Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5281/2022 04.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Novruz oğluna qarşı iş üzrə (Açar sözlər: əmlakın naturada bölgüsünün aparılması və istifadəyə verilməsi) QƏTNAMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlu (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və X1 ibarət tərkibdə, X6 oğlunun katibliyi, İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil və nümayəndəsi X7, Cavabdeh1 etibarnamə əsasında nümayəndəsi və vəkili X3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əmlakın naturada bölgüsünün aparılması və istifadəyə verilməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-27/2022 saylı, 12 aprel 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları:
1. İddiaçı iddia tələbi irəli sürərək əmlakın naturada bölünməsi və ünvan 1 ünvanda yerləşən yaşayış binasının zirzəmi və birinci mərtəbəsindəki 300 kv.m sahənin naturada müəyyən edilib ona verilməsini, Cavabdeh1 həmin ünvanda yerləşən əsas girişə münasibətdə pillkən qəfəsindən sağdakı zirzəmi və birinci mərtəbələrində yerləşən qeyriyaşayış sahəsindən çıxarılmasını və əvvəlki vəziyyətinə bərpa edilməsini tələb etmişdir.
2. Tələbi belə əsaslandırılmışdır ki, "xxxx" MMC ilə "xxxx" Şirkəti arasında bağlanılan xx.xx.1999-cu il tarixli müqaviləyə əsasən həmin sahənin 300 kv.m hissəsi ona təhvil verilməli idi, lakin onun sahəsi faktiki olaraq 195,5 kv.m-dir. İddiaçı hesab edir ki, onun çatışmayan sahəsini Cavabdeh1 zəbt etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əmlakın naturada bölgüsünün aparılması və istifadəyə verilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının zirzəmi və birinci mərtəbələrində yerləşən ümumi sahəsi 600 kv.m. olan qeyriyaşayış sahəsinin mülkiyyətçilər arasında naturada bölgüsünün aparılması, 12 iyun 2003cü il tarixli, QYM 001652 saylı qeydiyyat vəsiqəsinə əsasən ona məxsus olan 300 kv.m. hissəsinin naturada müəyyən edilib ayrılaraq həmin sahənin istifadəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının qeyri-yaşayış sahələri yerləşən zirzəmi və birinci mərtəbələrinin ümumi sahəsi 600 kv.m. təşkil edir. Həmin çoxmərtəbəli yaşayış binası "xxxx" MMC (sifarişçi) və "xxxx" şirkəti (podratçı) arasında bağlanmış xx.xx.1999-cu il tarixli müqaviləyə əsasən tikilmişdir. Müqavilənin şərtlərinə görə, "xxxx" şirkəti öz maliyyə vəsaiti hesabına həmin binanın tikintisini başa çatdırmalı idi. Müqavilənin digər şərtlərinə əsasən binanın mənzilləri və qeyri-yaşayış sahələri tərəflər arasında bölünmüşdür. Hazırkı mübahisə binanın qeyri-yaşayış sahələri ilə bağlıdır. İstinad edilən müqavilənin şərtlərinə görə, binanın ümumi sahəsi 600 kv.m. olan qeyri-yaşayış sahələri bərabər şəkildə hər tərəf üçün 300 kv.m. olmaqla bölünmüşdür. xx.xx.2003-cü il tarixli bağışlama müqaviləsinə əsasən "xxxx" MMC-nin təsisçisi X9 binanın qeyri-yaşayış sahələrinin bu şirkətin payına düşən sahəsi 300 kv.m. olan hissəsini ona bağışlamışdır. Həmin müqaviləyə əsasən ünvan 1 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının qeyri-yaşayış sahələri yerləşən zirzəmi və birinci mərtəbələrinin ümumi sahəsi 300 kv.m. hissəsinə onun xüsusi mülkiyyət hüquqları tanınmış və bu barədə AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsində qeydiyyat aparılaraq, QYM seriyalı 001652 saylı qeydiyyat vəsiqəsi verilmişdir. xx.xx.2004-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən “ATS" şirkəti binanın qeyri-yaşayış sahələrinin həmin şirkətin payına düşən sahəsi 300 kv.m. olan hissəsinin 72 kv.m.-lik hissəsini Cavabdeh1 satmışdır. Həmin müqaviləyə əsasən ünvan 1 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının qeyri-yaşayış sahələri yerləşən zirzəmi və birinci mərtəbələrinin ümumi sahəsi 72 kv.m. təşkil edən hissəsinə onun xüsusi mülkiyyət hüquqları tanınmış və bu barədə AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsində qeydiyyat aparılaraq QYM seriyalı 002919 saylı qeydiyyat vəsiqəsi verilmişdir. Hazırda faktiki istifadəsində 195.5 kv.m. qeyri-yaşayış sahəsi vardır ki, bu da xüsusi mülkiyyət hüququ əsasında məxsus olan sahədən (300 kv.m.) 104.5 kv.m. azdır. Tərəfindən dəfərlərlə cavabdehlərlə bu məsələni qarşılıqlı razılaşma ilə məhkəmədənkənar qaydada həll etməyə cəhd edilsə də, mümkün olmamışdır. Bununla da mülkiyyət hüquqları əsassız olaraq məhdudlaşdırılır. Cavabdehlər ona məxsus olan sahələrdən istifadə edirlər və mübahisənin yeganə həlli ünvan 1 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının zirzəmi və birinci mərtəbələrinin qeyri-yaşayış sahələrinin (ümumi sahəsi 600 kv.m.) mülkiyyətçiləri arasında həmin sahələrin naturada bölgüsü aparılmasıdır. Bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşdur.
5. İşə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılarkən, iddiaçı məhkəməyə ərizə təqdim edərək, iş üzrə cavabdeh "xxxx" Şirkətinin əsl Cavabdeh2 ilə əvəz olunması və sonuncunun iş üzrə cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir.
6. Məhkəmənin xx.xx.2021-ci il tarixli protokol-qərarı ilə iş üzrə cavabdeh "xxxx" Şirkəti əsl Cavabdeh2 ilə əvəz olunmaqla, iş üzrə cavabdeh qismində cəlb edilmişdir.
7. İddiaçı xx.xx.2022-ci il tarixdə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ünvan 1 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının əsas girişinə münasibətdə pilləkən qəfəsindən sağdakı zirzəmi və birinci mərtəbələrində yerləşən qeyri-yaşayış sahəsi naturada ayrılmaqla həmin sahənin istifadəsinə verilməsi, Cavabdeh1 ünvan 1 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının əsas girişinə münasibətdə pilləkən qəfəsindən sağdakı zirzəmi və birinci mərtəbələrində yerləşən qeyriyaşayış sahəsindən çıxarılmasını və həmin hissənin əvvəlki vəziyyətinə bərpa edilməsinin cavabdehin hesabına həyata keçirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-27/2022 saylı, 12 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakim Ayaz Məmmədov), iddia tələbinin təmin edilməsi, ünvan 1 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının əsas girişinə münasibətdə pilləkən qəfəsindən sağdakı zirzəmi və birinci mərtəbələrində yerləşən qeyri-yaşayış sahəsi naturada ayrılmaqla həmin sahənin İddiaçı istifadəsinə verilməsi, Cavabdeh1 ünvan 1 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının əsas girişinə münasibətdə pilləkən qəfəsindən sağdakı zirzəmi və birinci mərtəbələrində yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması və həmin hissənin əvvəlki vəziyyətinə bərpa edilməsinin cavabdehin hesabına həyata keçirilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, ünvan 1 ünvandakı çoxmərtəbəli yaşayış binasının qeyri-yaşayış sahələrinin ümumi sahəsi 600 kv.m. hesab edilməklə "xxxx" MMC (sifarişçi) və "xxxx" şirkəti (podratçı) arasında bağlanmış xx.xx.1999-cu il tarixli müqaviləyə əsasən tərəflər arasında bərabər olmaqla, paritet qaydada pilləkən qəfəsindən sağda və solda olmaqla simmetrik həm faktiki, həm də hüquqi olaraq bölünmüşdür.
10. Hazırda həmin qeyri-yaşayış sahələrinin hər iki mərtəbə üzrə ümumi sahəsi 590,4 kv.m. (zirzəmi hissəsi üzrə 306,0 kv.m., birinci mərtəbə üzrə 284,4 kv.m.) təşkil edir ki, bu da müqavilədə nəzərdə tutulandan cəmi 8,7 kv.m. fərq edir (üç mülkiyyətçiyə münasibətdə hər birinə 2,9 kv.m. olmaqla).
11. Eyni zamanda müəyyən edilir ki, iddiaçıya məxsus olan sahəsi 300 kv.m. olan qeyriyaşayış sahəsi binanın əsas girişinə münasibətdə pilləkən qəfəsindən sağda yerləşir, binanın əsas girişinə münasibətdə pilləkən qəfəsindən solda isə digər iki mülkiyyətçiyə məxsus olan qeyri- yaşayış sahələri yerləşir.
12. Məhkəmə və ekspertiza tədqiqatı, keçirilmiş yerli baxış zamanı da müəyyən edilmişdir ki, pilləkən qəfəsinin sağ və sol tərəfində yerləşən sahələr simmetrikdir. Həmçinin müəyyən olunur ki, Cavabdeh1 mülkiyyətində olan qeyri-yaşayış sahəsinin faktiki ümumi sahəsinin 82,1 kv.m. olmaqla həmin qeyri-yaşayış sahəsinin **********80- 05301-083003 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli Çıxarış sənədində göstərilən sahədən (72 kv.m.) 10,1 kv.m. çox olmaqla pilləkən qəfəsinin həm sağ, həm də sol tərəfində yerləşir ki, bu da onu göstərir ki, Cavabdeh1 xx.xx.1999-cu il tarixli müqavilə ilə müəyyən edilmiş şərti bölgü sərhədini keçməklə İddiaçı istifadəsinə düşmüş qeyri-yaşayış sahəsini zəbt edərək istifadə edir.
13. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qeyd edilən qeyri-yaşayış sahələrinə mülkiyyət hüququnun yaranmasının ilkin əsası xx.xx.1999-cu il tarixli müqavilədir ki, hazırkı halda iddianın “naturada bölgünün aparılması tələbinə dair” hissədə həmin müqavilənin şərtlərinə uyğun təmin edilməsi qanuna, tərəflərin qarşılıqlı münasibətlərinə və işin hallarına uyğundur. Məhkəmə həmçinin xüsusilə vurğulayır ki, tərəflərin həmin qeyri-yaşayış sahəsi üzrə hazırkı faktiki istifadə vəziyyətində iddiaçı və Cavabdeh2 arasında mübahisə mövcud deyildir, eyni zamanda iddiaçı da 1-ci mərtəbədə yerləşən özünə məxsus olan sahədən sərbəst istifadə edir. Mübahisə yalnız digər Cavabdeh1 zirzəmi mərtəbədə pilləkən qəfəsinin həm sağ, həm də sol tərəfində (pilləkən qəfəsinə aid dəhlizi divara almaqla otaq kimi istifadə etməsi də daxil olmaqla) sahəni zəbt etməsi nəticəsində yaranmışdır.
14. İddianın Cavabdeh1 binanın əsas girişinə münasibətdə pilləkən qəfəsindən sağdakı qeyri-yaşayış sahəsindən çıxarılması və həmin hissənin cavabdehin hesabına boşaldılmaqla əvvəlki vəziyyətinə bərpa edilməsi barədə hissəsi də əsaslıdır.
15. Belə ki, həmin hissədə iddianın təmin edilməsi üçün yuxarıda sadalanan maddi hüquq normalarının tətbiqi üçün üç dispozisiya şərtinin birgə mövcudluğu vardır: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi (yaxud qanuni sahibi) olduğunu sübut etmişdir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu ekspert rəyləri, digər sübutlar vasitəsilə etmişdir və 3) cavabdehin əşyaya sahiblik hüququnun qanunsuz olması sübuta yetirilmişdir.
16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.6, 213.2, 215.1, 215.2, 220.2 və 220.3-cü maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apelyasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri: a) Apelyasiya şikayətinin dəlilləri
17. Qətnamədən Cavabdeh1 apelyasiya şikayəti vermiş və apelyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Cavabdeh1 apelyasiya şikayətində göstərilmişdir ki, iddiaçının iddia etdiyinin əksinə olaraq, qeyd olunan qeyri-yaşayış sahəsinə dair Cavabdeh1 heç bir hüququ qeydə alınmamışdır. Həmin sahə iş üzrə cavabdeh kimi cəlb edilməyən X10 mülkiyyətindədir. Məhkəmə iddiaçının çatışmayan 105 kv.m sahəsinin onun və ya digər şəxs tərəfindən necə zəbt edildiyini araşdırmamışdır. Ekspert rəyinə əsasən Cavabdeh1 sahəsi 10 kv.m artıqdır (72 k.m+10 kv.m). Məhkəmə müəyyən etməmişdir ki, 10 kv.m artıq sahəsi olan Cavabdeh1 105 kv.m sahəni necə zəbt etmişdir. Məhkəmə çəkişmə prinsipini pozmuş, Cavabdeh1 mülkiyyətçisi olduğu iddia edilən sahənin əsl mülkiyyətçisini, yəni X11 işə cəlb etməmişdir. İddiaçı özünün çatışmadığını iddia etdiyi 105 kv.m sahənin Cavabdeh1 tərəfindən zəbt edildiyini, həmin sahənin Cavabdeh1 olduğunu sübut etməmişdir. İş üzrə keçirilən ekspertiza rəyi ilə də təsdiq edilir ki, Cavabdeh1 mülkiyyətində olmuş sahənin 72 kv.m hissəsi qanunidir. Qalan 10 kv.m sahə isə zəbt hesabına olmayıb arakəsmənin sökülməsi hesabına yaranmışdır. İşə baxan məhkəmə işin bu faktiki hallarını nəzərə almamışdır. İş materiallarında iddiaçıya məxsus sahənin cavabdeh tərəfindən zəbt olunmasına dair sübut və dəlillər yoxdur. İddiaçının 300 kv.m sahəsi olması da sübut edilmir. İddiaçının həmin ünvanda 195,5 kv. sahəsi reyestrdə qeydə alınmışdır. Məhkəmə bu halları araşdırmamışdır. b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri:
19. İddiaçı tərəfindən apelyasiya şikayətinə qarşı etiraz verilmiş və etirazda apelyasiya şikayətinin təmin edilməməsi xahiş olunmuşdur. Proses iştirakçılarının izahatı:
20. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili X2 Məcidli tərəfindən verilmiş apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
21. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil və nümayəndəsi X13 Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz edərək, təmin edilməməsini xahiş etdilər.
22. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və "xxxx" Şirkətinin nümayəndəsi məhkəmə iclasına gəlmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri:
23. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
24. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
25. Hazırki iş üzrə apelyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
26. Azərbaycan Respublikası Konstitusiyasının Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmə qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
27. Konstitusiyanın 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının, o cümlədən mülkiyyət hüququnun müdafiəsinə təminat verir.
28. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
29. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
30. Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir.
31. Maddə 157.2-ci Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər.
32. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.
33. Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir.
34. Maddə 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər
35. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.
36. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə 88. məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
41. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
42. Maddə 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
43. Maddə 372.6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
44. Maddə 372.7. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası tərəfləri izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
46. Məhkəmə kollegiyası, qeyd edir ki, yuxarıda göstərilən qanunvericiliyin müddəalarının mənasından görünür ki, mülkiyyət hüququ təbiət etibarı ilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
47. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, qeyd edilən qeyri-yaşayış sahələrinə mülkiyyət hüququnun yaranmasının ilkin əsası xx.xx.1999-cu il tarixli müqavilədir ki, hazırkı halda iddianın “naturada bölgünün aparılması tələbinə dair” hissədə həmin müqavilənin şərtlərinə uyğun təmin edilməsi qanuna, tərəflərin qarşılıqlı münasibətlərinə və işin hallarına uyğundur.
48. Belə ki, işin yuxarıda qeyd edilən faktiki halları və sübutlarla müəyyən edilmişdir ki, ünvan 1 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının qeyri-yaşayış sahələri yerləşən zirzəmi və birinci mərtəbələrinin yarısı iddiaçının xüsusi mülkiyyətinə, digər yarısı isə cavabdehlərin mülkiyyətinə verilmişdir. Həmin qeyri-yaşayış sahələrinin mülkiyyətçiləri arasında naturada bölgü aparılmamışdır.
49. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətinin iddiaçının özünün çatışmadığını iddia etdiyi 105 kv.m sahənin Cavabdeh1 tərəfindən zəbt olunmasını və həmin sahənin Cavabdeh1 olduğunu sübut edə bilmədiyini, məhkəmənin işin faktiki hallarını nəzərə almamaması, iş materiallarında iddiaçıya məxsus sahənin cavabdeh tərəfindən zəbt olunmasına dair sübut və dəlillərin olmaması barədədəlillərini əsassız hesab edir.
50. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, apelyasiya şikayətində qeyd edilən digər dəlillər də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas hesab edilə bilməz. Odur ki, məhkəmə kollegiyası həmin dəlillərə münasibət bildirməyi zəruri hesab etmir.
51. Yuxarıda qeyd olunan işin hallarını nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin iddia tələbi ilə bağlı gəldiyi nəticə ilə razılaşır və iddia tələbi üzrə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməməsinə dair apelyasiya şikayətinin dəlillərini qətnamənin ləğvi üçün əsaslı hesab etmir.
52. Azərbaycan Respublikası MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
53. Həmçinin məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarına riayət edib-etməməsini yoxlayaraq hesab edir ki, məhkəmə tərəfindən işin faktiki hallarını ehtiva edən sübutlar üzrə düzgün, tam hərtərəfli araşdırma və dəyərləndirmə aparılmış, müəyyən edilmiş işin faktiki halları üzrə maddi hüquq normaları düzgün tətbiq və təfsir etmişdir.
54. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
55. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-27/2022 saylı, 12 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.