Məhkəmə qərarları › İş №2(103)-5310/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5310/2023

05.12.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5310/2023 05.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı2, İddiaçı4, İddiaçı3, İddiaçı1 Cavabdeh MMC-yə qarşı “cavabdehin binadan çıxarılması, binanın idarəetməsindən kənarlaşdırılması, binaya dair əmlakın, sənədlərin Xətai rayonu Xətai bələdiyyəsinə təhvil verilməsi, vurulmuş mənəvi zərərin ödəniməsi” tələbinə dair ilkin, Cavabdeh MMC-in İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 qarşı “aylıq xidmət haqlarının, dəymiş maddi və mənəvi zərərin tutulması” qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “cavabdehin binadan çıxarılması, binanın idarəetməsindən kənarlaşdırılması, binaya dair əmlakın, sənədlərin Xətai rayonu Xətai bələdiyyəsinə təhvil verilməsi, vurulmuş mənəvi zərərin ödəniməsi, aylıq xidmət haqlarının, dəymiş maddi və mənəvi zərərin tutulması”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və X1 ibarət tərkibdə Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, İddiaçıların nümayəndəsi və vəkili Vəkil1, Üçüncü şəxs Xətai rayonu Xətai Bələdiyyəsinin nümayəndəsi X2 iştirakları ilə, Xətai Rayon Məhkəməsinin 2(011)-3408/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçılar tərəfindən birgə verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçılar İddiaçı2, İddiaçı4, İddiaçı3 və İddiaçı1 Cavabdeh MMC-yə qarşı ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin ünvan 1 ünvanında yerləşən çoxmənzilli binadan çıxarılması və həmin binanın idarəetməsindən kənarlaşdırılması, Cavabdeh MMC tərəfindən ünvan 1 ünvanında yerləşən çoxmənzilli binaya dair bütün sənədlərin, açarların və idarəetmə ilə bağlı digər aidiyyəti əmlakın Bakı şəhəri, Xətai rayonu Xətai Bələdiyyəsinə təhvil verilməsi, cavabdehdən 9.000 manat (hər iddiaçıya 2.250 manat) məbləğində vurulmuş mənəvi zərərin əvəzi, 100 manat məbləğində dövlət rüsumunun əvəzinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

2. İkin iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, N.Tusi küçəsi, ev 14A-da İddiaçı2 171 və 172-ci mənzillərin, İddiaçı4 212-ci mənzilin, İddiaçı3 169-cu mənzilin və İddiaçı1 153-cü mənzilin mülkiyyətçiləridir. Bina 10 dekabr 2003-cü ildə təsis edilmiş Maraqlı şəxs1 MTK tərəfindən tikilmişdir. Bina 259 mənzildən və 1 qeyriyaşayış sahəsindən ibarətdir. Binanın tikintisi çoxdan tam başa çatmış, binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ MTK-nın üzvlərinə keçmişdir. Buna baxmayaraq, 2020-ci ilin ortalarınadək bina MTK tərəfindən idarə olunmuşdur. 2020-ci ildə qanunvericiliyin tələbinin pozulmasını qismən də olsa aradan qaldırmaq üçün MTK-nın faktiki rəhbəri olan və özünü binanın sahibi hesab edən X4 adlı şəxs müvafiq addımlar atmağa başlamışdır. Belə ki, o, MTKnın fəaliyyətini dayandıraraq 10 fevral 2020-ci il tarixdə Cavabdeh MMC-ni təsis etmişdir. Cavabdehin nizamnamə kapitalı cəmi 10 manat təşkil edir. Cavabdehin öz vəsaiti faktiki olaraq yoxdur, sırf binanın sahə mülkiyyətçilərinin hesabına dolanmaq üçün yaradılmışdır. Binanın yalnız bəzi sahə mülkiyyətçiləri ilə xidmət müqaviləsi bağlayaraq cavabdeh binanı idarə etməyə başlamışdır. Lakin bunun müqabilində özünü faktiki olaraq MTK-nın varisi kimi təqdim edərək bütün sahə mülkiyyətçilərindən kommunal haqq adlı rəsmi ödəniş tələb etməyə başlamışdır. Eyni zamanda heç bir təsdiqedici sənəd təqdim etmədən binanın qarşısındakı, arxasındakı və altındakı avtomobil dayanacaqlarında avtomobillərin saxlanılmasına görə də qeyri-rəsmi ödənişlər toplamışdır. Nə MTK, nə də cavabdeh binanı idarə etdiyi dövrdə binanın keyfiyyətli və təhlükəsiz saxlanması üçün adekvat tədbirlər görməmişdir. Binanın sahə mülkiyyətçilərinin əksəriyyəti dəfələrlə cavabdehə öz narazılığını bildirmişdir. O cümlədən binanı tərk edərək mövcud qanunvericiliyə əsasən idarəetməni sahə mülkiyyətçilərinin ümumi yığıncağına təhvil verməyi tələb etmişlər. Lakin cavabdeh müxtəlif qanunsuz yollarla, o cümlədən sahə mülkiyyətçilərini çaşdırmaqla binada qanuni özünüidarəçiliyə mane olur və qanunsuz fəaliyyətini davam etdirir.

3. Cavabdeh MMC-nin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 may 2022-ci il tarixədək olan müddətdə Cavabdeh MMC-yə aylıq xidmət haqlarını ödəmədiklərinə görə 153 saylı mənzilin sakini İddiaçı1 1384 manat, 169 saylı mənzilin sakini İddiaçı3 140 manat, 212 saylı mənzilin sakini İddiaçı4 168 manat, 171, 172 saylı mənzilin sakini İddiaçı2 440 manat, cəmi 2.132 manat borc məbləğinin, İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı2 fəaliyyətləri nəticəsində Cavabdeh MMC-yə dəymiş 5.163,39 manat məbləğində maddi zərərin və 10.000 manat məbləğində mənəvi zərərin, hüquqi yardıma görə vəkilə ödənilmiş 300 manat məbləğində xidmət haqqının və 172 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehlərdən alınıb iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC X4 və X3 tərəfindən təsis olunaraq Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsi Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən qeydə alınmış və Nizamnaməyə uyğun fəaliyyət göstərərək, ünvan 1 ünvanında yerləşən çoxmənzilli binanın sakinləri ilə bağlanmış müqavilələr əsasında sözügedən binanın idarəetməsini və binanın kommunal sanitar xidmətlərini həyata keçirir, 153 saylı mənzilin sakini İddiaçı1, 169 saylı mənzilin sakini İddiaçı3, 212 saylı mənzilin sakini İddiaçı4 Cavabdeh MMC ilə müqavilələr bağlayaraq 2- ci bəndində göstərilən aylıq xidmət haqlarını ödəmədiklərinə görə 01 may 2022-ci il tarixədək olan müddətdə 153 saylı mənzilin sakini İddiaçı1 1384 manat, 169 saylı mənzilin sakini İddiaçı3 140 manat, 212 saylı mənzilin sakini İddiaçı4 168 manat, 171, 172 saylı mənzilin sakini İddiaçı2 440 manat, cəmi 2.132 manat borc yaranmışdır. Müqavilə öhdəliklərinin yerinə yetirilməməsinə görə adları sadalanan sakinlərə rəsmi olaraq pretenziyalar göndərilmiş, lakin borclar bu günədək ödənilməmişdir. Bundan başqa həmin şəxslər Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətini yaratmaq niyyəti ilə sakinlərin imzalarını toplamaq və ümumi iclas keçirmək istəmiş, lakin sakinlərin narazılığı ilə qarşılaşaraq istəklərinə nail olmadıqlarına görə dağıdıcı fəaliyyətlə məşğul olmağa başlamış və Cavabdeh MMC-nin fəaliyyətini iflic vəziyyətinə salmaq üçün müəyyən əməllərə əl ataraq hüquqi şəxs Cavabdeh MMCnin işgüzar nüfuzunu ləkələyən və həqiqətə uyğun olmayan məlumatları açıq yaymaqla zərər vurmuşlar. Belə ki, onların Cavabdeh MMC-nin fəaliyyətinə qarşı yönəlmiş yalan təbliğatı nəticəsində 17 nəfər sakin aylıq xidmət haqlarını ödəməyi dayandırmış və nəticədə cari ilin 4 aylıq maliyyə dövrünə əsasən çıxarılmış hesabata görə Cavabdeh MMC zərərlə işləmişdir.

5. Daha sonra cavabdeh MPM-nin 53-cü maddəsinə əsasən, qarşılıqlı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə bağlanmış “kommunal xidmətlərinin göstərilməsi üzrə” müqavilələrə əsasən 01 oktyabr 2022-ci il tarixədək olan müddətdə aylıq xidmət haqlarını ödəmədiklərinə görə- 01 iyun 2020-ci il tarixli 153 saylı müqavilə üzrə 153 saylı mənzilin sakini İddiaçı1 1524 manat borc məbləğinin, 01 iyun 2020-ci il tarixli 169 saylı müqavilə üzrə 169 saylı mənzilin sakini İddiaçı3 280 manat borc məbləğinin, 01 iyun 2020-ci il tarixli 212 saylı müqavilə üzrə 212 saylı mənzilin sakini İddiaçı4 308 manat borc məbləğinin, Cavabdeh MMC-nin göstərdiyi xidmətdən müqavilə bağlamadan faktiki olaraq yararlandığı üçün 171, 172 saylı mənzilin sakini İddiaçı2 660 manat borc məbləğinin, İddiaçı1, İddiaçı3, İddiaçı4 Cavabdeh MMC ilə bağladıqları “kommunal xidmətlərinin göstərilməsi üzrə” müqavilələrə əsasən 01 oktyabr 2022-ci il tarixdən başlayaraq İddiaçı1 hər ay 28 manat, İddiaçı3 hər ay 28 manat, İddiaçı4 hər ay 28 manat aylıq xidmət haqlarını, İddiaçı2 Cavabdeh MMC-nin göstərdiyi xidmətdən müqavilə bağlamadan faktiki olaraq yararlandığı üçün 01 oktyabr 2022-ci il tarixdən başlayaraq 171 saylı mənzilə görə 20 manat, 172 saylı mənzilə görə 24 manat aylıq xidmət haqlarını, İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı2 fəaliyyətləri nəticəsində Cavabdeh MMC ilə bağlanmış “kommunal xidmətlərinin göstərilməsi üzrə” müqavilələrə əsasən 01 oktyabr 2022-ci il tarixədək olan müddətdə 59 nəfər sakinlərin aylıq xidmət haqlarını ödəmədiklərinə görə Cavabdeh MMC-yə dəymiş 13.104 manat məbləğində maddi zərərin və 10.000 manat məbləğində mənəvi zərərin, hüquqi yardıma görə vəkilə ödənilmiş 300 manat məbləğində xidmət haqqının və 172 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehlərdən alınıb iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Cavabdehin iddianın dəqiqləşməsi barədə ərizəsi dəqiqləşməsi barədə ərizəsi məhkəmə baxış iclasında verildiyindən məhkəmə tərəfindən qəbul edilməmişdir

7. Xətai Rayon Məhkəməsinin 2(011)-3408/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi (hakim Aygün Həsənova) ilə ilkin iddia tələbi təmin edilməmiş, ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun iddiaçılar İddiaçı2, İddiaçı4, İddiaçı3 və İddiaçı1 özünə aid edilməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh MMC ilə bağlanmış “kommunal xidmətlərinin göstərilməsi üzrə” müqavilələrə əsasən 01 may 2022-ci il tarixədək olan müddətdə aylıq xidmət haqlarını ödəmədiklərinə görə-01 iyun 2020-ci il tarixli 153 saylı müqavilə üzrə 153 saylı mənzilin sakini İddiaçı1 1384 (min üç yüz səksən dörd) manat, 01 iyun 2020-ci il tarixli 169 saylı müqavilə üzrə 169 saylı mənzilin sakini İddiaçı3 140 (yüz qırx) manat, 01 iyun 2020-ci il tarixli 212 saylı müqavilə üzrə 212 saylı mənzilin sakini İddiaçı4 168 (yüz altmış səkkiz) manat, 171, 172 saylı mənzilin sakini İddiaçı2 440 (dörd yüz qırx) manat pul vəsaitinin tutularaq Cavabdeh MMC-yə ödənilməsi, cavabdehlər İddiaçı2, İddiaçı4, İddiaçı3 və İddiaçı1 müştərək qaydada 172 ( yüz yetmiş iki) manat dövlət rüsumunun tutularaq iddiaçı Cavabdeh MMC-yə ödənilməsi, qarşılıqlı iddia tələbinin qalan hissədə rədd edilməsi qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsində birinci icraat:

8. İddiaçılar apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən çöxmənzilli bina "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən idarə olunur. Lakin Mənzil Məcəlləsinin tələblərinə zidd olaraq ona bu səlahiyyəti nə Binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı, nə də bələdiyyə verməyib. Sadəcə bəzi sahə mülkiyyətçiləri ilə xidmət müqaviləsi bağlayıb, sonra da başlayıb hətta onunla belə müqavilə bağlamamış sahə mülkiyyətçilərindən də xidmət haqqı tələb etməyə. Bir müddət sonra isə xidmət haqqını artırmağa da cəhd edib. Sahə mülkiyyətçilərinin xeyli hissəsi nəinki bu qanunsuzluqdan, həmçinin də Binanın bərbad idarə edilməsindən narazıdır. Onlar qanuna müvafiq olaraq ümumi yığıncaq keçirərək Binanın idarə edilməsi üsulunu müəyyən etməyə cəhd ediblər. Lakin Cavabdeh buna imkan verməyib. O cümlədən Binada yapışdırılmış elanları da cırıb. Dövlət qurumlarına da şikayət etdikdən sonra 4 sahə mülkiyyətçiləri (onlardan birinin cavabdehlə müqaviləsi də yoxdur) Xətai rayon məhkəməsinə müraciət edərək Cavabdehin Binadan çıxarılmasını və qanunsuz idarəçiliyinə son qoyulmasını xahiş edib. Əslində, çox sadə məsələdir. Məhkəmə bir əsas suala cavab verməli idi: Cavabdeh iddia etdiyi kimi Binanın idarəedici təşkilatıdırmı? Bu səlahiyyəti nəyə əsasən əldə edib? İdarəedici təşkilatdırsa, Binada qalmalı və hamıdan xidmət haqqı toplamağa haqlıdır. İdarəedici təşkilat deyilsə, Binadan çıxmalıdır. Cavabdeh səlahiyyətlərinin təsdiqi kimi bəzi sahə mülkiyyətçiləri ilə bağladığı müqavilələrə istinad edir. Mənzil Məcəlləsinin 43-cü maddəsinə görə çoxmənzilli binanın idarəetmə orqanı binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağıdır. Onun səlahiyyətlərinə o cümlədən binanın idarəetmə üsulunu seçmək daxildir. Lakin indiyədək Binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı bir dəfə də olsun keçirilməyib. Cavabdeh də məhkəmə prosesi əsnasında bunu inkar etmədi. Ümumi yığıncaq keçirilməyibsə, deməli, Binanın idarəetmə üsulu da seçilməyib. Mənzil Məcəlləsinin 141-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi yığıncağı binanın aşağıdakı idarə edilməsi üsullarından birini seçməyə borcludur: binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilmə; - mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilmə; idarəedici təşkilat tərəfindən idarə edilmə. Binada bu üsullardan heç biri seçilməyib. O cümlədən idarəedici təşkilatın təyinatına dair də heç bir qərar yoxdur. Cavabdeh də bunu inkar etmir. Cavabdeh binanın idarəedici təşkilatı deyil. Lakin birinci instansiya məhkəməsi qanununun tələblərinə məhəl qoymayaraq, sırf Cavabdehin bəzi (məhkəmənin qənaətinə görə əksəriyyətlə) sahə mülkiyyətçiləri ilə müqaviləsinin olmasını əsas gətirərək sahə mülkiyyətçilərinin ilkin iddiasını rədd edib. Cavabdehin xidmət haqqı tələbinə dair qarşılıqlı iddianı isə təmin edib. Hətta Cavabdehlə müqavilə bağlamamış sahə mülkiyyətçisinə münasibətdə. Bina Maraqlı şəxs1 Mənzil-Tikinti Korporativi tərəfindən tikilmişdir. Bina 259 mənzildən və 1 qeyri-yaşayış sahəsindən ibarətdir. Binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna (259 mənzildən 230-u və 1 qeyri-yaşayış sahəsi, yəni Bina sahələrinin təxmini 89 faizi) mülkiyyət hüququ sahə mülkiyyətçilərinə keçmişdir. 2020-ci ilin ortalarınadək Bina MTK tərəfindən idarə olunmuşdur. Sonra MTK fəaliyyətini dayandırmış (Mənzil Məcəlləsinin 109.5-cimaddəsinə görə ləğv olunmalı halda) və Binanın idarə olunmasını 10 fevral 2020-ci il tarixdə Cavabdehə təhvil vermişdir. Faktiki olaraq Cavabdeh Binanı zəbt etmişdir. Çünki Binanın sahə mülkiyyətçilərinin bu barədə heç bir qərarı olmamışdır və işdə də yoxdur. MTK ilə Cavabdehin faktiki sahibi eyni şəxsdir – X4. O, hər iki hüquqi şəxsin təsisçilərindən biridir. Digər təsisçilər də yaxınları, o cümlədən qohumlarıdır. Cavadeh yalnız qazanc əldə etmək məqsədini güdür. Cavabdeh toplanan vəsaitlər və onların xərclənməsi barədə sahə mülkiyyətçilərinə adekvat məlumat təqdim etmir. Cavabdehi heç kəs Binanın idarəedici təşkilatı təyin etməyib. O sadəcə Binanı, yəni başqalarının əmlakını zəbt edib. Bu halda Binanın hər bir sahə mülkiyyətçisi Cavabdehin Binadan çıxarılmasını və qanunsuz idarəetməyə son qoyulmasını tələb edir. Müqavilənin şərtlərini də ümumi yığıncaq müəyyən etməlidir. Bu prosedura riayət edilmədən müqavilələr bağlanıla bilməzsə, deməli, onlar etibarsızdır. Ümumi yığıncağın qərarı olmadan müqavilə bağlana bilərsə, bu halda hər bir sahə mülkiyyətçisi istədiyi şəxslə müqavilə bağlayıb onu idarəedici təşkilat elan edə bilər. Lakin qanunvericiliyə görə Binanın yalnız bir idarəedici təşkilatı ola bilər (Mənzil Məcəlləsinin141.10-cu maddəsindən irəli gəlir). Çünki idarəedici təşkilat sahə mülkiyyətçilərinin ümumi əmlakını idarə edir. Məhz ümumi yığıncaq tərəfindən təyin edilmiş idarəedici təşkilatla hər bir sahə mülkiyyətçisi müqavilə bağlamağa borcludur.

10. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-875/2023 nömrəli, 10 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər X.A.Mərdanova (sədrlik edən və məruzəçi), E.M.Həsənov və S.X.Bəhramzadə) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddianın təmin edilməyən, yəni Cavabdeh MMC-nin ünvan 1 ünvanında yerləşən çoxmənzilli binadan çıxarılması və həmin binanın idarəetməsindən kənarlaşdırılmasının təmin olunmaması hissəsində ləğv edilmiş və bu hissədə ilk iddia təmin edilmiş, Cavabdeh MMC-nin ünvan 1 ünvanında yerləşən çoxmənzilli binadan çıxarılması və həmin binanın idarəetməsindən kənarlaşdırılması, ilk iddianın qalan hissələrdə dəyişdirilmədən saxlanılması, qarşılıqlı iddia tələbinin İddiaçı1 aid hissədə dəyişdirilməsi, Cavabdeh MMC ilə bağlanmış “kommunal xidmətlərinin göstərilməsi üzrə” müqavilələrə əsasən aylıq xidmət haqqını ödəmədiyinə görə-01 iyun 2020-ci il tarixli 153 saylı müqavilə üzrə 153 saylı mənzilin sakini İddiaçı1 140 manat pul vəsaitinin tutularaq Cavabdeh MMC-yə ödənilməsi, qarşılıqlı iddia tələbinin qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Kassasiya instansiyası məhkəməsində icraat:

11. İddiaçılar (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv olunmasını, qarşılıqlı iddianın rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişlər.

12. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)- 2430/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə, kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-875/2023 nömrəli, 10 fevral 2023-cü il tarixli qətnaməsi ilkin iddianın rədd edilən hissələrində, eyni zamanda qarşılıqlı iddiaya aid hissədə ləğv edilmiş, iş həmin hissələrdə yeni apellyasiya baxışına qaytarılmış, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsində birinci icraat: Tərəflərin izahatı:

13. Məhkəmə kollegiyasının iclasında iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsinin xahiş etdi, bildirdi ki, qətnamədən ilkin iddia tələbinin MTK tərəfindən sənədlərin və açarların Bələdiyyəyə təhvil verilməsinin təmin edilməməsi və sakinlərdən MTK-nın xeyrinə kommunal xidmətlərlə bağlı pul tutulması hissədə narazıdır. Belə ki, MTK-nın fəaliyyəti qanunsuz olduğundan o, sakinlərdən pul da yığa bilməz. Bundan başqa Bakı İnzibati Məhkəməsinin qərarı ilə də, ünvan 2-da yerləşən binaya dair Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 141-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin (binanın sahə mülkiyyətçilərinin yığıncağının çağırılması və (və ya) idarəedici təşkilatın seçilməsi üzrə açıq müsabiqənin keçirilməsi) icrası öhdəliyi cavabdeh Bakı şəhəri Xətai rayonu Xətai Bələdiyyəsinin üzərinə qoyulmuşdur (həmin qərarı təqdim edir), Xətai Rayon Bələdiyyəsi bir neçə dəfə yığıncağın keçirilməsi üçün cəhd göstərsə də, mülkiyyətçilərin tam şəkildə yığılmaması səbəbindən bu mümkün olmamışdır. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməsi, MTK tərəfindən sənədlər və açarların bələdiyyəyə təhvil verilməsi hissədə ilkin iddia tələbinin təmin, sakinlərdən kommunal xərclərin yığılması barədə MTK-nın qarşılıqlı iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

14. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs Xətai rayonu Xətai Bələdiyyəsinin nümayəndəsi R.Məmmədov iddiaçıların apellyasiya şikayətini müdafiə edərək təmin edilməsinin xahiş etdi, bildirdi ki, Bələdiyyə tərəfindən yığıncağın keçirilməsi üçün dörd dəfə cəhd olmuş, heç birində mülkiyyətçilər tam şəkildə iştirak etmədikləri üçün bu mümkün olmamışdır. Qeyd edilənlərə əsasən, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

15. Hazırkı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, digər proses iştirakçıları məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.

16. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:

17. ünvan 1 ünvanında yerləşən çoxmənzilli bina 259 mənzildən ibarətdir. Bu binanın 259 mənzilindən 230-u və bir qeyri-yaşayış sahəsi mülkiyyət hüququ əsasında MTK-nın üzvlərinə aiddir.

18. ünvan 1 ünvanında yerləşən çoxmənzilli bina 259 mənzildən ibarətdir. Həmin binasda İddiaçı2 171 və 172-ci mənzillərin, İddiaçı4 212-ci mənzilin, İddiaçı3 169-cu mənzilin və İddiaçı1 153-cü mənzilin mülkiyyətçiləridir. Bu binanın 259 mənzilindən 230u və bir qeyri-yaşayış sahəsi mülkiyyət hüququ əsasında MTK-nın üzvlərinə aiddir. Bina 10 dekabr 2003-cü ildə təsis edilmiş Maraqlı şəxs1 MTK tərəfindən tikilmiş, binanın inşası başa çatdıqdan sonra binanın inşaatını həyata keçirən Maraqlı şəxs1 MTK-nın təsisçiləri MTK-nın fəaliyyətini dayandıraraq Cavabdeh MMC-ni təsis etmişlər.

19. Cavabdeh MMC ilə mənzil mülkiyyətçiləri arasında (200-ə yaxın) xidmət müqaviləsi bağlanmış və bir otaqlı mənzil üçün 20 manat, iki otaqlı mənzil üçün 24 manat, üç otaqlı mənzil üçün 28 manat xidmət haqları müəyyən edilmişdir. Hazırkı iş üzrə 3 nəfər iddiaçı ilə də istinad edilən müqavilələr bağlanmışdır. 4-cü İddiaçı2 ilə müqavilə bağlanmasa da, onun tərəfindən 2021-ci ilin sonunadək ödənişlər həyata keçirilmişdir.

20. İddiaçıların nümayəndəsi və vəkili Vəkil1 tərəfindən təqdim edilən Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2744/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, İddiaçı2 cavabdeh Xətai rayonu Xətai Bələdiyyəsinə qarşı “binanın idarəedici təşkilatının seçilməsi üzrə açıq müsabiqənin keçirilməsi” haqqında iddia tələbi təmin edilmiş, ünvan 2-da yerləşən binaya dair Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 141-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin (binanın sahə mülkiyyətçilərinin yığıncağının çağırılması və (və ya) idarəedici təşkilatın seçilməsi üzrə açıq müsabiqənin keçirilməsi) icrası öhdəliyi cavabdeh Bakı şəhəri Xətai rayonu Xətai Bələdiyyəsinin üzərinə qoyulmuşdur. Tətbiq edilən maddi hüquq normaları:

21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Maddə 783.2. Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Maddə 783.3. Bu Məcəllənin 783.2-ci maddəsində nəzərdə tutulan hallarda muzdun miqdarı müəyyənləşdirilməyibsə, tarif olduqda bu tarifə uyğun muzd, tarif olmadıqda isə vəkalət alanın olduğu yerdə qəbul edilmiş muzd şərtləşdirilmiş muzd sayılır. Maddə 1087.1. Özgəsinin (sahibkarın) işlərini tapşırıq və ya digər əsas olmadan aparan şəxs (icraçı) onu vicdanla aparmağa borcludur. Maddə 1087.2. İşlərin tapşırıqsız aparılmasını sonradan sahibkar bəyəndikdə bu bölmənin müddəaları əvəzinə tapşırıq haqqında müddəalar tətbiq olunur. Maddə 1090.1. Əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur. Azərbaycan Respublikası Mənzil Məcəlləsi

22. Maddə 43.1. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı binanın idarəetmə orqanıdır. 43.2. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aşağıdakılar aiddir: 43.2.1. çoxmənzilli binanın yenidən qurulması (o cümlədən onun genişləndirilməsi və ya üstünün tikilib artırılması), təsərrüfat tikililərinin və digər bina, tikili və qurğuların inşa edilməsi, çoxmənzilli binanın ümumi əmlakının təmiri haqqında qərar qəbul etmək; 43.2.2. çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsindən istifadə hədləri haqqında, o cümlədən ondan istifadəyə məhdudiyyətlər tətbiq edilməsi haqqında qərar qəbul etmək; 43.2.3. çoxmənzilli binanın ümumi əmlakının istifadəyə verilməsi haqqında qərar qəbul etmək; 43.2.4. çoxmənzilli binanın idarəetmə üsulunu seçmək; 43.2.5. bu Məcəllə ilə çoxmənzilli binanın mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aid edilmiş digər məsələlər.

23. Maddə 44.1. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri bu Məcəllənin 43.2-ci maddəsində göstərilən məsələlərlə bağlı qərar qəbul etmək zərurəti yarandıqda ümumi yığıncaqlarını keçirməlidirlər. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi müddətləri və qaydası, habelə qəbul edilmiş qərarlar barədə məlumat verilməsi qaydası binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən müəyyən edilir. 44.2. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı həmin mülkiyyətçilərin birinin təşəbbüsü ilə çağırıla bilər. 44.3. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı ümumi səslərin əllidən çox faizinə malik olan sahə mülkiyyətçiləri və ya onların nümayəndələri iştirak etdikdə səlahiyyətlidir (yetərsay yaranır). Yetərsay olmadıqda çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi üçün yenidən ümumi yığıncaq keçirilməlidir. 44.4. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsinin təşəbbüskarı olan mülkiyyətçi həmin binanın sahə mülkiyyətçilərinə yığıncağın keçirilməsi tarixinə ən azı on gün qalanadək onun keçirilməsi barədə məlumat verməlidir. Göstərilən müddət ərzində çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi barədə məlumat həmin binanın sahə mülkiyyətçilərinin hər birinə sifarişli məktubla (həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarı ilə bu məlumatın göndərilməsinin digər üsulu müəyyən edilməyibsə) və ya binanın sahə mülkiyyətçilərinin hər birinə imza ilə əlbəəl verilməli və ya binada ümumi yığıncağın qərarı ilə müəyyən edilmiş və bütün sahə mülkiyyətçiləri üçün əl çatan yerdə (yerlərdə) yerləşdirilməlidir. 44.5. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi haqqında məlumatda aşağıdakılar göstərilməlidir: 44.5.1. yığıncağın çağırılması təşəbbüsünü irəli sürmüş şəxs barədə məlumat; 44.5.2. yığıncağın keçirilməsi forması (iclas və ya qiyabi səsvermə); 44.5.3. yığıncağın keçiriləcəyi tarix, yer və vaxt, yığıncaq qiyabi səsvermə yolu ilə keçirilirsə, səsverməyə qoyulmuş məsələlər üzrə mülkiyyətçilərin qərarının qəbulunun başa çatması tarixi və bu qərarın verilməli olduğu yer və ya ünvan; 44.5.4. yığıncağın gündəliyi; 44.5.5. yığıncaqda təqdim ediləcək məlumat və (və ya) materiallarla tanış olmaq qaydası və onlarla tanış olmaq yeri və ya ünvanı. 44.6. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən bu Məcəllənin Xİİİ fəslinə uyğun olaraq mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti yaradıldığı hallarda çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı öz səlahiyyətlərini mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağına verilməsi barədə qərar qəbul edə bilər. Bu halda: 44.6.1. çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncaqları keçirilmir və bu yığıncaqlar yalnız çoxmənzilli binanın sahə mülkiyyətçilərinin səslərinin ümumi sayının yarısından çoxuna malik olan şəxslər tərəfindən çağırıla bilər; 44.6.2. bu Məcəllənin 45.6-cı maddəsinin müddəaları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağı barəsində öz qüvvəsini saxlayır.

24. Maddə 45.1. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin səslərinin ümumi sayının üçdə ikisindən az olmayan səs çoxluğu ilə qəbul edilən bu Məcəllənin 43.2.1- 43.2.3-cü maddələrində nəzərdə tutulmuş qərarlar istisna olmaqla, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səsə qoyulmuş qərarları yığıncaqda iştirak edən ümumi səslərin səs çoxluğu ilə qəbul edilir. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarları həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən müəyyən edilmiş qaydada protokollarla rəsmiləşdirilir. 45.2. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının gündəliyinə daxil olmayan məsələlər üzrə qərarlar qəbul etmək, habelə yığıncağın gündəliyində dəyişiklik etmək hüququ yoxdur. 45.3. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında qəbul edilmiş qərar və səsvermənin nəticələri barədə məlumat binanın sahə mülkiyyətçilərinin nəzərinə ümumi yığıncağın keçirilməsinin təşəbbüskarı olan mülkiyyətçi tərəfindən həmin qərarların qəbul edildiyi gündən on gündən gec olmayan müddətdə bu haqda məlumatın binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarı ilə müəyyən edilmiş və binanın bütün sahə mülkiyyətçiləri üçün əl çatan olan sahədə yerləşdirilməklə çatdırılır. 45.4. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının protokolları və səsə qoyulmuş məsələlər üzrə qəbul edilmiş qərarları həmin yığıncağın qərarı ilə müəyyən edilmiş yerdə və ya ünvanda saxlanılır. 45.5. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının onun səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə bu Məcəllə ilə müəyyən edilmiş qaydada qəbul etdiyi qərarların icrası həmin binada bütün sahə mülkiyyətçiləri, o cümlədən, səsvermədə iştirak etməyən mülkiyyətçilər üçün məcburidir. 45.6. Çoxmənzilli binanın sahə mülkiyyətçisi həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının bu Məcəllənin tələbləri pozulmaqla qəbul edilmiş qərarından məhkəməyə o halda şikayət verə bilər ki, o, həmin yığıncaqda iştirak etməmiş olsun və ya belə qərarın qəbul edilməsinin əleyhinə səs vermiş olsun və həmin qərarla onun hüquqları və qanuni mənafeləri pozulmuş olsun. Belə şikayət haqqında məhkəməyə ərizə mülkiyyətçi qərarın qəbul edildiyi barədə bildiyi və bilməli olduğu gündən altı ay müddətində verilə bilər. 45.7. Əgər çoxmənzilli binada bütün sahələr bir mülkiyyətçiyə məxsusdursa, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aid edilən məsələlər üzrə qərarlar həmin mülkiyyətçi tərəfindən təkbaşına qəbul edilir və yazılı formada rəsmiləşdirilir. Bu halda bu fəslin çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağına hazırlıq, onun çağırılması və keçirilməsi qayda və müddətlərini müəyyənləşdirən müddəaları tətbiq edilmir.

25. 135.1. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Maddə 135.2.3. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifələrindən biri mənzil-tikinti kooperativi üzvləri üçün mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan yaranmış hesab edilir.

26. 136.2. Çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: 136.2.1. çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq; 136.2.2. kommunal xidmətlərə görə haqq. 136.3. Yaşayış binalarının mülkiyyətçiləri müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağladıqları müqavilələrə uyğun olaraq, həmin binaların saxlanması və təmiri üzrə xərcləri çəkir, habelə kommunal xidmətlərə görə haqq ödəyir. 136.4. Kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir.

27. 137.4. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. 137.7. Bilavasitə mülkiyyətçilər tərəfindən idarə olunan çoxmənzilli binanın yaşayış sahələrinin mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq ödəyirlər. 137.10. Mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir.

28. 141.1. Çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir. 141.2. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri binanın aşağıdakı idarə edilməsi üsullarından birini seçməyə borcludur: 141.2.1. binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilmə; 141.2.2. mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilmə; 141.2.3. idarəedici təşkilat tərəfindən idarə edilmə. 141.3. Çoxmənzilli binanın idarə edilməsi üsulu binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında seçilir və istənilən vaxt onun qərarı əsasında seçilə və ya dəyişdirilə bilər. İdarəetmə üsulunun seçilməsi barədə ümumi yığıncağın qərarı binanın bütün sahə mülkiyyətçiləri üçün məcburidir. 141.4. Çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən altı ay ərzində həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün binanın sahə mülkiyyətçilərinin yığıncağını çağırmalıdır. Belə yığıncaqda bu Məcəllənin 141.5-ci maddəsinin müddəaları bələdiyyə tərəfindən sahə mülkiyyətçilərinin nəzərinə çatdırılmalıdır. 141.5. Bir il ərzində çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın yerləşdiyi ərazinin bələdiyyəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada idarəedici təşkilatın seçilməsi üzrə açıq müsabiqə keçirməlidir, bu şərtlə ki, bu Məcəllənin 141.4-cü maddəsinin tələbləri yerinə yetirilmiş olsun. Belə açıq müsabiqə açıq müsabiqənin nəticələri əsasında bağlanmış çoxmənzilli binanın idarə edilməsi müqaviləsinin qüvvədə olma müddəti başa çatanadək, həmin binanın idarə edilməsi üsulu seçilmədiyi halda da keçirilir. 141.6. Çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi bu Məcəllənin 141.5-ci maddəsində nəzərdə tutulmuş açıq müsabiqənin keçirildiyi gündən on gün müddətində çoxmənzilli binanın bütün sahə mülkiyyətçilərini açıq müsabiqənin nəticələri və həmin binanın idarə edilməsi müqaviləsinin şərtləri barədə məlumatlandırır. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri bu Məcəllənin 141.5-ci maddəsində nəzərdə tutulmuş açıq müsabiqənin nəticələri əsasında seçilmiş idarəedici təşkilatla bu Məcəllənin 141-1.2-ci maddəsi və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada həmin binanın idarə edilməsi barədə müqavilə bağlamağa borcludur. 141.7. Çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi bu Məcəllənin 141.6-cı maddəsində nəzərdə tutulmuş çoxmənzilli binanın idarə edilməsi barədə müqavilənin başa çatmasına bir ay qalmışdan gec olmayaraq həmin binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün binanın sahə mülkiyyətçilərinin yığıncağını çağırır, bu şərtlə ki, idarəetmə üsulunun seçilməsi barədə qərar bu Məcəllənin 141.3-cü maddəsinə uyğun olaraq əvvəl qəbul edilməsin. 141.8. Çoxmənzilli binanın istənilən sahə mülkiyyətçisi bələdiyyə tərəfindən bu Məcəllənin 141.5-ci maddəsinin müddəalarına uyğun olaraq idarəedici təşkilatın seçilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. 141.9. Bu Məcəllənin 141.5-ci maddəsində nəzərdə tutulmuş açıq müsabiqə keçirilmədən çoxmənzilli binanın idarəetmə müqaviləsinin bağlanmasına o şərtlə yol verilir ki, göstərilən müsabiqə qanunvericiliyə uyğun olaraq baş tutmamış hesab edilsin. 141.10. Çoxmənzilli bina yalnız bir idarəedici təşkilat tərəfindən idarə edilə bilər. Tətbiq edilən prosessual hüquq normaları:

29. Mülki Prosessual Məcəllə

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

34. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

35. 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması;

36. 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

37. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

38. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)- 2430/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə, kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-875/2023 nömrəli, 10 fevral 2023-cü il tarixli qətnaməsi ilkin iddianın rədd edilən hissələrində, eyni zamanda qarşılıqlı iddiaya aid hissədə ləğv edilərək, iş həmin hissələrdə yeni apellyasiya baxışına qaytarılaraq, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanıldığından, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən ilk iddia tələbinin “Cavabdeh MMC tərəfindən ünvan 1 ünvanında yerləşən çoxmənzilli binaya dair bütün sənədlərin, açarların və idarəetmə ilə bağlı digər aidiyyəti əmlakın Bakı şəhəri, Xətai rayonu Xətai Bələdiyyəsinə təhvil verilməsi” hissəsində, eləcə də qarşılıqlı iddia tələbi hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

39. Məhkəmə kollegiyası gəlmiş tərəflərin izahatlarını dinləyib, mülki iş materiallarını, apellyasiya şikayətinin dəlilləri ilə birlikdə araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək və hazırkı iş üzrə Ali məhkəmənin qərarındakı hüquqi mövqeyə əsasən hesab edir ki, qətnamə ilk iddia tələbinin “Cavabdeh MMC tərəfindən ünvan 1 ünvanında yerləşən çoxmənzilli binaya dair bütün sənədlərin, açarların və idarəetmə ilə bağlı digər aidiyyəti əmlakın Bakı şəhəri, Xətai rayonu Xətai Bələdiyyəsinə təhvil verilməsi” hissəsində, eləcə də qarşılıqlı iddia tələbi hissəsində ləğv edilməli, həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilməli, ilkin iddia tələbi həmin hissədə təmin edilərək, Cavabdeh MMC tərəfindən ünvan 1 ünvanında yerləşən çoxmənzilli binaya dair bütün sənədlər, açarlar və idarəetmə ilə bağlı digər aidiyyəti əmlak Bakı şəhəri, Xətai rayonu Xətai Bələdiyyəsinə təhvil verilməli, qarşılıqlı iddia tələbi isə təmin edilməməlidir.

40. Kollegiya ilk növbədə qeyd edir ki, hazırkı işə apellyasiya qaydasında təkrar baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kassasiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə Kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının Qərarında qeyd edilmiş göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, həmin göstərişlərlə razılaşaraq onları nəzərə alır.

41. Apellyasiya məhkəməsinin öncəki qətnaməsinin ləğv edilməsi barədə Ali Məhkəmə Mülki kollegiyasının 2(102)-2430/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarının 59-cu bəndində qeyd edilir ki, ...ilk iddianın əsasını çoxmənzilli binanın idarə edilməsi üsulunun seçilməsi təşkil edir ki, həmin tələbin qanuni əsasını Mənzil Məcəlləsinin 141-ci maddəsi təşkil edir.

42. Qərarın 60-cı bəndində qeyd edilir ki, həmin maddənin tələblərinə görə, çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən altı ay ərzində həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün binanın sahə mülkiyyətçilərinin yığıncağını çağırmalıdır. Belə yığıncaqda bu Məcəllənin 141.5-ci maddəsinin müddəaları bələdiyyə tərəfindən sahə mülkiyyətçilərinin nəzərinə çatdırılmalıdır. Bir il ərzində çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın yerləşdiyi ərazinin bələdiyyəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada idarəedici təşkilatın seçilməsi üzrə açıq müsabiqə keçirməlidir, bu şərtlə ki, bu Məcəllənin 141.4-cü maddəsinin tələbləri yerinə yetirilmiş olsun. Belə açıq müsabiqə açıq müsabiqənin nəticələri əsasında bağlanmış çoxmənzilli binanın idarə edilməsi müqaviləsinin qüvvədə olma müddəti başa çatanadək, həmin binanın idarə edilməsi üsulu seçilmədiyi halda da keçirilir. Çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi bu Məcəllənin 141.5-ci maddəsində nəzərdə tutulmuş açıq müsabiqənin keçirildiyi gündən on gün müddətində çoxmənzilli binanın bütün sahə mülkiyyətçilərini açıq müsabiqənin nəticələri və həmin binanın idarə edilməsi müqaviləsinin şərtləri barədə məlumatlandırır. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri bu Məcəllənin 141.5-ci maddəsində nəzərdə tutulmuş açıq müsabiqənin nəticələri əsasında seçilmiş idarəedici təşkilatla bu Məcəllənin 141-1.2-ci maddəsi və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada həmin binanın idarə edilməsi barədə müqavilə bağlamağa borcludur. Çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi bu Məcəllənin 141.6-cı maddəsində nəzərdə tutulmuş çoxmənzilli binanın idarə edilməsi barədə müqavilənin başa çatmasına bir ay qalmışdan gec olmayaraq həmin binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün binanın sahə mülkiyyətçilərinin yığıncağını çağırır, bu şərtlə ki, idarəetmə üsulunun seçilməsi barədə qərar bu Məcəllənin 141.3-cü maddəsinə uyğun olaraq əvvəl qəbul edilməsin. Çoxmənzilli binanın istənilən sahə mülkiyyətçisi bələdiyyə tərəfindən bu Məcəllənin 141.5-ci maddəsinin müddəalarına uyğun olaraq idarəedici təşkilatın seçilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər.

43. Qərarın 61-ci bəndində qeyd edilir ki, göründüyü kimi, çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən altı ay ərzində həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün binanın sahə mülkiyyətçilərinin yığıncağı həmin binanın yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən çağırılmalıdır. Bir il ərzində çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın yerləşdiyi ərazinin bələdiyyəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada idarəedici təşkilatın seçilməsi üzrə açıq müsabiqə keçirməlidir.

44. Cavabdeh MMC-nin çoxmənzilli binanın idarəçiliyini mənzil qanunvericiliyinin qeyd edilən tələblərinə zidd olaraq həyata keçirməsi işin məhkəmə araşdırması ilə müəyyən edilmiş halıdır. Nəticə etibarilə, mənzil qanunvericiliyinin tələblərindən irəli gələrək, iddiaçıların həmin binanın sahə mülkiyyətçiləri kimi bələdiyyə tərəfindən idarəedici təşkilatın seçilməsi tələbi ilə məhkəməyə müraciət etmək barədə subyektiv hüququ yaranmışdır. Bu halda, apellyasiya instansiyası məhkəməsi ilk iddia tələbini həmin hissələrdə təmin etməməklə mənzil qanunvericiliyinin tələblərinə zidd nəticəyə gəlmişdir (bənd: 62-64).

45. Kollegiya Ali Məhkəmənin həmin göstərişləri ilə razılaşaraq qeyd edir ki, Mənzil Məcəlləsinin 141.4-cü maddəsinə görə, çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən altı ay ərzində həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün binanın sahə mülkiyyətçilərinin yığıncağı həmin binanın yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən çağırılmalıdır. Məcəllənin 141.5-ci maddəsinin tələbinə görə, bir il ərzində çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın yerləşdiyi ərazinin bələdiyyəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada idarəedici təşkilatın seçilməsi üzrə açıq müsabiqə keçirməlidir. Hazırkı işdə cavabdeh MMC-nin çoxmənzilli binanın idarəçiliyini mənzil qanunvericiliyinin qeyd edilən tələblərinə zidd olaraq həyata keçirməsi işin məhkəmə araşdırması ilə müəyyən edilmiş halıdır. Ali Məhkəmənin qərarının 63-cü bəndində qeyd edilir ki, Nəticə etibarilə, mənzil qanunvericiliyinin tələblərindən irəli gələrək, iddiaçıların həmin binanın sahə mülkiyyətçiləri kimi bələdiyyə tərəfindən idarəedici təşkilatın seçilməsi tələbi ilə məhkəməyə müraciət etmək barədə subyektiv hüququ yaranmışdır. Mənzil Məcəlləsinin 141.8-ci maddəsinə görə, çoxmənzilli binanın istənilən sahə mülkiyyətçisi bələdiyyə tərəfindən bu Məcəllənin 141.5-ci maddəsinin müddəalarına uyğun olaraq idarəedici təşkilatın seçilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Kollegiya bununla bağlı bildirir ki, hazırkı apellyasiya baxışı zamanı iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 tərəfindən təqdim edilən Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2744/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, İddiaçı2 cavabdeh Xətai rayonu Xətai Bələdiyyəsinə qarşı “binanın idarəedici təşkilatının seçilməsi üzrə açıq müsabiqənin keçirilməsi” haqqında iddia tələbi təmin edilmiş, ünvan 2-da yerləşən binaya dair Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 141-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin (binanın sahə mülkiyyətçilərinin yığıncağının çağırılması və (və ya) idarəedici təşkilatın seçilməsi üzrə açıq müsabiqənin keçirilməsi) icrası öhdəliyi cavabdeh Bakı şəhəri Xətai rayonu Xətai Bələdiyyəsinin üzərinə qoyulmuşdur. Beləliklə, cavabdeh MMC-nin çoxmənzilli binanın idarəçiliyini mənzil qanunvericiliyinin qeyd edilən tələblərinə zidd olaraq həyata keçirməsi işin məhkəmə araşdırması ilə müəyyən edildiyindən, Mənzil Məcəlləsinin yuxaıda qeyd edilən 43.1, 141.4, 141.5-ci maddələrinin tələbləri baxımından ilkin iddia tələbi həmin hissədə, yəni Cavabdeh MMC tərəfindən ünvan 1 ünvanında yerləşən çoxmənzilli binaya dair bütün sənədlərin, açarların və idarəetmə ilə bağlı digər aidiyyəti əmlakın Bakı şəhəri, Xətai rayonu Xətai Bələdiyyəsinə təhvil verilməsi hissədə də əsaslıdır və təmin edilməlidir.

46. Ali Məhkəmənin qərarının 65-67-ci bəndlərində qarşılıqlı iddia tələbi ilə bağlı qeyd edilmişdir ki, apellyasiya məhkəməsi qarşılıqlı iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşmaqda da haqlı olmamışdır. Belə ki, apellyasiya istansiyası məhkəməsinin qətnaməsində də göstərildiyi kimi, Cavabdeh MMC-nin ünvan 1 ünvanında yerləşən çoxmənzilli binanın idarəçiliyini mənzil qanunvericiliyinə əsasən hüquqi əsasların olmadan həyata keçirilməsi faktı təsdiqini tapmışdır. Belə olduğu təqdirdə, MMC-nin iddiaçılardan kommunal borclarının tutulmasına dair tələbinin də hər hansı bir hüquqi əsası yoxdur. Kollegiya qarşılıqlı iddia tələbi hissədə də kassasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Cavabdeh MMC-nin ünvan 1 ünvanında yerləşən çoxmənzilli binanın idarəçiliyini mənzil qanunvericiliyinə əsasən hüquqi əsasların olmadan həyata keçirilməsi faktı təsdiq edildiyindən, MMC-nin iddiaçılardan kommunal borclarının tutulmasına dair tələbinin də hər hansı bir hüquqi əsası olmadığından, qətnamə qarşılıqlı iddia tələbi hissədə ləğv edilməli, qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Nəticə:

47. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, rayon məhkəməsi tərəfindən maddi hüquq normalarının tətbiqində səhvə yol verildiyindən, eləcə də birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmədiyindən iddiaçıların apellyasiya şikayəti təmin edilməli, qətnamə ilk iddia tələbinin “Cavabdeh MMC tərəfindən ünvan 1 ünvanında yerləşən çoxmənzilli binaya dair bütün sənədlərin, açarların və idarəetmə ilə bağlı digər aidiyyəti əmlakın Bakı şəhəri Xətai rayonu Xətai Bələdiyyəsinə təhvil verilməsi” hissəsində, eləcə də qarşılıqlı iddia tələbi hissəsində ləğv edilməli, həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilməli, ilkin iddia tələbi həmin hissədə təmin edilərək, Cavabdeh MMC tərəfindən ünvan 1 ünvanında yerləşən çoxmənzilli binaya dair bütün sənədlər, açarlar və idarəetmə ilə bağlı digər aidiyyəti əmlak Bakı şəhəri Xətai rayonu Xətai Bələdiyyəsinə təhvil verilməli, qarşılıqlı iddia tələbi isə təmin edilməməlidir.

48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər

49. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların apellyasiya şikayəti təmin olunduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ilkin iddia ərizəsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş (100+50=150) 150 (yüz əlli) manat dövlət rüsumu Cavabdeh MMC-dən alınaraq iddiaçılar İddiaçı2, İddiaçı4, İddiaçı3 və İddiaçı1 verilməli, qarşılıqlı iddia ərizəsi verilməsi üçün ödənilmiş dövlət rüsumu 140 manat Cavabdeh MMC-yə aid edilməlidir.

50. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçılar tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin olunsun. Xətai Rayon Məhkəməsinin 2(011)-3408/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilk iddia tələbinin “Cavabdeh MMC tərəfindən ünvan 1 ünvanında yerləşən çoxmənzilli binaya dair bütün sənədlərin, açarların və idarəetmə ilə bağlı digər aidiyyəti əmlakın Bakı şəhəri Xətai rayonu Xətai Bələdiyyəsinə təhvil verilməsi” hissəsində, eləcə də qarşılıqlı iddia tələbi hissəsində ləğv edilsin, həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilsin. İlkin iddia tələbi həmin hissədə təmin edilərək, Cavabdeh MMC tərəfindən ünvan 1 ünvanında yerləşən çoxmənzilli binaya dair bütün sənədlər, açarlar və idarəetmə ilə bağlı digər aidiyyəti əmlak Bakı şəhəri Xətai rayonu Xətai Bələdiyyəsinə təhvil verilsin. Qarşılıqlı iddia tələbi təmin edilməsin. İlkin iddia ərizəsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş (100+50=150) 150 (yüz əlli) manat dövlət rüsumu Cavabdeh MMC-dən alınaraq iddiaçılar İddiaçı2, İddiaçı4, İddiaçı3 və İddiaçı1 verilsin. Qarşılıqlı iddia ərizəsi verilməsi üçün ödənilmiş 140 manat dövlət rüsumu Cavabdeh MMC-yə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Fuad Talışinski Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar