplayıb iclas keçirərək, İddiaçı1 prezidentlikdən uzaqlaşdırılmasını və özünün yenidən prezident seçilməsini ona bildirmişdir. Daha sonra iclas keçirilmiş və o, şəxsən Cavabdeh xeyrinə səs vermişdir. Sonradan onlara məlum olmuşdur ki, iclasda 22 nəfər üzvdən sadəcə 7-si iştirak etmişdir. Qısa müddət sonra isə Cavabdeh bir sıra hərəkətləri ortaya çıxmış və o daxil bir sıra məşqçilər ondan uzaqlaşmışdır. Eyni zamanda, verilmiş suallara cavab olaraq iclasda 20-dən artıq iştirakçının olmasına baxmayaraq, onların arasında üzvlərdən başqa idmançıların da olduğunu, 22 nəfər üzvdən isə iclasda yalnız onun, Azər Həsənovun, Elçin Eminovun, Orxan Ələkbərovun, Rəfail Taştəmirovun, Habil Əliyevin, Vüqar Əsədovun və Rəşad İsayevin iştirak etdiyini qeyd etmişdir.
25. Məhkəmə iclasında iştirakı cavabdeh tərəfindən təmin edilmiş X23 məhkəməyə verdiyi ifadəsində iş materiallarında olan ərizənin ona aid olduğunu (həmin ərizə məhkəmə iclasında ona göstərilmişdir), ərizəni şəxsən imzaladığını, birliyin xx.xx.2024-cü il tarixdə keçirilmiş konfransında şəxsən iştirak edə bilmədiyini, iclasa mobil telefon vasitəsi ilə onlayn qoşulduğunu, həmin iclasın Cavabdeh Federasiyanın prezidenti seçilməsi ilə bağlı olduğunu və bu qaydada səs vermədə iştirak edərək, Cavabdeh səs verdiyini bildirmiş, eyni zamanda, verilmiş suallara cavab olaraq xeyli vaxt keçməsi səbəbindən ona hansı şəxsin telefonundan və hansı saatda zəng olunduğunu xatırlamadığını, İddiaçı1 tanıdığını və onun Federasiyanın prezidenti seçilən zaman ona səs verdiyini, lakin sonradan İddiaçı1 Cavabdehla arasında mübahisə yarandığını, onlardan hansının prezident seçilməsi ilə bağlı müzakirələrin aparıldığını və onun Cavabdeh prezident olması üçün səs verdiyini qeyd etmişdir.
26. Məhkəmə iclasında iştirakı cavabdeh tərəfindən təmin edilmiş X22 məhkəməyə verdiyi ifadəsində iş materiallarında olan ərizənin ona aid olduğunu (həmin ərizə məhkəmə iclasında ona göstərilmişdir), ərizəni şəxsən imzaladığını, Birliyin xx.xx.2024-cü il tarixdə keçirilmiş ümumi yığıncağında şəxsən iştirak edə bilmədiyini, iclasa “Whatsapp” proqram tətbiqi vasitəsi ilə görüntülü zənglə, yəni onlayn qoşulduğunu, bu zaman orada Həmidə xanımı, Qabil müəllimi, Azər müəllimi, Mürsəl müəllimi gördüyünü, Cavabdeh Federasiyanın prezidenti seçilməsinə səs verdiyini, iclasın keçirilməsi barədə məlumatı təxminən 5-7 gün əvvəl “Whatsapp” proqram tətbiqində yaradılmış qrupdan əldə etdiyini və həmin qrupda iclasda iştirak edəcəyini bildirdiyini göstərmişdir. Eyni zamanda, verilmiş suallara cavab olaraq iclasa bu qaydada ondan başqa hansı şəxslərin qoşulduğunu və Ravilin, Şəhriyarın, Fəxrəddinin iclasda iştirak edibetməməsini xatırlamadığını, iclasda bu qaydada iştirak etməsi ilə bağlı ona səhv etmirsə günorta saatlarında zəng olunduğunu qeyd etmişdir.
27. Məhkəmə iclasında iştirakı iddiaçı tərəfindən təmin edilmiş X31 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, birliyin xx.xx.2024-cü il tarixdə keçirilmiş ümumi yığıncağında şəxsən iştirak edə bilməmiş, tələbəsini göndərmiş, tələbəsini prezident seçkiləri ilə bağlı səsvermədə iştirak etmək üçün göndərməmişdir. Belə ki, ona ümumi yığıncağın professional məşqlər və sair məsələlərin həlli ilə bağlı keçirildiyi bildirilmiş, prezident seçkiləri ilə bağlı ona hər hansı məlumat verilməmiş, o da tələbəsinə prezident seçkiləri ilə bağlı səsvermədə iştrak etmək səlahiyyəti verməmişdir. Ümumi yığıncağın keçirilməsi vaxtı barəsində ona təxminən 2-3 gün öncədən məlumat verilmiş və yığıncağın 31 oktyabr tarixində keçirilməsi planlaşdırılmışdır. Lakin təxminən oktyabrın 25-26-sı tarixində yığıncağın keçirilməsi 02 noyabr tarixinə təyin edilmişdir. Sonradan yığıncaq barədə sorğu-sual edərkən tələbəsi ona yığıncaqda prezident seçkiləri ilə bağlı səsvermənin keçirildiyini və onun da digər iştirakçılar kimi bu məsələ ilə bağlı cavabdehin lehinə səs verdiyini bildirmiş, o da buna görə tələbəsinə irad bildirərək, ona belə bir səlahiyyət vermədiyini vurğulamışdır. Bu məsələ üzrə səsvermədə iştirak etməsi barədə tələbəsi ona məlumat verməmişdir. Birliyin İdarə heyətinin üzvlərinin seçkiləri ilə bağlı da məlumatlı olmamışdır. Lakin sonradan səsvermə ilə bağlı şəxsən etiraz bildirməmişdir. Belə ki, bununla bağlı artıq ictimai narazılıq yaranmışdır. O, idman klubunun baş məşqçisidir, göndərdiyi nümayəndə də həmin klubun idmançısı olmuşdur. Lakin ona etibarnamə verməmişdir.
28. Məhkəmə iclasında iştirakı cavabdeh tərəfindən təmin edilmiş X21 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, iş materiallarında olan ərizəni özü yazmış (həmin ərizə məhkəmə iclasında ona göstərilmişdir) və şəxsən imzalamışdır. Belə ki, 2019-cu il tarixdən klubdan ayrılmışdır. Keçən il Fəxri müəllim ona zəng vurmuşdur. O, da klubdan uzun müddətdir ki, ayrıldığını söylədikdə Fəxri müəllim bununla bağlı rəsmi ərizənin yazılmalı olduğunu qeyd etmişdir. O da bununla razılaşmış və birliyin üzvlüyündən çıxması ilə bağlı ərizəni yazaraq, yaşadığı Ucar rayonundan sərnişin daşıyan avtomobil vasitəsi ilə Bakı şəhərinə, Fəxri müəllimə göndərmişdir. Bu daşınma ilə bağlı xərcləri də Fəxri müəllim qarşılamışdır. Eyni zamanda, verilmiş suallara cavab olaraq maddi sıxıntıları ilə bağlı idmandan uzaqlaşdığını, mühafizəçi, bundan kənar vaxtda isə fəhlə işlədiyini, üzvlükdən çıxmaqla bağlı ərizəni keçən ilin soyuq aylarında göndərdiyini, Araz və Elçin müəllimlə mobil telefon vasitəsi ilə danışdığını, klub üzrə səlahiyyətlərindən imtina etməsi ilə bağlı ona müxtəlif vaxtlarda zənglərin olunduğunu, o da, xeyli müddətdir ki, artıq bundan imtina etməsi barədə məlumat verdiyini qeyd etmişdir.
29. Məhkəmə iclasında iştirakı cavabdeh tərəfindən təmin edilmiş X20 məhkəməyə verdiyi ifadəsində iş materiallarında olan ərizənin ona aid olduğunu (həmin ərizə məhkəmə iclasında ona göstərilmişdir), ərizəni şəxsən imzaladığını, təxminən 2 ilə yaxındır ki, Federasiyanın fəaliyyətindən uzaqlaşdığını, ərizəni də başqa işlərlə məşğul olması ilə bağlı yazdığını, ona bu sahədə işləməklə bağlı zənglər olsa da, artıq bu sahədən uzaqlaşdğı barədə məlumat verdiyini, Cavabdeh ona zəng etməsini xatırlamadığını, 2024-cü ildə keçirilmiş bir iclasda da iştirak edərək, üzvlükdən çıxdığını bildirdiyini, onun çalışdığı Cəsur MK Sumqayıt şəhərində yerləşdiyini və hazırda fəaliyyət göstərmədiyini qeyd etmişdir.
30. Məhkəmə iclasında iştirakı cavabdeh tərəfindən təmin edilmiş X51 məhkəməyə verdiyi ifadəsində iş materiallarında olan ərizənin ona aid olduğunu (həmin ərizə məhkəmə iclasında ona göstərilmişdir), ərizəni şəxsən imzaladığını, əvvəllər Birlikdə fəaliyyət göstərdiyini, daha sonra isə üzvlükdən çıxaraq Kikboksing Federasiyasına keçdiyini, tərəfindən yazılmış ərizənin Kikboksing Federasiyasının prezidenti Orxan Əliyevə ünvanladığını, son 4 ildir ki, “Azərbaycan Muay Tay-Tayboks Federasiyası” İctimai Birliyinin iclaslarında iştirak etmədiyini, 2024-2025-ci illərdə keçirilən iclaslarda olmadığını, bununla bağlı hər hansı şəxslə mobil telefon vasitəsi ilə danışmadığını, belə ki, mobil nömrəsini də dəyişdiyini bildirmişdir.
31. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya şikayətinə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
32. Azərbacan Respublikasının Mülki Məcəlləsinin: 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır; 43.5-ci maddəsinə əsasən hüquqi şəxslər fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan (kommersiya hüquqi şəxsləri) və ya əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən (qeyri-kommersiya hüquqi şəxsləri), habelə ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan (publik hüquqi şəxslər) qurumlar ola bilər; 43.6-cı maddəsinə əsasən qeyri-kommersiya qurumları olan hüquqi şəxslər ictimai birliklər, fondlar, hüquqi şəxslərin ittifaqları formasında, habelə qanunvericilikdə nəzərdə tutulan digər formalarda yaradıla bilər; 49.1-ci maddəsinə əsasən hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. Hüquqi şəxsin orqanlarının seçilməsi və ya təyin edilməsi qaydası, müvafiq olaraq, nizamnamə, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilir.
33. “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanunun: 10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında hər bir fiziki və hüquqi şəxs (dövlət hakimiyyəti və yerli özünüidarə orqanları istisna olmaqla) ictimai birliyin üzvü ola bilər; 10.2-ci maddəsinə əsasən ictimai birliyin üzvləri bərabər hüquqludurlar. Onlar ictimai birliklərin rəhbər orqanlarına seçə və seçilə, fəaliyyətində iştirak edə, rəhbər orqanların fəaliyyətinə nəzarət edə, nizamnamə ilə nəzərdə tutulmuş digər hüquqlar daşıya bilərlər, eləcə də nizamnamə tələblərinə riayət etməlidirlər; 10.3-cü maddəsinə əsasən ictimai birliyin üzvlüyünün əldə edilməsi və üzvlüyə xitam verilməsi məsələləri nizamnamə ilə müəyyən edilir. Nizamnamə ictimai birliyin üzvlüyünə xitam verilməsindən birliyin daxilində və məhkəməyə şikayət etmə hüququna təminat verməlidir; 10.5-ci maddəsinə əsasən qeyri-hökumət təşkilatlarının icra orqanları tərəfindən təşkilatın üzvlərinin hüquqlarının pozulmasına yol verilməməlidir. Qeyri-hökumət təşkilatlarının üzvləri ilə təşkilat arasında yaranan mübahisələr məhkəmə qaydasında həll olunur; 13.1-ci maddəsinə əsasən qeyri-hökumət təşkilatının nizamnaməsində qeyrihökumət təşkilatının adı və yerləşdiyi yer, fəaliyyətinin məqsədləri, daimi və ya konkret məqsədlə təsis edildiyi, idarə olunma qaydası, üzvlərin hüquq və vəzifələri, ictimai birliyin üzvlüyünə qəbulun və ondan çıxmanın şərtləri və qaydası, qeyri-hökumət təşkilatının əmlakının formalaşma mənbələri, nizamnamənin qəbulu, ona əlavə və dəyişikliklərin edilməsi qaydası, qeyri-hökumət təşkilatının ləğv edilməsi və ləğv edildiyi halda əmlakından istifadə qaydası müəyyən edilməlidir; 25.1-ci maddəsinə əsasən ictimai birliyin strukturu, tərkibi, idarəetmə orqanlarının səlahiyyəti, formalaşdırılma qaydası və onların səlahiyyət müddəti, qərar qəbul etmə və ictimai birliyinadından çıxış etmə qaydaları bu Qanun və digər qanunlara müvafiq olaraq ictimai birliyin nizamnaməsi ilə müəyyən edilir; 25.2-ci maddəsinə əsasən ictimai birliyin ali idarəetmə orqanı ildə bir dəfədən az olmayaraq çağırılan Ümumi yığıncaqdır; 25.3-cü maddəsinə əsasən ümumi yığıncaq ictimai birliyin icra orqanının, təsisçilərdən birinin və ya üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırılır; 25.6-cı maddəsinə əsasən ictimai birliyin təsisçilərinə və üzvlərinə ümumi yığıncağın yeri və vaxtı haqqında ən azı 2 həftə əvvəl məlumat verilməlidir. Ümumi yığıncaq yalnız birlik üzvlərinin yarısından çoxu iştirak etdikdə nizamnaməyə dəyişikliklər edə bilər. Ümumi yığıncağın qərarı yığıncaqda iştirak edən üzvlərin səs çoxluğu ilə qəbul edilir. Hər bir üzv bir səsə malikdir; 25.7-ci maddəsinə əsasən ümumi yığıncaqda yazılı protokol aparılmalıdır. Protokol yığıncağın sədri və katibi tərəfindən imzalanır. Yığıncağın protokolu lazım gəldikdə bütün üzvlərə paylanmalıdır; 26.1-ci maddəsinə əsasən ictimai birliyin icra orqanı kollegial və (və ya) təkbaşına ola bilər. O, ictimai birliyin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir və ictimai birliyin ali idarəetmə orqanına hesabat verir.
34. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
36. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
37. Hazırki apellyasiya şikayətində qətnamənin ləğv edilərək, iddianın təmin edilməsi xahiş edildiyindən, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və iddianın tam və ya qismən təmin edilməsinə hər hansı əsas yoxdur. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməlidir.
39. Məhkəmə kollegiyası bu sahəni tənzimləyən və yuxarıda sadalanan qanunvericilik müddəalarına istinadən ilk növbədə qeyd edir ki, ictimai birlik hüquqi şəxsin bir növü olmaqla, onun strukturu, tərkibi, idarəetmə orqanlarının səlahiyyəti, formalaşdırılma qaydası və onların səlahiyyət müddəti, qərar qəbul etmə və ictimai birliyin adından çıxış etmə qaydaları qanunvericiliklə və birliyin nizamnaməsi ilə müəyyən edilir.
40. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, “Azərbaycan Muay Tay-Tayboks Federasıyası” İctimai Birliyinin xx.xx.2024-cü il tarixdə keçirilmiş növbədənkənar konfransı birliyin üzvlərinin təşəbbüsü ilə çağırılmış və həmin konfransın nəticələrinə dair tərtib edilmiş 31 nömrəli protokola (protokol üzrə qəbul edilmiş qərarlara) əsasən Federasiyanın xx.xx.2022-ci il tarixdə prezidenti seçilmiş İddiaçı1 bu vəzifəsindən xaric edilmiş, Cavabdeh həmin Federasiyanın prezidenti seçilmiş, Dövlət qeydiyyatına alınması üçün sənədlərin Ədliyyə Nazirliyinə təqdim olunması Cavabdeh həvalə edilmiş, eyni zamanda X47, X40, Yekibaşov Mürsəli Xəlil Oğlu, X36, Cavabdeh, Şahid, X28 Azərbaycan Muay X6 İdarə heyətinin üzvləri seçilmişlər.
41. Hazırda iddiaçılar konfransın bu sahəni tənzimləyən qanunvericiliyin, habelə birliyin nizamnaməsinin tələbləri pozulmaqla çağırıldığını (müzakirəyə çıxarılacaq məsələlər barədə düzgün və müəyyən edilmiş müddət ərzində məlumatın verilmədiyini) və keçirildiyini, habelə qanunsuz olaraq əvvəlki prezidentin bu vəzifədən xaric edildiyini və cavabdehin bu vəzifəyə seçildiyini, bu proseslərin hər hansı birində birliyin tələb edilən sayda üzvünün iştirak etmədiyini (yetərsay olmadığını), eyni zamanda cavabdehin Federasiyaya aid möhür və sənədlərdən istifadə edərək, müxtəlif şəxslərlə əqdlər bağladığını, maddi vəsaitlər əldə etdiyini, onları təhvil verməkdən imtina etdiyini iddia edir və konfransın nəticələrinin etibarısz hesab edilməsini, Federasiyaya aid möhürün və təsis sənədlərinin (nizamnamə, reyestrdən çıxarış) alınaraq birliyə təhvil verilməsini tələb edir.
42. Cavabdeh iddianı qəbul etmir, konfransın bu sahəni tənzimləyən qanunvericiliyin, habelə birliyin nizamnaməsinin tələblərinə uyğun çağırıldığını və keçirildiyini, üzvlərin həmin konfrans, onun keçirilmə vaxtı və müzakirə olunacaq məsələlər barədə məlumatının olduğunu, bu prosedurlarda tələb olunan sayda üzvün iştirak etdiyini və səs verdiyini bildirir və iddianın rədd edilməsini tələb edir.
43. Məhkəmə kollegiyası mübahisənin məzmununu, habelə apellyasiya şikayətinin dəlillərini nəzərə alıb, ilk növbədə iddiaçı birliyin üzvləri ilə bağlı məsələyə münasibət bildirilməsini zəruri hesab edir və bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qeyri-kommersiya Qurumlarının Dövlət reyestrinin məlumatlarında birliyin hazırda 23 üzvünün olduğu göstərilsə də, həmin üzvlərin təsdiq edilmiş siyahısında 22 üzv barədə məlumat əks olunmuşdur. Belə ki, siyahı üzrə sıra nömrələnməsində “19” rəqəmindən sonra birbaşa “21” rəqəmi qeyd edilmişdir. Tərəflərin hər hansı biri 23-cü üzvün olmasını bildirmir və 23-cü üzv barədə hər hansı məlumat təqdim etmir, nəticə etibarı ilə 22-i üzvün olmasını qəbul edirlər. Bu da öz növbəsində sonuncu qeydiyyata əsasən birliyin 23 deyil, məhz 22 üzvünün olduğunu təsdiq edir.
44. Birliyin Nizamnaməsinin 6.1-ci bəndinin tələbləri də nəzərə alınmaqla bu baxımdan Federasiyanın xx.xx.2024-cü il tarixdə növbədənkənar konfransının (yığıncağının) çağırılması üçün onun ən azı 8 üzvünün (üzvlərin 1/3 hissəsi) təşəbbüsü olmalı və bu tarixə ən azı 2 həftə qalmış konfransın müzakirəsinə çıxarılacaq məsələlər üzvlərə elan olunmalı idi.
45. Bununla bağlı qeyd olunmalıdır ki, “Whatsapp” proqram tətbiqində Federasiyanın üzvlərinin də daxil olduğu qrup mövcuddur və həmin qrupda xx.xx.2024-cü il tarixdə aparılmış yazışmadan çıxarışa əsasən növbədənkənar konfransın çağırılması məsələsi müzakirəyə çıxarılmış və bu məsələyə münasibət bildirilməsi təklif edilmişdir. Təklifə uyğun olaraq 17 qrup iştirakçısı “+” işarəsini qeyd etməklə növbədənkənar iclasın keçirilməsinə təşəbbüs göstərmişdilər. Həmin şəxslərdən yalnız 1. Şahid (Şahid), 2. X47 (Vüqar Əsədov), 3. Taştəmirov Rəfail Taştəmir oğlu (Rəfael Tasdamirov), 4. X25 (Şəhriyar), 5. X33 (X88 Club), 6. X52 (Elçin Emin), 7. X4 (X74) Federasiyanın üzvüdür. Bu 7 üzvlə yanaşı cavabdehin də Federasiyanın üzvü olması və həmin konfransın keçirilməsinə təşəbbüs göstərməsi nəzərə alındıqda, təşəbbüs göstərən üzvlərin sayı (7 üzv + cavabdeh = 8 üzv) baxımından Nizamnamənin 6.1-ci bəndinin tələblərinə riayət edilmişdir.
46. İş materiallarından göründüyü kimi, 45-ci bənddə göstərilən qrupla yanaşı “Whatsapp” proqram tətbiqində Federasiyanın İdarə Heyətinin də qrupu var (AMF İH) və həmin qrupda xx.xx.2024-cü il tarixdə aparılmış yazışmadan çıxarışa əsasən həmin tarixdə xx.xx.2024-cü il tarixə növbədənkənar konfransın təyin edilməsi badərə məlumat yerləşdirilmiş, o cümlədən konfransın gündəliyi barədə məlumat verilmişdir. Həmin çıxarışın başlığından qrupun (AMF İH) və onun bir sıra iştirakçılarının adını (Araz, Fəxri, Fərid) müəyyən etmək olur. Həmin şəxslər İddiaçı1, X28 və Şahid olmaqla Federasiyanın İdarə heyətinin üzvləridir. Lakin İdarə heyətinin deyil, Federasiyanın üzvü olan X11 da bu qrupun iştirakçısı olması həmin qrupun yalnız İdarə Heyətinin üzvlərindən ibarət olmadığını, qrupun Federasiyanın üzvləri üçün də əlçatan olduğunu təsdiq edir. Göstərilənlər belə qənaətə gəlməyə əsas verir ki, xx.xx.2024-cü il tarixdə növbədənkənar konfransın keçirilməsi və konfransın gündəliyi barədə Federasiyanın İdarə Heyətinin bütün üzvləri də məlumatlı olmuş və nəticə etibarı ilə həmin tarixdə konfransın müzakirəsinə çıxarılacaq məsələlərin elan olunması müddəti baxımından da Nizamnamənin 6.1-ci bəndinin tələbləri pozulmamışdır.
47. Belə olan halda, həmin konfransın xx.xx.2024-cü il tarixdə deyil, bundan 2 iki gün sonra, yəni xx.xx.2024-cü il tarixdə keçirilməsi və konfransın müzakirəsinə Federasiyanın prezidentinin tutduğu vəzifədən çıxarılması və yeni prezidentin seçilməsi məsələsinin də müzakirəyə çıxarılması nizamnamənin 6.1-ci bəndinin pozulması kimi qiymətləndirilə bilməz. Belə ki, 45-46-cı bəndlərdə göstərilənlər, habelə işin digər halları, o cümlədən şahid ifadələri növbədənkənar konfransın xx.xx.2024-cü il tarixdə keçirilməsi barədə üzvlərin, o cümlədən iddiaçının məlumatlı olmadığını istisna edir. Hər bir halda, xx.xx.2024-cü il tarixdə keçirilmiş konfransda federasiyanın 8 üzvü bilavasitə, 1 üzvü nümayəndəsi vasitəsi ilə iştirak etmiş, iki üzv konfransa telefon vasitəsi ilə, onlayn qoşulmuşdur. Bu üzvlər Federasiyanın prezidentinin seçilməsi məsələsinin də müzakirə ediləcəyi barədə məlumatlı olmuşlar. Onların bu barədə məlumatlı olduğu, ümumiyyətlə digər üzvlərlə də əlaqə saxladıqları və ünsiyyətdə olduqları bir halda, digər üzvlərin, o cümlədən iddiaçının bu konfrans barədə məlumatlı olmaması sadəcə olaraq mümkün deyil. Konfransın xx.xx.2024-cü il tarixə təyin edilməsi barədə məlumatlı olan Federasiya üzvləri (həmçinin, İdarə heyətinin üzvləri olan Federasiya üzvləri, o cümlədən cavabdehlə prinsipial münasibətlərdə olan iddiaçı) bu konfransın xx.xx.2024-cü il tarixdə keçirilmədiyi halda, onun hansı tarixə keçirilməsi ilə maraqlanmaya bilməzdi.
48. Bu baxımdan məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçı konfransın xx.xx.2024-cü il tarixdə keçirilməsi və yuxarıda göstərilən məsələnin də müzakirəyə çıxarılacağı barədə məlumatlı olmuş (şahid X31 oktyabrın 25-26-sı tarixində yığıncağın keçirilməsinin 02 noyabr tarixinə təyin edildiyini bildirmişdir, başqa sözlə həmin vaxt artıq bu barədə məlumat var idi), cavabdehlə münasibətlərinin gərgin və prinsipial olması səbəbindən həmin konfransda iştirak etməmişdir. Bu hal birinci instansiya məhkəməsindəki icraat zamanı iş üzrə xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında hər iki tərəfin verdiyi izahatlarla sübuta yetir. Cavabdeh iddiaçı ilə münasibətlərin pozulduğunu bildirir və buna səbəb olan hallar barədə məlumat verir, eyni zamanda, məhz istinad etdiyi halların nəticəsi olaraq iddiaçının prezident vəzifəsindən çıxarıldığını qeyd edir. İddiaçı isə münasibətlərin pozulması ilə bağlı cavabdehin bu mövqeyini təkzib etmir, Federasiyanın prezidenti olmasına baxmayaraq, ona möhürün verilmədiyini, Federasiyada oturmadığını, cavabdehin özünü prezident kimi təqdim etdiyini vurğulayır.
49. Nəzərə alınmalıdır ki, “Whatsapp” proqram təminatında Federasiyanın İdarə heyətinin qrupuna yerləşdirilmiş konfransın gündəliyinə “İdarə heyətinə seçkilər (boş olan yerlərə)” məsələsi də daxil edilmişdir. Halbuki, reyest məlumatlarına əsasən hər hansı boş yerin olduğu müəyyən edilmir. Burdan belə qənaətə gəlmək olur ki, mövcud üzvlərin çıxarılması və onların yerinə yeni üzvlərin seçilməsi həyata keçiriləcəkdir. Lakin bu məsələnin əhəmiyyətinə baxmayaraq, yenə də iddiaçı konfransda iştirak etməmişdir.
50. Məhkəmə kollegiyası üzvlərin sayı baxımından konfransın səlahiyyətli olmaması dəlili ilə bağlı qeyd edir ki, Federasiyanın üzvlərinin sayı (22 üzv) və Nizamnamənin 6.2-ci bəndinin tələbləri nəzərə alınmaqla, səlahiyyətli olması üçün bu konfransda onun nümayındələrinin yarıdan çoxu, yəni ən azı 12-i iştirak etməli idi. Lakin məhkəmə kollegiyası yetərsayın və buna uyğun olaraq konfransın səlahiyyətli olub-olmamasının müəyyən edilməsi zamanı hesablamanın 22 üzv əsas götürülməklə aparılmasını əsaslı hesab etmir.
51. Belə ki, bu üzvlərdən X21 və X20 müvafiq olaraq xx.xx.2024-cü il və xx.xx.2024cü il tarixdə Federasiyanın İdarə heyətinə ərizə ilə müraciət edərək, üzvlükdən çıxdıqlarını bildirmişdilər. İddiaçı tərəfin mövqeyi və dəlilləri nəzərə alınaraq, həmin şəxslərin şahid qismində məhkəmə iclasında iştirakı cavabdeh tərəfindən təmin edilmiş və bu şəxslər öz ifadələrində iş materiallarında olan ərizələrin onlar tərəfindən yazıldığını və imzalandığını təsdiq etmişlər (həmin ərizələr məhkəmə iclasında onlara göstərilmişdir). Eyni zamanda, verdiyi ifadədən X7 2019-cu il tarixdən klubdan ayrıldığı, ona olunan zəng zamanı bu barədə Şahid məlumat verdiyi (federasiyanın İdarə heyətinin üzvü), sonuncu tərəfindən də ona üzvlükdən çıxmanın qaydasının və bununla bağlı rəsmi ərizənin yazılmalı olmasının izah edildiyi, bundan sonra X21 tərəfindən birliyin üzvlüyündən çıxması ilə bağlı ərizə yazaraq, Şahid (həmin iclasda iştirak edən Şahid həmin vəsaitin iddiaçı tərəfindən ona verildiyini bildirmiş, lakin əvvəlki məhkəmə iclasında şahid qismində ifadə verdiyindən müdaxilə edilməsinin yolverilməzliyi məhkəmə kollegiyası tərəfindən onun nəzərinə çatdırılmışdır) vəsaiti hesabına yaşadığı Ucar rayonundan sərnişin daşıyan avtomobil vasitəsi ilə Bakı şəhərinə, Şahid göndərdiyi müəyyən edilmişdir. Bu şəxsin verdiyi məlumata əsasən artıq xeyli müddətdir ki, mühafizəçi, əlavə vaxtda isə fəhlə kimi çalışır.
52. X20 isə təxminən 2 ilə yaxın müddətdir ki, Federasiyanın fəaliyyətindən uzaqlaşdığını, ərizəni də başqa işlərlə məşğul olması ilə bağlı yazdığını, ona bu sahədə işləməklə bağlı zənglər olsa da, artıq bu sahədən uzaqlaşdığını, 2024-cü ildə keçirilmiş bir iclasda da iştirak edərək, üzvlükdən çıxdığını bildirdiyini, onun çalışdığı Cəsur MK Sumqayıt şəhərində yerləşdiyini və hazırda fəaliyyət göstərmədiyini qeyd etmişdir.
53. Federasiyanın üzvü olan X29 isə xx.xx.2024-cü il tarixdə ərizə ilə Azərbaycan Kikboksinq Federasıyasının prezidenti cənab Orxan Əliyevə müraciət edərək, Azərbaycan Muay Tay Federasiyasında olan “Mübarizlər” idman klubunun fəaliyyətini müvəqqəti dayandırdığını və 2021-ci ildən fəaliyyətini kikboksinq Federasiyasında davam etdirdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən bu şəxs həmin ərizənin ona aid olduğunu (ərizə məhkəmə iclasında ona göstərilmişdir), ərizəni şəxsən imzaladığını, əvvəllər Birlikdə fəaliyyət göstərdiyini, daha sonra isə üzvlükdən çıxaraq Kikboksing Federasiyasına keçdiyini, son 4 ildir ki, “Azərbaycan Muay Tay-Tayboks Federasiyası” İctimai Birliyinin iclaslarında iştirak etmədiyini, 2024-2025-ci illərdə keçirilən iclaslarda olmadığını, bununla bağlı hər hansı şəxslə mobil telefon vasitəsi ilə danışmadığını, belə ki, mobil nömrəsini də dəyişdiyini bildirmişdir.
54. İddiaçı tərəf X7 və X12 Federasiyanın ümumi yığıncaqlarında, tədbirlərində, habelə ümumiyyətlə Federasiyanın işində iştirak etdiyini söyləməmişdir. Onların ən azı son 3 il ərzində hər hansı bir formada Federasiyanın işində iştirak etməsi müəyyən edilmir. İddiaçı yalnız X8 Federasiyanın iclaslarında iştirak etdiyini bildirmiş, bunun təsdiqi olaraq telefonunda olan şəkilləri məhkəmə kollegiyasına göstərmişdir. Lakin həmin şəkillərdən yalnız Pərvin Qurbanovun digər şəxslərlə birlikdə masa arxasında oturduğu görünür. Bu şəkillərdən onun məhz Federasiyanın işi ilə bağlı tədbirdə iştirak etməsi müəyyən edilmir. Pərvin Qurbanovun bir neçə şəxslə birlikdə bir masa arxasında oturması, bu şəxslər arasında hətta Federasiyanın üzvlərinin də yer alması, bu yığıncağın birmənalı şəkildə Federasiyanın işi ilə bağlı tədbir olması anlamına gəlmir. Başqa sözlə, telefonda göstərilən şəkillərdən bu tədbirin hansı tarixdə, hansı məsələ ilə bağlı keçirildiyi və Federasiyanın işi ilə bağlı olduğu müəyyən edilmir. Nəzərə alınmalıdır ki, X20 özü də 2024-cü ildə keçirilən bir tədbirdə iştirak etdiyini və üzvlükdən çıxdığını bildirdiyini qeyd edir. Onun istinad etdiyi Cəsur MK klubunun hazırda fəaliyyət göstərməsini təsdiq edən sübut da mövcud deyil. Bu səbəbdən məhkəmə kollegiyası iddiaçı tərəfin bu şəxsin tədbirlərdə iştirak etməsi mövqeyini əsaslı hesab etmir.
55. Məhkəmə kollegiyası mövcud vəziyyətdə onu da qeyd etməyi zəruri hesab edir ki, bu şəxslərin şahid qismində iştirakı cavabdeh tərəfindən təmin edilmişdir. Bu da onların cavabdeh üçün daha əlçatan olması qənaətinə gəlməyə əsas yaradır. Belə olan halda, xx.xx.2024-cü il tarixdə keçirilən konfransda iştirak edən cavabdeh onlarla əlaqə saxlayıb, onların da həmin konfransa onlayn qaydada qoşulmasını təmin edə bilərdi. Bu halın baş verməməsi onların həqiqətən də xeyli müddətdir ki, könüllü şəkildə Federasiyanın işində hər hansı formada iştirak etməməsini təsdiq edir. Nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən təqdim edilmiş və xx.xx.2024-cü il tarixdə keçirilmiş konfransda iştirak etməyən üzvləri əks etdirən xx.xx.2025-ci il tarixli akt digər iki şəxs tərəfindən imzalansa da, X20 tərəfindən ümumiyyətlə imzalanmamışdır. Başqa sözlə, nəticə etibarı ilə hazırki mübahisə üzrə heç bir mötəbərliyə malik olmayan (imzalanması isə heç bir məsuliyyət yaratmayan) bu aktda belə onun imzasının olmaması bilavasitə onun Federasiyadakı üzvlüyünə münasibətini əks etdirir.
56. Məhkəmə kollegiyası qeyd edir ki, Federasiyanın nizamnaməsinə əsasən Federasiyaya yalnız idman təşkilatları, klublar, komandalar (dövlət və yerli özünüidarəetmə orqanlarının işçiləri istisna olmaqla) üzv ola bilər. Federasiyanın tədbirlərində iştirak etmək üzvlərin vəzifələrinə aid edilmişdir. Eyni zamanda, nizamnamədə şəxslərin Federasiyaya üzv qəbul edilməsi və onların (üzvlükdən çıxma və üzvlükdən xaric etmə formasında) üzvlüyünə xitam verilməsi qaydası müəyyən edilmiş, bu zaman mütəmadi olaraq, üzürlü səbəb olmadan Federasiyanın işində iştirak etməkdən boyun qaçırma xitamın xaric edilmə formasına aid edilmiş, lakin könüllü olaraq Federasiyanın üzvlüyündən çıxma ilə bağlı müraciətə hansı müddətdə baxılması məsələsinə aydınlıq gətirilməmiş, yalnız üzvlüyə qəbul ilə bağlı ərizəyə verildiyi gündən bir ay müddətində baxılması nəzərdə tutulmuşdur.
57. Lakin könüllü olaraq üzvlükdən çıxma halında bununla bağlı ərizəyə baxılması müddətinin dəqiq göstərilməməsi bu məsələnin aylar və illərlə davam etməsini mümkün edən hal deyil. Hər bir halda, həm X21, həm də X20 bu barədə ərizə yazıb və məsələyə münasibətlərini bildiriblər. X21 və X12 ən azı son 3 il ərzində Federasiyanın hər hansı işində iştirak etməsi müəyyən edilmir. X13 isə üzvlükdən könüllü çıxma qaydasını iddiaçı tərəfin özü izah etmiş və bununla bağlı daşınma xərcini də şəxsən iddiaçı qarşılamışdır. Bu şəxslər hər bir formada (ərizələri, sonrakı davranışları, klublarının fəaliyyət göstərməməsi və sair) faktiki olaraq üzvlükdən çıxdıqlarını və onların üzvlüyünün formal xarakter daşıdığını təsdiq edirlər. Belə olan halda, o cümlədən yuxarıda göstərilənlərin qarşılığında iddiaçı tərəfin üzvlüyə xitam verilməsi ilə bağlı Nizamnamənin tələblərinə istinad etməsi və bu 3 üzvün üzvlüyünə xitam verilməsi ilə bağlı Federasiya tərəfindən qərarın qəbul edilməməsi mövqeyindən çıxış etməsi əsassızdır. Hər bir halda, bir ildən artıq müddət əvvəl yazılı qaydada X21 və X20 Federasiyadan çıxdığını, X29 isə Federasiyada fəaliyyətini dayandırdığını rəsmi bəyan etmişdir. X7 və X12 isə ən azı 3 ildir ümumiyyətlə Federasiyanın işində iştirak etmədiyi müəyyən edilir. Bununla belə, hüquqi nəticə etibarı ilə Federasiya yaranmış bu vəziyyətə uyğun olaraq Nizamnamə ilə üzərinə düşən səlahiyyətləri yerinə yetirməmiş və müəyyən edilmiş qaydaya uyğun olaraq həmin şəxslərin üzvlüyünə xitam verməmişdir. Bu da Federasiyada işin düzgün təşkil edilməməsi, fəaliyyətin koordinasiya olunmaması, habelə formal üzvlüyə məhəl qoyulmaması qənaətinə gəlməyə əsas verir.
58. Belə çıxır ki, bu şəxslər hazırda öz iradələrinə zidd olaraq Federasiyanın üzvüdür, bu üzvlük formal xarakter daşıyır. Bu kimi halların mövcudluğu, xüsusilə iddiaçı ilə cavabdehin vəziyyətində (iddiaçı ilə cavabdehin münasibətləri gərgindir, üzvlərin bir qismi iddiaçını, bir qismi cavabdehi dəstəkləyir, tərəfkeşlik baxımdan üzvlər arasında qruplaşma müşahidə olunur), konfransın səlalhiyyətli olması üçün yetərsayın əldə edilməsinə suni maneələr yaradır və bu vəziyyətdən sui-istifadə etməyə imkan verir. Hazırki mübahisədə də buna oxşar vəziyyət müşahidə olunur və iddiaçı məhz yetərsayın təmin edilməməsi baxımından konfransın səlahiyyətli olmamasını iddia edir.
59. Hər bir halda, Federasiyanın nizamnaməsi onun fəaliyyəti ilə bağlı suni maneələrin yaradılmasına rəvac verə bilməz, nizamnamədə təsbit edilmiş müddəalar onlardan irəli gələn tələblərə uyğun tətbiq edilməlidir. Ötən dövr ərzində isə həmin şəxslərin üzvlüyünə xitam verilməsi üçün nizamnamə ilə müəyyən edilmiş qaydanın tətbiqi üçün hər hansı maneənin olduğu müəyyən edilmir. Bu səbəbdən göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, həmin 3 şəxsin üzvlüyü yetərsay baxımından konfransın səlahiyyətli olması məsələsində nəzərə alına bilməz. Başqa sözlə, yetərsay müəyyən edilərkən, hesablama 22 üzv üzərindən deyil, bu şəxslər istisna olmaqla (22- 3=19) 19 şəxs üzərindən aparılmalıdır.
60. Bu qaydada aparılmış hesablama nəticəsində isə xx.xx.2024-cü il tarixdə keçirilən konfransın yetərsay baxımından səlahiyyətli olduğu müəyyən edilir. Belə ki, həmin konfransda Federasiyanın 8 üzvü (Cavabdeh, X53, X33, Taştəmirov Rəfail Taştəmir oğlu, Şahid, X49, X47, X50) bilavasitə, 2 üzvü isə (X22 və X23) “Whatsapp” proqram təminatı üzərindən onlayn qoşulmaqla iştirak etmişdir. İddiaçı tərəf bu şəxslərin həqiqətdə onlayn qaydada konfransa qoşulmadığını bildirsə də, öz mövqeyini sübuta yetirə bilmir. Həmin şəxslər özləri isə şahid qismində ifadə verərək, bununla bağlı iş materiallarında olan ərizələrin onlar tərəfindən yazıldığını və konfransda onlayn qaydada iştirak edərək, qəbul edilmiş qərarlara, o cümlədən iddiaçının Federasiyanın prezidenti vəzifəsindən xaric edilməsinə və cavabdehin bu vəzifəyə seçilməsinə səs verdiklərini təsdiq edirlər. Bu səbəbdən məhkəmə kollegiyası onların da konfransda iştirak etmələrini, bununla da konfransda Federasiyanın 10 üzvünün yer aldığını və hesablamanın 19 üzv üzərindən aparıldığını nəzərə alıb, vurğulayır ki, həmin konfrans yetərsay baxımından səlahiyyətli olmuşdur və konfrasda qəbul edilmiş qərarlar bu əsasla etibarsız hesab edilə bilməz.
61. Məhkəmə kollegiyası o halı da nəzərə alır ki, “Whatsapp” proqram təminatı üzərindən aparılmış yazışmadan Federasiyanın üzvü olan X11 da xx.xx.2024-cü il tarixli konfrans barədə məlumatı olması və atasının səhhətində yaramış problemlər səbəbindən konfransda iştirak edə bilməməsi müəyyən edilir. Bu şəxs şəxsən iştirak etməsə də, konfransda təmsil olunması üçün nümayəndəsini göndərmiş və onun nümayəndəsi də konfransda qəbul edilmiş qərarlara, o cümlədən iddiaçının Federasiyanın prezidenti vəzifəsindən xaric edilməsinə və cavabdehin bu vəzifəyə seçilməsinə səs vermişdir. Bu baxımdan konfransda 10-dan artıq, yəni 11 üzv iştirak etmişdir. Belə ki, X31 düşünülmüş şəkildə konfransa nümayəndəsini göndərmiş və bununla da bu qaydada konfransda iştirak etmək istəyini və iradəsini bildirmişdir. Konfransdan sonra da ümumilikdə konfransın, o cümlədən prezident seçkilərinin nəticələrinə hər hansı formada etiraz etməmiş, öz nümayəndəsinə prezident seçkiləri ilə bağlı məsələ üzrə səs vermədə iştirak etmək səlahiyyətini vermədiyini bildirməmiş, bununla da nümayəndəsinin səs vermədə nümayiş etdirdiyi iradənin onun iradəsi olduğunu təsdiq edərək, bəyənmişdir. Hər bir halda, ötən dövr ərzində onun bu qərarlara hər hansı formada etiraz etməsi müəyyən edilmir. “Whatsapp” proqram təminatında yaradılmış və Federasiyanın üzvlərinin də daxil olduğu, habelə Federasiyanın İdarə heyətinə aid 2 ayrı qrupun aktiv iştirakçısı olan X11 bu qrupların hər hansı birində də bu məsələ ilə bağlı etiraz və ya tənqidi xarakterli yazılar yazdığını təsdiq edən hər hansı sübut (yazışmadan çıxarış) mövcud deyil. Belə olan halda, məhkəmə kollegiyası konfransdan xeyli müddət keçdikdən sonra, yəni hazırda, bu şəxsin belə bir mövqedən çıxış etməsini (konfransda müzakirə olunan məsələlərdən məlumatlı olmaması, nümayəndəsinə həmin məsələlərə səs vermək səlahiyyəti verməməsi, səsvermədən sonra ona səs verdiyinə görə irad bildirməsi və sair) qəbul etmir və belə qənaətə gəlir ki, onun hazırki mövqeyi xx.xx.2024-cü il tarixdə nümayəndəsi vasitəsi ilə bildirdiyi iradə ifadəsi ilə deyil, məhz hazırda iddiaçıya tərəfkeşlik (ona dəstək verməsi) etməsi ilə bağlıdır. Bu da xx.xx.2024-cü il tarixli konfransın nəticələrinə təsir edə bilməz və hüquqi nəticə etibarı ilə onun öz nümayəndəsi vasitəsi ilə səsvermə zamanı bildirdiyi və sonradan bəyəndiyi iradə ifadəsinin nəzərə alınmaması (səsverməsinin etibarsız hesab edilməsi və sair) üçün əsas yaratmır.
62. Ümumiyyətlə qeyd edilməlidir ki, iddiaçı ilə cavabdehin arasında olan münasibətlər çərçivəsində üzvlərin müəyyən məsələlərlə bağlı mövqeyinin dəyişməsi halları açıq və aşkar şəkildə müşahidə olunur. Lakin bu hal konfransın nəticələrinin etibarsız hesab edilməsi üçün (yetərsay, səs verən şəxslərin iradəsi və bütün sair hallar baxımından) əsas ola bilməz. Belə ki, Federasiyanın İdarə heyətinin üzvü olan və xx.xx.2024-cü il tarixli konfransda cavabdehin birbaşa yanında oturan, onun prezidentliyi dövründə Federasiyanın inkişaf etməsi, kollektiv arasında mehriban işgüzar şəraitin yaradılması barədə fikirlər söyləməklə onun Federasiyanın prezidenti vəzifəsinə namizədliyini irəli sürən və bu qərarın qəbul edilməsinə səs verən Şahid hazırda iddiaçını dəstəkliyir və ona tərəfkeşlik edir. Halbuki, cavabdehin xx.xx.2025-ci il tarixli məhkəmə iclasında verdiyi izahatına əsasən onunla iddiaçı arasında münasibətlər məhz Şahid ilə bağlı olan məsələyə görə pozulmuşdur (i.v. 70). Həmçinin, bu şəxs notarial qaydada təsdiq edilmiş ərizə təqdim edərək, konfransın nəticələrinin etibarsız hesab edilməsinə yönəlmiş fikirlər söyləmişdir. Şahid qismində ifadəsi alınarkən onun “Sonradan bizə məlum oldu ki, 22 nəfər üzvdən sadəcə 7-si iclasda iştirak etmişdir” fikrini söyləməsi isə ümumiyyətlə anlaşılmazdır. Belə çıxır ki, ya bu şəxs konfrans zamanı ümumiyyətlə hər hansı şəxsin üzünə baxmayıb, ya da ki, ümumiyyətlə üzvləri tanımır. Halbuki, hər iki fikir əsassızdır və realıqda mövcud ola bilməz (bu səbəbdən məhkəmə kollegiyası onun hər hansı şəxsin Konfransa onlayn qaydada qoşulmaması barədə fikirlərini mötəbər hesab etməmişdir). Konfransda iştirak edən və cavabdehin Federasiyanın prezidenti seçilməsinə səs verən üzv X49 da notarial qaydada təsdiq edilmiş ərizə verərək, bir qədər fərqli mövqedən çıxış etmişdir. Hər iki ərizə məhz iddiaçı tərəfindən təqdim edilmişdir. Bu da iddiaçının həmin şəxslərlə bu məsələni müzakirə etməsini təsdiq edir. Halbuki (təbii ki, bu şəxsləri hazırki mübahisədə öz tərəfinə çəkmək istəyi və niyyəti istisna olmaqla) buna olan ehtiyac və zərurət aydın deyil.
63. Məhkəmə kollegiyası konfransda qəbul edilmiş 3-cü qərarla bağlı qeyd edir ki, Federasiyanın İdarə heyətinin üzvlərinin seçilməsi ilə bağlı məsələnin xx.xx.2024-cü il tarixdə keçirilməsi planlaşdırılan konfransın gündəliyinə də salınmışdır. Nəticədə xx.xx.2024-cü il tarixdə İdarə heyətinə 7 üzv (X47, X40, Yekibaşov Mürsəl Xəlil oğlu, X36, Cavabdeh, Şahid və X28) seçilmişdir. Həmin şəxslərdən 3-ü (Cavabdeh, Şahid və X28) əvvəlki İdarə heyətinin də üzvü olmuş, 1-i isə (X47) Federasiyanın üzvü olmuşdur. 3 üzv isə (X40, Yekibaşov Mürsəl Xəlil oğlu və X36) Federasiyaya və İdarə heyətinə yeni seçilmiş üzvlərdir. Məhkəmə kollegiyası iddiaçının özünün İdarə heyətinin üzvlüyündən çıxarılmasını konfransda qəbul edilmiş ilk iki qərarın məntiqi davamı kimi qiymətləndirir. Belə ki, konfransda iddiaçının Federasiyanın prezidenti kimi fəaliyyəti faktiki olaraq tənqid edilmişdir. Digər 3 yeni üzvün seşilməsinin isə iddiaçıların hansı maraqlarına toxunması aydın deyil. İddiaçılar özləri də bununla bağlı hər hansı konkret fikir söyləməmişlər. Digər tərəfdən əvvəlki İdarə heyətinin üzvlüyündən çıxarılan digər şəxslərin də bu qərara fərdi qaydada hər hansı formada etiraz etməsi müəyyən edilmir. Belə çıxır ki, həmin şəxslər İdarə heyətinin üzvlüyündən çıxmağa razıdır, lakin iddiaçı bundan narazıdır. Bu səbəbdən məhkəmə kollegiyası bu hissədə də hər hansı pozuntunun olduğunu müəyyən etmir.
64. Beləliklə məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alıb “ümumi yığıncağın (konfransın) nəticələrinin etibarsız hesab edilməsi” hissəsində iddianı və buna uyğun olaraq apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir və belə qənaətə gəlir ki, iddia həmin hissədə əsassızdır və təmin edilməməlidir.
65. Məhkəmə kollegiyası “möhür və təsis sənədlərinin təhvil verilməsi” tələbinin hüquqi nəticə etibarı ilə “ümumi yığıncağın (konfransın) nəticələrinin etibarsız hesab edilməsi” tələbinə münasibətdə törəmə tələb olduğunu və bu tələbin təmin edilibedilməməsinin bilavasitə ilk tələbin təmin edilib-edilməməsindən asılı olduğunu, ilk tələbin də təmin edilməməsi qənaətinə gəlindiyini nəzərə alıb, hesab edir ki, bu tələb də təmin edilə bilməz. Bu tələblə bağlı o da qeyd edilməlidir ki, ötən dövr ərzində iddiaçının belə bir çətinliklə üzləşməsi, o cümlədən cavabdehdən möhür tələb etməsi müəyyən edilmir. Digər tərəfdən iddiaçı Federasiyaya aid möhürə hazırda malikdir və ondan istifadə edir. Həmin möhürün əldə edilməsi əsası (möhürün itirilməsi barədə qəzetdə elan dərc etdirməklə) isə müstəqil qaydada bu tələbin rədd edilməsi üçün əsas yaradır. Belə çıxır ki, iddiaçı itirdiyi möhürü cavabdeh qizli şəkildə götürübdür. Lakin iddiaçı möhürün oğurlandığını bildirmir, cavabdehdə olduğunu və ona təhvil verilmədiyini iddia edir. Belə olan halda da hansı möhürün itməsi sual olaraq qalır. Cavabdehin möhürdən istifadə etməsi ilə bağlı da hər hansı sübut təqdim edilmir. Ötən dövr ərzində cavabdehin möhürdən istifadə edilməsinin qadağa edilməsi ilə bağlı da iddiaçı tərəfindən hər hansı tədbirin görülməsi öz təsdiqini tapmır.
66. Məhkəmə kollegiyası mübahisənin mahiyyətini nəzərə alıb onu da qeyd edir ki, Federasianın üzvlərinin biri-biri ilə əlaqəsi var, demək olar ki, onlar hər biri digəri üçün əlçatandır. Belə olan halda, bu məsələyə aydınlıq gətirilməsi üçün Federasiyanın daha bir növbədənkənar konfransının keçirilməsinə və bu barədə bütün üzvlərə məlumat verib (onların həmin məlumatı aldıqlarını müəyyən edib) mümkün qədər çox üzvün (fiziki və onlayn) iştirakını təmin etməklə həmin konfransda Federasiyanın prezidentinin seçilməsinə hər hansı maneənin olduğu müəyyən edilmir.
67. Beləliklə, məhkəmə kollegiyası yuxarıda sərgilədiyi hüquqi mövqeyin yekunu olaraq hesab edir ki, iddia əsassızdır, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçıların apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir.
68. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçılar İddiaçı1 və “Azərbaycan Muay Tay-Tayboks Federasiyası” İctimai Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-1539/2025 saylı qətnaməsi iddiaçılar İddiaçı1 və “Azərbaycan Muay Tay-Tayboks Federasiyası” İctimai Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçılar İddiaçı1 və “Azərbaycan Muay Tay-Tayboks Federasiyası” İctimai Birliyinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.