Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-522/2021 31.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Mehdiyev Emin Əlixan oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı Sərəstan qızı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən 10526 manat maddi ziyanın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim F.Əyyubov, iş № 2(004)-4052/19) iddia təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-cı il tarixli qətnaməsi ilə (hakimlər E.Kazımov - sədrlik edən və məruzəçi, T.Səmədov və İ.Şirinov, iş №2(103)-943/20) iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv olunmuş, iddia qismən təmin edilmiş, Cavabdeh 5500 manatın alınaraq İddiaçı Sərastan qızına verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarı ilə (sədrlik edən E.Şamayev, hakimlər E.Vəliyeva və A.Abbasov, iş № 2(102)- 2399/20) Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilərək iş yeni apellyasiya baxışına qaytarılmışdır. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Z.Rəhimov etibarnamə əsasında idarə etdiyi 99GB713 dövlət qeydiyyat nişanlı “KİO RİO” markalı avtomobilə xx.xx.2019-cu il tarixdə təsminən saat 13:20 radələrində H.Əliyev prospekti, Binə Atçılıq mərkəzi istiqamətində hərəkətdə olan zaman səhhətində yaranan problemlə əlaqədar məcburiyyət qarşısında avtomobili yolun hərəkət istiqamətindən kənara çıxararaq saxlamışdır. Bu zaman 136 nömrəli xətt marşrutu ilə hərəkətdə olan və Cavabdeh məxsus ** VS *** dövlət qeydiyyat nişanlı DAEWOO markalı avtobus içi dolu sərnişinlə yüksək surətlə hərəkətini davam etdirərək gəldiyi yüksək surətlə onun dayanmış vəziyyətdə olan avtomobilinə arxadan çırpılmışdır. Nəticədə avtomobilinə 15526 manat ziyan dəymişdir. Araşdırma zamanı məlum olmuşdur ki, daşıyıcı şirkət ciddi qanun pozuntusuna yol verərək avtobusu kasko sığorta etdirməli olduğu halda icbari sığorta etdirmişdir. Bu səbəbdən də ona dəymiş maddi ziyan bu günə qədər “xxxx” ASC tərəfindən tam olaraq ödənilməmişdir. Yalnız 5000 manat pul ödənilmişdir. 10526 manat maddi ziyan isə cavabdeh tərəfindən ona tam şəkildə ödənilməli olduğu halda bu günə qədər tam ödənilməmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, etibarnamə əsasında ** GB *** dövlət qeydiyyat nişanlı “KİO RİO” markalı avtomobili idarə edən yoldaşı X4 xx.xx.2019-cu il tarixində təxminən saat 13.20 radələrində Heydər Əliyev prospekti ilə Binə Atçılıq mərkəzi istiqamətində hərəkətdə olan zaman səhhətində yaranan problemlə əlaqədar məcburiyyət qarşısında avtomobili yolun hərəkət istiqamətindən kənara çıxararaq saxlamışdır. Bu zaman 136 nömrəli xətt marşurutu ilə hərəkətdə olan və Cavabdeh məxsus ** VS *** dövlət qeydiyyat nişanlı “Daewoo” markalı avtobus içi sərnişinlə dolu olduğu halda yüksək sürətlə hərəkətini davam etdirərək gəldiyi yüksək sürətlə də dayanmış vəziyyətdə olan avtomobilə arxadan çırpılmışdır. Nəticədə avtomobilə (qüsür aktına əsasən) 15 526.00 (on beş min beş yüz iyirmi altı) manat maddi ziyan dəymişdir. Araşdırma zamanı məlum olmuşdur ki, daşıyıcı şirkət ciddi qanun pozuntusuna yol verərək avtobusu kasko sığorta etdirməli olduğu halda icbari sığorta etdirmisdir. Bu səbəbdən də ona dəymiş maddi ziyan bu günə qədər “xxxx” ASC tərəfindən tam olaraq ödənilməmişdir. Yalnız 5000.00 (beş min manat 00 qəpik) manat pul ödənilmişdir. (15 526.00 manat - 5 000.00 manat = 10 526.00 (on min beş yüz iyirmi altı manat) manat. 10 256.00 maddi ziyan isə cavabdeh tərəfindən ona tam şəkildə ödənilməli olduğu halda bu günə qədər də ödənilməmişdir. Yasamal rayon məhkəməsi dəymiş ziyanı qiymətləndirmək üçün ekspertiza təyin etmişdir. Aparıcı ekspert Elvin Qəhrəmanovun rəyi ilə 2013-cu il buraxılışlı “KİO RİO” markalı, **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobilin hazırki vəziyyətdə əksər hissələri dəyişilməklə,əsaslı təmir olunması rentabelli hesab olunmur və zərərçəkmişə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrini çıxmaqla təxminən 10 500.00 (15000m-30%) manat müəyyən edilmişdir. Ona dəymiş maddi ziyan aşkardır, faktlarla öz sübutunu tapmışdır. Məhkəmənin bu qətnaməsini tamamilə əsassız və qanunsuz hesab edir. İddiaçının nümayəndəsi Z.Rəhimov məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Cavabdeh və eləcə də apellyasiya baxışı zamanı müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işdə iştirak etməyə cəlb olunmuş X3 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Yuxarıda qeyd olunduğu kimi, hazırkı iş artıq bir dəfə apellyasiya baxışının predmeti olmuş və həmin apellyasiya baxışı zamanı birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia qismən təmin olunmuş və 5500 manat ziyanın ** VS *** dövlət qeydiyyat nişanlı “Daewoo” markalı avtobusun mülkiyyətçisi Cavabdeh tutulub iddiaçıya verilməsi qət edilmişdir. Lakin cavabdehin kassasiya şikayəti əsasında işə baxan kassasiya instansiyası məhkəməsi apellyasiya məhkəməsinin iş üzrə gəldiyi bu nəticə ilə razılaşmayaraq həmin qətnaməni ləğv etmiş və işi müvafiq göstərişlərlə yeni apellyasiya baxışına qaytarmışdır. Ali Məhkəmənin Mülki Kollegiyasının hazırkı iş üzrə xx.xx.2020-ci il tarixli qərarında şərh olunan həmin göstərişlərə görə işə apellyasiya qaydasında yenidən baxılarkən iş üzrə yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinmiş X3 işdə iştirak etməyə cəlb edilməli, onunla avtobusun mülkiyyətçisi olan Cavabdeh arasında əmək və ya mülki hüquqi müqavilə əsasında münasibətlərin mövcud olub-olmaması, o cümlədən Ağa Həşimovun avtobusu hansı əsaslarla idarə etməsi, bu halda sonuncunun işləri (nəqliyyat vasitəsinin idarə edilməsini) təhlükəsiz aparması üçün cavabdehin nəzarətinin olubolmaması xüsusatları araşdırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası kassasiya instansiyası məhkəməsinin qərarında şərh olunan göstərişləri icra edərək yeni apellyasiya baxışı zamanı ** VS *** dövlət qeydiyyat nişanlı “Daewoo” markalı avtobusu idarə etmiş və yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinmiş X2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb etmişdir. Məhkəmə kollegiyası iş materiallarına və sorğu əsasında əldə etdiyi sənədlərə əsasən müəyyən etmişdir ki, 90VS142 dövlət qeydiyyat nişanlı, DAEWOO markalı nəqliyyat vasitəsinin mülkiyyətçisi Cavabdeh olmuş olsa da, həmin nəqliyyat vasitəsini sərnişin daşımaq üçün yol vərəqəsinə əsasən Ağa Həşimov idarə etmişdir. Yol vərəqəsi xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək verilmiş və A.Həşimov həmin yol vərəqəsinin qüvvədə olduğu müddətdə - xx.xx.2019-cu il tarixdə sözügedən avtobusla qəza törətmiş və inzibati məsuliyyətə cəlb olunaraq İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir (i.v.98-106). Məhkəmə kollegiyası fiziki şəxs Cavabdeh məktubuna əsasən həmçinin müəyyən etmişdir ki, tərəflər arasında hər hansı əmək müqaviləsi bağlanmamış, əmək münasibətləri mövcud olmamışdır. Həmin məktubda nəqliyyat vasitəsinin Ağa Həşimovun əvəzsiz istifadəsinə verildiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Göründüyü kimi, yol nəqliyyat hadisəsi baş verən vaxt A.Həşimov avtomobili qanuni əsaslarla idarə etmiş və inzibati xəta törətmişdir. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri və kassasiya instansiyası məhkəməsinin qərarında şərh olunan göstərişləri nəzərə alaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayır və qeyd edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi hallar mübahisələndirilən qətnamənin ləğvi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı Sərəstan qızının apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-522/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-522/2021
31.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver