Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5279/2023 17.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia ərizəsinin geri qaytarılması, ərazi aidiyyəti) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X3,Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 iyul 2022-ci il tarixli, e-2(004)-3574/2023 nömrəli qərardadından iddiaçının şikayətinə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təxmini dəyəri 200000 manat məbləğdə qiymətləndirilən, iddia predmeti olan Xaçmaz rayon Xaçmaz Bələdiyyəsinin 22 fevral 2005-ci il tarixli 03 nömrəli qərarına və Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının 24 fevral 2005-ci il tarixli 44 nömrəli sərəncamına əsasən tərəflərin ər-arvad qismində yaşadıqları dövrdə birgə inşa etdirdikləri, hazırda Cavabdeh istifadəsində olan 160 kv.m torpaq sahəsində tikilmiş fərdi mağazanın inşasına sərf edilmiş vəsaitin yarısının hesabına, yəni 100000 manat məbləğdə pulun, ödənilmiş dövlət rüsumu hesabına 390 manat, ümumilikdə 100390 manat pulun Cavabdeh alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 iyul 2022-ci il tarixli, e-2(004)- 3574/2023 nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır.
3. Qərardadın əsaslarına görə, iddia ərizəsində və iddia ərizəsinə əlavə olunmuş MAPS arayışının surətində Cavabdeh Bakı şəhəri Yasamal rayonu X2 küçəsi 1054-cü məhəllə mənzil 81 ünvanında qeydiyyatda olduğu göstərilmişdir. Lakin “AZEMİS” məhkəmə elektron informasiya sistemindən əldə olunmuş məlumatdan görünür ki, Cavabdeh rəsmi qeydiyyatda olduğu ünvan ünvan 2ı qərardaddan şikayət verərək, ləğv edilib, iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir.
5. Şikayətin dəlillərinə görə, AzərbaycanRespublikası DİN-in BPQMİ-nin MAPS Şöbəsi tərəfindən 16 mart 2022-ci il tarixdə verilən arayışa görə Cavabdeh Bakı şəhəri Yasamal rayonu X2 küçəsi 1054 məhəllə, mənzil 81 ünvanında qeydiyyatdadır.
6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 iyul 2023-cü il tarixli, 2(004)3574/2023 nömrəli qərardadı ilə şikayət mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Tətbiq edilən hüquq
7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; Maddə 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; Maddə 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə; Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək.
8. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir: 1) Azərbaycan Respublikası vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
9. İşdən müəyyən olunur ki, iddiaçı cavabdehə qarşı hazırkı tələblə 03 iyul 2023-cü il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin 05 iyul 2023-cü il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmış, əsas kimi cavabdehin rəsmi qeydiyyat ünvanının ünvan 5nad edilmişdir.
10. İddiaçı qərardaddan şikayətində 16 mart 2022-ci il tarixli MAPS arayışına əsaslanmışdır.
11. Kollegiya şikayətlə razılaşmayaraq qeyd edir ki, Elektron Məhkəmə İnformasiya sistemi vasitəsi ilə əldə edilmiş şəxsiyyət vəsiqəsi məlumatlarından məlum olur ki, Cavabdeh qeydiyyat ünvanı ünvan 6düyü kimi, iddia ərizəsi aidiyyət qaydalarına uyğun verilmədiyindən birinci instansiya məhkəməsi tərəfindən haqlı olaraq geri qaytarılmışdır.
13. Beləliklə, hazırkı mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qərardadın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır.
14. Göstərilənlərə əsasən və MPM-in 44, 263, 264 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 iyul 2022-ci il tarixli, e-2(004)- 3574/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 iyul 2022-ci il tarixli, e-2(004)- 3574/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
HAKİMLƏR Fərrux Qasımov
Fuad Abdıyev
Xəyal Sarıyev