Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5240/2020 17.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Küdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı “xxxxxxxxxxxx” ASC-nin nümayəndəsi Ömərova Günel Əjdər qızının iştirakı ilə, Bakı şəhərində Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-3749/2019 saylı xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı “xxxxxxxxxxxx” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 subroqasiya qaydasında 14.944,17 manat məbləğində verilmiş sığorta ödənişinin əvəzinin və 30,40 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 14.974,57 manat pul vəsaitinin iddiaçı “xxxxxxxxxxxx” ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “xxxxxxxxxxxx” ASC iddia tələbini onunla əsaslandırmışdır ki, “xxxxxxx” MMC-yə məxsus ** JX *** dövlət qeydiyyat nişanlı “İveco Urbanway”xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx“xxxxxxxxxxxx ASC tərəfindən xx xxxxxx 2017-ci il tarixində “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmışdır. xx xxx 2017-ci il tarixində Cavabdeh2 yol vərəqəsi ilə idarə etdiyi digər Cavabdeh1 məxsus ** SE *** dövlət qeydiyyat nişanlı “Daewoo BS090”xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxilə ** JX *** dövlət qeydiyyat nişanlı “İveco Urbanway” markalı nəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh2 barəsində xx xxxx 2017-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında iş üzrə qərar tərtib olunmuş, həmin qərara əsasən cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 maddəsi ilə təqsirli bilinərək 40,00 manat məbləğində cərimə edilmişdir. “xxxxxxxx” MMCnin təmir mərkəzi tərəfindən tərtib olunmuş 876 saylı zərər aktına əsasən ** JX *** dövlət qeydiyyat nişanlı “İveco Urbanway” markalı avtonəqliyyat vasitəsinə dəymiş ziyanın miqdarı 19.588,67 manat məbləğində müəyyən edilmişdir. “xxxxxxxxxxxx” ASC-nin xx xxxxxx 2018-ci il tarixli sığorta aktına əsasən “xxxxxxxxxxxx” ASC tərəfindən dəvmiş ziyana görə 19.588,67 manat məbləğində sığorta ödənişinin zərərçəkənə ödənilməsi qərara alınmış və “xxxxxxxx” MMC- nin hesabına köçürmə həyata keçirilmişdir. ** SE *** dövlət qeydiyyat nişanlı “Daewoo BS090” markalı avtonəqliyyat vasitəsinin sahibinin mülki məsuliyyəti icbari qaydada “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Şirkətində sığortalandığı üçün ödənilmiş məbləğdən 4644.5 manat pul vəsaiti həmin şirkət tərəfindən “xxxxxxxxxxxx” ASC-yə ödənilmişdir. Sığorta ödənişi məbləğinin 14944.17 manat hissəsi isə bu günə qədər ödənilməmiş qalır. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-3749/2019 saylı xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, “xxxxxxxx” MMC-yə məxsus “İveco Urbanway” markalı, ** JX *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərin əvəzi qismində 12.595,30 (on iki min beş yüz doxsan beş manat, otuz qəpik) manat məbləğində pul vəsaitinin, 30 (otuz) manat məbləğində dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat məbləğində bank xidmət haqqının Cavabdeh1 tutularaq “xxxxxxxxxxxx” X12 ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, ekspertiza tədqiqatının dəyərini təşkil edən 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaitinin 20 (iyirmi) manat hissəsinin iddiaçı “xxxxxxxxxxxx” X10, 100 (bir yüz) manat hissəsinin isə Cavabdeh1 tutulub dövlət gəlirlərinə alınması qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iş üzrə iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin cavabdeh maddi məsul şəxs sürücü Cavabdeh2 barədə iddianın təmin edilməməsi və dəymiş ziyanın tam olaraq digər cavabdeh işəgötürən Cavabdeh1 tərəfindən ödənilməsi barədə qərar qəbul etməsi ilə razılaşmaq qeyri-mümkündür. Belə ki, birinci instansiyada məhkəmə iclası zamanı sürücü Cavabdeh2 ilə işəgötürən Cavabdeh1 arasında bağlanmış əmək müqaviləsi, tapşırıq müqaviləsi, tam məsuliyyət haqqında fərdi müqavilənin və sürücünün vəzifə təlimatının, əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surətləri təqdim olunmasına baxmayaraq nədənsə həmin sənədlər işə əlavə olunmamış və hüquqi qiymət verilməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Ömərova Günel Əjdər qızı şikayətin əsassız olduğunu bildirərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-3749/2019 saylı xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan Avtonəqliyyat vasitələrinin tam sığortası şəhadətnaməsinin surətinə əsasən “xxxxxxxx” MMC-yə məxsus “İveco Urbanway” markalı, ** JX *** nömrəli avtomobil xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək 294.842,53 manat dəyərində “xxxxxxxxxxxx” ASC-də sığortalanmışdır İş materiallarında olan AC seriyalı, 060455 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətinə əsasən 2012-ci il buraxılışlı “Daewoo BS090” markalı, **-SE- *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 mülkiyyətindədir. İş materiallarında olan AC seriyalı, 490489 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətinə əsasən 2015-ci il buraxılışlı “İveco Urbanway” markalı, **-JX- *** dövlət qeydiyyat nişanlı avtomobil “xxxxxxx” MMC-nin mülkiyyətindədir. İş materiallarında olan AC seriyalı, 929559 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətinə əsasən 2015-ci il buraxılışlı “VAZ21154” markalı, **-LB-*** dövlət qeydiyyat nişanlı avtomobil X1 mülkiyyətindədir. İş materiallarında olan ƏN-İV serialı, 060724 saylı etibarnamənin surətinə əsasən “VAZ21154” markalı, 99- LB-559 dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X5 həmin avtomobili 6 il, 6 ay, 4 gün müddətinə, yəni xx.xx.2023-cü il tarixə kimi idarə etmək üçün X6 etibarnamə vermişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli yol vərəqinin surətinə əsasən **-SE-*** dövlət qeydiyyat nişanlı avtobusu idarə etmək üçün Cavabdeh2 yol vərəqəsi verilmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli, ********* saylı yol vərəqinin surətindən görünür ki, **-JX-*** dövlət qeydiyyat nişanlı avtobusu idarə etmək üçün X9 və X3 yol vərəqəsi verilmişdir. İş materiallarında olan “xxxxxxxx” MMC-nin xx.xx.2017-ci il tarixdə “İveco Urbanway” minik markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanla bağlı verdiyi “Zərər aktı”na əsasən dəymiş ziyanın həcmi 19588.67 manat təşkil edir. İş materiallarında olan Cavabdeh2 tərəfindən Azərbaycan Respublikası DİN Baş DYPİ-nin rəis müavini, YPXA-nın komandiri polis polkovniki Balakişi Əhmədova verdiyi izahata əsasən xx.xx.2017-ci il tarixdə idarə etdiyi “Daewoo BS090” markalı avtobusu idarə edərkən sağ tərəfdəki “Vaz 21154” markalı maşını buraxmaq istəyən zaman “İveco Urbanway” markalı maşın onun maşınına dəymiş və nəticədə idarə etdiyi nəqliyyat vasitəsi “Vaz 21154” markalı maşınla toqquşmuşdur. İş materiallarında olan X11 tərəfindən Azərbaycan Respublikası DİN Baş DYPİ- nin rəis müavini, YPXA-nın komandiri polis polkovniki Balakişi Əhmədova verdiyi izahata əsasən xx.xx.2017-ci il tarixdə avtovağzaldan 20 yanvara gedərkən 3-cü yoldan hərəkət edən zaman 83 nömrəli “Daewoo BS090” markalı avtobus onun idarə etdiyi nəqliyyat vasitəsi ilə toqquşmuşdur. İş materiallarında olan X7 tərəfindən Azərbaycan Respublikası DİN Baş DYPİ-nin rəis müavini, YPXA-nın komandiri polis polkovniki Balakişi Əhmədova verdiyi izahata əsasən “xxxxxxx” MMC-yə məxsus nəqliyyat vasitəsi ilə Beynəlxaql-Avtovağzaldab 20 yanvar istiqamətinə hərəkət edərkən solunda hərətkət edən mikroavtobus onu sıxmış, həmin vaxt sağında hərəkət edən 83 nömrəli avtobusun qarşısında başqa maşın dayandığından sola tərəf hərəkətə başlamış, bu vaxt o “Daewoo BS090” markalı avtobusla toqquşmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X19 Ekologiya polis kapitanı X8 tərəfindən tərtib olunmuş İXP seriyalı, ******* nömrəli xx.xx.2017-ci il tarixli inzibati xəta haqqında Qərarın surətinə əsasən Cavabdeh2 yol vəsiqəsi ilə idarə etdiyi “Daewoo BS090” minik markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2017-ci il “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin tələbini pozmuşdur. Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X19 tərəfindən verilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışının surətinə əsasən xx.xx.2017-ci il tarixdə Bakı-Quba yolu ərazisində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində təqsirli bilinmiş Cavabdeh2 Cavabdeh1 Mirzzə oğluna məxsus “Daewoo BS090” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini yol vərəqəsi ilə idarə etmək hüququ olmuş və baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “xxxxxxxx” MMC-yə məxsus, hadisə zamanı X2 idarə etdiyi “İveco Urbanway” markalı, **-JX-*** nömrəli avtomobilə zərər dəymişdir. İş materiallarında olan “xxxxxxxxxxxx” ASC-nin xx.xx.2018-ci il tarixli sığorta aktının surətinə əsasən ‘Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta” şəhadətnaməsinə əsasında ** JX *** dövlət qeydiyyat nişanlı “İveco Urbanway” markalı avtomobil əmlaka vurulan zərərə görə 19.588,67 manat məbləği həddində sığortalanmış, təqdim edilmiş “xxxxxxxxxxxx” ASC-nin qiymətləndirmə aktına əsasən yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən “İveco Urbanway” markalı, ** JX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ümumilikdə 19.588,67 manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan “xxxxxxxxxxxx” ASC-nin ödəniş tapşırığının surətinə əsasən “xxxxxxxxxxxx” ASC tərəfindən xx.xx.2018-ci il tarixdə “xxxxxxxx” MMC-yə 20.796,57 manat sığorta ödənişi ödənilmişdir. İş materiallarında olan “xxxxxxxxxxxx” ASC tərəfindən Cavabdeh1 ünvanlanmış xx xxxxxx 2019-cu il tarixli bildirişə əsasən Cavabdeh1 “xxxxxxxxxxxx” ASC tərəfindən ödənilmiş 14944.17 manat məbləğində pul vəsaitinin 15 təqvim günü ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 15851 saylı rəyinin nəticə hissəsinə əsasən nəzəri hesablama yolu ilə, iş materiallarında olan “xxxxxxxx” MMC tərəfindən tərtib edilmiş xx.xx.2017ci il tarixli qüsur aktındakı məlumatlara əsasən 2015-ci il buraxılışlı “İveco Urbanway” markalı, **-JC-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci, avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 13.142 manat müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatın dəyəri 120 manat təşkil edir. Bakı Nəqliyyat Agentliyinin xx.xx.2019-cu il tarixli məktubuna əsasən xx.xx.2017-ci il tarixində Bakı-Quba yolunun 7-ci km-də "xxxxxxx” MMC-yə məxsus **-JX-*** dövlət qeydiyyat nişanlı “İveco Urbanway” markalı avtobus fiziki şəxsə məxsus **-SE-*** dövlət qeydiyyat nişanlı “Daewoo BS090” markalı avtobusla toqquşaraq yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisə “Daewoo BS090” markalı avtobusun sürücüsünün təqsiri üzündən baş vermişdir. Baş vermiş hadisə ilə əlaqədar 19 588,67 manat məbləğində zərər aktı tərtib edilmiş və buna uyğun olaraq "xxxxxxxxxxxx" ASC tərəfindən "İveco Urbanway” markalı 99- JX-270 dövlət qeydiyyat nişanlı avtobusun təmiri üçün sığorta ödənişi həyata keçirilmişdir. "xxxxxxx" MMC-nin fəaliyyəti Bakı şəhərində gündəlik şərnişindaşıma xidməti ilə əlaqədar olduğu üçün, xətlərdə boşdayanmalara yol verəmək məqsədilə avtobuslar təcili və operativ şəkildə təmir olunaraq xəttə buraxılmalıdır. Həmin avtobuslar xarici istehsallı olduğundan, ehtiyat hissələri də xaricdən gətirilir və təmir işləri xüsusi bilik və bacarığa malik olan ustalar tərəfindən həyata keçirilir. Ehtiyat hissələrinin sifariş verilməsi, çatdırılması və təmir işlərinin aparılması çox xərc tələb edildiyindən zərər aktı ilə dəymiş ziyanın miqdarı 19.588,67 manat məbləğində müəyyən edilmişdir. xx xxxx 2019-cu il tarixli ödəniş tapşırığına əsasən iddiaçı “xxxxxxxxxxxx” ASC tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.3-cü maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 916.1-ci maddəsinə əsasən əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilərsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortaçıya ödəmiş olsun. Əgər sığortalı üçüncü şəxs barəsində tələbindən və ya tələbinin yerinə yetirilməsi hüququndan imtina edərsə, sığortaçı öz xərclərinin əvəzinin ödənilməsi hüququnun həyata keçirilməsi nəticəsində və ya tələbin irəli sürülməsi ilə əlaqədar əldə edə biləcəyi həcmdə zərərin əvəzini ödəmək vəzifəsindən azad edilir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 936.1 və 936.2-ci maddələrinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin1108.1- ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddənin birinci hissəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 199-cu maddənin “a” və “c” yarımbəndinə əsasən saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əməkj münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənləyazılı müqavilə bağlandıqda, habelə inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda, işçi qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 200-ci maddənin 1-ci hissəsinə əsasən istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. Həmin Məcəllənin 202.1-ci maddəsinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Həmin Məcəllənin 202.2-ci maddəsinə əsasən işəgötürənin əsas fondu (vəsaitləri) hesab edilən əmlakının itirilməsi, korlanması və oğurlanması hallarında ziyanın məbləği, müvafiq aşınma normaları nəzərə alınmaqla maddi qiymətli əşyaların balans dəyərindən (maya dəyərindən) hesablanır. Digər hallarda ziyanın məbləği ziyan vurulan vaxtda mövcud olan bazar qiymətləri ilə hesablanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, Cavabdeh2 yol vərəqəsi əsasında idarə etdiyi Cavabdeh1 məxsus “Daewoo BS090” markalı, ** SE *** dövlət qeydiyyat nişanlı avtomobillə “İveco Urbanway” markalı, ** JX *** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində sonuncu avtomobilə maddi zərər vurulması tamamilə sübuta yetirilmişdir. Belə ki, iş üzrə tədqiq olunan sübutlarla yanaşı qeyd olunan yol nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh2 təqsirli olması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X19 tərəfindən qəbul olunmuş qərarla da təsdiq olunur. Məhkəmə kollegiyası qeyd edir ki, birinci intansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Cavabdeh1 mülkiyyətində olan “Daewoo BS090” markalı, ** SE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh2 tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi baş verməsi və bununla da mülki hüquq pozuntusunun (delikt) onun tərəfindən törədilməsi, bunun nəticəsində iddiaçı tərəfindən zərərçəkənə sığorta ödənişi ödənilməklə subroqasiya hüququnu (yəni sığorta ödənişi alan şəxsə dəymiş zərərə görə mülki məsuliyyət daşımalı olan şəxsə qarşı tələb irəli sürmək hüququnu) əldə etməsi öz təsdiqini tapdığından iddiaçının Cavabdeh1 qarşı tələbi əsaslıdır və zərər məbləği bu cavabdehdən tutulmalıdır. Məhkəmə kollegiyası həmçinin apellyatora izah edir ki, Cavabdeh1 hazırki iddia tələbi üzrə ondan tutulmuş zərərin əvəzi olan məbləğini digər Cavabdeh2 reqres qaydada tələb etmək hüququna malikdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində qeyd olunanlar formal mülahizələr olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsin ləğvi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1099.1-ci maddəsində göstərilmişdir ki, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-3749/2019 saylı xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-3749/2019 saylı xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Azad İmanov Hakimlər Qürbət Əsgərov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-5240/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5240/2020
17.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver