Məhkəmə qərarları › İş №2(103)-5247/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5247/2025

26.11.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5247/2025 26.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçının nümayəndəsi-vəkili Vəkil3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-119/2025 nömrəli, 19 mart 2025-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: Hadi Məmmədov Cavabdeh2 atasıdır. xx.xx.1994-cü ildə X7 Məmmədov tərəfindən etibarnamə verilmiş və bundan təxminən bir ay sonra xx.xx.1994-cü ildə Hadı Məmmədov vəfat etmişdir. Hadı Məmmədova məxsus mənzil Hidayət Hüseynov tərəfindən etibarnamə əsasında 29 iyul 1997-ci il tarixdə Hadi Məmmədovun adından İddiaçı satılmışdır. Sonradan mübahisəli mənzil Cavabdeh2 tərəfindən Cavabdeh1 satılmışdır. Hazırda iddiaçı cavabdehlərin hərəkətləri nəticəsində ona dəymiş 150.000 (yüz əlli min) manat məbləğində zərərin ona ödənilməsini xahiş edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 150.000 manat və 440 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri, Ə.Qasımzadə küçəsindəki 72 saylı evin 54-cü mənzili 29 iyul 1997-ci tarixdə alqı-satqı yolu ilə əldə etmişdir. Alqı-satqı müqaviləsini satıcının adından mənzilin mülkiyyətçisi olmuş X2 etibarnamə üzrə nümayəndəsi Hidayət Hüseynov imzalamışdır. Sonradan məlum olmuşdur ki, Hadi Məmmədov xx.xx.1994-cü ildə Hidayət Hüseynovun adına etibarnamə vermiş və bundan təxminən bir ay sonra xx.xx.1994-cü ildə vəfat etmişdir. Hidayət Hüseynov da həmin etibarnamədən istifadə edərək 29 iyul 1997-ci tarixdə mənzili mərhum Hadi Məmmədovun adından İddiaçı satmışdır. Lakin 2015-ci ildə mərhum X4 Məmmədov bu alqı-satqı müqaviləsini məhkəmə qaydasında mübahisələndirmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 sentyabr 2015-ci il tarixli qətnaməsi ilə alqı-satqı müqaviləsi ləğv edilməklə mənzil üzərində qanun üzrə vərəsə kimi Cavabdeh2 Hadi oğlunun mülkiyyət hüququ tanınmışdır. Cavabdeh2, mənzil üzərində özünün mülkiyyət hüququ dövlət qeydiyyatına alındıqdan sonra 16 aprel 2016-cı il tarixdə onu notariat qaydasında müqavilə bağlamaqla Cavabdeh1 satmışdır. Lakin Bakı Apellyasiya Məhkəməsinin 06 aprel 2017-ci il tarixli qətnaməsi ilə Nəsimi Rayon Məhkəməsinin 29 sentyabr 2015-ci il tarixli qətnaməsi ləğv edilmiş, qətnamənin icrasına dönüş edilərək, mübahisəli mənzilə dair Cavabdeh2 Hadi oğlunun adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin bu qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin 02 avqust 2017-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 yanvar 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh2 Hadi oğluna, Cavabdeh1, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı "mənzilin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququna dair qeydin və buna dair verilmiş çıxarışın ləğv edilməsi, mənzildən çıxarılma və mənzilə köçürülmə” tələbinə dair iddiası təmin edilərək, cavabdehlər Cavabdeh2 Hadi oğlu və Cavabdeh1 arasında Bakı şəhəri, Ə.Qasımzadə küçəsi 72 nömrəli evin 54 nömrəli mənzilinin alqı-satqısı barədə Bakı şəhəri 32 saylı Dövlət Notariat Kontorunda bağlanılmış 16 aprel 2016-cı il tarixli 4Ə-130 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində Cavabdeh1 mülkiyyət hüququna dair qeydin və buna dair verilmiş çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Ə.Qasımzadə küçəsi 72 nömrəli evin 54 nömrəli mənzildən Cavabdeh1 və həmin mənzildə yaşayan digər şəxslərin çıxarılması, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Ə.Qasımzadə küçəsi 72 nömrəli evin 54 nömrəli mənzilinə köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 yanvar 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək Nərimanov Rayon Məhkəməsinin 29 yanvar 2018-ci il tarixli qətnaməsi Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 yanvar 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 yanvar 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 yanvar 2018-ci il tarixli qətnaməsi ləğv edilmişdir. Həmin qətnamədən İddiaçı verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarı ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra İddiaçı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə şikayətlə müraciət edərək Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı şikayəti üzrə konstitusiya işinin icraatına xitam verilmiş və ona dəymiş zərərin əvəzini tələb etmək hüququ izah olunmuşdur. "Qiymətləndirmə və audit” MMC-nin xx.xx.2023-cü il tarixli 02Q/A saylı arayışına əsasən, Bakı şəhəri, Ə.Qasımzadə küçəsindəki 72 saylı evin 54-cü mənzilin ərazisində yerləşən iki otaqlı ümumi sahəsi 61.1 kav.m. olan mənzilin bazar dəyəri 150.000 (yüz əlli min) manat təşkil edir. Belə olan halda, cavabdehlərin hərəkətləri nəticəsində İddiaçı 150.000 (yüz əlli min) manat zərər dəymişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-119/2025 nömrəli, 19 mart 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh2 148.000 (yüz qırx səkkiz min) manat məbləğində pul vəsaitinin və 435.60 (dörd yüz otuz beş manat altmış qəpik) manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi, dövlət rüsumunun qalan 4.40 (dörd manat qırx qəpik) manatının İddiaçı özünə aid edilməsi və iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh2 məhkəmə qətnamələri ilə mübahisəli əmlak üzərində hər hansı bir hüququ olmadan sərəncam vermiş və faktiki olaraq iddiaçıya məxsus əmlakı digər cavabdeh olan Cavabdeh1 satmışdır. Satmaqla Cavabdeh2 iddiaçıya maddi ziyan vurmuşdur. Tərəflər arasında uzun müddət davam edən məhkəmə çəkişmələrinin nəticəsi olaraq İddiaçı Cavabdeh2 qanunsuz hərəkətləri nəticəsində dəymiş ziyanın əvəzinin tələb edilməsi hüququnun olması izah edilmişdir. Odur ki, iddiaçı hazırkı iddianı irəli sürməkdə haqlıdır. Lakin məhkəmə iddia tələbinin həcminə və digər Cavabdeh1 yönəlməsi hissəsinə qiymət verərək hesab etmişdir ki, araşdırılmış iş materialları ilə müəyyən edilmişdir ki, Cavabdeh1 əmlakı vicdanlı alıcı olaraq əldə etməsi nəzərə alınaraq iddia ona münasibətdə təmin edilməməlidir. Eyni zamanda əmlakın dəyərinə münasibətdə iddiaçı əmlakın hazırkı dəyərinin 150.000 manat olmasını qeyd etsə də, buna dəlalət edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə tərəfindən əldə edilmiş mütəxəssis hesabatından görünür ki, sözügedən mənzilin dəyəri 148.000 manat məbləğində müəyyən edilmişdir. Odur ki, iddia bu həcmdə təmin edilməlidir. Həmin qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin edildiyi hissədə ləğv edilərək, iddia tələbinin tam rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mənzil Hidayət Hüseynov tərəfindən qüvvədə olmayan etibarnamə əsasında 29 iyul 1997-ci il tarixdə Hadi Məmmədovun adından İddiaçı satılmışdır. Lakin müqavilə üzrə öhdəlik icra edilib başa çatdırılmamış və mənzil İddiaçı heç vaxt təhvil verilməmişdir. Hazırda mənzil üçüncü şəxsdə olduğu üçün mənzilin ona təhvil verilməsi mümkün deyil. Beləliklə İddiaçı tələb etdiyi zərər alqı-satqı müqaviləsi əsasında əldə etdiyi əmlakın ona təhvil verilməməsi nəticəsində ona vurulmuş zərərdir. Bu səbəbdən həmin münasibətlərə 1997-ci ildə qüvvədə olmuş Azərbaycan SSR Mülki Məcəlləsinin müddəaları, o cümlədən iddia müddəti barədə tələblər tətbiq edilməlidir. Həmin dövrdə qüvvədə olan Mülki Məcəlləsinin 73-cü maddəsinə əsasən iddia müddəti 3 il təşkil edirdi və iddiaçı tərəfindən bu müddəti çoxdan buraxılmışdır. Lakin məhkəmə, həmin dövrdə qüvvədə olan Azərbaycan SSR Mülki Məcəlləsinin 73-cü maddəsini bu işdə tətbiq etməmişdir. Beləliklə, ehtimal etmək olar ki, belə halda İddiaçı zərər vurulmuşdur. Lakin mənzili təhvil vermək öhdəliyi heç vaxt Hadi Məmmədovun üzərinə qoyula bilməzdi, çünki öhdəlik yaranarkən o 3 ilə yaxın idi ki, artıq ölmüşdü. Hadi Məmmədovun öhdəliyi yaranmadığı üçün də bu öhdəlik onun ölümü ilə əlaqədar onun vərəsələrinə keçə bilməzdi. 29 iyul 1997-ci ildə bağlanmış alqı-satqı müqaviləsinin icra edilməməsinə görə məsuliyyət yaranmışdırsa da, bu məsuliyyət, müqaviləni bağlasa da, lakin müqavilədən doğan öhdəliyi icra etmək iqtidarında olmamış Hidayət Hüseynovun üzərinə düşməlidir. Çünki, 1997-ci ildə o artıq sadəcə nümayəndə deyildi, çünki həmin vaxt onun etibarnaməsinin qüvvəsi yox idi. Qüvvədə olan etibarnamə əsasında çıxış etməyən şəxs nümayəndə sayıla bilməz. Hidayət Hüseynov faktiki olaraq mənzilin satıcısı olub və mənzilə görə pulu da Hadi Məmmədovun alması mümkün olmadığı üçün o özünə götürmüşdür. Beləliklə bu müqavilənin icra edilməməsinə görə məsuliyyət Hadi Məmmədovun üzərinə həm də ona görə qoyula bilməz ki, 1997-ci ildə və daha sonra, onun hər hansı təqsirli hərəkətindən söhbət gedə bilməzdi. Beləliklə bu mübahisəyə Mülki Məcəllənin 442 və 443.1-ci maddələri, və ya köhnə Mülki Məcəllənin 202 və 209-cu maddələri tətbiq edilməli idi, lakin məhkəmə bu maddələri tətbiq etməmişdir. Hazırki, mübahisəyə tətbiq edilməli olan, lakin tətbiq edilməyən normalardan biri də Azərbaycan Respublikası Mülki Məcələnin 573.1-ci maddəsidir. Əvvəla, 29 iyul 1997-ci ildə mübahisəli mənzilə dair bağlanmış alqı-satqı müqaviləsi heç vaxt icra edilib başa çatdırılmamış və mənzil alıcıya (İddiaçı) təhvil verilməmişdir. Bu müddət ərzində də mənzil üçüncü şəxslərə keçmişdir. Belə halda sual yaranır mənzilin alıcısına dəyən zərərə görə kim məsuliyyət daşımalıdır. Əgər yaranmış bu vəziyyətə görə satıcı məsuliyyət daşıyırsa, 1997-ci ildə artıq ölmüş şəxs (Hadi Məmmədov) satıcı sayıla bilməzdi, onun adından qüvvədə olmayan etibarnamə əsasında çıxış edən Hidayət Hüseynov da nümayəndə sayıla bilmədiyi üçün, sonuncu faktiki olaraq mənzili satmış şəxsdir. Bu səbəbdən satıcı kimi alıcı İddiaçı qarşısında faktiki satıcı olmuş Hidayət Hüseynov məsuliyyət daşıyır. Nəzərə alınsa ki, 1997-ci ildə guya mənzili alsa da, İddiaçı heç vaxt mənzilə köçmək istəməməsi və mənzildə mənzilin əvvəlki sahibinin ailə üzvləri və vərəsələrinin yaşamağa davam etməsini bilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 573.1-ci maddəsinin dispoziyasında qeyd olunduğu kimi “alıcının həmin əsasların mövcudluğunu bildiyini sübutu mənasına gəlir. Belə olan halda alıcıya ümumiyyətlə zərər ödənməməlidir. Məhkəmə qətnamə qeyd edir ki, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdehlər məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Lakin iş materiallarında Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunması barədə məlumat yoxdur. Əgər, məhkəmədə tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunması barədə məlumat yox idisə Azərbaycan Respublikası MPM-nin 185.2-ci maddəsinə əsasən məhkəmə iclası təxirə salınmalıdır. Lakin, məhkəmə pozuntuya yol verərək Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini tətbiq edib və cavabdehin iştirakın olmadan işə baxmışdır. Hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamışdır. Belə ki, Hidayət Hüseynovla İddiaçı arasında qohumluq münasibətini araşdırmamışdır. Bu fakt əslində 1997-ci ildə alqı-satqı müqaviləsinin formal olduğunu müəyyən etmək üçün zəruridir. Bununla yanaşı qeyd edilməlidir ki, Cavabdeh2 Hadi oğlunun atası X5 09 avqust 1994-cü ildə Hidayət Hüseynovun adına etibarnamə vermiş və bundan təxminən bir ay sonra 15 sentyabr 1994-cü ildə vəfat etmişdir. Mənzil Hidayət Hüseynov tərəfindən etibarnamə əsasında 29 iyul 1997-ci il tarixdə Hadi Məmmədovun adından İddiaçı satılmışdır. Göründüyü kimi İddiaçı mənzilə görə Cavabdeh2 atası Hadi Məmmədov mənzilə görə heç bir ödəniş etməmişdir. Nəzərə alınsa ki, Cavabdeh2 atası Hadi Məmmədov adından hərəkət edən Hidayət Hüseynov İddiaçı çox yaxın qohumu olmuş (qardaşı), üstəlik iddiaçı 1997-ci ildə mənzili əldə etsə də, bütün bu müddət ərzində əldə etdiyi mənzildə yaşamamış, mənzildə Hadi Məmmədovun ailəsi yaşamağa davam etmiş və yalnız 20 ildən sonra 2017-ci ildə ilk dəfə mənzillə bağlı iddialar (o cümlədən mənzildə yaşayanların çıxarılması və mənzilə köçürülməsi barədə iddialar) qaldırmışdır, 29 iyul 1997-ci ildə mənzilin Hidayət Hüseynov tərəfindən İddiaçı satılması formal olmuşdur və yaxud da İddiaçı mənzilə görə ödənişi səlahiyyəti olmayan Hidayət Hüseynova etmişdir. Beləliklə iddiaçının zərərin ödənilməsi tələbinin faktiki və hüquqi əsasını müqavilənin icra edilmədiyinə görə ona vurulmuş zərər təşkil edir. Bundan əlavə əvvəlki məhkəmələr 1997-ci ildə mənzilə dair bağlanmış müqavilənin ölmüş adamın adından və quvvədə olmayan etibarnamə əsasında bağlandığını təsdiq etmiş, lakin alıcı İddiaçı satıcının ölməsini bilmədiyi üçün müqaviləni etibarsız saymamışlar. Bu səbəbdən iddiaçıya vurulmuş zərərin ödənilməsinə görə məsuliyyət 1997-ci ildə müqavilə bağlanarkən adı mənzilin formal satıcısı kimi keçmiş Hadi Məmmədovun (həmin vaxt ölü olduğu üçün onun üzərinə belə məsuliyyət qoyula bilməz) deyil, həmin mənzili qanunsuz və faktiki satmış (bu hal əvvəlki qanuni qüvvəsini almış qətnamələrlə də müəyyən edilmişdir) Hidayət Hüseynovun üzərinə düşür. Belə olan halda, məhkəmə İddiaçı zərərin dəyməsi, zərər dəymişdirsə də, zərərin kimin tərəfindən vurulması barədə işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə Kollegiyasının əvvəlki iclasında iştirak edən Cavabdeh2 nümayəndəsivəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdi. Məhkəmə Kollegiyasının son iclası barədə lazimi qaydada xəbərdar edilmiş cavabdehlər Məhkəmə Kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edildiyi hissədə ləğv edilərək, iddia tələbinin tam rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin qətnamə iddianın təmin edilməyən hissəsində iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, qətnamə - iddia tələbinin təmin edilən hissəsində yoxlanılmalıdır. Tətbiq edilən hüquq Mülki Məcəllə: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Prosessual Məcəlləsi: 13.7. Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə Kollegiyasının mövqeyi

Məhkəmə Kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri, Ə.Qasımzadə küçəsindəki 72 saylı evin 54-cü mənzil alqı-satqı müqaviləsini satıcının adından mənzilin mülkiyyətçisi olmuş Cavabdeh2 atası X2 etibarnamə üzrə nümayəndəsi Hidayət Hüseynov imzalamışdır. Hadi Məmmədov xx.xx.1994-cü ildə Hidayət Hüseynovun adına etibarnamə vermiş və bundan təxminən bir ay sonra xx.xx.1994-cü ildə vəfat etmişdir. Mənzil Hidayət Hüseynov tərəfindən etibarnamə əsasında 29 iyul 1997-ci il tarixdə Hadi Məmmədovun adından İddiaçı satılmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 sentyabr 2015-ci il tarixli 2(006) 5128/2015 saylı qətnaməsi ilə 29 iyul 1997-ci il tarixli alqı-satqı müqaviləsi ləğv edilməklə mənzil üzərində qanun üzrə vərəsə kimi Cavabdeh2 Hadi oğlunun mülkiyyət hüququ tanınmışdır. Cavabdeh2 Hadi oğlu mənzil üzərində özünün mülkiyyət hüququ dövlət qeydiyyatına alındıqdan sonra 16 aprel 2016-cı il tarixdə onu notariat qaydasında müqavilə bağlamaqla digər Cavabdeh1 satmışdır. Bakı Apellyasiya Məhkəməsinin 06 aprel 2017-ci il tarixli 2(103)-2785/2017 saylı qətnaməsi ilə Nəsimi Rayon Məhkəməsinin 29 sentyabr 2015-ci il tarixli qətnaməsi ləğv edilmiş, qətnamənin icrasına dönüş edilərək, mübahisəli mənzilə dair Cavabdeh2 Hadi oğlunun adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin bu qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin 02 avqust 2017-ci il tarixli 2(102)-5180/2017 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 yanvar 2018-ci il tarixli 2(005) 697/2018 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh2 Hadi oğluna, Cavabdeh1, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı "mənzilin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququna dair qeydin və buna dair verilmiş çıxarışın ləğv edilməsi, mənzildən çıxarılma və mənzilə köçürülmə” tələbinə dair iddiası təmin edilərək, cavabdehlər Cavabdeh2 Hadi oğlu və Cavabdeh1 arasında Bakı şəhəri, Ə.Qasımzadə küçəsi 72 nömrəli evin 54 nömrəli mənzilinin alqı-satqısı barədə Bakı şəhəri 32 saylı Dövlət Notariat Kontorunda bağlanılmış 16 aprel 2016-cı il tarixli 4Ə-130 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində Cavabdeh1 mülkiyyət hüququna dair qeydin və buna dair verilmiş çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Ə.Qasımzadə küçəsi 72 nömrəli evin 54 nömrəli mənzildən Cavabdeh1 və həmin mənzildə yaşayan digər şəxslərin çıxarılması, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Ə.Qasımzadə küçəsi 72 nömrəli evin 54 nömrəli mənzilinə köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 yanvar 2019-cu il tarixli 2(103) 503/2019 saylı qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 yanvar 2018-ci il tarixli 2(005)-697/2018 saylı qətnaməsi Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 yanvar 2019-cu il tarixli 2(103)-503/2019 saylı qətnaməsindən kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 04 iyun 2019-cu il tarixli 2(102)-4058/2019 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 yanvar 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 29 avqust 2019-cu il tarixli 2(103)-9759/2019 saylı qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 yanvar 2018-ci il tarixli 2(005)-697/2018 saylı qətnaməsi ləğv edilmiş, iddia təmin edilməmişdir. Həmin qətnamədən İddiaçı verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 dekabr 2019-cu il tarixli 2(102) 8105/2019 saylı qərarı ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 29 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə şikayətlə müraciət edərək Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 dekabr 2019cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 10 fevral 2021-ci il tarixli qərardadı ilə İddiaçı şikayəti üzrə konstitusiya işinin icraatına xitam verilmiş və ona dəymiş zərərin əvəzini Cavabdeh2 tələb etmək hüququ izah olunmuşdur. Göründüyü kimi iş üzrə Cavabdeh2 məhkəmə qətnamələri ilə mübahisəli əmlak üzərində hər hansı bir hüququ olmadan sərəncam vermiş və faktiki olaraq iddiaçıya məxsus əmlakı digər cavabdeh olan Cavabdeh1 satmışdır. Satmaqla Cavabdeh2 iddiaçıya maddi ziyan vurmasına dair birinci instansiya məhkəməsinin mövqeyi ilə kollegiya razılaşır. Birinci instansiya məhkəməsi baxışı zamanı ünvan 1 ünvanında yerləşən 54 saylı mənzilin müstəqil qiymətləndirilməsi üçün iş materialları mütəxəssisə təqdim edilmişdir. "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, ünvan 1, mənzil 54 (Yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinin xx.xx.2025-ci il tarixə olan bazar dəyəri 148.000 manat məbləğində müəyyən edilmişdir. Belə olan halda Məhkəmə Kollegiyası,hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, Cavabdeh2 148.000 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməlidir. Apellyasiya şikayətinin dəlilləri isə əsassız olmuşdur. Belə ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, Cavabdeh2 mübahisəli əmlak üzərində hər hansı bir hüququ olmadan sərəncam versə də, həmin proseslər məhz hazırki Mülki Məcəllənin qüvvədə olduğu vaxt baş vermişdir. Lakin hazırki mübahisənin kökü Bakı Apellyasiya Məhkəməsinin 06 aprel 2017-ci il tarixli qətnaməsi ilə Nəsimi Rayon Məhkəməsinin 29 sentyabr 2015-ci il tarixli qətnaməsinin ləğv edilməsi və bu qətnamənin Azərbaycan Respublikası Ali Məhkəməsinin 02 avqust 2017-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılması ilə bağlı olduğu üçün hazırki işə köhnə Mülki Məcəllənin normalarının tətbiq edilməsi yol verilməzdir, çünki MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Apellyasiya şikayətinin iddiaçıya vurulmuş zərərin ödənilməsinə görə məsuliyyət 1997-ci ildə müqavilə bağlanarkən adı mənzilin formal satıcısı kimi keçmiş Hadi Məmmədovun (həmin vaxt vəfat etmişdir) deyil, həmin mənzili qanunsuz və faktiki satmış (bu hal əvvəlki qanuni qüvvəsini almış qətnamələrlə də müəyyən edilmişdir) Hidayət Hüseynovun üzərinə düşməsinə dair dəlili ilə əlaqədar əvvəla qeyd olunmalıdır ki, İddiaçı zərərin dəyməsi cavabdeh tərəfindən vurulması barədə işin hallarına uyğun olması Cavabdeh2 məhkəmə qətnamələri ilə mübahisəli əmlak üzərində hər hansı bir hüququ olmadan sərəncam verməsinə dair qanuni qüvvəsini almış məhkəmə aktları ilə öz təsdiqini tapmışdır. Həmçinin də kollegiya qeyd edir ki, mənzil Hidayət Hüseynov tərəfindən etibarnamə əsasında 29 iyul 1997-ci il tarixdə Hadi Məmmədovun adından İddiaçı satılarkən Hidayət Hüseynovun mülkiyyətçinin ölümündən xəbəri olub- olmamasından asılı olmayaraq aralarında bağlanmış alqı-satqı müqaviləsinin qanuni əsaslarla olmasına dair qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin 06 aprel 2017-ci il tarixli qətnaməsi ilə yanaşı, həmçinin bu baxımdan tərəflər arasında uzun müddət davam edən məhkəmə çəkişmələrinin nəticəsi olaraq Cavabdeh2 qanunsuz hərəkətləri nəticəsində dəymiş ziyanın əvəzinin tələb edilməsi hüququnun olması izah edilməsinə dair İddiaçı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 10 fevral 2021-ci il tarixli qərardadının da mövcudluğunun nəzərə alınması mütləqdir. Cavabdehin məhkəmə iclasında iştirakının təmin edilməməsi ilə bağlı dəlilinə gəlincə Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclasları barədə bildirişlər kağız daşıyıcıda cavabdehə göndərilmiş, lakin cavabdeh məhkəmə iclaslarında iştirak etməmişdir. Bu əsasdan kollegiya məhkəmə araşdırmasının tərəflərin çəkişmə prinsipinin pozulması ilə aparılması ilə bağlı cavabdehin apellyasiya şikayətinin dəlilini əsassız hesab edir. Bu baxımdan Məhkəmə Kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsi barədə düzgün nəticəyə gəlmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə Kollegiyası,qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası,

Qət etdi:

Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-119/2025 nömrəli, 19 mart 2025ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh2 özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar