Məhkəmə qərarları › İş №2(103)-527/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-527/2020

30.01.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-527/2020 30.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Elşən Cələddin oğlu Kazımovdan ibarət tərkibdə, Kərimova Aytən Nadir qızının katibliyi, İddiaçı, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər AR Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu və Cavabdeh2 qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinəBakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna və Cavabdeh2 qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarından görünür ki, İddiaçı cavabdehlər AR Səhiyyə Nazirliyi Elmi- Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu və Cavabdeh2 qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən dəymiş zərərin əvəzi qismində 15000 manat məbləğində maddi, 39470 manat, cəmi 54470 manat məbləğində mənəvi zərərin əvəzinin və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat pulun tutulub ona verilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2014-cü ildə gədəbəy rayonunda avtomobil qəzasına düşmüş, nəticədə sol bud sümüyününınması və ağır yaralanmağı ilə bağlı Gəncə şəhəri 3 nömrəli xəstəxanaya yerləşdirilmişdir. Bir neçə aydan sonra bud sümüyünün vəziyyəti ağır olduğundan müalicə aldığı xəstəxanada həkim Telmanın göstərişi ilə onu Bakı şəhər Elmi-Tdqiqat Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirirlər. Həmin xəstəxananın həkimi professoru Cavabdeh2 onu müayinə etdikdən sonra əməliyyat edib sağaldacağını öz öhdəsinə götürdü. Lakin 2015-ci ildə həkim cərrah Cavabdeh2 iddiaçının sol bud sümüyünü əməliyyat etmiş və “yelizarov" aparatını oraya yerləşdirmişdir. Bu əməliyyatın olunması üçün Cavabdeh2 iddiaçıdan 2500 manat pul alaraq həmin əməliyyatı etmişdir. Eyni zamanda əməliyyat zamanı lazım olan bütün dərman preparatlarını iddiaçı öz hesabına aldırmışdır. Bu əməliyyatın olunması və həmin aparatın 9 ay iddiaçının ayağında qalmasına baxmayaraq, heç bir nəticəsi olmamışdır. Belə ki, həmin aparatın sökülməsindən sonra iddiaçının ayağında çirkli irinin axması davam edirdi və iddiaçı bunun nə zaman düzələcəyini həkimdən soruşduqda həkim ona ayağının yaxşı olacağını bildirdi. Aparatın iddiaçının ayağından sökülməsindən 2 ay sonra onun həmin sol ayağı heç bir gücə düşmədən yenidən sındı. İddiaçı bununla əlaqədar bir neçə dövlət xəstəxanalarına müraciət etsə də, onu qəbul etməyib birinci dəfə əməliyyat olunduğu həkimin yanına getməyini bildirdilər. Bundan sonra iddiaçı onu əməliyyat edən həkim Cavabdeh2 yanına gələrək ayağının yenidən sındığını bildirdi. Həkim onun ayağının yenidən əməliyyat olunacağını bildirdi və həmin əməliyyatın olunması üçün iddiaçının valideyinləri ilə danışıb 2000 min manat pul verilməsini bildirib. İddiaçı həkimə bildirib ki, onun yenidən əməliyyat olunmağı üçün nəyə gorə pul istəyir. Həkim isə bildirdi ki, ayağının sınmasına səbəbkar iddiaçı özüdür, həmin ayağı gücə saldığı üçün sınmışdır. Həkim professor Cavabdeh2 iddiaçının ayağını birinci dəfə əməliyyat etdikdən sonra oradan gələn çirklərin sağalmaması sümüyün çürüyərək sınmasına səbəb olmuşdur. Həkim 2000 min manatın verilmədiyi təqdirdə əməliyyatı etməyəcəyini bildirdi. İddiaçı ayağındakı küt ağrıların hədsiz dərəcədə cox olduğundan valideynlərinə həmin məbləği borc xərc edərək tapmalarını və həkimə vermələrini bildirdi. Həkim Cavabdeh2 yenidən 2000 min manat pul verildikdən sonra iddiaçı soruşanda ki, bu əməliyyatdan sonra ayağı yaxşı olacaq ya yox, o bildirdi ki, bu əməliyyatdan sonra ayağı 100 faiz sağaldıb ağrızız, irinsiz evə göndərəcəm. Tərəflər razılaşdı və 2016-cı ildə həkim iddiaçının ayağını yenidən əməliyyat etdi. Lakin bu əməlliyat da uğursuz oldu, həkim birinci əməliyyat zamanı kəsilən sümükdən təkrar kəsərək ayağı digər ayaqla 4 sm fərq olmaqla qısaltdı və iddiaçını şikəst etdi. Eyni zamanda bildirilir ki, həkim Cavabdeh2 birinci əməliyyatı zamanı səhlənkarlıq nəticəsində sümükdə saldığı mikrob nəticəsində ayaqda sümük çürüməyə və irin verməyə başlamışdır. Bunun nəticəsi olaraq iddiaçının sol sınmış ayağının sümüyü bərkimədi və orda olan çirklərin qarşısını almaq mümkün olmadı. Qeyd edilirki, iddiaçı həkim Cavabdeh2 məsləhəti ilə iki dəfə əməliyyat olundu, 9 ay xəstəxanada yatdı, xəstəxanada olduğu vaxtlarda bütün deyilən müayinələrdən öz vəsaiti hesabına keçdi, deyilən dərmanları özü aldı. Xəstəxanada yatdığı 9 ay müddət ərzində ayağının müayinə və müalicəsi, əməliyyatı ilə bağlı ümumilikdə 15000 min manat pul xərclənmişdir. Ancaq ayağın sağalması ilə bağlı heç bir nəticə əldə olmamış, iddiaçı yataq xəstəsi olmuş və ayağının çirki düzəlməmişdir. Buna baxmayaraq müalicələrini davam etdirmişdir. Daha sonra başqa bir həkimin müalicəsindən bir müddətdən sonra ayağa qalxmışdır. İşin faktiki hallarından göründüyü kimi həkim sələnkarlığı nəticəsində iddiaçı 4 il 3 ay müddətdir ki, yataq xəstəsi olmuş və əmək qabiliyyətimi tam itirmişdir. Bu illər ərzində müalicəsi ilə bağlı öz yaşadığı evimi satmış, hal-hazırda qardaşının evində məskunlaşmışdır. Ailəlidir, 3 azyaşlı övladı var. Ailədə yeganə qazanc onun işləməyi ilə bağlı idi. Təqdim edilən sənədlərlə müəyyən olunur ki, cavabdehin iddiaçıya vurduğu maddi ziyan aşkardır, zərərin məbləği kifayət qədər yüksəkdir və buna görə də iddiaçı hesab edir ki, cavabdeh ona vurulmuş zərərin əvəzi tam həcmdə ödənilməlidir. Qeyd olunanları nəzərə alıb, iddiasının təmin olunmasını xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilməmişdir. İddiaçı Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməməsini, işə birtərəfli baxılmasını, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması, maddi və prosessual hüquq normalarının pozulması və digər əsasları göstərməklə, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutun səlahiyyətli nümayəndəsi kollegiyanın iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə apellyasiya qaydasında baxan Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini, apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş edən iddiaçının, şikayəti qəbul etməyərək təmin olunmamasını xahiş edən Cavabdeh2 izahatlarını dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və X3-Təcrübi və Tədris Birliyinin xx.xx.2019-cu il tarixli, 570 saylı ekspert rəyindən görünür ki, İddiaçı adına Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, həmin instituta ilkin olaraq xx.xx.2016-cı il tarixdə müraciət etmiş və stasionara qəbul edilmişdir. İddiaçı aparılmış müvafiq müayinələrdən sonra ona “Sol bud sümüyünün əməliyyatdan sonrakı osteomieliti; intramedulyar osteosintezdən sonrakı vəziyyət” diaqnozu düzgün təyin edilmişdir, İddiaçı Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda təyin edilmiş diaqnoza uyğun olaraq xx.xx.2016-cı il “Sol bud sümüyündən ştifin çıxarılması; Nekrektomiya; Yivli mil aparatı ilə osteosintez” və xx.xx.2016-cı il tarixdə “Bud sümüyünün adaptasion rezeksiyası; Bud sümüyünün aşağı 1/3-nin kortikal osteotomiyası; Bilateral osteosintez” cərrahiyyə əməliyyatları icra edlimişdir, icraedilmiş hər iki cərrahiyyə əməliyyatları travmanın ağırlığına və mövcud olan osteomielit prosesinin aradan qaldırılması istiqamətində hayata keçirilmişdir; İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, onda sol budun irinli proses - osteomieliti xx.xx.2016-cı il tarixdə aparılmış cərrahiyyə əməliyyatı ilə səbəbli əlaqəsi olmasa da, bu patoloji hal müxtəlif səbəblərdən, yəni əməliyyatdan sonrakı qulluq, reqenerasiya prosesinin pozulması, orqanizmin fərdi xüsusiyyətləri və s. nəticəsində yarana bilərdi; İddiaçı sol bud nahiyyəsində mövcud olan osteomielit prosesi aparılan cərrahiyyə əməliyyatlarına və müalicələrə baxmayaraq davam etmişdir. Belə olan halda patoloji prosesin tam olaraq aradan qaldırılması üçün etaplı cərrahiyyə əməliyyatlarının aparılmasına zərurət yaranır; İddiaçı üzərində xx.xx.2016-cı il tarixdə aparılmış cərrahiyyə əməliyyatından sonra onda sol bud sümüyünün refrakturası (təkrar sınığı) müxtəlif səbəbdən baş verə bilərdi və təkrar travmanın olduğu inkar olunmur; İddiaçı mütəxəssis müayinəsinə əsasən, onda destruksiyaya uğramış sümük seqmenti rezeksiya (kəsilib) edilmişdir. Əməliyyat zamanı sümüyün 4 sm uzunluğunda kəsilib götürməsi taktiki cəhətdən düzgün icra edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3-Təcrübi və Tədris Birliyinin xx.xx.2019-cu il tarixli, 281 saylı ekspert rəyindən görünür ki, İddiaçı adına Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda tərtib edilmiş tibbi sənədlərdən göründüyü kimi, o xx.xx.2016-cı il tarixdə İnstitutun irinli travma şöbəsinə müraciət etmişdir; İddiaçı stasionara qəbul olunmuş, aparılmış klinik, laborator və instrumental müayinələr əsasında ona “Sol bud sümüyünün əməliyyatdan sonrakı osteomieliti; İntramedulyar osteosintezdən sonrakı vəziyyət” diaqnozu düzgün təyin edilmişdir; İddiaçı Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda təyin edilmiş diaqnoza uyğun olaraq operativ müalicə taktikası seçilmiş və xx.xx.2016-cı il üzərində “Sol bud sümüyündən ştifın çıxarılması; Nekrektomiya; Yivli mil aparatı ilə osteosintez” cərrahiyyə əməliyyatı icra edilmişdir, adekvat müalicələr davam etdirilmiş və patoloji prosesin ağır kliniki gedişatı ilə əlaqədar xx.xx.2016-ci il tarixdə osteotomiyası; Bilateral osteosintez” cərrahiyyə əməliyyatı icra edlimişdir. İcra edilmiş “Bud sümüyünün adaptasion rezeksiyası; Bud sümüyünün aşağı 1/3-nin kortikal osteotomiyası; bilateral osteosintez” cərrahiyyə əməliyyatları icra edilmişdir, hər iki cərrahiyyə əməliyyatları mövcud olan patoloji prosesinin aradan qaldırılması üçün hayata keçirilmişdir; İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, sol budda irinli prosesin-osteomielitin davam etməsi xx.xx.2016-cı il tarixdə aparılmış cərrahiyyə əməliyyatı ilə səbəbli əlaqəsi yoxdur, Belə ki, bu patoloji hal müxtəlif səbəblərdən, yəni əməliyyatdan sonrakı qulluq, reqenerasiya prosesinin pozulması orqanizmin fərdi xüsusiyyətləri, immun sisteminin zəifləməsi və s. nəticəsində yarana bilərdi; İddiaçı sol bud nahiyyəsində aparılan cərrahiyyə əməliyyatlarına və müalicələr baxmayaraq onda mövcud olan patoloji prosesin tam olaraq aradan qaldırması üçün etaplı cərrahiyyə əməliyyatlarının aparılmasına zərurət yaranmışdır. Aparılacaq əməliyyatların nəticəsi haqqında əvvəlcədən fikir söylənilməsi mümkün deyildir; İddiaçı üzərində xx.xx.2016-cı il tarixdə icra edilmiş cərrahiyyə əməliyyatından sonra onda sol bud sümüyünün refrakturasının (təkrar sınığı) yaranması, müxətlif səbəblərdən, o cümlədən təkrar travmanın olması nəticəsində əmələ gəlməsi istisna edilmir; İddiaçı mütəxəssis müayinəsinə əsasən, onda destruksiyaya uğramış sümük seqmenti rezeksiya (kəsilmə) edilmişdir. Əməliyyat zamanı sümüyün 4 sır. uzunluqda kəsilib götürülməsi taktiki cəhətdən düzgün icra edilmişdir.İcra edilmiş hər iki İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçının iddia etdiyinə görə ayaq nahiyəsində Cavabdeh2 tərəfindən həyata keçirilmiş cərrahi əməliyyatlar və müalicə səbəbindən müxtəlif fəsadlar baş vermiş, hazırda iddiaçı baş vermiş fəsadlarınsəbəbi kimi yanlış aparılmış cərrahi əməliyyatları və müalicəni əsas gətirərək, cavabdehlərdən vurduqları zərərin əvəzini tələb etmişdir. İşin tam, hərtərəfli araşdırılması məqsədi iə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərardadı ilə üzrə təkrar komisyon məhkəmətibbi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X3- Təcrübi və Tədris Birliyindən daxil olmuş xx.xx.2019-cu il tarixli, 651 saylı ekspert rəyinə əsasən: Travmatologiya və Ortopediya İnstitutunda tərtib edilmiş tibbi sənədlərdən göstərilənlərə əsasən, o ilk dəfə olaraq xx.xx.2016-cı il tarixdə İnstitutun İrinli travma şöbəsinə daxil olmuş və aparılmış müvafiq müayinələr əsasında ona “Sol bud sümüyünün əməliyyatdan sonrakı osteomieliti; İntramedulyar osteosintezdən sonrakı vəziyyət” diaqnozu düzgün təyin edilmişdir. Travmatologiya və Ortopediya İnstitutunda F. Müseyibovun adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən xx.xx.2016-cı il üzərində “Sol bud sümüyündən ştifın çıxarılması; Nekrektomiya; Yivli mil aparatı ilə osteosintez” cərrahiyyə əməliyyatı icra edilmişdir, adekvat müalicələr davam etdirilmiş və patoloji prosesin ağır kliniki gedişatı ilə əlaqədar xx.xx.2016-ci il tarixdə osteotomiyası; Bilateral osteosintez” cərrahiyyə əməliyyatı icra edlimişdir.İcra edilmiş hər iki əməliyyatları təyin edilmiş diaqnoza uyğun olaraq, mövcud olan patoloji prosesin aradan qaldvrılması məqsədi ilə icra edilmişdir. Travmatologiya və Ortopediya İnstitutunda F. Müseyibovun adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, xəstəxanaya daxil olarkən onun sol bud sümüyündə əməliyyatdan sonrakı osteomielitin olması qeyd edilmişdir ki, bu da xx.xx.2016-cı il və xx.xx.2016-cı il tarixdə icra edilmiş cərrahiyyə əməliyyatları ilə səbəbli əlaqəsi yoxdur. Belə ki, bu patoloji hal müxtəlif səbəbələrdən, yəni travmadan sonra qeyri düzgün qulluq, qegenerasiya porsesinin pozulması, orqanizmin immun sisteminin zəiflənməsi, əməliyatdan sonrakı qulluq orqanizmin fərdi xüsusiyyətləri və sair nəticəsində yarana bilərdi. Bu cür patoloji halların aradan qaldvrvlması etaplı müalicə, eləcə də cərrahi əməliyatlar nəticəsində mümkün ola bilər. F. Müseyibovun üzərində xx.xx.2016-cı il tarixdə icra edilmiş cərrahiyyə əməliyyaından sonra onda sol bud sümüyünün refrakturasının (təkrar sınığı) yaranması müxtəlif səbəblərdən, o cümlədən təkrar travmanın olması nəticəsində əmələ gəlməsi istisna edilmir. F. Müseyibovun mütəxəssis müayinəsinə əsasən, onda destruksiyaya uğramış sümük seqmenti rezeksiya (kəsilib) edilmişdir. Əməliyyat zamanı sümüyün 4 sm uzunluğunda kəsilib götürməsi taktiki cəhətdən düzgün icra edilmişdir. Göründüyü kimi, hazırki iddia tələbi üzrə keçirilmiş təkrar komisyon məhkəmə-tibbi ekspertiza və əvvəlki keçirilmiş ekspertizalar arasında ziddiyyət yoxdur. İddiaçı tərəfindən tələbinin əsaslı olmasını təsdiq edən və cavabdehlərin qanunazidd hərəkətləri nəticəsində həqiqətən də ona zərərin vurulması ilə bağlı sübutlar da təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Göründüyü kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” xx xxxx 2019-cu il tarixli Qərarı). Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbini əsaslandıra və bunu təsdiq edən hər hansı sübutlar təqdim edə bilmədiyindən, hal-hazırda hazırkı iddia tələblərinin təmin olunması üçün hüquqi əsaslar olmadığından, iddia ərizəsini təmin etməməklə birrinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı X1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar