Məhkəmə qərarları › İş №2(103)-5231/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5231/2024

26.11.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5231/2024 26.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı qaraja dair hüquq müəyyənedici sənədlərin verilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: hüquq müəyyənedici sənədlərin verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X6 (sədrlik edən və məruzəçi), X10 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı ("xxxx" MMC müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) qaraja dair hüquqmüəyyənedici sənədlərin verilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 iyul 2024-cü il tarixli, e-2(001)-1274/2024 nömrəli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. MH seriyalı, ******* nömrəli Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışına əsasən Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi, 546-cı məhəllədə istifadədə olan 0,35164 ha torpaq sahəsində yerləşən nömrəli, 5 mərtəbəli binada yerləşən 58.3 kv.ni ümumi, 45.5 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 12 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində 623 nömrəli reyestr kitabının 57233 nömrəli vərəqində qeydiyyata alınmışdır.

2. "xxxx" MMC-nin direktorunun "xxxx" LLC-nin rəhbərliyinə ünvanlandığı 11 yanvar 2016-cı il tarixli məktubdan görünür ki, ünvan 2ında 21 saylı və H.Cavid prospekti 546-cı məhəllədə 28 saylı yaşayış binası qəzalı vəziyyətdə olduğu üçün Cavabdeh MMC şirkəti tərəfindən sökülmüşdür. Həmin binaların sakinləri ünvan 1 ünvanında inşa olunmuş yaşayış kompleksinin 2 saylı binasındakı mənzillərə köçürülmüşdürlər. 21 saylı və 28 saylı yaşayış binalarının həyətində olan metal və daş qarajlar müvafiq olaraq bina sakinləri ilə razılaşdırılaraq sökülmüşdür. Həmin metal qaraj sahibindən biri olan X4 şirkət tərəfindən verilən pul kompensasiyanı qəbul etməmişdir. Qaraj sahibi metal qarajın əvəzinə Ə.Ələkbərov-89 ünvanından inşa olunmuş yaşayış binasında qaraj sahəsinin verilməsini istəmiş və qarajın bu halda sökülməsinə icazə vermişdir. Şirkət olaraq sakinlərin həmin ərazidən problemsiz və maneəsiz köçürülməsi məqsədi ilə qaraj sahibi ilə razılaşdıqdan sonra həmin metal qaraj onlar tərəfindən sökülmüşdür. Qaraj sahibi X4 24 iyul 2013-cü ildə vəfat etmişdir. Mərhumun həyat yoldaşı İddiaçı Ə.Ələkbərov-89 ünvanında 2 saylı yaşayış binasının 8-ci mərtəbəsində 33 saylı mənzildə yaşayır. Yuxarıda qeyd olunanları nəzərə alaraq vətəndaşa Ə.Ələkbərov küçəsi 89 saylı ünvandakı yaşayış binasından qaraj sahəsinin ayrılması üçün köməklik göstərilməsini və müvafiq tədbirlərin görülməsinə göstəriş verilməsi xahiş edilmişdir.

3. İddiaçı tərəfindən "xxxx" MMC-nə ünvanlanmış ərizədə qeyd olunmuşdur ki, ünvan 2ında 21 və 28 saylı yaşayış binaları "xxxx" MMC şirkəti tərəfindən sökülmüşdür. Həmin binaların sakinləri ünvan 1 ünvanında inşa olunmuş yaşayış kompleksinin 2 saylı binasındakı mənzillərə köçürülmüşdür. 21 və 28 saylı yaşayış binalarının həyətində olan metal və daş qarajlar müvafiq olaraq bina sakinləri ilə razılaşdırılaraq sökülmüşdür. Həmin metal qaraj sahiblərindən biri olan X5 şirkət tərəfindən verilən pul kompensasiyasını qəbul etməmiş, metal qarajın əvəzində Ə.Ələkbərov 89 ünvamnd inşa edilmiş yaşayış binasında qaraj sahəsinin verilməsini istəmiş və qarajın bu halda sökülməsinə icazə vermişdir. Qaraj sahibi ilə razılaşdıqdan sonra həmin metal qaraj "xxxx" MMC tərəfindən sökülmüşdür. Qaraj sahibi X4 24 iyul 2013-cü il tarixində vəfat etmişdir. Mərhumun həyat yoldaşı İddiaçı Ə.Ələkbərov-89 ünvanında 2 saylı yaşayış binasının 8-ci mərtəbəsində 33 saylı mənzildə yaşayır. Həyat yoldaşı vəfat etdikdən sonra İddiaçı "xxxx" MMC-yə rəsmi ərizə ilə müraciət edərək razılaşmaya əməl edib sökülmüş qarajın əvəzinə yaşadığı ünvanın ərazisində ona qaraj verilməsini xahiş etmişdir. "xxxx" MMC ərizəçiyə kömək etmələri üçün 11 yanvar 2016-cı il tarixində "xxxx" MMC və “X13 Group”a rəsmi məktub ünvanlayıb. 2016-cı ilin yanvar ayından İddiaçı qızma yaşadığı “Mirvan Park” yaşayış kompleksinin yeraltı qarajının ikinci mərtəbəsindən qaraj yeri verilib və qaraj hal-hazırda da onun istifadəsindədir. Lakin dəfələrlə müraciət etsə də, həmin qaraja dair hüquq müəyyənedici sənədlər İddiaçı təqdim edilməyib. Qeyd edilənləri nəzərə alaraq İddiaçı istifadəsində olan Mirvari Park yaşayış kompleksinin ərazisində ona məxsus qaraja dair hüquqmüəyyənedici sənədlərin verilməsini təmin edilməsi xahiş edilmiş, əks təqdirdə pozulmuş hüquqlarının müdafiəsi məqsədi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

4. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş Çıxarışın surətindən görünür ki, ümumi sahəsi 123 kv/metr olan, ünvan 3 ünvanında yerləşən mənzil İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət kimi qeydə alınmışdır.

5. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş Çıxarışın surətindən görünür ki, ümumi sahəsi 123 kv/metr olan, ünvan 3 ünvanında yerləşən mənzil xx.xx.2023-cü il tarixdə X1 ********** qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət kimi qeydə alınmışdır.

6. 17 sentyabr 2023-cü il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsindən görünür ki, İddiaçı ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 123 kv/metr olan mənzil X2 bağışlamışdır.

7. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin MH Seriyalı, 011566 nömrəli Qeydiyyat Vəsiqəsindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi, 546-cı məhəllədə istifadədə olan 25 nömrəli yaşayış evi İddiaçı adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir.

Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya yaşadığı “Mirvari Park” yaşayış kompleksinin yeraltı qarajının 2-ci mərtəbəsində yerləşən ona məxsus qaraja dair Cavabdeh MMC tərəfindən hüquqmüəyyənedici sənədlərin ona təqdim olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia onunla əsaslandırılmışdır ki, ünvan 2ında 21 və 28 saylı yaşayış binaları Cavabdeh MMC şirkəti tərəfindən sökülmüş, həmin binaların sakinləri ünvan 4 ünvanında inşa olunmuş yaşayış kompleksinin 2 saylı binasındakı mənzillərə köçürülmüşdür. 21 və 28 saylı yaşayış binalarının həyətində olan metal və daş qarajlar müvafiq olaraq bina sakinləri ilə razılaşdırılaraq sökülmüşdür. Həmin metal qaraj sahiblərindən biri olan mərhum həyat yoldaşı X4 şirkət tərəfindən verilən pul kompensasiyasını qəbul etməmiş, metal qarajın əvəzində Ə.Ələkbərov 89 ünvanında inşa edilmiş yaşayış binasında qaraj sahəsinin verilməsini istəmiş və qarajın bu halda sökülməsinə icazə vermişdir. Qaraj sahibi ilə yəni, mərhum həyat yoldaşı ilə razılaşdıqdan sonra həmin metal qaraj"xxxx" MMC tərəfindən sökülmüşdür. Həyat yoldaşı vəfat etdikdən sonra "xxxx" MMC-yə rəsmi ərizə ilə müraciət edərək razılaşmaya əməl edib sökülmüş qarajın əvəzinə yaşadığı ünvanın ərazisində ona qaraj yerinin verilməsini xahiş etmişdir. "xxxx" MMC ərizəçiyə kömək etmələri üçün 11 yanvar 2016-cı il tarixində "xxxx" MMC və “X13 Group”a rəsmi məktub ünvanlayıb. Həmin məktubun məzmunundan da görünür ki, qarajın sökülməsi"xxxx" MMC tərəfindən həyata keçirilib. 2016-cı ilin yanvar ayından ona yaşadığı “Mirvari Park” yaşayış kompleksinin yeraltı qarajının 2-ci mərtəbəsindən qaraj yeri verilib və qaraj hal-hazırda da onun istifadəsindədir. Dəfələrlə müraciət etsə də həmin qaraja dair hüquqmüəyyənedici sənədlər ona təqdim edilməyib. Bu səbədən də hüquq müəyyənedici sənədlərin ona təqdim edilməsi məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

10. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 iyul 2024-cü il tarixli, e-2(001)- 1274/2024 nömrəli qətnaməsinə əsasən iddia rədd edilmişdir.

11. Qətnamənin əsaslarına görə, iş materialları ilə müəyyən edilmişdir ki, Gilan İnşaat” MMC-nin direktorunun "xxxx" LLC-nin rəhbərliyinə ünvanlandığı 11 yanvar 2016-cı il tarixli məktubda qeyd etmişdir ki, qaraj sahibi X4 24 iyul 2013 ildə vəfat etmişdir. Mərhumun həyat yoldaşı İddiaçı Ə.Ələkbərov-89 anında 2 saylı yaşayış binasının 8-ci mərtəbəsində 33 saylı mənzildə yaşayır. Qeyd olunanlar nəzərə alınaraq vətəndaşa Ə.Ələkbərov küçəsi 89 saylı ünvandakı yaşayış binasından qaraj sahəsinin ayrılması üçün köməklik göstərilməsi və müvafiq tədbirlərin görülməsinə göstəriş verilməsi xahiş edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, "xxxx" MMC layihədə iştirakçı olmayıb, yəni həmin MMC-nin müqavilə üzrə hansısa sakinə hər hansı bir mənzilin və ya qarajın verilməsini kiməsə həvalə etmək kimi bir səlahiyyəti olmamışdır. Ona görə də məhkəmə hesab edir ki, yuxarıda göstərilən "xxxx" MMC-nin direktoru ilə "xxxx" LLC arasında aparılan yazışma hüquqmüəyyənedici sənəd kimi qəbul edilə bilməz. Həmçinin xüsusilə qeyd edilməlidir ki, iş üzrə mübahisəsiz qaydada təsdiq olunur ki, İddiaçı yaşadığı “Mirvan Park” yaşayış kompleksinin yeraltı qarajının 2-ci mərtəbəsindən qaraj yeri verilib və qaraj hal-hazırda da onun istifadəsindədir. İddiaçı iddia tələbində göstərilən qaraja dair hüquqmüəyyənedici sənədlərin verilməsi öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulmasını tələb etsə də, məhkəmə araşdırması zamanı həmin qaraja dair tətəflər arasında hər hansı müqavilənin olması müəyyən edilməmişdir. Nəzərə alsaq ki, söhbət daşınmaz əmlakdan gedir o zaman Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maadəsinin tələblərinə görə bu əmlaka sahiblik və istifadə hüququ barəsində notariat qaydasında təsdiq olunmuş əqd olmalıdır. Bununla yanaşı İddiaçı sözügedən qaraj üzərində hüquqlarının dövlət qeydiyyatı üçün əsasların mövcud olmasına dair mötəbər sübutlar da aşkar olunmur.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1, 146.1, 152.1, 157.8-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

13. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin olunmasını xahiş etmişdir.

14. Apellyasiya şikayətinin dəlillərinə görə, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin həlli ilə əlaqədar tətbiq edilməli olan maddi hüquq normaları olaraq Mülki Məcəllənin 246-249-cu maddələrinin və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələbləri ümumiyyətlə nəzərə alınmamışdır. Məhkəmə diqqətdən qaçırmışdır ki, tələbiin hüquqi əsasını cavabdeh tərəfindən sökülərək yerində inşa edilmiş çoxmənzilli yaşayış binası kompleksinin yerləşdiyi torpaq sahəsinə dair vətəndaşın mövcud hüquqları təşkil edir. Belə hallarda konkret olaraq Mülki Məcəllənin 246-249-cu maddələri, eləcə də “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunu tətbiq edilməlidir. Bununla bağlı çoxsaylı məhkəmə praktikası mövcuddur. Birinci instansiya məhkəməsi bu məqama əhəmiyyət vermədən, həmin maddi hüquq normalarını ümumiyyətlə mübahisəyə tətbiq etməmişdir. Ona məxsus qarajın sökülməsi çoxmənzilli yaşayış binası kompleksinin tikintisi ilə əlaqədar olduğu aşkardır. Həmin kompleksin tikintisinin müvafiq dövlət qurumu tərəfindən icazə verildiyi də işin mübahisəsiz halıdır. Belə olan halda, torpaqların dövlət ehtiyaclarına alınması ilə bağlı qanunvericiliyin tətbiq edilməli olduğu şübhə doğurmamalıdır. Qüvvədə olan qanunvericiliyə görə, tək torpaq sahəsi deyil, həm də torpaq sahəsində yerləşən tikililər də kompensasiya olunmalıdır (Mülki Məcəllə 246.5-ci maddə, “Torpaqların dövlət ehtiyaclarına alınması haqqında” Qanunun 7.1-ci maddəsi ). Sökülən qarajın əvəzi olaraq, məhz başqa qarajın verilməsini tələb etmək, qanunvericiliyə uyğundur (Mülki Məcəllə 247.4.2-ci və 247.5-ci maddələri). Məhkəmə tərəfindən iddianın təmin edilməməsi əsaslarından biri olaraq, İddiaçı sözügedən qaraj üzərində hüquqlarının dövlət qeydiyyatı üçün əsaslarının mövcud olmasına dair mötəbər sübutlar aşkar olunmadığı qeyd edilir. Bu mövqe ilə razılaşmayaraq ilk növbədə sökülən qaraja dair Oktyabr Rayon İcraiyyə Komitəsinin 21 iyun 1991-ci il tarixli 8/6 saylı qərarını xatırlatmaq istəyirik. Həmin qərar mülki işin materiallarında var. Bu da, qarajın və yerləşdiyi torpaq sahəsinin qanuni istifadədə olduğunu təsdiq edir. Sökülən qaraja dair hüquqmüəyyənedici sənədin məzmunu iddiaçı tərəfindən qəbul edilmirsə, bu da kompensaisiyanın verilməsindən imtina üçün əsas ola bilməz (“Torpaqların dövlət ehtiyaclarına alınması haqqında” Qanunun 80.1-ci maddəsi). Digər tərəfdən, hesab edirik ki, hətta sökülən qaraja dair ümumiyyətlə heç bir sənəd olmasa idi belə, torpağa sahiblik edən və ya torpaqdan fayda alan şəxs, əksi sübut olunana qədər, bu Qanunun məqsədləri üçün torpağı qanuni tutan şəxs hesab edilməli idik. Bu baxımdan birinci instansiya məhkəməsinin sözügedən qaraj üzərində hüquqlarının dövlət qeydiyyatı üçün əsaslarının mövcud olmasına dair mötəbər sübutlar aşkar olunmadığı barədə qənaəti yalnışdır. mövcud olan əsaslar, ilk növbədə söküntünün həyata keçirilmiş olmasıdır. Sökülən qaraj mövcud olub, bu işin mübahisəsiz halıdır, sökülən qarajın ilkin hüquqmüəyyənedici sənədi məhkəməyə təqdim olunub, biz də sökülən qarajın sahibi olaraq alınmanın təsirinə məruz qalan tərəfik. Belə olan halda, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ədalətli və əsaslı sayıla bilməz. İddiaçı və cavabdeh arasında şifahi müqavilə öhdəlikləri var. Məhkəmənin diqqətinə çatdırmaq istədiyimiz bir əhəmiyyətli məqam var ki, iş üzrə cavabdeh "xxxx" MMC və "xxxx" MMC mübahisəli qarajın sökülməsi və yerində tikinti işlərinin aparılması işlərini müştərək yerinə yetirmişlər. Lakin, yaşayış kompleksində olan daşınmaz əmlaklarla bağlı hüquqmüəyyənedici sənədlər məhz Cavabdeh MMC tərəfindən verildiyi üçün, sənədləri məhz həmin təşkilatdan tələb edirik. Tərəfimizdən məhkəməyə təqdim edilən "xxxx"MMC-nin "xxxx" MMC-yə ünvanladığı məktuba birinci instansiya məhkəməsi ümumiyyətlə düzgün qiymət verməyərək, "xxxx" MMC-nin məktubunun hüquqmüəyyən edici sənəd kimi qəbul edilə bilmədiyini qeyd edir. Məhkəmənin bu fikri ilə tamamilə razılaşaraq, bildiririk ki, həmin məktub hüquqmüəyyənedici sənəd deyil və tərəfimizdən hüquqmüəyyənedici sənəd olaraq yox, sübut olaraq təqdim edilmişdir. Həmin sübuta məhkəmə düzgün qiymət verməmişdir. Mövqeyimiz bundan ibarətdir ki, bizə məxsus qarajın sökülməsi zamanı şifahi razılaşma mövcud olmuş, qaraj söküldükdə, şifahi razılaşmanın tərəfi olaraq, yeni qarajın verilməsi tələb edildikdə, razılaşmaya əməl edilməsi istiqamətində addımlar atılmış, bəhs edilən məktub ünvanlanmış və nəticə olaraq yeni qaraj sahəsi sahibliyimizə verilmişdir. Bu hallar mübahisələnmir. Beləliklə, şifahi müqaviləmiz tərəfimizdən tam, cavabdeh tərəfdən qismən yerinə yetirilmişdir. Əks halda, heç bir hüququmuz olmadığı halda, bizim sahibliyimizə qaraj sahəsinin verilməsi anlaşılmaz olar. Daha bir mühüm məqamı da məhkəmənin diqqətinə çatdırmaq istəyirik. Birinci instansiya məhkəməsinin qətnaməısində göstərilir: “Həmçinin müəyyən edilmişdir ki, Cavabdeh MMC podratçı kimi həmin işlərə cəlb edilmiş, lakin əvvəlcədən mülkiyyət sahibləri ilə hər hansı bir iş aparmamışdır. Tikintri işləri aparılarkən İddiaçı adına daş qaraj olmuş, həmin daş qarajın əvəzinə Cavabdeh MMc tərəfindən iddiaçılya bir otaq artıq mənzil verilmişdir. Göründüyü kimi iş üzrə Cavabdeh MMC müqavilə üzrə öz öhdəliyini layiqincə yerinə yetirmişdir. Bu hal hər iki tərəfin izahatları ilə öz təsdiqini tapır” (qətnamə, səh.4 sonuncu abzas). Bu mövqe ziddiyyətli olmaqla yanaşı yuxarıda dediklərimizin təsdiqi sayıla bilər. Birinci instansiya məhkəməsi cavabdehin əvvəlcədən mülkiyyət sahibləri ilə hər hansı bir iş aparmadığını müəyyən edir, iddiaçıya məxsus olan digər daş qarajın əvəzinə cavabdehin artıq bir otaq verdiyini müəyyən edir və belə qənaətə gəlir ki, Cavabdeh MMC müqavilə üzrə öz öhdəliyini layiqincə yerinə yetirmişdir. Digər daş qarajla bağlı məhkəmənin bu mövqeyi ilə razılaşaraq biz də təsdiq edirik ki, digər daş qaraja münasibətdə cavabdeh müqavilə üzrə öz öhdəliyini layiqində yerinə yetirmişdir. Bizim tələbimiz mübahisəli qarajla bağlı cavabdehin öhdəliyini layiqincə yerinə yetirməməsi ilə bağlıdır. Bu abzasın məzmunundan görünür ki, məhkəmə tərəflkərin münasibətinin müqavilə münasibətləri olduğu ilə razılaşır. Diqqətə çatdırmağı zəruri hesab edirik ki, bəhs edilən digər daş qarajla bağlı da hər hansı yazılı müqavilə olmamışdır. Əgər digər daş qaraja münasibətdə məhkəmə Cavabdeh MMC-nin müqavilə öhdəliyinin olduğunu qəbul edirsə, mübahisəli qaraja münasibətdə belə öhdəliyin olmaması nəticəsinə hansı əsasla gəlinmiş olması bizə məlum deyil. Qarajların hər ikisinin mövcud olması mübahisəsizdir, hər iki qarajın eyni məqsədlər üçün sökülmüş olması da mübahisəsizdir, birinə dair müqavilə öhdəliyinin layiqincə yerinə yetirilmiş olması məhkəmədə müəyyən edilisə, digərinə dair müqavilə öhdəliyinin yerinə yetirilməsi tələbinə dair hansı mötəbər sübutlar təqdim edilməli idi.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə etiraz onunla əsaslandırılmışdır ki, mübahisə üzrə birinci instansiya məhkəməsi məhkəmə baxışı zamanı işin faktiki hallarını obyektiv araşdırmış, iddia üzrə təqdim olunmuş mötəbər sübutlara və digər hallara qanunvericiliyin tam tələbləri əsasında düzgün hüquqi qiymət verərərk və müvafiq qanun normalarına düzgün istina edərək Azərbaycan Respublikası adından ədalətli qətnamə qəbul etmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. İddiaçının nümayəndəsi Vəkil1 iştirak etdiyi məhkəmə iclasında apelyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir.

17. Cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək şikayətin təmin olunmamasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 139-1.1.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); Maddə 178.8. Tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 325.1. Başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Maddə 329.3. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Maddə 405.2. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Maddə 568.2. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 770-1.4. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində tərkib hissələrin bağlı olduğu payların alqı-satqı müqavilələrinə bu Məcəllənin daşınmaz əşyaların alqı-satqısı haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 aprel 2023-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Burada vicdanlıq prezumpsiyası ilə sıx bağlı olan estoppel prinsipinə də aydınlıq gətirmək vacib hesab edilir. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır. İlkin olaraq bu prinsip beynəlxalq və arbitraj mübahisələrinin həllində istifadə edilirdi. Beləliklə, tərəf aşağıdakı hallarda müqaviləni mübahisələndirmək hüququna malik deyildir: həmin tərəfin davranışı müqavilə bağlamaq iradəsini təsdiq etdiyini, əqdin etibarlığını faktiki etiraf etdiyini, əqdin şərtlərini qəbul etdiyi və onun mahiyyətilə razılaşdığını nümayiş etdirdiyi halda. Bu, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə dair hərəkətlər, bununla bağlı yazılı sübutlar və s. ilə təsdiqlənə bilər. Qeyd olunan prinsip Mülki Məcəllənin müvafiq normalarının məzmununda da ifadə edilmişdir. Belə ki, Məcəllənin 5.3, 351.2 və 351.3-cü maddələrinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir.”

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə və ya qərardadda qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya şikayəti ilə qətnamənin ləğvi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Birinci instansiya tərəfindən işə baxılarkən müəyyən olunmuşdur ki, ünvan 2ında 21 saylı və H.Cavid prospekti 546-cı məhəllədə 28 saylı yaşayış binası qəzalı vəziyyətdə olduğu üçün Cavabdeh MMC şirkəti tərəfindən sökülmüşdür. Həmin binaların sakinləri ünvan 1 ünvanında inşa olunmuş yaşayış kompleksinin 2 saylı binasındakı mənzillərə köçürülmüşdürlər. 21 saylı və 28 saylı yaşayış binalarının həyətində olan metal və daş qarajlar müvafiq olaraq bina sakinləri ilə razılaşdırılaraq sökülmüşdür. Həmin metal qaraj sahibindən biri olan X4 şirkət tərəfindən verilən pul kompensasiyanı qəbul etməmiş, qaraj sahibi metal qarajın əvəzinə Ə.Ələkbərov-89 ünvanından inşa olunmuş yaşayış binasında qaraj sahəsinin verilməsini istəmiş və qarajın bu halda sökülməsinə icazə vermişdir. Şirkət olaraq sakinlərin həmin ərazidən problemsiz və maneəsiz köçürülməsi məqsədi ilə qaraj sahibi ilə razılaşdıqdan sonra həmin metal qaraj onlar tərəfindən sökülmüşdür.

23. Qeyd olunan xüsusatlar birinci instansiya məhkəməsində işə baxılarkən, həmçinin, apellyasiya instansiyası mərhələsində cavabdeh tərəfindən mübahisələndirilmədiyindən və işin halları ilə təsdiqini tapdığından məhkəmə kollegiyası tərəfindən bu xüsusatlar işin mübahisələndirilməyən halları kimi qiymətləndirilir.

24. Lakin birinci instansiya məhkəməsi bu halları müəyyən etsə də, tərəflər arasında olan münasibətləri təhlil etmədən, onlar arasında qaraja dair müqavilə münasibətlərinin mövcud olub – olmadığını araşdırmadan iddianın rədd olunması qənaətinə gəlmişdir.

25. İlkin olaraq məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin tikinti işləri aparılarkən İddiaçı adına daş qarajın olması, həmin daş qarajın əvəzinə "xxxx" MMC tərəfindən iddiaçıya bir otaq artıq mənzil verilməsi və bununla da sonuncunun müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirməsi barədə gəldiyi qənaət yanlışdır. Baxmayaraq ki, birinci instansiya məhkəməsi bu qənaətə gələrkən belə tərəflər arasında müqavilə münasibətlərinin olmasına istinad etmişdir. Lakin işin halları bundan ibarətdir ki, iddiaçının mərhum həyat yoldaşının iki qarajı olmuş, bundardan biri ayrıca otaqla əvəzlənmişdir, hazırkı mübahisə isə məhz mərhuma məxsus ikinci qarajın əvəzində faktiki olaraq təhvil verilmiş qarajla bağlıdır.

26. "xxxx" MMC-nin direktorunun "xxxx" LLC-nin rəhbərliyinə ünvanlandığı 11 yanvar 2016-cı il tarixli məktubda da olunmuşdur ki, ünvan 2ında 21 saylı və H.Cavid prospekti 546-cı məhəllədə 28 saylı yaşayış binası qəzalı vəziyyətdə olduğu üçün Cavabdeh MMC şirkəti tərəfindən sökülmüşdür. Həmin binaların sakinləri ünvan 1 ünvanında inşa olunmuş yaşayış kompleksinin 2 saylı binasındakı mənzillərə köçürülmüşdürlər. 21 saylı və 28 saylı yaşayış binalarının həyətində olan metal və daş qarajlar müvafiq olaraq bina sakinləri ilə razılaşdırılaraq sökülmüşdür. Həmin metal qaraj sahibindən biri olan X4 şirkət tərəfindən verilən pul kompensasiyanı qəbul etməmişdir. Qaraj sahibi metal qarajın əvəzinə Ə.Ələkbərov-89 ünvanından inşa olunmuş yaşayış binasında qaraj sahəsinin verilməsini istəmiş və qarajın bu halda sökülməsinə icazə vermişdir. Şirkət olaraq sakinlərin həmin ərazidən problemsiz və maneəsiz köçürülməsi məqsədi ilə qaraj sahibi ilə razılaşdıqdan sonra həmin metal qaraj onlar tərəfindən sökülmüşdür. Qaraj sahibi X4 24 iyul 2013-cü ildə vəfat etmişdir. Mərhumun həyat yoldaşı İddiaçı Ə.Ələkbərov-89 ünvanında 2 saylı yaşayış binasının 8-ci mərtəbəsində 33 saylı mənzildə yaşayır. Yuxarıda qeyd olunanları nəzərə alaraq vətəndaşa Ə.Ələkbərov küçəsi 89 saylı ünvandakı yaşayış binasından qaraj sahəsinin ayrılması üçün köməklik göstərilməsini və müvafiq tədbirlərin görülməsinə göstəriş verilməsi xahiş edilmişdir.

27. Bu məktubun tarixi və məzmunun da təsdiq edir ki, hazırkı mübahisənin otaqla əvəzləşdirilmiş qaraja heç bir aidiyyatı yoxdur, məktubun tərtib olunduğu vaxt artıq digər qarajın otaqla əvəzləşdirilmişdi.

28. Mülki Məcəllənin 178.8-ci maddəsində qeyd olunur ki, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir.

29. Məhkəmə kollegiyası hesab edir ki, ilk növbədə tərəflər arasında hansı növ müqavilə münasibətlərinin yarandığını müəyyənləşdirmək lazımdır ki, həmin növ müqavilələr üzrə mühüm və zəruri şərtlərin mövcudluğunu hazırkı işin halları baxımından yoxlamaq mümkün olsun.

30. Mülki Məcəllənin 178.8-ci maddəsinin tələbi baxımından qeyd etmək olar ki, tərəflər arasındakı faktiki olaraq müqavilənin predmeti bir tərəfin öz əmlakını digər tərəfə təhvil verməklə maliyyələşdirməsi, digər tərəfin bunun müqabilində çoxmərtəbəli binaların tikintisini həyata keçirməklə qarajın təhvil verilməsi olduğundan, hal – hazırda qaraj təhvil veriləklə iddiaçının istifadəsində olması da nəzərə alınarsa müqavilə podrat müqaviləsinə uyğun gəlir. Mülki Məcəllədə podrat müqaviləsi üçün məcburi yazılı forma şərti nəzərdə tutulmamışdır.

31. Tərəflər arasında qarajın əldə edilməsi ilə bağlı münasibətdə də podrat münasibətlərin yarandığını müəyyən etmək üçün tərəflərin arasında hər iki tərəfdən imzalanmış yazılı müqavilənin tərtib edilməsi mütləq şərt olmamışdır. Bir halda ki, podrat müqaviləsi şifahi də bağlana bilir, belə olan halda yetər ki, işin digər halları ilə tərəflər arasında qarajın əldə olunması bağlı razılığın olması müəyyən edilsin.

32. Belə olan halda, tərəflər apasında yazılı müqavilənin olmaması podrat münasibətlərinin yarandığını istisna etmir. Həmçinin, qətnamənin 21, 25-ci bəndlərində qeyd olunan halları podrat müqaviləsi üzrə münasibətlərin yaranmasını təsdiq edir.

33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 aprel 2023-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Burada vicdanlıq prezumpsiyası ilə sıx bağlı olan estoppel prinsipinə də aydınlıq gətirmək vacib hesab edilir. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır. İlkin olaraq bu prinsip beynəlxalq və arbitraj mübahisələrinin həllində istifadə edilirdi. Beləliklə, tərəf aşağıdakı hallarda müqaviləni mübahisələndirmək hüququna malik deyildir: həmin tərəfin davranışı müqavilə bağlamaq iradəsini təsdiq etdiyini, əqdin etibarlığını faktiki etiraf etdiyini, əqdin şərtlərini qəbul etdiyi və onun mahiyyətilə razılaşdığını nümayiş etdirdiyi halda. Bu, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə dair hərəkətlər, bununla bağlı yazılı sübutlar və s. ilə təsdiqlənə bilər. Qeyd olunan prinsip Mülki Məcəllənin müvafiq normalarının məzmununda da ifadə edilmişdir. Belə ki, Məcəllənin 5.3, 351.2 və 351.3-cü maddələrinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir.”

34. Mülki Məcəllənin 770-1.4-cü maddəsində qeyd olunmuşdur ki, tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində tərkib hissələrin bağlı olduğu payların alqısatqı müqavilələrinə bu Məcəllənin daşınmaz əşyaların alqı-satqısı haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 568.2-ci maddəsində qeyd olunmuşdur ki, əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur.

35. İşin hallarını Mülki Məcəllənin 568.2 və 770-1.4-cü maddələri baxımından qiymətləndirən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, tərəflər arasında müqavilə münasibətləri mövcud olduğundan, müqavilənin əsas şərtlərindən biri olan əmlakın təhvil verilməsi ilə bağlı şərt cavabdeh tərəfindən icra olunduğundan həmin əmlaka dair hüquq müəyyənedici sənədlərin də iddiaçıya verilməsi cavabdehin vəzifəsidir.

36. Beləliklə, hazırkı mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri normalar baxımından işin halları ilə təsdiq olunur, dəlillər qətnamənin ləğvinə əsas verir. Buna görə də apelyasiya şikayəti təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia təmin edilməlidir.

37. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 iyul 2024-cü il tarixli, -2(001)- 1274/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 iyul 2024-cü il tarixli, -2(001)- 1274/2024 nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə çıxarılaraq iddia təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, Şəfaət Mehdiyev küçəsi 129 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının (“Mirvari Park” yaşayış kompleksi) yeraltı qarajının 2-ci mərtəbəsində yerləşən, İddiaçı təhvil verilmiş qaraja dair hüquqmüəyyənedici sənədlər Cavabdeh tərəfindən İddiaçı təhvil verilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasımov

Günay Axundova

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar