Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5232/2024 14.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh QSC-yə qarşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və dayandırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 09 iyul 2024-cü il tarixli, 2(009)-812/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin İddiaçı MMC-nin fəaliyyətində yaratmış olduğu maneələr qanunsuz hesab edilməsi, “Contseas” bolqar şirkəti ilə müəssisəsi arasında olan müqavilə öhdəliyi üzrə hansısa tələbin irəli sürülməsinin “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, müəssisəsi ilə bolqar şirkəti olan “Contseas LTD” arasında müqavilə imzalanaraq tərəflərin hüquq və vəzifələri müəyyən edilmişdir. Lakin Cavabdeh QSC (bundan sonra ASCO) bolqar şirkəti olan “Contseas LTD” ilə müəssisəsi arasında olan müqavilə öhdəliyinin icrasına maneçilik törədərək aralarında heç bir müqavilə və digər hüquqi əsas olmadan “Contseas LTD”-yə müqavilə şərtlərinə uyğun olaraq ödənilməli olan vəsaiti onlara ödəməsini tələb edirlər. Bununla da müəssisəsinin sahibkarlıq fəaliyyətinin inkişafında süni şəkildə maneçilik törədilir. X2 and Constructıon MMC-nin (bundan sonra AMEC) bolqar şirkəti “Contseas” arasında olan müqaviləyə əsasən həmin şirkətə ödəniş öhdəliyi mövcuddur. Həmin ödənişinin təxirə salınması barədə “Contseas” şirkəti ilə razılaşma olmuşdur. “Contseas” şirkətinin isə Rusiya şirkəti olan "xxxx" ilə patnyorluq razılaşması mövcuddur. "xxxx" şirkətinin isə ASCO şirkətinə müəyyən məbləğdə borcu vardır. Hazırkı müraciətinin məqsədi isə ASCO tərəfindən müəssisəsinin fəaliyyətinə edilən qanunsuz hərəkətlərin dayandırılması ilə bağlıdır. Belə ki, "xxxx" şirkətinin ASCO-ya ödəməli olduğu məbləğ hazırda ASCO şirkəti tərəfindən heç bir hüquqi əsas olmadan müəssisədən (AMEC) tələb edilir. Bununla bağlı olaraq ASCO tərəfindən dəfələrlə güc strukturları və şirkətin nümayəndələri müəssisəsinin yerləşdiyi inzibati binaya göndərilmiş, onların etdikləri təkliflə razılaşmayacaqları durumunda onları həbslə qorxutmuşlar. ASCO tərəfindən edilmiş qanunsuz hərəkətlər, heç bir hüquqi əsas olmadan başqa şirkətə ödəməli olduqları vəsaiti onlardan tələb etmələri barədə tərəfindən Azərbaycan Respublikasının Prezidentinə iki dəfə müraciət olunmuşdur. Həmçinin ASCO tərəfindən edilmiş müraciətlərlə əlaqədar İddiaçı MMC tərəfindən “Contseas” şirkətinə ödənilməsi tələb olunan ödənişin hüquqi əsası barədə təsdiqedici sənədlərin əslinin və ya təsdiq olunmuş surətinin onlara təqdim edilməsi barədə sorğu ilə ASCO-ya müraciət olunmuşdur. Lakin həmin sorğu ilə bağlı ASCO tərəfindən onlara heç bir cavab verilməmişdir. Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin 1.3-cü maddəsinə əsasən cəmiyyət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsini, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, dəniz nəqliyyatı sahəsində mərkəzi icra hakimiyyəti orqanının normativ hüquqi aktlarını və bu Nizamnaməni rəhbər tutur. Nizamnamənin 1.4-cü maddəsinə əsasən Cəmiyyətin aparatı, törəmə müəssisələri, habelə idarə, filial və nümayəndəlikləri cəmiyyətin strukturunu təşkil edir. Göründüyü kimi AMEC ASCO-nun struktur aparatına daxil deyildir. Yəni, müəssisənin ASCO qarşısında müqavilə bağlanmadığı təqdirdə hansısa öhdəliyi də mövcud deyildir. Belə olan halda ASCO-nun müəssisəsinə güc strukturlarının nümayəndələrini göndərərək ASCO-ya heç bir aidiyyatı olmadığı təqdirdə ASCO-ya ödənilməli olmayan ödənişi onlardan tələb etmələri qanunsuz olmaqla yanaşı Mülki Məcəllənin vəzifə və prinsiplərini də kobud şəkildə pozmaqdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin vəzifə, prinsip və digər müddəalardan görünür ki, ASCO tərəfindən müəssisəsindən hansısa pul vəsaitinin tələb edilməsi tamamilə qanunsuz və əsassızdır. Buna görə də hesab edir ki, Cavabdeh QSC tərəfindən İddiaçı MMC-yə qarşı edilmiş qanunsuz hərəkətlərin qarşısı alınmalı, ASCOnun müəssisəsinə göndərdiyi nümayəndələrin müəssisəsini giriş-çıxışı da qadağan olunmalıdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 09 iyul 2024-cü il tarixli, 2(009)-812/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qeyd olunan qətnamədən narazı iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin hallarından açıq-aşkar görünür ki, məhkəmə işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, düzgün araşdırma aparmamış və nəticədə hüquqazidd qərar qəbul etmişdir. Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin 1.4-cü maddəsinə əsasən cəmiyyətin aparatı, törəmə müəssisələri, habelə idarə, filial və nümayəndəlikləri cəmiyyətin strukturunu təşkil edir. Göründüyü kimi AMEC ASCO-nun struktur aparatına daxil deyildir. Yəni, müəssisənin ASCO qarşısında müqavilə bağlanmadığı təqdirdə hansısa öhdəliyi də mövcud deyildir. Belə olan halda ASCO-nun müəssisəyə DTX nümayəndələrini göndərərək ASCO-ya heç bir aidiyyatı olmadığı təqdirdə ASCO-ya ödənilməli olmayan ödənişi tələb etmələri qanunsuz olmaqla yanaşı Mülki Məcəllənin vəzifə və prinsiplərini də kobud şəkildə pozmaqdadır. Edilmiş müraciətlər də birinci instansiya məhkəməsinə qoşma kimi təqdim edilmişdir. Həmin müraciətlərdən də göründüyü kimi qeyd edilən faktlar müəssisəyə qanunsuz müdaxilələr edilməsini təsdiq edir. Bunlar isə məhkəmə tərəfindən düzgün qiymətləndirilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi, eyni zamanda izahatında bildirdi ki, tərəflər arasında olan mübahisə predmeti kommersiya fəaliyyəti ilə bağlıdır və bu xüsusat nəzərə alınmalıdır. Məhkəmə kollegiyasının son iclası barədə lazimi qaydada məlumat verilmiş iddiaçı məhkəmə kollegiyasının iclasında nümayəndəsinin iştirakını təmin etmədiyindən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətini nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 24.2-ci maddəsinə görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə görə isə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə görə isə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli Qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, “...MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. ...Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır”. Məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsində də göründüyü kimi, tərəflər arasında olan mübahisənin mahiyyəti kommersiya fəaliyyətinin həyata keçirilməsindən irəli gəlir. Belə ki, iddia ərizəsinin dəlillərindən görünür ki, "xxxx" şirkətinin ASCO-ya ödəməli olduğu məbləğ hazırda ASCO (Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC) şirkəti tərəfindən heç bir hüquqi əsas olmadan AMEC-dən ( X2 and Construction” MMC ) tələb edilir. Həmçinin ASCO tərəfindən edilmiş qanunsuz hərəkətlər, heç bir hüquqi əsas olmadan başqa şirkətə ödəməli olduqları vəsaiti onlardan tələb etmələri barədə tərəfindən Azərbaycan Respublikasının Prezidentinə iki dəfə müraciət olunmuşdur. Eyni zamanda Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin 1.3-cü maddəsinə əsasən cəmiyyət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsini, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, dəniz nəqliyyatı sahəsində mərkəzi icra hakimiyyəti orqanının normativ hüquqi aktlarını və bu Nizamnaməni rəhbər tutur. Nizamnamənin 1.4-cü maddəsinə əsasən Cəmiyyətin aparatı, törəmə müəssisələri, habelə idarə, filial və nümayəndəlikləri Cəmiyyətin strukturunu təşkil edir. Göründüyü kimi AMEC ASCO-nun struktur aparatına daxil deyildir. Yəni, müəssisənin ASCO qarşısında müqavilə bağlanmadığı təqdirdə hansısa öhdəliyi də mövcud deyildir. Göründüyü kimi, iddiaçı hazırda maneələrin cavabdehin mülki hüquq münasibətlərinin bərabər hüquqlu iştirakçısı kimi qanunsuz davranışlarından irəli gəlməsinə istinad etmişdir. Həmçinin işdə iştirak edən şəxslərin subyektiv tərkibi hüquqi şəxslər olmaqla iddianın predmeti kommersiya fəaliyyəti ilə əlaqəli olaraq yaranmışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, mübahisə hüquqi şəxslə arasında yaranmaqla, kommersiya xarakterlidir; birinci instansiya məhkəməsi isə bunu nəzərə almayaraq iddia ərizəsini məhkəmə aidiyyəti qaydalarını pozmaqla icraatına götürmüş və işə mahiyyəti üzrə baxaraq qətnamə qəbul etmişdir. Halbuki, iddia ərizəsi işdə iştirak edən şəxslərin subyektiv tərkibinə, mübahisənin predmetinə və hüquq münasibətlərinin xarakterinə görə ixtisaslaşdırılmış, yəni kommersiya məhkəməsinə aiddir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində isə təsbit edilmişdir ki, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Nəzərə alınmalıdır ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biri olduğuna görə qanunla dəqiq müəyyən edilmişdir. Əks təqdirdə bu və ya digər işin hansı məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasında çətinlik yarana, son nəticədə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsi qeyri-mümkün ola bilər. Hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Məhkəmənin qanunla müəyyən edilməsi isə baxılan iş üzrə onun aidiyyətinin qabaqcadan aydın şəkildə şərtləndirilməsini və ikili anlam daşımamasını tələb edir. Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır, eyni zamanda, məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda göstərilən qərarında tövsiyyə olunmuşdur ki, “...apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən MPM-in 384 və 387-ci maddəsində məhkəmə aidiyyətinin pozulması əsası ilə qətnamənin ləğv edilərək aidiyyəti üzrə göndərilməsi ilə bağlı konkret müddəaların nəzərdə tutulmadığına istinad etməklə, məhkəmə aidiyyəti məsələsinə qiymətin verilməməsi mümkünsüzdür. Bununla bağlı apelyasiya instansiyası məhkəmələrinə izah edilir ki, işin birinci instanisyası məhkəməsi tərəfindən məhkəmə aidiyyəti üzrə səhvən baxıldığının müəyyən edildiyi halda, apelyasiya məhkəməsi MPM-in 387.2.1-ci maddəsinə istinad etməklə qətnaməni ləğv etməli və MPM-in 365-ci maddəsindən çıxış etməklə MPMin 32.4-cü maddəsini rəhbər tutub işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul etməlidir. MPM-in 32.5-ci maddəsinə əsasən həmin qərardadlardan şikayətin verilməsi nəzərdə tutulduğundan, apelyasiya instansiyası məhkəmələri işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qəbul etdikləri qərardadlardan tərəflərin kassasiya instansiyası məhkəməsinə şikayəti vermək hüquqlarının olduğunu da nəzərdən qaçırmamalıdırlar”. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin 2(102)-1651/2024 nömrəli, 16 aprel 2024-cü il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilmiş və Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-812/2024 nömrəli, 7 mart 2024-cü il tarixli qərardadı ləğv edilməklə iş iddia ərizəsinin mümkünlüyü məsələsinin yenidən müzakirə edilməsi üçün həmin məhkəməyə göndərilmişdir. Həmin qərardad qeyd edilmişdir ki, birinci instansiyası məhkəməsi iddia ərizəsinin icraata qəbulundan tələbin yolverilməz olduğuna görə imtina etmiş, eyni zamanda iddiaçıya göstərilən tələblə aidiyyəti üzrə kommersiya məhkəməsinə müraciət etmək hüququnu izah etmişdir. Məhkəmə öz mövqeyini bir tərəfdən iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxılmasının yolverilməzliyi ilə, digər tərəfdən isə işin kommersiya məhkəməsinə aid olması ilə əsaslandırmışdır. Qüvvədə olan mülki prosessual qanunvericiliyə əsasən kommersiya mübahisələrinə dair işlərə də mülki məhkəmə icraatı qaydasında baxıldığından işin kommersiya məhkəməsinə aid olması onun mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması anlamına gəlmir. Lakin birinci instansiya məhkəməsi ərizənin geri qaytarılması barədə deyil, icraata qəbul edilməsindən imtina olunması barədə qərardad qəbul etmişdir. Halbuki prosessual qanunvericilikdə iddia ərizəsinin geri qaytarılması və yolverilməzliyinə görə icraata qəbulundan imtina edilməsi institutları əsaslarına görə tamam fərqlənir və müxtəlif hüquqi nəticələrə səbəb olur. Ona görə də, qərardad ləğv edilməli və iddia ərizəsinin mümkünlüyü barədə məsələnin yenidən müzakirə edilməsi üçün iş həmin məhkəməyə göndərilməlidir. Yenidən müzakirə zamanı məhkəmə cavabdehin fəaliyyətini tənzimləyən normativ hüquqi aktlara əsasən onun publik hüquqi səlahiyyətlərə malik olub olmadığı və iddia olunan maneələrin cavabdeh publik səlahiyyətlərinin icrasından, yoxsa mülki hüquq münasibətlərinin bərabərhüquqlu iştirakçısı kimi qanunsuz davranışlarından irəli gəldiyinə aydınlıq gətirilməlidir. Həmin araşdırmanın nəticəsindən asılı olaraq nəzərə alınmalıdır ki, iddianın mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması MPM-in 152.1.3-cü maddəsinə müvafiq olaraq, iddia ərizəsinin yolverilməzliyi əsası ilə onun icraata qəbulundan imtina edilməsi, kommersiya məhkəməsinə aid olması isə 153.2.1-ci maddəsinə əsasən, iddia ərizəsinin geri qaytarılması üçün əsasdır. Göründüyü kimi birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin 2(102)-1651/2024 nömrəli, 16 aprel 2024-cü il tarixli qərarında göstərilənlən xüsusatları araşdırmadan işin məhkəmə aidiyyatının ümumi məhkəməyə aid olması qənaətinə gəlmiş və aidiyyat qaydalarını pozmaqla iş üzrə nəticə vermişdir. Halbuki, kassasiya intansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddiaçıya göstərilən tələblə aidiyyəti üzrə kommersiya məhkəməsinə müraciət etmək hüququnu izah etməsi ilə razılaşmasa da, məhz aidiyyatı dəqiq müəyyən etmək üçün qərarın 22-ci bəndində konkret sadaladığı göstərişlər əsasında işin kommersiya məhkəməsinə aid olması müəyən edilir. Göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 09 iyul 2024-cü il tarixli, 2(009)-812/2024 nömrəli qətnaməsi ləğv edilməklə mülki iş aidiyyatı üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 391, 397-398 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 09 iyul 2024-cü il tarixli, 2(009)-812/2024 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı MMC-nin Cavabdeh QSC-yə qarşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və dayandırılması” tələbinə dair mülki iş aidiyyatı üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(103)-5232/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5232/2024
14.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver