Məhkəmə qərarları › İş №2(103)-5295/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5295/2022

25.07.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5295/2022 25.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Məmmədovanın sədirliyi və məruzəsi ilə, Rafael Əmir oğlu Eyvazov və X1 ibarət tərkibdə, İddiaçı – cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “mənzilin üzərinə qoyulmuş məhdudiyyətin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 07 iyun 2022-ci il tarixli, 2(009)-674/2022 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəmənin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı – cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “mənzilin üzərinə qoyulmuş məhdudiyyətin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən Bakı şəhəri, Səbail rayonu, Saraykin küçəsi, 57 saylı evin 15 saylı mənzilinin üzərinə qoyulmuş məhdudiyyətin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2187/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı – cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “mənzilin üzərinə qoyulmuş məhdudiyyətin ləğv edilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilmiş, iddiaçıya həmin iddia tələbi ilə onun müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İş üzrə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2187/2021 saylı, 30 noyabr 2021-ci il tarixli qərardadından şikayət verərək qərardadın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2187/2021 saylı, 23 dekabr 2021-ci il tarixli qərardadı ilə iş üzrə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1475/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 2187/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ləğv edilmiş və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsindən ötrü mülki iş məhkəməyə qaytarılmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-674/2022 saylı, 17 mart 2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “mənzilin üzərinə qoyulmuş məhdudiyyətin ləğv edilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilmiş, iddiaçıya Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şikayət etdiyi hərəkətlərindən məhkəmə nəzarəti qaydasında məhkəməyə şikayət etmək və ya Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı müvafiq iddia tələbi ilə inzibati məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. İş üzrə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə şikayət verərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-674/2022 saylı, 17 mart 2022-ci il tarixli qərardadının ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-674/2022 saylı, 17 mart 2022-ci il tarixli qərardadı ilə iş üzrə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3591/2022 saylı, 26 aprel 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 674/2022 saylı, 17 mart 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. (Bu səbəbdən məhkəmə tərkibinə etiraz olunsa da, əsassız sayılaraq baxılmamış saxlanmışdır.) İddiaçının nümayəndəsi və vəkili Nümayəndə şikayət verərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-674/2022 saylı, 17 mart 2022-ci il tarixli qərardadının ləğv edilməsini və iddia tələbinə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-674/2022 saylı, 07 iyun 2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-674/2022 saylı, 17 mart 2022-ci il tarixli qərardadından iddiaçının nümayəndəsi və vəklili Nümayəndə tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Hazırda iş üzrə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-674/2022 saylı, 07 iyun 2022-ci il tarixli qərardadından şikayət verərək qərardadın ləğv edilməsini və iş üzrə qanuni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 mart 2022-ci il tarixli qərardadından şikayət verilməsinə barəsində kassasiya şikayəti vermə hüququnun qanunsuz olaraq ləğv edildiyi 2(103)-3591/2022 saylı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı mane olur. xx.xx.2022-ci il tarixdə xx.xx.2022-ci il tarixli qərardadından şikayət verilmiş, lakin məhkəmə tərəfindən hərəkətsiz olaraq qalır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-674/2022 nömrəli, xx.xx.2022-ci tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin maddələrinə görə: 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. 397.3. Şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində qərardad qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Şikayətdən imtina birinci instansiya məhkəməsinin qərardadının qüvvəyə minməsinə səbəb olur. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-674/2022 saylı, 17 mart 2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “mənzilin üzərinə qoyulmuş məhdudiyyətin ləğv edilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 3591/2022 saylı, 26 aprel 2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-674/2022 saylı, 17 mart 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən Bakı şəhəri, Səbail rayonu, Saraykin küçəsi, 57 saylı evin 15 saylı mənzilinin üzərinə qoyulmuş məhdudiyyətin ləğv edilməsi barədə iddia ərizəsinə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilərək münasibət bildirilmiş, Bakı Apellyasiya Məhkəməsinin qərardadı ilə də Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmış və qərardad qanuni qüvvəsini almışdır. Odur ki, məhkəmə Kollegiyası iddiaçının nümayəndəsi tərəfindən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadından təkrarən verilmiş şikayətə baxılmasını mümkün hesab etmir.Çünki mübahisələndirilən qərardaddan verilmiş şikayət üzrə məhkəmə baxışının həyata keçirilməsi hər hansı hüquqi nəticə doğurmur və icraatın davam etdirilməsi prosessual qənaət prinsipinin təmin olunması baxımından da məqsədəmüvafiq deyil. Həmçinin Kollegiya qeyd edir ki, “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 fevral 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququ olan şəxslərin dairəsi Cinayət- Prosessual Məcəlləsinin 449.2-ci maddəsində nəzərdə tutulmuşdur. Bu Məcəllənin 449.2.3-cü maddəsinə əsasən, qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər də təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin), müstəntiqin və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun prosessual hərəkətlərindən və ya qərarlarından məhkəmə nəzarəti qaydasında şikayət verə bilərlər. Qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şikayət vermək hüququ olan “digər şəxslər” müddəasının şərh edilməsinə dair” 2015-ci il 12 mart tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin “qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər” müddəası cinayət prosesinin iştirakçıları və tərəfləri olmayan, lakin cinayət prosesində iştirak edən və ya hər hansı bir formada cinayət-prosessual hüquq və ya vəzifələri həyata keçirən şəxslərin Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə təsbit olunmuş hüquq və azadlıqları prosessual qərar və ya hərəkətlər ilə pozulduğu təqdirdə bu qərar və ya hərəkətlərdən şikayət vermək hüququnu istisna etmir.” Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti haqlı olmuşdur. Odur ki, məhkəmə kollegiyası MPM-nin 398.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanaraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-674/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar