Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5242/2023 18.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Oktay oğlunun Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: (mühafizə zolağının ayrılması, mühafizə hasarının tikilməsi, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi) hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Sadıxov Çingiz Elbrus oğlunun katibliyi, Cavabdeh nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Oktay oğlunun Cavabdeh qarşı “mühafizə zolağının ayrılması, mühafizə hasarının tikilməsi, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair ünvan 5şi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı Oktay oğlu Cavabdeh qarşı Cavabdeh ünvan 3A ünvanındakı yeni tikili ilə onun mülkiyyətində olan ünvan 1 ünvanındakı mənzil arasında 4 metrlik ara məsafəsinin müəyyən edilməsi, Cavabdeh ünvan 3A ünvanındakı yeni tikili ilə onun mülkiyyətində olan ünvan 3 ünvanındakı mənzili arasında 4 metrlik ara məsafəsinin ortasında və cavabdehin qanunsuz olaraq yol kimi istifadə etdiyi hissədə evinin 1.4 metrlik məsafəsində ara hasarının tikilməsi, ona vurduğu maddi zərərin əvəzi olaraq 9680 manatın, vurduğu mənəvi zərərin əvəzi olaraq 5000 manatın, ödədiyi dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə iddiası ünvan 5şi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə təmin edilməmiş, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
2. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 146.1, 146.2, 152.1, 157.4, 170.2, 1096.1, 1097.1, 1108.1; Mülki Prosessual Məcəlləsinin 14.2, 88, 107, 119.1, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçı məhkəməyə müraciət edərək onun mülkiyyətində olan ev ilə qonşu olan cavabdehin mülkiyyətindəki evin həyətində yerləşən yeni tikilinin tikilməsi zamanı ara məsəfə qaydalarının gözlənilmədiyini bildirsə də, məhkəmə tərəfindən təyin edilmiş ekspert rəyindən də görünür ki, cavabdeh tərəfindən inşa edilmiş yeni tikili ilə iddiaçının mülkiyyətindəki ev arasında saxlanılmalı olan ara məsafəsi qaydası Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun inşa edilmiş olduğundan iddia tələbi bu hissədə təmin edilə bilməz. İddiaçı məhkəməyə müraciət edərək cavabdeh tərəfindən inşa edilmiş yeni tikilinin tikintisi zamanı onun mülkiyyətində olan evə 9680 manat məbləğində maddi zərər vurulmuş olduğunu bildirsə də, bu halı təsdiq edəcək ilkin sübutları məhkəməyə təqdim edə bilmədiyindən iddia tələbi bu hissədə də təmin edilə bilməz. Həmçinin məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən maddi ziyan vurulmasına dair əlavə edilmiş siyahı isə heç bir hüquqi əhəmiyyət kəsb etmədiyindən məhkəmə tərəfindən zəruri sübut kimi qiymətləndirilməmişdir. İşdə olan sənədlərlə cavabdehin hüquqazidd hərəkəti nəticəsində iddiaçıya mənəvi zərərin dəyməsi sübuta yetirilmir. İddiaçı tərəfindən cavabdehin təqsirli hərəkətlərinin təsirindən fiziki və mənəvi sarsıntılar keçirməsi, sağlamlığının pozulmasına dair iddia tələbinin dəlilləri öz təsdiqini tapmadığından, cavabdehdən mənəvi zərərin əvəzinin tutulması üzrə iddia tələbi də rədd olunmalıdır.
3. Birinci instansiya məhkəməsində icraat zamanı sübut qismində təqdim edilmişlərdən görünür ki: - Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Başçısının X1 və mülkiyyət hüquqlarının qeydiyyatı İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.1994-cü il tarixli texniki pasporta əsasən Sabunçu rayonu, ünvan 2 ünvanında yerləşən mənzil İddiaçı Oktay oğlunun mülkiyyətinə verilmişdir; - Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının 88 nömrəli, xx.xx.2019-cu il tarixli Sərəncamının surətindən məlum olur ki, Cavabdeh Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, H.Ağayev küçəsində yerləşən 5 saylı evin 2 saylı mənzilinin təsdiq olunmuş layihə əsasında yenidən qurulmasına icazə verilmişdir; - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystrindən verilmiş ******* saylı çıxarışından məlum olur ki, ünvan 7 mənzilin hüquqi subyekti Cavabdehdır; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/8694 nömrəli rəyindən müəyyən edilmişdir ki, Cavabdeh mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən yeni tikilinin giriş-çıxış yolu ayrı-ayrılıqda olduğunu nəzərə alaraq İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin istifadəsinə hər hansı bir məhdudiyyət yaratmadığı müəyyən edilmişdir, Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yeni tikilmiş fərdi yaşayış evinin (iki mərtəbəli fərdi yaşayış evi) inşa olunmasına dair müvafiq icra hakimiyyəti orqanlarından icazə sənədləri olmadığından həmin tikilinin inşası zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının” 4.1. və 4.2-ci bəndlərinin tələblərinə riayət olunmadığı müəyyən edilmişdir, həmçinin rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Cavabdeh mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində yeni tikilmiş tikili ilə İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi arasında məsafə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin tələbinə uyğun inşa edilmiş, xx.xx.2012-ci il tarixdə qəbul edilmiş Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəllənin 69-cu maddəsinin tələblərinə əsasən sərhəd hasarı yaşayış evinin divar hündürlüyü 0,3 əmsalına vurulmaqla müəyyən olunan ara məsafə inşa edilməli olduğu qeyd edilmişdir (iş səh. 9, 67, 72, 93, 110). Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
4. İddiaçı apellyasiya şikayəti verərək, Sabunçu Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli, 2(008)-504/2023 saylı qətnaməsinin ləğv edilməsini, İddiaçı Oktay oğlunun Cavabdeh qarşı “mühafizə zolağının ayrılması, mühafizə hasarının tikilməsi, vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2, 1097.1; Mülki Prosessual Məcəlləsinin 9.3, 77.1, 88; Şəhərsalma və Tikinti Məcəlləsinin 69.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmənin qətnaməsində ekspertin rəyində qeyd olunanlar tam əksini tapmayıb. Yaşadığı (mövcud vəziyyətdə yalnız ona məxsus olan) evin dam örtüyünün yuxarı hissəsindən İ.Mirzəyev tərəf hissəsi söküldüyündən həmin tərəfdə tikilmiş istinad divarının hündürlüyü 6 metr olmuşdur (tikinti normaları 1,8 m enində (hündürlüyün 0,3 hissəsi qədər) mühafizə zolağının zəruri olduğunu təsdiq edir). Yol tərəfdə isə orta hündürlük 4,5 metr olduğundan 1,4 metr mühafizə zolağı tələb olunur. Lakin ekspert rəyində (2(008)-5186/2022 saylı iş üzrə ekspert X3 10/8694 saylı, xx.xx.2023-cü il tarixli ekspertiza rəyi) evinin hündürlüyü 3 metr göstərilmişdir. Evinin texniki pasportunda döşəmə taxtasından tavana (alçıpana qədər) olan məsafənin 3 m olduğu yazılıb və ekspert tərəfindən 1,1 m enində mühafizə zolağı ayrılması (sərhəd divarına qədər 90 sm saxlanılmaqla, 20 sm və 2,2 m hündürlükdə divarın tikilməsi) təklifi verilib. Yola baxan pəncərəsini məcburiyyətdən tikib-bağladığı, istinad divarının dibi ilə qonşusu tərəfindən intensiv su axıdıldığı, darvazanın onun evinin fasad divarlarına nəzarət və lazım gəldikdə təmir işi görmək imkanından məhrum etdiyi barədə heç bir qeyd aparılmayıb. Məhkəmənin qərarında isə (Hakim: Nilufər Cəfərli) ekspertin hətta cavabdehin xeyrinə təhrif olunmuş rəyi də nəzərə alınmayıb. Bu cür yanaşma tərəf tutmaqdır, Mülki Məcəlləyə və tikinti normalarına ziddir. Qeyd etdiklərinə əsasən ekspert rəyinin və Sabunçu Rayon Məhkəməsinin qətnaməsinin bir tərəfli marağa uyğun olduğu açıq görünür. Mülkiyyət hüquqları qanunvericiliyə etinasız yanaşılmaqla pozulmuşdur. Ekspertin məhkəmə baxışında dindirilməsi barədə vəsatət qaldırılsa da, vəsatətləri əsassız olaraq təmin edilməmişdir. İşə baxan məhkəmə tam qanunsuz olaraq AR Şəhərsalma və Tikinti Məcəlləsinin 69.2-ci maddəsini iş üzrə tətbiq etməmişdir. Əgər bu hüquq norması tətbiq edilsəydi işə baxan məhkəmə ara məsafəsinin müəyyən edilməsi və ara hasarının tikilməsi barədə iddia tələbini təmin edərdi. İşə baxan məhkəmə qərar qəbul edərkən qərarını çəkişmə prinsipinə əsasən müzakirə edilən dəlillərlə, tərəflərin verdiyi izahatlarla, sənədlərlə əsaslandırmamışdır. İddiaçı tərəf caabdehin hərəkətlərinin qanunazidd olduğunu, bu hərəkətlərin nəticəsində iddiaçıya zərər vurulduğunu sübuta yetirsə də, cavabdeh tərəf buna etiraz etmiş, lakin fəaliyyətinin qanunauyğunluğunu sübuta yetirə bilməmişdir. İşə baxan məhkəmə bunları nəzərə almamışdır. Məhkəmə zamanı keçirilmiş ekspertiza rəyindən görünür ki, cavabdehin mənzilinin tikintisi qanunvericiliyə uyğun həyata keçirilməmişdir. Eyni zamanda iddiaçı cavabdehin onun evi tərəfindən yolunun olmadığını göstərsə də, işə baxan məhkəmə bu halları aydınlaşdırmamışdır. Ekspertiza rəyindən görünür ki, iddiaçının evi ilə cavabdehin evi arasında ara hasarının olması zəruridir və rəydə bunun normativ tələbləri göstərilmişdir. Lakin cavabdeh bu hasarın olmamasının və həmin hasarın olmaması nəticəsində iddiaçıya zərərin dəyməsinin səbəblərini göstərə bilməmişdir. Məhkəmə baxışı zamanı iddiaçının mənzili ilə cavabdehin mənzili arasında ara hasarının olmaması nəticəsində, eyni zamanda cavabdehin evinin tikintisi zamanı iddiaçıya zərər dəydiyi müəyyən edilsə də, işə baxan məhkəmə ara hasarı və iddiaçıya vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbini təmin etməmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
5. Cavabdeh nümayəndəsi Vəkil2 apellyasiya şikayətinə etiraz edərək, cavabdehin 18 mart 2016-cı ildə mübahisəli əmlakı əldə etdiyini, sonra Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinə müraciət etdiyini, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin 15 aprel 2019-cu il tarixli sərəncamı ilə mübahisəli mənzilin layihə əsasında yenidən qurulmasına razılıq verildiyini, ekspert rəyində də cavabdehin mülkiyyətində olan tikilinin iddiaçıya hər hansı məhdudiyyət yaratmadığının qeyd edildiyini, sənədləşdirmə işlərində bir sıra çatışmazlıqlar olduğunu, lakin bu çatışmazlıqların iddiaçıya heç bir aidiyyətinin olmadığını, mübahisəli əmlakın bir ev olduğu üçün ünvanın eyni olduğunu bildirmiş, ünvan 5şi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
6. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən iddiaçının iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi
8. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 139-165, 238-245, 1096- 1097; Torpaq Məcəlləsinin 4, 65, 82, 103, 106-108; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7-16, Azərbaycan Respublikasının Şəhərsalma Və Tikinti Məcəlləsinin 92; Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 76.1, 77.1, 80-82, 89.3, 106.2, 119, 217.4, 220.5, 385-390-cı maddələrinə istinadən hesab edir ki, qətnamə tələbə münasibətdə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş hallara uyğun əsaslandırılmışdır. Apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri formal mülahizə xarakteri daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz.
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin aşağıda qeyd edilən maddələri nəzərdə keçirilməlidir: 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
10. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
11. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
12. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin aşağıda qeyd edilən maddələri nəzərdən keçirilməlidir: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən, müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın;
13. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
14. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də, mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.
15. Qeyd edilməlidir ki, iddiaçı ümumiyyətlə, əmlak hüquqlarına münasibətdə onun istifadə etdiyi yaşayış sahəsinin həcminə və onun səciyyələndirən digər xüsusiyyətlərinə dair eyni ünvanda (mənzildə) cavabdehin yerləşdiyi hüquq müəyyənedici sənədləri inzibati icraat qaydasında mübahisələndirməmiş, mərzlənmə və texniki sənədlərin tərtib edilməsinə məsul olan inzibati orqanlara müraciət etməmişdir.
16. Ümumiyyətlə, iddianın və mübahisənin əsasını inzibati hüquqi münasibətlər təşkil edir. Belə ki, tikinti-quraşdırma işlərinin aparılmasına nəzarət şəhərsalma məsələlərinə və daşınmaz əmlakın qeydiyyatı üzrə qanunvericiliklə tənzimlənən müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aiddir. İddia tələbində Cavabdeh ünvanı ünvan 3A kimi göstərilsə də çıxarışdan məlum olur ki, cavabdehin ünvanı ünvan 7 mənzil kimi qeydiyyata alınmışdır. Təqdim edilmiş sənədlərdən tərəflərin torpaq üzərində hüquqlarının qeydiyyatı müəyyən edilmir. Ona görə, eyni ünvanda yerləşən tikililərin yerləşməsi, tikintisi və ayrılması tərəflər arasında mülki mühakimə predmetinə aid deyildir. Bunun üçün müvafiq icra hakimiyyəti orqanları səlahiyyətləri daxilində araşdırma aparmalı və tərəflərin mübahisə etdikləri məsələləri ölçülər aparmaqla inzibati icraat qaydasında müvafiq qərarlar qəbul etməlidirlər.
17. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli 4-№-li qərarına əsasən diqqətə çatdırılmalıdır ki: Torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan məsuliyyət daşıyır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin (bundan sonra mətndə “ŞTM”) müddəalarına uyğun olaraq tikintiyə icazə verilməsi, tikintiyə nəzarətin həyata keçirilməsi, tikinti fəaliyyətinin həyata keçirilməsi (tikinti obyektlərinin inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası və ya sökülməsi), tikinti obyektlərinin istismarına icazə verilməsi ilə əlaqədar inzibati orqanların qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında baxılır.
18. “Yerli icra hakimiyyətləri haqqında” Əsasnaməyə əsasən qeyd edilməlidir ki: 4.16.3. müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaqlardan istifadə edilməsini planlaşdırmaq, habelə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardan təyinatı üzrə istifadə edilməsinə nəzarəti həyata keçirmək və müvafiq tədbirlər görmək; 4.16.6. torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək; 4.16.7. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə uyğun olaraq məhkəmədənkənar qaydada həll olunmalı torpaq mübahisələrini həll etmək kimi səlahiyyətlər yerli icra hakimiyyətlərinə verilmişdir. 19.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən: 7.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. 7.2. Daşınmaz əmlak obyektlərinə Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir. 20.Azərbaycan Respublikasının Şəhərsalma Və Tikinti Məcəlləsinin tələblərinə əsasən: 92.1. Bu Məcəllənin 92.4-cü maddəsində nəzərdə tutulmuş pozuntular istisna olmaqla, müvafiq icra hakimiyyəti orqanı tikinti işlərində (reklam qurğularının tikintisi istisna olmaqla) aşağıdakı pozuntu hallarını aşkar etdikdə hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edir və tikinti işlərini dayandırmadan onların aradan qaldırılması barədə sifarişçiyə (podratçıya) icrası məcburi olan yazılı göstəriş təqdim edir: 92.1.1. tikinti işlərinin tikintiyə icazəyə, məlumatlandırma icraatının tətbiq olunduğu hallarda isə layihənin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun aparılmadığı müəyyən edildikdə; 92.1.2. tikinti obyektinin, habelə bitişik və ya qonşu obyektlərin təhlükəsizliyinə və etibarlılığına təhlükə yaradan qüsurlar müəyyən edildikdə və həmin qüsurları digər tikinti işlərini dayandırmadan aradan qaldırmaq mümkün olduqda; 92.1.3. bu Məcəllə ilə nişanlanması tələb edildiyi halda tikintidə nişanlanmamış və ya qanunsuz nişanlanmış tikinti materiallarından və məmulatından istifadə edildikdə; 92.1.4. tikinti işlərinə bu Məcəllənin 51-ci maddəsində nəzərdə tutulmuş peşə sahələri üzrə müvafiq ixtisası və sertifikatı olmayan şəxslər cəlb edildikdə. 92.2. Bu Məcəllənin 92.1-ci maddəsində nəzərdə tutulmuş yazılı göstərişdə hər bir pozuntu ayrıca təsvir olunur və həmin pozuntunun sifarişçi (podratçı) tərəfindən aradan qaldırılması üçün ağlabatan müddət müəyyən edilir. 92.3. Sifarişçi (podratçı) bu Məcəllənin 92.2-ci maddəsinə əsasən ona təqdim edilmiş yazılı göstərişə uyğun olaraq pozuntuların aradan qaldırıldığı barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verdiyi, belə məlumatın verilmədiyi hallarda isə, həmin yazılı göstərişdə pozuntuların aradan qaldırılması üçün müəyyən edilmiş müddətin başa çatdığı gündən ən geci 3 iş günü ərzində müvafiq icra hakimiyyəti orqanı pozuntuların aradan qaldırılıb-qaldırılmadığını yoxlayır. Yoxlama nəticəsində pozuntuların aradan qaldırılmadığı və ya tam aradan qaldırılmadığı müəyyən edildikdə, müvafiq icra hakimiyyəti orqanı sifarişçiyə (podratçıya) icrası yoxlanılmış yazılı göstərişin icra olunmayan hissəsində yenidən yazılı göstəriş təqdim edir. 92.4. Tikintiyə dövlət nəzarəti çərçivəsində aşağıdakı pozuntuların müəyyən edildiyi hallarda müvafiq icra hakimiyyəti orqanı hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edir və onun əsasında tikinti işlərinin (reklam qurğularının tikintisi istisna olmaqla) dayandırılması barədə qərar qəbul edir: 92.4.1. tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyekti belə icazə alınmadan, habelə xüsusi nişanın tikinti işlərinin başlanması üçün əsas olduğu hallarda belə nişan alınmadan, barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyekti isə tikinti işlərinin başlanması üçün bu Məcəllənin 80.4-cü maddəsində müəyyən olunmuş əsas olmadan tikildikdə; 92.4.2. tikinti obyektinin, habelə bitişik və ya qonşu obyektlərin təhlükəsizliyinə və etibarlılığına təhlükə yaradan qüsurlar müəyyən edildikdə və həmin qüsurları digər tikinti işlərini dayandırmadan aradan qaldırmaq mümkün olmadıqda; 92.4.3. bu Məcəllənin 92.1.1-ci maddəsində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 4 ay müddətində aradan qaldırılmadıqda; 92.4.4. bu Məcəllənin 92.1.2-ci maddəsində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 6 ay müddətində aradan qaldırılmadıqda; 92.4.5. bu Məcəllənin 92.1.3-cü və 92.1.4-cü maddələrində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 1 ay müddətində aradan qaldırılmadıqda. 92.5. Tikinti işlərinin dayandırılması barədə qərarda onun qəbulunu şərtləndirən pozuntular (faktiki və hüquqi hallar) təsvir edilməli və həmin pozuntuların aradan qaldırılması ilə bağlı müvafiq icra hakimiyyəti orqanının izahlı göstərişi nəzərdə tutulmalıdır. Tikinti işlərinin dayandırılması barədə qərar 3 iş günü müddətində sifarişçiyə (podratçıya) təqdim olunur. 92.6. Tikinti işləri dayandırıldığı müddətdə tikintinin podratçısı (podratçı olmadığı hallarda sifarişçisi) üçüncü şəxslərin həyatının və əmlakının, habelə ətraf mühitin təhlükəsizliyini təmin etmək məqsədilə tikinti meydançasında mühafizə tədbirləri görməlidir. 92.7. Tikinti işləri bu Məcəllənin 92.4.2-ci, 92.4.3-cü və 92.4.4-cü maddələrinə əsasən dayandırıldığı hallarda sifarişçiyə (podratçıya) yalnız dayandırılma barədə qərarda müəyyən edilən pozuntuların aradan qaldırılması ilə bağlı işlərin yerinə yetirilməsinə yol verilir. 92.8. Sifarişçi (podratçı) bu Məcəllənin 92.5-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının göstərişlərinin yerinə yetirdiyi və tikinti işlərinin dayandırılmasına əsas olmuş pozuntuları aradan qaldırdığı barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat təqdim etməlidir. Belə məlumatın təqdim edildiyi gündən 3 iş günü ərzində müvafiq icra hakimiyyəti orqanı pozuntuların aradan qaldırılıb-qaldırılmadığını yoxlayır. Yoxlama nəticəsində göstərişlərin yerinə yetirilmədiyi və tikinti işlərinin dayandırılmasına əsas olmuş pozuntuların aradan qaldırılmadığı müəyyən olunduqda bu haqda hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib olunur. Belə olduqda tikinti işlərinin dayandırılması haqqında qərar qüvvədə qalır və bu barədə müvafiq icra hakimiyyəti orqanı sifarişçiyə (podratçıya) yazılı məlumat verir. Yoxlama nəticəsində pozuntuların aradan qaldırıldığı müəyyən olunduğu təqdirdə müvafiq icra hakimiyyəti orqanı tikinti işlərinin davam etdirilməsinə yazılı razılıq verir və belə razılıq tikinti işlərinin dayandırılması haqqında qərarın qüvvədən düşməsini ehtiva edir. Bu maddənin birinci cümləsində nəzərdə tutulmuş məlumatın təqdim edildiyi gündən 5 iş günü ərzində müvafiq icra hakimiyyəti orqanı tərəfindən sifarişçiyə (podratçıya) tikinti işlərinin dayandırılması haqqında qərarın qüvvədə qalması haqda yazılı məlumat və ya tikinti işlərinin davam etdirilməsinə yazılı razılıq verilmədikdə tikinti işlərinin dayandırılması barədə qərar qüvvədən düşmüş hesab edilir. 92.9. Yazılı göstəriş və tikinti işlərinin dayandırılması barədə qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. 92.10. Tikinti işlərinin dayandırılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
21. Beləliklə müəyyən edilir ki, mübahisəli sahədə səlahiyyətlərin məcrası bir sıra inzibati orqanlara aiddir ki, bu orqanlar məhz torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi, tikintiyə icazə verilməsi, tikintiyə nəzarətin həyata keçirilməsi, tikinti fəaliyyətinin həyata keçirilməsi (tikinti obyektlərinin inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası və ya sökülməsi), tikinti obyektlərinin istismarına icazə verilməsi ilə əlaqədar müvafiq hüquq və vəzifələrə malikdirlər. Pozuntunun mövcudluğu qeyd edilən inzibati münasibətlər üzrə araşdırma predmeti olduğundan iddiaçının müvafiq icra hakimiyyəti orqanlarına müraciət etmək hüquqları vardır. Tələbin digər hissələri məhz qeyd edilənlərlə bağlı olduğundan və sübuta yetirilmədiyindən onlara hazırkı mərhələdə müsbət qiymət verilməsi üçün əsaslar müəyyən edilmir.
22. Kollegiya hesab edir ki, apellyasiya əsassızdır və əsassız apellyasiya şikayətinin verilməsi üçün dövlət rüsumu üzrə məhkəmə xərci onu ödəyən şəxsə aid edilməlidir.
23. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qət etdi: İddiaçı Oktay oğlunun apellyasiya şikayəti təmin edilməsin. ünvan 5şi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.