Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5222/2024 09.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı «vurulmuş maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-5222/2024 (Açar sözlər: vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbi) Bakı şəhəri 09 sentyabr 2024-cü il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi ilə, İddiaçı, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «vurulmuş maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-120/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İş materiallarına əlavə olunmuş Yasamal rayonu 22 saylı MKİS-in işçiləri tərəfindən tərtib olunmuş və möhürlə təsdiq edilmiş 24 iyun 2023-cü il tarixli aktdan görünür ki, İddiaçı həmin MKİS-nə müraciət edərək, mənzilinə su sızdığını bildirmişdir. Yerində baxış keçirilərkən məlum olmuşdur ki, ünvan 1 saylı evin 28 saylı mənzilindən su axması nəticəsində 25 saylı mənzilin dəhlizinin, mətbəxinin divar və tavanına, yataq otağının tavanına ziyan dəymişdir.
2. İş materiallarına əlavə olunmuş Yasamal rayonu 22 saylı MKİS -in işçiləri tərəfindən tərtib olunmuş və möhürlə təsdiq edilmiş 03 iyul 2023-cü il tarixli aktdan görünür ki, İddiaçı həmin MKİS-nə müraciət edərək, mənzilinə su sızdığını bildirmişdir. Yerində baxış keçirilərkən məlum olmuşdur ki, ünvan 1 saylı evin 28 saylı mənzilindən su axması nəticəsində 25 saylı mənzilin qonaq otağının dəhlizinin tavan-divarlarına, mətbəxinin tavanına, eləcə də mənzilin elektrik xətlərinə ziyan dəymişdir,dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq su axıntısı davam edir.
3. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 fevral 2024-cü il tarixli, 10/8605 saylı ekspert rəyində Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsindəki 13 saylı evin 25 -ci mənzilinin kostruktiv elementləri (divar, tavan) üzərində qüsurlar əmələ gəldiyi, həmin qüsurların su sızmaya xarakterik olduğu, tədqiq olunan mənzillərin planda yerləşmə vəziyyəti, cavabdehin mənzilinin iddiaçının mənzilinin üstündə yerləşdiyi, cavabdehin mənzilinin tikililərinin konstruktiv elementləri (divar, tavan) üzərində qüsurlar olmadığı nəzərə alınaraq 25 saylı mənzilə yuxarı mərtəbədə yerləşən 28 saylı mənzildən su axdığı müəyyən edilmişdir. Lakin cavabdehin mənzilinin su və kanalizasiya xətlərinin göz ilə görünə bilən hissələrində heç bir qüsur aşkar olunmadığına görə, su sızmanın dəqiq səbəbini müəyyən etmək mümkün deyildir. Su sızma hallarının baş vermə səbəbinə dair göstərilən amilləri nəzərə alaraq, 25 saylı mənzilə su sızması 28 saylı mənzilin su, kanalizasiya boru xətlərində qəza yaranması və ya 28 saylı mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər.ünvan 1 ünvanda yerləşən yaşayış binasının 25 saylı mənzildə su sızma nəticəsində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmirbərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 1.634 manat məbləğində müəyyən edilir.
4. İş materiallarına əlavə olunmuş ödəniş sənədlərindən və hesab fakturalardan göründüyü kimi, iddiaçı tərəfindən alınan mal-materialların ümumi dəyəri 2318,4 manat təşkil etmişdir.
5. İş materiallarına əlavə olunmuş Pink Doors mağazasından 2 ədəd qapının alınmasını təsdiq edən 000128 saylı, 26 fevral 2024-cü il tarixli qaimə-fakturadan görünür ki, iddiaçının aldığı 2 ədəd qapının dəyəri 610 manat təşkil edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdeh qarşı «maddi və mənəvi zərərin ödənilməsi və öhdəliyin icrası» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq 4.000 manat məbləğində, mənəvi zərərin əvəzi olaraq 500 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq ona verilməsi; su axımının səbəbinin müəyyən edilərək həlli üçün zəruri təmir işlərinin Cavabdeh şəxsi vəsaiti hesabına həyata keçirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, ərizənin verilməsinin əsaslarının məhkəmə baxışında yarandığını nəzərə alıb cavabdehdən 4.403 manat 90 qəpik məbləğində vurulmuş maddi ziyanın, 500 manat məbləğində mənəvi ziyanın, ödənilmiş 66 manat dövlət rüsumunun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsindəki 13 saylı evin 25-cı mənzili ona məxsusdur. Ona bu barədə ÖM seriyalı, 194806 saylı qeydiyyat vəsiqəsi verilmişdir. Həmin evdə qızı Nümayəndə ailəsi ilə birlikdə yaşayır. xx.xx.2023-cü il tarixdə ona məxsus mənzilə bir mərtəbə yuxarıda yerləşən 28 saylı mənzildən suyun axmasının nəticəsində ona maddi və mənəvi zərər dəymişdir. Onların mənzilini demək olar ki, bütünlüklə su basmışdır. Su basması bütün mənzili əhatə etmiş, otaqların tavanı, divar kağızları və otaqda yerləşdirilmiş əşyalar yararsız hala düşmüş, döşəməyə, elektrik sisteminə, evin bütün avadanlığına zərər dəymişdir. Əvvəllər də, cavabdehgilin diqqətsizliyi nəticəsində onun mənzilinə bir neçə dəfə su axıdılmışdır. Qonşuluq münasibətlərini nəzərə alaraq bu günədək hər hansı bir formada məhkəməyə və digər orqanlara müraciət etməsə də, artıq cavabdehin əməllərindən təngə gələrək məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Sonuncu hadisə zamanı suyun axıntısının qarşısını almaq məqsədi ilə qonşunun evinə yaxınlaşdıqda onlara qapını açan olmamış, nəticədə suyu blokdan-mərkəzi idarə etmə sistemindən özləri bağlamışlar. 26.06. 2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə – günorta saatlarına kimi su axıntısı davam etmişdir. Baş vermiş hadisə ilə bağlı səhəri gün 22 saylı MKİS-ə müraciət etmişlər. MKİS-in əməkdaşları dəymiş zərərlə əyani tanış olmuşlar və müvafiq akt tərtib etmişlər. Daha sonra baş vermiş hadisə ilə əlaqədar qızının həyat yoldaşı – evdə yaşayan şəxs olaraq X5 rayon 28-ci Polis Bölməsinə, "xxxx" ASC-yə və "xxxx" ASC-nin müvafiq bölmələrinə məlumat vermişdir. Dəymiş zərərlə bağlı mənzilin sahibi – cavabdeh ilə əlaqə yaradaraq işin razılaşma qaydasında həllinə cəhd etsələr də, cavabdeh bundan yayınmışdır. Hətta onların telefon zənglərini də öz telefonundan əngəlləmişdir. Daha sonra tanışlar vasitəsi ilə cavabdehlə əlaqə yaratmağa çalışdıqda, sonuncu işə etinasız yanaşaraq mənzilə baxış üçün özü deyil, makleri göndərmişdir. Bir neçə gün keçdikdən sonra xx.xx.2023-cü il tarixdə özü mənzilə baxış üçün gəlmiş və dəymiş zərərin bir qismini qarşılayacağına söz versə də, sonradan sözünün üzərində durmamış və evin təmiri üçün gətirdiyi usta da cavabdehin sövdələşməsinə rəğmən ödənişi olunmadığından işi yarımçıq saxlamış və usta ödənişi onların etməsini tələb etmişdir. Nəticə etibarı ilə evin təmir olunması üçün təmirə görə zəruri olan materiallar alınmamışdır və onlar bu günədək evsiz yaşamağa – qohumqonşu evində yaşamağa məcbur qalmışlar. Ev yararsız vəziyyətdə olduğundan və onların həmin evdə yaşamaları zəruri olduğundan məcburi şəkildə borc-xərc edərək hazırda həmin evi təmir etdirirlər. Lakin bu günədək cavabdeh tərəfindən onlara vurulmuş zərər heç bir formada ödənilməmişdir. Dəfələrlə cavabdehdən zərərin əvəzinin ödənilməsini tələb etsələr də,sonuncu onların müraciətlərinə əhəmiyyət verməmişdir. Bu səbəbdən, məhkəməyə müraciət etmək qərarına gəlmişdir.
9. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-120/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi,vurulmuş maddi zərərə görə 4.408 manat 40 qəpik, mənəvi zərərə görə 100 manat və ödənilmiş 66 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi,aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.
10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, adı çəkilən qapılar 2 ədəd olsa da, cavabdehdən yalnız bir qapının dəyəri tutulmalı olduğundan və həmin qapının dəyəri akresuarları da daxil olmaqla 340 manat təşkil etdiyindən, qalan 1 ədəd qapının dəyəri olan 270 manat məbləğində pul vəsaiti iddiaçının hesabına ödənilmişdir. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlardan göründüyü kimi, cavabdehə məxsus olan mənzildən müxtəlif səbəblərdən (mətbəxin suyunun açıq qalması, paltaryuyan maşının xortumundan su axması və s.) iddiaçının mənzilinə 3 dəfə su sızması halları baş vermişdir. Birinci su sızma halı ilə ikinci su sızması halının, ikinci su sızması halı ilə üçüncü su sızması halının arasında bir neçə ay fərq olmuşdur. Su sızması nəticəsində iddiaçının mənzilinə hər dəfə müxtəlif məbləğlərdə ziyan vurulmuşdur. Cavabdehin mənzilindən iddiaçının mənzilinə 3 dəfə müxtəlif vaxtlarda su sızması halının baş verməsi və hər dəfə iddiaçının mənzilinə maddi ziyan vurulması işin mübahisə edilməyən hallarıdır. Cavabdeh öz izahatında su sızması hallarının baş verməsini və bu səbəbdən, iddiaçının mənzilinə maddi ziyan vurulmasını etiraf edir. İşin mübahisə edilən halları vurulmuş maddi ziyanın həcmi ilə bağlıdır. Belə ki, iddiaçı mənzilinə ümumilikdə 4.408 manat 40 qəpik həcmində maddi ziyan vurulduğunu, cavabdeh isə bundan bir neçə dəfə az həddə ziyan vurulduğunu bildirir. Məhkəmə işin qeyd edilən hallarını dəqiq müəyyən etmək, işə tam, hərtərəfli, obyektiv şəkildə baxılması üçün təqdim edilmiş sübutları diqqətli şəkildə nəzərdən keçirməklə yanaşı, iş üzrə müvafiq ekspertiza təyin etmişdir. Məhkəmə ekspert tərəfindən təqdim edilmiş rəylə razılaşmayaraq qeyd edir ki, həmin rəy verilməmişdən öncə iddiaçı mənzilində böyük ölçüdə təmir işləri aparmış, ekspert mənzilə baxış keçirənədək mənzilə yenidən su sızma halı baş vermiş və artıq təmirli olan mənzilə yenidən maddi ziyan vurulmuşdur. Bu səbəbdən, ekspert yalnız sonradan vurulmuş maddi zərəri hesablaya bilmişdir. Məhkəmə ekspertin öz peşəkar bacarıqlarına görə deyil, zamanlama baxımından rəylə razılaşmır. Yuxarıda qeyd edildiyi kimi, ekspert tərəfindən rəy verilərkən mənzil artıq təmir edilmişdi və ekspert öncəki su sızması hallarında mənzilə vurulmuş ziyanın həcmini obyektiv olaraq təyin etmək imkanına malik olmamışdır. Belə ki, mənzilə sonuncu dəfə deyil, bundan əvvəl su sızması nəticəsində dəymiş zərərin müəyyən edilməsi üçün metodologiya mövcud olmadığından, ekspert tərəfindən bu cür təhqiqatın aparılması və əvvəlki dövrlərdə vurulmuş ziyanın müəyyən edilməsi imkan xaricindədir. Məhkəmə haşiyə çıxaraq qeyd edir ki, ekspert rəyi o baxımdan əhəmiyyətlidir ki, iddiaçının mənzilinə hər dəfə su sızması halı baş verdikdə mənzilə vurulan zərərin məbləği kifayət qədər böyük ola bilər. Bu, mənzilə axıdılan suyun həcminə, davam etmə müddətinə görə fərqli (az və ya daha da çox) ola bilər. Son su sızması halında tam təmirli mənzilə vurulmuş ziyanın 1.634 manat təşkil etməsi buna aşkar misaldır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi su sızması halı ilə bağlı vurulmuş maddi ziyanın həcminin müəyyən edilməsi məsələsinə gəldikdə məhkəmə qeyd edir ki, təqdim olunmuş nəzarət kassa aparatına vurulmuş çeklər və qaimə fakturalar üzrə aparılmış ödənişlər (cəmi 2318,4 manat), su sızması nəticəsində yararsız hala düşmüş bir qapının alınmasına sərf edilən vəsait (610 – 270 = 340 manat) və ustaya ödənilmiş vəsait (2.000 manat) nəzərə alınmaqla, iddiaçıya vurulmuş ziyanın ümumi məbləği 4658,4 manat təşkil edir. Məhkəmə iclasında tərəflərin izahatları, şahid ifadələri ilə müəyyən olunmuşdur ki, cavabdeh tərəf iddiaçının mənzilində təmir işlərinin aparılmasına 250 manat vəsait sərf etmişdir. Bu səbəbdən, həmin məbləğ nəzərə alındıqda, vurulmuş maddi zərərin həcmi 4.408 manat 40 qəpik təşkil edir. Göründüyü kimi, iddiaçının mənzilinə maddi zərər cavabdehin mənzilindən su axıdılması nəticəsində vurulduğundan, vurulmuş maddi zərər məhz cavabdehdən tutulmalıdır. Vurulmuş mənəvi zərərin cavabdehdən tutulması tələbinə münasibətdə məhkəmə qeyd edir ki, həmin hissədə iddia qismən əsaslıdır. İşin faktiki hallarından göründüyü kimi, cavabdehin mənzilindən vaxtaşırı (3 dəfə) olaraq suyun axıdılması, nəticəsində, iddiaçının mənzili yararsız hala düşmüş, hər dəfə ona maddi ziyan vurulmuş, mənzildə yaşayış mümkünsüz olmuş, mənzilin təmir edilməsinə vaxt və maddi vəsait sərf etmiş, suyun axıdıldığı və mənzilin yararsız hala düşdüyü, həmçinin ustaların işlədiyi dövr ərzində rahat həyat axarı pozulmuş, bu hallar onun şüurunda mənfi psixi reaksiyaya səbəb olmuş, diskomfort hisslər keçirmiş, mahiyyət etibarı ilə mənəvi əzab (iztirab) çəkmişdir.
11. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2,1097.1, 1097.3-cü maddələrinə,“İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41-ci maddəsinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı xx.xx.2009-cu il tarixli Aralıq qətnaməsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2,77.1, 103.1, 103.2, 217.4, 216-220, 227, 233, 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
12. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək apelyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(002)- 120/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçı iddiasında göstərir ki, iddiaçının evinə su sızmamışdan əvvəl həm cavabdeh, həm cavabdehin ustası və həm də Yasamal MKİSnin işçiləri baxış keçirmiş və mənzilini tavan və divarına su sızmalarını təsdiq etmişlər. Hansı əmlakına və nə qədər ziyanın dəyilməsi barədə bir qeyd göstərilməmişdir. Hətta ekspert tərəfindən təmir olunmuş evə baxış keçirilsə də evin tavan və divarına su sızması müəyyən olunmuşdur. Buda 1634 manat müəyyən olunmuşdur. Bununla belə su sızan zaman heç kəs ziyanın müəyyən edilməsi üçün addım atmamış və tərəflər evin cavabdeh tərəfindən təmir edilməsi üçün razılıq əldə etmişdir. Həmin vaxt evə cəmi 600-700 manat xərc çəkilməli idi. Sonradan iddiaçı uçuq-sökülmüş evin divarlarını və laminatını,qapısını dəyişərək onun üzərinə atmaq istəyir. Cavabdeh tərəfindən gətirilmiş və evin tavanına üzlük işlərini görmüş usta (Mübariz Qurbanov) şahid kimi dindirilərkən göstərmişdir ki, sağsol divarlarda və tavanda nəmişlik olmuş, üzlük, emusiya və bir otağın kağızının vurulması barədə razılıq əldə etsələr də, ev sahibi üzlük vurulduqdan sonra işi dayandırmışdır. 250 manat cavabdeh ona pul vermişdir. Cavabddeh tərəfin şahidi isə (usta Şamil Dünyamalıyev) qarşı tərəfin ustasından sonra gəldiyini, evdə suvaq işlərinin görüldüyünü, evin iki otağını, dəhliz və mətbəxin laminatının, divar kağızının və elektrik işinin gördüyünü, 2000 manat pul aldığını bildirmişdir. Göründüyü kimi, evdə su sızması olan zaman iki usta olmuş və onların hər biri fərqli və bir-birinə zidd izahatlar vermişlər. Ancaq məhkəmə hansı əsasla iddiaçının şahidinin ifadəsini əsas götürdüyü aydın deyildir. Bununla belə iddiaçının təqdim etdiyi şahid evdə hər hansı bir işlərin gördüyünü qeyd etsə də,onların xarab olmasının səbəbinin məhz cavabdehin təqsiri ucbatından olmasını (yəni su sızması nəticəsində əmələ gəlməsini) göstərməmişdir. Beləliklə iddiaçının dəlilləri qeyri-mötəbər olmaqla, heç-bir əsaslı dəlilə söykənməmişdir.
Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Proses iştirakçılarının izahatı
15. Cavabdeh məhkəmə iclasında çıxış edərək bildirir ki, su sızma nəticəsində iddiaçıya zərər dəymişdir,amma o, evi təmir etdirmişdir. Su sızmanın qarşısı alınıb. İddiaçının evi 50 illikdir, bərbad vəziyyətdə olub, özləri indi təmir etdiriblər, pulunu ondan almaq istəyirlər. Su sızma 2-3 dəfə olub, o, dəyən zərəri ödəmişdir, usta göndərimişdir.Balkonu açıblar,pəncələri dəyişiblər, qapıları düzəldiblər ondan onun pulunu istəyirlər.Təmirdən sonra yenidən şikayət etdilər. Divar kağızının da divarın birinə vurmaq üçün kömək edə biləcəyini də dedi. 1600 manat ümumi dəyən zərərdir. İddiaçının işıq xəttində də heç nə olmayıb. Zərəri ödəməyə hazır idi. Apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Qapılar da ekspert rəyində qeyd olunub. Su sızmadan qapıya nəsə olmayıb.
16. İddiaçının nümayəndəsi Nümayəndə çıxış edərək bildirir ki, Balkonu açsa da öz hesabına etmişdir. Cavabdeh evi dəfələrlə kirayəyə verib, ondan da evinə su sızıb. Qapı, divar pis günə qalıb. Ekspert gəlib baxıb. Məhkəmədə izahat da verdi ki, təmirdən sonra yenidən su sızıb. Az yaşlı uşaqlarıyla çöldə qalmışdır. Cavabdeh yarımçıq iş görüb, usta işi atıb gedib. Apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir.İşə baxan Bakı Kommersiya Məhkəməsinə hakim təyin edildiyi üçün 1634 manat vurulan ziyanla bağlı münasibət bildirmək unuduldu.
17. İddiaçı çıxış edərək bildirir ki, cavabdeh onu təhqir edib. 6 ay uşaqları çöldə qaldı. Plastik pəncərələrin qoyulması qəbzlərdə qeyd edilməyib. Mənzili bütün suyun içində olub. İşığını da aktlaşdırıb kəsiblər. Apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir.
Tətbiq edilən hüquq normaları:
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Apellyasiya baxışının hədləri
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
22. Hazırki halda cavabdehin apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
24. Belə ki, iddiaçı hazırkı tələbində Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsindəki 13 saylı evin 25 -ci mənzilindən su sızması nəticəsində vurulmuş maddi və mənəvi zərərin ödənilməsini xahiş edir.
25. Birinci instansiya məhkəməsinin qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilmişdir.
26. İş materiallarına əlavə olunmuş Yasamal rayonu 22 saylı MKİS -in işçiləri tərəfindən tərtib olunmuş və möhürlə təsdiq edilmiş 24 iyun 2023-cü il tarixli aktdan görünür ki, İddiaçı həmin MKİS-nə müraciət edərək, mənzilinə su sızdığını bildirmişdir. Yerində baxış keçirilərkən məlum olmuşdur ki, ünvan 1 saylı evin 28 saylı mənzilindən su axması nəticəsində 25 saylı mənzilin dəhlizinin, mətbəxinin divar və tavanına, yataq otağının tavanına ziyan dəymişdir.
27. İş materiallarına əlavə olunmuş Yasamal rayonu 22 saylı MKİS -in işçiləri tərəfindən tərtib olunmuş və möhürlə təsdiq edilmiş 03 iyul 2023-cü il tarixli aktdan görünür ki, İddiaçı həmin MKİS-nə müraciət edərək, mənzilinə su sızdığını bildirmişdir. Yerində baxış keçirilərkən məlum olmuşdur ki, ünvan 1 saylı evin 28 saylı mənzilindən su axması nəticəsində 25 saylı mənzilin qonaq otağının dəhlizinin tavan-divarlarına, mətbəxinin tavanına, eləcə də mənzilin elektrik xətlərinə ziyan dəymişdir,dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq su axıntısı davam edir.
28. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, işə birinci instansiya məhkəməsində baxılması zamanı iş üzrə keçirilmiş ekspertizanın nəticəsi olaraq verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 27 fevral 2024-cü il tarixli, 10/8605 saylı ekspert rəyində Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsindəki 13 saylı evin 25 -ci mənzilinin kostruktiv elementləri (divar, tavan) üzərində qüsurlar əmələ gəldiyi, həmin qüsurların su sızmaya xarakterik olduğu, tədqiq olunan mənzillərin planda yerləşmə vəziyyəti, cavabdehin mənzilinin iddiaçının mənzilinin üstündə yerləşdiyi, cavabdehin mənzilinin tikililərinin konstruktiv elementləri (divar, tavan) üzərində qüsurlar olmadığı nəzərə alınaraq 25 saylı mənzilə yuxarı mərtəbədə yerləşən 28 saylı mənzildən su axdığı müəyyən edilmişdir. Lakin cavabdehin mənzilinin su və kanalizasiya xətlərinin göz ilə görünə bilən hissələrində heç bir qüsur aşkar olunmadığına görə, su sızmanın dəqiq səbəbini müəyyən etmək mümkün deyildir. Su sızma hallarının baş vermə səbəbinə dair göstərilən amilləri nəzərə alaraq, 25 saylı mənzilə su sızması 28 saylı mənzilin su, kanalizasiya boru xətlərində qəza yaranması və ya 28 saylı mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər.
29. Ekspert rəyindən göründüyü kimi, iddiaçıya məxsus Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsindəki 13 saylı evin 25 -ci mənzilinə yuxarı mərtəbədə yerləşən 28 saylı mənzildən su sızılması halı müəyyən edilmiş, bu su sızma nəticəsində iddiaçının mənzilinə su axıdılaraq ləkələr yaratmışdır. 30.Birinci instansiya məhkəməsi zamanı iclasda iştirak edən ekspert çıxışında qeyd etmişdir ki,mənzil sahibi öncələr mənzili təmir etdirmiş,təmir ediləndən sonra yenidən su sızması halı müəyyən edilmişdir.
31. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi su sızması halı ilə bağlı vurulmuş maddi ziyanın həcminin müəyyən edilməsi məsələsinə gəldikdə məhkəmə qeyd edir ki, təqdim olunmuş nəzarət kassa aparatına vurulmuş çeklər və qaimə fakturalar üzrə aparılmış ödənişlər (cəmi 2318,4 manat), su sızması nəticəsində yararsız hala düşmüş bir qapının alınmasına sərf edilən vəsait (610 – 270 = 340 manat) və ustaya ödənilmiş vəsait (2.000 manat) nəzərə alınmaqla, iddiaçıya vurulmuş ziyanın ümumi məbləği 4658,4 manat təşkil edir. Məhkəmə iclasında tərəflərin izahatları, şahid ifadələri ilə müəyyən olunmuşdur ki, cavabdeh tərəf iddiaçının mənzilində təmir işlərinin aparılmasına 250 manat vəsait sərf etmişdir. Bu səbəbdən, həmin məbləğ nəzərə alındıqda, vurulmuş maddi zərərin həcmi 4.408 manat 40 qəpik təşkil edir.
32. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.
33. Həmçinin, cavabdehin mənzilindən vaxtaşırı olaraq suyun axıdılması, nəticəsində, iddiaçının mənzili yararsız hala düşmüş, hər dəfə ona maddi ziyan vurulmuş, mənzildə yaşayış mümkünsüz olmuş, mənzilin təmir edilməsinə vaxt və maddi vəsait sərf etmiş, suyun axıdıldığı və mənzilin yararsız hala düşdüyü, həmçinin ustaların işlədiyi dövr ərzində rahat həyat axarı pozulmuş, bu hallar onun şüurunda mənfi psixi reaksiyaya səbəb olmuş, diskomfort hisslər keçirmiş, mahiyyət etibarı ilə mənəvi əzab (iztirab) çəkmişdir.
34. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
35. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
36. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
37. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən hissədə iddianın qiyməti beş min manatdan aşağı olduğundan hazırki qətnamədən kassasiya şikayətinin verilməsinə yol verilmir.
38. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-120/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev