Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5250/2020 08.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı avtomobilin qanunsuz istifadədən geri alınması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(094)-125/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı avtomobilin qanunsuz istifadədən geri alınması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin xx xxxx 2020-ci il tarixli 2(094)-125/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, İddiaçı məxsus istehsal ili 2005-ci il olan “Ford Explorer” minik markalı, Az **-OE-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh qanunsuz istifadəsindən geri alınaraq mülkiyyətçisi İddiaçı verilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh tərəfindən apelyasiya şikayəti verilmişdir. Apelyator ərizə ilə məhkəməyə müraciət edərək apelyasiya şikayətindən imtina etdiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası ərizəni nəzərdən keçirib iş materiallarını tədqiq edərək hesab edir ki, cavabdehin apelyasiya şikayətindən imtinası qəbul edilməli, iş üzrə apelyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369-cu maddəsinə əsasən işdə iştirak edən şəxsin apelyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Apelyasiya şikayəti verən şəxs apelyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apelyasiya qaydasında baxa bilər. Şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apelyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apelyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası hesab edir ki, qətnamədən Cavabdeh verdiyi apelyasiya şikayətindən imtina etməsi qanuna zidd olmadığından qəbul olunmalı və ərizəçiyə münasibətdə apelyasiya icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 369.4, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(094)-125/2020 saylı qətnaməsindən Cavabdeh apelyasiya şikayətindən imtinası qəbul edilsin və ona münasibətdə apelyasiya icraatına xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-5250/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5250/2020
08.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver