Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5292/2024 02.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “Qeyri-yaşayış sahəsindən (eyvandan) istifadə etmə hüququna yönəlmiş maneələrin aradan qaldırılması və əmlakdan sərbəst istifadənin məhdudlaşdırılmasının qadağan olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 2755/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, qeyri-yaşayış sahəsindən (eyvandan) istifadə etmə hüququna yönəlmiş maneələrin aradan qaldırılması və əmlakdan sərbəst istifadənin məhdudlaşdırılmasının qadağan olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması, hüquqi yardımın göstərilməsi məqsədi ilə vəkilə ödənilmiş 324,80 manat, ödənilmiş dövlət rüsumuna görə 100 manat, cəmi 424,80 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2755/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanının qarşısında (mənzilin sərhədləri çərçivəsində) yerləşən qeyri-yaşayış sahəsindən (eyvandan) İddiaçı tərəfindən istifadə edilməsinə Cavabdeh MMC tərəfindən maneələrin törədilməsinin qadağan edilməsi, İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun 50 manatının Cavabdeh MMC-dən tutularaq, İddiaçı ödənilməsi, 50 manatın isə İddiaçı özünə aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh MMC apellyasiya şikayəti verərək, qətnamənin qismən, iddianın təmin edilmiş hissəsində ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5292/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilmişdir. Bundan sonra Cavabdeh MMC “Elektron” məhkəmə informasiya sistemi vasitəsi ilə apellyasiya şikayətindən imtina barədə ərizə ilə məhkəməyə müraciət edərək, cəmiyyət tərəfindən verilmiş apellyasiya şikayətindən imtinanın qəbul edilməsini və apellyasiya şikayəti vermiş Cavabdeh MMC-yə münasibətdə apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən iddiaçı məhkəmə iclasında iştirak etməmiş, cavabdeh isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası işə o cümlədən cavabdehin təqdim etdiyi ərizəyə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası ərizəni nəzərdən keçirib, iş materiallarını tədqiq edərək, hesab edir ki, Cavabdeh MMC-nin apellyasiya şikayətindən imtinası qəbul edilməli və iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur; 369.2-ci maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər; 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən qətnamədən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətindən imtinası qanuna zidd olmadığından qəbul olunmalı və Cavabdeh MMC-yə münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263- 264-cü, 369-cu, 400-cü, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2755/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh MMC-nin apellyasiya şikayətindən imtinası qəbul edilsin və Cavabdeh MMC-yə münasibətdə apellyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-5292/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5292/2024
02.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver