Məhkəmə qərarları › İş №2(103)-5245/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5245/2023

15.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5245/2023 15.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, X1 və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh10 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Nizami Rayon Məhkəməsinin 2(007)-1398/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i:

1. İddiaçı MMMC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh10, Cavabdeh8, Cavabdeh9 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 140 (yüz qırx) manat, Cavabdeh2 275 (iki yüz yetmiş beş) manat, Cavabdeh3 175 manat (yüz yetmiş beş), Cavabdeh9 175 (yüz yetmiş beş) manat, Cavabdeh4 oğlundan 140 (yüz qırx) manat, Cavabdeh5 Mirnağı qızından 125 (yüz iyirmi beş) manat, Cavabdeh7 275 (iki yüz yetmiş beş) manat, Cavabdeh6 275 (iki yüz yetmiş beş) manat, Cavabdeh8 175 (yüz yetmiş beş) manat və Cavabdeh10 175 (yüz yetmiş beş) manat pul vəsatinin və ödənilmiş 40 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq İddiaçı MMMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Nizami Rayon Məhkəməsinin 2(007)-1398/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı MMMC cavabdeh X2 qarşı “qanunsuz sahiblikdən məhrum etmə, əmlak və pul” tələbinə dair ilkin, iddiaçı X4 cavabdeh İddiaçınə qarşı “ümumi yığıncağın protokolunun etibarsız hesab edilməsi və zəbt edilmiş qarajların təhvil verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan 2(005)- 753/2023 saylı mülki işə baxılana və həmin iş üzrə yekun məhkəmə qərarı qanuni qüvvəsini alanadək, hazırda Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olan İddiaçı MMMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh10, Cavabdeh8, Cavabdeh9 qarşı “pul” tələbi üzrə olan ümumi yığıncağın protokolunun etibarsız hesab edilməsi barədə olduğundan bu iddia ərizəsi üzrə e-2(007)-1398/2023 saylı mülki işin icraatı dayandırılmışdır.

3. Həmin qərardaddan iddiaçı tərəfindən verilmiş şikayət məhkəmənin xx.xx.2023cü il tarixli qərardadı ilə təmin olunmamış və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayət yazılı icraat qaydasında təyin edilmiş, daha sonra işin halları və tərəflərin dinlənilməsinin zəruriliyi nəzərə alınaraq şikayət üzrə işə məhkəmə iclasında baxılması barədə müvafiq qərardad qəbul edilmişdir. Şikayətə tərəflərin iştirakı və onların dinlənilməsi təmin edilməklə baxılmışdır.

5. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndə və vəkili Vəkil1 şikayəti müdafiə edərək bildirdi ki, digər məhkəmədə Xətai-17 MMMC-nin İdarə Heyətinin tərkibinin seçilməsi ilə bağlı MMMC-nin Ümumi Yığıncağın iclas protokolunun mübahisələndirilməsi faktı özlüyündə MMMC-nin Ümumi Yığıncağının xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli kommunal xərclərin müəyyən edilməsi barədə qərarları ilə birbaşa və ya dolayısı yolla heç bir bağlılığı, hətta bir-birindən asılılığı olmadığından və hazırkı iddia tələbi üzrə preyudisial əhəmiyyət kəsb etmədiyindən, hazirki mülki iş üzrə qəbul ediləcək yekun məhkəmə qərarına heç bir təsir etməyəcəkdir. Bu səbəbdən, hesab edir ki, rayon məhkəməsi iş üzrə icraatı dayandırmaqda haqlı olmamışdır, bu səbəbdən, şikayətin təmin olunmasını xahiş etdi.

6. Məhkəmə kollegiyasının iclasında Cavabdeh10 nümayəndəsi və vəkili Vəkil2 şikayətlə razılaşmayaraq, şikayətin təmin edilməməsini, rayon məhkəməsinin qərardadının qüvvədə saxlanmasını xahiş etdi.

7. Şikayətə məhkəmə kollegiyasında baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər cavabdehlər məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

8. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

9. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv edilməli və iş materialları sonrakı prosessual hərəkətlərin davam etdirilməsi üçün Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir.

10. Birinci instansiya məhkəməsi hazırkı iş üzrə icraatı dayandırarkən Azərbaycan Respublikası MPM-in 254.1.4-cü maddəsinə əsaslanmışdır. Həmin maddəyə əsasən hakim Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa icraatı dayandırmalıdır.

11. Məhkəmə kollegiyası qeyd edir ki, rayon məhkəməsi Mülki Prosessual Məcəllənin qeyd olunan normasını hazırkı işə tətbiq edərkən səhvə yol vermişdir.

12. Azərbaycan Respublikası Konstıtusıya Məhkəməsı Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsi”nə dair 25 mart 2004-cü il tarixli qərarında qeyd edilir ki, Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətlə mümkün olmasın.

13. Məhkəmə Kollegiyasının araşdırması zamanı müəyyən olunmuşdur ki, hazırkı iş üzrə icraatın dayandırılmasına səbəb olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan İddiaçı MMMC cavabdeh X2 qarşı “qanunsuz sahiblikdən məhrum etmə, əmlak və pul” tələbinə dair ilkin, iddiaçı X4 cavabdeh İddiaçınə qarşı “ümumi yığıncağın protokolunun etibarsız hesab edilməsi və zəbt edilmiş qarajların təhvil verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə bağlı mülki iş kommunal xidmətlərlə bağlı ödənişlərlə yox, idarə heyətinin üzvləri arasında digər məsələlərlə bağlıdır ki, hazırkı işin həllinin həmin işdən asılılığı müəyyən edilmir.

14. Beləliklə də, məlum olur ki, hazırkı işə baxılmasının Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan İddiaçı MMMC cavabdeh X2 qarşı “qanunsuz sahiblikdən məhrum etmə, əmlak və pul” tələbinə dair ilkin, iddiaçı X4 cavabdeh İddiaçınə qarşı “ümumi yığıncağın protokolunun etibarsız hesab edilməsi və zəbt edilmiş qarajların təhvil verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə bağlı mülki işdən asılılığı olmadığından, rayon məhkəməsi hazırkı iş üzrə icraatı dayandırmaqda haqlı olmamışdır.

15. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan prosessual hüquq normaları pozulduğundan şikayət təmin edilməli, qərardad ləğv edilməli və İddiaçı MMMC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “pulun tutulması” tələbinə dair mülki iş üzrə icraatın dayandırılması barədə Cavabdeh10 ərizəsi təmin edilməməlidir.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: - 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; - 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; - 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.

17. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (19 may 2018-ci il tarixdən qüvvəyə minmiş) 1 may 2018-ci il tarixli Azərbaycan Respublikasının Qanunundan sonra Məcəllənin 402-ci maddəsinə əsasən mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər.

18. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

19. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

İddiaçı MMMC tərəfindən verilmiş şikayət təmin edilsin. Nizami Rayon Məhkəməsinin 2(007)-1398/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilsin və İddiaçı MMMC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “pulun tutulması” tələbinə dair mülki iş üzrə icraatın dayandırılması barədə Cavabdeh10 ərizəsi təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Pərviz Hüseynov Namiq Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar