Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5232/2023 25.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh2 MMC-yə və qeyrilərinə qarşı “qanunsuz sökülmüş əmlakın əvəzləşdirilməsi və əldən çıxmış faydanın ödənilməsi tələbi”nə dair ilkin iddiası, habelə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “qeyri-yaşayış sahəsinin sökülməsi, əvəzində yeni əmlakın və kirayə haqqının cavabdehə verilməsi tələbi”nə dair qarşılıqlı iddia ərizəsi üzrə mülk iş üzrə Açar sözlər:(qanunsuz sökülmüş əmlaka görə kirayə haqqının verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X14 və X3 ibarət tərkibdə, X1, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra-iddiaçı) İddiaçı nümayndəsi və vəkili Vəkil2, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra-cavabdeh) Cavabdeh2 MMCnin nümayəndəsi və vəkili X9, İlkin iddia üzrə Cavabdeh3 nümayəndəsi X6, Mütəxəsis "xxxx" MMC-nın nümayəndəsi X10 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2(006)-251/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı 21 iyun 2018-ci il tarixdən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 135,7 kvadrat metr olan mübahisəli qeyri-yaşayış sahəsinin mülkiyyətçisidir. 2.Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 saylı qərarının icrası ilə əlaqədar mübahisəli mənzilin yerləşdiyi bina da daxil olmaqla normativ istismar müddəti bitmiş binaların sökülməsinin təmin edilməsi məqsədilə qəzalı vəziyyətdə olan evlərdən sakinlərin köçürülməsi işlərinə başlanılmış, lakin mübahisəli mənzil söküntüyə təhvil verilməmişdir. 3.Zərifə Əliyeva onun xəbəri və razılığı olmadan mülkiyyətindəki mənzilin yararsız hala salındığını, Cavabdeh2 isə rəhbərlik tərəfindən İddiaçı yaxın qohumu ilə dəfələrlə danışıqların aparıldığını, binanın qəzalı vəziyyətdə olması halının nəzərə alınaraq sökülməsinə icazə verilməsinin və yeni tikiləcək çoxmənzilli binada əmlak ilə əvəz edilməsinin təklif edildiyini, lakin razılıq əldə olunmadığını bildirir. a)Birinci instansiya məhkəməsində icraat 4.İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2nə, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitertura Komitəsinə və Bakı şəhəri Cavabdeh3nə qarşı iddia ərizəsi (sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə) ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 135,7 kvadrat metr qeyri-yaşayış sahəsinin qanunsuz olaraq Cavabdeh2 tərəfindən sökülməsinin əvəzi olaraq həmin ərazidə Cavabdeh2 tərəfindən inşa edilmiş binada, fasad hissəsi mərkəzi yola baxan, asfalt səthindən nisbətdə, 1-ci mərtəbəsindən 135,7 kvadrat metr qeyri-yaşayış sahəsinin iddiaçıya verilməsi və əldən çıxmış fayda kimi icarə haqqının qətnamə qəbul olunan tarixədək hesablanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 5.İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsiiddiaçıya məlum olmayan fiziki və ya hüquqi şəxs(lər) tərəfindən onun xəbəri və razılığı olmadan sökülmüşdür.
6. ünvan 1 ünvanında hansı fiziki və ya hüquqi şəxs(lər)in söküntü işləri aparması və onların hansı hüquqla bu işləri aparması barədə iddiaçıya məlumat verilməsinə dair xx.xx.2019-cu il tarixli, 19 VB-344/2019 saylı sorğu ilə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və xx.xx.2019-cu il tarixli, 19 VB-336/2019 saylı sorğu ilə Bakı şəhəri Cavabdeh3nə müraciət edilmişdir. Komitənin xx.xx.2019-cu il tarixli, 03-Bİ/739 saylı cavabına əsasən müəyyən edilmişdir ki, yuxarıda qeyd edilən ünvanda söküntü və yenidən tikinti işləri aparılmasına xx.xx.2018-ci il tarixli, 290 saylı sərəncamla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, hazırda isə Cavabdeh2 tərəfindən icazə sənədi verilmiş və məlumatlar Tikintilərin Dövlət Reyestrinə daxil edilmişdir. Bakı şəhəri Cavabdeh3 19-19/2/- 134 saylı, xx.xx.2019-cu il tarixli cavabına əsasən isə ünvan 2 ünvanında Pilot layihə çərçivəsində çoxmənzilli bina tikintisi işi aparan Cavabdeh2dir. 7.Göründüyü kimi iddiaçının mülkiyyət hüquqları pozularaq onun əmlakı sökülmüş və nəticədə iddiaçıya külli miqdarda maddi və mənəvi zərər dəymişdir. 8.İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə istinad etmişdir. 9.Cavabdeh2 də İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi (sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə) ilə müraciət edərək, ünvan 3 ünvanında yerləşən İddiaçı mülkiyyətində olan ümumi sahəsi 135,7 kv metr qeyri-yaşayış sahəsinin (zirzəmi) sökülməsi, İddiaçı mülkiyyətində olan ünvan 3-da yerləşən ümumi sahəsi 135,7 kv metr qeyri-yaşayış sahəsinin (zirzəmi) əvəzinə ünvan 3 ünvanda yerləşən yaşayış evinin yerində inşa edilən çoxmərtəbəli yaşayış binasının zirzəmisində 135,7 kvadrat metr ümumi sahəsi olan yeni əmlakın İddiaçı xüsusi mülkiyyətinə verilməsinin Cavabdeh2 MMC tərəfindən təmin edilməsi, yeni əmlak təmin edilənədək Cavabdeh2 MMC tərəfindən İddiaçı hər ay 550 manat kirayə haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edilmişdir. 10.Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 nömrəli qərarına və Bakı şəhərinin baş planına əsasən paytaxtın daha da abadlaşdırılaraq gözəlləşdirilməsi məqsədilə Bakı şəhəri, Nəsimi rayonunun “28 May” metrostansiyası yaxınlığında ötən əsrin 40-50-ci illərində inşa edilmiş, istismar müddətini başa vurmuş, müasir yaşayış tələblərinə cavab verməyən, qəzalı, yararsız binaların sökülərək onların yerində çoxmənzilli, çoxmərtəbəli yaşayış binalarının tikilərək sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulmuşdur. Həmin qərarın 1.1-ci bəndində göstərilmişdir ki, mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən Nəsimi rayonu üzrə XİX əsrin və ötən əsrin əvvəllərində tikilmiş, 16206 nəfərin yaşadığı 5771 mənzildən ibarət 266 yaşayış binasının, habelə rayonun ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərinin hazırlanmasını Cavabdeh3 həyata keçirsin. Buna görə, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən 02/05- 1754 nömrəli, xx.xx.2017-ci il tarixdə razılaşdırılmış tikinti planlaşdırma eskizi və Bakışəhəri Cavabdeh3 Başçısının 2 fevral 2018-ci il tarixli, 34 nömrəli, “Yaşayış və qeyri-yaşayış binalarının layihələndirilməsi” haqqında Sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Mirəli Qaşqay, Mikayıl Rəfili və Sahib Zeynalov küçələrinin kəsişmələri ilə əhatə olunan məhəllədə yerləşən ərazidəki mövcud yaşayış binalarının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələşdirilməsi üçün torpaq sahəsi icarə əsasında cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verilmişdir. 11.Qeyd olunan sərəncama əsasən həmin ünvanda yerləşən mövcud yaşayış və qeyri-yaşayış obyektlərinin sökülməsi və yerində çoxmərtəbəli yaşayış binalarının tikintisi üçün həmin ərazidə yaşayan sakinlərin qarşılıqlı razılaşma əsasında köçürülməsi cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilmişdir. 12.ünvan 3 ünvanında yerləşən bina (evlər) köhnə və istifadəyə yararsızdır, binanın istismar müddəti bitmiş, qəzalı vəziyyətdədir, binada yaşamaq həyat və səhhət üçün təhlükəlidir və həmin binalarda istifadə olunan kommunikasiya xətləri də təmirə yararsızdır və hər an uça və bədbəxt hadisələr baş verə bilər. 15 fevral 2018-ci il tarixdə Bakı şəhəri Cavabdeh3 ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında müqavilə bağlanmışdır. Müqavilə öhdəliyinə əsasən şəhərsalma prinsiplərinə cavab verməyən yaşayış evlərindəki mənzillərdə yaşayan sakinlərin köçürülməsi, köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 20% artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında yeni tam təmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından asılı olaraq müvafiq kirayə haqlarının verilməsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətlinə həvalə edilmişdir. Sözügedən ərazidəki sakinlərin böyük əksəriyyəti aylıq kirayə haqqı verilməklə müvəqqəti yaşayış yerlərinə köçürülmüşlər. Binanın qəzalı vəziyyətdə olması səbəbindən həmin binada yaşayan əksər mənzillərin sakinləri öz əşyalarını çıxarmış və mənzillərini boşaltmışlar.
13. Cavabdeh2 xx.xx.2016-cı il tarixdə ********** nömrə ilə dövlət qeydiyyatına alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qoşulması ilə yenidən təşkil edilmişdir və axırıncının hüquqi varisidir. Cavabdeh2 rəhbərliyi İddiaçı yaxın qohumu ilə dəfələrlə danışıqlar aparmış, binanın qəzalı vəziyyətdə olması halını nəzərə alınaraq sökülməsinə icazənin verilməsi, yeni tikiləcək çoxmənzilli binada əmlak ilə əvəz edilməsi təklif edilmişdir. Lakin İddiaçı əmlakını söküntüyə təhvil verməmişdir. Bunun nəticəsində Bakı şəhəri Cavabdeh3 ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 15 fevral 2018-ci il tarixli müqavilənin 2.3. və 2.4-cü bəndlərinin icra edilməsinə onlardan asılı olmayan səbəblərdən məhdudiyyətlər yaradılır. 14.Bakı şəhəri Nəsimi rayonunda yerləşən yaşayış binasının əksər mənzil sahibləri, mülkiyyətçiləri ilə Cavabdeh2 arasında müqavilə bağlanaraq xüsusi mülkiyyətdə olan mənzilin əvəzinə yeni inşa edilən yaşayış binasında mənzil verilməsi şərti ilə boşaldılaraq sökülməsi və müvafiq dövlət qeydiyyatının ləğv edilməsi barədə razılığa gəlinmiş və onlar ailə üzvləri ilə birlikdə mənzillərindən köçmüşlər. Hazırda İddiaçı yararsız vəziyyətdə olan əmlakından istifadə etmir, faydalanmır, eyni zamanda sökülərək yerində çoxmənzilli binanın inşasına maneələr yaradır. Bu səbəbdən tikinti işləri dayanmış, vətəndaşlara müəyyən olunmuş tarixdə binanı təhvil vermək öhdəliyi Cavabdeh2 vəzifəli şəxslərinin iradəsindən asılı olmayaraq pozulmaqdadır. 15.Eyni zamanda, Cavabdeh2 köçürülmüş sakinlərə kirayə haqlarını ödəməyə başlamışdır. İtirilmiş vaxta görə də binanın təhvil tariximəcburi şəkildə uzanır. Bu da mənzillərindən köçən sakinlərin mənafeyinə ciddi xələl gətirir və hüquqları məhdudlaşır. Daha sonra, tikinti işinin dayandırılması şəhərin mərkəzində böyük bir ərazinin yarısökülmüş, görkəmi pozan şəkildə qalması qaçılmaz olacaq. Bu da haqlı narazılıqlar yaradacaqdır. 16.Qarşılıqlı iddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 24, 31, 71-ci və Mülki Məcəllənin 16.1-ci maddələrinə istinad edilmişdir. 17.Cavabdeh2 sifarişi əsasında "xxxx" MMC tərəfindən verilmiş 29 iyul 2019-cu il tarixli, ƏEM/İ 60- 750/19 saylı “daşınmaz əmlakın qiymətləndirilməsi barədə” hesabata əsasən ünvan 3 ünvanının 1ci mərtəbəsində yerləşən, faktiki ümumi sahəsi 221,06 kvadrat metr təşkil edən qeyri-yaşayış sahəsinin 29 iyul 2019-cu il tarixə dəyəri 332000 manat, ünvan 3 ünvanının zirzəmisində yerləşən, faktiki ümumi sahəsi 145,29 kvadrat metr təşkil edən qeyri-yaşayış sahəsinin dəyəri 29 iyul 2019cu il tarixə 109000 manat təşkil edir. 18.Birinci instansiya məhkəməsi iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin söküntüinşaat işləri aparılması nəticəsində yararsız vəziyyətə düşüb-düşməməsi, həmin sahənin hazırki dövrdə bir aylıq icarə haqqının və 24 sentyabr 2018-ci il tarixindən 02 sentyabr 2020-ci il tarixinədək olan müddətdə icarə gəlirlərinin müəyyən edilməsi məqsədilə 23 sentyabr 2020-ci il tarixli qərardadla tikinti-texniki və əmtəəşünaslıq ekspertizaları təyin etmiş, ekspertizanın aparılmasını "xxxx" MMC-yə həvalə etmişdir. 19."xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, H/08-PLS saylı hesabatına əsasən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 135,7 kvadrat metr olan qeyri-yaşayış sahəsi cavabdehlər Cavabdeh1 və “Azəri Tikinti Şirkəti" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən həmin ərazidə söküntü inşaat işləri aparması nəticəsində dağıdılaraq yararsız vəziyyətə düşmüşdür. İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 135,7 kvadrat metr qeyriyaşayış sahəsinin xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddətə icarə gəlirləri 1 kvadrat metrə görə 15 manat olmaqla, 46928 manat təşkil etmişdir. İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 135,7 kvadrat metr olan qeyri-yaşayış sahəsinin aylıq icarə dəyəri 1 kvadrat metrə görə 15 manat olmaqla, 2035 manat təşkil edir. 20.Cavabdeh2 sifarişi əsasında "xxxx" MMC tərəfindən verilmiş 12 mart 2021-ci il tarixli, ƏEM/M 83-274/21 saylı “daşınmaz əmlakın icarə dəyərinin müəyyən edilməsi barədə” mütəxəssis rəyinə əsasən ünvan 3 ünvanının zirzəmisində yerləşən, faktiki ölçülərə əsasən 145,29 kvadrat metr təşkil edən qeyri-yaşayış sahəsinin hazırda istismara yararsız vəziyyətdədir. Mövcud vəziyyətin həmin ərazidə söküntü inşaat işləri aparılması səbəbindən və ya digər səbəbdən (söküntüdən öncə) olmasının müəyyən edilməsi ekspertizanın imkanları xaricindədir. Aparılmış hesablamalara və təhlillərə əsasən qeyd olunan qeyri-yaşayış sahəsinin xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddətdə aylıq icarə dəyəri 16675 manat təşkil etmişdir. 21.Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 16 mart 2021-ci il tarixli, 2(006)-251/2021 saylı qətnaməsi ilə (hakim-Rəşid Səmədov) ilkin iddia tələbi qismən, qarşılıqlı iddia tələbi tam təmin olunmuş, ünvan 3 ünvanında yerləşən İddiaçı mülkiyyətində olan ümumi sahəsi 135,7 kvadrat metr olan qeyri-yaşayış sahəsinin (zirzəmi) sökülməsi, İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən,ümumi sahəsi 135,7 kvadrat metr olan qeyri-yaşayış sahəsinin (zirzəmi) əvəzinə ünvan 4 ünvanında yerləşən yaşayış evinin yerində inşa edilən çoxmərtəbəli yaşayış binasının zirzəmi hissəsində 135,7 kvadrat metr ümumi sahəsi olan yeni əmlakın İddiaçı mülkiyyətinə verilməsinin Cavabdeh2 təmin etməsi, yeni əmlak verilənədək Cavabdeh2 tərəfindən İddiaçı hər ay 550 manat kirayə haqqının ödənilməsi qət edilmişdir. 22.Birinci instansiya məhkəməsi işdəki sənədlərə əsasən müəyyən etmişdir ki, İddiaçı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 135,7 kvadrat metr olan qeyri-yaşayış sahəsinin mülkiyyətçisidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 saylı qərarının icrası ilə əlaqədar Nəsimi rayonu ərazisində qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzilməişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə xx.xx.2018-ci il tarixdə Cavabdeh3 başçısının müavini ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (sonradan Cavabdeh2 MMC) direktoru arasında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən "xxxx" MMC (sonradan Cavabdeh2 MMC) tərəfindən Nəsimi rayonu, Azadlıq prospekti, Sahib Zeynalov, Ruhulla Axundov və Mirəli Qaşqay küçələrinin kəsişməsindəki məhəllələrdə yerləşən qəzalı vəziyyətdə olan evlərdən sakinlərin köçürülməsi işlərinə başlanılmışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X8 Agentliyinin «Azərdövləttikintilayihə» Dövlət Layihə İnstitutunun əməkdaşları tərəfindən tərtib edilmiş akta əsasən ünvan 5 ünvanında yerləşən yaşayış binalarının normativ istismar müddəti bitmişdir. 23.Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli qərarına əsasən Bakı şəhəri Cavabdeh3nə 5 il müddətinə mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən Nəsimi rayonu üzrə XİX əsrin sonları və ötən əsrin əvvəllərində tikilmiş, 16206 nəfərin yaşadığı 5771 mənzildən ibarət 226 yaşayış binasının, habelə bu rayonun ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərinin hazırlanmasını (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsini təmin etməsi, həmçinin qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binaları tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binaları tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binalarında müvafiq mənzillərin ayrılması tapşırılmışdır. 24.Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ilkin iddia üzrə iddiaçıya məxsus qeyri-yaşayış sahəsi, habelə ünvan 5 ünvanlarda yerləşən yaşayış sahələrinin istismara yararsız və qəzalı vəziyyətdə olması, habelə orada yaşayanlar və ətrafdakılar üçün təhlükə mənbəyi olduğu müəyyən olunduğundan, ilkin və qarşılıqlı iddia tələbləri “sökülmüş qeyri-yaşayış sahəsinin əvəzinə yeni qeyri-yaşayış sahəsinin verilməsi” hissələri təmin edilməklə, ünvan 3 ünvanında yerləşən İddiaçı mülkiyyətində olan ümumi sahəsi 135,7 kv.m olan qeyri-yaşayış sahəsi (zirzəmi) tam sökülməli, İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 135,7 kv.m olan qeyriyaşayış sahəsi (zirzəmi) əvəzinə ünvan 4 ünvanında yerləşən yaşayış evinin yerində inşa edilən çoxmərtəbəli yaşayış binasının zirzəmi hissəsində 135,7 kv.m ümumi sahəsi olan yeni əmlak İddiaçı mülkiyyətinə verilməsini Cavabdeh2 MMC təmin etməlidir. Belə ki, "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyindən və həmin rəyə əlavə olunmuş fotoşəkillərdən göründüyü kimi mübahisəli qeyri-yaşayış sahəsi zirzəmidən ibarətdir. 25.Birinci instansiya məhkəməsi ilkin iddia tələbinin “əldən çıxmış fayda kimi icarə haqqının qətnamə qəbul olunan tarixədək hesablanması” hissəsi ilə bağlı qeyd etmişdir ki, İddiaçı yuxarıda qeyd olunan qeyri-yaşayış sahəsinin əvvəllər icarəyə verməsini və bunun nəticəsində müəyyən gəlir əldə etməsini təsdiq edən sübutlar (icarə müqaviləsi və s.) işin məhkəmədə araşdırılması zamanı təqdim olunmamışdır. 26.Birinci instansiya məhkəməsinin mövqeyinə görə ilk iddia tələbində göstərilən qaydada ilkin iddia üzrə iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin əvəzinə, yeni əmlak ilə təmin edilməsi ədalətlidir və ilkin iddia üzrə iddiaçının hər hansı hüququnu məhdudlaşdırmır. 27.Birinci instansiya məhkəməsi həmçinin İddiaçı mənafeyini nəzərə alaraq hesab etmişdir ki, yeni əmlak verilənədək Cavabdeh2 tərəfindən İddiaçı hər ay 550 (beş yüz əlli) manat kirayə haqqı ödənilməlidir. 28.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13 (İİİ hissə), 29 (İİ hissə), 71-ci (İİ hissə), Mülki Məcəllənin 6.3, 16.1, 560.1, 560.2-ci, Mənzil Məcəlləsinin 15-ci, Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.20, 4.1, 4.2-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107- 2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli, “Fortis-Bayıl” MənzilTikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2020-ci il tarixli Qərarları, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kuşoğlu Bolqarıstana qarşı” iş üzrə 2007-ci il 10 may tarixli, “L.Y.Siqunova və M.Y.Siqunovanın Rusiyaya qarşı” xx.xx.2019-cu il tarixli Qərarları və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsində birinci icraat
29.Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ilkin iddianın təmin olunmayan, qarşılıqlı iddianın tam təmin olunan hissələrində ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 135,7 kvadrat metr qeyri-yaşayış sahəsinin qanunsuz olaraq “Azəri Tikinti Şirkəti“' Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən sökülməsinin əvəzi olaraq həmin ərazidə Cavabdeh2 tərəfindən inşa edilmiş binada, fasad hissəsi mərkəzi yola baxan, asfalt səthindən nisbətdə, 1-ci mərtəbəsindən 135,7 kvadrat metr qeyri-yaşayış sahəsinin (20 faiz artıq olmaqla) və əldən çıxmış fayda kimi aylıq 2035 icarə haqqının xx.xx.2018-ci il tarixdən yeni əmlak təhvil verilənədək “Azəri Tikinti Şirkəti" MMC tərəfindən İddiaçı ödənilməsi barədə yeni qətnamə qəbul edilməsi və əmlakının qanunsuz olaraq sökülməsi ilə əlaqədar xüsusi qərardad çıxararaq bununla bağlı Baş prokurorluğa məlumat verilməsini xahiş etmişdir. 30.Apellyasiya şikayətinin dəlilləri: -məhkəmə öz qətnaməsində əsas tutduğu, dəfələrlə qarşılıqlı iddianın təmin edilməsi üçün maddi hüquq norması kimi istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli Qərarı mülki işə məhkəmədə baxılmasından xeyli öncə ləğv edilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhəri Sabunçu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə" 2015-ci il 8 oktyabr tarixli 322 nömrəli, “Bakı şəhəri Binəqədi və Qaradağ rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə" 2016-cı il 22 yanvar tarixli 8 nömrəli və “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə" 2016-cı il 25 fevral tarixli 86 nömrəli qərarlarının ləğv edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 dekabr 2019-cu il tarixli, 483 Xs-li Qərarı ilə “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 25 fevral tarixli 86 nömrəli Qərarı ləğv edilmişdir; -ilkin iddia üzrə cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 135,7 kvadrat metr olan qeyri-yaşayış sahəsinin sökülməsi və yerində yeni binanın tikilməsi üçün iddiaçı ilə hər hansı razılıq əldə olunmamış, belə bir razılığın əldə olunması üçün heç bir ciddi tədbir həyata keçirilməmişdir. Cavabdeh qeyri-yaşayış sahəsinin sökülüb yerində yeni binanın tikilməsinə qədər ağlabatan məbləğdə icarə haqqının ilkin iddiaçıya ödənilməsi üçün hər hansı təklif irəli sürmədən və heç bir məhkəmə qətnaməsi olmayan qeyd olunan qeyri-yaşayış sahəsinin bir hissəsinin sökərək onun istifadəsini qeyri-müəyyən edən hala gətirmişdir; -məhkəmə heç bir əsas olmadan qətnaməsində icarə haqqının 550 manat olması barədə nəticəyə gəlmişdir. Həmçinin artıq uzun müddət ərzində həmin qeyri-yaşayış sahəsinin bir hissəsinin sökülərək onun tamamilə istifadə olunmaz hala salınmasına baxmayaraq, məhkəmə icarə haqqının hansı tarixdən hesablanmalı olması barədə də heç bir göstəriş qeyd etməmişdir; -Digər tərəfdən məhkəmə öz qətnaməsində heç bir sübuta əsaslanmadan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 135,7 kvadrat metr olan qeyri-yaşayış sahəsinin zirzəmi olması və onun yerinə zirzəmi verilməsi barədə yanlış nəticəyə gəlmişdir; -Həmçinin məhkəmə iddiaçıya veriləcək yeni qeyri-yaşayış sahəsinin sahəsini müəyyən edərkən də qanunvericiliyin tələbini pozmuşdur. Belə ki, ilkin iddia üzrə cavabdehin özünün istinad etdiyi Bakı şəhəri Cavabdeh3 ilə cavabdeh "xxxx" MMC arasında 15 fevral 2018-ci il tarixli müqavilə öhdəliyinə əsasən şəhərsalma prinsiplərinə cavab verməyən yaşayış evlərindəki mənzillərdə yaşayan sakinlərin köçürülməsi, köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 20% artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında yeni tam təmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından asılı olaraq müvafiq kirayə haqlarının verilməsi "xxxx" MMC-yə həvalə edilmişdir. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsində göstərilir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindənkənara çıxa bilər. Göründüyü kimi, qanunverici mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. İddia tələbindən kənara çıxmanı isə yalnız qanunla nəzərdə tutulan müstəsna hallarla şərtləndirmişdir. Belə ki, məhkəmə iddiaçının verdiyi tələbləri onlardan kənara çıxmaq yolu ilə tamamlaya bilər. Məhkəmənin belə bir hüquqa malik olması iddianın predmetinin dəyişdirilməsinə yönəlməmişdir. Məhkəmə yalnız iddianın göstərilən ünsürlərinin hüdudlarından kənara çıxmaq, bununla da iddiaçıya verilən hüququn sərhədlərini genişləndirmək hüququna malikdir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair 23 fevral 2016-cı il tarixli Qərarı): -məhkəmə yuxarıda qeyd olunan normalara əsasən, həmçinin tələbdən kənara çıxaraq ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 135,7 kvadrat metr qeyri-yaşayış sahəsinin qanunsuz olaraq “Azəri Tikinti Şirkəti" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən sökülməsinin əvəzi olaraq həmin ərazidə Cavabdeh2 tərəfindən inşa edilmiş binada, fasad hissəsi mərkəzi yola baxan, asfalt səthindən nisbətdə, 1-ci mərtəbəsindən 135,7 kvadrat metr qeyri-yaşayış sahəsinin (20 faiz artıq olmaqla) iddiaçıya verilməsi və əldən çıxmış fayda kimi icarə haqqının qətnamə qəbul olunan tarixədək hesablanması barədə qətnamə qəbul etməli idi: -bundan əlavə, Mülki Prosessual Məcəllənin 265.4-cü maddəsinə görə məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Göründüyü kimi, işdə iştirak edən şəxslərin bildirməsindən asılı olmayaraq, məhkəmə tərəfindən xüsusi qərardad çıxarılmasının məqsədi tərəflərin və ya digər şəxslərin hərəkətlərindəki cinayətin əlamətlərinin prokurorun diqqətinə çatdırılmasıdır. Həmin Məcəllənin 394.1-ci maddəsinə görə işə apellyasiya qaydasında baxan məhkəmə həmin Məcəllənin 265.4-cü və 265.5-ci maddəsində nəzərdə tutulmuş hallarda, habelə işə birinci instansiya məhkəməsində baxılması zamanı prosessual normaların kobud pozulmasına yol vermiş hakimlər barəsində xüsusi qərardad çıxara bilər. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 135,7 kv.m qeyri-yaşayış sahəsinin qanunsuz olaraq “Azəri Tikinti Şirkəti" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşları tərəfindən sökülməsində bir sıra cinayətlərin əlamətləri mövcuddur. Lakin birinci instansiya məhkəməsi bununla bağlı xüsusi qərardad çıxarmamışdır. 31.Apellyasiya instansiyası məhkəməsi xx.xx.2021-ci il tarixli qərardadla məhkəmə-əmtəəşünaslıq və məhkəmə tikinti-texniki ekspertizası təyin etmişdir. 32.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 18 mart 2022-ci il tarixli 10/4551 saylı məhkəmə tikinti-texniki ekspertizasının rəyinə əsasən Cavabdeh2 MMC tərəfindən inşa edilən binanın Layihə sənədləri təqdim edilmədiyindən, həmin layihə sənədlərində fasad hissəsi mərkəzi yola baxan hissədə sahəsi 135,7 kvadrat metr təşkil edən qeyri-yaşayış sahəsinin olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Lakin mülki iş materiallarının 186-cı səhifəsinə əlavə edilmiş plan-sxemdə "Azəri Tikinti Şirkəti” MMC-nin inşa etdiyi 3 saylı binanın zirzəmisində (-1 mərtəbəsi) 135,7 kvadrat metr sahənin yerləşdiyi əks olunmuşdur. Baxış zamanı həmin sahəyə keçid bağlı olduğundan baxış keçirmək mümkün olmamışdır. Tədqiq olunan binanın mərkəzi yola baxan mərtəbəsində arakəsmə divarlar inşa edilmədiyindən, 135,7 kvadrat metr sahənin ayrı-ayrı hissələrdən ayrılması mümkün ola bilər. İddiaçı məxsus sahəsi 135,7 kvadrat metr olan qeyri-yaşayış sahəsinin texniki sənədləri (texniki pasport, layihə sənədi, ayrıc aktı və s..) mülki iş materiallarına əlavə edilmədiyindən və sonradan Mərkəzə təqdim edilmədiyindən (bu barədə xx.xx.2021-ci il tarixli vəsatət verilmişdir.) İddiaçı verilməli olan və yamülkiyyətində olmuş qeyri-yaşayış sahəsinin tədqiq olunan binanın hansı hissəsində yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Lakin baxış zamanı iddiaçının şifahi izahatına əsasən, ona məxsus qeyri-yaşayış sahəsinin 2-ci binanın baş hissəsində yerləşdiyi və bir hissəsinin həmin binanın altına düşdüyü göstərilmişdir. İddiaçı məxsus sahəsi 135,7 kvadrat metr olan qeyri-yaşayış sahəsinin texniki sənədləri (texniki pasport, layihə sənədi, ayrıc aktı və s..) mülki iş materiallarına əlavə edilmədiyindən və sonradan mərkəzə təqdim edilmədiyindən, ona verilməli olan, qeyriyaşayış sahəsinin ərazisinin sökülmüş qeyri-yaşayış sahəsinin ərazisi ilə eynilik təşkil edib-etməməsini müəyyən etmək mümkün olmamışdır. 33.Apellyasiya instansiyası məhkəməsi xx.xx.2022-ci il tarixli qərardadla təkrar məhkəməəmtəəşünaslıq və məhkəmə tikinti-texniki ekspertizası təyin etmişdir. 34.Məhkəmə Ekspertizası Mərkəzinin 27 dekabr 2022-ci il tarixli 10/5607 saylı tikinti-texniki ekspertizasının ekspert rəyinə əsasən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi faktiki olaraq mövcud deyil və qeyri-yaşayış sahəsinin sökülməzdən öncə texniki parametrlərinin dəqiqliklə müəyyən edilməsi mümkün olmadığından 2018-2021-ci illər üçün aylıq icarə haqqının məbləğini müəyyən edilməsi mümkün olmamışdır. ünvan 1 ünvanında yerləşən İddiaçı mülkiyyətində olmuş qeyri-yaşayış sahəsi binanın Mirəli Qaşqay küçəsi ilə Sahib Zeynalov küçəsinin kəsişməsində yerləşməklə qeyri-yaşayış sahəsinə giriş çıxış yolu Sahib Zeynalov küçəsi tərəfdəndir. Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Sahib Zeynalov, Ruhulla və Mirəli Qaşqay küçələrinin əhatə etdiyi ərazidə layihələndirilən 16 mərtəbəli yaşayış binasının layihəsində və faktiki olaraq Sahib Zeynalov küçəsi 19 ünvanında yerləşən fasad hissəsi mərkəzi yola baxan asfalt səthindən nisbətdə olan 135,7 kvadrat metr qeyri-yaşayış (faktiki olaraq həmin sahədən artıq) sahəsinin nəzərdə tutulduğu müəyyən edilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Sahib Zeynalov, Ruhulla və Mirəli Qaşqay küçələrini əhatə etdiyi ərazidə layihələndirilən 16 mərtəbəli yaşayış binasının zirzəmi mərtəbəsində yerləşən İddiaçı verilməli olan qeyri-yaşayış sahəsinin ərazisi sökülmüş qeyri-yaşayış sahəsindən artıq olmuşdur. Lakin İddiaçı verilməli olan qeyri-yaşayış sahəsini ərazisi sökülmüş qeyri-yaşayış sahəsi ilə eyniləşdirmək üçün həmin sahənin daxilində arakəsmə divarları hörülərək 135,7 kvadrat metr qeyri-yaşayış sahəsinin yaradılması mümkündür. 35.Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 mart 2023-cu il tarixli, 2(103)-51/2023 saylı qətnaməsi ilə (hakimlər Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Elnur Həsənov, Sabit Bəhrəmzadə) apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-251/2021 saylı, 16 mart 2021-ci il tarixli qətnaməsinin dəyişdirilməsi, İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 135,7 kvadrat metr olan qeyri-yaşayış sahəsinin (yarımzirzəmi) əvəzinə ünvan 4 ünvanında yerləşən yaşayış evinin yerində inşa edilən çoxmərtəbəli yaşayış binasının mərkəzi yola baxan asfalt səthindən nisbətdə, qeyriyaşayış sahəsinin (yarımzirzəmi) əvvəlki vəziyyətində 135,7 kvadrat metr ümumi sahəsi olan yeni əmlakın İddiaçı mülkiyyətinə verilməsinin Cavabdeh2 MTK tərəfindən təmin edilməsi, ilkin iddia verilən xx.xx.2020-ci il tarixdən yeni əmlak verilənədək Cavabdeh2 MTK tərəfindən İddiaçı hər ay 550 manat kirayə haqqının ödənilməsinin təmin edilməsi, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun apellyatorun özünə aid edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. 36.Apellyasiya instansiyası məhkəməsi ilk növbədə onu qeyd etmişdir ki, birinci instansiya məhkəməsi göstərilən nəticəyə gələrkən ilkin iddia üzrə iddiaçıya məxsus qeyri-yaşayış sahəsi, habelə ünvan 5 ünvanlarda yerləşən yaşayış sahələrinin istismara yararsız və qəzalı vəziyyətdə olması, habelə orada yaşayanlar və ətrafdakılar üçün təhlükə mənbəyi olduğu müəyyən olunmasına istinad etmiş və söküləcək qeyri-yaşayış sahəsinin əvəzinə ünvan 4 ünvanında yerləşən yaşayış evinin yerində inşa edilən çoxmərtəbəli yaşayış binasının zirzəmi hissəsində 135,7 kvadrat metr ümumi sahəsi olan yeni əmlakın İddiaçı mülkiyyətinə verilməsini Cavabdeh2 MMC-yə həvalə etmişdir. İşin materiallarından görünür ki, Cavabdeh2 MMC xx.xx.2016-cı il tarixdə ********** nömrə ilə dövlət qeydiyyatına alınmış "xxxx" MMC-nin qoşulması ilə yenidən təşkil edilmişdir və axırıncının hüquqi varisi olmuşdur. Lakin işə apellyasiya icraatı qaydasında baxılarkən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2022-ci il tarixli çıxarışına əsasən məlum olmuşdur ki, Cavabdeh2 MTK xx.xx.2008-ci ildə dövlət qeydiyyatına alınmış Cavabdeh2 MMC-nin hüquqi varisi olmuşdur. 37.Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, İddiaçı tələbində mülkiyyət hüquqlarının pozularaq əmlakının sökülməsi nəticəsində ona külli miqdarda maddi və mənəvi zərər dəyməsini göstərməklə ümumi sahəsi 135,7 kvadrat metr olan qeyri-yaşayış sahəsinin cavabdehlər tərəfindən bərpa edilib xx.xx.2018-ci il tarixdən əvvəlki vəziyyətində ona təhvil verilməsini tələb etsə də, apellyasiya şikayətində ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 135,7 kvadrat metr olan qeyriyaşayış sahəsinin sökülməsi və yerində yeni binanın tikilməsi üçün hər hansı razılıq əldə olunmamasını, belə bir razılığın əldə olunması üçün heç bir ciddi tədbirin həyata keçirilməməsini, qeyri-yaşayış sahəsinin sökülüb yerində yeni binanın tikilməsinə qədər ağlabatan məbləğdə icarə haqqının ona ödəniləsi üçün hər hansı təklif irəli sürmədən və heç bir məhkəmə qətnaməsi olmayan qeyd olunan qeyri-yaşayış sahəsini bir hissəsini sökülərək onun istifadəsini qeyrimüəyyən edən hala gətirməsini göstərməsi deməklə, faktiki olaraq mülkiyyətinin sökülməsini etiraf etməklə yanaşı, bu halla da bir növ razılaşmışdır. İddiaçının mövcud vəziyyətlə razılaşması onun qarşılıqlı iddiaya olan etirazının və apellyasiya şikayətinin dəlillərində də özünü göstərir. 38.Apellyasiya instansiyası məhkəməsi şikayətin ilkin iddia üzrə iddiaçı ilə ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 135,7 kvadrat metr olan qeyri-yaşayış sahəsinin sökülməsi və yerində yeni binanın tikilməsi üçün hər hansı razılıq əldə olunmamasına, belə bir razılığın əldə olunması üçün heç bir ciddi tədbir həyata keçirməməsinə dair dəlilləri ilə bağlı vurğulamışdır ki, ilkin iddia üzrə iddiaçıya məxsus qeyri-yaşayış sahəsi, habelə ünvan 5 ünvanlarda yerləşən yaşayış sahələrinin istismara yararsız və qəzalı vəziyyətdə olması, habelə orada yaşayanlar və ətrafdakılar üçün təhlükə mənbəyi olmasına dair iş materiallarında sübutlar olduğundan birinci instansiya məhkəməsinin iddiaçının mülkiyyətində olan ümumi sahəsi 135,7 kvadrat metr olan qeyri-yaşayış sahəsinin tam sökülməli olmasına dair nəticəsi işin hallarına uyğun olmuşdur. 39.Apellyasiya instansiyası məhkəməsi həmçinin birinci instansiya məhkəməsinin ilkin iddia tələbinin “əldən çıxmış fayda kimi icarə haqqının qətnamə qəbul olunan tarixədək hesablanması” hissəsində təmin edilməli olmamasına dair nəticəsi ilə də razılaşmışdır. Belə ki, ilkin iddia üzrə İddiaçı yuxarıda qeyd olunan qeyri-yaşayış sahəsinin əvvəllər icarəyə verilməsini və bunun nəticəsində müəyyən gəlir əldə etməsini təsdiq edən sübutlar (icarə müqaviləsi və s.) işin məhkəmədə araşdırılması zamanı təqdim olunmamışdır. 40.Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, yeni əmlak verilənədək Cavabdeh2 MMC tərəfindən İddiaçı hər ay 550 (beş yüz əlli) manat kirayə haqqı ödənilməli olmasına dair nəticə işin hallarına uyğun olsa da, birinci instansiya məhkəməsi kirayə haqqının hansı tarixdən hesablanmalı olmasını qeyd etməmiş, kirayə haqqının hazırki iş üzrə ilkin iddia verilən tarixdən – xx.xx.2020-ci il tarixdən yeni əmlak verilən tarixədək hesablanmalı olmasına qiymət verməmişdir. 41.Apellyasiya instansiyası məhkəməsi şikayətin “Azəri Tikinti Şirkəti"xxxx"xxxx" MMC tərəfindən inşa edilmiş binada, fasad hissəsi mərkəzi yola baxan, asfalt səthindən nisbətdə, 1-ci mərtəbəsindən 135,7 kv.m qeyri-yaşayış sahəsinin (20 faiz artıq olmaqla) iddiaçıya verilməsinə dair dəlilləri ilə bağlı qeyd etmişdir ki, işin araşdırılmış hallarına əsasən ilk iddiaçı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 135,7 kvadrat metr olan qeyri-yaşayış sahəsini xx.xx.2018-ci il tarixdə AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X4 əldə etmişdir. ünvan 4 İddiaçı xüsusi mülkiyyəti kimi hüquqi qeydiyyatdan keçirilsə də, onun adına yeni qeyri-yaşayış sahəsinə dair texniki pasport tərtib edilməmişdir. İş materiallarına əlavə olunmuş X.Əmiraslanovanın adına tərtib olunmuş texniki pasportda binanın ümumi göstəriciləri bölümündə qeyri-yaşayış sahəsinin yerləşdiyi mərtəbə “yarımzirzəmi” kimi göstərilmişdir. 42.Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının mülkiyyəti olmuş qeyri-yaşayış sahəsinin yarımzirzəmi olduğu üçün onu zirzəmi kimi göstərməkdə haqlı olmamışdır. İddiaçının mülkiyyətində olmuş mübahisələndirilən sahənin yarımzirzəmi olması texniki pasport göstəricilərindən başqa, iş materiallarında olan sahənin əvvvəlki fotoşəkillərdən də aydın görünür. Yəni, şəkillərdən də görünür ki, sahənin pəncələri asfalt nisbətində yerləşməklə sahəyə giriş asfalt yoldan birbaşa deyil, pilləkənlərlə aşağı düşmək yolu ilə həyata keçirilmişdir. İşin bu halı tərəflərin izahatları ilə təsdiq edilir. Həmçinin ilk iddiaçının izahatlarından məlum olmuşdur ki, mübahisəli sahənin üstündə (binanın İ mərtəbəsində) onların qohumlarına məxsus sahə mövcud olmuş və bu sahə ilə də bağlı məhkəmə çəkişmələri baş vermişdir. 43.Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 135,7 kvadrat metr olan qeyri-yaşayış sahəsinin birinci mərtəbədə yerləşməyərək, yarımzirzəmi olması artıq işin mübahisəsiz halıdır. 44.Apellyasiya instansiyası məhkəməsi şikayətinin 135,7 kvadrat metr qeyri-yaşayış sahəsinin (20 faiz artıq olmaqla) iddiaçıya verilməsi dəlili ilə bağlı qeyd etmişdir ki, 15 fevral 2018-ci il tarixdə Bakı şəhəri Cavabdeh3 ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış müqavilə öhdəliyinə əsasən şəhərsalma prinsiplərinə cavab verməyən yaşayış evlərindəki mənzillərdə yaşayan sakinlərin köçürülməsi, köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 20% artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında yeni tam təmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından asılı olaraq müvafiq kirayə haqlarının verilməsi "xxxx" MMC-yə həvalə edilmişdir. Yəni, artıq sahə yalnız yaşayış sahələrinə münasibətdə tətbiq edilir. İddiaçının isə mülkiyyətində olan sahə qeyri-yaşayış sahəsi (yarımzirzəmi) olduğu üçün birinci instansiya məhkəməsi haqlı olaraq 135,7 kvadrat metr qeyri-yaşayış sahəsinin (20 faiz artıq olmaqla) iddiaçıya verilməsinə zərurət görməmişdir. 45.Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ilk iddiaçı bu barədə tələb irəli sürmədiyindən birinci instansiya məhkəməsi iddia tələbindən kənara çıxmaya müstəsna əsas müəyyən etmədiyinə görə Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin tələbləri baxımından düzgün qətnamə qəbul etmişdir. 46.Apellyasiya instansiyası məhkəməsi araşdırma zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyi, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair hər hansı bir dəlil olmadığı üçün həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Belə ki, həmin rəydə ekspertiza qarşısında qoyulmuş suallara cavab verilmiş və rəy qeyri-müəyyən xarakter daşımır. Belə ki, rəydən və iş materiallarında olan plan sxemdən görünür ki, ilk iddia üzrə cavabdehin inşa etdiyi 3 saylı binanın zirzəmisində (-1 mərtəbəsi) 135,7 kvadrat metr sahənin yerləşdiyi əks edilmişdir. 47.Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının mülkiyyətində olmuş qeyriyaşayış sahəsinin (yarımzirzəmi) pəncərələr vasitəsilə təbii işıqlanması olduğu halda cavabdehin inşa etdiyi 3 saylı binanın zirzəmisində (-1 mərtəbəsi) 135,7 kvadrat metr sahə verilməsi iddiaçının əvvəl ona məxsus olan sahə ilə uyğun olmayacaq ki, bu da əvəzlənmənin ədalətsiz olması ilə onun mülkiyyət hüququnun pozulmasına səbəb ola bilər. Buna görə də ekspertiza rəyinə uyğun olaraq ünvan 1 ünvanında yerləşən İddiaçı mülkiyyətində olmuş qeyri-yaşayış sahəsi binanın Mirəli Qaşqay küçəsi ilə Sahib Zeynalov küçəsinin kəsişməsində yerləşməklə qeyri-yaşayış sahəsinə giriş-çıxış yolunun Sahib Zeynalov küçəsi tərəfdən olduğu və Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Sahib Zeynalov, Ruhulla və Mirəli Qaşqay küçələrinin əhatə etdiyi ərazidə layihələndirilən 16 mərtəbəli yaşayış binasının layihəsində və faktiki olaraq Sahib Zeynalov küçəsi 19 ünvanında yerləşən fasad hissəsi mərkəzi yola baxan asfalt səthindən nisbətdə olan 135,7 kvadrat metr qeyri-yaşayış sahəsinin nəzərdə tutulması müəyyən edildiyindən ünvan 4 ünvanında yerləşən yaşayış evinin yerində inşa edilən çoxmərtəbəli yaşayış binasının mərkəzi yola baxan asfalt səthinə nisbətdə, qeyri-yaşayış sahəsinin (yarımzirzəmi) əvvəlki vəziyyətində 135,7 kvadrat metr ümumi sahəsi olan yeni əmlak İddiaçı mülkiyyətinə verilməsinin Cavabdeh2 MTK tərəfindən təmin edilməsi daha ədalətli və qanunauyğun olmaqla yanaşı, tərəflərin maraqlarına uyğundur. 48.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin maddi hüquq norması kimi istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 №-li Qərarının mülki işə məhkəmədə baxılmasından xeyli öncə ləğv edilməsi barədə şikayətin dəlilləri ilə bağlı qeyd etmişdir ki, bu hal qaldırılmış iddiaların mahiyyəti üzrə baxılmasının qarşısını almamaqla birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən mahiyyəti üzrə düzgün olan qətnaməsinin qanunsuz və əsassız olmasını təsdiq etmir. Bu və digər ciddi əhəmiyyət kəsb etməyən prosessual pozuntular birinci instansiya məhkəməsinin qətnaməsinin yalnız nəticə hissəsinin dəyişdirilməsi üçün əsasdır. 49.Apellyasiya instansiyası məhkəməsi apellyasiya icraatı zamanı cavabdehin iddiaçının mülkiyyətinin sökülməsi ilə bağlı hərəkətlərində işin faktiki və mövcud vəziyyəti ilə araşdırılmış hallarına əsasən əməllərində hər hansı cinayət tərkibi əlamətləri müəyyən edilmədiyindən apellyasiya şikayətinin xüsusi qərardadın çıxarılmasına dair dəlillərini əsassız saymışdır. 50.Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 6 və 152.1-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 51.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
b) Kassasiya instansiyası məhkəməsindəki icraat
52.İddiaçı (vəkil-X5) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilməsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 135,7 kvadrat metr qeyriyaşayış sahəsinin qanunsuz olaraq “Azəri Tikinti Şirkəti“' MTK tərəfindən sökülməsinin əvəzi olaraq həmin ərazidə Cavabdeh2 MTK tərəfindən inşa edilmiş binada, fasad hissəsi mərkəzi yola baxan, asfalt səthinə nisbətdə, 1-ci mərtəbəsindən 135,7 kvadrat metr qeyri-yaşayış sahəsinin (20 faiz artıq olmaqla) və əldən çıxmış fayda kimi aylıq 2035 icarə haqqının xx.xx.2018-ci il tarixdən yeni əmlak təhvil verilənədək Cavabdeh2 MTK tərəfindən ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 53.Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 05 iyul 2023-cu il tarixli, 2(102)-2632/2023 saylı qətnaməsi ilə (hakimlər Aqil Abbasov (sədrlik edən və məruzəçi), Vidadi Məmmədov, Zaur Əliyev) İddiaçı kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-51/2023 nömrəli, 07 mart 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə qismən – kirayə haqqının məbləği və onun tutulma vaxtı hissəsində ləğv edilərək, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarlışdır. Kassasiya instansiyası məhkəməsi aşağıdakıları qeyd etmişdir. 54.Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qeyri-yaşayış sahəsinin 20 faiz artıq olmaqla verilməsi barədə tələbin təmin edilməməsi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab edir. 55.İddiaçı kassasiya şikayətində qeyri-yaşayış sahəsinin 20 faiz artıq olmaqla ona verilməsi barədə apellyasiya şikayətində göstərdiyi tələbin təmin edilməməsini mübahisələndirsə də, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən hallarına görə iddiaçı bu tələbi birinci instansiya məhkəməsinə deyil, apellyasiya instansiyası məhkəməsinə verib. Apellyasiya instansiyası məhkəməsi həmin tələblə bağlı birinci instansiya məhkəməsinin mövqeyini əsaslı sayarkən Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə istinad edib.
56. Məhkəmə kollegiyası da öz növbəsində qeyd edir ki, Mülki Prosessual Məcəllənin Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 57.Göründüyü kimi, mülki prosessual qanunvericilik bir qayda olaraq işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarılmasını müəyyən edir və bu qaydadan kənara çıxma da yalnız qanunda göstərilən müstəsna hallarda mümkündür. Hazırki halda da iddiadan kənara çıxmaq üçün qanunda göstərilən müstəsna hal apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilməyib. 58.Bu baxımdan, məhkəmə kollegiyası qeyri-yaşayış sahəsinin 20 faiz artıq olmaqla verilməsi ilə bağlı tələb üzrə apellyasiya instansiyası məhkəməsinin qiymətləndirməsini əsaslı, iddiaçının bu hissədə kassasiya şikayətinin dəlillərini isə əsassız sayır. 59.Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2020-ci il tarixdən yeni əmlak təhvil verilənədək Cavabdeh2 MTK tərəfindən iddiaçıya 550 manat kirayə haqqı ödənilməsi hissəsində qətnamə əsaslı deyil. 60.Belə ki, apellyasiya instansiyası məhkəməsi Cavabdeh2 MMC tərəfindən İddiaçı hər ay 550 (beş yüz əlli) manat kirayə haqqı ödənilməli olması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşdığını göstərmişdir. Birinci instansiya məhkəməsi isə yeni əmlak verilənədək cavabdeh tərəfindən iddiaçıya hər ay 550 (beş yüz əlli) manat kirayə haqqı ödənilməli olmasını iddiaçının mənafeyini nəzərə alması ilə əsaslandırmışdır. 61.İşdən görünür ki, birinci instansiya məhkəməsi təyin etdiyi ekspertizada mübahisədə adı keçən qeyri-yaşayış sahəsinin bir ayıq icarə haqqının nə qədər olması barədə ekspertiza qarşısında sual qoymuş və "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, H/08-PLS saylı hesabatında qeyri-yaşayış sahəsinin aylıq icarə dəyərinin 1 kvadrat metrə görə 15 manat olmaqla, 2035 manat təşkil etməsi qeyd edilmişdir. 62.Həmçinin cavabdehin sifarişi əsasında "xxxx" MMC tərəfindən verilmiş 12 mart 2021-ci il tarixli, ƏEM/M 83-274/21 saylı “daşınmaz əmlakın icarə dəyərinin müəyyən edilməsi barədə” mütəxəssis rəyinə əsasən qeyri-yaşayış sahəsinin xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddətdə aylıq icarə dəyəri 16675 manat təşkil edir. 63.Cavabdehin sifarişi əsasında "xxxx" MMC tərəfindən verilmiş 12 mart 2021-ci il tarixli rəydə qeyri-yaşayış sahəsinin xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddətdə aylıq icarə dəyərinin 16675 manat təşkil etməsi o nəticəyə gəlmək əsas verir ki, aylıq icarə haqqı 694 manatdır. Belə ki, 24 sentyabr 2018-ci ildən 02 sentyabr 2020-ci ilədək olan dövr iki ili əhatə edir, bu da 24 aydır. 16675 manat 24 aya bölünərsə, bu da yuvarlaq şəkildə 694 manat edir. 64.Göründüyü kimi, istər məhkəmənin qərardadı, istərsə də cavabdehin sifarişi əsasında alınmış rəylərdə mübahisədə adı keçən qeyri-yaşayış sahəsinin bir aylıq icarə haqqının məhkəmə qətnaməsi ilə tutulan məbləğdən çox olması görsənir: "xxxx" MMC-nin rəyində bir aylıq icarə haqqı 2035 manat, "xxxx" MMC-nin rəyində 694 manat. 65.Buna baxmayaraq, birinci instansiya məhkəməsi nə özünün aldığı rəyə, nə də cavabdehin sifarişi ilə təqdim edilən rəyə hər hansı qiymət vermədən, bu rəyləri qəbul edib-etməməsini də qətnamədə əsaslandırmadan Cavabdeh2 MMC tərəfindən İddiaçı hər ay 550 (beş yüz əlli) manat kirayə haqqı ödənilməli olması barədə nəticəyə gəlmişdir. 66.Halbuki, Mülki Prosessual Məcəllənin 206.1-ci maddəsinə görə ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır. ekspert rəyi məhkəmə iclasında tədqiq edilməli və digər sübutlarla birgə qiymətləndirilməlidir. 67.Birinci instansiya məhkəməsi qeyd edilən prosessual normaya əməl etməmiş, icarə haqqını qarşılıqlı iddiaçının (cavabdehin) təklif etdiyi məbləğdə müəyyən edərkən, üstəlik, Cavabdeh3 ilə cavabdeh arasında bağlanmış 15 fevral 2018-ci il tarixli müqavilənin 2.3-cü bəndində mənzillər üçün ayda 550 manat kirayə haqqı ödənilməli olması barədə şərtə də istinad etmişdir. 68.Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh3 ilə cavabdeh arasında bağlanmış 15 fevral 2018-ci il tarixli müqavilənin 2.3-cü bəndində aylıq 550 manat kirayə haqqı mənzillər üçün nəzərdə tutulub.İddiaçının mülkiyyətində olan daşınmaz əmlak isə mənzil deyil, qeyri-yaşayış sahəsi olub. Buna baxmayaraq, birinci instansiya məhkəməsi bunu da diqqətdən qaçırmış, mənzillər üçün müəyyən edilən aylıq kirayə məbləğini qeyri-yaşayış sahəsinin kirayə məbləği ilə eyniləşdirmişdir. Halbuki qeyri-yaşayış sahəsinin təyinatı (icarəyə verilməsi, sahibkarlıq obyekti kimi istifadə edilməsi və s.) həmin əmlakdan gəlir götürmə ehtimalının daha çox olması baxımından onun kirayə haqqının mənzillərlə eyni tutulmasını istisna edir. 69.Eyni səhvi apellyasiya instansiyası məhkəməsi də təkrar etmişdir. 70.Halbuki məhkəmələr eyni ərazidə (oxşar vəziyyətdə) kirayə haqqının nə qədər olması, cavabdehin belə qeyri-yaşayış sahələrinə görə nə qədər kirayə haqqı ödəməsini, habelə formalaşmış işgüzar adətlərə uyğun olaraq tikinti şirkətlərinin qeyri-yaşayış sahəsi mülkiyyətçilərinə ödədiyi aylıq kirayə haqqının məbləğini aydınlaşdırmaqla hazırki iş üzrə də kirayə haqqının məbləğini müəyyən edə bilərdilər. 71.Buna görə də apellyasiya instansiyası məhkəməsinin cavabdeh tərəfindən iddiaçıya hər ay 550 (beş yüz əlli) manat kirayə haqqı ödənilməli olması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşması qeyd edilənlər baxımından əsaslı sayıla bilməz. 72.Bundan əlavə, apellyasiya instansiyası birinci instansiya məhkəməsinin kirayə haqqının hansı tarixdən hesablanmalı olmasını qeyd etməməklə səhvə yol verdiyini göstərib, kirayə haqqının hazırki iş üzrə ilkin iddia verilən tarixdən, yəni xx.xx.2020-ci il tarixdən yeni əmlak verilən tarixədək hesablanmalı olması nəticəsinə gəlsə də, özü də gəldiyi bu nəticəni qətnamədə əsaslandırmamış, nəyə görə kirayə haqqının hazırki iddia verilən tarixdən tutulmalı olmasına aydınlıq gətirməmişdir. Ümumiyyətlə, kirayə haqqının xx.xx.2020-ci il tarixdən tutulmalı olmasının hansı kriteriyalarla müəyyən edilməsi qətnamədən görünmür. Eyni zamanda pulun tutulma anını müəyyən etmək üçün qeyri-yaşayış sahəsinin nə vaxtdan sökülməsi məsələsi də araşdırmadan kənarda qalıb. 73.Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qismən–kirayə haqqının məbləği və onun tutulma vaxtı hissəsində ləğv edilməli, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin qeyd edilən hissədə ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, işin tam, hərtərəfli və obyektiv həlli baxımından bütün zəruri prosessual hərəkətləri etməli, işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti qalan (qeyri-yaşayış sahəsinin 20 faiz əlavə edilməklə verilməsi) hissəsində təmin edilməməlidir.
c)Apellyasiya instansiya məhkəməsindəki ikinci icraat
d)Məhkəmə icraatı iştirakçılarının izahatları
74.Məhkəmə kollegiyasının iclasında İddiaçınin apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. 75.Məhkəmə kollegiyasının iclasında cavabdeh “Azəri Tikinti Şirkəti“' MTK apellyasiya şikayətini qəbul etmədi, onun təmin etməsini və qətnaməni dəyişdirilmədən saxlanmağını xahiş etmişdir. 76.Məhkəmə kollegiyasının iclasında Cavabdeh3 nümayəndəsi X11 apellyasiya şikayətini tikilinin sökülməsi vaxtı ilə bağlı hissədə qismən qəbul etdi, izahatında qeyd etdi ki, həmin yarımzirzəmi iş materiallarına əsasən 2019-cu ildə sökülməsi müəyyən olunur. Mübahisələndirilən qalan hissədə qətnaməni qanuni hesab edərək, dəyişdirilmədən saxlanılmasını xahiş etdi. 77.Məhkəmə kollegiyasının iclasında "xxxx" MMC-nın nümayəndəsi X15 ona verilən suallara cavab olaraq bildirdi ki, qeyd olunan məsələ ilə bağlı araşdırma ararılmışdır. Aparılmış hesablamalara və təhlillərə əsasən ünvan 4 ünvanında yerləşmiş, ümumi sahəsi 135,7 kv.m olan qeyri-yaşayış sahəsinin (yarımzirzəmisinin) icarə haqqı 2019-cu ilə 6 manat, 2021-ci ilə 5 manat, hazırkı dövrə 7 manat təşkil edir. Qiymətlər müqayisəli təhlil əsasında aparılmışdır. Burada internet məlumatlarından da istifadə olunmuşdur.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Məcəlləsi: 78.Maddə 6.3. Dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. 79.Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 80.Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 81.Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 82.Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 83.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 84.Maddə 88.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
85.Maddə 115.0.1.İşə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. 86.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 87.Maddə 206.1. Ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır. 88.Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
Apellyasiya baxışının hədləri
89.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 90.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə alaraq qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin kirayə haqqının məbləği və onun tutulma vaxtı hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
91.Məhkəmə kollegiyası tərəfləri və mütəxəsisi dinləyib, apellyasiya şikayətini və iş materiallarını nəzərdən keçirib, hesab edir ki, qətnamə mübahisələndirilən hissədə dəyişdirilməlidir. 92.Məhkəmə kollegiyası hesab edir ki, yeni əmlak verilənədək Cavabdeh2 tərəfindən İddiaçı hər ay 550 manat kirayə haqqının ödənilməsi hissəsində qətnamə əsaslı deyil. 93.Belə ki, birinci instansiyası məhkəməsi yeni əmlak verilənədək cavabdeh tərəfindən iddiaçıya hər ay 550 (beş yüz əlli) manat kirayə haqqı ödənilməli olmasını iddiaçının mənafeyini nəzərə alması ilə əsaslandırmışdır. 94.Birinci instansiya məhkəməsi icarə haqqını cavabdehin təklif etdiyi məbləğdə müəyyən edərkən, üstəlik, Cavabdeh3 ilə cavabdeh arasında bağlanmış 15 fevral 2018-ci il tarixli müqavilənin 2.3-cü bəndində mənzillər üçün ayda 550 manat kirayə haqqı ödənilməli olması barədə şərtə də istinad etmişdir. 95.Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh3 ilə cavabdeh arasında bağlanmış 15 fevral 2018-ci il tarixli müqavilənin 2.3-cü bəndində aylıq 550 manat kirayə haqqı mənzillər üçün nəzərdə tutulub.İddiaçının mülkiyyətində olan daşınmaz əmlak isə mənzil deyil, qeyri-yaşayış sahəsi olub. Buna baxmayaraq, birinci instansiya məhkəməsi bunu da diqqətdən qaçırmış, mənzillər üçün müəyyən edilən aylıq kirayə məbləğini qeyri-yaşayış sahəsinin kirayə məbləği ilə eyniləşdirmişdir. Halbuki qeyri-yaşayış sahəsinin təyinatı (icarəyə verilməsi, sahibkarlıq obyekti kimi istifadə edilməsi və s.) həmin əmlakdan gəlir götürmə ehtimalının daha çox olması baxımından onun kirayə haqqının mənzillərlə eyni tutulmasını istisna edir. 96.İşdən görünür ki, birinci instansiya məhkəməsi təyin etdiyi ekspertizada mübahisədə adı keçən qeyri-yaşayış sahəsinin bir ayıq icarə haqqının nə qədər olması barədə ekspertiza qarşısında sual qoymuş və "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, H/08-PLS saylı hesabatında qeyri-yaşayış sahəsinin aylıq icarə dəyərinin 1 kvadrat metrə görə 15 manat olmaqla, 2035 manat təşkil etməsi qeyd edilmişdir. 97.Həmçinin cavabdehin sifarişi əsasında "xxxx" MMC tərəfindən verilmiş 12 mart 2021-ci il tarixli, ƏEM/M 83-274/21 saylı “daşınmaz əmlakın icarə dəyərinin müəyyən edilməsi barədə” mütəxəssis rəyinə əsasən qeyri-yaşayış sahəsinin (zirzəminin) 1 kv.m üçün 5 manat, xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddətdə aylıq icarə dəyəri 16675 manat təşkil edir. 98.Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının mülkiyyəti olmuş qeyri-yaşayış sahəsinin yarımzirzəmi olduğu üçün onu zirzəmi kimi göstərməkdə haqlı olmamışdır. İddiaçının mülkiyyətində olmuş mübahisələndirilən sahənin yarımzirzəmi olması texniki pasport göstəricilərindən başqa, iş materiallarında olan sahənin əvvəlki fotoşəkillərdən də aydın görünür. Yəni, şəkillərdən də görünür ki, sahənin pəncələri asfalt nisbətində yerləşməklə sahəyə giriş asfalt yoldan birbaşa deyil, pilləkənlərlə aşağı düşmək yolu ilə həyata keçirilmişdir. İşin bu halı tərəflərin izahatları ilə təsdiq edilir. Həmçinin ilk iddiaçının izahatlarından məlum olmuşdur ki, mübahisəli sahənin üstündə (binanın İ mərtəbəsində) onların qohumlarına məxsus sahə mövcud olmuş və bu sahə ilə də bağlı məhkəmə çəkişmələri baş vermişdir. 99.Göründüyü kimi, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 135,7 kvadrat metr olan qeyriyaşayış sahəsinin birinci mərtəbədə yerləşməyərək, yarımzirzəmi olması artıq işin mübahisəsiz halıdır. 100.Kollegiya qeyd edir ki, "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, H/08-PLS saylı hesabatı mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, həmin hesabatda qeyri-yaşayış sahəsinin yarımzirzəmi olması nəzərə alınmamış, qeyri-yaşayış sahəsi kimi qiymət verilmişdir. 101.Həmçinin kollegiya "xxxx" MMC tərəfindən verilmiş 12 mart 2021-ci il tarixli, ƏEM/M 83-274/21 saylı “daşınmaz əmlakın icarə dəyərinin müəyyən edilməsi barədə” mütəxəssis rəyini də mötəbər sübut kimi qəbul etmir. Belə ki, həmin hesabatda qeyri-yaşayış sahəsinin yarımzirzəmi olması nəzərə alınmamış, qeyri-yaşayış sahəsinə zirzəmi kimi qiymət verilmişdir. 102.Buna görə də, kollegiya qeyd olunan məsələ ilə bağlı "xxxx" MMC Qiymətləndirmə xidmətindən mütəxəsis dəvət etmiş, mütəxəsis tərəfindən müvafiq hesabat əldə olunmuşdur. 103."xxxx" MMC Qiymətləndirmə xidmətinin 12 oktyabr 2023-cü il tarixli, PR/M-01/2023 saylı əmlakın qiymətləndirilməsi ilə bağlı hesabata əsasən aparılmış hesablamalara və təhlillərə əsasən, ünvan 4 ünvanında yerləşmiş, ümumi sahəsi 135,7 kv.m olan qeyri-yaşayış sahəsinin (yarımzirzəmisinin) icarə haqqı 2019-cu ilə 6 manat, 2021-ci ilə 5 manat, hazırkı dövrə 7 manat təşkil edir. Qiymətlər müqayisəli təhlil əsasında aparılmışdır. 104.Kollegiya "xxxx" MMC Qiymətləndirmə xidmətinin 12 oktyabr 2023-cü il tarixli, PR/M-01/2023 saylı əmlakın qiymətləndirilməsi ilə bağlı hesabatına tədqiq edilmiş digər sübutlarla birlikdə müqayisəli şəkildə qiymət verərək, hesab edir ki, həmin hesabat mötəbər sübut kimi qəbul edilməlidir. Belə ki, "xxxx" MMC Qiymətləndirmə xidmətinin mütəxəsisi X15 həqiqətən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin “Qeyri-yaşayış təyinatlı daşınmaz əmlakın qiymətləndirilməsi sahəsində mütəxəsislərin sertifikatlaşdırılması sistemi haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq ixtisaslaşma imtahanını müvəfəqiyyətlə vermiş və ona bu barədə xx.xx.2022-ci ildə 5 il müddətinə sertifikat verilmişdir. İcarə haqqı müəyyən edilərkən uyğun satışların müqayisəli, xərc yanaşması və sair yanaşması olmaqla hər üç yanaşma nəzərdən keçirilmişdir. Lakin, icarə haqqının müəyyən edilməsi məqsədi ilə “Müqayisəli yanaşma” daha effektiv olduğundan, həmin yanaşma əsas götürülmüşdür. Hesabatda hazırkı real vəziyyətdə qeyri-yaşayış sahələrinin inteternet məlumatlarına da istinad olunmuş, müqayisəli təhlil həyata keçirilmişdir. Hesabat konkret qeyri-yaşayış sahəsi (yarımzirzəmi) üzrə verilmişdir. 105.Buna görə də, kollegiya hesab edir ki, qeyri-yaşayış sahəsinin (yarımzirzəmi) 1 kv.m-nin icarə haqqı 7 manat olmaqla, 135,7 kv.m üçün yuvarlaq olaraq 950 manat (135,7 kv.m x 7 manat=949,9 manat) götürülməlidir. 106.Bundan əlavə, birinci instansiya məhkəməsi kirayə haqqının hansı tarixdən hesablanmalı olmasını qeyd etməməklə səhvə yol vermişdir. Buna görə də, qeyri-yaşayış sahəsinin nə vaxtdan sökülməsi məsələsinin araşdırılmasına zərurət vardır. 107.Bununla bağlı iddiaçı apellyasiya şikayətində söküntünün xx.xx.2018-ci ildən aparıldığını qeyd etmişdir. 108.Mülki iş materiallarında (İ cild, i/v 18-20) Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2019-cu il tarixli, 03-Bİ/739 saylı məktubunda qeyd olunur ki, İddiaçı vəkilinin müraciətinə baxılmışdır. Məktubda qeyd olunur ki, əməkdaşlar tərəfindən yerində baxış zamanı müəyyən edilmişdir ki, həmin küçələrin əhatə etdiyi ərazidəki evlərin bir hissəsi sökülərək sakinlər köçürülmüş, lakin İddiaçı və X7 mülkiyyətində olan qeyri-yaşayış sahələrinin yerləşdiyi Sahib Zeynalov küçəsi, 19 ünvanındakı 3 mərtəbəli yaşayış binası mülkiyyətçilərlə razılıq əldə olunmadığına görə sökülməmiş və ümumi ərazinin ətrafı bağlanaraq yuxarıda qeyd olunan MMC tərəfindən tikinti işlərinə başlanılmışdır. 109.İş materiallarından “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 19 mart 2019-cu il tarixli qərardan görünür ki, İddiaçı oğlu X12 izahatında qeyd etmişdir ki, obyektin yerləşdiyi bina hasarlanmış, binanın bir hissəsi pilot layihə əsasında sökülmüş, obyektin yerləşdiyi hissə isə sökülməmişdir. 110.Göründüyü kimi, mübahisəli qeyri-yaşayış sahəsinin 2019-cu ildə hasarlandığı və sökülmədiyi halı müəyyən olunur. Kollegiya hesab edir ki, qeyri-yaşayış sahəsi sökülməsə də, tam olaraq hasarlanması halı 19 mart 2019-cu ildən (qərarın tarixindən) qəbul olunmalıdır. Belə ki, iddiaçı həmin vaxtdan öz mülkiyyətindən məhrum olmaqla, əmlakından istifadə edə bilməmişdir ki, bu hal tikilinin sökülməsinə bərabərdir. Bunun əksini təsdiq edəcək sübutlar mövcud deyildir. 111.Buna görə də, kollegiya hesab edir ki, qətnamə mübahisələndirilən hissədə dəyişdirilməli, 19 mart 2019-cu il tarixdən yeni əmlak verilənədək Cavabdeh2 MMC-dən İddiaçı xeyrinə hər ay 950 manat kirayə haqqı tutulmalıdır. 112.Mütəxəsisə ödənilməli olan 300 manat Cavabdeh2 MMC-dən alınaraq, "xxxx" MMC-nin hesabına (VÖEN:**********, Hesab/İBAN: AZ58RBTA********************, Bank: Rabitəbank ASC Nərimanov filialı, VÖEN:990001061, Müxbir hesab: AZ61NABZ********************, FAD:505442; S.W.İ.F.T: RBTAAZ22) keçirilməlidir. 113.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2(006)-251/2021 saylı qətnaməsi mübahisələndirilən-kirayə haqqının məbləği və onun tutulma vaxtı hissələrində dəyişdirilsin. 19 mart 2019-cu il tarixdən başlayaraq yeni əmlak verilənədək Cavabdeh2 MMC-dən İddiaçı xeyrinə hər ay 950 (doqquz yüz əlli) manat kirayə haqqı tutulsun. Mütəxəssisə ödənilməli olan 300 (üç yüz) manat Cavabdeh2 MMC-dən alınaraq, "xxxx" MMC-nin hesabına (VÖEN:**********, Hesab/İBAN: AZ58RBTA********************, Bank: Rabitəbank ASC Nərimanov filialı, VÖEN:990001061, Müxbir hesab: AZ61NABZ********************, FAD:505442; S.W.İ.F.T: RBTAAZ22) keçirilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.
Sədrlik edən Xəyal Sarıyev
Hakimlər Fuad Abdıyev
Fərrux Qasımov