Məhkəmə qərarları › İş №2(103)-5269/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5269/2023

13.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5269/2023 13.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 Bank Olmayan Kredit Təşkilatı ASC, Qaradağ rayon İcra və Probasiya Şöbəsi və Azərbaycan Respublikası X3 Cavabdeh3 MMC-yə qarşı hərracın və hərrac yekunları barədə protokolun etibarsız hesab edilməsi tələbinə dairmülki iş üzrə İş №2(103)-5269/2023 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xəyal Əjdər oğlu Sarıyev (sədrlik edən və məruzəçi), X6 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli, 2(004)-1416/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq,aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin xx/xx-141882/8 saylı, xx.xx.2022-ci il tarixli sifariş məktubu əsasında Cavabdeh3 MMC tərəfindən ipoteka predmeti olmuş İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Alim Şəbiyev küçəsi, 7-ci massiv ünvanında yerləşən 25 A saylı fərdi yaşayış evinə tutmanın yönəldilməsi məqsədilə hərrac keçirilmişdir. 2.İddiaçı hazırda keçirilmiş hərrac barədə ona məlumat verilməməsi və.s hallara istinad edərək, hərracın nəticələri barədə protokolun etibarsız hesab edilməsini tələb edir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı cavabdehlər Cavabdeh2 Bank Olmayan Kredit Təşkilatı ASC, Qaradağ rayon İcra və Probasiya Şöbəsi və Azərbaycan Respublikası X3 Cavabdeh3 MMC-yə qarşı hərracın və hərrac yekunları barədə protokolun etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı mülkiyyətində olmuş Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Alim Şəbiyev küçəsi, 7-ci massiv ünvanında yerləşən 25 A saylı fərdi yaşayış evinə dair keçirilmiş hərracın və hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh2 Bank Olmayan Kredit X8 Cəmiyyəti arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 2015/00016-01 saylı kredit müqaviləsinə əsasən illik 24 faiz hesablanmaqla 36 ay müddətinə 25.000 ABŞ dolları kredit verilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli 2015/00016-01 saylı ipoteka müqaviləsinə əsasən İddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə, mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Alim Şəbiyev küçəsi, 7-ci massiv, 25A saylı fərdi yaşayış evini iddiaçı qarşısında ipoteka ilə yüklü etmişdir. Cavabdeh2 BOKT Açıq Səhmdar Cəmiyyəti məhkəməyə müraciət edərək kreditə görə 20693,08 ABŞ dolları, faiz borcuna görə 3601,98 ABŞ dolları, cərimə borcuna görə 6475 ABŞ dolları olmaqla, cəmi 30770,06 ABŞ dolları və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, 1 manat xidmət haqqının tutulması, tələbin cavabdehə məxsus ipoteka predmetinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehin iddiaçıya olan borcunun ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3079/2016nömrəli, 29 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə (hakim R.Məmmədov) iddia qismən təmin edilmiş, 20693,08 ABŞ dolları əsas borc, 3601,98 ABŞ dolları faiz, 100 ABŞ dolları cərimə, cəmi 24395,06 ABŞ dollarının (ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesabı ilə), ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və 1 manat məbləğində bank xidməti haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, tələb üzrə tutmanın cavabdehin mülkiyyətində olan ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması, fərdi yaşayış evinin ilkin satış qiymətinin 40000 manat müəyyən edilməsi, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləğinin iddiaçıya ödənilməsi, iddiaçının tələbləri ödənildikdən sonra qalan məbləğin cavabdehə qaytarılması qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-390/2019 nömrəli, 30 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – X.Sarıyev (sədrlik edən və məruzəçi), V.Həsənov və Ş.Məmmədova) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcunun cəmi məbləğinin müəyyən edilməsi və ipoteka predmetinin ilkin satış qiyməti hissələrində dəyişdirilmiş, faiz borcu 3464,53 ABŞ dolları, cəmi məbləğ 24257,61 ABŞ dolları məbləğində, ipoteka predmetinin ilkin satış qiyməti 69800 manat müəyyən olunmuş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəmə-mühasibatlıq ekspertizası keçirmişdir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 22 avqust 2019-cu il tarixli 16806 nömrəli rəyindən görünür ki, cavabdehin ekspertiza qarşısında qoyulmuş sual üzrə xx.xx.2016-cı il tarixinə iddiaçıya olan borcu 24335,21 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə 20870,68 ABŞ dolları, faiz borcu üzrə 3464,53 ABŞ dolları. Cavabdeh tərəfindən xx.xx.2016-cı il tarixdən sonrakı dövrdə 1826,95 ABŞ dolları məbləğində ödənişlər olmuşdur ki, həmin ödənişlər nəzərə alınsa, cavabdehin borcu 22508,26 ABŞ dolları təşkil edir. Apelyasiya instansiyası məhkəməsi ekspert rəyində göstərilmiş xx.xx.2016-cı il tarixdən sonrakı 1826,95 ABŞ dolları ilə bağlı hissədə qeyd etmişdir ki, həmin ödənişlər (i/v 119-130) qətnamə qəbul ediləndən sonra ödənildiyindən və icra mərhələsində nəzərə alınmalı olduğundan, həmin ödənişlər hazırkı mərhələdə nəzərə alınmamalıdır. Apelyasiya instansiyası məhkəməsi cavabdehin protokola dair qeydini, həm də, birinci instansiya məhkəməsi tərəfindən ipoteka predmetinin qiymətləndirilməsi ilə bağlı 03 avqust 2016-cı il tarixdə qərardad (i/v 63) qəbul etməsinə baxmayaraq, rəy almadan evin ilkin satış qiymətini ipoteka müqaviləsindən götürməsini nəzərə alıb, evin ilkin satış qiymətinin müəyyən edilməsi üçün qiymətləndirmə keçirmişdir. "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixli, 28/BAM/32 saylı rəyinə əsasən ipoteka predmetinin ümumi dəyəri 69800 manat təşkil edir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, qətnamə ipoteka predmetinin ilkin satış qiymətinin 40000 manat müəyyən olunması hissəsində dəyişdirilmiş, ipoteka predmetinin ilkin satış qiyməti 69800 manat müəyyən olunmuşdur. Həmin qətnamədən İddiaçı tərəfindən kassasiya şikayəti verilsə də kassasiya şikayəti təmin edilməmişdir. Bundan əvvəl mübahisəli mənzilə dair hərrac keçirilmiş, lakin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qətnaməsi ilə cavabdehlərin hərəkətləri məhkəmə tərəfindən qanunsuz hesab edilmiş, hərrac protokolları və onun nəticəsində özgəninkiləşdirmə barədə əqdlər etibarsız hesab edilmişdir. İddiaçı məhkəmə qətnaməsi çıxarıldıqdan bu günə kimi öhdəliyini icra etmək üçün ödənişlər yerinə yetirsə də cavabdehlər yenidən eyni hərəkətləri həyata keçirmişdilər. Belə ki, ölkədə baş vermiş devalivasiya nəticəsində dolların manata olan məzənnəsi gözlənilməyən səviyyədə yüksəldiyindən qeyd olunan kredit üzrə borc ABŞ dolları ilə olduğundan “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən restrukturizasiya olunma ehtimalı vardır. Lakin borcun Azərbaycan Respublikası Prezidentin 551 saylı 28 fevral 2019-cu il tarixli Fərmanında qeyd olunan məbləğdən çox olduğundan, yenidən rəsmiləşdirilməsi olan kreditlər siyahısına düşməmişdir. Hərracın nəticələri ləğv olunduqdan sonra Cavabdeh2 BOKT Açıq Səhmdar Cəmiyyəti ilə aralarında olan razılaşmaya əsasən borcun hissəhissə ödənilməsinə başlanılmışdır. Məhkəmə araşdırması gedən müddət və ondan sonrakı dövrdə iddiaçının həyata keçirdi ödənişlər aşağıdakı qaydada aparılmışdır:1. xx.xx.2016-1826,95 ABŞ dolları;2. xx.xx.2017-300; 3. xx.xx.2017-300; 4. xx.xx.2017-300; 5. xx.xx.2017-250; 6. xx.xx.2017-3004; 7. xx.xx.2017-300; 8. xx.xx.2017-200; 9. xx.xx.2017-250; 10. xx.xx.2017-250; 11.xx.xx.2017-200; 12. xx.xx.2017-250 =3105 AZN (Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi çıxanadək); 13. xx.xx.2020-300; 14. xx.xx.2020-300; 15. xx.xx.2020-300; 16. xx.xx.2020-300; 17. xx.xx.2020-300; 18. xx.xx.2021-300; 19. xx.xx.2021-200; 20. xx.xx.2021-250; 21. xx.xx.2021- 300; 22. xx.xx.2021-250; 23. xx.xx.2021-250; 24. xx.xx.2021-250; 25. xx.xx.2021-300; 26. xx.xx.2022-300; 27. xx.xx.2022-300; 28. xx.xx.2022-300; 29. xx.xx.2022-200; 30. xx.xx.2022- 200; 31. xx.xx.2022-200; 32. xx.xx.2022-200; 33. xx.xx.2022-200; 34. xx.xx.2023-800=14800 AZN; 35. xx.xx.2023-8500 Bakı Apellyasiya Məhkəməsi qətnamə qəbul etdikdən sonra 14800 AZN olmaqla cəmi təqribən 10533 ABŞ dolları (17905 AZN).Cavabdehin hazırda qalıq borcu 13724,61 ABŞ dolları təşkil edir. (rəqəmlər mütəxəssis cəlb edilməklə təkrar hesablana bilər.) Lakin Cavabdeh2 BOKT Açıq Səhmdar Cəmiyyəti sonradan razılaşmanı pozaraq, məhkəmə qətnaməsi mövcud və qanuni qüvvəsində olmasına və üzərindən 4 il keçməsinə baxmayaraq yenidən qanunvericiliyin tələblərinə uyğun gəlməyən vəziyyətdə hərrac keçirilməsinə nail olmuşdur. Bu səbəbdən də cavabdehlər Cavabdeh2 BOKT Açıq Səhmdar Cəmiyyəti, Bakı şəhəri Qaradağ rayon İcra və Probasiya şöbəsi və Azərbaycan Respublikası X3 Əmlak Hərrac Mərkəzinə qarşı “İddiaçı mülkiyyətində olmuş Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Alim Şəbiyev küçəsi, 7-ci massiv ünvanında yerləşən 25 A saylı fərdi yaşayış evinə dair xx.xx.2022-ci il tarixdə keçirilmiş hərracın və hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsi” zərurəti yarandığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Həmin iddia ərizəsinə baxılana kimi, Cavabdeh2 BOKT Açıq Səhmdar Cəmiyyəti mübahisəli əmlakı “vicdanlı alıcı”nın adına keçirmək niyyətində olduğundan həmin əmlakın özgəninkiləşdirilməsinin, bağışlanmasının, girov qoyulmasının və hər hansı qanunsuz hərəkətlərinin dayandırılması üçün məhkəməyə müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə ilə müraciət etdilər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16(004)-14/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə mübahisəli mənzilin özgəninkiləşdirilməsi xx.xx.2023cü iltarixədək cavabdehə qadağan edilmişdir. Əmlaka dair hərrac qanunvericiliyə uyğun gəlməyən vəziyyətdə, onun pozuntusu ilə keçirilmiş, hərracla bağlı ona və ailəsinə məlumat verilməmişdir. Yalnız bir bildiriş almış, bundan sonra hərracı keçirən təşkilata yaxınlaşmış, təşkilatdan ona bildirmişdilər ki, hərrac keçirilməyəcək, narahat olmayın. Eyni zamanda sözügedən hərrac barədə X4ndə məlumatlar dərc edilməmişdir. Həmçinin iddiaçı bildirmişdir ki, keçirilmiş hərrac protokollarının təqdim edilməsini tələb etsə də, protokollar təqdim edilməmişdir. Çünki belə bir protokol olmamışdır. 2022-ci il tarixdə cavabdehlər yenidən birləşib onun evini əlindən almışlar. 5.Cavabdeh3 MMC iddia ərizəsinə etiraz mülahizələrini ünvanlayaraq aşağıda göstərilən əsaslara görə iddia tələbinin rədd olunmasını xahiş etmişdir. İlk öncə qeyd etmişdir ki, İddiaçı Cavabdeh2 Bank Olmayan Kredit X8 Cəmiyyətinə, Qaradağ rayon İcra və Probasiya Şöbəsinə və Azərbaycan Respublikası X3 Əmlak Hərrac Mərkəzi” MMC-yə qarşı “hərracın və hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi tələbinə dair” iddia ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət edərək “İddiaçı mülkiyyətində olmuş Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Alim Şəbiyev küçəsi, 7-ci massiv ünvanında yerləşən 25A saylı fərdi yaşayış evinə dair keçirilmiş hərracın və hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi barədə” qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh2 Bank Olmayan Kredit X8 Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 2015/00016-01 saylı kredit müqaviləsinə əsasən illik 24 faiz hesablanmaqla 36 ay müddətinə 25.000 ABŞ dolları kredit verilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 2015/00016-01 saylı ipoteka müqaviləsinə əsasən İddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə, mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Alim Şəbiyev küçəsi, 7-ci massiv ünvanında yerləşən 25A saylı fərdi yaşayış evini iddiaçı qarşısında ipoteka ilə yüklü edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3079/201 nömrəli, 29 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə (hakim R.Məmmədov) iddia qismən təmin edilmiş, tələb üzrə tutmanın cavabdehin mülkiyyətində olan ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması, fərdi yaşayış evinin ilkin satış qiyətinin 40000 manat müəyyən edilməsi, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləğinin iddiaçıya ödənilməsi, iddiaçının tələblərini ödənildikdən sonra qalan məbləğin cavabdehə qaytarılması qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-390/2019 nmömrəli, 30 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə cavabdehin apelyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcununcəmi məbləğinin müəyyən edilməsi və ipoteka predmetinin ilkin satış qiyməti hissələrind dəyişdirilmiş, ipoteka predmetinin ilkin satış qiyməti 69800 manat müəyyən olunmuşdur. Daha sonra iddiaçı iddia ərizəsində göstərmişdir ki, əmlaka dair hərrac qanunvericiliyə uyğun gəlməyən vəziyyətdə, onun pozuntusu ilə keçirilmiş, hərracla bağlı ona və ailəsinə məlumat verilməmişdir. Yalnız bir bildiriş aldığını qeyd edin iddiaçı eyni zamanda bildirmişdir ki, keçirilmiş hərrac protokollarının təqdim edilməsini tələb etsə də, protokollar təqdim edilməmişdir, çünki belə bir protokol olmamışdır. 2022-ci il tarixdə cavabdehlər yenidən birləşib onun evini əlindən almışlar. Aşağıda göstərilən əsaslara görə hesab edir ki, iddia tələbi əsassızdır. Odur ki, iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməlidir. Belə ki, hazırkı etiraz mülahizələrinə əlavə edilən Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsi tərəfindən verilmiş xx/xx-141882/8 saylı, xx.xx.2022-ci il tarixli sifariş məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-390/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən, ilkin satış dəyəri 69.800 (altmış doqquz min səkkiz yüz) manata olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Alim Şəbiyev küçəsi, 7-ci massiv ünvanında yerləşən 25A saylı fərdi yaşayış evinin açıq hərracda satılması Cavabdeh3 MMC-yə sifariş olunmuşdur. (02 noyabr 2022ci il tarixli sifarişin surəti əlavə edilir) Sözügedən hərrac sifarişi üzrə ilkin hərracın keçirilməsi 29 noyabr 2022-ci il tarixinə, saat 11:00 (növbəlik qaydasında) təyin edilmiş və bu barədə sifarişçi icra şöbəsinə, o cümlədən borclu İddiaçı 2170/22 saylı, xx.xx.2022-ci il tarixli bildiriş göndərilmişir. (Bildirişin və poçt qəbzinin surəti əlavə edilir) İlkin hərracın keçirilməsi ilə bağlı elan xx.xx.2022-ci il tarixində kütləviinformasiya vasitəsi olan "xxxx" X2 (Portalında) (www.birianevvs.az) dərc olunmuş və həmin elan eyni zamanda hərrac təşkilatçısının rəsmi internet səhifəsində də (“E-herrac.com”) yerləşdirilmişdir. Hazırkı etiraz mülahizələrinə əlavə edilən “hərracın baş tutmamasına dair” 29 noyabr 2022-ci il tarixli protokolun surətindən görünür ki, yuxarıda göstərilən tarixə təyin edilmiş hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. (xx.xx.2022-ci il tarixli protokolun surəti əlavə edilir) Bildirmişdir ki, 29 noyabr 2022ci il tarixinə təyin edilmiş hərrac baş tutmadığından həmin fərdi yaşayış evi ilkin satış qiymətindən 15% aşağı qiymətə, yəni 59.330 (əlli doqquz min üç yüz otuz) manata olmaqla 16 dekabr 2022-ci il tarixinə, saat 11:00-a (növbəlik qaydasında) təkrar açıq hərraca çıxarılmış və təkrar hərracın keçirilməsi ilə bağlı elan xx.xx.2022-ci il tarixində kütləvi informasiya vasitəsi olan "xxxx" X2 (Portalında) (www.birjanews.az) dərc olunmuş və həmin elan həmçinin hərrac təşkilatçısının rəsmi internet səhifəsində də (“E-herrac.com”) yerləşdirilmişdir. Eyni zamanda qeyd edir ki, sözügedən tarixə təyin edilmiş ilkin hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. Hərracın təşkilatçısı tərəfindən xx.xx.2022-ci il tarixə, saat 11:00-a (növbəli qaydasında) təyin edilmiş hərracın baş tutmaması barədə məlumat "xxxx" X2 (Portalında) (vvvvvv.birianews.az) və hərracın təşkilatçısının rəsmi internet səhifəsində də (“E-herrac.com”) dərc olunmuşdur. Hazırkı etiraz mülahizələrinə əlavə edilən “təkrar hərracın keçirilməsinə dair” xx.xx.2022-ci il tarixli, 2411/22 saylı bildirişin surətindən görünür ki, təkrar hərrac barədə tərəflərə müvafiq məlumat verilmişdir. (Bildirişin və poçt qəbzinin surəti əlavə edilir) Hazırkı etiraz mülahizələrinə əlavə edilən “hərracın baş tutmamasına dair” 16 dekabr 2022-ci il tarixli protokolun surətindən görünür ki, 16 dekabr 2022-ci il tarixinə təyin edilmiş təkrar açıq hərrac da hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. Təkrar hərracın baş tutmamasına dair məlumat xx.xx.2022-ci il tarixində kütləvi informasiya vasitəsində dərc etdirilməklə, bu məlumat hərracın təşkilatçısının rəsmi internet səhifəsində də (e-herrac.com) yerləşdirilmişdir. Hazırkı etiraz mülahizələrinə əlavə edilən xx.xx.2022-ci il tarixli, 2559/22 saylı “ipoteka predmetinin əldə olunmasına dair” təklifdən görünür ki, yuxarıda göstərilən ipoteka predmeti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olaraq təkrar hərracdakı satış qiymətindən 25% aşağı qiymətə ipotekasaxlayana təklif olunmuşdur. İpoteka saxlayan Cavabdeh2 BOKT ASC xx.xx.2022-ci il tarixli, 8066-1222 nömrəli məktubla ipoteka predmetini təklif edilən 44.497,5 (qırx dörd min dörd yüz doxsan yeddi manat əlli qəpik) manat məbləğində əldə edilməsinə razı olduğunu bildirmişdir. Qeyd olunan razılığa əsasən “X3” nəzdində Cavabdeh3 MMC-ti tərəfindən xx.xx.2023- cü il tarixli, 26/23 saylı “X7 barədə Protokol” tərtib edilərək təsdiq olunmuş və həmin protokol növbəti tədbirlərin təmin edilməsi məqsədilə Cavabdeh3 MMC-nin 107/23 saylı, xx.xx.2023-cü il tarixli məktubuna qoşma ilə (surəti məlumat üçün tələbkar və borcluya ünvanlanmaqla) sifarişçi icra Şöbəsinə göndərilmişdir. Yuxarıda sadalanan xüsusatlardan, eləcə də etiraz mülahizələrinə əlavə edilən sənədlərdən görünür ki, hərracın təşkilatçısı tərəfindən hərracın keçirilməsi zamanı hər hansı qanun pozuntusuna yol verilməmiş, hərracın vaxtı, yeri və s. barədə tələbkara, eləcə də borcluya onun Bakı Apellyasiya Məhkəməsinin 2(103)-390/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsində, eləcə də sifariş məktubunda göstərilən ünvanına müvafiq bildirişlərin göndərilməsi hərracın təşkilatçısı tərəfindən təmin olunmuşdur. Göründüyü kimi, hərracın etibarsız sayılmasına bu və ya digər hüquqi əsas yoxdur. Göstərilənləri nəzərə almaqla, işə nümayəndələrinin iştirakı olmadan baxaraq iddia tələbinin təmin olunmamasına dair qətnamə qəbul edilməsini xahiş etmişlər. 6.Cavabdeh2 BOKT Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsinə etiraz ünvanlayaraq bildirmişdir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 29 sentyabr 2016-cı il tarixli 2(002)- 3079/2016 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh2 BOKT ASC-nin iddiası qismən təmin edilmiş, cavabdeh İddiaçı 20 693.08 ABŞ dolları əsas borc, 3601.98 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları cərimə borcu, cəmi 24 395.06 ABŞ dolları borcun və 31 manat dövlət rüsumunun tutularaq iddiaçı Cavabdeh2 BOKT ASC-nin xeyrinə ödənilməsi, tələbin İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Alim Şəbiyev küçəsi 7-ci massiv 25A saylı fərdi yaşayış evinə yönəldilməsi, ilkin satış qiyməti 40 000 manat müəyyən edilməklə həmin evin açıq hərracdan satılması və əldə olunmuş pul vəsaitihesabma borcun ödənilməsi, qalan vəsaitin isə İddiaçın qaytarılması qət edilmişdir. Qeyd olunan qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 30 oktyabr 2019-cu il tarixli 2(103)-390/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş və Qaradağ Rayon Məhkəməsinin 29 sentyabr 2016-cı il tarixli 2(002)-3079/2016 saylı qətnaməsi faiz borcunun və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması hissəsində dəyişdirilmişdir. Qeyd olunan qətnamədən İddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 iyun 2020-ci il tarixli 2(102)-2026/2020 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. Qaradağ Rayon Məhkəməsinin 29 sentyabr 2016-cı il tarixli 2(002)-3079/2016 saylı qətnaməsinə əsasən, əmlak açıq hərraca çıxarılmış, lakin hərrac baş tutmadığından hərracın yekunları barədə 27 İyul 2018-ci ildə tərtib olunmuş 45/01 nömrəli protokola əsasən ipoteka predmeti Cavabdeh2 BOKT ASC-nin balansına götürülmüşdür. Daha sonra isə İddiaçı hərracın nəticələrinin etibarsızlığına dair iddia qaldırmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2943/2018 saylı 26 iyul 2018ci il tarixli qətnaməsi ilə İddiaçı məxsus Bakı şəhəri, Lökbatan qəsəbəsi, A.Şəbiyev küçəsi, 7-ci massiv 25 A saylı mənzilə dair hərracın yekunları barədə 27 iyul 2018-ci ildə tərtib olunmuş 45/01 nömrəli protokol və həmin tarixdə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Lökbatan qəsəbəsi, A.Şəbiyev küçəsi, 7-ci massiv 25 A saylı mənzilin xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 BOKT ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində, 190 nömrəli reyestr kitabının 174500 nömrəli vərəqində, xx.xx.2017-ci il tarixdə qeydiyyata alınması barədə RX seriyalı, № ******* nömrəli çıxarış etibarsız hesab olunması qət edilmişdir. Qeyd olunan qətnamədən Cavabdeh2 BOKT ASC apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-105/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. Bundan sonra Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Alim Şəbiyev küçəsi 7-ci massiv 25A saylı fərdi yaşayış evinin hərracdan satışını təmin edilməsi üçün Qaradağ rayon İcra və Probasiya Şöbəsinə müraciət edilmişdir. Qaradağ rayon İcra və Probasiya Şöbəsi ipoteka predmeti açıq hərracda satılması üçün Cavabdeh3 MMC-yə xx.xx.2022-ci il tarixində sifariş məktubu göndərmişdir. Həmin əmlak iki dəfə açıq hərraca çıxarılmış, lakin həm ilkin, həm də təkrar hərrac baş tutmadığından “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq təkrar hərracın satış qiymətindən 25% aşağı qiymətə, xx.xx.2023-cü il tarixli, 26/23 saylı protokola əsasən, Cavabdeh2 BOKT ASC tərəfindən 44497 manata əldə edilmişdir. xx.xx.2023cü il tarixli, 26/23 saylı protokola və həmin tarixli müqaviləyə əsasən ipoteka predmentİ Cavabdeh2 BOKT ASC-nin balansına keçmişdir. Aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçının tələbi əsassızdır: xx.xx.2022-ci il tarixində saat 11:00-da Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Alim Şəbiyev küçəsi 7-ci massiv 25A saylı ipoteka predmetinin ilkin satış qiyməti 69 800 manat məbləğində olmaqla ilkin hərracının keçiriləcəyi barədə Cavabdeh3 tərəfindən İddiaçı xx.xx.2022-ci il tarixində məktub göndərilmişdir. Poçt zərflərinin göndərilməsinə dair reyestrin surətindən də göründüyü kimi, həmin məktub xx.xx.2022-ci il tarixdə poçt vasitəsilə göndərilmişdir. Bundan sonra həmçinin xx.xx.2021-ci il tarixli ilkin hərracın keçirilməsi ilə bağlı müşaiyət məktubu tərəflərindən İddiaçı həm qeydiyyatda olduğu, həm də fakitiki yaşadığı ünvanına göndərilmişdir. Həmin məktubun göndərilməsi barədə poçt qaiməsi xx.xx.2022-ci il tarixində Səmədova Alimə tərəfindən imzalanmış və məktub İddiaçı çatdırılması üçün qəbul edilmişdir. “BirjaNews” xəbər saytında xx.xx.2022-ci il tarixdə yerləşdirilmiş elanda xx.xx.2022-ci il tarixində saat 11:00-da Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi. Alim Şəbıyev küçəsi 7ci massiv 25A saylı ipoteka predmetinin ilkin satış qiyməti 69 800 manat məbləğində olmaqla ilkin hərracının keçiriləcəyi barədə məlumat dərc edilmişdir. xx.xx.2022-ci il tarixində saat 11:00-da Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Alim Şəbiyev küçəsi 7-ci massiv 25A saylı ipoteka predmetinin ilkin satış qiyməti 59 330 manat məbləğində olmaqla təkrar hərracının keçiriləcəyi barədə Cavabdeh3 tərəfindən İddiaçı xx.xx.2022-ci il tarixində məktub göndərilmişdir. Poçt zərflərinin göndərilməsinə dair reyestrin surətindən də göründüyü kimi, həmin məktub xx.xx.2022-ci il tarixdə poçt vasitəsilə göndərilmişdir. Bundan sonra həmçinin xx.xx.2022-ci İl tarixli təkrar hərracın keçirilməsi ilə bağlı müşaiyət məktubu tərəflərindənİddiaçı həm qeydiyyatda olduğu, həm də fakitiki yaşadığı ünvanına göndərilmişdir. Həmin məktubun göndərilməsi barədə poçt qaiməsi xx.xx.2022-cİ il tarixində bacısı qızı Abbasova Xəyalə tərəfindən imzalanmış və məktub İddiaçı çatdırılması üçün qəbul edilmişdir. “BirjaNews” xəbər saytında xx.xx.2022-ci il tarixdə yerləşdirilmiş elanda xx.xx.2022-ci il tarixində saat 11:00-da Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Alim Şəbiyev küçəsi 7-ci massiv 25A saylı ipoteka predmetinin ilkin satış qiyməti 29 665 manat məbləğində olmaqla təkrar hərracının keçiriləcəyi barədə məlumat dərc edilmişdir. İlkin və təkrar hərrac baş tutmadığına görə, xx.xx.2022-ci il tarixində Cavabdeh3 tərəfindən Cavabdeh2 BOKT ASC-yə “ipoteka predmetinin əldə olunmasına dair” təklif məktubu göndərilmişdir. Təqdim edilən sübutlardan da göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-105/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra Bakı Apellyasiya Məhkəməsinin 30 oktyabr 2019-cu il tarixli 2(103)-390/2019 saylı icra vərəqəsinə əsasən Bakı şəhər Qaradağ rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli sifariş üzrə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Alim Şəbiyev küçəsi 7-ci massiv 25A saylı fərdi yaşayış evi İlkin və təkrar hərrac baş tutmadığına görə Cavabdeh2 BOKT ASCyə təklif olunmuş və xx.xx.2023-cü il tarixli, 26/23 saylı protokola əsasən Cavabdeh2 BOKT ASC-nin balansına keçmişdir. Həmçinin bildirmişdir ki, İddiaçı əmlaka dair hərracın qanunvericiliyə zidd şəkildə, ona və ailəsinə məlumat verilmədən keçirildiyini iddia etsə də iddia ərizəsində hərracın keçirilməsinə dair bir bildiriş aldığını və hərrac təşkilatına yaxınlaşdığını bildirmişdir. Göründüyü kimi iddiaçının fikirləri arasında ziddiyyət mövcuddur. Bu da hazırki iddia tələbinin məhkəmə qətnaməsinin icrasından yayınmaq, vaxtı uzatmaq məqsədi ilə verildiyini göstərir. Həmçinin iddiaçı təşkilat tərəfindən ona növbəti hərracların keçirilməyəcəyi barədə məlumat verildiyi bildirilmişdir. Bu isə tamamilə absurd fikirdir və iddiaçı bunu heç bir mötəbər sübut növü ilə təsdiqləyə bilmir. Göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsinin 30 oktyabr 2019-cu il tarixli 2(103)-390/2019 saylı qətnaməsi icraya yönəldilərkən qanunvericiliyin tələblərinə riayət edilmişdir. Odur ki, qanunla hərrac təşkilatının hərracın keçirilməsi barədə bildirişi yalnız göndərmək və X4ndə elan vermək vəzifəsi vardır. Təqdim edilən sübutlardan da göründüyü kimi, cavabdeh qurum hər iki öhdəliyini qanunla müəyyən edilmiş qaydada həyata keçirmişdir. Bu səbəbdən də, hərracın yekunlarına dair protokolu etibarsız hesab etmək olmaz. Yekun olaraq bildirmişdir ki, hərrac qanunvericiliyin tələblərinə tam riayət edilməklə keçirilmişdir. Odur ki, onun iddiası əsassız hesab edilərək rədd edilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, İddiaçı cavabdehlər Azərbaycan Respublikası X3 Əmlak Hərrac Mərkəzinə, Bakı şəhər Qaradağ rayon İcra və Probasiya Şöbəsinə və Cavabdeh2 BOKT ASC-yə qarşı “hərracın və hərracın yekunlarına dair protokolun etibarsız hesab edilməsi” tələbinə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 7.Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, iddia ərizəsində iddianın əsaslı olduğuna dair əsasları göstərmişlər. İddiaçının hərracın keçirilməsi vaxtı, saatı barədə heç bir məlumatı yox idi. Həmçinin bildirmişdir ki, onlar X4ndə elan etməmiş hərrac keçirtmişlər. Yəni, özlərinə məxsus internet saytında elan vermişlər, bu isə kütləvi informasiya vasitəsi sayılmır. Hərracın keçirilməsi barədə iddiaçıya məlumat versələr də, həmin gün iddiaçı oraya getmiş, lakin qapılar bağlı olduğundan heç bir hərracın keçirilmədiyini aşkar etmişdir, bu barədə videogörüntü də mövcuddur. Göstərilənlərə əsasən, qeyd olunanların nəzərə alınması və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 8.Bakı şəhər Yasamal Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 07 iyun 2023-cü il tarixli, 2(004)-1416/2023 saylı qətnaməsiilə (hakim-Toğrul Axundov) iddia tələbi təmin edilməmiş, iddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun özünə aid edilməsi qət edilmişdir. Məhkəmə işin faktiki halları ilə bağlı aşağıdakıları qeyd etmişdir: 9.Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 29 sentyabr 2016-cı il tarixli, 2(002)-3079/2016 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, 20693 ABŞ dolları 08 sent əsas borc, 3601 ABŞ dolları 98 sent faiz, 100 ABŞ dolları cərimə, cəmi 24395 ABŞ dolları 06 sentin ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesabı ilə, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və 1 manat məbləğində bank xidməti haqqının cavabdeh İddiaçı tutularaq Cavabdeh2 BOKT ASC-yə ödənilməsi, tələb üzrə tutmanın cavabdeh İddiaçı mülkiyyətində olan, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Alim Şəbiyev küçəsi 7-ci massiv 25A saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması, fərdi yaşayış evinin ilkin satış qiymətinin 40000 manat müəyyən edilməsi, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləğinin Cavabdeh2 BOKT ASCyə ödənilməsi, iddiaçı Cavabdeh2 BOKT ASC-nin tələbləri ödənildikdən sonra qalan məbləğin cavabdeh İddiaçı qaytarılması qət edilmişdir. 10.Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-390/2019 saylı qətnaməsi ilə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, hazırki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 29 sentyabr 2016-cı il tarixli, 2(002)-3079/2016 saylı qətnaməsi faiz borcunun, cəmi məbləğinin müəyyən edilməsi və ipoteka predmetinin ilkin satış qiyməti hissələrində dəyişdirilmiş, faiz borcu 3464,53 (üç min dörd yüz altmış dörd ABŞ dolları əlli üç sent) ABŞ dolları, cəmi məbləğ 24257,61 (iyirmi dörd min iki yüz əlli yeddi ABŞ dolları altmış bir sent) ABŞ dolları məbləğində, ipoteka predmetinin ilkin satış qiyməti 69800 (altmış doqquz min səkkiz yüz) manat müəyyən olunmuş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. 11.Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2026/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)- 390/2019 saylı qətnaməsinin mübahisələndirilən hissələrdə - kredit borcu tələbinin təmin olunmuş hissəsində və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. 12.Hərracın keçirilməsi haqqında Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin xx/xx-141882/8 saylı, xx.xx.2022-ci il tarixli sifariş məktubu Cavabdeh3 MMC-yə daxil olmuş və Cavabdeh3 MMC tələbkar Cavabdeh2 BOKT ASC və borclu İddiaçı Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin xx/xx-141882/8 saylı, xx.xx.2022-ci il tarixli şifariş məktubuna əsasən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Alim Şəbiyev küçəsi, 7-ci massiv, 25A saylı fərdi yaşayış evin xx.xx.2022-ci il tarixdə, saat 11:00-da ilkin hərrac, xx.xx.2022-ci il tarixdə, saat 11:00-da satılmaq üçün təkrarən açıq hərraca çıxarılacağı barədə məlumatlandırmış, bu barədə sonuncuya xx.xx.2022 və xx.xx.2022-ci il tarixdə rəsmi qaydada poçt vəsitəsi ilə bildirişlər göndərmiş, həmin bildirişlər iddiaçının həm qeydiyyatda olduğu ünvan 2 ünvanına, həm də faktiki yaşadığı ünvan 3 ünvanına göndərilmişdir. Bununla yanaşı hərrac barədə "xxxx" X2 (Portalında) (www.birjanews.az) və hərracın təşkilatçısının rəsmi internet səhifəsində də (“E-herrac.com”) elan verilmişdir. İlkin və təkrar hərrac baş tutmadığına görə, xx.xx.2022-ci il tarixində Cavabdeh3 tərəfindən Cavabdeh2 BOKT ASC-yə “ipoteka predmetinin əldə olunmasına dair” təklif məktubu göndərilmişdir. İpoteka saxlayan Cavabdeh2 BOKT ASC xx.xx.2022- ci il tarixli, 8066-1222 nömrəli məktubla ipoteka predmetini təklif edilən 44.497,5 (qırx dörd min dörd yüz doxsan yeddi manat əlli qəpik) manat məbləğində əldə edilməsinə razı olduğunu bildirmişdir. Cavabdeh3 MMCnin X7 barədə protokoluna əsasən, Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin sifarişi əsasında hərracın keçirilməsinə şərait yaradan və protokol tərtib edən Cavabdeh3 MMC cavabdehə məxsus Bakı şəhəri, Qaradağrayonu, Lökbatan qəsəbəsi, Alim Şəbiyev küçəsi, 7-ci massiv, 25A saylı fərdi yaşayış evini təkrar hərraca çıxarmış və ipoteka saxlayan Cavabdeh2 BOKT ASC həmin əmlakı 44497,5 manata əldə etmiş və ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair X7 barədə 26/23 saylı, 16 yanvar 2023-cü il tarixli Protokola əsasən, sözü gedən ev tələbkar Cavabdeh2 BOKT ASC-yə 44497,5 manata satılmasına dair, Cavabdeh3 MMC ilə Cavabdeh2 BOKT ASC arasında hərracın nəticələrinə dair protokol tərtib olunmuşdur. 13.Məhkəmə qeyd etmişdir ki, Cavabdeh3 MMC tərəfindən keçirilmiş hərrac qanunvericiliyin tələblərinə uyğun keçirilmiş, o, qanunvericiliklə üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, bu barədə iddiaçının həm qeydiyyatda olduğu, həm də faktiki yaşadığı ünvanlar üzrə rəsmi qaydada bildirişlər göndərmiş, hərrac barədə "xxxx" X2 (Portalında)(www.birjanews.az) və hərracın təşkilatçısının rəsmi internet səhifəsində (“E-herrac.com”) elan verilmişdir. 14.Məhkəmə iddia tələbini rədd etmək qənaətinə gələrkən eyni zamanda iddiaçının müvafiq məhkəmə qətnaməsi üzrə tutulmuş məbləğlərdə ödənişlər etməsi ilə bağlı dəlilinə münasibət bildirərək qeyd etmişdir ki, borclu tərəfindən icra mərhələsində borc məbləğində ödənişlər etməsi iddia tələbinin təmin edilməsi üçün əsas ola bilməz. 15.Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh2 Bank Olmayan Kredit Təşkilatı ASC, Qaradağ rayon İcra və Probasiya Şöbəsi və Azərbaycan Respublikası X3 Əmlak Hərrac Mərkəzinə qarşı hərracın və hərrac yekunları barədə protokolun etibarsız hesab edilməsi tələbinə dair iddası rədd edilməlidir. 16.Məhkəmə qeyd etmişdir ki, iddia tələbi rədd edildiyindən, iş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir.. 17.Məhkəmə öz mövqeyini Azərbaycan RespublikasınınMülki Məcəlləsinin 416.1-ci: “İpoteka haqqında”Azərbaycan Respublikası qanunun 42.1, 43.1,43.2, 43.3, 43.4, 43.7, 43.8, 53.2, 61.2, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1, 14.2, 77.1, 217.4, 216-220, 227, 358, 360 və 362-cimaddələrinəistinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 18.İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 19.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təqdim edilmiş sübutlardan da göründüyü kimi cavabdeh təşkilat qeyd edilən qanunun (“İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsi) tələblərinə riayət etməmişdir. Onun verdiyi elan kütləvi informasiya vasitəsində deyil, özünə məxsus olan (kütləvi informasiya vasitəsi sayılmayan) domen əsasında qurulmuş saytda verilmişdir (hansı ki həmin sayt özlərindən başqa heç bir kəsə məlum deyil.) elan verərkən elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmamışdır. “İpoteka haqqında” 09 iyun 2005-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışları fərqləndirilmiş, elanın X4ndə dərc etdirilməsi, bildirişin isə ipotekasaxlayana və ipotekaqoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsi nəzərdə tutulmuşdur. Göründüyü kimi iddianın əsasını təşkil edən qanunvericiliyin bu tələblərinə əməl edilməmişdir. Ümumiyyətlə elan verilmədiyindən hərrac da keçirilməmişdir. Birinci bildirişi aldıqdan sonra iddiaçı özü hərracı keçirən təşkilata yaxınlaşmış, ona hərracın keçirilməyəcəyi ilə bağlı məlumat verilmişdir. Bundan sonra ona bildiriş göndərilməmişdir. Lakin sonradan guya hərracın keçirilməsinə dair növbəti bildiriş göndərilmiş hərrac baş tutmadığından bank olmayan kredit təşkilatı mənzili özü almışdır.“X4” deyildikdə, dövri mətbuat orqanları: daimi adı, cari nömrəsi olan qəzet, jurnal, toplu, bülleten, azı ildə bir dəfə çıxan başqa nəşrlər, habelə birdəfəlik tirajı yüz nüsxədən çox olan digər mətbuat növləri; radio-televideo proqramlar, kinoxronika proqramları və ya daimi adı ilə azı ildə bir dəfə çıxan (efirə və ya ekrana buraxılan) dövri audioaudkovizual xəbər və materialların (verilişlərin) məcmusu başa düşülür.Göründüyü kimi "xxxx" X5 (www.birjanews.az) və hərracın təşkilatçısının rəsmi internet səhifəsi (“E-herrac.com”) kütləvi informasiya vasitəsi sayıla bilməz. Məhkəmə təqdimedilmiş sübutlardan yalnız cavabdehin sübutlarını araşdıraraq onlardan istifadə etmişdir. (halbuki həmin sübutlar özlüyündə iddianın əsaslı olduğunu bir daha sübut edir.) Cavabdeh məhkəməyə təqdim etdiyi əsassız ittihamlarını sübut etməsə də (guya iddiaçı onların pulunu ödəməkdən bilərəkdən yayınmışdır və s.) məhkəmədə cavabdehə qarşı düzgün olmayan fikir formalaşdırmışdır. Bu səbəbdən də iddia tələbini təmin edən məhkəmə bu qərarını kifayət qədər əsaslandıra bilməmişdir. Halbuki ölkədə baş verən devalivasiya, iddiaçının oğlunun İİ Vətən müharibəsində iştirak etməsi və borcun böyük bir hissəsini ödəyib bitirməsi həm iş materialları, həm də məhkəmə iclas zamanı sübuta yetirilmişdir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri və cavabdehin etiraf etdiyi halları nəzərə almamışdır. Belə ki, bundan əvvəlki hərracın nəticələri etibarsız hesab edildikdən sonra cavabdehlə iddiaçının razılaşması və borcun hissə-hissə ödənişinin icra olunması sübut olunmuşdur. İddiaçının ödənişi hissə-hissə həyata keçirməsinə razılıq verilməsəydi dörd il müddətində təkrar hərracın hansı səbəbdən keçirlmədiyini cavabdeh izah edə bilməmişdir. Təqdim edilən sübutlar iddianın əsaslılığını təsdiq etsə də, məhkəmə düzgün olmayan nəticəyə gəlmişdir. Maddi və prosessual normaların pozulması nəticəsində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qanunsuz və əsassız qətnamə çıxarılmışdır. Qətnamə həm də düzgün əsaslandırılmamışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 20.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır c)Məhkəmə icraatı iştirakçılarının izahatları 21.Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə etdi, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. 22.Cavabdehlər Cavabdeh2 Bank Olmayan Kredit Təşkilatı ASC, Qaradağ rayon İcra və Probasiya Şöbəsi və Azərbaycan Respublikası X3 Əmlak Hərrac Mərkəzi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onların nümayəndələriməhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 23.Maddə337.1.Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 24.Maddə 415.2.Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. 25.Maddə 416.1-ci və 416.2. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Yalnız hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununu: 26.Maddə 41.2.Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. 27.Maddə 42.1.Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair X4ndə və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir 28.Maddə 42.3.İstənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir. 28.Maddə 42.6.Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayır. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. 29.Maddə 43.1.Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən o olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı və həmin müddət uzadılmasın. 30.Maddə 43.4.İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. 31.Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 32.Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 33.Maddə 43.7-1. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. 34.Maddə 43.8.İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 35.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdımalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 36.Maddə 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 37.Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Apellyasiya baxışının hədləri 38.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 39.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarınınəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 40.Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməlidir. 41.Belə ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı münasibətlərə qüvvədə olmayan “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun maddələrini tətbiq etmişdir. 42.Kollegiya hesab edir ki, məhkəmə tərəfindən maddi hüquq norması düzgün tətbiq edilmədiyindən apellyasiya şikayətinin dəlili olmaqla yanaqşı, şikayətin digər dəlillərdən asılı olmayaraq qətnamə ləğv edilərək iş materiallarına əsasən tədqiq edilmiş sübutlar əsasında yeni qətnamə qəbul edilməlidir. 43.Kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə hərracın keçirilməsinin ümumi qaydaları müəyyən edildiyi halda, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu ilə borcun ipoteka predmetinə yönəldilməsi məqsədilə keçirilən hərracın xüsusiyyətləri nəzərə alınmaqla qaydalar müəyyən edilmişdir. 44.İşin araşdırılmış halları ilə müəyyən olunur ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 29 sentyabr 2016-cı il tarixli, 2(002)-3079/2016 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, 20693 ABŞ dolları 08 sent əsas borc, 3601 ABŞ dolları 98 sent faiz, 100 ABŞ dolları cərimə, cəmi 24395 ABŞ dolları 06 sentin ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesabı ilə, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və 1 manat məbləğində bank xidməti haqqının cavabdeh İddiaçı tutularaq Cavabdeh2 BOKT ASC-yə ödənilməsi, tələb üzrə tutmanın cavabdeh İddiaçı mülkiyyətində olan, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Alim Şəbiyev küçəsi 7-ci massiv 25A saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması, fərdi yaşayış evinin ilkin satış qiymətinin 40000 manat müəyyən edilməsi, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləğinin Cavabdeh2 BOKT ASC-yə ödənilməsi, iddiaçı Cavabdeh2 BOKT ASC-nin tələbləri ödənildikdən sonra qalan məbləğin cavabdeh İddiaçı qaytarılması qət edilmişdir. 45.Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-390/2019 saylı qətnaməsi ilə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, hazırki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 29 sentyabr 2016-cı il tarixli, 2(002)-3079/2016 saylı qətnaməsi faiz borcunun, cəmi məbləğinin müəyyən edilməsi və ipoteka predmetinin ilkin satış qiyməti hissələrində dəyişdirilmiş, faiz borcu 3464,53 (üç min dörd yüz altmış dörd ABŞ dolları əlli üç sent) ABŞ dolları, cəmi məbləğ 24257,61 (iyirmi dörd min iki yüz əlli yeddi ABŞ dolları altmış bir sent) ABŞ dolları məbləğində, ipoteka predmetinin ilkin satış qiyməti 69800 (altmış doqquz min səkkiz yüz) manat müəyyən olunmuş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. 46.Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2026/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)- 390/2019 saylı qətnaməsinin mübahisələndirilən hissələrdə - kredit borcu tələbinin təmin olunmuş hissəsində və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. 47.Hərracın keçirilməsi haqqında Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin xx/xx-141882/8 saylı, xx.xx.2022-ci il tarixli sifariş məktubu Cavabdeh3 MMC-yə daxil olmuş və Cavabdeh3 MMC tələbkar Cavabdeh2 BOKT ASC və borclu İddiaçı Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin xx/xx-141882/8 saylı, xx.xx.2022-ci il tarixli şifariş məktubuna əsasən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Alim Şəbiyev küçəsi, 7-ci massiv, 25A saylı fərdi yaşayış evin xx.xx.2022-ci il tarixdə, saat 11:00-da ilkin hərrac, xx.xx.2022-ci il tarixdə, saat 11:00-da satılmaq üçün təkrarən açıq hərraca çıxarılacağı barədə məlumatlandırmış, bu barədə sonuncuya xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə olan bildirişləri rəsmi qaydada poçt vəsitəsi ilə göndərmiş, həmin bildirişlər iddiaçının həm qeydiyyatda olduğu ünvan 2 ünvanına, həm də faktiki yaşadığı ünvan 3 ünvanına göndərilmişdir. Bununla yanaşı hərrac barədə "xxxx" X2 (Portalında) (www.birjanews.az) və hərracın təşkilatçısının rəsmi internet səhifəsində də (“E-herrac.com”) elan verilmişdir. İlkin və təkrar hərrac baş tutmadığına görə, xx.xx.2022-ci il tarixində Cavabdeh3 MMC tərəfindən Cavabdeh2 BOKT ASC-yə “ipoteka predmetinin əldə olunmasına dair” təklif məktubu göndərilmişdir. İpoteka saxlayan Cavabdeh2 BOKT ASC xx.xx.2022-ci il tarixli, 8066- 1222 nömrəli məktubla ipoteka predmetini təklif edilən 44.497,5 (qırx dörd min dörd yüz doxsan yeddi manat əlli qəpik) manat məbləğində əldə edilməsinə razı olduğunu bildirmişdir. Cavabdeh3 MMC-nin 26/23 saylı, 16 yanvar 2023-cü il tarixli X7 barədə Protokola əsasən, Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin sifarişi əsasında hərracın keçirilməsinə şərait yaradan və protokol tərtib edən Cavabdeh3 MMC cavabdehə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Alim Şəbiyev küçəsi, 7-ci massiv, 25A saylı fərdi yaşayış evini təkrar hərraca çıxarmış və ipoteka saxlayan Cavabdeh2 BOKT ASC həmin əmlakı 44497,5 manata əldə etmişdir. 48.Göründüyü kimi Cavabdeh3 MMC tərəfindən keçirilmiş hərrac qanunvericiliyin tələblərinə uyğun keçirilmiş, Hərrac Təşkilatı qanunvericiliklə üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, bu barədə iddiaçının həm qeydiyyatda olduğu, həm də faktiki yaşadığı ünvanlar üzrə rəsmi qaydada bildirişlər göndərmiş, hərrac barədə "xxxx" X2 (Portalında) (www.birjanews.az) və hərracın təşkilatçısının rəsmi internet səhifəsində (“E-herrac.com”) elan verilmişdir. 49.“F.Cavadov və V.Aslanovun şikayəti” ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 oktyabr 2008-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, MM-in 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. 50.Qanunvericiliyin normalarına əsasən hərracın keçirilməsinə məsul olan təşkilat hərrac iştirakçısının yaşadığı ünvanı axtarıb tapmaq və bildirişləri borclunun bu ünvanına göndərmək, habelə onun özünü şəxsən taparaq bildirişi ona təqdim etmək və ya hərrac barədə özündə məlumatları əks etdirən qəzetləri göndərmək öhdəliyi daşımır. Qanunverici hərrac təşkilatının üzərinə hərracın keçirilməsinə dair X4ndə elan dərc etdirmək, ipoteka saxlayana və ipoteka qoyana bildiriş göndərmək vəzifəsi qoymuşdur. Hərrac təşkilatı qeyd edilən şəxslərə bildiriş göndərməklə və qəzetlərdə elan dərc etdirməklə üzərinə qoyulmuş öhdəliyi yerinə yetirmiş sayılır. 51.Göründüyü kimi, iddiaçının keçirilən hərraclar barədə ona bildiriş göndərilməməsi ilə bağlı dəlilləri əsassız olmaqla, araşdırılmış sübutlarla öz təsdiqini tapmamışdır. Belə ki, hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, habelə özündə qanunvericiliklə müəyyən edilmiş digər məlumatları əks etdirən bildirişlər iddiaçıya göndərilmiş, o cümlədən hərracla bağlı "xxxx" X2 (Portalında) (www.birjanews.az) elanlar verilmişdir. 52.Bundan başqa, məhkəmə kollegiyası apellyatorun hərrac təşkilatı tərəfindən verimiş elanın kütləvi informasiya vasitəsində deyil, özünə məxsus olan (kütləvi informasiya vasitəsi sayılmayan) domen əsasında qurulmuş saytda verilməsi ilə bağlı dəlilini əsassız hesab edərək qeyd edir ki, hərrac keçirilən zaman Azərbaycan Respublikasının “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsində “X4ndə elan verir” sözü qeyd olunmuş olsa belə, həmin vaxt “X4” haqqında Qanun (xx.xx.2021-ci ildə ləğv olunub) qüvvədə olmamışdır. 17 fevral 2023-cü ildə “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsində dəyişiklik olunaraq, X4ndə” sözləri “mediada” sözləri ilə əvəz edilmişdir. xx.xx.2022-ci il tarixində isə “Media haqqında” Qanun qüvvəyə minmişdir. Həm xx.xx.2022-ci il tarixli ilkin, həm də xx.xx.2022-ci il təkrar hərrac keçirilən dövrdə “Media haqqında” Qanun qüvvədə olmuşdur. 53.Digər tərəfdən iş materiallarında olan "xxxx" İnternet informasiya Ehtiyyatı (Portalı) MMC-nin Nizamnaməsində cəmiyyətin fəaliyyəti adlanan 3-cü bəndində də qeyd olunmuşdur ki, cəmiyyət “X4” haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilən qaydada kütləvi informasiya vasitəsi sayılan X5 yaradaraq birja və hərrac xəbərlərinin yayılması istiqamətində, o cümlədən qanunvericiliklə qadağan olunmayan digər fəaliyyət növləri ilə məşğul olur. 54.Kollegiya iddiaçının müvafiq məhkəmə qətnaməsi üzrə tutulmuş məbləğlərdə ödənişlər etməsi ilə bağlı dəlilinə münasibət bildirərək qeyd edir ki, borclu tərəfindən icra mərhələsində borc tam olaraq ödənilməmiş, borc məbləğində ödənişlər olması isə hazırki iddia tələbinin təmin edilməsi üçün əsas ola bilməz. 55.Beləliklə sadalanan xüsusatlara və qanunvericilik normalarına əsasən, kollegiya belə qənaətə gəlir ki, ipoteka predmeti olmuş İddiaçına məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Alim Şəbiyev küçəsi, 7-ci massiv ünvanında yerləşən 25 A saylı fərdi yaşayış evinətutmanın yönəldilməsi məqsədilə Cavabdeh3 tərəfindən keçirilmiş hərracın etibarsızlığı üçün hər hansı bir əsaslar yoxdur. Belə ki, hərrac təşkilatçısı olan Cavabdeh3 qanunun tələblərinə riayət edilməklə ipoteka saxlayana, ipoteka qoyana keçiriləcək hərracla bağlı məlumat verilməsi istiqamətində tədbirlər görüldüyü, həmçinin X4ndə elanların dərc edildiyi iş materiallarında olan sənədlərlə sübut olunur. 56.Göründüyü kimi, hərrac qanunvericiliyin tələblərinə uyğun keçirilmiş, bildirişlər tələb edilən müddətlərdə göndərilmiş, hərrac iştirakçıları məlumatlandırılmışlar. 57.Beləliklə qeyd olunan xüsusatları ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli, 2(004)-1416/2023 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməməlidir. 58.Kollegiya, həmçinin hesab edir ki, iddia tələbi təmin edilmədiyindən prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir. 59.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli, 2(004)-1416/2023 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar