Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-530/2020 17.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, X12 və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə iddiaçının nümayəndəsi və vəkili X2 və Cavabdeh1 nümayəndəsi və vəkili Səfərov Rövşən Hətəməli oğlunun iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-156/2018 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı cavabdehlər “xxxx” MMC-yə və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi 2347-48-ci məhəllədə yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci girişinin 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 92,9 kv.m olan iki otaqlı 71 saylı mənzilin təmirinə sərf edilmiş 40700 manat məbləğində pulun Cavabdeh1 onun xeyrinə tutulması, cavabdeh “xxxx” MMC-nin qanunsuz əməlinə görə 16000 manat maddi və 20000 manat mənəvi zərərə görə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda Cavabdeh1 ilk iddia ilə birlikdə baxılmaq üçün cavabdehlər İddiaçı, X3, X10, X7 və X5 qarşı qarşılıqlı iddia qaldıraraq, İddiaçı 30000 manat kirayə pulu alınaraq ona ödənilməsi, X3, X10, X7 və X4 Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi 2347- 48-ci məhəllədə yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci girişinin 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 92,9 kv.m olan iki otaqlı 71 saylı mənzildən çıxarılmaları, onun həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(007)-156/2018 saylı qətnaməsi ilə ilk iddianın təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, X3, X10, X7 və X4 Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi 2347-48-ci məhəllədə yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci girişinin 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 92,9 m olan iki otaqlı 71 saylı mənzilindən çıxarılmaları, Cavabdeh1 həmin mənzilə köçürülməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçıhəmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(103)-718/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin İddiaçı maddi və mənəvi ziyanın ödənilməsi tələbinin rədd olunmasına dair hissədə ləğv edilməsi, iddianın həmin hissələrdə qismən təmin edilməsi, Cavabdeh1 Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi 2347-48-ci məhəllədə yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci girişinin 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 92,9 kv.m olan iki otaqlı 71 saylı mənzilində aparılmış təmir-tikinti işlərinin dəyəri kimi 24130 manatın tutularaq, İddiaçı verilməsi, “xxxx” MMC-dən maddi ziyana görə 16000 manat, mənəvi ziyana görə 5000 manatın tutularaq İddiaçı verilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, qətnamənin Cavabdeh1 İddiaçı xeyrinə 24130 manatın tutulması və İsmayılovların mənzildən çıxarılmasına dair hissələrdə eyni vaxtda icra edilməsi qət edilmişdir. İddiaçı və Cavabdeh1 həmin qətnamədən ayrı-ayrılıqda kassasiya şikayətləri vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(102)- 5766/19 saylı qərarı ilə Cavabdeh1 kassasiya şikayəti təmin edilməmiş, İddiaçı kassasiya şikayəti qismən - maddi ziyanın məbləğinin müəyyən edilməsi hissəsində təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi qismən İddiaçı vurulmuş maddi ziyan hissəsində ləğv edilmiş və iş həmin hissədə yeni apelyasiya baxışına qaytarılmış, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılmış, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Həmin qərarda göstərilmişdir ki, iş üzrə keçirilmiş məhkəmə mühəndis-texniki ekspertizası evdə aparılmış təmir işlərinin dəyərinin müəyyən etsə də, mətbəx və dəhliz mebelinə aid hissəni əhatə etməmiş və məhkəmə qətnaməsində mətbəx və dəhliz mebeli ilə əlaqədar məhkəmə tərəfindən araşdırma aparılmamış və həmin məsələlərə hüquqi qiymət verilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X6 apellyasiya şikayətini müdafiə etdi, Cavabdeh1 nümayəndəsi və vəkili Səfərov Rövşən Hətəməli oğlu isə apellyasiya şikayətinə etiraz etdi. Digər cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 372.6 və 420-ci maddələrinin tələblərini və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(102)-5766/19 saylı qərarındakı göstərişləri nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız ilk iddiada irəli sürülmüş Cavabdeh1 maddi zərərin əvəzinin tutulması hissəsində yoxlanılır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, “xxxx” MMC ilə İddiaçı arasında xx xxxxxxxx 2012-ci il tarixli mənzil tikintisi haqqında müqavilə bağlanmış və müqaviləyə əsasən icraçı “xxxx” MMC Bakı şəhəri, Xətai rayonu, Xocal küçəsi 2347-48-ci məhəllədə yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci girişinin 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 92,9 kv.m olan iki otaqlı 71 saylı mənzili payçı İddiaçı təhvil verməyi, payçı isə həmin mənzili qəbul etməyi və mənzilin ümumi dəyəri olan 42000 manatı icraçıya ödəməyi öhdəsinə götürmüşdür. xx xxxxxxxx 2012-ci il tarixli arayışa əsasən İddiaçı tərəfindən həmin mənzilin dəyəri tam ödənilmiş və mənzil ona təmirsiz halda təhvil verilmişdir. İddiaçı həmin mənzildə yenidənqurma və təmir işləri aparmış və ailə üzvləri ilə birlikdə mənzildə qeydiyyatsız olaraq yaşamağa başlamışdır. Bundan sonra məlum olmuşdur ki, “xxxx” MMC ilə “xxxx” MTK arasında xx xxx 2006-cı il tarixdə bağlanılmış müqaviləyə əsasən Xətai rayonu, Xocalı küçəsindəki 2347-48-ci məhəllədə MMC-yə ayrılmış sahədə hündürmərtəbəli binanın tikilməsi ilə bağlı MMC-nin maddi imkanı olmadığı üçün MTK ilə aralarında razılıq əldə olunmuşdur. Həmin yaşayış binasının 1-ci girişinin 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 92,9 m2 olan iki otaqlı 71 saylı mənzili Cavabdeh1 xx xxxxxx 2006-cı il tarixdə alqı-satqı yolu ilə 36696 manata satmışdır. Sonra MTK həmin mənzili xx xxxxxx 2006-cı il tarixli müqaviləyə əsasən X1. xx xxxxxxxx 2009-cu il tarixdə MMC ilə MTK arasında bağlanılmış xx xxx 2006-cı il tarixli müqavilənin ləğv edilməsi barədə qərar qəbul olunmuşdur. Bundan sonra Cavabdeh1 məhkəməyə müraciət etmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qətnaməsinə əsasən “xxxx” MTK ilə X11 arasında bağlanmış kooperativ binada mənzil tikintisi haqqında xx xxxxxx 2006-cı il tarixli müqavilənin, “xxxx” MMC ilə X11 arasında bağlanmış mənzil tikintisi haqqında xx xxxxxx 2010-cu il tarixli müqavilənin, “xxxx” MMC ilə İddiaçı arasında bağlanmış mənzil tikintisi haqqında xx xxxxxxxx 2012-ci il tarixli müqavilənin etibarsız hesab olunması, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi 2347-48-ci məhəllədə yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci girişinin 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 92,9 kv.m olan iki otaqlı 71 saylı mənzildən çıxarılması, həmin mənzilin Cavabdeh1 təhvil verilməsi vəzifəsinin “xxxx” MMC-yə və “xxxx” MTK-ya həvalə edilməsi, “xxxx” MMCdən 42000 manatın İddiaçı xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qətnaməsinə əsasən İddiaçı və “xxxx” MMC tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri təmin olunmamış, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il qətnaməsi mübahisələndirilən hissələrdə, yəni “xxxx” MTK ilə X11 arasında bağlanmış kooperativ binada mənzil tikintisi haqqında xx xxxxxx 2006-cı il tarixli müqavilənin, “xxxx” MMC ilə X11 arasında bağlanmış mənzil tikintisi haqqında 24dekabr 2010-cu il tarixli müqavilənin, “xxxx" MMC ilə İddiaçı arasında bağlanmış mənzil tikintisi haqqında xx xxxxxxxx 2012-ci il tarixli müqavilənin etibarsız hesab olunması, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi 2347-48-ci məhəllədə yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci girişinin 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 92,9 kv.m olan iki otaqlı 71 saylı mənzildən çıxarılması, həmin mənzilin Cavabdeh1 təhvil verilməsi vəzifəsinin “xxxx” MMC-yə və “xxxx” MTK-ya həvalə edilməsi, “xxxx” MMCdən 42000 manatın İddiaçı xeyrinə tutulması hissələrində dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli qərarına əsasən İddiaçı və “xxxx” MMC-nin kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin iş üzrə 01mart 2016-cı il tarixli qətnaməsi həmin kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı bildirir ki, mənzil boş və təmirsiz məziyyətdə olmuş və o, mənzilin vicdanlı sahibi olaraq onun təmiri üçün 35000 manat vəsait sərf etmişdir. Artıq 4 ildir ki, orada məskunlaşmışdır. Baxmayaraq ki, cavabdeh X16 təmirsiz mənzilin pulunu ödəyərək almış, iddiaçı “xxxx” MMC-nin qanunsuz əməlinə görə ona təmirli mənzili təhvil verməlidir. Təmir işlərinə sərf olunmuş vəsaitdən əlavə dəyəri 3500 manat olan mətbəx mebeli və dəyəri 2200 manat olan dəhliz mebeli alınaraq onun tərəfindən mənzilə quraşdırılmışdır. Həmin mebelləri mənzildən çıxarmaq mümkün deyil. Çünki mebellər çıxarıldığı təqdirdə yararsız hala düşəcəkdir. Buna görə də, onların dəyəri Cavabdeh1 tərəfindən ödənilməlidir. Cavabdeh1 ilk olaraq həmin iddiaya etiraz etmiş, hazırkı apellyasiya baxışında isə mənzildə aparılmış təmir işlərinin və quraşdırılmış mebellərin dəyərinin ödənilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ilk iddiada Cavabdeh1 qarşı irəli sürülmüş iddia qismən əsaslıdır. Belə ki, həmin iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 157.7-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Qeyd olunan maddənin dispozisiya şərtlərini nəzərə alaraq kollegiya hesab edir ki, mübahisənin həlli zamanı iki hal araşdırılmalıdır: birincisi – iddiaçının mübahisəli mənzilə vicdanlı sahiblik edib-etmədiyi, ikincisi – əgər vicdanlı sahiblik etmişsə bu müddət ərzində mübahisəli mənzildə təmir işlərinin aparıb-aparmadığı. Kollegiya hesab edir ki, hazırkı işdə hər iki hal mövcuddur. Belə ki, işin mübahisəsiz hallarından da göründüyü kimi iddiaçı mübahisəli mənzili üçüncü şəxslərin, o cümlədən Cavabdeh1 mümkün iddialarından xəbəri olmadan və “xxxx” MMC ilə bağlanmış müqavilə əsasında əldə etmiş, ona vicdanlı sahiblik etmiş, bu zaman mənzil tam təmirsiz olmuş və o, həmin mənzildə təmir işlərini həyata keçirmişdir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, İddiaçı mübahisəli mənzilə vicdanlı sahiblik etdiyi vaxt həmin mənzili əsaslı təmir etdirdiyinə görə Mülki Məcəllənin 157.7-ci maddəsinə əsasən çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Lakin kollegiya hesab edir ki, həmin hissədə iddia qismən təmin edilməlidir. Belə ki, əvvəlki apellyasiya baxışı zamanı iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2018-ci il tarixli rəyində qeyd olunmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi 2347-48-ci məhəllədə yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci girişinin 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 92,9 kv.m olan iki otaqlı 71 saylı mənzilində təmir-tikinti işləri aparılmış və həmin işlərin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri 24130 manat təşkil edir. Eyni zamanda hazırki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(102)-5766/19 saylı qərarında əks olunan göstərişlər və Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin tələbləri nəzərə alınaraq hazırki apellyasiya baxışı zamanı iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 30701 saylı rəyi verilmişdir. Həmin rəyə əsasən ekspert baxışına təqdim olunmuş mebellərin orta bazar qiyməti aşağıdakı kimi müəyyən olunur: yerli istehsal olan uzunluğu 2,70 m, hündürlüyü 2,50 m ölçülü 3 seksiyalı, 5 qapılı dəhliz mebeli - 900 manat, yerli istehsal olan uzunluğu 5,10 m, hündürlüyü 2,25 m ölçülü, 23 qapılı mətbəx mebeli - 1000 manat olmaqla ümumilikdə 1900 manat müəyyən olunur. Göründüyü kimi iddiaçının mübahisəli mənzilin təmirinə və mebellərin quraşdırılmasına çəkdiyi xərclər ümumilikdə 26030 manat təşkil etmişdir (24130 + 1900 = 26030). Bu baxımdan kollegiya hesab edir ki, həmin mənzilin təmirinə çəkilmiş 26030 manat məbləğində pul vəsaiti hazırda mənzilin mülkiyyətçisi olan Cavabdeh1 tutularaq İddiaçı ödənilməlidir. Beləliklə, kollegiya belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni ilk iddianın Cavabdeh1 aid hissəsi ləğv edilməli və həmin hissədə iddia qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-156/2018 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxx 2018-ci il tarixli qətnaməsi qismən, yəni ilk iddiada irəli sürülmüş Cavabdeh1 maddi zərərin əvəzinin tutulması barədə tələblərin rədd edilməsi hissəsində ləğv edilsin. Həmin iddia qismən təmin edilsin və Cavabdeh1 26030 (iyirmi altı min otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qalan hissədə həmin iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakim: Raqib Qurbanov
Məhkəmə qərarları › İş №2(103)-530/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-530/2020
17.03.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver