Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5275/2020 07.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamaliyev Fərid Seyfulla oğlunun katibliyi, İddiaçı1 iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər "Cavabdeh" MMMC və X31 qarşı “X25 fəaliyyətinin qanunsuz hesab edilməklə qadağan edilməsi və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-802/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X25 qanunsuz hərəkətləri nəticəsində vurulmuş maddi zərərin müəyyən edilərək, cavabdehdən tutularaq mülkiyyətçilərə tam ödənilməsi, mülkiyyətçilərə mənəvi zərərə görə 50000 manat cavabdehdən iddiaçılara ödənilməsi, cavabdeh X25 qanunsuz əməlləri barəsində xüsusi qərardad çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə baxışı zamanı iddiaçıların nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, "Cavabdeh" MMMC-nin və özünü MMMC-nin sədri kimi təqdim edən X25 fəaliyyətinin qanunsuz hesab edilməklə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini və eyni zamanda cavabdeh X25 əməllərində cinayət əməlləri mövcu olduğundan onun barəsində xüsusi qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəmov küçəsi 61 ünvanda yerləşən çoxmənzilli binaların, Q.Quliyev 21, İmran Qasımov küçəsi 16 və Xan Şuşinski 12 saylı binaların eyni zamanda sakinlər tərəfindən binanın ümumi əmlakının istismarı məqsədi ilə «xxxxxxxxx» MMMC qeyri-kommersiya qurumu kimi yaradılmış və həmin Cəmiyyət xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına, xx.xx.2017-ci il tarixdə vergi orqanında uçotuna alınmışdır. Cəmiyyət fəaliyyətə başladığı anda nizamnamə əsasında Cəmiyyətə rəhbərlik , mənzil mülkiyyətçilərinin və nizamnamə ilə müəyyən edilmiş , Cəmiyyətin qanuni təmsilçisi X32 iki il müddətinə seçilmişdir. Eyni zamanda X32 hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Audit İdarəsinin rəis müavini vəzifəsini icra edir. Eyni zamanda « xxxxxxxxx» MMMC - nin sədri kimi dövlət reyesteri və Cəmiyyətin bank hesabı da onun adınadır, « xxxxxxxxx» MMMC -nin sədri N.Kərimovun xx xxxxx 2019-cu iİdə səlahiyyət müddəti bitdiyinə görə rəsmi olaraq Ədliyyə Nazirliyinə müraciət etmiş və müraciət əsasında yeni idarə heyətinin və sədrin çeçilməsi öz həllini tapmamışdır. Buna baxmayaraq X41 xx xxxxx 2019-cu ildən özünü sədr kimi təqdim etmiş və cəmiyyət üzvlərinin xəbəri və razılığı olmadan özbaşına saxta yolla özünü sədr kimi rəsmi təqdim etmədən öz şəxsi mənafeyinə uyğun fəaliyyət göstərir. «xxxxxxxxx» MMMC-nin xidməti işçiləri, qanuna zidd əsaslarla, əmək fəaliyyət göstərir. Mənzil Məcəlləsində mülkiyyətçilərlə kommunal müqaviləsi bağlanmadan X41 qeri-qanuni olaraq sakinlərdən 3 otağa görə 65, dörd -otağa görə 85 manat nıəbləğində pul alır. X25 qanunsuz fəaliyyətilə bağlı Azərbaycan Respublikasının Vergilər Nazirliyinə rəsmi müraciəti olmuş və müraciətində ona cavab verilmişdir ki, o və digər mülkiyyəçilər məhkəməyə müraciət etməlidirlər. Yəni Cəmiyyətin qanuni təmsilçisi X2 müddəti xx.xx.2019-cu il tarixdə başa çatmışdır. Lakin Cəmiyyətin sədri qanuna zidd olaraq öz fəaliyyətini davam etdirməməklə, özbaşnalıqla qanunsuz hesab etdikləri, qanunsuz əməlləri ilə mənzil mülkiyyətçilərinin hüquqlarını kobud pozurlar. Yəni xx.xx.2019-cu il tarixdən İdarə heyətinin sədrinin və idarə heyətinin digər üzvlərinin səlahiyyət müddəti bitməsinə baxmayaraq, yeni idarə heyəti yaradılmadan Ədliyyə Nazirliyinin qeydiyatından keçməyərək X41 özünü qeyri-qanuni idarə heyətinin sədri kimi 5 aydan çox qanuna zidd əsaslarla fəaliyyət göstərməklə işləyir və səlahiyyət müddəti bitmiş Cəmiyyətin möhüründən sui-istifadə etməklə özbaşnalıqla pul yığır. Yəni mülkiyyətçilərin düşdüyü şəraitin, birbaşa mülkiyyətçilərə özünü Cəmiyyətin sədri kimi elan edən X25 əməlinin araşdırılmasının labüdlüyünü nəzərə alınmalıdır. Qeyd edilən normanın tələbini nəzərə almasını və X25 qanunsuz və özbaşına əməllərinə hüquqi qiymət verilməlidir. X25 qanunsuz hərəkətləri nəticəsində mülkiyyətçilərdən qanunsuz olaraq aldıqları ödəmələr, ondan alınaraq ödənilməlidir və ondan tələb olunmalıdır. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Eyni zamanda X25 mülkiyyətçilərdən qanunsuz olaraq aldığıı pulları tələb edirlər. Cavabdeh MMC mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətininİdarə heyyətinin qanuna zidd hərəkətləri və cəmiyyətin üzvlərinin hüquqlarının kobud pozulması faktları məhkəməyə müraciətlərinə əsas olmuşdur. Cavabdeh MMC rəhbərliyinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin və Azərbaycan Respublikasıda Dövlət və İctimai mənzil Fondu evlərində yaşayış sahəsindən istifadə haqqı və mənzil-kommunal xidmətlərinə görə tarifləri haqqında qərarın tələblərini kobud pozulması faktdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-802/2019 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər "Cavabdeh" MMMC və X31 qarşı “X25 fəaliyyətinin qanunsuz hesab edilməklə qadağan edilməsi və s.” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(006)-802/2019 saylı qətnaməsinin qanunsuz və əsassız hesab olunmaqla ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsində şahid qismində çıxış edənlərin ifadələri hakim tərəfindən nəzərə alınmamış və iştirakçılarının 50%-i olduqda iclas keçirilməsi tələbinə və 272 mənzil mülkiyyətçilərinin sözügedən iclasda 25-30 mülkiyyətçisinin iştirak etməsi faktına hüquqi qiymət verməmişdir. İddiaçı apellyasiya şikayətinin əsası kimi qeyd edilən hallara və Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 60, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 179.2, 179.3, 359.3, Mülki Prosessual Məcəllənin 218.1, 9.1, 9.2, 9.3, 217, 218.1, 88, 385.1, 385.1.1, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 18, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1.1-ci maddəsinə istinad etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Kollegiya iclasının vaxtı və yeri barədə digər iddiaçı və cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq kollegiya iclasında iştirak etməmişlər, və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən digər iddiaçı və cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb hesab edir ki, İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Sahə mülkiyyətçilərinin xx.xx.2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş, xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınmış Cavabdeh nizamnaməsinin təsdiq edilmiş surətindən görünür ki, cəmiyyətin yaradılmasının əsas məqsədi daşınmaz əmlak kompleksini birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etməkdən, bu Nizamnamədə nəzərdə tutulmuş məqsədlərin yerinə yetirilməsi üçün fəaliyyət növlərini həyata keçirməkdən ibarətdir. Bu məqsədlərə çatmaq üçün cəmiyyət yaşayış binasının cəmiyyət iştirakçılarının ümumi istifadəsində olan daxili və xarici kommunal xidmətləri təchizatı xəttlərinin və digər qurğu və avadanlıqlarının təmiri və lazım gələrsə, bərpa edilərək daim işlək vəziyyətdə saxlanması, yaşayış binasının binadaxili istilik və elektrik enerjisi, təbii qaz, lift, məişət tullantıları və kanalizasiya xidmətləri təchizatı qurğuları və xəttlərinin təmir və ya bərpa olunması və onların işlək vəziyyətdə saxlanılması, yaşayış binasının daxili və xarici divarlarının, zirzəmi və damlarının, həmiçinin giriş bloklarının təmir olunması və işıqlandırılması, yaşayış binasının sərəncamında olan onun həyətyanı sahəsinin abadlaşdırılması, istirahət və uşaqlar üçün əyləncə qurğularının quraşdırılması, həyətyanı sahənin yaşıllaşdırılması, yaşayış binasının sakinlərinin rifahının yaxşılaşdırılmasına yönəldilən digər tədbirlərin həyata keçirilməsi və belə tədbirlərin görülməsi üçün müqavilə əsasında özəl operatorun və ya hər hansı podratçının cəlb olunması, yaşayış binasının sakinlərinin ümumi maraqlarına cavab verən və mövcud qanunvericiliklə qadağan olunmayan digər xidmətlərin göstərilməsi, işlərin görülməsi və fəaliyyət növlərinin həyata keçirilməsi kimi fəaliyyət növlərini həyata keçirir. Cavabdeh 145 sahə mülkiyyətçisi iştirak etmiş ümumi yığıncağının xx.xx.2017-ci il tarixli qərarının surətindən görünür ki, Cavabdeh təsis edilməsi; Cavabdeh” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin nizamnaməsinin təsdiq edilməsi; “xxxxxxx” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin idarəetmə orqanlarının formalaşdırılması, o cümlədən sədrin seçilməsi; “Cavabdeh" mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin hüquqi ünvanının müəyyən edilməsi; Cavabdeh dövlət qeydiyyatı ilə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət edilməsi ilə bağlı səlahiyyətli şəxsin seçilməsi ilə bağlı gündəlikdə duran məsələlər müzakirə edilərək, Cavabdeh” mənzi mülkiyyətçilərinin müştərək cəmiyyətinin təsis edilməsi; Cavabdeh nizamnaməsinin təsdiq edilməsi yekdilliklə qərara alınmışdır. Cavabdeh ali idarəetmə orqanı iştirakçılarının ümumi yığıncağıdır. "Cavabdeh” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin idarə heyətinin sədri Kərimov Nadir Əİiağa oğlu seçilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən İddiaçı1 ünvanlanmış xx.xx.2017-ci il tarixli məktubdan görünür ki, Vergilər Nazirliyinin vəzifəli şəxsinin mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin sədri ola bilməsinin mümkünlüyü barədə müraciətə baxılmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 27.3-cü maddəsinə əsasən vergi orqanlarının vəzifəli şəxsləri elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istina olmaqla, heç bir sahibkarlıq və digər ödənişli fəaliyyət növləri ilə məşğul ola bilməzlər. Həmçinin Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 127.3-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyəti cəmiyyətin iştirakçıları sırasından seçilirlər. AR-İ seriyalı, 725844 nömrəli, xx.xx.2019-cu il tarixli etibarnamədən görünür ki, etibar edən X26 tam mülkiyyət hüququ üzrə ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quliyev küçəsi, ev 21, 68 saylımənzilə dair müvafiq hərəkətləri etməyi etibar edilən X31 etibar etmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən X15 ünvanlanmış xx.xx.2019-cu il tarixli, 05/3689/2-13 saylı məktubun surətindən görünür ki, "Cavabdeh” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin yeni idarə heyətinin seçilməsi ilə bağlı müraciətə baxılmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 125.2-ci maddəsinə əsasən cəmiyyətin idarə heyətinin seçilməsi mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçıalrınınümumi yığıncağının səlahiyyətlərinə aid edilmişdir. Məcəllənin 127.3-cü və 127.4-cü maddələrinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətininidarə heyəti ən azı üç"üzvdən ibarət olmaqla cəmiyyətin iştirakçılarının ümumi yığıncağında cəmiyyətin iştirakçıları sırasından nizamnamə ilə müəyyən edilmiş, lakin iki ildən artıq olmayan müddətə seçilir. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyəti öz tərkibindən cəmiyyətin İdarə heyətinin sədrini seçir.Həmin Məcəllənin 44.3- cü maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı ümumi səslərin əllidən çox faizinə malik olan sahə mülkiyyətçiləri və ya onların nümayəndələri iştirak etdikdə səlahiyyətlidir (yetərsay yaranır). Yetərsay olmadıqda çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi üçün yenidən ümum yığıncaq keçirilməlidir.Həmçinin qeyd edilməlidir ki, qurum dövlət qeydiyyatına alman zaman idarə heyətinin sədri seçilmiş X14 və idarə heyətinin digər üzvlərinin səlahiyyət müddəti xx.xx.2019-cu il tarixdə bitmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X42 Departamenti tərəfindən İddiaçı1 ünvanlanmış xx.xx.2019-cu il tarixli, **********436500 saylı məktubun surətindən görünür ki, Vergilər Nazirliyi yanında Bakı şəhəri X42 Departamentinə daxil olmuş, Bakı şəhəri Nəsimi rayonu, Süleyman Rüstəm küçəsində fəaliyyət göstərən “Cavabdeh" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətində vergidən yayınma halları barədə müraciətə İddiaçı1 iştirakı ilə baxılmışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 24.0.5-1-ci maddəsinin tələblərinə uyğun olaraq, müraciətdə qeyd olunan məsələlər vergi orqanı tərəfindən nəzarətə götürülmüş və aparılacaq vergi nəzarəti tədbirləri zamanı hər hansı qanun pozuntusu faktı aşkar edildiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görüləcəkdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən İddiaçı1 ünvanlanmış xx.xx.2019-cu il tarixli, 03/3689/3-14 saylı məktubun surətindən görünür ki, Cavabdeh qanuni təmsilçisinin səlahiyyət müddətinin bitib-bitməməsi ilə bağlı məlumat verilməsi barədə müraciətə baxılmışdır. Qurumun nizamnaməsinin 8.3-cü bəndinə əsasən cəmiyyətin idarə heyəti ən azı üç üzvdən ibarət olmaqla cəmiyyətin iştirakçılarının ümumi yığıncağında cəmiyyətin iştirakçıları sırasından nizamnamə ilə müəyyən edilmiş, lakin iki ildən artıq olmayan müddətə seçilir. Cəmiyyətin qanuni təmsilçisi seçilmiş Kərimov X6 müddəti 28.04,2019-cu il tarixdə başa çatmışdır. Cavabdeh MMMC-nin ümumi yığıncağının xx xxxx 2019-cu il tarixli protokolunun surətindən görünür ki, Cavabdeh (MMMC) idarəetmə orqanlarının formalaşdırılması, o cümlədən sədrin seçilməsi; “xxxxxxx” MMMC dövlət qeydiyyatı ilə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət edilməsi ilə bağlı səlahiyyətli şəxsin seçilməsi, yaşayış kompleksində görüləcək yenidənqurma, abadlaşdırılma və müxtəlif təkmilləşdirmə işləri haqqında; yaşayış kompleksinin aşağı və yuxarı həyətlərində sakinlərin şəxsi avtomobillərinin parkinq kimi istifadə edilməsi haqqında; yaşayış kompleksinin binalarının liftlərindən istifadənin kart sistemi vasitəsi ilə istifadə olunması haqqında, sahə mülkiyyətçilərinə cəmiyyət tərəfindən göstərilən xidmətlər və bunun müqabilində ödəniləcək aylıq ödənişlərin məbləğinin təyin və təsdiq olunması ilə bağlı gündəlikdə duran məsələlər müzakirə edilərək səs çoxluğu ilə “xxxxxxxx” MMMC idarə heyətinin 11 nəfərdən-X39, X34, X40, X12, X35, X10, X27, X19, X36, X28 və X20 ibarət tərkibdə seçilməsi qərara alınmışdır. Cavabdeh MMMC idarə heyətinin sədri X3. Cavabdeh MMMC dövlət qeydiyyatı ilə bağlı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə müraciət edilməsi, bununla əlaqədar bütün zəruri sənədlərin imzalanması və təqdim olunması üzrə səlahiyyətli şəxs X3. Kompleksdə, sakinlərə təhlükəsizliyə nəzarət, təmizlik xidmətləri, məişət tullantılarının yığılması, liftservİs, kompleksin mərkəzi İşıqlandırılması,mənzillərə mərkəzləşdirilmiş isti və soyuq suyun (məişət) verilməsi, binaların ümumi əmlakının saxlanılması, istismarı və s. xidmətlər təşkil və təmin olunmuş, bu xidmətlərin məsrəflərini və digər xərcləri nəzərə alaraq sahə mülkiyyətçiləri tərəfindən ödəniləcək aylıq haqların məbləği: 3 otaqlı mənzillər üçün - 65 (altmış beş) manat; 4otaqlı mənzillər üçün - 85 (səksən beş) manat təyin olunmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qeyri-Kommersiya Qurumlarının Dövlət Reyestrindən xx.xx.2019-cu il tarixli, 05/3689/4-14 saylı Çıxarışın surətindən görünür ki, Cavabdeh xx.xx.2017-ci il tarixdə 1117-MM4-0044 nömrə ilə qeydiyyata alınmışdır. Hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, İ.Qasımov küçəsi, ev 16, mənzil 48-dir. Fəaliyyət ərazisi Bakı şəhəri, Nəsimi rayonu İmran Qasımov küçəsi ev 16, Xan Şuşinski küçəsi ev 12, Qulu Quliyev küçəsi ev 21, Süleyman Rüstəm küçəsi ev 61-dir. Fəaliyyət predmeti və məqsədi daşınmaz əmlak kompleksini birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etməkdir. Qanuni təmsilçisi X37r. Dəyişikliyin hüquqi əsasları ümumi yığıncağın xx.xx.2019-cu il tarixli protokolu və digər sənədlərdir. Dəyişikliyin qeydiyyat tarixi xx.xx.2019-cu ildir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 18 saylı Vəkil Bürosuna ünvanlanmış xx.xx.2019-cu il tarixli, **********09 saylı məktubdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quliyev küçəsi, ev 21, 47 saylı mənzil ilkin olaraq xx.xx.2011-ci il tarixdə X25 adına qeydiyyatdan keçmişdir. 54 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilən 4Ə-57 reyestr nömrəli xx xxxxxx 2019-cu il tarixli bağışlanma müqaviləsinə əsasən sözügedən ünvan X13 adına xx.xx.2019- cu il tarixdə adına qeydiyyatdan keçmişdir. 53 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilən 4Ə-266 reyestr nömrəli xx xxxx 2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən sözügedən ünvan X4 adına xx.xx.2019-cu il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quliyev küçəsi, ev 21, 68 saylı mənzil ilkin olaraq xx.xx.2018-ci il tarixdə X29 adına qeydiyyatdan keçmişdir. 54 saylı notariat kontorunun xüsusi notarisu tərəfindən təsdiq edilən 4Ə-648 reyestr nömrəli xx xxxxxx 2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixli X13 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.İddiaçı1 tərəfindən Cavabdeh MMMC-nin idarə heyyətinə ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, İddiaçı1 əlavə etdiyi ərizəsi ilə onların qanunsuz fəaliyyəti və kommunal xidməti müqavilə baqlamadıqları haqqında 2017-ci ildə rəsmi olaraq məktubla müraciət etmişdir. Lakin bu günə kimi heç bir cavab verilməmişdir. Həmçinin onlar o vaxt da idarə heyyətinin üzvləri olmuşlar. İddiaçı1 cavab verməməklə, müqavilə baqlamamaqla aydın olur ki, bura mülkiyyətçilərin cəmiyyəti yox şəxsi mülkiyyətdir, Nizamnaməyə əsasən müqavilə bağlamadan ödəməyə əsası yoxdur. Ləkin İddiaçı1 öz istəyi ilə N.Kərimovun təqdim etdiyi gəlir və xərclər hesabatına əsasən hesablayıb 30 manat hesaba pul köçürmüşdür. Bu da kalkulasiyadan çoxdur. Cəmiyyətin qanunsuz idarə etdikləri üçün tam məsuliyyət daşıyırlar. idarə heyyətin üzvlərinin və sədrin gizlin seçilmə protokolu və səs vermə siyahısı tamamilə saxtadır. Sədrin və digər idarə heyyətinin siyahıda mülkiyyətçi kimi adı yoxdur. Bir çox mənzillərə iki dəfə imza edilib .Protokol və siyahı onlara təqdim olunub. Bir daha aydın olur ki, onlar rəsmi olaraq İddiaçı1 cavab verməməklə qanunsuz əməllərlə məşğuldurlar. İddiaçı1 tərəfindən Nəsimi Rayon Polis İdarəsinə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, binanın kommunal idarəçiliyini aparmaq üçuri mülkiyyətçilərin razılığı ilə Cavabdeh yaradılmışdır. Mülkiyyətçilərlə kommunal müqavilələri bağlamadan istədiyi pulu qeyri rəsmi alırlar.Vergidən yayınma hallarına yol verir, işçilərə elektron əmək müqavilələri bağlanmayaraq qeyrirəsmi iş aparılır. Cavabdeh MMMC-nin protokollarını onlara təqdim etmirlər. Mülkiyyətçilərə hesabat vermirlər. xx.xx.2019-cu il tarixdən İdarə heyyətinin sədrinin və idarə heyyətinin digər üzvlərinin səlahiyyət müddətinin bitməsinə baxmayaraq, yeni idarə heyyəti yaradılmadan Ədliyyə Nazirliyin qeydiyatından keçməyəyərək X11 heyyətinin sədri kimi 6 aydan çoxdur ki, qeyri rəsmi işləyir və səlahiyyət müddəti bitmiş cəmiyyətin möhürü ilə pul yığır.Həmçinin heç bir rəsmi sənəd olmadan X1 vəzifəsinəişə götürmüş və qanunsuz işlər aparırlar. Qeyri rəsmi olaraq saxta sənədlərlə kommunal pul yığırr və digər işləri onun vasitəsi ilə görür. Özbaşına olaraq sakinlərə hədə qorxu gəlirlər, sakinin evinin işığını kəsirlər, liftlərə kart qoyurlar, həyətdə İcazəsiz tikililər tikirlər və sairə .Onlar ailəliklə YAP-ın üzvüdürlər. Oğu 15 ildir cəbhə bölgəsində komandir kimi vuruşur.Dövlət qulluqçusudur. 2- ci qrup əlildir. X25 Nəsimi RPİ-nin 20-ci PB-nin rəisi polis mayoru cənab Vüqar Abdullayevə verdiyi xx.xx.2019cu il tarixli izahatından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quliyev küçəsi, ev 21, 68 saylı mənzildə ailəsi ilə birgə yaşayır. İddiaçı1 onun barəsində verdiyi şikayət ərizəsi ilə tanış olmuşdur və cavab olaraq qeyd etmək istəyir ki, ərizəsində göstərdiyi iddialar şər-böhtandır və heç bir əsası yoxdur. Ərizəsinə Ədliyyə Nazirliyinin xx.xx.2019-cu il tarixində qeydiyyata alınmış Cavabdeh MMMC-nin onun adına verilən çıxarışın surətini əlavə edib bildirmişdir ki, İddiaçı1 niyyəti və tələbi onu işə götüməyidir. İllər boyu cəmiyyətin fonduna olan ödənişləri cüzi miqdarda ödəməkdir. Cəmiyyətdən öncə qəbul olunmuş ödənişlərin tarifinin bu günə kimi sakinlərin əksəriyyətinin razılığı ilə təsdiq olunmağına baxmayaraq, vətəndaş İddiaçı1 bəzi sakinləri yoldan çıxararaq ya ödəniş etmir, ya da iki dəfə az ödəyir. Ondan qabaq cəmiyyət sədri Kərimov Nadir bu cür sakinlərə baş qoşmayıb deyə ödənişlər etməyiblər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş MA seriyalı, ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quliyev küçəsi, ev 21, mənzil 47 tam mülkiyyət hüququ üzrə X9 daşınmaz əmlakın dövlət reyestrində 1365 saylı reyestr kitabının 124762 nömrəli vərəqində, ********** nömrə ilə xx.xx.2011-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quliyev küçəsi, ev 21, mənzil 47 tam mülkiyyət hüququ üzrə X5 daşınmaz əmlakın dövlət reyestrində 1365 saylı reyestr kitabının 124762 nömrəli vərəqində, ********** nömrə ilə xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quliyev küçəsi, ev 21, mənzil 68 tam mülkiyyət hüququ üzrə X9 daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X7 Dövlət Qeydiyyatı haqqında Şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh xx xxxxx 2017-ci il tarixdə 1117- MM4-0044 nömrə ilə qeydiyyata alınmışdır. Cavabdeh MMMC tərəfindən İddiaçı2 ünvanlanmış bildirişdən görünür ki, o, Cavabdeh MMMC-yə olan 2635 manat borcu barədə xəbərdar edilmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə baxışında ifadə verən şahid X8 izahatında bildirmişdir ki, o 2018-ci ildə hazırda yaşadığı mənzili almışdır. Liftdə problem olurdu. Övladları liftə qalmışdır. Binanın həyətində oturan Vasif adlı şəxs Azər Quliyevin MMMC-nin rəhbəri olduğunu bildirdi. O MMMC-yə mədaxil və məxaric olunan məbləğlərlə bağlı məlumat əldə etmək istəmiş, lakin əldə edə bilməmişdir. Vasif adlı şəxs 85 manat ödəmək lazım olduğunu bildirmişdir. O bank hesabı və ya ciddi hesabat blankı istəmiş, lakin bunları da əldə edə bilməmişdir. Eyni zamanda bildirmişdir ki, legitimliyin müəyyənləşdirilməsini istəmiş, lakin buna nail olmamışdır. Çıxarış və protokol ilə bağlı iclasa dair bildiriş təqdim edilməmiş və protokola imza etməmişdir. Əvvəllər də nəğdsiz ödəmə sisteminin olmadığını, ödənişlərin Nadir müəllimin özünə ödənildiyini bildirmişdir. Çıxarış və protkola bağlı iclasda təxmini 30 nəfərin iştirak etdiyini bildirmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə baxışında ifadə verən şahid X22 izahatında bildirmişdir ki, evə girib çıxa bilmir. Binaya kart sistemi quraşdırılmışdır. 102-yə müracit etmiş, polis əməkdaşları onlara məhkəməyə müraciət edilməli olduqlarını bildirmişdir. Kommunal ödənişlərlə bağlı müraciət edir, pulun ödənilməsi üçün nəzərdə tutulan hesab nömrəsi istəməyinə baxmayaraq, heç bir sənəd təqdim edilməmişdir. Uşaqlarının binanın həyətində tikilmiş stadiona qanunsuz olaraq buraxılmadığını bildirmişdir. Eyni zamanda qeyd etmişdir ki, Nadir müəllimin vaxtında möhürlü və nömrə göstərilən qəbzin verildiyini bildirmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə baxışında ifadə verən şahid X18 izahatında bildirmişdir ki, ödənişləri iki ay qabaqdan ödəyir. Ödənişlərlə bağlı vəziyyətin əvvəl qarışıq olduğunu və Azər müəllimin vaxtından normalaşdığını bildirmişdir. Eyni zamanda qeyd etmişdir ki, Nadirin vaxtında bina ilə bağlı problemlər çox olmuşdur. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə baxışında ifadə verən şahid X23 bildirmişdir ki, orda çoxdan yaşayır. Azər Quliyevdən sonra həyətləri səliqəyə salınmışdır. Eyni zamanda bildirmişdir ki, gözətçi otağı tikilmiş, elektrik təchizatının vəziyyəti yaxşılaşmış, qarajlar səliqəyə salınmışdır. Azər Quliyevin vaxtında binada qaz kəsilməmişdir. 4 otaqlı mənzilllər üçün nəzərdə tutulan kommunal haqqının məbləği ilə razıdır. Əvvəlki sədrin kommunal xərclərə görə 200 manat məbləğində pul aldığını bildirmişdir. Protokolun tərtib edildiyi iclasda iştirak etmiş, lakin bir neçə gündən sonra protokolu imzalamışdır. İclasda 25-30 nəfər iştirak etmişdir. Səsvermədə binanın mənzil mülkiyyətçisi olan oğlu tərəfindən verilmiş etibarnaməyə əsasən iştirak etmişdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 38.1-ci və 38.2-ci maddələrinə əsasən çoxmənzilli binanın ümumi əmlakının saxlanılması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir. Çoxmənzilli binanın sahə mülkiyyətçisinin hesabına ödənilən binanın ümumi əmlakının saxlanması üzrə məcburi xərclərdə mülkiyyətçinin payı onun binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq müəyyənləşdirilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. Həmin Məcəllənin 120.2-ci maddəsinə əsasən mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti binaların (evlərin) sahə mülkiyyətçiləri tərəfindən yaradıla bilər. Həmin Məcəlləsinin 121.1-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 120.2-ci maddəsində göstərilən binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirak hüququ vardır. Həmin Məcəllənin 125.2.3-cü və 125.2.4-cü maddələrinə əsasən cəmiyyətin idarə heyətini və təftiş komissiyasını (müfəttişi) seçmək və cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən etmək mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağının səlahiyyətlərinə aid edilir. Həmin Məcəllənin 129.1-ci maddəsinə görə mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyətinin sədri bu Məcəllənin 127.3-cü maddəsi nəzərə alınmaqla cəmiyyətin nizamnaməsi ilə müəyyən edilmiş müddətə seçilir. Cəmiyyətin idarə heyətinin sədri idarə heyətinin qərarlarının icrasını təmin edir və onların icrası ilə bağlı cəmiyyətin bütün vəzifəli şəxsləri üçün məcburi olan göstəriş və sərəncamlar verir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 4.6-cı maddəsinə əsasən hüquqi şəxs statusu almaq istəyən qurumun, xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət qeydiyyatına alınması, habelə Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəliyinin və ya filialının və digər qurumlarının dövlət reyestrinə daxil edilməsi, eləcə də təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınması zamanı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına yanlış məlumatların təqdim edilməsinə yol verilmir. 9.1-ci maddəsinə əsasən hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. 9.2-ci maddəsinə əsasən dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. 9.4-cü maddəsinə əsasən hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklərin, habelə dövlət reyestrində qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin qeydiyyatına dair sənədlərə baxılması zamanı təşkilatla bağlı əvvəllər hər hansı dəyişikliyin bu Qanunla nəzərdə tutulmuş qaydada qeydiyyat üçün təqdim olunmaması müəyyən edildikdə qurum Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyətə cəlb olunmaqla aşkar edilmiş çatışmazlıq aradan qaldırılmalıdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının xx xxxx 2012-ci il tarixli, 2-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət qeydiyyatının aparılması qaydaları”nın: 7.1-ci bəndinə əsasən qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. 7.1-4-cü maddəsinə əsasən qeyri-kommersiya qurumlarının sənədlərinə baxılarkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi aşkar edildikdə həmin qurumun və ya vəzifəli şəxslərin məsuliyyətə cəlb edilməsi ilə əlaqədar qanunvericiliklə müəyyən edilmiş tədbirlər həyata keçirilməlidir. 7.9-cu maddəsinə əsasən nizamnaməyə dəyişiklik edilməsi tələb olunmayan, lakin qanunla qeydiyyata alınmalı olan faktlar, habelə həmin faktların dəyişməsi reyestrdə qeyd edilir və dövlət reyestrindən çıxarışla təsdiq edilir. Çıxarışın bir nüsxəsi təqdim edilmiş sənədlərlə birlikdə bu Qaydaların 3.8-ci bəndində nəzərdə tutulmuş qaydada tikilir və arxiv materiallarına əlavə edilir. Kollegiya MMMC-nin fəaliyyət dairəsinə aid olan binalarda yerləşən mənzillərin mülkiyyətçisi olmaması səbəbindən X25 xx.xx.2019-cu il tarixdə keçirilmiş Cavabdeh MMMC-nin ümumi yığıncağında iştirakının qanunsuz olmasına dair dəlilinə münasibətdə qeyd edir ki, X25 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş MA seriyalı, ******* nömrəli Çıxarışa (i.v. 151) əsasən onun həmin binada yerləşən mənzilin mülkiyyətçisi olması təsdiq edildiyindən iddiaçının apellyasiya şikayətinin həmin dəlili əsassızdır. Odur ki, X25 həmin ünvan üzrə mənzilə mülkiyyət hüququ ilə sahib olması Cavabdeh MMMC-nin ümumi yığıncağında iştirak etdiyinin və cavabdeh olan qeyri-kommersiya hüquqi şəxsin sədri vəzifəsinə sakinlərin arasında keçirilmiş səsvermə nəticəsində seçildiyinin qanunsuz olmasını istisna edir. Mənzil Məcəlləsinin 45.5-ci maddəsində təsbit olunmuşdur ki, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının onun səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə bu Məcəllə ilə müəyyən edilmiş qaydada qəbul etdiyi qərarların icrası həmin binada bütün sahə mülkiyyətçiləri, o cümlədən, səsvermədə iştirak etməyən mülkiyyətçilər üçün məcburidir. Odur ki, Kollegiya ümumi yığıncaqda qəbul edilmiş qərarın icrası, iddiaçıların ümumi yığıncaqda iştirak etmədiyi halda da, onlar üçün də məcburi olması səbəbindən, MMMC iddiaçılardan kommunal xərclərin ödənilməsini tələb etməkdə haqlı olmasına dair birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edir. Kollegiya şəxsin səsvermədə təmsilçi vasitəsilə iştirak edə bilməməsinə dair apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, qanunvericilikdə sahə mülkiyyətçisinin səsvermədə nümayəndəsi vasitəsilə iştirak etmək hüququ nəzərdə tutulmuşdur. AR-İ seriyalı, 725844 nömrəli, xx.xx.2019-cu il tarixli etibarnamədən görünür ki, etibar edən X26 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş Çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quliyev küçəsi, ev 21, 68 saylı mənzilə dair müvafiq hərəkətləri etməyi etibar edilən X31 etibar etmişdir. Mənzil Məcəlləsinin 47.1-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında səsə qoyulmuş məsələlər üzrə səs hüququna həmin binanın sahə mülkiyyətçiləri malikdir. Çoxmənzilli binanın sahə mülkiyyətçisi həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında şəxsən və ya nümayəndəsi vasitəsilə səs verir. Kollegiya hesab edir ki, cavabdeh X25 idarə heyətinin sədri kimi binanın girişinə və liftdə kart qoymaqla sakinləri mənzillərinə buraxmayacağı ilə hədələməsinə dair apellyasiya şikayətinin dəlili heç bir sübutla təsdiq edilmədiyindən qətnamənin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya cavabdeh X25 əməllərində cinayət tərkibi mövcud olduğundan onun barəsində xüsusi qərardad qəbul edilməsi xahişi ilə əlaqədar apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, tələbin hüquqi mahiyyəti etibarı ilə prosessual vəsatət olması və cavabdehin hərəkətlərində cinayətin əlamətləri aşkara çıxarılmadığından iş üzrə xüsusi qərardad qəbul edilməməsinə dair birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edir. İddiaçılar apellyasiya şikayətində bildirmişlər ki, “Məhkəmə qətnamədə çoxsaylı maddi və prosessual hüquq pozuntularına yol verərək, heç bir araşdırma aparmadan, tərəfləri dəvət etmədən öz mülahizələri əsasında qərara gəlmişdir.” Kollegiya apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, məhkəmənin tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərməsi, məhkəmə iclasında tərəflərin iştirak etməsi, eləcə də şahidlərin dindirilməsi iş materialları ilə müyyən olunduğundan qətnamənin ləğvi üçün əsas ola bilməz. Apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən şahid ifadələrinin nəzərə alınmaması ilə bağlı dəlilinə münasibərdə Kollegiya qeyd edir ki, Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə müvafiq olaraq, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kollegiya əlavə olaraq qeyd edilməsini zəruri hesab edir ki, iş materialları və tərəflərin izahatlarına istinadən, xx.xx.2019-cu il tarixdə keçirilmiş Cavabdeh MMMC-nin ümumi yığıncağıncağının protokolunun etibarsız hesab edilməsini təsdiq edən hər hansı bir sübut və ya qanuni qüvəyə minmiş məhkəmə qərarı olmadığından X25 ümumi yığıncaqda iştirakının qanunsuzluğu ilə bağlı apellyasiya şikayətinin dəlili əsassızdır və qətnamənin ləğvi üçün əsas ola bilməz. Beləliklə, kollegiya hesab edir ki, hazırki iddia tələbinin preyudisial əhəmiyyət kəsb edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə əhatə olunması səbəbindən iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikyəti təmin edilməməli və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-802/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: imza Hakimlər: imzalar Əsli ilə düzdür Sədrlik edən hakim: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-5275/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5275/2020
07.08.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver