Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5227/2020 13.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Kərimova Aytən Nadir qızıznın katibliyi, İddiaçı, nümayəndəsi-vəkili Vəkil oğlunun, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh «xxxxxxxx X3» ASC-yə qarşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehin səlahiyyətli nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-3370/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilərək «xxxxxxxx X3» ASC-dən 7235 (yeddi min iki yüz otuz beş) manat maddi ziyanın, 150 (bir yüz əlli) manat avtomaşına vurulmuş ziyanı hesablamaq üçün ödənilmiş xidmət haqqı və 12 (on iki) manat ödənilmiş dövlət rüsumun, ümumilikdə 7397 (yeddi min üç yüz doxsan yeddi) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir. İş materiallarından görünür ki, İddiaçı cavabdehl «xxxxxxxx X3» ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh «xxxxxxxx X3» ASC-dən 8493,53 manat maddi ziyan, 150 manat avtomaşınına vurulmuş ziyanı hesablamaq üçün ödədiyi məbləğ, 10000 manat mənəvi ziyan və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 18673,53 manatın onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2019-cu il tarixdə saat 18:00 radələrində Abşeron rayonu, Novxanı kəndi, L.Əliyeva küçəsi ilə iddiaçı öz avtomaşını ilə hərəkət edərkən, cavabdehə məxsus olan, sürücü X6 idarə etdiyi Komatsu WA320-5 markalı, 10-A-950 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Nəticədə, ona məxsus avtomaşına 8493 manat ziyan dəymiş, özü isə bədən xəsarətləri almışdır. Abşeron RPİ DYP-nin əməkdaşı, polis mayoru X4 xx xxxxxx 2019-cu il tarixli TP ******* saylı İnzibati tənbəh vermə haqqında qərarına əsasən cavabdehin işçisi X11 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək, 40 manat məbləğində cərimə edilmişdir. Abşeron RPİ DYP-nə göndərilən vəkil sorğusuna xx xxxxxx 2019-cu il tarixdə Abşeron rayon Polis İdarəsinin rəis müavini, polis polkovniki Elçin Rəcəbovun imzaladığı 128-12670 saylı cavab məktubundan görünür ki, avtoqəzanın və iddiaçıya vurulan maddı ziyanın səbəbkarı cavabdehə məxsus olan, sürücü X6 idarə etdiyi Komatsu WA320-5 markalı, 10-A-950 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsidir. “xxxxxxxxxxxxxx” MMC tərəfindən xx xxxxxx 2019- cu il tarixdə tərtib edilmiş Mİ-86730 CA saylı iş kartından görünür ki, iddiaçının mülkiyyətində olan “Mitsubishi Pajero” minik markalı, universal tipli, 2015-ci il buraxılışlı,**-ZF-*** dövlət nəqliyyat avtomaşınına 8493,53 manat ziyan dəymişdir. Eyni tarixli və eyni saylı iş kartından görünür ki, avtomaşının təmirinə hesablanmış 8493,53 manat nağd ödənilmişdir. Bundan əlavə, avtomaşına vurulmuş ziyanı hesablamaq üçün “xxxxxxxxxxxxxx” MMC-yə 150 manat ödənilmişdir. Həmçinin iddiaçı yol nəqliyyat hadisəsi nəticəsində aldığı bədən xəsarətlərini nəzərə alaraq, ona vurulmuş mənəvi zərəri 10000 manat məbləğində müəyyənləşdirmişdir. Qeyd olunanları nəzərə alıb iddiaçı iddisının təmin edilməsini xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi yuxarıda göstərilən qaydada qismən təmin olunmuşdur. Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh «xxxxxxxx X3» ASC-nin səlahiyyətli nümayəndəsi apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları tam nəzərə alınmamışdır, işin ədalətli həlli üçün əhəmiyyə daşıyan nüansları gözardı etmişdir. Belə ki, iddia tərəfinin iddianı əsaslandırması ilə bağlı məhkəməyə təqdim etdikləri hallar məhkəmə tərəfindən sübut kimi qəbul edilə bilməz. Bu və digər əsasları gətirərək, cavabdeh apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iddia üzrə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X1 iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya şikayətinin təmin olunmasını xahiş edən cavabdehin nümayəndəsini, şikayətlə razılaşmayaraq təmin olunmamasını,Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsin dəyişdirilmədən saxlanılmasını xahiş edən iddiaçını və onun səlahiyyətli nümayəndəsini dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi cavabdeh «xxxxxxxx X3» ASC-nin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(011)-32/2013 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, X9 X5 xx.xx.2012-ci il tarixdə doğulmuş uşağın atası olması faktı müəyyən edilmiş və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin X7 xeyrinə tutulması qət edilmişdir. İş materiallarına əlavə edilmiş AD N seriyalı 451915 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Mitsubishi Pajero” minik markalı, universal tipli, 2015-ci il buraxılışlı, 90-ZF190 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı mülkiyyətindədir. Abşeron rayon Polis İdarəsi tərəfindən təqdim edilmiş X11 barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərardan və toplanmış materialın surətlərindən görünür ki, «xxxxxxxx X3» ASC-nin sürücüsü X11 cəmiyyət tərəfindən verilmiş yol vərəqəsi əsasında cəmiyyətə məxsus Komatsu WA320-5 markalı, 10-A-950 dövlət qeydiyyat nişanlı avtomaşınla yol nəqliyyat hadisəsi törətmiş və nəticədə İddiaçı məxsus “Mitsubishi Pajero” minik markalı, **-ZF-*** dövlət qeydiyyat nişanlı avtomaşınına zərər vurmuşdur. Yol nəqliyyat hadisəsində X11 təqsirli bilinərək barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülmüşdür. «xxxxxxxx X3» ASC tərəfindən tərtib edilmiş 03-xx xxxxxx 2019-cu il tarixli ******* nömrəli yük maşının yol vərəqəsindən müəyyən olunur ki, Komatsu WA320-5 markalı, 10- A-950 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ASCnin mülkiyyətindədir, sürücüsü X8r. İş materiallarında olan “xxxxxxxxxxxxxx” MMC tərəfindən xx xxxxxx 2019-cu il tarixli Mİ-86730 CA saylı iş kartından görünür ki, iddiaçının mülkiyyətində olan “Mitsubishi Pajero” minik markalı, **-ZF-*** dövlət qeydiyyat nişanlı avtomaşına 8493,53 manat ziyan dəymişdir. Eyni tarixli və eyni saylı iş kartından görünür ki, avtomaşına vurulmuş ziyanı hesablamaq üçün İddiaçı “xxxxxxxxxxxxxx” MMC-yə 150 manat ödəmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxxx 2019-cu il tarixli 21503 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan “xxxxxxxxxxxxxx” MMC tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən, qeyd edilən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2015-ci il buraxılışlı “Mitsubishi Pajero” markalı, **-ZF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 7235 manat müəyyən edilir. Dəyişdirilməli hissələrin dəyəri – 4935 manat, təmir işlərinin dəyəri – 2300 manat. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə əsasən, bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki, X3 «xxxxxxxx» ASC-nin sürücüsü X11 ASC-yə məxsus avtomaşınla əmək vəzifələrinin icrası zamanı törətdiyi mülki hüquq pozuntusu nəticəsində iddiaçıya məxsus avtomobilə zərər vurmuşdur. Kollegiya hesab edir ki, X3 «xxxxxxxx» ASC öz işçisinin, yəni E.H.Tağıyevın törətdiyi pozuntuya görə məsuliyyət daşımalı və iddiaçının maşınına vurulmuş zərərin əvəzini ödəməlidir və iddia tələbini yuxarıda qeyd olunan qaydpada qismən təmin etməklə etməklə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Yuxarıda qeyd edilənlərə əsasən kollegiya apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsinin cavabdehin apellyasiya şikayətinə münasibətdə ləğv edilməsinə heç bir hüquqi əsaslar olmaması qənətinə gəlir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: Cavabdeh «xxxxxxxx X3» ASC-nin səlahiyyətli nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi cavabdeh «xxxxxxxx X3» ASC-nin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5227/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5227/2020
13.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver