Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5266/2020 23.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, X9 və X7 ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi və vəkili X3 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(006)-656/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «qızıl-zinət əşyalarının, soyuducunun və pulun qaytarılması» tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, iddia ərizəsində adları qeyd olunan 3850 manat dəyərində qızıl-zinət əşyalarının, soyuducunun, onlar mövcud olmadıqda dəyərinin və 2800 manat pul vəsaitinin, cəmi 7150 manatın Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM- in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində adları qeyd olunan 3850 manat dəyərində qızıl-zinət əşyalarının, soyuducunun, onlar mövcud olmadıqda dəyərinin və 2900 manat pul vəsaitinin, cəmi 7150 manatın Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o tənha qadındır. Maddi durumu çox ağırdır. Son illərədək bacısının evində yaşamışdır. Bacısının evi yandığına görə evindən çıxmalı olmuşdur. Bu səbəbdən, özünə məxsus qızıl-zinət əşyalarını, sənədləri və sair əşyaları Cavabdeh vermişdir ki, saxlasın. Müəyyən müddət sonra bir məclisə gedərkən taxmaq üçün cavabdehə verdiyi qızılları istəmişdir. Cavabı bu olmuşdur ki, qızıllarını verməyəcək. Cavabdehin qızı da demişdir ki, qızılları onlarda yoxdur. Məlum olmuşdur ki, cavabdeh onun qızıllarını mənimsəmişdir. Bacısı Cəmiləyə 1 ədəd qızıl sep, 2 ədəd qızıl qolbağı, 2 ədəd qızıl üzük, özünə məzsus sənədlər və pul vermişdir. Həmçinin lotereya oyunu ilə bağlı cavabdehə 900 manat pul vermişdir. Sənədlərini qaytarsalar da, nə qızılını, nə də pullarını vermirlər. Müxtəlif bəhanələr gətirərək, qızıllarını qaytarmaqdan və pulunu ödəməkdən yayınmışlar. Polisə müraciət etmişdir. İzahatlar alınmışdır. Cəmilənin izahatı belə olmuşdur ki, onların evində qalmışdır, onların vəziyyətini, xəstəliklərini görmüşdür, müalicə üçün pul tapa bilməyiblər, qızılları görməyib, onda olan qızılların ona anasından və qayınanasından qalmasını, qızılları sataraq dava-dərmana sərf etdiyini qeyd etmişdir. O, özünə məxsus qızılları saxlanc üçün cavabdehə vermişdir. Çünki daimi yaşayış yeri yox idi. Həmin qızılları xeyli müddət əvvəl Mərkəzi Univermaqdan almışdır. Qeyd etdiyi bu faktları onu tanıyan bəzi şəxslər təsdiq edə bilərlər. Yəni, məhkəməyə şahidlər dəvət edə bilər. O, özünə məxsus halal əmlakını cavabdehdən istəyir. Çıxılmaz vəziyyətdə qalmışdır. Məcburiyyət qarşısında məhkəməyə müraciət etmişdir. Tələb etdiyi qızıl-zinət əşyalarının dəyəri aşağıdakı kimidir: Boyunbağı və qolbaq dəsti, 30 qram çəkidə, 585 əyarlı, 2100 manat dəyərində; «Yarpaq» qolbaq, 10 qram çəkidə, 585 əyarlı, 700 manat dəyərində; Nişan üzüyü, 11 qram çəkidə, 585 əyarlı, 770 manat dəyərində; Zefir üzük, 4 qram çəkidə, 585 əyarlı, 280 manat dəyərində. Bundan başqa «Beko» markalı soyuducu və 2800 manat nağd pul cavabdehdə qalmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(006)-656/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, boyunbağı və qolbaq dəsti, 30 qram çəkidə, 585 əyarlı, 2.075 manat dəyərində; «Yarpaq» qolbaq, 10 qram çəkidə, 585 əyarlı, 690 manat dəyərində; Nişan üzüyü, 11 qram çəkidə, 585 əyarlı, 759 manat dəyərində; Zefir üzük, 4 qram çəkidə, 585 əyarlı, 276 manat dəyərində; dəyəri 400 manat olan «Beko» markalı soyuducu, onlar mövcud olmadıqda isə onların dəyəri 4.200 manat (qızılzinət əşyalarının dəyəri 3.800 manat, soyuducunun dəyəri 400 manat olmaqla, cəmi 4.200 manat, ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilməsi, ekspertiza (qiymətləndirmə) tədqiqatının dəyəri olan 120 manat Cavabdeh alınaraq «xxxxxxxxxxxxxxx» MMC-nin təqdim etdiyi hesaba ödənilməsi və iddianın qalan hissəsinin rədd edilməsi qət olunmuşdur. Qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırır ki, iddiaçının təqdim etdiyi bütün məlumatlar qeyri real və heç bir sübut təsdiqini tapmayan məsələ olmuşdur. Belə ki, iddiaçı cavabdehdən qızıl-zinət əşyaları, soyuducu, 2800 manat pul və ya ümumi hamısının dəyəri olan 7150 manat pulun tələbini irəli sürmüşdür. İddiaçı hər kəsə məlum olduğu kimi, 2009-cu ildən 2014-cü ilə qədər cavabdehin himayəsində yaşamışdır. O öz iddia ərizəsində qeyd etdiyi bütün qızıl əşyalarının ona məxsus olmasını, həmin qızılları həqiqətən məxsus olduğu təqdirdə cavabdehə hansı tarixdə və şəraitdə verməsi ilə cavabdeh tərəfindən həqiqətən də mənimsənilməsinə dair mötəbər sübutlar təqdim edə bilməmişdir. Onun təqdim etdiyi fotoşəkillərin bir çoxunda tarix olmaması və digər səbəblərdən ona məxsusluğunu sübuta yetirən heç bir sübut mövcud deyildir. O məhkəmə zalına yalnız sözügedən qızılların həqiqətən də cavabdehə verilməsini, onun tərəfindən hansı tarixdə və hansı şəraitdə mənimsənilməsini təsdiqləyən heç bir sübutu olmayan doğma qardaşları Qasımov Onvər, Qasımov Arif və məsələlərlə heç bir aidiyyəti olmayan və məsələlərə dair şahidlik statusu daşımayan Səfərəliyeva Gülcahanı şahid qismində cəlb etdirmişdir. "Şahidlərin" (əslində şahidllik statusu daşıya bilməyən şəxslər) hər birinin sanki əvvəlcədən planlı şəkildə sözləşmiş kimi eyni məzmunda izahat verməsi belə (guya iddia olunan qızılların iddiaçıda mövcud olması, cavabdeh tərəfindən mənbəyi məlum olmayan lombarda qoyulması və lombardda batırılması) iddiaçınnı iddiasını sübuta yetirən fakt kimi sübuta yetirilə bilməz.Birinci instansiya məhkəməsinin hakimi sübut toplamaq səbəbi ilə "qiymətləndirməyə dair" qərardad qəbul etmiş və icra olunması üçün "xxxxxxxxxxxxxxx" MMC-yə göndərmişdir. Hakim öz qərardadında iddiaçı tərəfindən həmin iddia etdiyi qızılların şəxsən ona məxsus olması sübuta yetirilmədiyi halda qızılların konkret şəkilərini və əyyarlarını qeyd etmişdir, halbuki iddiaçı tərəfindən məhkəməyə təqdim edilən yeganə "sübut" üzərində heç bir tarix əks olunmayan çox köhnə fotoşəkillər əks olunmuşdur. Hansı ki, həmin şəkillərdə qızılların əyyarı və çəkisini, ən əsası iddiaçıya məxsus olmasını təsdiqləyən heç bir mötəbər fakt mövcud deyildir. Məhkəmə kolegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X8 apelyasiya şikayətinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini və qətnamənin ləğv olunaraq, iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə kolegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilməədn qüvvədə saxlanılamsını xahiş etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları, apelyasiya şikayətinin dəllilərini və tərəflərin izahatını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: «xxxxxxxxxxxxxxx» MMC-nin xx.xx.2020-ci il tarixli 0075/20/Mİ saylı rəyindən görünür ki, iddia ərizəsində qeyd olunan qızıl-zinət əşyalarının ümumilikdə bazar qiyməti 3.800 manat təşkil edir (Boyunbağı və qolbaq dəsti, 30 qram çəkidə, 585 əyarlı, 2.075 manat dəyərində; «Yarpaq» qolbaq, 10 qram çəkidə, 585 əyarlı, 690 manat dəyərində; Nişan üzüyü, 11 qram çəkidə, 585 əyarlı, 759 manat dəyərində; Zefir üzük, 4 qram çəkidə, 585 əyarlı, 276 manat dəyərində). Bundan əlavə işin birinci instansiya məhkəməsində baxışı zamanı dindirilmiş şahid X5 ifadəsində bildirmişdir ki, hər iki tərəf bacısıdır. Mayilə həyat yoldaşından ayrıldıqdan sonra bacısı Qızməməgildə yaşamağa başlayıb. Qızməmə xəstə idi, Mayilə ona baxırdı. Sonradan bacısı rəhmətə getdi və evləri yandı, Mayilə də gedib Cəmilə bacısıgildə yaşamağa başladı. Cəmilə bacısı xəstə olduğundan əməliyyat olunmalı idi. Mayilənin qızılların götürüb aparıb lombarda qoyub. Əməliyyat olunub, sonra da Mayilənin nə qızıllarını, nədə ki dəyərini qaytarmayıb. Mayilənin evi yoxdur, çöldə qalıb. O da qızıllarını, pulların istəyir ki, özünə bir daxma tikdirsin. Mayilə bütün toylara taxırdı qızıllarını, hamıda bilirdi ki onundu. Birinci instansiya məhkəməsində baxışı zamanı dindirilmiş şahid X6 ifadəsində bildirmişdir ki, Mayilə həyat yoldaşından ayrıldıqdan sonra gəlib onlarla yaşamağa başlayıb. Anası xəstə olduğundan Mayilə anasına baxırdı. Anası rəhmətə gedəndən sonra köçüb getmişdir Cəmilə xalasıgilə. Eşitdiyinə görə Cəmilə xalası xəstə olduğundan əməliyyat olunmalı idi. Bu səbəbdən Mailənin qızıllarını aparıb qoyub lombarda pul götürüb. Sonra da ödənişlər etməyib deyə qızıllar batıb. Mailə də çöldə qalıb, pullarını istəyir ki, özünə ev tikdirsin. Əvvəllər heç bir problem olmayıb aralarında. Birinci instansiya məhkəməsində baxışı zamanı dindirilmiş şahid X4 ifadəsində bildirmişdir ki, işləmir. Sumqayıt şəhərində 1 otaqlı yataqxanada yaşayır. İddiaçı da, cavabdeh də doğma bacılarıdır. Mailə həyat yoldaşından ayrıldıqdan sonra bacısı Qızməmə gildə yaşamağa başlayıb. Qızməmə xəstə idi, Mayilə ona baxırdı. Sonradan bacısı rəhmətə getdi və evləri yandı. Mayilə gedib Cəmilə bacısıgildə yaşamağa başladı. Cəmilə bacısı Mailənin qızıllarını saxlamaq üçün götürmüşdü. Xəstə olduğundan əməliyyat olunmalı idi. Bu səbəbdən Mayilənin qızıllarını aparıb lombarda qoyub pul götürüb, əməliyyat olunub. Sonra qaytarmayıb qızılları. X15 xəstə olduğu üçün bacısı ilə yaşayırdı, ona baxırdı. Bacısı Mayilənin saxlanması üçün oğlu Məmmədə kömək etməmişdir. Birinci instansiya məhkəməsində baxışı zamanı dindirilmiş şahid X1 ifadəsində bildirmişdir ki, qonşudurlar bu ailə ilə, indiyə qədər əlaqələri var. Cəmilə xanım da onu yaxşı tanıyır. Mailə həyat yoldaşından ayrıldıqdan sonra bacısı Qızməməgildə yaşamağa başlayıb. Qızməmə onun iş yoldaşı olub, daimi gediş-gəlişləri olub onlara. Qızməmə xəstə idi, Mayilə ona baxırdı. Sonradan Qızməmə rəhmətə getmiş və evləri yanmışdır. Mayilə də gedib bacısı Cəmiləgildə yaşamağa başladı. X11 çölə atdıqdan sonra Mayilə gəlib onlarda yaşamağa başladı. Mayilə onlarda qaldıqdan sonra onun evindən heç nə itməyib. Mayilə işləyirdi, Cəmiləyə kömək edirdi. Əvvəllər 4 saylı xəstəxanada işləyib, rəhmətlik bacısı Qızməməgildə yaşadığı müddətdə də onlarla aralarında heç bir problem olmayıb. Mayilənin yaşamaq üçün evi yoxdur, istəyir ki, Cəmilə onun qızıllarını və pullarını qaytarsın, o da gedib özünə 1 otaqlı mənzil tikdirib yaşasın. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinin tələblərinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “Akimova Azərbaycana qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx xxxxxxxx 2007-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumiprinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən, Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasinın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları haqqında Ümumi Bəyannamənin” 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin məcəllənin 157.5-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakın geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib) əmlakın onda olduğu bütün vaxt ərzində onun, götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. İşin faktiki hallarından görünür ki, iddiaçı özünə məxsus olan qızıl-zinət əşyalarını və soyuducunu müvəqqəti saxlanması üçün cavabdehə vermişdir. İşin qeyd olunan halları qızıl-zinət əşyalarına münasibətdə şahid ifadələri, soyuducuya münasibətdə cavabdehin etirafı ilə təsdiq olunur. Qanunvericiliyə əsasən cavabdeh iddiaçıya məxsus olan əşyaları, onlar mövcud olmadıqda isə dəyərini iddiaçıya qaytarmalıdır. İddiaçı cavabdehə pul məbləği verdiyini bildirsə də, həmin halı təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 62.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Cavabdeh apelyasiya şikayətində qeyd edir ki, məhkəmədə şahidllik statusu daşıya bilməyən şəxslər dindirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 104-cü maddəsində şahid qismində dindirilə bilməyən şəxslərin dairəsi göstərilmişdir. Birinci instansiya məhkəməsində dindirilən şahidlər qeyd olunan qanunvericilik normasında göstərilən şəxslərin dairəsinə daxil deyil. Əksinə həmin şahidlərdən iki nəfəri həm iddiaçının, həm də cavabdehin qardaşlarıdır. Beləliklə, məhkəmə kollegiyası toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddianın qismən təmin edilməsi, boyunbağı və qolbaq dəsti, 30 qram çəkidə, 585 əyarlı, 2.075 manat dəyərində; «Yarpaq» qolbaq, 10 qram çəkidə, 585 əyarlı, 690 manat dəyərində; Nişan üzüyü, 11 qram çəkidə, 585 əyarlı, 759 manat dəyərində; Zefir üzük, 4 qram çəkidə, 585 əyarlı, 276 manat dəyərində; dəyəri 400 manat olan «Beko» markalı soyuducu, onlar mövcud olmadıqda isə onların dəyəri 4.200 manat (qızıl- zinət əşyalarının dəyəri 3.800 manat və soyuducunun dəyəri 400 manat olmaqla, cəmi 4.200 manat) Cavabdeh alınaraq İddiaçı verilməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(006)- 656/2020 nömrəli qətnaməsi Cavabdeh münasibətdə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-5266/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5266/2020
23.07.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver