Məhkəmə qərarları › İş №2(103)-5247/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5247/2023

16.08.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5247/2023 16.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Sarıyevin sədrliyi ilə, X2 və X1 ibarət tərkibdə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli, 2(007)-2280/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı qanuni nümayəndəsi X4 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhər İcra Hakimiyyəti cəlb edilməklə cavabdehlər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə və Cavabdeh1 Oqtay oğluna qarşı “torpaq sahəsinin dövlət reyestrində aparılmış yeni qeydiyyatın və verilmiş çıxarışın etibarsız hesab edilməsi, delikt nəticəsində dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən **********76-12301 reyestr nömrə ilə qeydə alınmış, ünvan 1 ünvanında olan 1549 kv.m-dən ibarət “Əmlak Kompleksi” və onun yerləşdiyi “Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı 0,75827 ha” torpaq sahəsini 3 kv.m artırılmaqla və yaşayış məntəqələrinin torpaqları kateqoriyasına keçirilməklə 0,75830 ha torpaq sahəsi təşkil edən, Cavabdeh1 adına verilmiş xx.xx.2022-ci il tarixli, ********** nömrəli qeydin etibarsız hesab edilməklə silinməsi və həmin tarixli və nömrəli Çıxarışın etibarsız hesab edilməsi, məhkəmə məsrəfləri olan 100 manat dövlət rüsumunun, sənədlərin surətlərinin notariat qaydada təsdiqinə və poçt xidmətinə görə ödənilmiş 50 manatın, 330 manat hüquqi xidmət haqqının cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli, 2(007)-2280/2023 saylı qərardadı ilə iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Məhkəmə qeyd etmişdir ki, ərizəyə əsasən cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin ünvanı ünvan 3a Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etsə də, hüquqi şəxsin həmin ünvanda qeydiyyatda olduğunu təsdiqləyən hər hansı sənədi ərizəsinə əlavə etməmişdir. Halbuki, bu hal mülki iş üzrə aidiyyət qaydasının müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Belə olan halda, hazırkı işə ərazi aidiyyəti üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsində baxılmalı olması müəyyən edilməmişdir. Elektron məhkəmə informasiya sisteminin Vergi ödəyicilərinin məlumatları səhifəsindən götürülmüş çıxarışdanlar görünür ki, hüquqi şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti” Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi (VÖEN **********) hüquqi ünvanı “AZ1033, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev, ev 13 və fiziki şəxs Cavabdeh1 Oqtay oğlunun qeydiyyat ünvanı isə Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi, ev 25, mənzil 20-dir. Belə olan halda, hazırkı tələbə ərazi aidiyyətinə görə Bakı şəhəri Nizami Rayon Məhkəməsində baxılmalı deyil. İddiaçı qeyd edilən qərardaddan şikayət verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)-2280/2023 nömrəli qərardadının ləğv edilməsinə və iddia ərizəsinin icraata qəbul edilməsinə dair yeni qərardad çıxarılmasını, hazırkı şikayət birinci instansiya məhkəməsi tərəfindən təmin edilmədiyi və bundan sonra baxılması üçün işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərildiyi halda, AR MPM-nin 397.2-ci maddəsinə əsasən, şikayət üzrə işə məhkəmə iclasında baxılması barədə qərardad çıxarılmasını, iddia ərizəsində cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmət Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin ünvanında göstərilən “Nizami” rayonu əvəzinə “Nərimanov” rayonu düzəlişnin qəbul edilməsini xahiş etmişdir. İddiaçı şikayətində qeyd edir ki, qərardad qəbul edilərkən prosessual hüquq normaları düzgün tətbiq edilməmiş; birinci instansiya məhkəməsi tərəfindən hüquqi məsələlər düzgün qiymətləndirilməklə prosessual hüququn imperativ normasının tələbi pozulmuş və bir qədər ədalətsizliyə yol verilməklə əsassız və qanunvericiliyin tələbinə zidd qərardad çıxarılmışdır. Belə ki, iddia ərizəsindən görünür ki, iddianın pedmetini “ünvan 10 ünvanında olan 1549 kv.m.-dən ibarət “Əmlak Kompleksi” və onun yerləşdiyi “Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı 0,75827 ha” torpaq sahəsini 3 kv.m. artrılmaqla və yaşayış məntəqələrinin torpaqları kateqoriyasına keçirilməklə 0,75830 ha torpaq sahəsi təşkil edən, Cavabdeh1 adına verilmiş xx.xx.2022-ci il tarixli, ********** nömrəli qeydin etbarsız hesab edilməklə silinməsi və həmin tarixli və nömrəli Çıxarışın etibarsız hesab edilməklə silinməsi və həmin tarixli və nömrəli Çıxarışın etibarsız hesab edilməsi”-dir. İddia pedmetinin obyektini İddiaçı istifadəsində olan ünvan 11 ünvanında yerləşən torpaq sahəsi və həmin torpaq sahəsinin qonşuluğunda ünvan 12 ünvanında yerləşən torpaq sahəsi təşkil edir. Məhz, İddiaçı qeyd olunan torpaq sahəsiüzərindəki hüquqları pozulduğu üçün və həmin hüquqlarının bərpa edilməsinə görə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Hazırkı iddia tələbi torpaq sahəsi üzərində olan hüququn pozulması və bu hüququn bərpası ilə bağlı olduğundan, eləcə də mübahisə predmetinin obyektləri olan hər 2 torpaq sahəsi Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşdiyindən, iddiaçı düzgün olaraq prosessual hüquqda imperativ norma kimi qəbul olunmuş müstəsna aidiyyət qaydasına əməl etmiş və hazırkı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etməkdə haqlı olmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli, 2(007)-2280/2023 saylı qərardadından verilmiş şikayət məhkəmənin 21 iyul 2023-cü il tarixli qərardadı ilə təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını nəzərdən keçirib, hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli, 2(007)- 2280/2023 saylı qərardadı ləğv edilməli, mülki iş materialları iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün, birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Avropa ölkələrinin milli qanunvericiliyində məhkəmə aidiyyəti məsələsinin dəqiq tənzimlənməsinin vacibliyini xüsusi vurğulamışdır. Belə ki, Çerniçkin Rusiya Federasiyasına qarşı iş üzrə 2010-cu il 16 sentyabr tarixli Qərarda qeyd etmişdir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini pozur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə görə daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Məhkəmə 21 iyul 2023-cü il tarixli qərardadda qeyd etmişdir ki, iddiaçının qeyd etdiyinə görə iddia tələbi torpaq sahəsi üzərində olan hüququn pozulması və bu hüququn bərpası ilə bağlı olduğundan, eləcə də mübahisə predmetinin obyektləri olan hər 2 torpaq sahəsi Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşdiyindən, iddiaçı düzgün olaraq prosessual hüquqda imperativ norma kimi qəbul olunmuş müstəsna aidiyyət qaydasına əməl etmiş və hazırkı iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə qeyd edir ki, hazırkı iddia Cavabdeh1 adına verilmiş xx.xx.2022-ci il tarixli, ********** nömrəli qeydin etibarsız hesab edilməklə silinməsi və həmin tarixli və nömrəli Çıxarışın etibarsız hesab edilməsi ilə bağlı olduğundan mülki işə müstəsna aidiyyət qaydasında deyil, ümumi aidiyyət qaydasında baxılmalıdır. Kollegiya məhkəmənin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, iddianın pedmetini “ünvan 10 ünvanında olan 1549 kv.m.-dən ibarət “Əmlak Kompleksi” və onun yerləşdiyi “Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı 0,75827 ha” torpaq sahəsini 3 kv.m. artrılmaqla və yaşayış məntəqələrinin torpaqları kateqoriyasına keçirilməklə 0,75830 ha torpaq sahəsi təşkil edən, Cavabdeh1 adına verilmiş xx.xx.2022-ci il tarixli, ********** nömrəli qeydin etbarsız hesab edilməklə silinməsi və həmin tarixli və nömrəli Çıxarışın etibarsız hesab edilməklə silinməsi və həmin tarixli və nömrəli Çıxarışın etibarsız hesab edilməsi”-dir. Tərəflərin torpaq sahələri Bakı şəhəri Nizami rayonu ərazisində yerləşir. İddiaçı qeyd olunan torpaq sahəsi üzərindəki hüquqlarının pozulduğunu bildirərək, həmin hüquqlarının bərpa edilməsinə görə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Kollegiya hesab edir ki, hazırkı iddia tələbi torpaq sahəsi üzərində olan hüququn pozulması və bu hüququn bərpası ilə bağlı olduğundan, həmçinin mübahisə predmetinin obyektləri olan hər 2 torpaq sahəsi Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşdiyindən, iddia ərizəsinin icraata qəbul edilməsi məsələsi müstəsna aidiyyət qaydalarına uyğun olaraq müzakirə edilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarında Plenum qeyd etmişdir ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə məstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir. Digər tərəfdən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsinin icraata qəbul edilməsi məsələsi müzakirə edilərkən “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 04 nömrəli Qərarının 17-ci bəndinin tələbləri baxımından hazırki mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılması məsələsi də müzakirə edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 398.0.2, 399, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli, 2(007)- 2280/2023 saylı qərardadı ləğv edilsin. Mülki iş materialları iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün, birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayətə verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar