Məhkəmə qərarları › İş №2(103)-5268/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5268/2021

16.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5268/2021 16.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər –Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Bağırlı Mərziyyə Tofiq qızının katibliyi ilə, İddiaçının vəkili X1 iştirakı ilə, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-4407/2020 nömrəli, 27.08.2020ci il tarixli qərardadından mülki iş üzrə İddiaçı vəkili X3 tərəfindən verilmiş şikayətini nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə Azərbaycan Beynəlxalq Bankından Cavabdeh QSC verilən aktivlər üzrə hansı layihələrdən nə qədər borc vəsaitinin daxil oluğu, eləcə də 3,2 milyard ödənilən borcun hansı layihələrdən daxil olduğu barəsindəki məlumatların ona verilməsi vəzifəsinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4407/2020 saylı, 27.08.2020-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh QSCyə qarşı iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılmışdır. İddiaçı vəkili X3 20.04.2021-ci il tarixdə məhkəməyə şikayət ünvanlayaraq ünvan 1rardadının ləğv edilməsini və işə mahiyyəti üzrə yenidən baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qeyrimümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir (74.2.). İş materiallarından görünür ki, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)- 4407/2020 nömrəli, 27.08.2020- ci il tarixli qərardadından şikayət vəkil F.M.Mehdiyev tərəfindən imzalansa da, X1 şikayəti İddiaçı adindan imzalamasına səlahiyyətli olmasına dair etibarnamə əlavə etməmişdir. Apellyasiya baxışı zamanı iddiaçının vəkili X2 şikayəti İddiaçı adindan imzalamasına səlahiyyət verən etibarnamə verilmədiyini bildirmişdir. Mülki Prosessual Məcəllənin 363.1 və 363.1.1-ci maddələrinə görə apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Həmin Məcəllənin 366.1 və 366.2-ci maddələrinin tələblərinə görə apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Kollegiya qeyd edir ki, yaranmış vəziyyətdə İddiaçı şikayətinə baxılması qeyrimümkün hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 363, 364 və 366-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ : Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-4407/2020 nömrəli, 27.08.2020ci il tarixli qərardadından mülki iş üzrə İddiaçı vəkili X2 tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədirlik edən: Sərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar