Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5217/2022 24.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 Mirzəəli oğluna qarşı «kompensasiya qismində pul» tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6625/2021 saylı işi üzrə 27 dekabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 Mirzəəli oğlundan 49275 manat pulun tutularaq ona ödənilməsi barədə iddiası Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6625/2021 saylı işi üzrə 27 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına; Azərbaycan Respublikasının xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinə; Mülki Prosessual Məcəllənin 14.2, 106.1, 119.1, 217.4-cü maddələrinə istinadən) rədd edilmişdir.
2. İşin icraatı zamanı müəyyən edilmişdir: "xxxx" MTK ilə Cavabdeh2 arasında bağlanılmış 11 dekabr 2019-cu il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, N.Yusifbəyli küçəsində yerləşən 34 saylı mənzili “Mülkiyyətçi” "xxxx" MTK-yə təhvil verilməsi, "xxxx" MTK isə “Mülkiyyətçi”-nin qəzalı vəziyyətdə olan mənzilinin ümumi sahəsinə şirkət tərəfindən əlavə güzəşt edilməklə yaşayış binasının “C” Blokunun 2 və 4cü mərtəbəsində 2 ədəd 55.7 kv.m. sahəsi olan təmirsiz mənzilləri, “Mülkiyyətçi”-nin mülkiyyətinə verməyi öhdəsinə götürür; Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli 2(006)-273/2021 saylı qətnaməsi ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 Mirzəəli oğluna və “Capital City” Yaşayış Kompleksinə qarşı “Capital City” Yaşayış Kompleksi ilə Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 Mirzəəli oğlu arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir; Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4859/2021 saylı işi üzrə 17 iyun 2021-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2(006)-273/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır; - 18 fevral 2020-ci il tarixli Bakı şəhəri Nəsimi rayonu İcra Hakimiyyəti Nəsimi rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 59 saylı Mənzil Kommunal İstismar İdarəsinin rəisi tərəfindən verilmiş arayışa, habelə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında 018/39-554 №-li və ******* №-li arayışlarına əsasən İddiaçı xx.xx.2002-ci il tarixindən, Bakı şəhəri Nəsimi ray., T.Yusifbəyli küç., ev 34-də qeydiyyatdadır. Arayışa əsasən cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 Mirzəəli oğlu və digər başqa şəxslərin həmin ünvanda qeydiyyatda olduğu müəyyən edilmişdir(iş səh.9-27). Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
3. İddiaçı apellyasiya şikayəti verərək 27 dekabr 2021-ci il tarixli qətnamənin ləğv edilməklə, iddia tələblərinin tam həcmdə təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasının 26, 60, 71; Mülki Məcəllənin 6.1, 6.1.8; Mülki Prosesual Məcəllənin 4.1, 8, 9.1, 88-ci maddələrinə istinadən qeyd edilmişdir ki, kompensasiya institutu özüözlüyündə mülkiyyətçinin kiminsə istifadə hüququna xitam verilməsi üçün kompensasiya ödənilməsini ehtiva edir. Lakin müvafiq halda evin İddiaçı razılığı olmadan artıq sökülməsi səbəbindən cavabdehlər üçün onun harada yaşaması, harada qeydiyyatda olması, istifadə hüququna xitam verilib-verilməməsi heç bir əhəmiyyət kəsb etmir. Belə olan halda, iddiaçı özü cavabdehlərdən istifadə hüququnun pozulmasının qarşılığı olaraq pul qismində kompensasiya ödənilməsini tələb etmək məcburiyyətində qalmışdır. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin yuxarıda qeyd edilən qətnaməsində də göstərildiyi kimi, iddiaçı həmin evlə bağlı hər hansı bir digər iddia qaldıra bilmir,həmin ev artıq sökülmüşdür və nə oraya köçürülməsi, nə də həmin evdə olan istifadə hüquqlarının başqa formada müdafiə edilməsi mümkünsüz vəziyyətə düşürülmüşdür, həmin evdə 2 ailə yaşamışdır və yalnız bu 2 ailənin üzvlərinin burada istifadə hüquqları mövcud idi. Belə olan halda alınmış 42850 manat pul vəsaitinin yarısı, yəni 21425 manat və hər biri 55,7 kv.m. olan 2 mənzildən birinin təmirsiz və hər kv.m.-nin dəyərini ən ucuz qiymətlə - 500 manat olmaqla hesabladıqları 27 850 (55,7 x 500 manat) manat, ümumilikdə 49275 manat pul cavabdehlərdən tutularaq İddiaçı ödənilməlidir. Lakin, birinci instansiya məhkəməsi cavabdehlərin məhkəmənin bildirişlərinə məhəl qoymadan prosesə gəlməmələrini əsas götürməklə, həmçinin də evin artıq söküldüyü üçün iddianın təmin edilməsinin mümkün olmadığı qənaətinə gələrək iddianı rədd etmişdir.
Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları: 4.Bakı Apellyasiya Məhkəməsinin icraatı zamanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən xx.xx.2022-ci il tarixində verilmiş məktuba əsasən müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən mənzil Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 575/3 nömrəli xx.xx.1995-ci il tarixli sərəncamına, 15 nömrəli xx.xx.2002-ci il tarixli forma 2 arayışına, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, X1 razılıq ərizələrinə əsasən xx.xx.2002-ci il tarixdə Muradov X3 adına ilkin qeydiyyatdan keçmişdir; Bakı şəhər 54 saylı notariat kontorunun xüsusi notariusu S.B.Xankişiyev tərəfindən təsdiqlənmiş 2V- 15 reyestr nömrəli xx.xx.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə, 3M-84 reyestr nömrəli xx.xx.2017-ci il tarixli vərəsəlik payının bağışlama müqaviləsinə əsasən xx.xx.2017-ci il tarixdə Cavabdeh2 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Qeyd olunan digər şəxslərin adlarına Bakı şəhəri ərazisində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir.
5. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən İddiaçı, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 Mirzəəli oğlunun iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan (və qanunla müəyyən edilmiş hallarda) əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda, habelə şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
7. Məhkəmə kollegiyası mübahisə edilən hissədə apellyasiya şikayətinin əsassız dəlillərinə, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Mülki Məcəlləsinin 27, 152- 166, 228, 560; Mənzil Məcəlləsinin 30; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76, 77, 80-82, 106, 119, 217.4, 372, 385-390-ci maddələrinə istinadən hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə və edilmiş sorğulara əsasən müqavilə bağlanılan zaman iddia edilən məbləğin alınması üçün iddiaçının istifadə hüquqları müəyyən edilməmiş və nikah münasibətlərində olmamışdır. Başqa əsaslarla kompensasiyanın mülkiyyətçidən tələb edilməsi isə əsaslandırılmamışdır.
8. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz(Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli və İ.Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli Qərarları).
9. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, mübahisə edilən hissədə apellyasiya şikayətin dəlilləri əsassız olduğundan və qətnamə dəyişdirilmədən saxlanıldığından, əsassız apellyasiya şikayətlərinin verilməsi üçün dövlət rüsumuna ödənilmiş məhkəmə xərcləri onları ödəyən şəxslərə aid edilməlidir.
10. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8-14, 382, 384, 392, 393 və 402-406-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ : İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6625/2021 saylı işi üzrə 27 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.