Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5216/2021 22.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı (üçüncü şəxs X2) “pul” tələbinə dair mülki iş üzrə 2(007)-193/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 18.02.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehmdan 14.300 (on dörd min üç yüz) manat qalıq borcun, borc məbləğin beş fazinin və iddalarına baxılması üçün məhkəmə üçün banka ödədiyi 30 manat dövlət rüsumu əvəzinin cavabdehdən alınıb onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə aralarında olan şifahi razılaşmaya əsasən hələdə qeydiyyatda olduqları ünvan 1 ünvanında yerləşən ona məxsus olan fərdi tikilini, daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olan X1 vasitəçiliyi ilə cavabdehlə razılaşdıqları məbləğə yəni, 55500 (əlli beş min beş yüz) manata satmışlar ki, buna dair də 24 yanvar 2019-cu il tarixdə Akt tərtib olunmuşdur. Cavabdehlə razılaşmaya görə cavabdeh aldığı evin razılaşdıqları dəyərinin 30.200 (otuz min iki yüz) manatını nəğd olaraq vermiş yerdə qalan pulu da qısa müddətdə yəni həmin ilin iyul ayının sonuna kimi onlara verəcəyinə razılaşmışlar. Bu razılaşmadan sonra cavabdeh onlara həmin ilin may ayına kimi 11.000 (on bir min) manat da verib. Lakin cavabdeh artıq razılaşma şərtlərini pozaraq aldığı evin dəyərinin qalıq hissəsi olan 14.300 (on dörd min üç yüz) manatı onlara ödəməkdən yayınır. Sonuncu telefon danışıqları zamanı isə cavabdeh ümumiyyətlə onlara verməli olduğu qalıq məbləğin yarısını yəni, 7000 (yeddi min) manat hissəsini verəcəyini bildirib və buna əsas kimi də güya onlardan evi aldıqdan sonra evin təmirinə çox xərci çıxdığını göstərmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 18.02.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 14.300 (on dörd min üç yüz) manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı2 verilməsi qət edilmiş, qalan hissədə iddia tələbi təmin edilməmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının qeyd etdiyi alqı-satqı həqiqətən də aralarında olmuşdur və cavabdeh ona məbləğin bir hissəsini, yəni 14.300 manatı ödəməmişdir. Səbəbi isə belədir, evi alan zaman iddiaçı demişdir ki, evin damında heç bir problem yoxdur, lakin sonra müəyyən olundu ki, dam və tavan tam yararsız vəziyyətdədirlər. Buna görə də təmir etmək qərarına gəldi və təmirə 7.300 manat məbləğində xərc çəkdi. Birinci instansiya məhkəməsində də təmir pulunu çıxmaqla qalan məbləği yəni 7.000 manat ödəməyə etiraz etmədiyimi bildirmişdi. Apellyasiya baxışı zamanı cavabdeh şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. İddiaçı hər biri ayrı-ayrılıqda apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, üçüncü şəxs iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazrık ıiş üzrə qətnamə iddianın təmin olunmuş hissəsində yoxlanılır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, 08 may 2014-cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X4 ünvan 1 ünvanında yerləşən ona məxsus olan fərdi tikilini İddiaçı2 satmışdır. 23 yanvar 2019-cu il tarixdə İddiaçı2, Cavabdeh, İddiaçı1 və X2 tərəfindən tərtib olunmuş aktın surətindən görünür ki, İddiaçı2 ünvan 1 ünvanında yerləşən ona məxsus olan fərdi tikilini Cavabdeh satdığını və ondan 55 000 manat aldığını təsdiq etmişdir. 05 dekabr 2019-cu il tarixdə X2 tərəfindən tərtib oluna aktın surətindən görünür ki, İddiaçı2 özünə məxsus olan ünvan 1 ünvanında yerləşən ona məxsus olan fərdi tikilini 55 000 manat müqabilində Cavabdeh satmışdır. Cavabdeh ümumilikdə 41200 manatı İddiaçı2 vermiş, 14300 manatı qalmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə məhkəmə tikinti-texniki ekspertizasının 29 dekabr 2020-ci il tarixli 10/2081 nömrəli rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi tikilinin dam örtüyünə vizual baxış zamanı damın tikintisində istifadə olunan materialların görünüşünü, aşınma dərəcəsini nəzərə alaraq həmin tikilinin dam örtüyünün təmir olunduğu müəyyən olunmuşdur. Lakin təmir işlərinin hansı tarixdə aparılmasını müəyyən etmək mümkün olmamışdır. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin dam örtüyünün təmirinə çəkilmiş xərc orta bazar qiymətinə uyğun olaraq 3784 manat təşkil edir. Dam örtüyü üzərində faktiki olaraq heçbir qüsur aşkarlanmadığına, həmçinin mülki iş materiallarında dam örtüyünün təmirdən öncəki vəziyyətinə dair məlumat olmadığına görə, dam örtüyünün təmir olunmasının səbəbini müəyyən etmək mümkün olmamışdır. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 646.1-ci maddəsinə əsasən, daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.2-ci maddəsinə əsasən, əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğısatqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıc isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv üçün əsas təşkil etmir. Belə ki, İddiaçı2, Cavabdeh ilə bağladığı şifahi alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, ünvan 1 ünvanında yerləşən fərdi tikilini Cavabdeh təhvil vermişdir. Cavabdeh isə həmin müqavilə üzrə öhdəliyini tam icra etməmiş, ödəməli olduğu məbləğin 14300 manat hissəsini ödəməmişdir. Cavabdeh birinci instansiya məhkəmə iclasında veridyi izahatında göstərmişdir ki, evin təmirinə 7300 manat xərc çəkmişdir, ona görə də həmin pulu ödəmir. Qalan 7000 manatı ödəyə bilər. Lakin Cavabdeh qeyd olunan evi aldıqdan sonra məhs həmin vaxt, həmin evin damında olan problemlə bağlı təmir işləri aparması və 7300 manat təmir xərci çəkməsi ilə bağlı heç bir mötəbər sübut növü təqdim etməmişdir. Bundan başqa, Abbasova X3 Əli Adil oğluna məxsus evi alarkən, həmin evə baxış keçirmiş, və tərəflərin qarşılıqlı razılığı ilə evin alqı-satqısı həyata keçirilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 29 dekabr 2020-ci il tarixli 10/2081 nömrəli ekspert rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi tikilinin dam örtüyünə vizual baxış zamanı damın tikintisində istifadə olunan materialların görünüşünü, aşınma dərəcəsini nəzərə alaraq həmin tikilinin dam örtüyünün təmir olunduğu müəyyən olunmuşdur. Lakin təmir işlərinin hansı tarixdə aparılmasını müəyyən etmək mümkün olmamışdır. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin dam örtüyünün təmirinə çəkilmiş xərc orta bazar qiymətinə uyğun olaraq 3784 manat təşkil edir. Dam örtüyü üzərində faktiki olaraq heç bir qüsur aşkarlanmadığına, həmçinin mülki iş materiallarında dam örtüyünün təmirdən öncəki vəziyyətinə dair məlumat olmadığına görə, dam örtüyünün təmir olunmasının səbəbini müəyyən etmək mümkün olmamışdır. Beləliklə, iddianın qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-193/2021 saylı, 18.02.2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5216/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5216/2021
22.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver