Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5302/2021 02.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, cavabdehlər Cavabdeh1 və Cavabdeh2, həmçinin Cavabdeh2 vəkili Vəkil2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əldən çıxmış fayda və mənəvi ziyan tələbinə dair iddiası, Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-287/2021 saylı, 11 mart 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 24,4 kvm-dən ibarət qeyriyaşayış sahəsinin İddiaçı mülkiyyətində olduğu 08.11.2018- ci il tarixindən qeyri-yaşayış sahəsinin təhvil verildiyi 30.10.2020-ci il tarixinə kimi əldən çıxmış fayda olaraq 7120 manat maddi zərər və mənəvi-psixoloji sarsıntılar keçirməyə görə isə 5000 manat məbləğində mənəvi ziyanın və məhkəmənin hesabına ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 12150 manat məbləğində pulun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə cavabdehlər Cavabdeh2 və Hüseynov X1 Cahandar Tais oğlluna qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbinin rədd edilməsi, maddi zərərin əvəzi olaraq 6.000 manatın İddiaçı Cavabdeh2 xeyrinə tutulması, mənəvi zərərin əvəzi olaraq 7.000 manatın, MPM-nin 120-ci maddəsinə uyğun olaraq iş vaxtının itirilməsinə görə 2.000 manatın və dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun, cəmi 9030 manatın mülki iş üzrə ilkin iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iş üzrə ilkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh1 xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli qərardadı ilə iddia tələbinin “İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əldən çıxmış fayda olaraq 5500 manat maddi zərər tutulması” hissəsində icraata xitam verilməsi qərara alınmışdır. Məhkəmə iddia tələbinin “əldən çıxmış fayda olaraq 5500 manat maddi zərər tutulması” hissəsi üzrə mülki işin icraatına xitam verərkən ona əsaslanmışdır ki, mübahisəli qeyri-yaşayış sahəsinin iddiaçının mülkiyyətində olduğu 08.11.2018-ci il tarixdən həmin qeyri-yaşayış sahəsindən istifadə etməsinə cavabdehlər tərəfindən imkan verilmədiyi üçün əldən çıxmış fayda olaraq 5500 manat maddi zərərin cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə mübahisə əvvəllər də məhkəmə baxışının predmeti olmuş, həmin iddia tələbi Səbail Rayon Məhkəməsinin 01.10.2019-cu il tarixli, 2(009)- 690/2019 saylı qətnaməsi ilə təmin edilməmiş və qeyd olunan məhkəmə aktı yuxarı instansiya məhkəmələri tərəfindən qüvvədə saxlanılmışdır; Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinə görə isə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa işin icraatına xitam verilməlidir. İddiaçı həmin qərardaddan verdiyi şikayət Məhkəmənin 20 aprel 2021-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı, həmçinin onun vəkili və nümayəndəsi şikayətini müdafiə edərək onun təmin olunmasını, cavabdehlər və Cavabdeh2 vəkili isə şikayətin əsassız olduğunu bildirərək qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Səbail Rayon Məhkəməsinin 01.10.2019-cu il tarixli, 2(009)- 690/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qeyriyaşayış sahəsinin boşaldılması və ona təhvil verilməsi, əldən çıxmış fayda olaraq 5500 manat maddi zərər və 5000 manat mənəvi ziyanın tutulması tələbinə dair iddiası qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 2 ünvanında yerləşən 24,4 kv.m-dən ibarət qeyri-yaşayış sahəsindən onlara məxsus əşyalarla birlikdə çıxarılmaları və həmin qeyriyaşayış sahəsinin açarlarla birlikdə İddiaçı təhvil verilməsi, qalan hissədə iddia tələblərinin təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27.12.2019-cu il tarixli, 2(003)-15036/2019 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6671/2019 saylı, 17 oktyabr 2019-cu il tarixli, habelə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-690/2019 saylı, 01 oktyabr 2019-cu il tarixli qətnamələrinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 22.07.2020-ci il tarixli, 2(102)-3070/2020 saylı qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(003)-15036/2019 saylı, 27 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin məhkəmə aktlarından aydın olur ki, İddiaçı sözügedən iddiası hazırkı iddianın əsaslarını təşkil edən eyni əsaslar və eyni predmet üzrə irəli sürülmüşdür. Mülki Prosessual Məcəllənin 233.3-cü maddəsinə görə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Həmin Məcəllənin 261.0.2-cü maddəsinə görə isə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Kollegiyanın qənaətinə görə, İddiaçı hazırkı iddia tələblərinin “əldən çıxmış fayda olaraq 5500 manat maddi zərər tutulması” hissəsi ilə eyni predmetli və eyni əsaslı iddia tələbləri üzrə qanuni qüvvədə olan məhkəmə qərarı olduğundan, eyni predmetli tələbə mahiyyəti üzrə yenidən baxılması mülki-prosessual qanunverciliyin mənasına, habelə hüquqi müəyyənlik prinsipinə uyğun deyildir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi Ryabix Rusiya Federasiyasına qarşı iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd edir ki, “hüquqi müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni quvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-287/2021 saylı, 11 mart 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-5302/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5302/2021
02.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver