Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-529/2023 18.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı (X8, X4 və "xxxx" Qeyri-Bank Kredit Təşkilatı MMM mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində) iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-529/2023 (Açar sözlər: “hərracın nəticələrinin etibarsız hesab edilməsi”) Bakı şəhəri 18 yanvar 2022-ci il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi (məruzəsi) ilə, Cahangir Afər oğlu Yusifov və X7 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Qeyri-Bank Kredit Təşkilatı MMM-nin nümayəndəsi C. Orucovun iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, e-2(005)- 2351/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə xx.xx.2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Qobustan Rayon Məhkəməsinin 21 may 2018-ci il tarixli 2(026)-52/2018 saylı qətnaməsinin surətinə əsasən iddiaçı "xxxx" X12 Bank Kredit Təşkilatının cavabdehlər X5, X8 və İddiaçı qarşı 13 yanvar 2014-cü il tarixli **********0394 saylı kredit müqaviləsi üzrə 32477.62 ABŞ dolları əsas borc və 60 manat dövlət rüsumu və xidmət haqqının alınıb "xxxx" X12 Bank Kredit Təşkilatına ödənilməsi, tutmanın borcun təminatı olaraq Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Vilayət Əsgərov küçəsində yerləşən İddiaçı mülkiyyətində olan ev 24. mənzil 39 ünvanda yerləşən, ümumi sahəsi 60.1 kv.m, yaşayış sahəsi 38.3 kv.m, yardımçı sahəsi 21,8 kv.m olan 3 otaqlı mənzilə yönəldilməsi, həmin evin boşaldılması, evdə qeydiyyatda olanların qeydiyyatdan çıxarılması, həmin evin açıq hərracda satılması, satışdan əldə olunan məbləğdən borcalanın "xxxx" X12 Bank Kredit Təşkilatına olan borcunun əvəzinin ödənilməsi, evin satışdan əldə olunmuş vəsait borcu tam ödəmədiyi təqdirdə tutmanın borcluların digər əmlakına yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdehlər X5, X8 və İddiaçı Əlməmrnəd oğlundan 13 yanvar 2014-cü il tarixli **********0394 saylı kredit müqaviləsi üzrə 32477,62 ABŞ dolları əsas borc və 60 manat dövlət rüsumu və xidmət haqqı alınıb "xxxx" X12 Bank Kredit Təşkilatına ödənilməsi, tutmanın borcun təminatı olaraq Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Vilayət Əsgərov küçəsində yerləşən İddiaçı mülkiyyətində olan ev 24, mənzil 39 ünvanda yerləşən, ümumi sahəsi 60,1 kv.m, yaşayış sahəsi 38,3 kv.m. yardımçı sahəsi 21.8 kv.m olan 3 otaqlı mənzilə yönəldilməsi, həmin ev boşaldılması, həmin ev açıq hərracda satılması, satışdan əldə olunan məbləğdən borcalanın "xxxx" X12 Bank Kredit Təşkilatına olan borcunun əvəzi ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir.
2. “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi“ MMC-nin xx.xx.2019-cu il tarixli, 01/213 nömrəli hərracın keçirilməsinə dair bildirişinin surətinə əsasən ipoteka predmetini təşkil edən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, V.Əsgərov küçəsində yerləşən 24 saylı evin 39 saylı mənzilinin satış qiyməti 62.000 manat, hərracda iştirak üçün 5% miqdarında behin məbləği 3100 manat olmaqla hərraca çıxarılması və hərracın xx.xx.2019-cu il tarixdə saat 11:00-da ünvan 1 ünvanında keçiriləcəyi barədə X6, X2 və İddiaçı və məlumat üçün "xxxx" Qeyri-Bank Kredit Təşkilatı MMM-yə və Qaradağ rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir;.
3. “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi“ MMC-nin xx.xx.2019-cu il tarixli, 01/469 nömrəli hərracın keçirilməsinə dair bildirişinin surətinə əsasən ipoteka predmetini təşkil edən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, V.Əsgərov küçəsində yerləşən 24 saylı evin 39 saylı mənzilinin satış qiyməti 62.000 manat, hərracda iştirak üçün 5% miqdarında behin məbləği 3100 manat olmaqla hərraca çıxarılması və hərracın xx.xx.2019-cu il tarixdə saat 11:00-da ünvan 1 ünvanında keçiriləcəyi barədə X6, X2 və İddiaçı və məlumat üçün "xxxx" Qeyri-Bank Kredit Təşkilatı MMM-yə və Qaradağ rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir;
4. “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi“ MMC-nin xx.xx.2019-cu il tarixli, 01/863 nömrəli hərracın keçirilməsinə dair bildirişinin surətinə əsasən ipoteka predmetini təşkil edən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, V.Əsgərov küçəsində yerləşən 24 saylı evin 39 saylı mənzilinin satış qiyməti 62.000-15%=52700 manat, hərracda iştirak üçün 5% miqdarında behin məbləği 2635 manat olmaqla hərraca çıxarılması və hərracın xx.xx.2019-cu il tarixdə saat 11:00-da ünvan 1 ünvanında keçiriləcəyi barədə X6, X2 və İddiaçı və məlumat üçün "xxxx" Qeyri-Bank Kredit Təşkilatı MMM-yə və Qaradağ rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir;
5. “Birja yenilikləri” qəzetinin 01-07 fevral və 22-28 fevral 2019-cu il tarixə buraxılışlarından görünür ki, qeyd olunan mənzilin hərraca çıxarılmasına dair elanlar yerləşdirilmişdir;
6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətinə əsasən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Vilayət Əsgərov küçəsində yerləşən 24 saylı evin 39 ümumi sahəsi 60.10 kv.m olan mənzili xüsusi mülkiyyət hüququ kimi "xxxx" Qeyri-Bank Kredit Təşkilatı MMM-nin adına əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır;
7. 28.04.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən qaldırılmış iddia üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
İş üzrə qəbuledilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
9. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Qobustan rayon Məhkəməsinin 2(026)-52/2018 saylı, 21 may 2018-cı il tarixli qətnaməsinə əsasən X1, iddiaçıdan və X3 13 yanvar 2014-cü il tarixli, **********0394 saylı kredit müqaviləsi üzrə 32477,62 ABŞ dolları əsas borc 60 manat dövlət rüsumu və xidmət haqqı tutularaq "xxxx" MMQBKT-na ödənməlidir. Tutma borcun təminatı olaraq ünvan 2 ünvanda yerləşən İddiaçı mülkiyyətində olan ev 24, mən 39 ünvanda yerləşən, ümumi sahəsi 60,1kv.m, yaşayış sahəsi 38.3 kv.m yardımçı sahəsi 21.8kv.m olan üç otaqlı mənzilə yönəldilməlidir, həmin ev boşaldılaraq açıq hərracda satılmalıdır, satışdan əldə olan məbləğdən "xxxx" MMQBKT olan borcun əvəzi ödənilməlidir. "xxxx" MMC və Qarada rayon İcra Şöbəsi tərəfindən həyat yoldaşı və ailə üzvləri hərrac barədə və sonuncu hərracın keçirilməsi barədə hərracın sonuncu məktubunu almamış və həyat yoldaşı da bu barədə məlumatlandırılmamışdır. Tərəflər qərara gəlmişlər ki, "xxxx" MMQBKT olan borclarını sonuncu hərracda ödəsinlər və ona görə də mülkiyyətlərində olan yaşayış evini satışa çıxarmışlar. Hazırda yaranmış borcun ödənilməsi üçün onlarda imkan yaransa da, sonuncu hərrac və mənzilin "xxxx" MMQBKT-yə təklif edilməsi və mənzilin "xxxx" MMQBKT-nın mülkiyyətinə verilməsi barədə onlara məlumat verilməmişdir.
10. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
11. Məhkəmə iclasında üçüncü şəxs "xxxx" Qeyri-Bank Kredit Təşkilatı MMM-nin nümayəndəsi X11 iddia tələbini qəbul etməyərək, iddia ərizəsinə yazılı etiraz təqdim edərək, bildirmişdir ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 60.1 kv.m olan mənzil üzərində "xxxx" MMM QBKT-nin mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində № ********** nömrəli çıxarışla dövlət qeydiyyatına alınmışdır. Belə ki, təşkilatla İddiaçı arasında **********0394 saylı kredit müqaviləsinin təminatı kimi **********0394-**********2132 saylı ipoteka müqaviləsi bağlanmışdır. Həmin ipoteka müqaviləsinin 4.1-ci bəndinə əsasən, İpoteka saxlayan kredit müqaviləsi üzrə əsas öhdəliyin və ya onun hər hansı bir hissəsinin, o cümlədən, bu müqavilənin şərtlərinin icra edilməməsi və ya lazımınca icra edilməməsi və bu müqavilə və qanunvericiliklə nəzərdə tutulan digər hallarda öz tələblərini ipoteka predmetinə yönəldə bilər. Sözügedən kredit müqaviləsi üzrə borclular öz üzərlərinə düşən öhdəlikləri kredit müqaviləsi ilə razılaşdırılmış qaydada icra etmədiyindən, təşkilat tərəfindən Qobustan Rayon Məhkəməsinə müraciət olunmuş, müraciətin nəticəsində cavabdehlərdən 32477,62 ABŞ dolları məbləğində əsas borcun və 60 manat ödənilmiş dövlət rüsumu və xidmət haqqının tutularaq Təşkilatın xeyrinə ödənilməsi, həmçinin, tutmanın borcun təminatı olan mənzilə yönəldilməsi barədə qətnamə qəbul edilmişdir. Sözügedən qətnamənin 21 may 2018-ci il tarixində qəbul edilməsinə baxmayaraq, borclular, o cümlədən, hazırki iş üzrə iddiaçı olan İddiaçı tərəfindən kredit öhdəliyinin ödənilməklə bağlanması istiqamətində hər hansısa tədbir görülməmişdir. Qobustan Rayon Məhkəməsinin borcun ipoteka predmeti olan mənzilə yönəldilməsi barədə qəbul etdiyi 21 may 2018-ci il tarixli qətnaməsinin icrası hal-hazırda davam etməkdədir. İpoteka predmeti olan mənzilin Təşkilatın mülkiyyətinə keçirilməsinə baxmayaraq, İddiaçı hazırki günədək həm borc öhdəliyinin ödənilməsini təmin etmir, həm də artıq mülkiyyətində olan əmlakın boşaldılmasına fərqli üsul və vasitələrlə mane olmağa çalışır, onunla aparılan danışıqlar artıq neçə ildir ki heç bir nəticə vermir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə Qobustan Rayon Məhkəməsinin yuxarıda qeyd olunan qərarının qəbul edilməsindən artıq 4 ildən artıq müddət keçib, hazırki iş üzrə İddiaçı Nərimanov Rayon Məhkəməsi qarşısında hazırki iddianı qaldırılması onun üçün borc öhdəliyinin icrasından yayınmağın alternativ vasitəsi olduğunu hesab edirlər.
12. Digər tərəflərə məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq tərəflər heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
13. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, e- 2(005)-2351/2022 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
14. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı hərrac barədə məlumatlı olmadığını, habelə hərracın keçirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulduğunu bildirir.Eyni zamanda, iddiaçı tərəf onun qeydiyyatda olduğu yer üzrə hərrac bildirişlərinin göndərilmədiyini qeyd edir.Halbuki hərracın keçirilməsi ilə bağlı bildirişlər mənzilin mülkiyyətçisi İddiaçı qeydiyyatda olduğu və yaşadığı ünvan üzrə göndərilmişdir.
15. İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, V.Əsgərov küçəsində yerləşən 24 saylı evin 39 saylı mənzillə bağlı keçirilən hərraclarda qanunvericiliyin tələbləri pozulmamış, iddiaçının iddia ərizəsində göstərdiyi dəlillər, o cümlədən hərracın onlardan xəbərsiz keçirilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, təqdim edilmiş poçt qəbzlərinə əsasən cavabdeh Respublika Xammal və Əmtəə Birjasının “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi“ MMC tərəfindən mənzilin mülkiyyətçisinin ünvanı üzrə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, habelə özündə qanunvericiliklə müəyyən edilmiş digər məlumatları əks etdirən bildirişlər göndərilmişdir.
16. Məhkəmə araşdırılması zamanı iddiaçı tərəfindən hərracın keçirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması hallarına yol verilməsi ilə bağlı hər hansı sübut təqdim edilməmiş (iddiaçı yalnız hərracın onlardan xəbərsiz keçirilməsini və hərrac barədə məlumatlı olmadığını bildirir), məhkəmə tərəfindən də hər hansı hal müəyyən edilməmişdir.
17. Məhkəmə F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarına istinadən qeyd edir ki, Azərbaycan Respublikasınn Mülki Məcəlləsinin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır.
18. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur.
19. Məhkəmə vurğulayır ki, həmin bildirişlərin faktiki ünvanı üzrə göndərilməsi istisna edilir. Belə ki, qanunvericilikdə bu qəbildən olan işlər üzrə hərracın keçirilməsinə məsul olan təşkilat borclunun faktiki yaşadığı ünvanı axtarıb tapmaq, habelə onun olduğu yeri müəyyən etmək və bildirişlərin borclunun faktiki ünvanına göndərmək, habelə onun özünü şəxsən tapıb, bildirişi şəxsən onun özünə təqdim etmək, hərrac barədə özündə məlumatları əks etdirən qəzetləri göndərmək öhdəliyi daşımır. Qanunverici hərrac təşkilatının üzərinə hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirmək, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərmək vəzifəsi qoymuşdur. Bununla belə, hərrac təşkilatı qeyd edilən şəxslərə təsdiq etmə üsulu ilə bildiriş göndərməklə və qəzetlərdə elanlar dərc etdirməklə üzərinə qoyulmuş bu öhdəliyi yerinə yetirmiş olur. Araşdırma zamanı da müəyyən edilmişdir ki, bütün bildirişlər iddiaçının pasport qeydiyyatında olduğu və ipoteka predmeti olan əmlakın ünvanı üzrə göndərilmişdir.
20. Məhkəmə bu sahəni tənzimləyən qanunvericiliyin (“İpoteka” haqqında Qanunun 46-cı maddəsinin) tələblərinə istinadən onu da qeyd etməyi zəruri hesab edir ki, qanunverici hərracın keçirilməsinə dair bildirişin tərəflərə göndərilməsini, həmçinin müəyyən müddət daxilində göndərilməsini və bununla da onları, xüsusilə də ipoteka qoyanı (hazırki vəziyyətdə iddiaçını) məlumatlandırılmasının zəruriliyini müəyyən etməklə, onsuz da mülkiyyətində olan əmlakı ipoteka ilə yüklü etməklə müəyyən dərəcədə məhrumiyyətə məruz qalmış ipoteka qoyana əlavə müddət verir. Bununla da ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər məhz bu şəxsin özü tərəfındən ipoteka predmetinin alınmasına şərait yaradır. Başqa sözlə, əsas məqsəd ipoteka predmetinin mülkiyyətiçinin keçirilmiş hərracda fiziki və formal iştirakının təmin edilməsi deyil, əksinə üzərinə öhdəlik götürmüş, lakin öhdəliyini vaxtında icra etməmiş belə şəxslərə həmin məsələ ilə bağlı baş tutmuş məhkəmə mübahisəsi bitdikdən və qəbul edilmiş məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra da öhdəliyi icra etmək və öz əmlakını qaytarmaq üçün əlavə bir imkan yaradır.
21. Lakin məhkəmə araşdırılması zamanı iddiaçıların həmin əmlakları almaq üçün tələb olunan vəsaitə malik olmadığı müəyyən edilmişdir. Bu da öz növbəsində belə qənaətə gəlməyə imkan verir ki, hərracın etibarsız hesab edilməsi hüquqi nəticə etibarı ilə iddiaçıya münasibətdə hər hansı dəyişikliyə səbəb olmayacaqdır. Hərracın etibarsız hesab edilməsi onun yenidən keçirilməsinə səbəb olacaqdır və belə olan vəziyyətdə yenidən təşkil edilmiş hərracda iddiaçının iştirakı yalnız formal xarakter daşıyacaqdır.
22. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər.
23. Yuxarıda qeyd olunduğu kimi Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər.
24. Bu baxımdan, iddiaçı tərəf qanunvericilikdə nəzərdə tutulmuş bir il ərzində əqdi mübahisəlandirmək hüququnu da itirmişdir.
25. Birinci instansiya məhkəməsi “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 41.2, 41.3 və 41.5-ci maddələrinə, 42.1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə, F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarına istinad etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
26. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, e-2(005)-2351/2022 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
a) Apellyasiya şikayətinin dəlilləri
27. İddiaçı apellyasiya şikayətini iddia tələbi ilə oxşar məzmunda onunla əsaslandırmışdır ki, Bakı şəhəri Qobustan rayon Məhkəməsinin 2(026)-52/2018 saylı, 21 may 2018-cı il tarixli qətnaməsinə əsasən X1, iddiaçıdan və X3 13 yanvar 2014-cü il tarixli, **********0394 saylı kredit müqaviləsi üzrə 32477,62 ABŞ dolları əsas borc 60 manat dövlət rüsumu və xidmət haqqı tutularaq "xxxx" MMQBKT-na ödənməlidir. Tutma borcun təminatı olaraq ünvan 2 ünvanda yerləşən İddiaçı mülkiyyətində olan ev 24, mən 39 ünvanda yerləşən, ümumi sahəsi 60,1kv.m, yaşayış sahəsi 38.3 kv.m yardımçı sahəsi 21.8kv.m olan üç otaqlı mənzilə yönəldilməlidir, həmin ev boşaldılaraq açıq hərracda satılmalıdır, satışdan əldə olan məbləğdən "xxxx" MMQBKT olan borcun əvəzi ödənilməlidir. "xxxx" MMC və Qarada rayon İcra Şöbəsi tərəfindən həyat yoldaşı və ailə üzvləri hərrac barədə və sonuncu hərracın keçirilməsi barədə hərracın sonuncu məktubunu almamış və həyat yoldaşı da bu barədə məlumatlandırılmamışdır.Tərəflər qərara gəlmişlər ki, "xxxx" MMQBKT olan borclarını sonuncu hərracda ödəsinlər və ona görə də mülkiyyətlərində olan yaşayış evini satışa çıxarmışlar. Hazırda yaranmış borcun ödənilməsi üçün onlarda imkan yaransa da, sonuncu hərrac və mənzilin "xxxx" MMQBKT-yə təklif edilməsi və mənzilin "xxxx" MMQBKT-nın mülkiyyətinə verilməsi barədə onlara məlumat verilməmişdir. b) Apellyasiya şikayətinə yazılı etiraz
28. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz daxil olmuşdur.Etiraz onunla əsaslanmışdır ki, iddiaci İddiaçı iddiasi ila bagli olaraq bildirirlər ki, ünvan 2 ünvanda yerləşən İddiaçı mülkiyyətində olan ev 24, mən 39 ünvanda yerləşən, ümumi sahəsi 60,1kv.m, yaşayış sahəsi 38.3 kv.m yardımçı sahəsi 21.8kv.m olan üç otaqlı mənzil üzərində FİNCA Azərbaycan" MMQBKT-nin millkiyyət huququ Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşımaz Əmlakın Dövlət Reyestrində ********** nömrə ilə dövlət qeydiyyatına alınmışdır. İddiaçı Nərimanov Rayon Məhkəmasinin qəbul etdiyi "Hərracın nəticələrinin etibarsiz hesab edilməsi" tələbinə dair iddiasının rədd edilməsi ilə baglı qətnaməsindən Bakı Apellyasiya məhkəməsinə şikayət verməsi onun üçün borc öhdəliyinin icrasından yayınmağın alternativ vasitəsi oldugunu hesab edirlər.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
29. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
30. Məhkəmə kollegiyasının iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Qeyri-Bank Kredit Təşkilatı MMM-nin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir.
31. Digər şəxslər məhkəmə iclası barədə xəbərdar edilsə də, iclasda iştirak etməmişdir.Məhkəmə Kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
32. 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir;
33. 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər;
34. 416.2-ci maddəsinə əsasən yalnız hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.
35. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər.
“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu:
36. 41.2, 41.3 və 41.5-ci maddələrinə əsasən Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra—hərracın təşkilatçısı) sifariş verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir;
37. 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir.
38. Məhkəmə F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarına istinadən qeyd edir ki, Azərbaycan Respublikasınn Mülki Məcəlləsinin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
43. Maddə 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
44. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
45. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
46. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ‘Azərbaycan Respublikası Mulkı Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
Apellyasiya baxışının hədləri
48. Apellyasiya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı tam yoxlanılır.
49. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırır. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
50. Məhkəmə kollegiyası mübahisənin həlli ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq qeyd edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.
51. Belə ki, iddiaçı hərrac barədə məlumatlı olmadığını, habelə hərracın keçirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulduğunu bildirir.Eyni zamanda, iddiaçı tərəf onun qeydiyyatda olduğu yer üzrə hərrac bildirişlərinin göndərilmədiyini qeyd edir.Halbuki hərracın keçirilməsi ilə bağlı bildirişlər mənzilin mülkiyyətçisi İddiaçı qeydiyyatda olduğu və yaşadığı ünvan üzrə göndərilmişdir.
52. İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, V.Əsgərov küçəsində yerləşən 24 saylı evin 39 saylı mənzillə bağlı keçirilən hərraclarda qanunvericiliyin tələbləri pozulmamış, iddiaçının iddia ərizəsində göstərdiyi dəlillər, o cümlədən hərracın onlardan xəbərsiz keçirilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, təqdim edilmiş poçt qəbzlərinə əsasən cavabdeh Respublika Xammal və Əmtəə Birjasının “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi“ MMC tərəfindən mənzilin mülkiyyətçisinin ünvanı üzrə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, habelə özündə qanunvericiliklə müəyyən edilmiş digər məlumatları əks etdirən bildirişlər göndərilmişdir.
53. Məhkəmə araşdırılması zamanı iddiaçı tərəfindən hərracın keçirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması hallarına yol verilməsi ilə bağlı hər hansı sübut təqdim edilməmiş (iddiaçı yalnız hərracın onlardan xəbərsiz keçirilməsini və hərrac barədə məlumatlı olmadığını bildirir), məhkəmə tərəfindən də hər hansı hal müəyyən edilməmişdir.
54. Məhkəmə F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarına istinadən qeyd edir ki, Azərbaycan Respublikasınn Mülki Məcəlləsinin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır.
55. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur.
56. Məhkəmə vurğulayır ki, həmin bildirişlərin faktiki ünvanı üzrə göndərilməsi istisna edilir. Belə ki, qanunvericilikdə bu qəbildən olan işlər üzrə hərracın keçirilməsinə məsul olan təşkilat borclunun faktiki yaşadığı ünvanı axtarıb tapmaq, habelə onun olduğu yeri müəyyən etmək və bildirişlərin borclunun faktiki ünvanına göndərmək, habelə onun özünü şəxsən tapıb, bildirişi şəxsən onun özünə təqdim etmək, hərrac barədə özündə məlumatları əks etdirən qəzetləri göndərmək öhdəliyi daşımır. Qanunverici hərrac təşkilatının üzərinə hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirmək, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərmək vəzifəsi qoymuşdur. Bununla belə, hərrac təşkilatı qeyd edilən şəxslərə təsdiq etmə üsulu ilə bildiriş göndərməklə və qəzetlərdə elanlar dərc etdirməklə üzərinə qoyulmuş bu öhdəliyi yerinə yetirmiş olur. Araşdırma zamanı da müəyyən edilmişdir ki, bütün bildirişlər iddiaçının pasport qeydiyyatında olduğu və ipoteka predmeti olan əmlakın ünvanı üzrə göndərilmişdir.
57. Məhkəmə bu sahəni tənzimləyən qanunvericiliyin (“İpoteka” haqqında Qanunun 46-cı maddəsinin) tələblərinə istinadən onu da qeyd etməyi zəruri hesab edir ki, qanunverici hərracın keçirilməsinə dair bildirişin tərəflərə göndərilməsini, həmçinin müəyyən müddət daxilində göndərilməsini və bununla da onları, xüsusilə də ipoteka qoyanı (hazırki vəziyyətdə iddiaçını) məlumatlandırılmasının zəruriliyini müəyyən etməklə, onsuz da mülkiyyətində olan əmlakı ipoteka ilə yüklü etməklə müəyyən dərəcədə məhrumiyyətə məruz qalmış ipoteka qoyana əlavə müddət verir. Bununla da ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər məhz bu şəxsin özü tərəfındən ipoteka predmetinin alınmasına şərait yaradır. Başqa sözlə, əsas məqsəd ipoteka predmetinin mülkiyyətiçinin keçirilmiş hərracda fiziki və formal iştirakının təmin edilməsi deyil, əksinə üzərinə öhdəlik götürmüş, lakin öhdəliyini vaxtında icra etməmiş belə şəxslərə həmin məsələ ilə bağlı baş tutmuş məhkəmə mübahisəsi bitdikdən və qəbul edilmiş məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra da öhdəliyi icra etmək və öz əmlakını qaytarmaq üçün əlavə bir imkan yaradır. Lakin məhkəmə araşdırılması zamanı iddiaçıların həmin əmlakları almaq üçün tələb olunan vəsaitə malik olmadığı müəyyən edilmişdir. Bu da öz növbəsində belə qənaətə gəlməyə imkan verir ki, hərracın etibarsız hesab edilməsi hüquqi nəticə etibarı ilə iddiaçıya münasibətdə hər hansı dəyişikliyə səbəb olmayacaqdır. Hərracın etibarsız hesab edilməsi onun yenidən keçirilməsinə səbəb olacaqdır və belə olan vəziyyətdə yenidən təşkil edilmiş hərracda iddiaçının iştirakı yalnız formal xarakter daşıyacaqdır.
58. Belə ki, iddiaçı əvvəlki apellyasiya baxışı iclasında borcu ödəməyə imkanı olmadığını bildirməklə bərabər hazırkı tələbini yalnız hərrac barədə məlumatlı olmadığı ilə əsaslandırmışdır.Qeyd edilən hal isə məhkəmə zamanı təsdiqini tapmamışdır.
59. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər.
60. Yuxarıda qeyd olunduğu kimi Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər.
61. Bu baxımdan, iddiaçı tərəf qanunvericilikdə nəzərdə tutulmuş bir il ərzində əqdi mübahisəlandirmək hüququnu da itirmişdir.
62. Məhkəmə Kollegiyası daha sonra vurğulayır ki, ünvan 2 ünvanda yerləşən İddiaçı mülkiyyətində olan ev 24, mən 39 ünvanda yerləşən, ümumi sahəsi 60,1kv.m, yaşayış sahəsi 38.3 kv.m yardımçı sahəsi 21.8kv.m olan üç otaqlı mənzil üzərində FİNCA Azərbaycan" MMQBKT-nin millkiyyət huququ Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşımaz Əmlakın Dövlət Reyestrində ********** nömrə ilə dövlət qeydiyyatına alınmasına baxmayaraq hazırkı iddia üzrə FİNCA Azərbaycan" MMQBKT cavabdeh deyil, müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur.
63. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qət etdi:
Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, 2(103)- 529/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.