Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5222/2022 14.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehlər Nümayəndə və İddiaçı qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: cehiz əmlakın mənzildən çıxarılması, əmlak tələbi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, Cavabdeh İddiaçı iştirakı ilə İddiaçı Cavabdehlər Nümayəndə və İddiaçı qarşı “əmlak” tələbinə dair iddia üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1449/2020 saylı, 27 noyabr 2020-ci il tarixli qətnaməsindən cavabdehlər Nümayəndə və İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 14 sentyabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. X3 ilə X4 09 sentyabr 2018-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar.
2. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1585/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə X3 ilə X4 arasında 09 sentyabr 2018-ci il tarixdə 4 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanmış 2216 №-li akt qeydli nikah pozulmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı cehiz əmlakın mənzildən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
4. Məhkəmədə işə baxılarkən 27 noyabr 2020-ci il tarixdə X5 iddia tələbindən imtina etməsi barədə ərizə təqdim edərək iddia tələbi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmənin 27 noyabr 2020-ci il tarixli qərardadına əsasən İddiaçı Cavabdeh qarşı cehiz əmlakın mənzildən çıxarılması tələbi barədə ilk iddia üzrə işin icraatına xitam verilmişdir.
6. Bundan başqa iddiaçı Cavabdehlər Nümayəndə və İddiaçı qarşı əmlak tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə ilə məhkəməyə müraciət etmişdir.
7. X1 qarşılıqlı iddia ərizəsi isə onunla əsaslandırılmışdır ki, o, Nümayəndə Ərıstun oğlu ilə 2018-ci il iyun ayıda rəsmi nikaha daxil olmuş və onların nikahları Bakı şəhəri ASAN-4-də qeydiyyatdan keçməklə bu barədə AZ-İİN: saylı X6 verilmişdir. Birgə nikahlarından övladları olmamışdur. O zaman o gəlin kimi cavabdehin Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəs. Daş Karxanası deyilən ünvanda yerləşən mənzilinə köçmüş və cehiz əşyalarını və ona məxsus şəxsi geyim və qızıl-zinət əşyalarımı həmin mənzildə yerləşdirmişdir. Sonradan münasibətləri pisləşdiyinə görə onu döyümüş və evdən qovmuşlar. Ona görə o, valideyinlərinə məxsus evə gəlsə də bütün cehiz əşyaları və ona məxsus şəxsi və qızıl əşyaları cavabdehlərə məxsus mənzildə qalmışdır. Onların nikahı pozulmuşdur. Nikahlarının 2019-cu ildə pozulmasına baxmayaraq bütün şəxsi və cehiz əşyaları cavabdehlərə məxsus mənzildə qalmışdır. Nikahlarının pozulmasından məlumatı olmamışdır. Sonradan cavabdehlərdən biri Nizami Rayon Məhkəməsinə müraciət edərək ona məxsus əmlakların mənzildən çıxarılmasını tələb etmişdir. Belə ki, iddiaçı bir neçə əşyaların çıxarılmasını tələb etsə də, ona məxsus şəxsi və cehiz əşyalarının siyahısını təqdim etməmişdir. Halbuki, o ailə qurarkan valideyinlərinin uzun müddət onun üçün almış olduqları aşağıdakı cehiz və şəxsi əşyalarını cavabdehlərə məxsus mənzildə yerləşdirmişdir. Belə ki, Yataq otağı üzrə aparılmış cehiz əşyaları: 1 ədəd qarderob, 1 ədəd yataq taxtı, 2 ədəd tumbalar, 1 ədəd termo, 1 ədəd lüstür, 1 ədəd kamiz, 3 ədəd pərdə, 5 ədəd döşək, 6 ədəd yorğan, 12 ədəd yastıq, 12 ədəd balaca döşəkcə, 8 ədəd yataq örtüyü, 6 ədəd taxt üçün çıxol, pastel dəsti, 8 ədəd tək çıxol prostina dəsti, 3 ədəd hamam dəsmalı, 12 ədəd əl-üz dəsmalı, 12 ədəd çay dəsmalı, 5 ədəd don, 6 ədəd şalvar, kofta, 4 cüt ayaqqabı, daraq dəsti, sabun, şampun dəsti, kosmetika dəsti, 5 ədəd mişka kuklalar, 4 ədəd albom, 2 ədəd nişan diskim, 2 ədəd toy diskim, kəbin kağızları, ütü stolu attestat, doğum haqqında Qonaq otağı əşyaları 1 ədəd servant, 1 ədəd kamot, 1 ədəd künc divan, 1 ədəd jurnalnı stolu, 1 ədəd yemək stolu, 6 ədəd stul, 1 ədəd televizor altı, 1 ədəd HİSENSE televizor, 1 ədəd lüstür, 3 ədəd xalça, 2 dəst bagema, 4 ədəd stol süfrə, 3 ədəd stol klonka, 3 dəst doşqab dəsti, 4 dəst xrustal dəst rumka, 4 ədəd xrustal güldan, 16 ədəd konfet qabı, 3 ədəd tort qabı, şam qabı, 12 ədəd şirniyyat qabı suvenirlər, lədəd saat, 8 ədəd mürəbbə qabı, 2 ədəd dolça, Mətbəx əşyaları Mətbəx mebeli, 1 paltaryuyan maşın, mebel içi duxovka, 4 gözlü qaz peçi, 1 asperator, moyka, soyuducu, 3 ədəd şirə-çəkən, lədəd ət-çəkən, 1 ədəd mikrodalğalı soba, 1 ədəd samovar, çaydan dəsti, 2 ədəd ütü, 8 qutu böyük nəlbəki, 6 qutu balaca nəlbəki, 8 qutu böyük stəkan, 6 qutu balaca stəkan, 6 dəst çaşka dəsti, 1 çamadan qaşıq dəsti, əlavə 12 ədəd qaşıq və çəngəl, 1 çəmadan bıçaq dəsti əlavə 6 ədəd bıçaq dəsti, 1 ədəd böyük çaydan, 6 ədəd balaca çaydan, 6 ədəd qazan dəsti, 2 ədəd tefal qazan, 2 ədəd mürəbbə bişirən tas, 3 ədəd paltar yuma vanna, 6 ədəd meyvə qabı, 1 ədəd blender, lədəd toster, 1 ədəd kartof qızardan, 2 ədəd tava aş-süzən, 25 dənə plastik qablar, sok stəkanları 4 qutu, 24 ədəd duz qabı, 6 ədəd bulud, 1% ədəd kasa, 6 ədəd bulud qaşığı, kəpkir, çömçə, banka açan, ət doğrayan balta, ət döyən çəkic, süpürgə, 6 ədəd balıq qabı, 50 ədəd boşqab, 28 ədəd limon qabı Qızıl Zinət əşyaları üzrə: ailə qurarana kimi ona məxsus qızıllarım:- sep və klon - 800 AZN, 1 cüt sırğa - 5 qr, 1 ədəd üzük - 350 AZN qaşlı, ona hədiyyə edilən qızıl-zinət əşyaları: 1 ədəd sep - qaşlı, 1 ədəd qaşlı qolbağ, 1 cüt qaşlı sırğa, 3 ədəd üzük - nişan üzüyü, qaşlı-zifer -qaşlı və yaqut qaşlı üzüklər. Onun qızıl-zinət əşyaları ailə qurduqdan sonra ona aid otaqda saxlanılmışdır. Sonradan aralarında yaranan gərgin münasibətlərə görə evdən çıxmağa məcbur olmuş və ona məxsiu bütün göstərdiyi əşyalar hazırda cavabdehlərə məxsus evdədir. Lakin son bir neçə ayda münasibətləri daha da pisləşdiyi üçün o həyat yoldaşının evinə qayıtmamışdır. O, bir neçə dəfə cavadehlərdən ona məxsus cehiz əşyalarını , şəxsi geyim əşyalarını və qızıl zinət əşyalarını onlardan tələb etmişdir.Lakin cavabdehlər onun cehiz əşyalarını götürməsinə şərait yaratmamışdır. O da bu səbəbdən məhəkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
8. Daha sonra qarşılıqlı iddia üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsinin həcminin azaldılması barədə ərizə təqdim edərək attestatın, doğum haqqında şəhadətnamənin, 1 HİSENSE televizorun, soyuducunun, 2 ədəd ütünun, 1 çamadan qaşıq dəstinin, ailə qurana kimi X2 əxsus qızıllarıın – sep və klon – 800 AZN, 1 cüt sırğa – 5qr, 1 ədəd üzük – 350 AZN qaşlı, ona hədiyyə edilən qızıl-zinət əşyalarının: 1 ədəd sep – qaşlı, 1 ədəd qolbağ, 1 cüt qaşlıq sırğa, 3 ədəd üzük – nişan üzüyü,-zifer-qaşlı və yaqut qaşlı üzüklərin cavabdehlərdən alınaraq qarşılıqlı iddia üzrə iddiaçı X2 verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
9. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1449/2020 saylı, 27 noyabr 2020ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər İddiaçı və Nümayəndə 1 ədəd "Hisense" televizor, 1 ədəd soyuducu, 1 ədəd ütü, 1 çamadan qaşıq dəsti, sep və klon 800 dəyərində, zifer qaşlı və yaqut qaşlı üzüklər alınıb Cavabdeh qaytarılması və qalan hissədə iddianın təmin olunmaması qət edilmişdir.
10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, işin tədqiq olunan hallarından da görünür ki, tərəflər arasında nikah dövründə qazandıqları əmlaka dair nə nikahın bağlanmasının dövlət qeydiyyatına qədər, nə də nikah dövründə nikah kontraktı bağlanmamış, həmçinin onlar arasında hər hansı bir razılaşma mövcud olmamışdır. İşin hallarında görünür ki, X3 ilə X4 09 sentyabr 2018-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Hər iki tərəfin təqdim etdiyi sübutlarla müəyyən olunur ki, onlar cavabdehə məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanasının yanında yerləşən 13 nömrəli fərdi yaşayış evində yaşamışlar. İddiaçı özünə məxsus cehiz əşyalarını həmin mənzilə aparmışdır. Hal hazırda qarşılıqlı iddiaçı həm cehiz əşyalarını, həm də qızıl zinət əşyalarını tələb edir. Məhkəmə hesab etmişdir ki, cavabdehlər İddiaçı və Nümayəndə 1 ədəd "Hisense" televizor, 1 ədəd soyuducu, 1 ədəd ütü, 1 çamadan qaşıq dəsti, sep və klon 800 dəyərində, zifer qaşlı və yaqut qaşlı üzüklər alınıb Cavabdeh qaytarılmalıdır. Belə ki, qarşılıqlı iddia üzrə cavabdeh həmin əşyaların mənzildə olmasını və Mehdiyavə İradəyə məxsus olmasını təsdiq etsə də onların qarşılıqlı iddiaçı tərəfindən aparıldığını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Qarşılıqlı iddiaçı isə qalan əşyaların mövcudluğunu sübuta yetirə bilməmişdir. Ona görə də qarşılıqlı iddia qalan hissədə təmin olunmamalıdır.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 225.1 eləcə də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.2.2, 36.3, 36.4, 37.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apelyasiya şikayətinin dəlilləri
11. Qətnamədən qarşılıqlı iddia üzrə cavabdehlər apellyasiya şikayəti verərək qətnamənin iddia tələblərinin təmin edildiyi hissədə ləğv edilməsini və Cavabdeh iddiasının tam olaraq təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbində 1 ədəd “Hisense” televizor, 1 ədəd soyuducu, 1 ədəd ütü, 1 çamadan qaşıq dəsti, sep və klon 800 dəyərində, zifer qaşlı və yaqut qaşlı üzüklərin Nümayəndə və İddiaçı olması qeyd edilsə də lakin, bu fakt heç bir sübut vasitəsilə sübut edilməmişdir. Nizami Rayon Məhkəməsi də bu halı nəzərə almadan, sözügedən əmlakların Nümayəndə və İddiaçı olmasını əsaslı hesab edərək, iddianı təmin etmişdir. Qeyd edilməlidir ki, Cavabdeh iddia etdiyi əşyalar onlarda deyil və həmin əşyalar barədə heç bir məlumatları yoxdur. Həmçinin Cavabdeh 2019-cu ilin yay ayında Nümayəndə ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş karxanasının yanında yerləşən 43 nömrəli fərdi yaşayış evindən köçərək, Keşlə qəsəbəsində kirayə tutduqları evə getmişlər. Gedərkən də Cavabdeh qızıl-zinət əşyalarını və 1 ədəd “Hisense” televizor, 1 ədəd soyuducu, 1 ədəd ütü, 1 çamadan qaşıq dəsti və bəzi digər əşyaları da özü ilə aparmışdır. Mülki işə baxan məhkəmə tərəfindən isə qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuş, eləcə də məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki hallar düzgün qiymətləndirilməmişdir. Bunun nəticəsi olaraq birinci instansiya məhkəməsi qismən qanunsuz və əsassız qətnamə qəbul etmişdir.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında əlavə olaraq bildirdi ki, qarşılıqlı iddiaçı, Nümayəndələ ailə həyatı qurduqdan sonra cəmi 6 ay onun evində yaşamış, sonradan isə kirayəyə getmişlər. Həmçinin özünə məxsus cehiz əşyalarını da kirayəyə tutduqları evə aparmışlar. Birinci instansiya məhkəməsi isə sözügedən əşyaların həqiqətən də mövcudluğunu, Nümayəndə və onda qalıb-qalmamasını, əşyaların dəyərini, əyarını, görünüşünü və sair kimi halları aydınlaşdırmamışdır. Halbuki iddiaçının tələb etdiyi əşyalar onun evində qalmamışdır. Həmçinin ilkin iddia ərizəsi verildikdən sonra Cavabdeh özünə məxsus əşyaları evdən çıxarmışdır, bundan sonra isə o, ilkin iddia tələbindən imtina etmişdir. Lakin hazırda qətnamə ilə qaytarılması təmin edilən əşyalar əgər evdə qalsa idi ilkin iddia ərizəsində qeyd edərdi, lakin ilkin iddia ərizəsində həmin əşyaların adları çəkilmir. Çünki Cavabdeh həmin əşyaları kirayəyə qaldıqları evə aparmışdır.
15. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış, iddiaçı məhkəmə iclasında gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası qarşılıqlı iddia üzrə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
16.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 17.Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
Apelyasiya baxışının hədləri
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
20. Cavabdehlər apellyasiya şikayəti verərək qətnamənin iddia tələblərinin təmin edildiyi hissədə ləğv edilməsini və Cavabdeh iddiasının tam olaraq təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər, həmçinin qətnamə iddianın rədd edilən hissəsində iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi – iddianın təmin edilən hissəsində yoxlanılmalıdır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
21.Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. 22.Məhkəmə kollegiyası hazırda apellyasiya baxışının predmeti olan hissə ilə bağlı qeyd edir ki, hazırki mübahisənin halları baxımından iddiaçının tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddəyə əsaslanan iddianın təmin edilməsi üçün isə maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) qarşılıqlı iddia üzrə iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) qarşılıqlı iddia üzrə iddiaçı tələb edilən anda əşyaların cavabdehlərin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehlərin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. 23.İddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, iş üzrə sübut etmə yükü qarşılıqlı iddia üzrə iddiaçının üzərinə düşür və məhz qarşılıqlı iddia üzrə iddiaçı qaytarılmasını tələb etdiyi - 1 ədəd "Hisense" televizor, 1 ədəd soyuducu, 1 ədəd ütü, 1 çamadan qaşıq dəsti, sep və klon 800 dəyərində, zifer qaşlı və yaqut qaşlı üzüklərin mülkiyyətində olduğunu, iddia irəli sürülən anda isə cavabdehlərin qanunsuz sahibliyində saxlanıldığını sübut etməlidir. Bu zaman nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. 24.İddiaçı hazırkı iddia tələbində iddia ərizəsində qeyd etdiyi 1 ədəd "Hisense" televizor, 1 ədəd soyuducu, 1 ədəd ütü, 1 çamadan qaşıq dəsti, sep və klon 800 dəyərində, zifer qaşlı və yaqut qaşlı üzüklərin ona məxsus əmlak olduğu üçün cavabdehlərdən alınaraq ona verilməsini xahiş etsə də, sözügedən əşyaların cavabdehlər tərəfindən götürülməsinə və ya əşyaların cavabdehlərdə qalmasına dair məhkəməyə heç bir sübut təqdim edə bilməmişlər. 25.Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
26. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 27.Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi mübahisələndirilən hissədə - 1 ədəd "Hisense" televizor, 1 ədəd soyuducu, 1 ədəd ütü, 1 çamadan qaşıq dəsti, sep və klon 800 dəyərində, zifer qaşlı və yaqut qaşlı üzüklərin cavabdehlərdən alınaraq iddiaçıya verilməsi hissəsində əsassız olduğundan birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi cavabdehlərdən 1 ədəd "Hisense" televizor, 1 ədəd soyuducu, 1 ədəd ütü, 1 çamadan qaşıq dəsti, sep və klon 800 dəyərində, zifer qaşlı və yaqut qaşlı üzüklərin alınaraq iddiaçıya verilməsi hissəsində rədd edilməlidir. Həmçinin iddia üzrə ödənilmiş dövlət rüsumunun məbləği iddiaçıya, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği isə cavabdehlərin özlərinə aid edilməlidir.
28. Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. 29.Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1449/2020 saylı, 27 noyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə – iddianın təmin edilən hissəsində ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh - cavabdehlər İddiaçı və Nümayəndə “1 ədəd "Hisense" televizor, 1 ədəd soyuducu, 1 ədəd ütü, 1 çamadan qaşıq dəsti, sep və klon 800 dəyərində, zifer qaşlı və yaqut qaşlı üzüklər” alınıb iddiaçı Cavabdeh qaytarılması barədə iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun məbləği iddiaçı Cavabdeh, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği isə cavabdehlər İddiaçı və Nümayəndə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Rəşad Həsənov Məmməd Məmmədov