Məhkəmə qərarları › İş №2(103)-5307/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5307/2025

10.09.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5307/2025 10.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, X2 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-244/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında yoxlayaraq Müəyyən etdi: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-244/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilmişdir. Həmin qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Cavabdeh apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və şikayət geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, mülki iş materialları ilə müəyyən olunur ki, mübahisələndirilən qətnamə «Azemis» elektron informasiya sistemində yaradılmış tərəflərə məxsus elektron kabinetə xx.xx.2025-ci il tarixdə yerləşdirilmişdir. Qətnamədən Cavabdeh verdiyi ilkin apellyasiya şikayəti qanunla müəyyən edilmiş məbləğdə rüsum ödənilmədiyi üçün üçün Məhkəmənin eyni nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır. Eyni zamanda müəyyən olunur ki, cavabdeh tərəfindən nöqsan aradan qaldırılaraq xx.xx.2025-cü il tarixdə elektron qaydada apellyasiya şikayəti daxil olmuş və şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Belə ki, birinci instansiya məhkəməsi cavabdeh tərəfin nöqsan aradan qaldırıldıqdan sonra 2-ci dəfə verdiyi (30.06.25-ci il tarixdə) apellyasiya şikayətnin vaxtında verilib-verilməməsini yoxlamamış, bununla bağlı hər hansı əlavə prosessual hərəkət etməyərək apellyasiya şikayətini baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. MPM-in 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Odur ki, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən şikayətin vaxtında verilib-verilmədiyi yoxlanılmadığından hazırkı işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli, qətnamədən verilən apellyasiya şikayətinin geri qaytarılması üçün mülki iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 361, 363, 364 və 366, 400, 402-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-244/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və apellyasiya şikayətinin geri qaytarılması üçün mülki iş birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Fuad Abdıyev Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar