Məhkəmə qərarları › İş №2(103)-5297/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5297/2020

06.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5297/2020 06.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı və onun nümayəndəsi, vəkili Elnur Quliyevin, Cavabdehin vəkili Orxan Xudatlının iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı «maneənin aradan qaldırılması» tələbinə dair 2(006)- 1059/2020 nömrəli mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin ünvan 1 ünvanda tikilən binanın birinci blokunun 7-ci mərtəbəsində yerləşən, 99,7 kv.m-dən və 2 otaqdan ibarət 39 saylı mənzili üzərində onun istifadə və sahiblik hüquqlarını pozan və maneə törədən hərəkətlərinin qanunsuz hesab edilməsi və həmin mənzilin onun sahibliyinə və istifadəsinə verilməsi vəzifəsinin Cavabdeh MMC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda həyət evləri mövcud olmuş və həmin evdə 2016-cı ilin noyabr ayınadək yaşamışlar. Həmin fərdi yaşayış evi Cavabdeh MMC-yə satılmış, evin dəyərinin bir hissəsi pul şəklində, bir hissəsi isə tikiləcək binadan mənzil qarşılığında əvəzləşdirilmişdir. Bununla əlaqədar olaraq, xx xxxxxx 2006-cı il tarixdə Cavabdeh MMC ilə aralarında müqavilə bağlanmışdır. Bağlanmış müqaviləyə əsasən ünvan 3 ünvanda yerləşən Cavabdeh MMC-nin tikilməkdə olan binasında 2 otaqdan, 99,7 kv.m-dən ibarət olan, 1-ci blok, 7-ci mərtəbədə yerləşən 39 nömrəli mənzili ona verməyi öz öhdəsinə götürmüş və mənzilin ümumi dəyəri 68800 manat müəyyən edilmişdir. Cavabdeh MMC tərəfindən binanın tikintisi təxminən 12 ilə yaxın davam etmişdir. Tikinti getdiyi müddət ərzində dəfələrlə MMC-yə gedib, tikintinin gedişi ilə maraqlanmış, ona verilmiş mənzili hansı müddət ərzində təmir edib orada yaşaya biləcəyini soruşduqda, hər dəfə ona narahat olmamasını və tikinti başa çatdıqdan sonra mənzilə köçə biləcəyi bildirilmişdir. Təxminən 2018-ci ilin sonlarına doğru binanın tikintisinin başa çatdığını görüb, Cavabdeh MMC-nin müdiriyyətinə dəfələrlə müraciət edərək, müqavilə üzrə ona məxsus olan mənzilin açarlarının ona verilməsini və orada təmir işlərinin aparılmasına şərait yaratmasını xahiş etsə də, cavabdeh tərəfindən müraciətlərinə heç bir məhəl qoyulmamışdır. Həmin mənzilə daxil olmasına və mənzildən istifadəsinə maneə törədilir. Qanunvericiliyə görə mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka dair sahiblik, istifadə və sərəncam hüquqları elementlərindən, hissələrindən ibarətdir və bu hüquqların hər hansı birinin həyata keçirilməsi mütləq şəkildə digər hüquqlardan asılıdır. Hesab edir ki, mülkiyyət hüququnun tərkib elementi olan istifadə və sahiblik hüquqlarının pozulması, artıq, sərəncam hüquqlarının da daxil olduğu mülkiyyət hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında həyət evi mövcud olmuş və həmin evdə uzun müddət yaşamışlar. Həmin fərdi yaşayış evi Cavabdeh MMC-yə satılmış, evin dəyərinin bir hissəsi pul şəklində, bir hissəsi isə tikiləcək binadan mənzii qarşılığında əvəzləşdirilmişdir. Bununla əlaqədar olaraq, xx xxxxxx 2006-cı il tarixdə Cavabdeh MMC ilə aralarında müqavilə bağlanmışdır. Bağlanmış müqaviləyə əsasən ünvan 3 ünvanda yerləşən “Cavabdeh“MMC-nin tikilməkdə olan binasında 2 otaqdan, 99.7 kv.m-dən ibarət olan, 1-ci blok, 7-ci mərtəbədə yerləşən 39 nömrəli mənzili ona verməyi öz öhdəsinə götürmüş və mənzilin ümumi dəyəri 68800 manat müəyyən edilmişdir. Cavabdeh tərəfindən binanın tikintisi təxminən 12 ilə yaxın davam etdi. Tikinti getdiyi müddət ərzində dəfələrlə MMC-yə gedib tikintinin gedişi ilə maraqlanmış, ona verilmiş mənzili hansı müddət ərzində təmir edib orada yaşaya biləcəyini soruşduqda, hər dələ ona narahat olmamısını və tikinti başa çatdıqdan sonra mənzilə köçə biləcəyi bildirilmişdir. Təxminən 2018-ci ilin sonlarına doğru binanın tikintisini başa çatdığının görüb Cavabdeh MMC-nin müdriyyətinə dələlərlə müraciət edərək müqavilə ilə ona məxsus olan mənzilin açarlarını vermələrini və orada təmir işlərinin aparılmasına şərait yaratmasını xahiş etsə də, onlar tərəfindən müraciətlərinə heç bir məhəl qoyulmamışdır. Həmin mənzilə daxil olmağına və mənzildən istifadə elməyinə maneçilik törətmişlər. Belə ki, iş materiallarına əlavə olunmuş Cavabdeh MMC ilə X5 arasında olan xx xxxxxx 2006-cı il tarixli müqavilənin birinci bəndinə əsasən kooperativ ünvan 3 ünvanda yerləşən Cavabdeh MMC-nin tikilməkdə olan binasında 39 saylı mənzili payçıya verməyi, payçı isə mənzili qəbul elməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3-cü bəndinə əsasən mənzilin ümumi dəyəri 68800 ABŞ dolları həddində müəyyən olunmuşdur. İş materiallarında olan xx.xx.2006-cı il tarixdə bağlanmış AN-l seriyalı ******* saylı müqavilədən görünür ki, X6 Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quliyev küç. ev 36-da yerləşən ümumi sahəsi 111,4 kv.m. yaşayış sahəsi 71,0 kv.m olan 5 otaqlı mənzilin X8 139.680 manata satmışdır. İddiaçı tərəf olaraq şahid qismində dəvət etdiyi X10 öz ifadəsində bildirmişdir ki, o, cavabdeh şirkətin keçmiş sahiblərindən (şəriklərindən) biri olmuş, xx.xx.2006-cı il tarixdə bağlanmış AN-l seriyalı 00800500 saylı müqavilə iddiaçının anası X6 ilə bağlanmışdır. İddiaçı ''Cavabdeh” MMCdən pulunu tam ödəməklə mənzil satması ilə bağlı ayrıca müqavilə bağladığı dəqiq yadındadır, iddiaçının adı mənzillərin satış dəftərində olmuşdur. İş materiallarında olan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qərarından görünür ki, X7 Cavabdeh MMC-nin rəhbəri olaraq mənzil satışı həyata keçirərkən vergidən yayınma faktına görə Vergilər Nazirliyi Vergi X1 Departamenti tərəfindən CM-nin 213.2.2ci maddəsi ilə cinayət işı başlanılmış və E.Tağıyevə həmin maddədə nəzərdə tutulmuş ittiham verilərək baxılması üçün Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Cinayət işinə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsində baxılarkən təqsirləndirilən şəxs X11 öz ifadəsində "Cavabdeh” MMC-ni xx.xx.2006-cı il tarixdə təsis etdiyini, cəmiyyətin direktoru xx.xx.2013-cü il tarixədək X4 olduğunu, sonuncunun cəmiyyətin direktoru olmasına baxmayaraq, onun cəmiyyətin idarə olunmasında iştirak etmədiyini, sadəcə olaraq onun tapşırıqlarını yerinə yetirdiyini cəmiyyətə özünün rəhbərlik etdiyini bildirmişdir. Eyni zamanda həmin cinayət işində X9 mənzil alıcılarından biri kimi iş üzrə şahid qismində cəlb olunaraq dindirilmiş, sonuncu öz ifadəsində həmin mənzilin alınması ilə bağlı məlumatları bildirmişdir. Lakin iş materiallarında X11 tərəfindən Cavabdeh MMC-nin tikilməkdə olan binasında 2 otaqdan, 99.7 kv.m-dən ibarət olan, 1-ci blok, 7-ci mərtəbədə yerləşən 39 nömrəli mənzilin İddiaçı satılması ilə bağlı heç bir etiraz bildirilməmişdir. Bundan başqa bildirir ki, vəsatətlə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək X7 barəsində olan cinayət işinin materiallarının surətinin götürülməsinə və baxış keçirilməsi xahiş olunmuş, vəsatətləri təmin olunaraq həmin cinayət işi götürülərək baxış keçirilmişdir. Həmin cinayət işinin materiallarından görünür ki, X7 Cavabdeh MMC-nin rəhbəri olaraq vergidən yayınma faktına görə Vergilər Nazirliyi Vergi X1 Departamenti tərəfindən CM-nin 213.2.2-ci maddəsi ilə cinayət işi başlanılmış, eyni zamanda Departamentin əməkdaşları tərəfindən cinayət işinin araşdırılması zamanı Cavabdeh MMC-nin ofisindən mühasibat uçotu sənədləri, maliyyə-təsərrüfat fəaliyyətini əks etdirən hesabatlar və s. sənədlər götürülmüşdür. Həmin sənədlərin içərisində Cavabdeh MMC ilə İddiaçı arasında xx xxxxxx 2006-cı ildə bağlanmış müqavilənin olması İddiaçı adının mənzillərin satış dəftərində olması və şahid kimi dindirilməsi müəyyən olunmuşdur. Lakin məhkəmə mülki prosessual qanunvericiliyin tələblərini, iş materiallarında olan mötəbər sübutları və işin faktiki hallarını nəzərə almayaraq, öz qətnaməsində iddiaçının müqavilə üzrə mənzilin dəyərinin Cavabdeh MMC-yə tam şəkildə müqavilədə göstərilən müddət ərzində ödənilməsini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim elmədiyini qeyd etmişdir. Eyni zamanda bildirir ki, iş üçün mühüm əhəmiyyət kəsb etməsinə baxmayaraq, hakim Ceyhun Tağıyev bütün bu mötəbər sübutların heç birisini qətnamədə göstərməmiş, onlara hüquqi qiymət verməmişdir. Apelyasiya baxışı zamanı iddiaçı və təmsilçisi şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdehin vəkili apelyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanılmış xx xxxxxx 2006-cı il tarixli müqavilənin 1-ci bəndinə əsasən kooperativ ünvan 4 ünvanda yerləşən Cavabdeh MMCnin tikilməkdə olan binasında 39 saylı mənzili payçıya verməyi, payçı isə mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3-cü bəndinə əsasən mənzilin ümumi dəyəri 68800 ABŞ dolları həddində müəyyən olunmuşdur. Qeyd edilən müqavilənin 4 və 5-ci bəndlərinə əsasən müqavilə bağlandığı gündən 5 gün ərzində payçı tərəfindən mənzilin ümumi qiymətinin 30 faizi məbləğindən az olmayaraq ilk haqq ödənilir. Payçı pulun qalan hissəsini kooperativə bərabər hissələrlə olmaqla, 18 ay müddətinə ödəməyi öhdəsinə götürür. Tikinti etapı və müddəti ilə payçı tanışdır. X6 ilə X10 aralarında bağlanılmış xx.xx.2006-cı il tarixli müqaviləyə əsasən, X6 Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quliyev küç. ev 36-da yerləşən ümumi sahəsi 111,4 kv. yaşayış sahəsi 71,0 kv.m olan 5 otaqlı mənzilin X8 139.680 manata satmışdır. Şahid qismində məhkəmə iclasında ifadə verən X10 ifadəsində bildirmişdir ki, xx.xx.2016-cı il tarixdə bağlanmış AN-İ seriyalı ******* saylı müqavilə iddiaçının anası X6 ilə bağlanmışdır. İddiaçı mülkiyyətində olan mənzili digər qeyd-şərt olmadan satmış, mənzilin razılaşdırılmış dəyəri həm nağd, həm də bank hesabı vasitəsi ilə satıcıya tam şəkildə ödənilmişdir. Həmin mənzilin alqı-satqısı ilə mübahisə predmeti olan mənzilin alqısatqısı arasında heç bir əlaqə yoxdur. Həmçinin, iddiaçının cavabdeh şirkətdən pulunu tam ödəməklə mənzil alması ilə bağlı ayrıca müqavilə bağladığı dəqiq yadındadır, iddiaçının adı mənzillərin satış dəftərində olmuşdur. O, cavabdeh şirkətin keçmiş sahiblərindən (şəriklərindən) biri olmuşdur. Şirkətin təsisçiləri olmuş Elşad və İlkin tərəfindən onlara qarşı çox qeyri-düzgün münasibət olmuş, ikisi birləşərək, digər şərikləri sıradan çıxarmışlar. Şirkətlə aralarında olan anlaşılmazlığa və gərginliyə rəğmən, dəqiq bilir ki, alqı-satqı müqaviləsinin cavabdehdən digər mənzil alınması ilə səbəbli əlaqəsi yoxdur. Ayrı-ayrı müqavilələr olmaqla, bir-birinə aidiyyətləri yoxdur. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə əsasən, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 752.2-ci maddəsinə görə əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” xx xxxx 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfındən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad edilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə görə isə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. X14 Məhkəməsi “X3” qarşı xx.xx.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli qərannda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, mahkəmə siibutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, iddiaçı əsaslandığı müqavilə üzrə ona verilməli olduğunu tələb etdiyi mənzilin dəyərinin Cavabdeh MMC-yə tam şəkildə müqavilədə nəzərdə tutulmuş qaydada ödənilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda, mübahisəli mənzilin iddiaçının sahibliyinə və istifadəsinə verilməsi vəzifəsinin Cavabdeh MMC-nin üzərinə qoyulması, həmin mənzilə dair cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi üçün hər hansı qanuni və (ya) hüquqi əsas müəyyən edilmir. Qeyd edilənlərə əsasən, apelyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1059/2020 nömrəli mülki iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar