Məhkəmə qərarları › İş №2(103)-5225/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5225/2025

15.09.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5225/2025 15.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 25 iyul 2025-ci il tarixli, 2(009)-1839/2025 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraatı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “əmlakın geri qaytarılması və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında mövcud olan qeyri-yaşayış sahəsinin (ticarət obyekti) cavabdehin qanunsuz sahibliyindən geri alınıb ona təhvil verilməsi və 5 ilin kompensasiya məbləği olan 50.000 manat məbləğində pulun cavabdeh tərəfindən onun hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 25 iyul 2025-ci il tarixli, 2(009)-1839/2025 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “əmlakın geri qaytarılması və pul” tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilməsi, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılması, məhkəməyə müraciət etmək üçün İddiaçı tərəfindən ödənilmiş 240 (iki yüz qırx) manat məbləğində dövlət rüsumu (xx.xx.2025-ci il tarixli ********** saylı qəbz) ona geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan İddiaçı şikayət verərək, qərardadın ləğv edilməsi və işin yenidən icraata götürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin işin icraata qəbul edilməsinin yolverilməzliyinə dair irəli sürdüyü hal yəni, qətnamədə istinad olunan icra işi yekunlaşdığından, tərəfindən xx.xx.2025-ci il tarixində yenidən məhkəməyə eyni iddia ərizəsi ilə müraciət edilmişdir. Lakin yuxarıda qeyd olunanlara baxmayaraq, Səbail rayon Məhkəməsi xx.xx.2025-ci il tarixli, e-2(009)-1839/2025 saylı qərardadı ilə Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(009)-176/2025 saylı qətnaməsindən İddiaçı X4 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı “qeyriyaşayış sahəsinin geri qaytarılması və kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini, ünvan 1 ünvanında mövcud olan qeyri-yaşayış sahəsinin (ticarət obyekti) Cavabdeh qanunsuz sahibliyindən geri alınıb ona təhvil verilməsi, 5 ilin kompensasiya məbləği olan 30.000 manat məbləğində pulun cavabdeh tərəfindən onun hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdiyini, həmin iddianın rədd edildiyini göstərərək, həmçinin, qətnamənin mübahisələndirilmədən qanuni qüvvəyə mindiyini, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olduğundan işi icraata qəbul etməkdən imtina etmişdir. Hesab edir ki, bu qərardad əsassız olaraq qəbul edilmişdir və İddiaçı hüquqlarının pozulması ilə nəticələnmişdir. Belə ki iş materiallarına əlavə olunmuş sübutlardan görünür ki, artıq açıq icra işi yoxdur bu səbəbdən hazırki iddiaya yenidən baxıla bilər. Faktiki olaraq Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(009)-176/2025 saylı qətnaməsində nəzərdə tutulan iddianın rədd edilməsi əsası artıq aradan qalxmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 12 avqust 2025-ci il tarixli, 2(009)- 1839/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə Kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı hazırki iddia tələbində ünvan 1 ünvanında mövcud olan qeyri-yaşayış sahəsinin (ticarət obyekti) cavabdehin qanunsuz sahibliyindən geri alınıb ona təhvil verilməsi və 5 ilin kompensasiya məbləği olan 50.000 manat məbləğində pulun cavabdeh tərəfindən onun hesabına ödənilməsini xahiş edir. İş materiallarında olan Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(009)- 176/2025 saylı qətnaməsindən isə görünür ki, İddiaçı X4 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı “qeyri-yaşayış sahəsinin geri qaytarılması və kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında mövcud olan qeyri-yaşayış sahəsinin (ticarət obyekti) Cavabdeh qanunsuz sahibliyindən geri alınıb ona təhvil verilməsi və 5 ilin kompensasiya məbləği olan 30.000 manat məbləğində pulun cavabdeh tərəfindən onun hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, iddia rədd edilmişdir. İş materiallarından həmçinin müəyyən edilir ki, Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(009)-176/2025 saylı qətnaməsi mübahisələndirilməmiş və qanuni qüvvəyə minmişdir. Bundan başqa iddialar üzrə tələb edilən 5 ilin kompensasiya məbləği arasında fərq olsa da, iddianın (o hissədə də) mahiyyəti eynidir. Qeyd olunanlara əsasən - eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcud olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2 və 153.2.2-ci maddələrinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Bu halın mövcudluğu isə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etmək imtina üçün əsas olduğundan birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, İddiaçı Cavabdeh qarşı “əmlakın geri qaytarılması və pul” tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilməli və iddia ərizəsi, ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılmalıdır. Şikayətin dəlilləri isə əsassız olmuşdur. Belə ki, İddiaçı X4 və X5 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı “qeyri-yaşayış sahəsinin geri qaytarılması və kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxan Bakı şəhəri Səbail Rayon Məhkəməsi özünün 2(009)-176/2025 saylı, 11 fevral 2025-ci il tarixli qətnaməsi ilə iddianın rədd edilməsi nəticəsinə gələrkən nəzərə almışdır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1527/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsi, 243,5 kv.metr qeyri-yaşayış sahəsinə gedən yolun (keçidin) üstündə qanunsuz tikinti işləri apararaq, iddiaçıya məxsus 243,5 kv.metr qeyriyaşayış sahəsinə keçməyə məhdudiyyət yaratmışdır. Mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, məhkəmə həmin xüsusata dair ixtisaslı şəxsin rəyini almışdır. Belə ki, məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə Cavabdeh məxsus mübahisəli tikilinin Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsində yerləşən 243,5 kv.metr qeyri-yaşayış sahəsinə gedən yolun (keçidin) üstündə inşa edildiyini nəzərə alaraq, həmin tikilinin iddiaçı X2 özünə məxsus 243,5 kv.metr qeyriyaşayış sahəsinə keçməyə məhdudiyyət yaratdığı müəyyən edilmişdir. Göründüyü kimi iddianın rədd edilməsinə əsas qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsi, 243,5 kv.metr qeyri-yaşayış sahəsinə gedən yolun (keçidin) üstündə qanunsuz tikinti işləri apararaq, iddiaçıya (yəni həmin iş üzrə X3) məxsus 243,5 kv.metr qeyri-yaşayış sahəsinə keçməyə məhdudiyyət yaratmasının müəyyən edilməsi və qanunsuz tikilinin Cavabdeh tərəfindən sökülməsinin qət edilməsi olmuşdur ki, hazırda icra sənədinin icrasının mümkün olmaması səbəbi ilə geri qaytarılması - iddiaçının hazırki təkrar iddiasına baxılması üçün yeni əsas yarada bilməz. Eyni zamanda açıq icra işinin olmaması hazırki iddia tələbinə yenidən baxılması üçün əsas yaratmır. Məhkəmə Kollegiyası şikayətin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, artıq məhkəmə tərəfindən həll edilmiş bir mübahisənin yenidən yalnız qiymət (kompensasiya məbləği hissəsində) fərqi ilə baxılması hüquqi baxımdan mümkün və düzgün deyil. Bu, hüquqi sabitliyi və məhkəmə qərarlarının yekunluğunu təmin edir. Bununla yanaşı hazırki iddia ilə əvvəlki iddianın predmet, tərəflər və əsaslar baxımından fərqli olması da müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 153.3-cü maddəsinə görə, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.4-cü və 153.5-ci maddələrinə əsasən, ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı Cavabdeh qarşı “əmlakın geri qaytarılması və pul” tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilməsi və iddia ərizəsi, ona əlavə edilmiş sənədlərin İddiaçı qaytarılması barədə gəldiyi nəticə düzgün olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslıdır, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 365, 397-398 və 402-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 25 iyul 2025-ci il tarixli, 2(009)-1839/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya qaydasında şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar