Məhkəmə qərarları › İş №2(103)-5252/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5252/2023

16.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5252/2023 16.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş (Açar sözlər: «avtomobilin geri qaytarılması») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-992/2023 saylı, 08 iyun 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-6873/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə iddiaçı “Nikoyl” İKB-nın xeyrinə cavabdeh İddiaçı ümumilikdə 6335,58 manat məbləğində pul vəsaitinin tutulması, tutmanın ipoteka predmeti olan cavabdeh İddiaçı məxsus “VAZ-21214” markalı, 99FZ203 dövlət qeydiyyat nişanlı, 2013-cü il buraxılışlı, XTA212140D2152357 ban, ******* mühərrik nömrəli, ağ rəngli minik avtomobilinə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılması və satışdan əldə olunan pul vəsaitinin hesabına ümumilikdə 6335,58 manat borcun “Nikoyl” İKB-ya ödənilməsi, avtomobilin satışından əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsinin cavabdeh İddiaçı verilməsi, satışdan əldə olunan vəsaitin qətnamənin icrasına yetərli olmadığı halda isə, qətnamənin ümumi qaydada icra edilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.

2. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-819/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-6873/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi; Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4740/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə isə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 819/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

3. Ali Məhkəmənin həmin qərarı ilə həmçinin müəyyən edilmişdir ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-5818/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər X8 və X5 qarşı cavabdehlərdən 2013- cü il buraxılışlı, “VAZ-21214” markalı, ** FZ *** dövlət qeydiyyat nişanlı, XTA212140D2152357 ban, ******* mühərrik nömrəli, ağ rəngli minik avtomobilinin alınıb iddiaçıya qaytarılması və 6335,58 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən alınıb iddiaçıya ödənilməsi barədə iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-676/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi “X6 2013-cü il buraxılışlı, “VAZ-21214” markalı, ** FZ *** dövlət qeydiyyat nişanlı, XTA212140D2152357 ban, ******* mühərrik nömrəli, ağ rəngli minik avtomaşının alınıb iddiaçıya qaytarılmasının rədd edilməsi” hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddianın təmin edilməsi, X6 2013-cü il buraxılışlı, “VAZ-21214” markalı, ** FZ *** dövlət qeydiyyat nişanlı, XTA212140D2152357 ban, ******* mühərrik nömrəli, ağ rəngli minik avtomaşının alınıb İddiaçı qaytarılması, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-4358/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə cavabdeh X10 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Bakı Apellasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-819/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-5818/2019 saylı, xx.xx.2019-cu il tarixli onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, İddiaçı tərəfindən X8 və X5 avtomobilə dair etibarnamə verildlikdən sonra, X10 tərəfindən X4 xx.xx.2013-cü il tarixdə etibarnamə verilmiş və ondan sonra isə xx.xx.2014-cü ildə Cavabdeh adlı şəxsə etibarnamə verilmişdir. Hal-hazırda isə mübahisə predmeti olan avtomobil axtarışdadır. Hazırda mübahisəli avtomobilin cavabdehlərin faktiki sahibliyində olması öz təsdiqini tapmamışdır.

4. Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli kömpüterdən çıxarışa əsasən «VAZ-21214» markalı ** FZ *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı adına qeydiyyata alınmışdır və həmin avtomaşına dair sonuncu dəfə etibarnamə xx.xx.2014-cü ildən xx.xx.2019-cu il tarixədək Cavabdeh adına verilmişdir. Həmin avtomobil hazırda İddiaçı mülkiyyətindədir.

Birinci instansiya məhkəməsində icraat:

5. İddiaçı Cavabdeh qarşı avtomaşının geri qaytarılması barədə tələb ilə məhkəməyə müraciət edərək Cavabdeh 2013-cü il buraxılışlı, “VAZ-21214” markalı, 99FZ203 dövlət qeydiyyat nişanlı, XTA212140D2152357 ban, ******* mühərrik nömrəsi, ağ rəngli nəqliyyat vasitəsinin alınıb ona qaytarılması, nəqliyyat vasitəsinin olmadığı təqdirdə 8.500 manat pulun və ödənilmiş 100 manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Tələbdə göstərir ki, X9 ilə aralarında səmimi münasibət var idi. Bir gün Lətif ona bildirmişdir ki, “mənim yaxın adamlarım var, mənim və onların adına bir neçə maşın var. Sənin adına bankdan pul götürək maşın alaq, sən narahat olma pulunu mənim yaxın adamlarım ödəyəcəklər”. O, aralarında olan münasibətə görə Lətifə inanmışdır. xx.xx.2013-cü il tarixdə “Nikoyl” X2 21% olmaqla 36 aylıq 8600 manat kredit müqaviləsi əsasında 2013-cü il buraxılışlı “VAZ-21214” markalı, 99FZ203 dövlət qeydiyyat nişanlı, XTA212140D2152357 ban, ******* mühərrik nömrəli, ağ rəngli avtomobil alaraq etibarnamə əsasında X8 və X5 vermişdir. Bir müddət keçəndən sonra ona bəlli olmuşdur ki, onu aldadıblar və onun mülkiyyətində qalan maşının krediti ödənilmir. Cavabdehlər X10 və X7 ilə şifahi razılığa əsasən 22 ay hər ay 280 manat kredit müqaviləsi üzrə ödəniş öhdəliyini öz üzərinə götürmüşdür. Mülkiyyətində olan 2013-cü il buraxılışlı, “VAZ-21214” markalı, 99FZ203 dövlət qeydiyyat nişanlı, Bakı şəhəri 32 saylı xüsusi notariat kontoru tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli etibarnamə əsasında cavabdehlərə vermişdir. 2015-ci ilin fevral ayında ona bəlli olmuşdur ki, cavabdeh öz öhdəliyini yerinə yetirmir, banka olan borcu ödəmir. O, cavabdehlərə banka olan borcu ödəməsinin vacib olduğunu bildirsə də, lakin cavabdehlər krediti ödəməkdən və ona məxsus avtomaşını qaytarmaqdan boyun qaçırır. Həmin etibarnamə xx.xx.2016-cı il tarixli ərizəsi əsasında ləğv edilmişdir. Sonradan ona bəlli olmuşdur ki, mübahisə predmeti olan 2013-cü buraxılışlı, “VAZ-21214” markalı, 99FZ203 dövlət qeydiyyat nişanlı, XTA212140D2152357 ban, ******* mühərrik nömrəsi, ağ rəngli avtomobil hal-hazırda etibarnamə əsasında hərrac yolu ilə Cavabdeh satılmış onun istifadəsindədir. “Nikoyl” X1 qarşı iddiası Nizami Rayon Məhkəməsinin qətnaməsi ilə təmin edilərək ondan 6355,58 manat pulun “Nikoyl” X3 xeyrinə tutulması və tutma ipoteka predmeti olan ona məxsus 2013-cü il buraxılışlı, “VAZ-21214” markalı, 99FZ203 dövlət qeydiyyat nişanlı, XTA 212140D2152357 ban, ******* mühərrik nömrəli, ağ rəngli avtomobilə yönəldilməsi, həmin avtomobil açıq hərracda satılması əldə olunan pul vəsaiti hesabına ümumilikdə 6335,58 manat məbləğində borc “Nikoyl” İKB-na ödənilməsi qət edilmişdir. Buna görə də cavabdehlər avtomobildən istifadə, habelə əlaqəli hüquqlara dair etibarnamə əsasında verdiyi avtomaşın məhkəmə qərarı əsasında alınıb ona qaytarılmalıdır.

7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-992/2023 saylı, 08 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakim Şahin Abdullayev) iddia tələbinin qismən təmin edilərək «VAZ- 21214» markalı 99FZ203 dövlət qeydiyyat nişanlı, 2013-cü il buraxılışlı, XTA212140D2152357 ban, ******* mühərrik nömrəli, ağ rəngli avtomobilin Cavabdeh alınaraq İddiaçı verilməsi; Cavabdeh İddiaçı xeyrinə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 (yüz) manat məbləğində pulun tutulması; iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi qənaətində göstərir ki, etibarnamə nəqliyyat vasitəsinin idarə edilməsinə səlahiyyət verən sənəd olduğundan, mübahisəli nəqliyyat vasitəsinin idarə edilməsinə dair mülkiyyətçi olan iddiaçı tərəfindən üç şəxsə etibarnamə verilsə də, sonuncu etibarnamə cavabdeh qismində göstərilən Cavabdeh verildiyindən, etibar edilən digər şəxslərin sahibliyində isə avtomobilin olması qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmədiyindən, etibarnamə olmayan şəxs tərəfindən avtomaşının idarə olunması və həmin şəxsin sahibliyində olması məntiqli və mümkün ola bilən hal kimi hesab edilə bilmədiyindən, məhkəmə hesab edib ki, həmin avtomaşının sonuncu etibar edilən şəxsdə olması ehtimal edilməli və məhz həmin şəxsin hazırki tələbə dair cavabdehlik daşıması nəzərə alınmalıdır. Məhkəmə qeyd edib ki, iddiaçının mülkiyyətində olan və cavabdehin etibarnaməli idarəçiliyində olan avtomaşına dair iddiaçının bank qarşısında olan öhdəliklərin icrası barədə pulun tutulması və tələbin həmin avtomaşına yönəldilməsinə dair məhkəmə qərarı mövcud olduğundan, tələbin həmin avtomaşına yönəldilməsi üçün onun axtarışına dair qərar qəbul edildiyindən, avtomaşının digər şəxsin sahibliyində olması iddiaçının mülkiyyət hüquqlarının pozulması kimi qiymətləndirilməli olduğundan, cavabdeh avtomaşına dair hər hansı bir hüquqlara malik olmadığından, iddiaçı mülkiyyətində olan daşınar əmlakın geri qaytarılmasını tələb etməkdə haqlıdır. Mübahisənin qanuni həlli baxımından qeyd edilmişdir ki, hazırki iddianın hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsi təşkil edir. Həmin maddə ilə təsbit olunmuş mülkiyyətçinin öz əmlakını başqasının qanunsuz sahibliyindən tələb etməsi məqsədi ilə məhkəməyə verdiyi iddia vindikasiya iddiası adlanır. Vindikasiya iddiasının predmeti əmlakın qanunsuz sahiblikdən qaytarılması tələbidir. Vindikasiya iddiasına görə mülkiyyətçi öz əmlakının ancaq natura halında qaytarılmasını tələb edə bilər. Əgər əmlak natura halında mövcud deyilsə, bu halda mülkiyyətçi əmlakın geri qaytarılması üçün vindikasiya iddiası deyil, ona dəymiş zərərin əvəzinin ödənilməsi üçün ümumi mülki-hüquqi iddia qaldırmalıdır. Vindikasiya iddiasının qaldırılması üçün aşağıdakı şərtlər birlikdə mövcud olmalıdır:

1. İddiaçı əmlakın mülkiyyətçisi olmalıdır;

2. İddiaçı əmlaka faktiki sahiblikdən məhrum olunmalıdır;

3. İddiaçının sahibliyindən çıxmış əmlak başqa şəxsin faktiki sahibliyində natura halında qalmış olmalıdır;

4. Başqa şəxsin əmlaka sahibliyi qanunsuz olmalıdır. Hazırki iş üzrə tələb əmlakın geri qaytarılması, mövcud olmadığı təqdirdə isə onun dəyərinin cavabdehdən tutulması ilə bağlıdır. Məhkəmə hesab edib ki, iddiaçı avtomaşının mülkiyyətçisi olduğundan və mülkiyyətində olan avtomaşının digər şəxsin - sonuncu etibar etdiyi şəxsin istifadəsində olması onun mülkiyyətçi kimi hüquqlarını məhdudlaşdırdığından, iddia tələbi avtomaşının cavabdehdən alınıb geri qaytarılması hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddia tələbinin əmlakın mövcud olmadığı təqdirdə onun dəyəri olan 8500 manat məbləğində pulun cavabdehdən tutulması hissəsində qeyd edir ki, həmin tələb təmin edilməməlidir. Belə ki, yuxarıda qeyd edildiyi kimi, yalnız əmlak naturada mövcud olmadığı halda mülkiyyətçi ona dəymiş ziyanla bağlı tələb irəli sürməkdə haqlı hesab edilə bilər. İşin faktiki halından müəyyən edilir ki, avtomaşının axtarışı barədə qərar qəbul edilsə də, onun mövcud olmaması sübuta yetirilməyincə, ziyanla bağlı irəli sürülmüş tələb əsaslı hesab edilə bilməz. Avtomaşının axtarışda olması onun mövcud olmaması anlamına gəlinmədiyindən, iddiaçı isə avtomaşının mövcud olmamasına dair sübutu məhkəməyə təqdim edə bilmədiyindən məhkəmə hesab etmişdir ki, həmin hissədə tələb təmin edilməməlidir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

9. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin qismən, yəni iddiasının təmin edilmədiyi hissədə ləğv edilməsi və tələbinin nəqliyyat vasitəsinin olmadığı təqdirdə 8.500 manat pulun iddiaçıya qaytarılması hissəsində də təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmiş və şikayəti onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə edilən sənədlərdən müəyyən olunur ki, 2016-cı il tarixdən nəqliyyat vasitəsinin tapılması ilə əlaqədar tədbirlər görülməsinə baxmayaraq keçən yeddi il ərzində cavabdeh nəqliyyat vasitəsini qaytarmamış, banka olan borcu ödəməmiş, etibarnamənin ləğv edilməsinə baxmayaraq səlahiyyəti olmadan nəqliyyat vasitəsinə sahiblik etməyə davam etmişdir. Hazırda nəqliyyat vasitəsinin amortizasiya xərcləri artmış, dəyəri aşağı düşmüşdür. Cavabdeh həm nəqliyyat vasitəsini qaytarmamaqla, həm də bank qarşısında olan öhdəliyini icra etməməklə iddiaçını maddi ziyana salmışdır. Maddi ziyan tələbinin hazırkı qətnamənin icrasının nəticəsindən asılı edilməsi əsassızdır, belə ki, onsuz da 2016-cı il tarixdən axtarışda olan nəqliyyat vasitəsi bugünədək tapılmamışdır.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

10. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməmiş, cavabdeh isə qeydiyyatda olduğu ünvanda yaşamadığından məhkəmə bildirişi “bu ünvanda yaşamır” qeydi yazılmaqla məhkəməyə geri qaytarılmışdır. Məhkəmə, Mülki Prosessual Məcəlləsinin 147 və 376.2-ci maddəsinə əsasən, mülki işə İddiaçı və Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 152.8. Mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.2, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırmaması, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

Apellyasiya baxışının hədləri:

13. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin qismən, yəni iddianın təmin edilmədiyi hissədə ləğv edilməsi və həmin hissədə də iddianın təmin edilməsi üçün əsasdır.

14. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

16. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də şikayətin məzmunundan görünür ki, iddia qismən təmin edildiyi üçün şikayətin obyektini qətnamənin bir hissəsi, yəni iddia tələbinin təmin edilmədiyi hissə (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilmədiyi hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

17. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

18. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin mübahisələndirilən, yəni iddianın təmin edilmədiyi hissədə iş üzrə gəldiyi nəticə düzgün olmamışdır.

19. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın təmin edilməyən hissəsində faktiki hallar Mülki Məcəllənin yuxarıda göstərilən normalarının dispozisiya şərtləri ilə uzlaşdığından və cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxa bilməyəcəyinə görə iddia avtomobil mövcud olmadıqda onun dəyərinin qaytarılması hissəsində də əsaslı sayılırdı.

20. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi “...əgər əmlak natura halında mövcud deyilsə, bu halda mülkiyyətçi əmlakın geri qaytarılması üçün vindikasiya iddiası deyil, ona dəymiş zərərin əvəzinin ödənilməsi üçün ümumi mülki-hüquqi iddia qaldırmalıdır” mövqeyini ifadə etsə də, yekun qənaətində buna zidd qətnamə qəbul etmişdir.

21. Çünki, mübahisə predmeti olan 2013-cü buraxılışlı, “VAZ21214” markalı, 99FZ203 dövlət qeydiyyat nişanlı avtomobil yeddi ildir ki, axtarışdadır və bu günə qədər mövcud olub-olmaması bəlli deyil. Demək, həmin avtomobilin hazırda mövcud olub-olmaması sual altında olduğundan iddiaçı da real vəziyyətə uyğun, yəni avtomobil olmadığı təqdirdə dəyərinin ona qaytarılması hissəsində də haqlı tələb irəli sürmüşdür. Məhkəmə isə avtomaşının axtarışı barədə qərar qəbul edilsə də, onun mövcud olmaması sübuta yetirilməyincə, ziyanla bağlı irəli sürülmüş tələb əsaslı hesab edilə bilməz, avtomaşının axtarışda olması onun mövcud olmaması anlamına gəlinmədiyindən, iddiaçı isə avtomaşının mövcud olmamasına dair sübutu məhkəməyə təqdim edə bilmədiyindən həmin hissədə tələb təmin edilməməlidir qənaətinə gəlmişdir.

22. Məhkəmənin bu mövqeyi əsaslı ola bilməz. Çünki, iddia tələbindən açıq-aşkar görünür ki, iddiaçı hər iki tələbinin eyni anda təmin edilməsini istəməmişdir. Başqa sözlə, bu tələblər alternativ tələblər sayılır, yəni, birinin təmin edilməsi mümkün olmadıqda, onun alternativinin-dəyərinin cavabdehdən alınıb ona verilməsini xahiş edir. Ona görə də avtomobil mövcud olmaması sübuta yetirilməyincə ziyanla bağlı irəli sürülmüş tələb əsaslı hesab edilə bilinməməsini bildirərkən məhkəmə bu mövqeyini əsaslandırmalı idi. Qəbul edilə bilər ki, avtomobilin axtarışda olması, onun mövcud olmaması anlamına gəlmir. Ancaq axtarışda olan avtomobilin mövcud olmamasına dair sübutun olmaması onun mövcud olmadığı halda dəyərinin cavabdehdən alınmasına dair tələb irəli sürülməsini və bunun təmin olunmasını istisna etmir. Bu cür tələb irəli sürülməsi Mülki Prosessual Məcəllənin 222.1-ci maddəsinin tələbinə də uyğun olmuşdur.

23. Bu səbəbdən, mülki iş apellyasiya icraatında olarkən məhkəmə mübahisə predmeti olan 2013-cü buraxılışlı, “VAZ21214” markalı, 99FZ203 dövlət qeydiyyat nişanlı, XTA212140D2152357 ban, ******* mühərrik nömrəsi, ağ rəngli avtomobilin hal-hazırda orta bazar qiymətinin nə qədər olması barədə qiymətləndiriciyə sorğu ünvanlamışdır. "xxxx" Qiymətləndirmə Şirkəti MMC tərəfindən verilmiş MB 16/1325, 04 oktyabr 2023-cü il tarixli mütəxəssis rəyində qeyd edilib ki, 2013-cü buraxılışlı, “VAZ21214” markalı, 99FZ203 dövlət qeydiyyat nişanlı avtomobilin hal-hazırda orta vəziyyətdə bazar dəyəri 10.600 (on min altı yüz) manat təşkil edir. Lakin iddiaçı tələbində mübahisə predmeti olan avtomobil olmadığı təqdirdə onun dəyəri kimi 8500 (səkkiz min beş yüz) manat alınıb ona verilməsini xahiş edib.

24. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göründüyü kimi, hazırki işin həlli üzrə qanunla nəzərdə tutulan hansısa müstəsna hallar yoxdur. Ona görə də məhkəmə irəli sürülən tələb həddində mübahisələndirilən hissədə iddianın təmin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir.

25. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, cavabdeh üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın mübahisələndirilən hissədə təmin olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıqaşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda deliktlərdən irəli gələn öhdəliklər, hüquqdan pis niyyətlə başqalarına zərər vurmaq üçün sui-istifadə etmənin qadağan olunması institutlarının yaranmasına da zərurət və əsas olmazdı.

26. Şərh olunanlara əsasən, apellyasiya şikayəti təmin edilməli; Mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-992/2023 saylı, 08 iyun 2023-cü il tarixli qətnaməsi qismən, yəni iddianın təmin edilmədiyi hissəsində ləğv edilməli və həmin hissədə də iddia təmin edilməli; Mübahisə predmeti olan 2013-cü buraxılışlı, “VAZ21214” markalı, 99FZ203 dövlət qeydiyyat nişanlı, XTA212140D2152357 ban, ******* mühərrik nömrəsi, ağ rəngli avtomobil olmadıqda onun dəyəri olan 8.500(səkkiz min beş yüz) manat Cavabdeh alınaraq İddiaçı ödənilməli;

27. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

İddiaçı apellyasiya şikayəti təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-992/2023 saylı, 08 iyun 2023-cü il tarixli qətnaməsi qismən, yəni iddianın təmin edilmədiyi hissəsində ləğv edilsin və həmin hissədə də iddia təmin edilsin. Mübahisə predmeti olan 2013-cü buraxılışlı, “VAZ21214” markalı, 99FZ203 dövlət qeydiyyat nişanlı, XTA212140D2152357 ban, ******* mühərrik nömrəsi, ağ rəngli avtomobil olmadıqda onun dəyəri olan 8.500(səkkiz min beş yüz) manat Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qiymətləndiricinin xidmət haqqı 300 (üç yüz) manat Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin VÖEN: ********** H h № AZ33İBAZ******************** "Azərbaycan Beynəlxalq Bankı” ASC Yasamal filialı Kodu: 805562 VÖEN: ********** Müxbir hesab: AZ03NABZ******************** S W.İ.F T BİK. İBAZAZ2X hesabına köçürülsün. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar