Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5269/2022 22.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1959/2021 saylı, xx.xx.2022-ci il tarixli qərardadından cavabdeh "xxxx" Şirkəti tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh şirkətinə qarşı “pul” tələbinə dair iddia ərizəsi xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialından 17.323,98 Avro əsas borc, 433,09 Avro illik beş faiz, 1.082,74 Avro maddi və 4.800 Avro mənəvi zərərin əvəzi olmaqla, ümumilikdə 23.639,81 Avro pulun tutularaq ona ödənilməsi baradə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək, cavabdehlər Cavabdeh şirkətindən və Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialından İddiaçı xeyrinə müştərək qaydada - mükafatlar üzrə 17.324 Avro (36.034 manat) pul tutulması; həmin məbləğin 11 ay ərzində qaytarılmamasına görə 794 Avro (1650 manat) faiz borcu tutulması; əsas məbləği əldə etməklə ondan faydalanmağa görə 1.083 Avro (2252 manat) zərərin əvəzinin tutulması; mənəvi zərərə görə hər ay 800 Avro (1664 manat) olmaqla 11 aylıq dövr üçün 8.800 Avro (18.304 manat) pul tutulması; əmək kitabçasının işçiyə işdən çıxdığı sonuncu gün təhvil verilməməsinə görə xx.xx.2020-ci il tarixdən başlayaraq əmək kitabçası rəsmi təqdim edilən tarixədək hər ay üçün 1.790 manat pul hesablanaraq tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialı X1 qarşı “ödənilmiş bonus məbləğinin geri qaytarılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsassız ödənilmiş 4.567,51 Avro mükafatın və ona hesablanmış müvafiq bank uçot dərəcəsi olan 285,47 Avronun həmin günə olan məzənnəyə uyğun olaraq (1 avro = 2,07380 manat) ümumilikdə, 10.051,66 manat vəsaitin İddiaçı tutularaq Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 2(004)- 1959/2021 nörməli qətnaməsi ilə (hakim V.Hacıyev) İddiaçı iddiası qismən təmin edilərək, cavabdehlər Cavabdeh şirkətindən və Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialından ödənilməmiş mükafatlar üzrə 2019-cu il üçün 8.808,40 Avro, xx.xx.2020-ci ilə kimi olan dövr üçün 8.515,58 Avro olmaqla, cəmi 17.323,98 Avro mükafat (bonus) və mükafatın ödənilməsinin gecikdirilməsinə görə 100 Avro cərimə olmaqla, cəmi 17.423,98 Avro pulun (ödəniş günü Azərbaycan manatı məzənnəsi ilə) müştərək qaydada tutularaq İddiaçı ödənilməsi qət edilmiş, İddiaçı iddia tələbi qalan hissələrində, habelə Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialının İddiaçı qarşı “ödənilmiş 4.567,51 Avro mükafatın və ona hesablanmış müvafiq bank uçot dərəcəsi olan 285,47 Avronun bu günə olan məzənnəyə uyğun olaraq (1 avro = 2,07380 manat) ümumilikdə, 10.051,66 manat vəsaitin İddiaçı tutularaq Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialına ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir. Qətnamədən Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və ilkin iddianın təmin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)- 8282/2021 saylı qətnaməsi ilə (hakimlər T.S.Səmədov (sədrlik edən və məruzəçi), İ.S.Şirinov və A.V.Tanrıverdiyev) İddiaçı nümayəndəsi Vəkil1 tərəfindən və Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməyərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 2(004)-1959/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-1274/2022 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmişş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-8282/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 2(004)- 1959/2021 nörməli qətnaməsi qanuni qüvvəyə mindikdən sonra, xx.xx.2022-ci il tarixdə icra vərəqəsi verilməklə, icra edilməsi üçün Bakı şəhəri Yasamal rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi və vəkili Vəkil2 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli qətnaməsinə izah verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialı ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 2(004)-1959/2021 nörməli qətnaməsi, cavabdeh ‘TRAST B.V.’’ Şirkəti və "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialından ödənilməmiş mükafatlar üzrə 2019-cu il üçün 8.808,40 avro, xx.xx.2020-ci ilə kimi olan dövr üçün 8.151,58 avro olmaqla, cəmi 17.323,98 avro mükafat (bonus) və mükafatın ödənilməsinin gecikdirilməsinə görə 100 avro cərimə olmaqla cəmi 17 423,98 (on yeddi min dörd yüz iyirmi üç avro doxsan səkkiz sent) avro pul (ödəniş günü Azərbaycan manatı məzənnəsi ilə) müştərək qaydada tutularaq İddiaçı ödənilməsi qət edilmiş, lakin qətnamədə gəlir olan əmək haqqının tərkib hissəsi kimi mükafatın ödənilməsindən müvafiq tutulmaların olması qaydası qeyd edilməmişdir. Mükafat yalnız müvafiq tutulmalar çıxıldıqdan sonra fiziki şəxsin əldə etməli olduğu gəlir olduğundan, real zərərin tutulmalar çıxıldıqdan sonrakı məbləğ olduğunu nəzə alaraq qətnamənin sonunda 17323,98 məbləğində real zərərə uyğun əmək haqqının tərkib hissəsi olan mükafatın müvafiq tutulmalar çıxılmaqla hesablanıb ödənilməsi qaydası qeyd edilmədiyi üçün Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 2(004)- 1959/2021 qətnaməsinə izah verilməsinə zərurət yaranmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1959/2021 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizənin rədd edilməsi qərara alınmışdır (hakim: Kərim Xudayev). Həmin qərardaddan cavabdeh şikayət verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1959/2021 saylı, xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1959/2021 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 230.4-cü maddəsinə əsasən qətnamənin və ya qərardadın izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur. Kollegiya iş materiallarında olan sənədləri araşdıraraq birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialının qətnaməyə izah verilməsinə dair ərizəsinin rədd edilməsi əsaslı olmuşdur. Azərbaycan Respublikası MPM-in 230.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Azərbaycan Respublikası MPM-in 230.3-cü maddəsinə əsasən qətnamə və ya qərardad icra edilməmişsə, onun izah edilməsinə yol verilir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 14-cü bəndinə əsasən qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. Kollegiya qeyd edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 2(004)-1959/2021 nörməli qətnaməsində cavabdehlər Cavabdeh şirkətindən və Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialından müştərək qaydada İddiaçı xeyrinə mükafatlar üzrə tutulmalı olan məbləğ dəqiq və aydın şəkildə göstərilmişdir. Həmin vəsaitdən vergilərin tutulmalı olub-olmaması məsələsi və tutulma aparılmalı olduğu halda məbləği məhkəmə baxışı zamanı müəyyən edilməli haldır. Hazırki halda qətnaməyə izah verilməsi yolu ilə qət edilmiş məbləğdən tutulamanın aparılmalı olub-olmaması müəyyənləşdirilə və məhkəmə baxışının predmeti olmayan məsələ həll edilə bilməz. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, qətnamənin nəticə hissəsi tam aydın şəkildə yazılmış və orada anlaşılmayan ifadələrdən istifadə olunmamışdır. İcra sənədinin icrasına hər hansı maneə yoxdur. Odur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 2(004)- 1959/2021 nörməli qətnaməsinə izah verilməsinə dair Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialının ərizəsinin təmin edilməməsinə dair birinci instaniya məhkəməsinin qərardadı qanuni və əsaslı olmuşdur. Sadalanan xüsusatlara və hüquq normalarına əsasən kollegiya hesab edir ki, cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Cavabdeh "xxxx" Şirkəti tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1959/2021 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-5269/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5269/2022
22.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver