Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5240/2023 05.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışınski Fuad Şəmsəddin oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının cavabdeh "xxxx" MMC-yə qarşı “protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 16 iyun 2023cü il tarixli qətnamədən iş üzrə üçüncü şəxs olan Cavabdeh4 verdiyi apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı QSC-nin cavabdeh MMC-yə qarşı irəli sürdüyü iddiaya dair mülki işə baxmış Səbail Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın təmin edilməsini, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1052/2013 nömrəli, xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən tutmanın yönəldiyi Cavabdeh4 tərəfindən ipoteka ilə yüklü edilmiş və Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Seryogin küçəsində yerləşən 20 nömrəli fərdi yaşayış evinin hazırki ipoteka saxlayan iddiaçı QSC tərəfindən əldə olunması barədə protokolun cavabdeh MMC tərəfindən qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsini qət etmişdir. İş üzrə üçüncü şəxs olan Cavabdeh4 həmin qətnamədən verdiyi apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən apellyasiya qaydasında baxılan zaman apellyatorun vəkili (nümayəndəsi) Vəkil3 vəsatətlə Məhkəməyə müraciət edərək, hazırki 2(103)-5240/2023 saylı mülki iş ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatında olan 2(103)-2048/2023 saylı mülki işlə bir icraatda birləşdirilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə üçüncü şəxs olan Cavabdeh4 iddiaçı olaraq hazırki iş üzrə iddiaçı QSC-yə, cavabdeh MMC-yə və digər şəxslərə - hazırki iş üzrə üçüncü şəxslərə qarşı “ipoteka ilə yüklülüyə xitam verilməsi, hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi tələbi barədə” iddia ilə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh4 iddiasının təmin edilməsi qət edilmişdir. Həmin iş üzrə cavabdehlərin qətnamədən verdikləri apellyasiya şikayətlərinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə apellyasiya şikayətlərinin təmin edilməsini, Səbail Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnamənin ləğv edilməsini və iş üzrə yeni qətnamənin qəbul edilərək, Cavabdeh4 iddiasının təmin edilməməsini qət etmişdir. İddiaçının həmin qətnamədən verdiyi kassasiya şikayətinə əsasən mülki işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarla, kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsini və apellyasiya qaydasında yenidən baxılması üçün işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Həmin iş hazırda Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatındadır (sədrlik edən hakim: İkram Şirinov; işin №-si 2(103)-2048/2023) və məhkəmənin həmin iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadı ilə işin icraatı hazırki iş üzrə yekun qərar qəbul edilənədək dayandırlmışdır. O və təmsil etdiyi Cavabdeh4 hesab edirlər ki, hər iki iş bir-biri ilə sıx əlaqəli olduğu üçün bir icraatda birləşdirilməlidir. Məhkəmə vəsatətin dəlillərini, iş materiallarını və “Elektron Məhkəmə” İnformasiya Sistemində olan məlumatları nəzərə alaraq hesab edir ki, hazırki mülki iş ilə vəsatətdə qeyd edilən mülki iş baxılması üçün bir icraatda birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 169.3-cü maddəsinə görə, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Tədqiq edilmiş işin hallarından müəyyən edilir ki, qeyd edilən prosessual normada göstərilən hal hazırki işdə mövcuddur. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan, MPM-nin 169 və 402-ci maddələrinin tələlərini nəzərə alan Məhkəmə QƏRARA ALDİ: Hazırki 2(103)-5240/2023 №-li mülki iş 2(103)-2048/2023 №-li mülki işə birləşdirilsin və işlərə bir icraatda baxılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-5240/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5240/2023
05.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver