Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5278/2022 28.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “əmlakın naturada bölünməsi və ya dəyərinin ödənilməsi və ya açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətinin mülkiyyətçiləri arasında paylara mütənasib surətdə bölüşdürülməsi” tələbinə dair mülki iş üzrə İş № 2(103)-5278/2022 (Açar sözlər: payın naturada ayrılması və.s) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xəyal Əjdər oğlu Sarıyev (sədrlik edən və məruzəçi) sədrliyi ilə,X2 və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-180/2022 saylı qətnaməsindən İddiaçıtərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı ilə cavabdeh qardaş-bacıdırlar. 2.Bakı şəhəri, Maştağa qəsəbəsi, Xanlar küçəsi, 75 saylı fərdi yaşayış evi (bundan sonramübahisəli əmlak) 1/2 hissədə iddiaçının, 1/2 hissədə cavabdehin mülkiyyətindədir. 3.İddiaçı mübahisəli əmlakdan payının naturada ayrılması, bu mümkün olmadıqda mülkiyyət payının dəyərinin cavabdeh tərəfindən ona ödənilməsi, bu mümkün olmadıqda mübahisəli əmlakın açıq hərracdan satılması, satışdan əldə edilmiş pul məbləğinin tərəf arasında paylara müvafiq olaraq bölünməsini istəmişdir. a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq Bakı şəhəri, Maştağa qəsəbəsi, Xanlar küçəsi, 75 saylı fərdi yaşayış evi üzərində olan 1/2 hissədə mülkiyyət payının naturada ayrılması, bu mümkün olmazsa, əmlak üzərində olan 1/2 hissədə mülkiyyət payının dəyərinin cavabdehdən iddiaçıya ödənilməsi, mülkiyyət payının dəyəri ödənilmədikdə, yaşayış sahəsinin açıq hərrac vasitəsilə satılması və satışdan əldən edilən pul məbləğinin iddiaçı ilə cavabdeh arasında mülkiyyət paylarına müvafiq olaraq 1/2 hissədə bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 5.İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Maştağa qəsəbəsi, Xanlar küçəsi, 75 saylı fərdi yaşayış evinə 1/2 hissədə iddiaçının, 1/2 hissədə cavabdehin payı müəyyən edilmişdir. Cavabdeh iddiaçının qardaşıdır. Həmin evdə cavabdeh və onun ailə üzvləri ona yaşamağa imkan vermirlər. 6.Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) (hakim-Tahirə Əsədova) 28 aprel 2022-ci il tarixli, 2(008)-180/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Bakı şəhəri, Maştağa qəsəbəsi, Xanlar küçəsi, 75 saylı fərdi yaşayış evinin açıq hərracdan satılması, satışdan əldə edilən vəsaitin iki yerə bölünəndən sonra 10800 manat çıxılmaqla İddiaçı, qalan məbləğin Cavabdeh verilməsi, iddianın qalan hissədə rədd edilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri 300 manat İddiaçı tutularaq "xxxx" MMC-nin (VÖEN **********, “Unibank” KBnın 11 saylı Dərnəgül filialı, KOD 502058, VÖEN **********, SWİFT kod:UBAZAZ22, H/h AZ46NABZ********************, "xxxx" MMC, müştərinin hesab №-si AZ65UBAZ**********0060AZN001) hesabına, 400 manat tutularaq “X1” MMC-nin ("xxxx" ASC, KOD 506957, VÖEN **********, M/h AZ80NABZ********************, SWİFT: BRESAZ22, “X1” MMC, VÖEN/TİN: **********, İBAN: AZ94BRES********************) hesabına köçürülməsi, aparılmış ekspertiza tədqiqatı dəyəri 150 manatın Cavabdeh tutulması və “İmza” Ekspertiza Mərkəzinin (VÖEN **********, "xxxx" ASC, KOD 507699 VÖEN ********** Müxbir hesab AZ02NABZ******************** S.W.İ.F.T: AZRTAZ22, AZ69AZRT********************) hesabına köçürülməsi qət olunmuşdur.
7. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi (vəkili) Vəkil1n iddia ərizəsinin məzmununa uyğun izahat verərək, qeyd etmişlər ki, nə qədər ki, adıçəkilən əmlakın naturada bölünməsi mümkün deyil, əmlakın 100000 manat məbləğində olmasını nəzərə alaraq, iddiaçıya 50000 manat məbləğin verilməsi nəticəsində barışıqla işin yekunlaşmasına razılıq verə bilərlər. O, cavabdehdən həqiqətən üç il ərzində 10800 manat məbləğində pul vəsaiti almışdır, lakin həmin pul onun qardaşına verdiyi borcdur, evlə heç bir əlaqəsi yoxdur. 8.Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək, qeyd etmişdir ki, o, bacısına üç il ərzində 10800 manat vəsait verərək onunla halallaşmışdır. Hazırda əmlakın 65000 manat məbləğində olmasını nəzərə alaraq, iddiaçıya həmin məbləğin yarısından verdiyi 10800 manat çıxmaqla barışıqla işin yekunlaşmasına razılıq verə bilər. Cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 eyni izahat vermişdir. 9.Bakı şəhəri, Maştağa qəsəbəsi, Xanlar küçəsi, 75 saylı fərdi yaşayış evi (sonradan – mübahisəli əmlak) 1/2 hissədə iddiaçının, 1/2 hissədə cavabdehin mülkiyyətindədir (Bakı şəhəri İcra Hakmiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən xx.xx.2003-cü il tarixdə verilmiş FM seriyalı, 019629 №-li Qeydiyyat vəsiqəsi). 10.İddiaçı ilk olaraq mübahisəli əmlakın payına uyğun naturada bölünməsini istəmişdir. 11.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli 10/4213 №-li ekspert rəyinə əsasən mübahisəli evin iki hissəyə naturada bölünməsi texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir.
12. Belə olan halda məhkəmə qeyd etmişdir ki, payın naturada ayrılması mümkün deyildir. 13.Bundan sonra iddiaçı onun payının dəyərinin ödənilməsini istəmişdir. 14."xxxx" MMC tərəfindən mübahisəli əmlakın bazar qiyməti 100000 manat məbləğində müəyyən edilmişdir. Bu qiymətlə razı olmayan cavabdehin nümayəndəsinin vəsatəti əsasında mübahisəli əmlakın yenidən qiymətləndirlməsi üçün iş “İmza” Ekspertiza Mərkəzinə göndərilmişdir. “İmza” Ekspertiza Mərkəzi tərəfindən əmlakın orta bazar dəyəri 65000 manat məbləğində müəyyən edilmişdir. 15.Bu qiymətlə razı olmayan iddiaçının nümayəndəsi əmlakın yenidən qiymətləndirilməsi barədə vəsatət vermişdir. İki qiymət arasında böyük fərq olduğunu nəzərə alaraq məhkəmə mübahisəli əmlakın yenidən qiymətləndirlməsi üçün işi “Alternativ” Ekspertiza Mərkəzinə göndərmişdir. 16.“Alternativ” Ekspertiza Mərkəzi tərəfindən əmlakın orta bazar qiyməti ilə təqribi 92000 manat müəyyən edilmişdir. 17.İddiaçı ona 50000 manatın verilməsini istəmiş, cavabdeh isə ona 21700 manat (65000 manat birinci müəyyən edilmiş qiymət : 2-10800 cavabdehin üç il ərzində iddiaçıya verdiyi məbləğ) təklif etmişdir. 18.Tərəflər arasında razılıq əldə olunmadığından məhkəmə hesab etmişdir ki, mübahisəli əmlak açıq hərrac vasitəsilə satılmalı, satışdən əldə olunmuş məbləğ iki yerə bölünəndən sonra 10800 manat çıxılmaqla iddiaçıya, qalan məbləğ cavabdehə verilməlidir. 19.Məhkəmə hesab etmişdir ki, üç il ərzində cavabdeh tərəfindən iddiaçıyaödənilmiş 10800 manat məhz mübahisəli əmlakla əlaqəli olmuşdur.Belə ki, iddiaçı iddia edir ki, həmin məbləği qardaşına borc vermiş, qardaşı isə üç ilərzində həmin borcu ona hissə-hissə qaytarmışdır. Lakin, məhkəmə bunu inandırıcı hesabetmir, çünki iddiaçıya verilən məbləğ tərəflərin imzası ilə təsdiq edilmişdir. Məhkəmə,tərəflər arasında olan münasibəti nəzərə alaraq, iddiaçı tərəfindən 10800 manatməbləğində borcu qardaşına imzasız qeydsiz verməsini inandırıcı hesab etmir. Məhkəməhesab edir ki, iddiaçı 10800 manatın ona verilməsinin digər bir səbəbi barədə məhkəməyəsübut təqdim etmədiyindən, həmin məbləğ məhz əmlaka olan payın müqabilindəverilmişdir. 20.Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1, 220.2, 220.3, 220.4, 200.5 və 200.6-cı maddələri, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 101- 1.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a)Apellyasiya şikayətinin dəlilləri
21.İddiaçıqətnamədən apellyasiya şikayəti verərək qətnamənin qismən- satışdan əldə edilmiş vəsait iki yerə bölünəndən sonra 10800 manat pulun çıxılması və ekspertiza tədqiqatının dəyərinin ondan tutulması hissəsində ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 22.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə borc münasibətinin predmeti olan 10500 manat pulu 10800 manat kimi göstərmiş və pulu bu mübahisəyə aid etmişdir. Məhkəmə həmin pulu iddiaçının əmlak üzərində payının dəyəri olaraq alındığı qənaətinə gəlsə də, bunu təsdiq edən heç bir sübuta istinad etməmişdir. Həmçinin, məhkəmə iddiaçının bu halın əksini sübut edə bilmədiyini göstərərək prosessual pozuntuya yol vermişdir. Belə ki, iddiasında 10800 manat pulun məbləğdən çıxılması tələbi yoxdur, cavabdeh tərəfin isə bununla bağlı qarşılıqlı iddia tələbi yoxdur ki, məhkəmə ilk iddia ilə qarşı tərəfin ehtimala əsaslanan tələbini də təmin etmiş olsun. Sözügedən 10800 manat məbləği o zaman iddiaçının payının dəyərindən çıxıla bilərdi ki, cavabdeh tərəf həmin məbləğin sözgedən mübahisəyə aid olduğunu sübut edə bilsin. Çünki, sözügedən məbləğlə bağlı iddiaya etiraz cavabdeh tərəfindən verilmişdir və etirazın əsası kimi istinad edilən halı sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Digər tərəfdən, iddianın təmin edilməsinə baxmayaraq məhkəmə tərəfindən xərclər iddianın təmin eidlmiş hissəsinə mütənasib olaraq cavabdehdən deyil, iddiaçıdan tutulmuş və bunu vəsatət verən şəxsin ekspertiza xərclərini ödəməli olması ilə əsaslandırmışdır.
b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
23.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c)Məhkəmə icraatı iştirakçılarının izahatları
24.Məhkəmə kollegiyasının iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını, qətnamənin qismən-satışdan əldə edilmiş vəsait iki yerə bölünəndən sonra 10800 manat pulun çıxılması və ekspertiza tədqiqatının dəyərinin ondan tutulması hissəsində ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. İzahatlarında əlavə olaraq qeyd etdilər ki, ödəniş qəbzlərindən də, görünür ki, ödənişlər kredit müqaviləsi üzrə olmuşdur. Həmin pulun mübahisəli evə heç bir aidiyyatı yoxdur. Məhkəmə qeyd olunan hallara diqqət yetirməmişdir. 25.Məhkəmə kollegiyasının iclasında Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Cavabdeh məhkəmə tərəfindən ona verilən sualara cavabında bildirdi ki, qəbzləri o, özü tərtib etmişdir. Həmin qəbzlərdə kredit müqaviləsi qeyd etsə də, ödənilən pullar mübahisəli evə görə olub.
Tətbiq edilən hüquq
Azərbaycan Resublikası Mülki Məcəlləsi: 26.Maddə 152. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Müvafiq olaraq sahiblik hüququ-əmlaka faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ-əmlakdan onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Sərəncam hüququ-əmlakın hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 27.Maddə 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 28.Maddə 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 29.Maddə 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 30.Maddə 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 31.Maddə 220.5-ci maddəsinə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. 32.Maddə 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıqaşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Resublikası Mülki Prosessual Məcəlləsi: 33.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 34.Maddə 77.1.Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 35.Maddə 88.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 36.Maddə 101-1.2. İşdə iştirak edən şəxsin sifarişi ilə ekspertiza həmin şəxslə məhkəmə ekspertizası idarəsinin rəhbəri və ya özəl məhkəmə eksperti arasında bağlanan müqavilə əsasında ekspertizanı sifariş edən şəxsin hesabına həyata keçirilir. 37.Maddə 385.1.1.Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 38.Maddə 385.1.2.Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 39.Maddə 385.1.3.Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 40.Maddə 385.1.4.Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır.
Apellyasiya baxışının hədləri
41.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 42.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qismən- satışdan əldə edilmiş vəsait iki yerə bölünəndən sonra 10800 manat pulun çıxılması və ekspertiza tədqiqatının dəyərinin iddiaçıdan tutulması hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
43.Məhkəmə kollegiyası məhkəmənin qətnamənin mübahisələndirilən- satışdan əldə edilmiş vəsait iki yerə bölünəndən sonra 10800 manat pulun çıxılması hissəsində iş üzrə gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, qeyd olunan hissədə məhkəmənin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, məhkəmənin qətnamədə göstərdiyi nəticə işin hallarına uyğun gəlmir. 44.Belə ki, qeyd olunan hissədə məhkəmə qeyd etmişdir ki, üç il ərzində cavabdeh tərəfindən iddiaçıya ödənilmiş 10800 manat məhz mübahisəli əmlakla əlaqəli olmuşdur. Belə ki, iddiaçı iddia edir ki, həmin məbləği qardaşına borc vermiş, qardaşı isə üç il ərzində həmin borcu ona hissəhissə qaytarmışdır. Lakin, məhkəmə bunu inandırıcı hesab etmir, çünki iddiaçıya verilən məbləğ tərəflərin imzası ilə təsdiq edilmişdir. Məhkəmə, tərəflər arasında olan münasibəti nəzərə alaraq, iddiaçı tərəfindən 10800 manat məbləğində borcu qardaşına imzasız qeydsiz verməsini inandırıcı hesab etmir. Məhkəmə hesab edir ki, iddiaçı 10800 manatın ona verilməsinin digər bir səbəbi barədə məhkəməyə sübut təqdim etmədiyindən, həmin məbləğ məhz əmlaka olan payın müqabilində verilmişdir. 45.Məhkəmədə cavabdeh iddiaya etiraz olaraq 2017-2019-cu illər üzrə iddiaçıya 10500 manat ödəniş etməsi ilə bağlı qəbzlər təqdim edərək, həmin qəbzlərin mübahisəli evə görə edilmiş ödənişlər olduğunu bildirmişdir. 46.İddiaçı tərəf həmin ödənişlərin tərəflər arasında olan kredit münasibətləri üzrə yaranmış borca aid olmasını bildirmiş, bunu qəbzlərin məzmununda da aydın göründüyünü qeyd etmişdir. 47.Kollegiya qeyd edir ki, cavabdehin təqdim etdiyi qəbzlər kompyuterdən çıxarılmaqla, aylar üzrə qrafalara bölünmüş, ödənişlərin kredit müqaviləsi üzrə aparılması qeyd olunmuşdur. 48.Göründüyü kimi, aparılmış ödənişlərin kredit müqaviləsi üzrə aparılması cavabdehin özü tərəfindən tərtib olunmaqla təqdim olunmuş qəbzlərlə aydın surətdə sübuta yetirildiyi halda, cavabdeh həmin ödənişlərin kredit müqaviləsi üzrə deyil, məhz evə görə edilməsini təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. 49.Məhkəmə mötəbər sübutlar olmadığı halda, formal mülahizələrə əsaslanmaqla, satışdan əldə edilmiş vəsait iki yerə bölünəndən sonra 10800 manat pulun çıxılması hissəsində düzgün olmayan nəticəyə gəlmişdir. 50.Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, qətnamə satışdan əldə edilmiş vəsait iki yerə bölünəndən sonra 10800 manat pulun çıxılması hissəsində ləğv olunmalıdır. 51.Məhkəmə ekspertiza tədqiqatının dəyərinin iddiaçıdan tutulması hissəsində qeyd etmişdir ki, 1-ci və 3-cü ekspertiza iddiaçı tərəfin vəsatəti əsasında təyin edildiyindən ekspertlərə ödənilməli olan 700 manat iddiaçı tərəfindən, 2-ci ekspertiza cavabdeh tərəfin vəsatəti əsasında təyin edildiyindən ekspertə ödənilməli olan 150 manat iddiaçı tərəfindən həyata keçirilməlidir. 52.Kollegiya ekspertiza tədqiqatının dəyərinin tutulması ilə bağlı məhkəmənin gəldiyi nətijə ilə razılaşaraq, bu hissədə apellyatorun dəlillərini əsaslı hesab etmir. 53.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-180/2022 saylı qətnaməsi mübahisələndirilən-satışdan əldə edilmiş vəsait iki yerə bölünəndən sonra 10800 manat pulun çıxılması hissəsində ləğv edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov
Emin Mehdiyev